Məhkəmə qərarları › İş №1(3-6)-473/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-473/2026

05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-473/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlunun və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, İsrafilov Elmar İlqar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Ləman Səmədzadə tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü ilə ## ##### 2005-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail rayon məhkəməsinin ##.##.2024-cü il tarixli 1(009)- **/**** nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Lənkəran rayonu, Lənkəran şəhəri, X5 küçəsi, ev 117 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan İsrafilov Elmar İlqar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: İttihama əsasən İsrafilov Elmar İlqar oğlu, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən dələduzluq etmişdir. Belə ki, İsrafilov Elmar İlqar oğlu özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "lalafo.az" saytında yerləşdiyi saxta elan üzrə zərərçəkmiş şəxs8 "İphone 16 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025- ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsində olmuş 4098 5844 9232 2258 kart hesabına sonuncu tərəfindən 1650 manat pulu köçürülməsinə nail olub ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs8 1650 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (İ epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə zərərçəkmiş şəxs6 İxtiyar oğluna "İphone 14 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində istifadəsində olmuş 5239 1515 1288 9208 kart hesabına sonuncu tərəfindən 1000 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs6 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (II epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə zərərçəkmiş şəxs11 İbrahim oğlunun işlədiyi mağayaza məxsus "Iphone 16 Pro" markalı mobil telefonu alacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 41F ünvanında yerləşən "Bakcell" rəsmi dileri olan mağazada həmin mobil telefonu ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs11 2250 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (III epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə “xxxx” saytında yerləşdiyi saxta elan üzrə zərərçəkmiş şəxs5 "İphone 15 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025-ci il tarixdə ünvan 2 məhəllə ünvanında yerləşən "mobil star" telefon mağazasında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 1350 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs5 1350 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (IV epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "lalafo.az" saytında yerləşdiyi saxta elan üzrə zərərçəkmiş şəxs3 "İphone 14 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində yerləşən "Spar express" mağazasının qarşısında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 920 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 920 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (V epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə “xxxx" saytında yerləşdiyi saxta elan üzrə zərərçəkmiş şəxs2 "PlayStation 5"” oyun konsolunu satacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025- ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, metronun "28 May" stansiyasının qarşısında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabina sonuncu tərəfindən 750 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 750 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (VI epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə X3 məxsus olan "PlayStation 5" modelli iki ədəd oyun konsolunu özünə məxsus olaraq təqdim etməklə Tacibov İslam Qazıəhmədoviçə satacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025-ci il tarixdə ünvan 4 ünvanında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 1320 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs İslam Tacibova 1320 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (VII epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə X4 məxsus olan "İphone 16 Pro" modelli mobil telefonu özünə məxsus olaraq təqdim etməklə zərərçəkmiş şəxs1 satacağı barədə yalan vəd verib aldadaraq ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Qədir Məmmədov küçəsi * saylı ünvanda istifadəsində olmuş 5411 2498 0741 6677 kart hesabına sonuncu tərəfindən 1700 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 1700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (VIII epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə şahid4 məxsus olan "İphone 15 Pro" modelli mobil telefonu özünə məxsus olaraq təqdim etməklə zərərçəkmiş şəxs12 satacağı barədə yalan vəd verib aldadaraq ## ###### 2025- ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 59 ünvanında yerləşən "McDonalds" restoranının qarşısında istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 1200 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs12 1200 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (IX epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə xxxx” saytında yerləşdiyi saxta elan üzrə zərərçəkmiş şəxs4 "PlayStation 5" oyun konsolunu satacağı barədə yalan vəd verib aldadaraq ## ###### 2025-ci il tarixdə Quba rayonu ərazisində istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 800 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 800 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (X epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə şahid3 məxsus olan "PlayStation 5" modelli oyun konsolunu özünə məxsus olaraq təqdim etməklə zərərçəkmiş şəxs9 satacağı barədə yalan vəd verib aldadaraq ## ###### 2025-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospektində yerləşən Mərkəzi Univermaqda istifadəsində olmuş 5522 0993 6463 0962 kart hesabına sonuncu tərəfindən 750 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs9 750 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. . (XI epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə şahid2 məxsus olan “Apple İphone 14 X1" modelli mobil telefonu özünə məxsus olaraq təqdim etməklə zərərçəkmiş şəxs10 satacağı barədə yalan vəd verib aldadaraq ## ###### 2025-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "Teleshop.Baku” mağazasında istifadəsində olmuş 4098 5844 7854 3711 kart hesabına sonuncu tərəfindən 1000 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 1000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir (XII epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə Hüseynli İsmayıl Nizami oğluna "PlayStation 5 slim" oyun konsolunu satacağı barədə yalan vəd verib aldadaraq ## ###### 2025-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadliq prospekti 13 ünvanında istifadəsində olmuş 4169 7388 2368 7078 kart hesabina sonuncu tərəfindən 700 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs İsmayıl Hüseynliyə 700 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (XIII epizod) Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədilə "xxxx" saytında yerləşdiyi saxta elan üzrə zərərçəkmiş şəxs7 "Íphone 13 Pro" markalı mobil telefonu satacağı barədə yalan vəd verib aldadaraq ## ######## 2025-ci il tarixdə ünvan 5 ünvanında istifadəsində olmuş 4098 5844 6557 5692 kart hesabına sonuncu tərəfindən 680 manat pulu köçürülməsinə nail olub ələ keçirərək verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş şəxs zərərçəkmiş şəxs7 680 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. (XIV epizod) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmündən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Ləman Səmədzadə apellyasiya protesti verərək hökmün cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, aşağıdakı əsaslara görə İsrafilov Elmar İlqar oğlunun Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Belə ki, məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən müddətlərin hesablanması zamanı düzgün nəticəyə gəlməmişdir. İş materiallarında olan ## #### 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İsrafilov Elmar İlqar oğlu ## #### 2025ci il tarixdə saat 17:30-da Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Ağabala Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin tarixdə ona elan edilmişdir. Göründüyü kimi, İsrafilov Elmar İlqar oğlunun şübhəli şəxs qismində tutulduğu müddət 2 gün təşkil etsə də, məhkəmə həmin müddəti hesablamamaqla cinayət qanununun normasını düzgün tətbiq etməyərək səhvə yol vermişdir. Bununla da, məhkəmə tərəfindən cəza təyin etməyə dair cinayət qanunu norması düzgün tətbiq edilməmişdir. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı Abdulla Abullayev apellyasiya protestini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından protestin təmin edilməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün cinayət qanunun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməsinə və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünün cinayət qanunun norması düzgün tətbiq olunmaqla dəyişdirilməsinə etirazlarının olmadığını qeyd etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Apellyasiya protestində əməlin tövsifi mübahisələndirilməsə də, məhkəmə kollegiyası ilk növbədə əməlin hüquqi tövsifi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən İsrafilov Elmar İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş apellyasiya protestinin dəlilərinə münasibətdə qiymətləndirilmə aparılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmünü mübahisələndirən dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlilli qismində təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlunun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçildiyi ## #### 2025-ci il tarixədək cəmi 2 gün müddətin mübahisələndirilən hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmaması nəticəsində cinayət qanunu normasının düzgün tətbiq edilməməsi göstərilmişdir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlilləri ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarında olan ## #### 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, İsrafilov Elmar İlqar oğlu ## #### 2025-ci il tarixdə saat 17:30-da Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Ağabala Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin tarixdə ona elan edilmişdir. Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Mübahisələndirilən hökmdən görünür ki, İsrafilov Elmar İlqar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Halbuki, hazırki işin materiallarından göründüyü kimi İsrafilov Elmar İlqar oğlu ## #### 2025-ci il tarixdə saat 17:30-da Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Ağabala Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş və ## #### 2025-ci il tarixdə təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilmiş və həmin tarixdə ona elan edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğluna cəza təyin edərkən Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbləri baxımından təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlunun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçildiyi ## #### 2025-ci il tarixədək cəmi 2 gün müddəti ona həmin hökmlə təyin edilmiş cəzadan çıxmalı olduğu halda bunu etməmiş və cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403.0.1-ci maddəsinə əsasən tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, R Ləman Səmədzadə tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, İsrafilov Elmar İlqar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilməli, Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlunun şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək ümumilikdə 02 gün müddət həmin hökmlə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398, 399 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya protesti təmin edilsin. İsrafilov Elmar İlqar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı hökmü cinayət qanununun norması düzgün tətbiq olunmaqla dəyişdirilsin. Azərbaycan Respublkası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlunun şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək ümumilikdə 02 gün müddət həmin hökmlə ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Alibi Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs İsrafilov Elmar İlqar oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə üçün sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Alibi Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu mddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar