Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-474/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili müdafiəçi1nın iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (sədrlik edən hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi ilə) ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü ilə ## ###### 1978-ci ildə Cəlilabad rayonu, Göytəpə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı ## ####### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama görə, Təqsirləndirilən şəxs mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ####### 2025-ci tarixdə saat 12 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evin giriş qapısının qarşısında yerdə qoyulmuş idman çantasından içərisində 255 manat nağd pul, 15 manat dəyərində istifadədə olmuş 925 əyarlı gümüş materialdan olan 5 qram çəkidə qolbaq, “xxxx” KB ASC tərəfindən verilmiş 5411-2498-0745- 0494 PAN nömrəli “Leobank” bank kartı, “xxxx” ASC tərəfindən verilmiş 5103-0714-9284-8094 PAN nömrəli bank kartı, “Kapital Bank” ASC tərəfindən verilmiş üzərində PAN nömrəsi və digər nömrələri olmayan “birbank cashback” kartı, "xxxx” ASC tərəfindən verilmiş 4098-6200-0247- 7024 PAN nömrəli bank kartı, “xxxx” QSC tərəfindən verilmiş 5168- 2354-7662-5842 PAN nömrəli “pulkart debit”xxxx“xxxx” ASC tərəfindən verilmiş 5243-7544-4742-5453 PAN nömrəli “ucard” bank kartı olan istifadədə olmuş 10 manat dəyərində qara rəngli pul kisəsini gizli yolla ələ keçirmiş, bundan sonra cinayətkar niyyətini davam etdirərək, qeyd olunan evin giriş qapısının üzərində olan asma qıfılı fiziki güc tətbiq etməklə, dartıb çıxararaq evə qanunsuz daxil olaraq, evdə olan şkafa qoyulmuş içərisində 200 manat məbləğində qəpik pullar olan 02 ədəd şüşə bankaları, 300 manat məbləğində nağd pulu gizli yolla ələ keçirmiş, bundan sonra, oğurladığı Zərərçəkmiş şəxs məxsus “xxxx” KB ASC tərəfindən verilmiş 5411- 2498-0745-0494 PAN nömrəli, “Leobank” bank kartından istifadə etməklə, ünvan 1 ünvanında yerləşən “Ağadayı” adlı dönərxanada ## ####### 2025-ci tarixdə saat 04:32-də 3,30 (üç manat otuz qəpik) manat, saat 04:35-də 1,60 (bir manat altmış qəpik) manat olmaqla, cəmi 4,90 (dörd manat doxsan qəpik) manat məbləğində alış-veriş edərək, vahid niyyətlə əhatə olunan qəsdlə gizli yolla ələ keçirməklə, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 784,90 (yeddi yüz səksən dörd manat 90 qəpik) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib işinə düzgün baxılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti əsaslandırılmışdır ki, məhkəmə əməlini CM-nin 177.1-ci maddəsinə tövsif etmədən cəza təyin etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın azaldılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifini mübahisələndirsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, apellyasiya şikayətinin əsaslandığı halları artıq hökmündə tədqiq etməklə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Təqsirləndirilən şəxs əməlinin CM-nin 177.2.3-cü maddəsindən CM-nin 177.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun # #### 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, maddi vəziyyəti aşağı olduğundan oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə ## ####### 2025-ci il tarixdə saat 12 radələrində bir həyətdə yaşadığı, lakin ayrı-ayrı evləri olan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmişdir. Qonşu olduqlarından həmin saatlarda Mehmanın və onun anasının işdə olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxs yaşadığı evin giriş qapısının qarşısında yerdə idman çantası olmasını görüb çantanı açaraq baxmağa başlamışdır. Həmin vaxtı çantanın içindən bir ədəd pul kisəsi görüb götürmüşdür. Pul kisəsinin içinə baxan zaman içərisində bir ədəd “Leobank” adlı banka aid və xatırlamadığı digər banklara aid bank kartları olmasını görüb götürərək cibinə qoymuşdur. Daha sonra Mehmanın evinin giriş qapısını üzərində olan asma qıfılı əli ilə dartıb açmış və içəri daxil olmuşdur. Evə bir qədər göz gəzdirib oğurlaya biləcəyi əşya axtarmağa başlamışdır. Daha sonra evin sağ tərəfində, divar küncündə olan şkafa yaxınlaşıb qapısını açmış və içərisində şüşə bankanın da içərisində qəpiklər olmasını görüb bankanı götürmüş və yaşadığı evə getmişdir. Evdə olan zaman bankadakı qəpikləri tökərək saymış və 125 manat olmasını bilmişdir. Həmin 125 manatdan 80 manatını ödəmə terminalları vasitəsi ilə onlayn kazino oyunlarına yatıraraq orada xərcləmiş, lakin uduzmuşdur. Qalan 45 manatı isə şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa yaşadığı Yasamal rayonu ərazisində “Ağadayı” adlı dönərxanada dönər və ayran alan zaman sifarişin qiyməti olan 4.90 manat pulu oğurladığı bank kartından istifadə etməklə ödəmişdir. Həmin dönərxana əvvəllər “Ağababa” adı ilə fəaliyyət göstərmişdir. ## ####### 2025-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək özlərini təqdim etmiş, onların Yasamal RPI-nin 26-cı PB-nin əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvandan oğurluq edildiyini, bu səbəblə, polis bölməsinə gedərək izahat verməli olduğunu bildirmişlər. O, etiraz etməmiş və könüllü surətdə polis bölməsinə getmiş, orada olan zaman etdiyi əməli səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Təqsirləndirilən şəxs niyyəti əvvəldən oğurluq etmək olmuşdur. Belə olan halda həm istintaq, həm də birinci instansiya məhkəməsi onun əməlini CM-nin 177.2.3-cü maddəsi tövsif etməkdə haqlı olmuşdur. Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə müdafiə tərəfi onun cəzasının azaldılmasını xahiş etsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlini qismən etiraf etməsini yüngülləşdirən hal kimi, onun əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası daxilində nəzərdə tutulmuş en minimal həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir ki, məhkəmə kollegiyası cəzanın yüngülləşdirilməsi üçün əsas görmür. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyriməqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-474/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-474/2026
23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver