Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-477/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Qaraqurbanlı Ramin Afad oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Ələkbərov Anar Akif oğlunun, Zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsmayılov Hafiz Əlicabbar oğlunun, Quliyev İbrahim Nizami oğlunun, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş İsmayılov Elçin Seyfulla oğlunun iştirakları ilə, İsmayılov Elçin Seyfulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protestinə və məhkum edilmiş şəxs İsmayılov Elçin Seyfulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim O.Məmmədli) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ## ######## 1999-cu ildə Saatlı şəhərində doğulmuş, əvvəllər məhkum olunmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 4 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan təbdiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan İsmayılov Elçin Seyfulla oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə şərti məhkum etmə ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə İsmayılov Elçin Seyfulla oğlu oğluna Füzuli Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkməsinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İttiham aktına və hökmə əsasən İsmayılov Elçin Seyfulla oğlu tamah niyyəti ilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı İsmayılov Hafiz Əlicabbar oğluna özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, Hafiz İsmayılovu Saatlı şəhərində yerləşən Saatlı mədəniyyət evinə işə düzəldəcəyi barədə yalan vədlər verib inandırıb aldadaraq ## ###### 2024-cü il tarixdə, saat 00:35-də Saatlı şəhəri, Heydər Əliyev prospekti 131 ünvanında yerləşən "xxxx” ASC-yə məxsus bankomatın qarşısında Hafiz İsmayılovdan 2.200 manat pul alaraq ələ keçirib zərərçkəmiş səxs İsmayılov Hafiz Əlicabbar oğluna 2.200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Quliyev İbrahim Nizami oğluna özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, İbrahim Quliyevi R rütbəsi ilə Müdafiə Nazirliyinin Mülki Müdafiə Qoşunlarında işə qəbul etdirəcəyi barədə yalan vədlər verib inandırıb aldadaraq İbrahim Quliyevin ## ######## 2024-cü il tarixdə, saat 14:54-də ünvan 3 Əliyev prospekti 240 ünvanında yerləşən "Səma” şadlıq sarayının qarşısındakı "Sultan” çay evində olarkən mobil telefonda olan "xxxx” ASCyə aid "Birbank" mobil tətbiq vasitəsilə son rəqəmləri 2931 olan bank kartına göndərdiyi 4.000 manat məbləğində pulu ələ keçirib zərərçkəmiş səxs Quliyev İbrahim Nizami oğluna 4.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı zərərçəkmiş şəxs3 özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edib, zərərçəkmiş şəxs3 Dövlət Təhlükəsizlik Xidmətinə işə düzəldəcəyi barədə yalan vədlər verib inandırıb aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə ## ###### 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "Nəriman Nərimanov" parkının qarşısında zərərçəkmiş şəxs3 qohumu şahid2 10.500 manat pulu, ## ###### 2024-cü il tarixdə zərərçəkmiş şəxs3 atası şahid3 Mingəçevir şəhəri, Qres qəsəbəsində yol kənarında quraşdırılmış “Milli ön” elektron ödəmə terminalı vasitəsilə bank kartına göndərmiş olduğu 1.500 manat pulu, ## ###### 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən "Bravo" marketin qarşısında zərərçəkmiş şəxs3 7.800 manat və sonuncu dəfə 2025-ci ilin yanvar ayının ortalarında ünvan 2 ünvanında yerləşən "Bravo" marketin içərisində zərərçəkmiş şəxs3 4.800 manat məbləğində pulunu alaraq ələ keçirib zərərçkəmiş səxs zərərçəkmiş şəxs3 ümumilikdə 24.600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya protestinin və şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı X2 apellyasiya protesti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmün cinayət qanununun norması düzgün tətbiq edilərək dəyişdirilməsi xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, hökmdən görünür ki, məhkəmə İsmayılov Elçin Seyfulla oğlunun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 28 gün müddəti ona təyin olunmuş cəzadan çıxıb, üzərində qəti olaraq 3 il 3 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Lakin iş materiallarından görünür ki, İsmayılov Elçin Seyfulla oğlu ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı Elçin İsmayılov barəsində olan ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilərək ##.##.2025-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmaqla qərarın surəti Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə göndərilmiş, həmin qərar əsasında ##.##.2025-ci il tarixdə Yasamal RPİnin 29-cu PŞ-də *****/** nömrəli axtarış işi açılmışdır. ##.##.2025-ci il tarixdə Elçin İsmayılov saxlanılmış, həmin tarixdə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmiş və ##.##.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Belə olan halda məhkəmə onun barəsində axtarış elan edildiyi - ##.##.2025-ci il tarixədək 2 ay 8 günü və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək saxlanıldığı 2 günü, yəni cəmi 2 ay 10 günü ona qəti olaraq təyin olunmuş cəzadan çıxmalı olduğu halda əsassız olaraq ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək (2 ay 28 günü) müddəti çıxmaqla cəza təyin etməyə dair cinayət qanunu norması düzgün tətbiq etməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs İsmayılov Elçin Seyfulla oğlu apellyasiya şikayəti verərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə təyin edilmiş cəzası barədə Amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 71.5ci maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə şərti məhkum etmə ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə İsmayılov Elçin Seyfulla oğlu oğluna Füzuli Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 02 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Əlavə olaraq bildirmək istəyir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsi ilə aldığı şərti cəza ##.##.2025-ci il tarixli amnistiya aktının təsiri altına düşür. Bu səbəbdən hesab edir ki, ona təyin edilmiş cəza əqismən ədalətsizdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayətləri verməmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Ələkbərov Anar Akif oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmün apellyasiya protestində göstərilənlərə uyğun olaraq dəyişdirilməsini, məhkum edilmiş şəxs İsmayılov Elçin Seyfulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs İsmayılov Elçin Seyfulla oğlu və onun mdafiəçisi müdafiəçi1 dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsini, İsmayılov Elçin Seyfulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilərək ona Füzuli Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasının “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli qərarının tətbiq edilməsini xahiş etmişlər. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, İsmayılov Hafiz Əlicabbar oğlu və Quliyev İbrahim Nizami oğlu hər biri ayrı-ayrılıqda məhkum edilmiş şəxs İsmayılov Elçin Seyfulla oğlu tərəfindən verilmiş apaellyasiya şikayətinin təmin edilməməsini, apellyasiya protestinin isə təmin edilməsini xahiş etmişlər. İşdə olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” ## ### 2025ci il tarixli protokoldan görünür ki, İsmayılov Elçin Seyfulla oğlu həmin tarixdə saat 16:30-da tutulmuşdur. İşdə olan Saatlı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarından görünür ki, İsmayılov Elçin Seyfulla oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İsmayılov Elçin Seyfulla oğlu barəsində həmin tarixdə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. “ İşdə olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, İsmayılov Elçin Seyfulla oğlu həmin tarixdə saat 17:50-də tutulmuşdur. İşdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, 4(004)- ***/**** nömrəli qərarından görünür ki, İsmayılov Elçin Seyfulla oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. İşdə olan “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, İsmayılov Elçin Seyfulla oğlunun barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 4(004)- ***/**** nömrəli qərarından görünür ki, İsmayılov Elçin Seyfulla oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmiş və o, ##.##.2025-ci il tarixdə tutulmuş, hazırkı vaxtadək həbsdədir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixdə verilmiş tələbnamədən və Füzuli Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-***/**** saylı hökmdən görünür ki, İsmayılov Elçin Seyfulla oğlu Füzuli Hərbi Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)- ***/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən İsmayılov Elçin Seyfulla oğluna azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilməklə 1 (bir) il sınaq müddəti təyin edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Saatlı Rayon İcra və Probasiya Şöbəsinin ## ###### 2026-cı il tarixli məktubundan görünür ki, Füzuli Hərbi Məhkəməsinin *-*(***)-***/**** saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilmiş, 01 il sınaq müddəti müəyyən edilmiş İsmayılov Elçin Seyfulla oğlu ##.##.2025-ci il tarixdə cəzası başa çatdığından üçün Saatlı Rayon İcra və Probasiya Şöbəsindən qeydiyyatdan çıxarılmışdır. İbtidai istintaq zamanı Elçin İsmayılov barəsində olan ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilərək ##.##.2025-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmaqla qərarın surəti Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə göndərilmiş, həmin qərar əsasında ##.##.2025-ci il tarixdə Yasamal RPİnin 29-cu PŞ-də *****/** nömrəli axtarış işi açılmışdır. ##.##.2025-ci il tarixdə Elçin İsmayılov saxlanılmış, həmin tarixdə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmiş və ##.##.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya protestinin və şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya protesti təmin edilməli, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü İsmayılov Elçin Seyfulla oğlunun həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər düzgün müəyyən olunub çıxılmaqla dəyişdirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən İsmayılov Elçin Seyfulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Məhkəmə kollegiyası İsmayılov Elçin Seyfulla oğlunun barəsində seçilmiş cəza tədbirinin qanunuliyini və əsaslılığını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cəzanın növü və müddəti seçilərkən qanuni və əsaslı nəticəyə gəlinsə də, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər düzgün müəyyən olunub çıxılmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Mübahisələndirilən hökmdən görünür ki, birinci instansiya məhkəməsi İsmayılov Elçin Seyfulla oğlunun törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs İsmayılov Elçin Seyfulla oğlunun əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi İsmayılov Elçin Seyfulla oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Bundan başqa, amnistiya aktının tətbiqi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki hökmü qərar qüvvəyə mindiyi ## ###### 2025-ci il tarixdən sonra çıxarıldığından, eyni Amnistiya qərarının 9-cu bəndinə əsasən onun barəsində həmin qərarın 3.1-ci bəndinin tətbiq edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Belə ki, Amnistiya qərarının 3 və 3.1-ci bəndlərinə görə, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzasının 6 ay azaldılması nəzərdə tutulmuş, lakin, 9-cu bənddə eyni Qərarın 1–3-cü hissələrinin amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq olunması müəyyən edilmişdir. Apellyasiya protestinin dəlili ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, hökm cinayət qanununun norması düzgün tətbiq edilərək dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi İsmayılov Elçin Seyfulla oğlunun həbsdə və ev dustaqlığında saxlanıldığı 2 ay 28 gün müddəti ona təyin olunmuş cəzadan çıxıb, üzərində qəti olaraq 3 il 3 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlamışdır. Lakin iş materiallarından görünür ki, İsmayılov Elçin Seyfulla oğlu ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı rayon məhkəməsinin ##.##.2025-ci il tarixli qərarına əsasən əvvəli ##.##.2025-ci il tarixdən hesablanmaqla barəsində 03 ay müddətə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq zamanı Elçin İsmayılov barəsində olan ev dustaqlığı qətimkan tədbirinin şərtlərini pozduğu üçün barəsində axtarış elan edilərək ##.##.2025-ci il tarixdə iş üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmaqla qərarın surəti Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə göndərilmiş, həmin qərar əsasında ##.##.2025-ci il tarixdə Yasamal RPİnin 29-cu PŞ-də *****/** nömrəli axtarış işi açılmışdır. ##.##.2025-ci il tarixdə Elçin İsmayılov saxlanılmış, həmin tarixdə şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə təhvil verilmiş və ##.##.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, İsmayılov Elçin Seyfulla oğlunun şübhəli şəxs qismində tutulduğu ##.##.2025-ci il tarixdən qətimkan tədbrininin şərtlərini pozduğu üçün barəsində axtarış elan edildiyi - ##.##.2025-ci il tarixədək 2 ay 8 günü və ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək saxlanıldığı 2 günü, yəni cəmi 2 ay 10 günü ona qəti olaraq təyin olunmuş cəzadan çıxmalı olduğu halda, əsassız olaraq ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək (2 ay 28 günü) müddəti çıxmaqla cəza təyin etməyə dair cinayət qanunu norması düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, verilmiş apellyasiya protesti təmin olunmalı, apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı yuxarıda göstərilən əsaslarla dəyişdirilməlidir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.4 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs İsmayılov Elçin Seyfulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. İsmayılov Elçin Seyfulla oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən İsmayılov Elçin Seyfulla oğlunun həbsdə və ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 10 (on) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay 20 (iyirmi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs İsmayılov Elçin Seyfulla oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Anar İbrahimov Ramin Qaraqurbanlı
Məhkəmə qərarları › İş №1(3-6)-477/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-477/2026
29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver