Məhkəmə qərarları › İş №1(3-6)-482/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-482/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-482/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi olmuş müdafiəçi2 verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X2) ## ###### 1964-cü il tarixdə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 8 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, o, "Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir. Işin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, 2023-cü il və 2024-cü ilin iyun ayınadək olan müddət ərzində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarış əsasında Zərərçəkmiş şəxsin hüquqi varisi (bundan sonra – zərərçəkmiş şəxs) xüsusi mülkiyyətinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhic Bağ sahəsində yerləşən **** saylı bağ sahəsinin 0,05 ha hissəsini daşla hasarlayıb üzərinə darvaza qoymaqla qanunla qadağan edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlamaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Təqsirləndirilən şəxsin müdafiəçisi olmuş müdafiəçi2 apellyasiya şikayətində həmin məhkəmə hökmünün ləğv edilməsini, cinayət işi üzrə icraata təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsini nəzərə alınmamışdır. Təqsirləndirilən şəxs 1998-ci ildən Bakı şəhər Icra Hakimiyyəti Aparatının Abadlaşdırma və Park- Bağ təsərrüfatının Inkişafı Departamentində torpaq sahəsinin ayrılması ilə bağlı növbədə olmuşdur. ## ####### 2005-ci il tarixli, ***** nömrəli müqavilə əsasında **** saylı 12 sot bağ sahəsi X5 və Istismarı Birliyi tərəfindən təqsirləndirilən şəxsə ayrılmış, sonra isə həmin bağ sahəsi təqsirləndirilən şəxsin mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Bundan sonra təqsirləndirilən şəxs olan həmin torpaq sahəsinə bitişik 24 sot torpaq sahəsini zibillikdən təmizləyib abadlaşdırmış, daş hasara almış, 2005-ci ildən orada yaşamağa başlamış, orada su hovuzu tikdirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində həmin torpaq sahəsini alanda orada köhnədən tikilmiş su hovuzunun olduğunu bildirmişdir. Beləliklə, təqsirləndirilən şəxs ## ###### 2022-ci il tarixdə zərərçəkmiş şəxsin mülkiyyətinə keçmiş həmin torpaq sahəsindən hələ 2005-ci ildən istifadə etməyə başladığına görə həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti 2007-ci ildə keçmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsindən 21 ilidir ki, fasiləsiz, etirazsız istifadə etmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Ordusunda 25 il xidmət etmiş, İ Qarabağ Müharibəsi iştirakçısı, İ qrup Qarabağ əlili və Prezident təqaüdçüsüdür. Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib, çıxış edərək onun təmin edilməsini xahiş etmişlər. Apellyasiya məhkəməsi iclasında təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərinə dair verdiyi izahatında cinayət işi materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi barədə” ## #### 2024-cü il tarixli protokola əlavə edilmiş fotocədvəldə darvazanın qoyulduğu görünən daş hasarın 3-4 daşüstə olan hissəsini əvvəllər, qalan hissəsini isə 2024-cü ilin may-iyun aylarında hördürdüyünü, bundan sonra oraya darvaza qoydurduğunu bildirmişdir. Apellyasiya məhkəmə iclasında dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası CPM-in müvafiq olaraq 399.1.2 və 399.1.4-cü maddələrində nəzərdə tutulmuş əsaslar üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, həmçinin təqsirləndirilən şəxsin törətdiyi əməl üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsindən ibarət hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün müvafiq ardıcıllıqla aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməl üzrə Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi materiallarında olan, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutub, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanıb, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq edərək sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən – təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin zərərçəkmiş şəxsin mülkiyyətində olan torpaq sahəsinin 0,05 ha hissəsini 2024-cü ilin may ayının sonu – iyun ayının əvvəllərində hasarlatdırmasını və oraya darvaza qoydurmasını etiraf etməsindən ibarət hissələri ilə yanaşı, zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, “Hadisə yerinə baxış keçirilməsi haqqında” ## #### 2026-cı il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillər (İ cild, səh. 15-17), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarış (İ cild, səh. 18), Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik Hüquqi Şəxsinin ## #### 2024-cü il tarixli məktubu, ona əlavə edilmiş həmin torpaq sahəsinə dair ortofotogörüntü və bağların bölgüsünə dair sxematik xəritə (İ cild, səh. 23-17) (məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur) ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş, məhkəmə hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, bu nəticə işin faktiki hallarına uyğundur. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi, Azərbaycan Respublikası CM-in 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçib-keçməməsinə münasibət bildirmək üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in: - 15.2-ci maddəsinə əsasən 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. - 75.1.1-ci maddəsinə əsasən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətdiyi gündən iki il keçdikdə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, işin müəyyən edilmiş faktiki halı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin mülkiyyətində olan torpaq sahəsinin 0,05 ha hissəsini hasarlatdırması və oraya darvaza qoydurmasının 2024-cü ilin may ayının sonu – iyun ayının əvvəllərində baş verməsindən ibarət olduğuna görə iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökmün bu gün qanuni qüvvəyə mindiyi nəzərə alınaraq, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddəti keməmişdir. Beləliklə, göstərilən hüquqi mövqelərdən aydın olur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi olmuş müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə məhkuma hüquqi yardım göstərməsinə təxminən cəmi 15 saat iş vaxtı sərf etməsi ağlabatan hesab edildiyinə görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 165 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 92.9.24, 193.5, 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi olmuş müdafiəçi2 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Universal” Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 165 (bir yüz altmış beş) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın bu hissədə icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar