Məhkəmə qərarları › İş №1(3-6)-483/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-483/2026

28.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-483/2026 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qiyabi hökmündən müdafiəçi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qiyabi hökmü ilə ## #### 1973-cü ildə Ermənistan Respublikasının Stepanavan (Cəlaloğlu) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 9 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, daha sonra isə X8 yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməklə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə qiyabi icraat açılan Təqsirləndirilən şəxs ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ona ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə 02 il müddətə tikinti sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olma hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza isə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə tikinti sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olma hüququndan məhrum edilməklə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hazırki hökmün icrası qaydasında faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanması, həbsdə saxlanma yeri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanası müəyyən edilməsi hökm edilmişdir. Hökmlə həmçinin xüsusi müsadirə olunaraq dövlət nəfinə alınmalı və həmçinin həbs üzərinə qoyulmuş əmlakların taleyi ilə bağlı məsələ də həll olunmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmdə olan anlaşılmazlıqlığın həlli ilə bağlı qərarından görünür ki, hökmün nəticəvi hissəsində “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi 16 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 8 mənzil 4, ünvan 8 mənzil 5, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 2A, mənzil 29, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 59, mənzil 14, ünvan 2 məhəllə ünvanında yerləşən qeyri-yaşayış binası, ünvan 7 ünvanında yerləşən 0,098 ha torpaq sahəsi xüsusi müsadirə olunaraq dövlət nəfinə alınsın” sözləri və “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ünvanında yerləşən 2,043 ha torpaq sahəsi və üzərində yerləşən 776,7 kv.m qeyri-yaşayış binasının, həmçinin ünvan 4 məhəllə ünvanında yerləşən 1,92 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün” sözləri “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsi 16 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi, ünvan 8 mənzil 4, ünvan 8 mənzil 5, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 2A, mənzil 29, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 59, mənzil 14, ünvan 2 məhəllə ünvanında yerləşən 007011001016- ***** reyestr nömrəli qeyri-yaşayış binası, ünvan 7 ünvanında yerləşən ************ reyestr nömrəli 0,098 ha torpaq sahəsi xüsusi müsadirə olunaraq dövlət nəfinə alınsın” sözləri və “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsi ünvanında yerləşən ************ reyestr nömrəli 2,043 ha torpaq sahəsi və üzərində yerləşən 776,7 kv.m qeyriyaşayış binası, həmçinin ünvan 4 məhəllə ünvanında yerləşən ************ reyestr nömrəli 1,92 ha torpaq sahəsi Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar olmadığından həmin əmlakların üzərinə qoyulmuş həbs götürülsün” sözləri kimi oxunması qərara alınmışdır. Işin halları: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin külli miqdarda əmlakını vahid niyyətlə ələ keçirib dələduzluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edildiyini biləbilə, əmlakın əldə edilməsinin həqiqi mənbəyinin, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ört-basdır edilməsi və gizlədilməsi məqsədilə xeyli miqdarda əmlakı konversiya etməklə, köçürtməklə, maliyyə əməliyyatları aparmaqla və digər əqdlər həyata keçirtməklə leqallaşdırmışdır. Belə ki, Təqsirləndirilən şəxs 2013-cü ildən biznes ortağı olan tanışı X7 vasitəsilə 2016-cı ilin əvvəllərində istintaqla müəyyən edilməyən gündə tanış olduğu Zərərçəkmiş şəxs maddi imkanlarının yaxşı olmasını bilib tamah niyyəti ilə sonuncunun külli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq geri qaytarmaq niyyəti olmadan aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək, daha sonra isə cinayət yolu ilə ələ keçirəcəyi pul vəsaitini Rusiya Federasiyasının Moskva şəhərinin ərazisində hündürmərtəbəli binaların tikintisinə xərcləməklə leqallaşdırması məqsədilə Zərərçəkmiş şəxs Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndi ərazisində yerləşməklə ümumi sahəsi 320.000 kvadratmetr olan 20 ədəd 9 mərtəbəli binadan ibarət “Piroqovskaya Rivyera” və Moskva vilayətinin Odintsovski rayonunun Novıye Javoronki kəndi ərazisində yerləşməklə ümumi sahəsi 130.000 kvadratmetr olan 12 ədəd 5 mərtəbəli binadan ibarət “Akkord-Smart kvartal” yaşayış komplekslərinin tikinti layihələrini ona təqdim edərək həmin layihələrin icrası nəticəsində külli miqdarda gəlir əldə edəcəyini, 10.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 15.700.000 manat) məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 28.260.000 manat) qazanc vercəyinə dair yalan vədlər verərək şirnikləndirməklə bu zəmində aralarında yaranmış etibarlı münasibətdən suiistifadə edib aldadaraq 2016-cı ilin fevral ayının istintaqla müəyyən edilməyən günündə Moskva şəhəri, “Kiyevskiy Vağzal” meydanı ev 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Yevropeyskiy” ticarət və əyləncə mərkəzindəki ofisində sonuncudan ilk olaraq 2.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 3.140.000 manat), daha sonra 2016-cı ilin iyun ayının istintaqla müəyyən edilməyən günündə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən X5rşısında Zərərçəkmiş şəxs məxsus olan 3.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 4.530.000 manat) məbləğində pul vəsaitini sonuncunun tapşırığına əsasən X7, ## #### 2017-ci il tarixdə isə Moskva şəhəri, “Kiyevskiy Vağzal” meydanı, ev 2 ünvanında yerləşən “Yevropeyski” ticarət və əyləncə mərkəzindəki ofisdə Zərərçəkmiş şəxs 5.000.000 ABŞ dolları olmaqla (həmin dövrün məzənnəsi ilə 8.600.000 manat), ümumilikdə 10.000.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 16.270.000 manat) məbləğində pul vəsaitini vahid niyyətlə etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurub dələduzluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs dələduzluq cinayətinin törədilməsi yolu ilə əldə etdiyi vəsaitin, yəni 16.270.000 manata bərabər olan 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edildiyini bilə-bilə həmin əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək, əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin onların yerdəyişməsinin, əmlaka olan hüquqların və onların kimə məxsus olmasının ortbasdır edilməsi və gizlədilməsi, pul vəsaitinə qanuni görkəm verməklə törətdiyi əməlin mülki münasibətlərdən irəli gələn müqavilə öhdəliyi olması görüntüsünü yaratmaqdan ötrü həmin pul vəsaiti hesabına təsisçisi və faktiki rəhbəri olduğu, hüquqi şəxslərin vahid dövlət reyestrindən ## ###### 2021-ci il tarixli ***-****-**-********* nömrəli çıxarışa əsasən hüquqi ünvanı Rusiya Federasiyası Moskva şəhəri Kutuzovskiy prospekti ev 3 olan, iqtisadi sahədə fəaliyyət istiqamətinin sənaye binalarının, yaşayış evlərinin, magistral yolların, su qurğularının tikintisinin, eləcə də təmir və bərpası işlərinin həyata keçirilməsi göstərilmiş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Moskva vilayəti Hökumətinin Moskva vilayətinin Tikinti Kompleksi Nazirliyi tərəfindən verilmiş ## ### 2015-ci il tarixli RU50- 19-2015-687 və RU**-**-****-*** nömrəli “tikintiyə icazə” sənədlərinə əsasən ## ### 2015-ci il tarixdən müvafiq olaraq ## ###### 2018 və ## ###### 2018-ci il tarixlərədək olan dövr ərzində Moskva vilayətinin Odintsovski rayonunun Novıye Javoronki kəndi ərazisində 4 ədəd 5 mərtəbədən ibarət “Akkord-Smart kvartal” yaşayış kompleksinin tikintisini başa çatdıraraq, Rusiya Federasiyası Moskva vilayətinin Mənzil Siyasəti Nazirliyinin ## ###### 2018-ci il tarixli RU**-**-*****-**** nömrəli və ## ###### 2018- ci il tarixli RU**-**-*****-**** nömrəli “obyektin istismara verilməsi” sənədləri əsasında qeyd edilən mənzilləri və qeyri yaşayış sahələrini ayrı-ayrı çoxsaylı şəxslərə satıb istismara verməklə, həmçinin, Moskva vilayəti Hökumətinin Moskva vilayətinin Tikinti Kompleksi Nazirliyi tərəfindən verilmiş ## ##### 2015-ci il tarixli RU50-16- ****-*** nömrəli, ## ###### 2016-cı il tarixli RU50-16-6766-2016, RU50-16-6770-2016 və RU50-16-6771- **** nömrəli “tikintiyə icazə” sənədlərinə əsasən ## ##### 2015-ci il tarixdən müvafiq olaraq ## #### 2020 və ## ###### 2021-ci il tarixlərədək olan dövr ərzində Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndi ərazisində 10 ədəd 9 mərtəbədən, 2 ədəd 6 mərtəbədən ibarət “Piroqovskaya Rivyera” yaşayış kompleksinin tikintisini başa çatdıraraq, Rusiya Federasiyası Moskva vilayətinin Mənzil Siyasəti Nazirliyinin ## #### 2020-ci il tarixli RU**-**-*****-**** nömrəli, ## ###### 2021-ci il tarixli RU50-12-19873-2021 və RU**-**-*****-**** nömrəli “obyektin istismara verilməsi” sənədləri əsasında qeyd edilən mənzilləri və qeyri-yaşayış sahələrini ayrı-ayrı çoxsaylı şəxslərə satıb istismara verməklə, ümumilikdə qeyd olunan hər iki yaşayış kompleksinin tikintisini Bakı şəhərində dələduzluq yolu ilə ələ keçirdiyi pul vəsaitinin bir qismini istintaqa məlum olmayan üsulla Rusiya Federasiyasına köçürtməklə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin bank hesabları üzrə 2016-cı ilin fevral ayından 2021-ci ilin sonunadək ABŞ dollarından rus rubluna konversiya edib, çoxsaylı maliyyə əməliyyatları aparmaqla, müxtəlif əqdlər bağlamaqla, o cümlədən tikinti obyektlərinin həmin dövr ərzində “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X10 ilə ayrı-ayrı şəxslər arasında bağlamağa nail olduğu müqavilələr əsasında satışını həyata keçirtməklə, xeyli miqdar təşkil edən, yəni 16.270.000 manata bərabər olan 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitini leqallaşdırmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qiyabi hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 apellyasiya şikayəti verərək qiyabi hökmün ləğv edilməsini və Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 193- 1.3.2-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ibtidai istintaq mərhələsində toplanmış sübutları məhkəmə baxışı mərhələsində tədqiq edərkən, iş üzrə zərərçəkən şəxs və şahidlər videokonfrans vasitəsi ilə məhkəmə iclasında dindirmişlər, onlar ifadələrində təqsirləndirilən şəxsi tanıdığlarını qeyd etsələr də, iş üzrə ziddiyətli ifadələr vermişlər. Apellyasiya instansiya məhkəməsi qeyd olunan halları yenidən araşdıraraq, təqsirləndirilən şəxsin təqsirsizliyini, habelə ona bəraət verən hallar üzrə sübutların olmasına yenidən hüquqi qiymət verməlidir. Birinci instansiya məhkəməsinin işdə olan sübutları Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi və CPM-nin 21, 33, 139, 143-146-ci maddələri baxımından düzgün olmamışdır, eləcə də CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün yetərli olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab vermədiyi müəyyən olunur. Azərbaycan Respublikası CPM-nin 28.5ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Hökmdən görünür ki, birinci instansiya məhkəməsi ibtidai istintaqın toplamış olduğu sübutları əsas tutmaqla, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması kimi cinayət prosesinin prinsipini nəzərə almamışdır. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qiyabi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Təqsirləndirilən şəxs ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qiyabi hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “Insan Hüquqlarının və X14 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ## ####### 2017-ci il tarixədək qüvvədə olan Cinayət Məcəlləsinin 178.3.2-ci və həmin Məcəllənin 193-1.3.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiə tərəfinin apellyasiya şikayətinin əsas dəlilləri qismində iş üzrə zərərçəkən şəxs və şahidlərin ziddiyyətli ifadələr verməsi, birinci instansiya məhkəməsinin ibtidai istintaqın toplamış olduğu sübutları əsas tutmaqla, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması kimi cinayət prosesinin prinsipini nəzərə almaması göstərilməklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 193-1.3.2-ci maddələri ilə bəraət verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdıraraq, Azərbaycan Respublikası CPM-nin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun şəkildə zərərçəkmiş şəxs və şahid ifadələrinin, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokolların, eləcə də iş materiallarında olan digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, müdafiə tərəfinin apellyasiya şikayətlərində əsaslandırdığı halları artıq hökmündə tədqiq etməklə, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrəkTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və 193-1.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilmişdir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2016-cı ilin əvvəllərində dostu Isay Zaxaryayevin vasitəsilə tanış olmuşdur. Isay Zaxaryayevlə Təqsirləndirilən şəxs 2013-cü ildən etibarən şərikli olaraq Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndi ərazisində yerləşən, ümumi sahəsi 320.000 kvadratmetr təşkil edən 20 ədəd 9 mərtəbəli binadan ibarət “Piroqovskaya Rivyera” yaşayış kompleksinin tikintisini həyata keçirməyə başlamışlar. 2016-cı ilin əvvəllərində Təqsirləndirilən şəxs tərəfindən tikintinin öz payına düşən hissəsində maliyyə məsələləri ilə bağlı sıxıntı yarandığından o, investor axtarmağa başlamış və bu minvalla da Isay Zaxaryayevin vasitəsilə onunla tanış olmuşdur. Təqsirləndirilən şəxs özünü uğurlu iş adamı kimi təqdim edərək, Azərbaycanda böyük yol-tikinti layihələrini həyata keçirdiyini, həmçinin Moskva şəhərində də böyük layihələrə rəhbərlik etdiyini ona demişdir. O, dostu Isay Zaxaryayevin də Təqsirləndirilən şəxslə 2013-cü ildən şərikli olaraq iş gördüyünü bildiyindən Ilqara tam etibarı yaranmışdır. Söhbətləri zamanı Ilqar ona Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində ümumi sahəsi 320.000 kvadratmetr olan ərazidə 20 ədəd 9 mərtəbəli binadan ibarət “Piroqovskaya Rivyera” və Rusiya Federasiyasının Moskva vilayətinin Odintsovski rayonunun Novıye Javoronki kəndində ümumi sahəsi 130.000 kvadratmetr olan ərazidə 12 ədəd 5 mərtəbəli binadan ibarət “Akkord- Smart kvartal” yaşayış komplekslərinin tikinti layihələrini təqdim edib, həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyini vədi vermişdir. O, Ilqarın təqdim etdiyi layihə sənədləri ilə tanış olub, ona inanaraq hər iki layihə üzrə fiziki şəxs kimi qeyd olunan investisiyanı yatırmaq qərarına gəlmişdir. Razışalmaya əsasən o, 10.000.000 ABŞ dolları məbləğində pulu nağd şəklində olmaqla hissə-hissə Ilqara verməli olmuşdur. Razılaşmaya əsasən o, ilk olaraq 2016-cı ilin fevral ayında Moskva şəhərində Təqsirləndirilən şəxs 2.000.000 ABŞ dolları məbləğində pul vermiş, pulun müəyyən bir hissəsini isə Quba rayonunun Qırmızı Slobada qəsəbəsində yaşayan qohumlarından götürməklə Təqsirləndirilən şəxs çatdırılacağını demişdir. Buna görə də 2016-cı ilin iyun ayının əvvəllərində Təqsirləndirilən şəxs ona zəng edərək Bakı şəhərində olması barədə məlumat verərək 3.000.000 ABŞ dolları pul verməli olduğunu bildirmişdir. O, həmin vaxt Quba rayonunun Qırmızı Slobada qəsəbəsində olan dostu Isay Zaxaryayevə zəng edərək qəsəbədə yaşayan tanış və qohumlarından həmin məbləğdə pulu toplayıb Bakı şəhərində Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. Isay Zaxaryayev onun tapşırığına əsasən 2016-cı ilin iyun ayının əvvəllərində 3.000.000 ABŞ dolları məbləğində pulu Bakı şəhərində Təqsirləndirilən şəxs vermişdir. Sonuncu dəfə isə ## #### 2017-ci il tarixdə Ilqar qalıq məbləğ olan 5.000.000 ABŞ dolları məbləğində pulun verilməli olduğunu ona bildirmiş, o, həmin tarixdə Ilqarı Moskva şəhərində yerləşən özünə məxsus “Yevropeyskiy” ticarət və əyləncə mərkəzindəki ofisinə dəvət etmiş və orada ona 5.000.000 ABŞ dolları məbləğində pul vermişdir. Bununla da, 2016-cı ilin fevral ayından ## #### 2017-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla o, ümumilikdə 10 000 000 ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. O, Ilqar tərəfindən gələcəkdə aldadılacağından ehtiyat etdiyi üçün, belə bir hal baş verəcəyi təqdirdə əlində imzalı sənədin olması səbəbindən guya Ilqara 10.000.000 ABŞ dolları məbləğində pulu borc verməsinə və Ilqarın həmin pulu ## ###### 2018-ci il tarixədək qaytaracağına dair qəbzə imza etdirmişdir. Tədricən zaman keçdikcə Təqsirləndirilən şəxs layihə üzrə tikinti işlərini lazımi səviyyədə başa çatdırmamış, hazır olan binalardakı mənzilləri isə ayrı-ayrı şəxslərə sataraq ona hər hansı bir məbləğdə pul verməyərək investisiya şəklində qoyduğu 10.000.000 ABŞ dolları pulu verməkdən yayınmağa başlamışdır. O, Ilqar tərəfindən ona verdiyi pulun qaytarılmayacağından ehtiyat edib, aralarında olan razılaşmanı rəsmiləşdirmək qərarına gəlmiş və bu barədə Ilqarı məlumatlandırmışdır. Bu zaman Ilqar onunla razılaşaraq qazanc olaraq ona verməli olduğu 18.000.000 ABŞ dolları məbləğində pulla bağlı notarial qaydada borc müqaviləsi bağlaya biləcəyini demişdir. Onun tapşırığına əsasən xalası oğlu şahid3lə Təqsirləndirilən şəxs arasında formal olaraq ## ### 2018-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Təqsirləndirilən şəxs 18.000.000 ABŞ dolları məbləğində pulu müqaviləyə əlavə edilmiş müvafiq cədvəl üzrə hissə-hissə olmaqla ## ###### 2020-ci il tarixindən başlamaqla ## #### 2022- ci il tarixinədək olan dövr ərzində ödəməyi öz öhdəliyinə götürmüşdür. Lakin Təqsirləndirilən şəxs ona hər hansı bir məbləğdə pul ödəməyərək 2019-cu ildə Rusiya Federasiyasından Isveçrə dövlətinə qaçmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs rəhbəri olduğu “Yevropeyskiy” ticarət və əyləncə mərkəzinin meneceri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs isə təxminən 2016-cı ildən tanıyır. Təqsirləndirilən şəxs bir neçə dəfə “Yevropeyskiy” ticarət və əyləncə mərkəzinə, müdiri Zərərçəkmiş şəxs yanına gəlməsini görmüşdür. Ona məlum olmuşdur ki, Ilqar Vladislava özünü uğurlu bir iş adamı kimi təqdim edərək Moskva vilayətinin ərazisində yaşayış komplekslərinin tikintisinə investisiya qoymağı təklif etmiş, Vladislav da Ilqara inanaraq həmin layihələrlə bağlı 10 000 000 ABŞ dolları məbləğində investisiya qoymuş, lakin Ilqar Vladislavı aldadaraq hər hansı bir məbləğdə pul qaytarmamışdır. O və ofisin mühafizəçisi şahid1 Ilqarın Vladislavdan pul aldığının şahidi olmuşlar. Vladislav Ilqara birinci dəfə 2016-cı ildə 2 000 000 ABŞ dolları, ikinci dəfə isə 2017-ci ilin mart ayında 5 000 000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin pullar Ilqara Moskva şəhərində ”Yevropeyski” ticarət mərkəzində verilmişdir. Həmçinin ona məlum olmuşdur ki, X11 tapşırığına əsasən Bakı şəhərində 3 000 000 ABŞ dollarını Ilqara vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. Vladislavın deməsindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Vladislava özünü uğurlu bir iş adamı kimi təqdim edərək Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndi ərazisində “Piroqovskaya Rivyera” və Moskva vilayətinin Odintsovski rayonunun Novıye Javoronki kəndi ərazisində “Akkord-Smart kvartal” yaşayış komplekslərinin tikintisinə investisiya qoymağı təklif etmiş, Vladislav da Ilqara inanaraq həmin layihələrlə bağlı 10 000 000 ABŞ dolları məbləğində investisiya qoymuş, lakin Ilqar Vladislavı aldadaraq hər hansı bir məbləğdə pul qaytarmamışdır. Vladislavın tapşırığına əsasən onunla Təqsirləndirilən şəxs arasında formal olaraq ## ### 2018-ci il tarixdə notarial qaydada borc müqaviləsi bağlanılmışdır. Müqavilənin şərtlərinə görə Ilqara 10.000.000 ABŞ dolları verilmiş, Ilqar isə bunun qarşılığında 18.000.000 ABŞ dolları məbləğində pulu müqaviləyə əlavə edilmiş müvafiq cədvəl üzrə hissə-hissə qaytarmalı idi. X3 hər hansı bir məbləğdə pul ödəməyərək 2019-cu ildə Rusiya Federasiyasından Isveçrə dövlətinə qaçmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Moskva şəhərində yerləşən “Yevropeyski” ticarət və əyləncə mərkəzində mühafizəçi işləyir. Zərərçəkmiş şəxs həmin yerin rəhbəri kimi tanımışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sayəsində, yəni Ilqarın Vladislavın yanına tez-tez gəlməsi səbəbindən tanımışdır. Sonradan ona məlum olmuşdur ki, Ilqar özünü tikinti sahəsində uğurlu iş adamı kimi təqdim etmiş və Zərərçəkmiş şəxs Moskva vilayətinin ərazisində yaşayış komplekslərinin tikintisinə investisiya qoymağı təklif etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs inanaraq həmin layihələrə ümumilikdə 10 000 000 ABŞ dolları məbləğində investisiya qoymaq qərarına gəlmişdir. Vladislav sonradan özünü sığortalamaq məqsədilə ondan və ofisin meneceri Ibrahim Isakovdan pul vəsaitlərinin verilməsi zamanı şahid qismində iştirak etmələrini xahiş etmişdir. Pul vəsaitləri Təqsirləndirilən şəxs nağd şəkildə və hər hansı yazılı sənəd tərtib edilmədən verildiyindən o və digər şəxslər bu prosesdə şahid qismində iştirak etmişlər. O, 2016-cı ilin fevral ayının əvvəlində “Yevropeyskiy” ticarət və əyləncə mərkəzində yerləşən ofisdə 2 000 000 ABŞ dolları, 2017-ci ilin mart ayında isə həmin yerdə 5 000 000 ABŞ dolları məbləğində pulun Zərərçəkmiş şəxs tərəfindən şəxsən Təqsirləndirilən şəxs verilməsinin şahidi olmuşdur. Onun eşitdiyinə görə bundan əlavə Təqsirləndirilən şəxs Bakı şəhərində 3 000 000 ABŞ dolları məbləğində pul vəsaitini Isay Zaxaryayevin vasitəsilə Zərərçəkmiş şəxs almışdır. Təqsirləndirilən şəxs ümumilikdə Zərərçəkmiş şəxs 10.000.000 ABŞ dolları məbləğində pul almış, lakin layihələri tam başa çatdırmamış, hazır olan mənzilləri üçüncü şəxslərə sataraq əldə etdiyi pul vəsaitlərini mənimsəmiş və ölkədən qaçmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs uşaqlıq illərindən tanıyır. O, Rusiya Federasiyasında fəaliyyət göstərən “xxxx” şirkətlər qrupunun rəhbəri olmuş Təqsirləndirilən şəxs isə 2013-cü ilin əvvəllərində qardaşı Salomon Zaxaryayevin vasitəsilə tanımışdır. Təqsirləndirilən şəxs onunla tanış olandan sonra ona tikinti sektorunda böyük təcrübəyə malik iş adamı olduğunu, o cümlədən Bakı-Quba magistral yolunun və bu kimi digər böyük magistral yolların çəkilməsini həyata keçirdiyini bildirərək özünü uğurlu bir iş adamı kimi təqdim etməklə şərikli olaraq iş görməyi təklif etmişdir. O, Təqsirləndirilən şəxs təklifi ilə razılaşıb 2013-cü ildə şərikli qaydada Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndi ərazisində yaşayış kompleksinin tikintisi üçün 49 hektar torpaq sahəsi almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxslə şərikli olaraq tikinti işlərinin aparılması ilə bağlı maliyyə vəsaiti qoymağa dair razılaşmış və onun tərəfindən layihəyə əsasən tikinti işlərinə 30 000 000 ABŞ dolları məbləğində yatırım edilmiş və tikinti işlərinə başlanılmışdır. 2016-cı ilin əvvəllərində o, uşaqlıq dostu olan Vladislav Ilyuşayeviçi də şəriki olan Təqsirləndirilən şəxslə tanış etmişdir. Növbəti görüşlərin birində Təqsirləndirilən şəxs Vladislava Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndi ərazisində yerləşən, ümumi sahəsi 320.000 kvadratmetr təşkil edən 20 ədəd 9 mərtəbəli binadan ibarət “Piroqovskaya Rivyera” və Moskva vilayətinin Odintsovski rayonunun Novıye Javoronki kəndi ərazisində yerləşən, ümumi sahəsi 130.000 kvadratmetr olan 12 ədəd 5 mərtəbəli binadan ibarət “Akkord-Smart kvartal” yaşayış komplekslərinin tikintisi nəzərdə tutulmuş layihələr təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları investisiya qoyacağı təqdirdə əlavə olaraq 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyini demişdir. Vladislav Ilqarın təqdim etdiyi layihə sənədləri ilə tanış olub, ona inanaraq hər iki layihə üzrə investisiya yatırmaq qərarına gəlmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs və Vladislav Ilyuşayeviçin söhbətlərinə qarışmamışdır. 2016-cı ilin iyun ayının əvvəllərində o, şəxsi işləri ilə bağlı Quba rayonunun Qırmızı Slobada qəsəbəsində olarkən Vladislav ona zəng edərək orada yaşayan tanış və qohumlarından 3.000.000 ABŞ dolları məbləğində pul götürüb Bakı şəhərində olan Təqsirləndirilən şəxs çatdırmasını xahiş etmişdir. O, Vladislavdan həmin məbləğdə pulun nəyə lazım olduğunu soruşmuş, bu zaman Vladislav qeyd edilən məbləğdə pulun Moskva şəhərindəki tikinti işləri ilə bağlı Ilqara verilməli olduğunu demişdir. O, Vladislavın tapşırığına əsasən 3.000.000 ABŞ dolları məbləğində pulu Quba rayonunun Qırmızı Slobada qəsəbəsində yaşayan Vladislavın tanış və qohumlarından toplayaraq 2016cı ilin iyun ayının əvvəllərində Bakı şəhərində Heydər Əliyev adına Aeroportun qarşısında Təqsirləndirilən şəxslə görüşərək həmin məbləğdə pulu ona vermişdir. Ilqar onun yanında Vladislava zəng edərək pulu aldığını təsdiq etmişdir. Daha sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs 2016-cı ilin fevral ayından ## #### 2017-ci il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 10.000.000 ABŞ dolları məbləğində pul vermiş, lakin Təqsirləndirilən şəxs Vladislava hər hansı bir məbləğdə pul qaytarmamış, bundan başqa mənzillərin satışı, eləcə də təmiri ilə bağlı müxtəlif şəxslərdən külli miqdarda pullar almış, lakin işləri başa çatdırmamışdır. Iş materiallarında olan və məhkəmə baxışında elan edilərək tədqiq edilmiş: ## #### 2017-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 10.000.000 ABŞ dolları məbləğində pulu borc adı ilə götürməsini təsdiq etməklə, həmin vəsaiti ## #### 2018-ci il tarixdən ## ###### 2018-ci il tarixədək olan müddət ərzində hər ay 1.666.000 ABŞ dolları məbləğində olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. ## ### 2018-ci il tarixli müqavilədən görünür ki, Təqsirləndirilən şəxs 10.000.000 ABŞ dolları sərmayə məbləğinə görə Zərərçəkmiş şəxs 18.000.000 ABŞ dolları əlavə qazanc məbləğini ## ###### 2020-ci il tarixdən ## #### 2022-ci il tarixədək olan müddət ərzində hər ay 600.000 ABŞ dolları məbləğində olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” ## ###### 2020ci il tarixli qərardan görünür ki, ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan ona həmin maddədə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmamış və həmin tarixdə barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli tutulduğu vaxtdan hesablanmaqla 01 ay 11 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Rusiya Federasiyası Baş Prokurorluğundan Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş cinayət işi üzrə tapşırığın icrası ilə bağlı tərtib edilmiş ## ###### 2021-ci il tarixli hadisə yerinə baxış protokolu ilə müəyyən edilmişdir ki, “AkkordSmart kvartal” yaşayış kompleksi 4 binadan ibarət olmaqla, * nömrəli bina Moskva vilayəti, Odintsovski rayonu, Çvetoçnaya küçəsi 1 ünvanda, * nömrəli ev Moskva vilayəti, Odintsovski rayonu, Zareçnaya küçəsi 2 ünvanda, * nömrəli ev Moskva vilayəti, Odintsovski rayonu, Çvetoçnaya küçəsi 3 ünvanda, * nömrəli ev isə Moskva vilayəti, Odintsovski rayonu, Zareçnaya küçəsi 4 ünvanda inşa edilməklə, binaların hər biri 10 girişdən, 4 mərtəbədən ibarətdir və binalar istismara verilmişdir. Rusiya Federasiyası Baş Prokurorluğundan Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş cinayət işi üzrə hüquqi yardımın icrası ilə bağlı sənədlərdən müəyyən olunur ki, ## ###### 2021-ci il tarixli ÖG-****-**-********* nömrəli “Hüquqi şəxslərin vahid dövlət reyestri”-dən çıxarışa əsasən Təqsirləndirilən şəxs Rusiya Federasiyası Moskva şəhəri Kutuzovskiy prospekti ev 3 ünvanında hüquqi şəxs kimi qeydiyyatdan keçmiş “xxxx” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuşdur. Rusiya Federasiyası Baş Prokurorluğundan Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş cinayət işi üzrə hüquqi yardımın icrası ilə bağlı sənədlərdən müəyyən olunur ki, “xxxx” MMC-nə Moskva vilayəti Hökumətinin Moskva vilayətinin Tikinti Kompleksi Nazirliyi tərəfindən verilmiş ## ### 2015-ci il tarixli RU50-19- 2015-687 və RU**-**-****-*** nömrəli “tikintiyə icazə” sənədlərinə əsasən Təqsirləndirilən şəxs tərəfindən ## ### 2015-ci il tarixdən müvafiq olaraq ## ###### 2018 və ## ###### 2018-ci il tarixlərədək olan dövr ərzində Moskva vilayətinin Odintsovski rayonunun Novıye Javoronki kəndi ərazisində 4 ədəd 5 mərtəbədən ibarət “Akkord-Smart kvartal” yaşayış kompleksinin tikinti işləri başa çatdırılaraq, Rusiya Federasiyası Moskva vilayətinin Mənzil Siyasəti Nazirliyinin ## ###### 2018-ci il tarixli RU**-**-*****-**** nömrəli və ## ###### 2018-ci il tarixli RU**-**-*****-**** nömrəli “obyektin istismara verilməsi” sənədlərinə əsasən qeyd edilən mənzillər və qeyri yaşayış sahələri ayrı-ayrı çoxsaylı şəxslərə satılmışdır. Rusiya Federasiyası Baş Prokurorluğundan Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş cinayət işi üzrə tapşırığın icrası ilə bağlı tərtib edilmiş ## ###### 2021-ci il tarixli hadisə yerinə baxış protokolu ilə müəyyən edilmişdir ki, “Piroqovskaya Rivyera” yaşayış kompleksi 9 ədəd 9 mərtəbəli binadan ibarət olmaqla, Moskva vilayəti, Mıtışinski rayonu, Piroqovka kəndi ərazisində, Çentralnaya küçəsində inşa edilməklə, istismara verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsindəki 16, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1 -ci yaşayış massivindəki 10A, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsindəki *** saylı fərdi yaşayış evlərinin, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki *** saylı evin 4, 5, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektindəki *A saylı evin 29, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki ** saylı evin ** nömrəli mənzillərinin, ünvan 2 məhəllədə yerləşən 007011001016-***** reyestr nömrəli qeyri yaşayış binasının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramin Qasımov küçəsində yerləşən ************ reyestr nömrəli, ünvan 4 məhəllədə yerləşən ************ reyestr nömrəli və ünvan 7ndə yerləşən ************ reyestr nömrəli, 0,098 ha torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası manatının X8 dollarına nisbətdə məzənnəsini müəyyən etmək məqsədilə https://www.cbar.az/ internet saytına baxış keçirilmiş və müəyyən edilmişdir ki, X8 dollarının manata nisbətdə məzənnəsi 2016-cı ilin fevral ayında ortalama olmaqla 1.57 manat, iyun ayında ortalama olmaqla 1.51 manat, 2017-ci ilin mart ayında isə ortalama olmaqla 1.72 manat təşkil etmişdir. ## ###### 2025-ci il tarixli arayış və ona əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən tərtib olunmuş rəsmi bildiriş ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikasının Ictimai Televiziyası və Radiosu vasitəsilə yayımlanmış və həmin tarixdə televiziyanın rəsmi internet səhifəsində (itv.az/news/7314). habelə ictimai televiziyanın “Youtube” internet kanalında (https://www.youtube.com/watch?v=cRmuludetak) dərc edilmiş və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən bu üsulla Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə istintaqa dəvət olunmuşdur (cild 03, i/v 17-18). Azərbaycan Respublikası DIN-in BƏSII-dən alınmış ##.##.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(***)-*/** nömrəli ## ###### 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qiyabi icraat açılmışdır. Mənzil Kommunal Təsərrüfatı Departamentindən Baş Prokurorluğa daxil olmuş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 10 ünvanında tək qeydiyyatdadır və həmin ünvanda olduğu gündən mənfi xarakterizə olunur. Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin ## ###### 2025-ci il tarixli rəyindən görünür ki, üzərinə həbs qoyulmuş əmlakların dəyəri: - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Köhnə Bağlar döngəsindəki ** saylı evin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 652.000 manat, - Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivindəki 10 A saylı evin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 1.114.800 manat, - Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsindəki *** saylı evin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 1.284.215 manat, - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki *** saylı evin 4-cü mənzilinin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 150.176 manat, - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektindəki *** saylı evin 5-ci mənzilinin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 332.800 manat, - Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektindəki *A saylı evin 29-cu mənzilinin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 211.680 manat, - Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsindəki ** saylı evin 14-cü mənzilinin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 91.500 manat, - ünvan 2 məhəllədə yerləşən 007011001016-***** reyestr nömrəli qeyri yaşayış sahəsinin ## ###### 2025- ci il tarixinə orta bazar dəyəri 1.434.880 manat, - ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 5.618.772 manat, - ünvan 4 məhəllədə yerləşən 1,92 ha ölçülü torpaq sahəsinin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 13.056.000 manat, - ünvan 7ndə yerləşən 0,098 ha ölçülü torpaq sahəsinin ## ###### 2025-ci il tarixinə orta bazar dəyəri 1.176.000 manat, ümumilikdə isə 25.122.823 manat təşkil edir. ## ###### 2025-ci il tarixli arayışa əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən olunur ki, ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Ictimai televiziyası və radiosunun 16:00-da nəzərdə tutulmuş xəbərlər proqramında Təqsirləndirilən şəxs barəsində Baş Prokurorluğun Istintaq idarəsində ********* nömrəli cinayət işi üzrə qiyabi icraat qaydasında ibtidai istintaqın ## ###### 2025-ci il tarixdə tamamlanması ilə əlaqədar zəruri məlumatlar elan edilərək, sonuncu ## ###### 2025-ci il tarixdən cinayət işinin materialları ilə tanış olmaq üçün istintaqa dəvət olunmuş, gəlməyəcəyi halda barəsində açılmış qiyabi icraat üzrə cinayət işinin məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxsə bəraət verilməsinə dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməllərinin törədilməsində təqsirli olması iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan sübutların məcmusu ilə öz təsdiqini tapmış və məhkəmə kollegiyasının iclasında ona bəratə verilməsi üçün hər hansı əsas müəyyən olunmamışdır. Belə ki, cinayət-prosessual qanunvericiliyinə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsinin iclasında məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv şəkildə tədqiq olunmuş sübutlara düzgün istinad edilmiş və apellyasiya baxışı zamanı aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iş materiallarında olan sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıkarı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 193-1.3.2-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının ## ####### 2017-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə dəyişiklik edilmiş və “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1- ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin Qanununun 1.62.5-cı bəndinə əsasən 178.3-cü maddənin sanksiyasında "yeddi ildən on iki" sözləri "beş ildən on" sözləri ilə əvəz edilmişdir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının ## ###### 2022-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddəsində “külli” sözü “xeyli” sözü, 193-1-ci maddəsinin “Qeyd” hissəsində “külli miqdar” dedikdə qırx beş” sözləri “xeyli miqdar” dedikdə əlli” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi həmin məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 08 il müddətə azadlıqdan məhrumetmə cəzası, həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə 02 il müddətə tikinti sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olma hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza isə tam birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 il müddətə tikinti sahəsində sahibkarlıq fəaliyyətilə məşğul olma hüququndan məhrum edilməklə 15 il müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmişdir. Məhkəmə həmçinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin sanksiyasının yüngülləşdirilməsini nəzərə alıb hesab etmişdir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti ## ####### 2017-ci il tarixdə qüvədək olan Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsinin sanksiyası hədlərində deyil, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin sanksiyası hədlərində təyin edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində cəza təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın müddətinin yüngülləşdirilməsi və ya növünün dəyişdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 467-12.1-ci maddəsinə əsasən Cinayət təqibi üzrə qiyabi icraat bu fəsildə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllədə nəzərdə tutulmuş ümumi qaydalara uyğun olaraq aparılır. Həmin Məcəllənin 467-12.2-ci maddəsinə əsasən Cinayət təqibi üzrə qiyabi icraat aparıldıqda bu Məcəllənin 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlar cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Həmin Məcəllənin 467-16.1-ci maddəsinə əsasən qiyabi hökm və ya digər yekun qərar bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi qaydada çıxarılır və icra edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X2 tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Təqsirləndirilən şəxs ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qiyabi hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndiirlən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-nin 397.1,397.2, 398.1.1, 407, 410, 467-12.1, 467-12.1 və 467-16.1-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi oğlu X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs ## ####### 2017-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci və həmin Məcəllənin 193-1.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qiyabi hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar