Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-484/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X7 (sədrlik edən, məruzəçi hakim), Mehdiyev Emin Əlixan oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclası katibi Zeynalov Samir Elxan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qiyabi hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakim Ismayılov Eldar Herov oğlunun sədrliyi, hakimlər X1 və X3 ibarət tərkibdə) ## ####### 1965-ci ildə Bakı şəhərində doğulmuş (FIN: *******), Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla hazırda Fransa Respublikasında yaşayan, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, Bakı şəhəri, Binəqədi rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı ilə barəsində qiyabi icraat açılmış Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, təyin olunmuş cəzanın başlanğıcının hazırkı hökmün icrası qaydasında Təqsirləndirilən şəxs faktiki tutulduğu və ya könüllü olaraq özünü cəzanı icra edən orqana təqdim etdiyi vaxtdan hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, həbsdə saxlanma yerinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanası müəyyən edilməsi hökm edilmişdir. Hökmlə həmçinin, maddi sübutlar və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. Işin halları: Istintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları təkrar yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşdırılmış və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən fəaliyyət göstərən mövcud hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar etmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, ## ##### 2020-ci il tarixdə Fransa Respublikasında Paris, Loire (Luar) vilayətinin Blois (Blua) şəhərində məlum olmayan ünvanda “youtube.com” video platformasında X2 yaratdığı “düzdanışaq” kanalında canlı yayıma qoşularaq (https://www.youtube.com/watch?v=7fZl1dm5KVY&t=1196s) 1 saat 39 dəqiqə müddətində davam edən canlı yayım zamanı “2003 Gürcüstan, dəyişiklik necə oldu, gözümüzün qabağında necə oldu? Seçkini saxtalaşdırdı nəticələrini Şvarnadze. Camaat etiraz elədi, çıxdı getdi. 2005 Qırğızıstan. Necə oldu, qardaş ? Yenə də həmin şey. Uşaqlarını zadını parlamentə Akayev soxuşdurmaq istəyirdi. Camaat etiraz etdi, məsələ dəyişdi. 2004 Ukrayna. Necə oldu? Həmin şey. Yanukoviç seçkini saxtalaşdırıb yenidən prezident olmaq istədi. Camaat töküldü küçələrə, onu hakimiyyətdən uzaqlaşdırdı. Biz postsovet məkanıyıq, biz də bunların içərisində gedirik”, «Hökümət sənə öz əli ilə hakimiyyəti verən deyil e, mümkün deyil, hökümət sənin üçün oyun qaydalarını yaxşılaşdıran deyil... sən ona müqavimət qoymalısan, bunun qarşısını almalısan» məzmunlu ifadələr işlədərək, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməklə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş, həmin videonun qabaqcadan əlbir olduğu qeyriləri tərəfindən “youtube.com” internet platformasında “düzdanışaq” kanalında ## ##### 2020-ci il tarixdə yerləşdirilməsinə və paylaşılmasına nail olaraq, bu cür məzmunlu video materialı qeyri-məhdud şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə yaymışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar qeyri-məhdud sayda şəxslərin sərbəst daxil olub izləyə, məlumatları köçürə və paylaşmaqla yaya biləcəyi “facebook.com” internet sosial şəbəkəsində ## #### 2009-cu ildə yaratdığı “Təqsirləndirilən şəxs (Goyushov)” adlı səhifəsində qeyri-məhdud şəxslərin həmin səhifəyə sərbəst daxil olub izləyəcəyini biləbilə Fransa Respublikasında məlum olmayan ünvanda ## ######## 2024-cü il tarixdə paylaşdığı statusda Azərbaycan Respublikasının hakimiyyət nümayəndələri tərəfindən hər hansı qanuni işlərin görülməsinə cəlb edilən şəxsləri “iyrənc məxluqlar” adlandıraraq, Azərbaycan xalqının digər nümayəndələrinə müraciət edib “camaat əlinə düşən ilk imkandaca bu saxtakar yığınına qarşı dərhal səfərbər olacaq” məzmunlu, ## ###### 2025-ci il tarixdə paylaşdığı statusda “… Gürcüstanda vəziyyət bizdəkindən qat-qat yaxşıdır. Orada camaat gündə küçələrdə etiraz edir, bizdə küçəyə çıxmaq az qala ölüm təhlükəsi altında qadağandır..” məzmunlu ifadələr işlədərək, insanların iradəsinə təsir edib onları Azərbaycan Respublikasında qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməklə təkrar Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları qeyri-məhdud şəxslərin izləyə biləcəyi internet resursları vasitəsi ilə təkrar yaymışdır. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qiyabi hökmünü Məhkəmə-linqvistik ekspertizasının ## ###### 2025-ci il tarixli */*** nömrəli rəyinə əsasən qəbul etmiş, başqa tutarlı hər hansı sübut aşkar edilməmişdir. Belə ki, həmin rəyə əsasən təqdim edilmiş materiallarda yer almış fikirlərdə və verilmiş məlumatlarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına yönələn açıq çağırışların əlamətləri mövcuddur. Bu tipli açıq çağırışlar "2003 Gürcüstan. Dəyişiklik necə oldu? Gözümüzün qabağında necə oldu? Seçki oldu. Seçkini saxtalaşdırdı nəticələrini Şevardnadze. Camaat etiraz elədi, çıxdı getdi. 2005 Qırğızıstan. Necə oldu, qardaş? Yenə də həmin şey. Uşaqlarını zadını parlamentə Akayev soxuşdurmaq istiyirdi. Camaat etiraz elədi, məsələ dəyişdi. 2004 Ukrayna. Necə oldu? Həmin şey. Yanukoviç seçkini saxtalaşdırıb yenidən prezident olmaq istədi. Camaat töküldü küçələrə, onu hakimiyyətdən uzaqlaşdırdı. Biz postsovet məkanıyığ da, biz də buların içərisində gedirik”, “Hökümət sənə öz əli ilə hakimiyyəti verən deyil e, mümkün deyil. Hökümət sənin üçün oyun qaydalarını yaxşılaşdıran deyil.. sən ona müqavimət qoymalısan, bunun qarşısını almalısan”, "Digər vacib bir daha təsdiqlənən məqam o oldu ki, camaat əlinə düşən ilk imkandaca bu saxtakar yığınına qarşı dərhal səfərbər olacaq", "Hamı bilir ki, bütün antidemokratikliyinə rəğmən Gürcüstanda vəziyyət bizdəkindən qat-qat yaxşıdır. Orada camaat gündə küçələrdə etiraz edir, bizdə küçəyə çıxmaq az qala ölüm təhlükəsi altında qadağandır.” kimi ifadələrdə öz əksini tapmışdır. Qiyabi hökmün bir tək ekspertiza rəyinə əsaslanmaqla verilməsi sübutların kifayət etməsinə dəlalət etmir. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olub-olmaması həm də öz ifadəsi, özünün gətirə biləcəyi sübutlarla da araşdırılmalıdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun çıxış etdi və apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı dövlət ittihamçısı2 bildirdi ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətlidir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin əsas dəlili işin yenidən araşdırılmasından ibarətdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında araşdırılan ekspertiza rəyi, sosial şəbəkələrdə olan paylaşımlar, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ## ###### 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokola əsasən, “Facebook” internet sosial şəbəkəsində “Altay Göyüşöv (Goyushov)” adlı profil ## #### 2009-cu ildə yaradılmışdır və hazırda 38484 nəfər izləyicisi var. Səhifənin əvvəlində “Bir eli yıxmağa bir əl bəs edər” yazısı paylaşılmışdır. ## ###### 2025-ci il tarixdə paylaşılmış çağırışda qeyd edilmişdir: “Bayden- Blinken administrasiyası Gürcüstana gündə bir sanksiya qoyur, halbuki Azərbaycanda camaatın başını AzTv ilə atışmaqla, nə bilim boş stulla şəkil çəkdirməklə qatır. Hamı bilir ki, bütün anti-demokratikliyinə rəğmən Gürcüstanda vəziyyət bizdəkindən qat-qat yaxşıdır. Orada camaat gündə küçələrdə etiraz edir, bizdə küçəyə çıxmaq az qala ölüm təhlükəsi altında qadağandlr. Oranın polisi bizim hüquqi-mühafizə orqanlarının etdiyi vəhşiliyin, təqiblərin heç onda birini etmir. Bizim siyasi məhbuslar az qala hər gün içəridən işgəncələr haqqında məlumat verir, bu barədə məktub yazır, onlarda Mişka Saakaşvili gədəyə hər gün evdən yemək gəlir, interneti də maşallah Əli Kərimlinin internetindən yaxşı işləyir. Hər gün də türmədən canlı yayımdadır. Bilinmir türmədədir, yoxsa sanatoriyada.” (https://www.facebook.com/share/p/18b8A4mdzT/) ##.##.2024-cü il tarixdə paylaşılmış çağırışda qeyd edilmişdir: «Vəfanın fəaliyyəti bizim üçün iki vacib məsələni də təsdiqlədi.
1. Məni həmişə bir sual düşündürürdü. Hökumət parlamentə əksərən ən düşük adamları təyin edir. Çünki özləri anormal olduğu üçün normal insanlarla işləyə bilmir. Normallığını qorumağı bacarmış insanlar da bunlardan imkan daxilində uzaq durmağa çalışır. Düşünürdüm ki, onillərlə anormal rejimin anormal meyarlarına uyğunlaşmaq məcburiyyətində qalmış cəmiyyət də birdən azad seçim şəratində ağı-qaradan ayıra bilməz. Amma baş verənlər göstərir ki, bunların öz proseslərinə bilavasitə cəlb etdikləri iyrənc məxluqları çıxmaq şərtilə, əksərən camaat sağlamdır. Seçim ona qalanda normal seçimini edə biləcək.
2. Digər vacib, bir daha təsdiqlənən məqam o oldu ki, camaat əlinə düşən ilk imkandaca bu saxtakar yığınına qarşı dərhal səfərbər olacaq. (https://www.facebook.com/share/p/18yro2R37v/) “Youtube.com” internet portalında “düzdanışaq” səhifəsində ##.##.2020-ci il tarixdə yayımlanmış 1 saat 39 dəqiqədən ibarət videoçəkilişə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin videoçəkilişdə X2 ilə Təqsirləndirilən şəxs arasında dialoq formasında danışıq aparılmışdır. Həmin videoya 20732 nəfər internet istifadəçi tərəfindən baxılmışdır. Videoda Təqsirləndirilən şəxs internet üzərindən hakimiyyətdə təmsil olunan məmurlar, dövlət idarəçilik sistemi əleyhinə söhbət aparmaqla, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet informasiya resurslarından qeyri-müəyyən sayda izləyicilərə yaymışdır. Belə ki, videoçəkilişin 15-ci dəqiqəsində Təqsirləndirilən şəxs bildirir ki, 2003-cü ildə Gürcüstanda camaat etiraz etdikdən sonra Şvarnadze çıxıb getdi. 2005-ci ildə Qırğızıstanda camaat etiraz etdikdən sonra vəziyyət dəyişdi. 2004-cü ildə camaat küçələrə töküldükdən sonra Yanukoviç hakimiyyətdən uzaqlaşdırıldı. Azərbaycan da postsovet məkanıdır və biz də bunların içərisində gedirik. Videoçəkilişin 17-ci dəqiqəsində Təqsirləndirilən şəxs bildirir ki, Azərbaycanda hakimiyyət öz əli ilə hakimiyyəti verən deyil, bunun üçün müqavimət göstərilməli, qarşısı alınmalıdır. (https://www.youtube.com/watch?v=7fZl1dm5KVY&t=649s) Birinci instansiya məhkəməsində baxış keçirilmiş səhifədə paylaşılan çağırışda bir qayda olaraq Azərbaycanda seçkilərin saxtalaşdırıldığını, diktatura rejiminin hökm sürdüyünü, jurnalistlərin həbs olunduğunu, qonşu ölkələrdə camaatın hər gün küçələrdə etiraz etdiyini bildirərək, insanları “hüquqlarının müdafiəsi” adı altında, lakin açıq formada hakimiyyəti zorla ələ keçirməyə çağırış edir (cild 1, iş vərəqi 22-28). Göründüyü kimi, Təqsirləndirilən şəxs paylaşım və çıxışlarında Azərbaycan Republikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsi və bu cür məzmunlu materialı qeyri-məhdud sayda şəxslərin baxa biləcəyi internet resursları vasitəsi ilə yayması təsdiq edilir. Məhkəmə-linqvistik ekspertizasının ## ###### 2025-ci il tarixli */*** nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş materiallarda yer almış fikirlərdə və verilmiş məlumatlarda hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanmasına yönələn açıq çağırışların əlamətləri mövcuddur. Bu tipli açıq çağırışlar "2003 Gürcüstan. Dəyişiklik necə oldu? Gözümüzün qabağında necə oldu? Seçki oldu. Seçkini saxtalaşdırdı nəticələrini Şevardnadze. Camaat etiraz elədi, çıxdı getdi. 2005 Qırğızıstan. Necə oldu, qardaş? Yenə də həmin şey. Uşaqlarını zadını parlamentə Akayev soxuşdurmaq istiyirdi. Camaat etiraz elədi, məsələ dəyişdi. 2004 Ukrayna. Necə oldu? Həmin şey. Yanukoviç seçkini saxtalaşdırıb yenidən prezident olmaq istədi. Camaat töküldü küçələrə, onu hakimiyyətdən uzaqlaşdırdı. Biz postsovet məkanıyığ da, biz də buların içərisində gedirik”, “Hökümət sənə öz əli ilə hakimiyyəti verən deyil e, mümkün deyil. Hökümət sənin üçün oyun qaydalarını yaxşılaşdıran deyil.. sən ona müqavimət qoymalısan, bunun qarşısını almalısan”, "Digər vacib bir daha təsdiqlənən məqam o oldu ki, camaat əlinə düşən ilk imkandaca bu saxtakar yığınına qarşı dərhal səfərbər olacaq", "Hamı bilir ki, bütün antidemokratikliyinə rəğmən Gürcüstanda vəziyyət bizdəkindən qat-qat yaxşıdır. Orada camaat gündə küçələrdə etiraz edir, bizdə küçəyə çıxmaq az qala ölüm təhlükəsi altında qadağandır.” kimi ifadələrdə öz əksini tapmışdır (cild 1, iş vərəqi 99-106). Iş materiallarına əlavə edilmiş ##.##.2025-ci il tarixli baxış protokolundan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılması, çağırışa gəlməyəcəyi halda barəsində qiyabi icraat açıla biləcəyi barədə məlumat verilməsi haqqında Azərbaycan Respublikasının Ictimai Televiziyası və Radiosu vasitəsilə yayımlanmış yayımla tanış olaraq özünə məxsus facebook səhifəsində ##.##.2025-ci il tarixdə «Altay Göyüşöv (Goyushov)» adlı istifadəçi profilindən buna dair aşağıdakı paylaşımı etmişdir: “Deyir, 2020-də youtube-da dövlət əleyhinə çağırış edib, qaçıb gizlənib xaricdə. Mən ölkədən 2023-cü ildə getmişəm. Arada üç il var. O üç ildə həmin youtube-da məni linç etməyə belə çağırmısınız, nə bilim başda saxta parlamentin spiker müavini olmaqla, 19 deputatınız mənə qarşı yazı yazıb, müsahibə verib və sair və ilaxır. Nə artistlik edirsiniz? Yerim yurdum da məlumdur, Avropanın ən prestijli universitetlırindən birində işləyirəm:)” (cild 1, iş vərəqi 152). Göründüyü kimi, qeyd edilən arayış «Altay Göyüşöv» adlı istifadəçi profilinin ona məxsus olması, Təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaq edilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılması, çağırışa gəlməyəcəyi halda barəsində qiyabi icraat açıla biləcəyi barədə məlumat verilməsi haqqında Azərbaycan Respublikasının Ictimai Televiziyası və Radiosu vasitəsilə yayımlanmış rəsmi məlumatla tanış olmasını bir daha təsdiq edir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna çağırılmasını bildiyi halda bilərəkdən istintaqa gəlməyərək yayınmışdır. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci maddəsinə əsasən hakimiyyətin ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma cinayət məsuliyyətinə səbəb olur. Həmin maddənin 2-ci bəndinə əsasən eyni əməllər təkrar törədildikdə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu cinayətin obyekti Azərbaycan Respublikasının konstitusiya quruluşunun təhlükəsizliyi ilə əlaqədar ictimai münasibətlərdir. Bu cinayətin obyekti hakimiyyətin zorla ələ keçirilməsində, zorla saxlanılmasında və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsində və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmədə, həmçinin bu cür məzmunlu materialları yaymada ifadə olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bəzi normalarının tətbiqi qaydası haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ##### 1995-ci il tarixli qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 281-ci maddəsində çağırışlar dedikdə, insanların iradəsinə təsir edərək onları bu maddədə göstərilən əməllərin törədilməsinə cəlb etməyə yönələn fəal hərəkətlər başa düşülməlidir. Açıq çağırışlar bir qayda olaraq qeyri-məhdud şəxslər dairəsinə yönəlir. Burada kütləvilik çağırışın məcburi ünsürü hesab olunur. Çağırışın kütləviliyini qiymətləndirərkən müraciətin üsulu, konkret şərait və s. nəzərə alınmalıdır. Hər bir halda kütləvilik əlamətinin mövcudluğu üçün çağırışın iki və ya daha çox şəxs tərəfindən qəbul edilməsi vacibdir. Televiziya, radio, səsgücləndirici vasitələrlə, vərəqələr yaymaqla, mitinqlər keçirməklə müraciət çağırışın kütləviliyinə nümunə ola bilər. Çağırışın açıqlığı təqsirkar şəxsin bu cinayəti törədərkən kütləni aşkar surətdə insanlarda mövcud hakimiyyətə və konstitusiya quruluşuna nifrət yaradan, onları hakimiyyət əleyhinə qiyama, kütləvi iğtişaşa çağıran, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağa və s. qanunsuz hərəkətlər etməyə sövq edən yazılı və yaxud şifahi müraciətlərində olunur. Açıq çağırışlar, həmçinin, hakimiyyətə qarşı açıq itaətsizliyə, habelə hakimiyyətin nümayəndələrinə qarşı zor tətbiq etməyə yönəlmiş qanunsuz müraciətlərdə ifadə oluna bilər. Hakimiyyəti zorla ələ keçirmə dedikdə, qanuni səlahiyyətli hakimiyyət nümayəndəsini onun iradəsi ziddinə hakimiyyət səlahiyyətlərini həyata keçirməkdən daimi və ya müvəqqəti kənarlaşdırma və onun vəzifə səlahiyyətlərini qanunsuz olaraq səlahiyyəti olmayan şəxsə həvalə etmə başa düşülür. Təqsirkar hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş elə hərəkətlərə yol verir ki, bu hərəkətlər hakimiyyətə yiyələnməyin konstitusion metodlarına və prinsiplərinə tamamilə ziddir. Hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş bu hərəkətlər həm fiziki, həm də psixi zorakılıq formasında qanuni səlahiyyətli hakimiyyət nümayəndəsinin həm bilavasitə özünə, həm də onun ailə üzvlərinə, yaxın qohumlarına münasibətdə icra oluna bilər. Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırış məzmunlu materialları yayma dedikdə, hakimiyyəti ələ keçirməyə yönəlmiş məzmuna malik olan müxtəlif əyani vəsaitlər, texniki vasitələr (audio, video və s.) başa düşülür. Həmin materialları yayma dedikdə, onların qeyri-məhdud şəxslər dairəsinə ötürülməsi, verilməsi və ya təqdim olunması başa düşülməlidir. Burada da kütləvilik yaymanın məcburi ünsürüdür. Açıq çağırışların edildiyi və materialların yayıldığı andan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar hakimiyyətin zorla ələ keçirilməsinə, yönələn açıq çağırışlar etdiyini dərk edir və bunları törətməyi arzu edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2ci maddəsi ilə elan edilmiş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək təqsirləndirilən şəxsin həmin maddə ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Həmçinin, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 281.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, müdafiəçisinin apellyasiya şikayətinin cinayət işi üzrə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlara düzgün hüquqi qiymət verməməsi barədə dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla (sosial şəbəkələrdə edilmiş paylaşımlar, ekspert rəyi) təkzib olunmasını qeyd etməklə əsassız hesab edir. Bundan başqa məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ittihamda qeyd edilən cinayət hadisəsini törətməsi, onun bu cinayətə aidiyyatı və təqsiri işdə olan birbaşa, mötəbər və mümkün sübutlarla təsdiq olunduğundan, əsas götürdüyü motivləri rəhbər tutmaqla apellyasiya şikayətinin formal mülahizələrə əsaslandığını qeyd edir. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətində və apellyasiya icraatında göstərdiyi hallara hüquqi qiymət verərək qeyd edir ki, şikayətdə qeyd olunanlar onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizə, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirilməli, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etmiş, habelə bu cür məzmunlu materialları yayması məhkəmə ekspertizasının rəyi və digər iş materialları ilə sübuta yetirilmiş hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında öz əksini tapan sübutlarla təkzib edilməklə əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını müəyyən edərək, şəxsiyyəti, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 281.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və ona təyin oluna biləcək həddə azadlıqdan məhrumetmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPMnin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası,
QƏRARA ALDI:
Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.