Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-487/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseyn Cavid Vaqif oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Habil Çingiz oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Hüseynova-Zeynalova Səkinə qızının, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 iştirakları ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən dövlət ittihamçısı Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim X4) *(***)-***/**** saylı, ##.##.2026cı il tarixli hökmü ilə, Təqsirləndirilən şəxs (## ###### 1978-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, C.Cabbarlı küçəsi, 2-dalan, ev 12-də qeydiyyatda olmaqla Bakı şəhəri Suraxanı rayonu Binə Südçülük sovxozunda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda cəzasını çəkib qurtarmış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası CM-nin 66.5-ci maddəsinə əsasən, bu hökm üzrə təyin olunmuş cəza ilə qismən toplamaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci ildən hesablanması və ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,419 qram çəkidə ağ rəngli kristalliklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində gəzdirməklə daşıyaraq saxlamış, Suraxanı RPİ-nin 30- cu Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında ## ###### 2024-cü il tarixdə saat 17:12-də həmin Şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi C.Xanməmmədov küçəsində yerləşən klubun yaxınlığındakı çay evində saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzəri yoxlanılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən təmiz çəkisi 0,419 qram çəkidə ağ rəngli kristalliklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Hökmdən dövlət ittihamçısı Dövlət ittihamçısı Muni oğlu apellyasiya protesti verib, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməklə, həmçinin ona cəzanın həddi ilə bağlı etdiyi təklifə uyğun hədlərdə qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs əldə edərək üzərində saxladığı psixotrop maddə metamfetamin xeyli miqdarından artıq olmuşdur. Psixotrop maddənin miqdarının xeyli miqdardan artıq olması törədilən əməlin cinayətin ictimai təhlükəliliyinin dərəcəsini daha da artırır, xüsusən də şəxsin əldə etdiyi miqdar olan psixotrop maddədən uzunmüddətli istifadə etməklə onun təsiri altında başqa bir cinayət törətməsi etimalına şərait yaradır. Belə olan halda təqsirləndirilən şəxsdən aşkar edilmiş metamfetaminin xeyli miqdardan artıq olması əlaməti hazırki əməlin tövsifinə təsir etməsə də, Təqsirləndirilən şəxs münasibətdə təqsirli bilindiyi maddə ilə cəza təyin edilərkən cəzanın növü və həddini müəyyən edərkən nəzərə alınmalı idi. Lakin məhkəmə yekun aktında bu hala əhəmiyyət verməmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmişdir. Təqsirləndirilən şəxs Suraxanı rayonu ərazisində ##.##.2025-ci il tarixdə psixotrop maddəni əldə etməsinə görə törətmiş olduğu cinayət üzrə islah olunmamış, barəsində ibtidai istintaq zamanı “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyi zaman yenidən ##.##.2025-ci il tarixdə eyni növ psixotrop maddə olan metamfetamini əldə etmiş və eyni üsulla, eyni kateqoriyadan olan növbəti cinayət əməlini törətmişdir. Beləliklə də, birinci instansiya məhkəməsi yekun məhkəmə aktını qəbul edərkən cinayət qanunvericiliyin təməl prinsiplərindən olan humanizm və ədalət prinsipi arasında dəqiq sərhədi müəyyən etmədən Təqsirləndirilən şəxs şəxsiyyətini səciyələndirən halları nəzərə almadan sonuncuya münasibətdə ədalətsiz cəza təyin etmişdir. Halbuki, göstərilən hal, yəni Təqsirləndirilən şəxs barəsində cinayət təqibi olduğu halda, yenidən psixotrop maddəni qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətməsi onun özü özlüyündə seçdiyi həyat tərzinin göstəricisi olmaqla yanaşı, onda cinayətə meyillilik təfəkkürünün formalaşmasına dəlalət edir. Bu isə həmin şəxs barəsində cəzanın CM-i ilə müəyyən edilmiş cəzanın məqsədlərinə nail olmaq üçün sonuncuya münasibətdə kifayət etmədiyini təsdiq edən fakt kimi qiymətləndirilməlidir. Bundan başqa, məhkəmə, hökmün nəticəvi hissəsində CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən 07.11. 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 günü cəza müddətinə hesablasa da, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu müddətləri təyin edilmiş cəzadan çıxmayaraq cəza müddətlərinin hesablanması və cəzaların hesaba alınması zamanı cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir. Bundan başqa, hökmün nəticəvi hissəsindən görünür ki, məhkəmə tərəfindən hazırkı iş üzrə Təqsirləndirilən şəxs qəti cəza təyin edilərkən nəzərə alınmış əvvəlki hökm ##.##.2026-cı il tarixli olmasına baxmayaraq qeyd olunan hökmün tarixi ##.##.2025-ci il kimi göstərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Hüseynova-Zeynalova Səkinə qızı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək protestin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya protestində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olubolmaması məsələsi mübahisələndirilməmişdir. Protestdə dövlət ittihamçısı cinayət qanunu normasının düzgün tətbiq edilməməsini, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını iddia edərək tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi üçün əsaslardır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli onun istintaq zamanı etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolu, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəyini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Birinci instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin təqsirləndirilən şəxsin cinayət əməlinin faktiki məzmunu, əməlin CM-in 234.1ci maddəsi ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə ətraflı təsvir edilib, müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Protestdə təyin edilmiş cəzanın cinayətin ağırlığına və təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmaması iddia olunmuşdur. CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ##### 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qeyd olunan cinayət – hüquqi normaların tələblərini, apellyasiya protestinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Təqsirləndirilən şəxsin törətdiyi həmin əmələ görə cinayət qanununun 234.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və CM-in 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını və oğlu X2 “İkinci Qarabağ” müharibəsi veteranı olmasını və müharibədə iştirakı ilə əlaqədar olaraq “Zəngilanın azad edilməsinə görə” medalı ilə təltif edilməsini cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın növü və həddi ilə razılaşır. Apellyasiya protestində Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmanlıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasının əsassız olması göstərilsə də, məhkəmə kollegiyası bununla razılaşmır. CM-nin 72-ci maddəsi cinayət məsuliyyətindən azad etmə əsaslarını nəzərdə tutan normadır ki, hazırki halda cinayət törətmiş şəxsin məsuliyyətdən azad edilməsi məsələsinə deyil, məhkuma təyin edilmiş cəzanın onun islah edilməsi üçün məqsədəmüvafiq olub-olmaması məsələsinə qiymət verilir. Həmçinin, qeyd olunmalıdır ki, CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər ki, hazırki halda da məhkum edimiş şəxsə münasibətdə işə baxan məhkəmə məhkum edilmiş şəxsin cinayəti etiraf edərək səmimi peşman olmasını yüngülləşdirici hal qismində nəzərə almaqda tam haqlı olmuş və cinayət qanunu normasının tətbiqində heç bir səhvə yol verməmişdir. Dövlət ittihamçısının fikrincə CM-in 72.1-ci maddəsinə əsasən səmimi peşmançılıq ancaq cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək etməsi, cinayət nəticəsində dəymiş ziyanı ödəməsi və ya vurulmuş zərəri başqa yolla aradan qaldırması kimi halların hamısı mövcud olduqda müəyyən edilmiş sayıla bilər. Həqiqətən də, “Səmimi peşmançılıqla bağlı cinayət məsuliyyətindən azad etmə” adlanan CM-in 72ci maddəsində təsbit olunmuşdur ki, “böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs könüllü gəlib təqsirini boynuna aldıqda, cinayətin üstünün açılmasına fəal kömək etdikdə, cinayət nəticəsində dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri başqa yolla aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər” (maddə 72.1). Lakin, CM-in 72.1-ci maddəsində səmimi peşmançılığın bütün mümkün olan formaları sadalanmır. Burada səmimi peşmançılığın yalnız şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən təzahür formaları göstərilmişdir. Bunun əksini düşünmək, səmimi peşmançılığın yalnız böyük ictimai təhlükə törətməyən cinayətləri törətmiş şəxslərə xas olan və başqa heç bir insanın (o cümlədən başqa təsnifatlara aid cinayətləri törədən şəxslərin) keçirmədiyi hiss kimi qəbul edilməsi olardı. Halbuki, səmimi peşmançılıq şəxsin törətdiyi əmələ tənqidi münasibətini əks etdirən hiss olmaqla istənilən cinayəti törədən şəxs tərəfindən yaşana və bir çox, o cümlədən CM-in 72.1-ci maddəsində göstərilməyən formalarda da ifadə oluna bilər (maraqlıdır ki, eyni instituta həsr olunmuş Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 75-ci maddəsində şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən, CM-in 72-ci maddəsində göstərilən eyni hallar “çistoserdeçnoe raskayaniye”, yəni “səmimi peşmançılıq” deyil, “deyatelnoye raskayaniye” - “əməli peşmançılıq” adlandırılmış, yəni məzmunca daha geniş anlayış olan səmimi peşmançılığın üstün – yalnız fəal hərəkətlərdə ifadə olunmuş forması (və bu üzdən şəxsin məhz cinayət məsuliyyətindən azad edilməsini mümkün edən əsaslar) kimi səciyyələndirilmişdir). Təqsirkar şəxsin ilk dəfə məhkum olunması, cinayət törətdiyinə görə peşman olduğunu bildirməsi də onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Eyni zamanda, şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir və CM-in heç bir norması, o cümlədən müstəsna olaraq cinayət məsuliyyətindən azad etmə üçün səmimi peşmançılığın könüllü gəlib təqsirini boynuna alma, cinayətin üstünün açılmasına fəal kömək etmə, cinayət nəticəsində dəymiş ziyanı ödəmə və ya vurulmuş ziyanı aradan qaldırma kimi fəal hərəkətlərlə müşayiət olunmasını tələb edən 72ci maddəsi də həmin halın CM-in 59.2-ci maddəsinə əsaslanmaqla cəzanı yüngülləşdirən hal qismində nəzərə alınmasının qarşısını almır. Odur ki, məhkəmənin sözügedən halı və yuxarıda göstərilən digər xüsusatları cəzanın müəyyən edilməsinə təsir göstərən (yüngülləşdirici) hallar qismində nəzərə alması qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Apellyasiya protestində göstərilən – CM-in 234.1-ci maddəsində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, qəsdən törədilməsi, az ağır cinayət olması kimi hallar CM-in 234.1-ci maddəsinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərə aldığı xüsusiyyətlərdir və onun tərəfindən həmin xüsusiyyətlərlə törədilmiş əməllərə görə nəinki 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası, hətta ondan da yüngül – 1 il azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi mümkün görülmüşdür. Dövlət ittihamçısı psixotrop maddənin xeyli miqdarından artıq olmasını göstərmiş, bu qənaətə hansı əsasla gəlməsi aydın olmamışdır. Çünki, Təqsirləndirilən şəxs 0,419 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmiş, həmin miqdar xeyli miqdar olmaqla şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün xeyli miqdarın (0,15 qram) aşağı həddinə yaxın olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs üzərindən 0,428 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilmiş, o, CM-n 234.1-ci maddəsi təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökm mübahisələndirilməmiş və qanuni qüvvəyə minmişdir. Dövlət ittihamçısı nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilmiş, o, 0,428 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, saxlayıb və daşıdığına görə dörd ay, 0,419 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, saxlayıb və daşıdığına görə isə hazırda altı ay müddətə azadlıqdan məhrum edilmişdir. Qeyd olunan halların fonunda Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən CM-in 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan, açıq-aydın yüngül cəza kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, CPM-in 404-cü maddəsinə əsasən cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1, 41.2, 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Bununla belə, protest cinayət qanunu normasının düzgün tətbiq edilməməsi hissədə əsaslı olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə CM-in 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və ##.##.2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. ##.##.2025-ci il tarixdə Təqsirləndirilən şəxs tutularaq Suraxanı RPİ-nin MSY-nə təhvil verilmiş və ##.##.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azad edilmişdir. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdən 07.11. 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) günü cəza müddətinə hesablasa da, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək tutulduğu müddətləri təyin edilmiş cəzadan çıxmayaraq cəza müddətlərinin hesablanması və cəzaların hesaba alınması zamanı cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, protestin dəlillərində göstərilməsə də, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki iş üzrə ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 2 (iki) gün müddətə tutulmuş, hazırkı iş üzrə cəza təyini zamanı həmin müddətlər də təyin edilmiş cəzadan çıxmayaraq cəza müddətlərinin hesablanması və cəzaların hesaba alınması zamanı cinayət qanununun normalarını düzgün tətbiq etməmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi hökmün nəticə hissəsində yazı xətasına yol verərək cəza təyini zamanı nəzərə alınmış əvvəlki hökmün ##.##.2026-cı il tarixli olmasına baxmayaraq qeyd olunan hökmün tarixini ##.##.2025-ci il kimi göstərmişdir. Məhkəmə kollegiyası CPM-in 399.3-cü və 518-ci maddələrinin tələblərini nəzə alır, bununla belə prosessual qənaət prinsipi baxmından həmin halın aradan qaldırılmasını məqbul hesab edir. CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Odur ki, apellyasiya protesti qismən təmin edilməli, hökm cinayət qanunu normasının düzgün tətbiq edilməklə dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 397.1, 397.2, 398.1.1, 399.1.4, 403 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilsin. CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı və əvvəlki iş üzrə tutulduğu ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək, ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək, ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək, ümumilikdə 6 (altı) gün ona təyin edilmiş 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılsın və qəti olaraq üzərində 6 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökmün nəticə hissəsində “##.##.2025-ci il” rəqəm və söz “##.##.2026-cı il” rəqəm və söz kimi oxunsun. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkilli müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-487/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-487/2026
21.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver