Məhkəmə qərarları › İş №1(3-6)-489/2026

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-6)-489/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(3-6)-489/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Sərdar qızının, bəraət almış şəxs İbrahimov Çingiz Kamran oğlunun, müdafiəçilər – “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi2 oğlunun və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1964-cü il tarixdə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Füzuli rayonunun Qoçəhmədli kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında yaşayan İbrahimov Çingiz Kamran oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Sərdar qızı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, İbrahimov Çingiz Kamran oğlu Zərərçəkmiş şəxs Sərdar qızına sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, İbrahimov Çingiz Kamran oğlu ## ##### 2023-cü il tarixdə saat 17:00 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qonşusu Zərərçəkmiş şəxs Sərdar qızı ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində, yəni aralarında olan razılaşmaya uyğun olaraq şərikli inşa etdikləri və sonuncunun faktiki olaraq yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair əmlak iddiaları ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan istintaqla müəyyən edilməyən küt əşya ilə bir dəfə qəsdən vuraraq ona sol bazu oynağının ön səthinin, sol bazunun orta üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol baldırın aşağı üçdə birinin iç səthinin qançırları ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, bundan sonra öz hərəkətlərini davam etdirib əlində olan istintaqla müəyyən edilməyən küt əşya ilə sonuncunun sol təpə nahiyəsində bir dəfə qəsdən vuraraq ona sol təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, İbrahimov Çingiz Kamran oğlu təkrarən ## ######## 2023-cü il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində qonşusu Zərərçəkmiş şəxs Sərdar qızı ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində, yəni aralarında olan razılaşmaya uyğun olaraq şərikli inşa etdikləri və sonuncunun faktiki olaraq yaşadığı ünvan 1 ünvanındakı fərdi yaşayış evinə dair əmlak iddiaları ilə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əlində olan maşa ilə qəsdən baş nahiyəsindən vuraraq ona qapalı kəllə-beyin travması, sağ gicgah-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sıyrıqları, sağ və sol saidin, sağ budun qançırları ilə nəticələnən xəsarət yetirməklə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmü ilə İbrahimov Çingiz Kamran oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə verilmiş ittihamın birinci epizodu (## ##### 2023-cü il tarixdə törədilmiş əməl) üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi əsasında, ikinci epizodu (## ######## 2023-cü il tarixdə törədilmiş əməl) üzrə cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmədiyindən Cinayət- Prosessual Məcəllənin 42.1.3-cü maddəsi əsasında bəraət verilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması İbrahimov Çingiz Kamran oğluna izah edilmiş, cinayət törətmiş şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi hökm edilmişdir. Hökmdən zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək cinayət işinə doğru baxılmasını, tələbinin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işini araşdıran hakim X2 ilk gündən qarşı tərəfin vəkili ilə aralarında yaxın münasibətlər olduğu üçün işi birtərəfli aparmış, işin əvvəlindən başlayaraq onun şikayətdən imtina etməsinə səy göstərmiş, hər iclas başlamazdan əvvəl və bitəndən sonra ona “bunlar görürəm necə adamlardır, siz orda bundan sonra yaşaya bilməyəcəksiniz”, sonra isə “bəlkə barışasınız” deyə təklif etmişdir. O barışığa etiraz etdikdən sonra hakim Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə işin vaxtının keçdiyini deməyə başlamış, hər dəfə hakim bunu dedikdə o, işin uzadılmasının səbəbinin Polis İdarəsi və qarşı tərəfin olduğunu qeyd etmişdir. Həm də qarşı tərəf “nə olsun ki siz məhkəməyə vermisiniz, biz də 1500 manat verib işi bağlatmışıq” dedikdən sonra o, Bakı şəhər prokurorluğuna müraciət edib araşdırmanın yenidən başlanmasına nail olmuşdur. Sonrakı dövrdə hər iki iş bir icraatda birləşdirilmişdir. İlkin ifadəsindən başlayaraq bütün sonrakı ifadələrində də hadisəni olduğu kimi danışmasına baxmayaraq, hakim hökmdə qarşı tərəfi haqlı çıxarmaq üçün onun ifadələrini dəyişdirmişdir. Qarşı tərəf isə ifadəsini dəyişib paltar ipinin rolikinin atılması ilə bağlı tam başqa ifadə vermişdir. Təqsirləndirilən şəxsin qızı və arvadı məhkəmədə ifadə verəndə o yıxıldıqda və hətta ayağının göyə qalxdığını gördüklərini etiraf etmişlər. Münaqişə başlayanda videoçəkiliş edirdi, roliki görəndə çəkilişi yarıda saxlayıb. Bu çəkilişləri müstəntiqə və məhkəməyə vermişdir. Hakim isə yenə qarşı tərəfə kömək məqsədilə onun videoları təqdim etmədiyini bildirmişdir. Hakim üzərindəki xəsarətləri yıxılaraq aldığını sübut etməyə çalışırdı. Kəsik yarasına 5 tikiş qoyulmuşdu, bu da yalnız küt alətlə yetirilə bilərdi. Bunu ekspert də təsdiq etmişdi. Hakim onu ilkin müayinə edən X3 həkimin və baxış keçirən təhqiqatçının dəvət edilməsi tələbini rədd etmişdir. Həm də başında “şpilka” qırıqları olmuşdur. Ona görə sümük qırığı olduğunu dəqiqləşdirmək üçün bir saat xəstəxanada rentgen müayinəsi üçün saxlanmışdır. ## ##### 2023cü ildə Çingiz İbrahimov ona paltar ipini bağladığı roliklə başına zərbə vurmuşdur. ## ######## 2023-cü ildə yenə Çingiz İbrahimov başına maşa ilə zərbə vurmuşdur. Qarşı tərəfin ikinci hadisədə çəkdiyi videogörüntüdə həyətdən çıxarkən qolunda qan izinin olduğunu bildirsə də, hakim yalan ifadələrlə cinayətkarı haqlı çıxarmağa çalışmışdır. Onun ilkin və məhkəmə zalında dediyi bütün ifadələr eynidir. Əksinə, qarşı tərəf hər dəfə fərqli ifadə vermişdir. Bunu hakimə bildirməyinə baxmayaraq, hakim hökmdə yerləri dəyişmişdir. Onun ifadələri və məhkəməyə verdiyi sübutlar qarşı tərəfin ona 3 il ərzində etdiyi xəsarətləri, təhdidləri sübut etməsinə baxmayaraq hakim qarşı tərəfi haqlı çıxarmaq üçün mübarizə aparmışdır. Bundan əlavə, hər iki epizod üzrə aldığı xəsarətlərə görə iki ay başını yumaq və daramaqda əziyyət çəkmişdir. Qızı qorxudan stress keçirmişdir. 4000 manat təzminat tələb etmişdir. Lakin hakim bunu da nəzərə almadan “ixtiyarınız var, əlavə mülki qaydada müraciət edin” demişdir. Apellyasiya instansiya məhkəməsi cinayət işinin tam, obyektiv və hərtərəfli araşdırılması məqsədilə apellyasiya şikayətinə məhkəmə baxışının qismən məhkəmə istintaqı aparılmaqla keçirilməsinin zəruri olduğunu hesab etmişdir. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs apellyasiya şikayətinin tələbini dəqiqləşdirərək Çingiz İbrahimovun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs dediklərinin tam əksinin yazıldığını, əlində video olsa da, guya məhkəməyə təqdim etmədiyi yazılsa da, 2023-cü ildə “WhatsApp” tətbiqində olan yazışmalarla bağlı videonu müstəntiqə təqdim etdiyini, videonun qısa olduğunu və məhkəməyə də təqdim etdiyini, çəkməcənin ondan bir metr məsafədə solunda olduğunu, düz istiqamətdə yıxıldığını, yıxılanda tavanı gördüyünü, başına rolik vurulması nəticəsində yıxıldığını, divanın isə yumşaq olduğunu, evdə başqa heç bir predmet olmadığını, evin şəkili və videosu olduğunu, paket pəncərənin altında olduğundan guya ona ilişib yıxıldığının yanlış olaraq deyildiyini, ayağı ilişib yıxılsaydı, başında şiş ola biləcəyini, yarıq olmasının isə ona küt alətlə vurulduğunu göstərdiyini, həmin yarığa görə 6-7 tikiş qoyulduğunu, məhkəmə iclasına dəvət edilmiş ekspertin yaranın yerini göstərməyini istədiyini, üstündən 2 il keçdiyindən yaranın artıq sağaldığını, ekspertin saçın qalın olması və yaranın sağaldığı üçün yaranı tapa bilmədiyini dediyini, hadisə zamanı Çingiz, qızı və həyat yoldaşı birlikdə, yəni üç nəfər olduqlarını, onun pəncərənin önündə olduğunu, Çingiz İbrahimovun onun rolikini divardan açdığını, bu zaman onun gedib telefona çəkdiyini, əmlakına zərər vurduğunu dediyini, digər otaqda oturduğunu, səsi eşidəndə gəldiyini, hadisənin çöldə baş verdiyini, orada ona hücum edildiyini, rolikin başında iki dəmir, ucunda da 10-15 metr ip olduğunu, roliki qırandan sonra evinə atdığını, divara dəydiyini, ona dəymədiyini, roliki onların həyətinə atdığını, qayıdanda qadının - Səkinənin ona nəsə atdığını, qadının roliki düz evin ortasına atdığını, ona dəymədiyini, yenə onların evinə atdığını, qadının yenə atdığını, onun isə ətir şüşəsi atdığını, qadının solda, qızın ortada, kişinin isə sağda olduğunu, o atanda qadının qaçıb gizləndiyini, pəncərədən qadına atan vaxtda kişinin roliki atdığını və başına dəydiyi üçün bu zaman yıxıldığını, roliki cəmi üç dəfə atdıqlarını, birinci dəfə kişinin atdığını və divara dəydiyini, ikinci dəfə qadının atdığını və evin ortasına düşdüyünü, üçüncü dəfə isə Çingizin atdığını və bu zaman başına dəydiyini, məhkəmədə də hakim “siz roliki çıxardıb hara qoydunuz?” soruşduqda roliki çıxarıb həyətə atdıqlarını dediklərini, əgər roliki həyətə atıblarsa, onda evinin içinə necə gəlib düşüb divarına zərər yetirdiyini, pəncərədən əyilib roliki götürüb yenidən onlara atmağının mümkünsüz olduğunu, pəncərədən əyilməsi üçün kimsə ayağından tutmalı olduğunu, həmin vaxt əlindəkini atıb qaçdığı üçün qadına baxdığını, huşunu itirdiyini, gözünü açanda tavana baxdığını, Fizulinin “xxxx”ın işçisi olduğunu, Çingizin və arvadının Fizuliyə hücum edib şantaj etdikləri üçün Fizulinin heç nə görmədiyini dediyini, Çingiz ona hücum edən zaman aralayan şəxsin qonşu qadın və Fizuli olduğunu, qadının harda gizləndiyinə baxmaq üçün pəncərədən aşağı əyiləndə Çingiz İbrahimovun atdığı roliklə xəsarət aldığını, həmin vaxt Çingizi gördüyünü, roliki dartıb yıxılsa idi, dəmirin üzünə dəyəcəyini, ayılsa, roliki evin içində görə biləcəyini, ayılanda dəmirin olmadığını, ətrafın qan olduğunu, Çingizin roliki atanda bir tərəfini atıb, sonra qorxusundan o biri tərəfdən dartıb götürdüyünü, təhqiqatçının mətbəxdə ondan izahat aldığını, qızının onu qan içində görüb qorxduğunu, ayılandan sonra polisə zəng vurduğunu, 2-ci epizodda isə kanalizasiyanı kəsdikləri üçün suyu ya küçəyə, ya da acıqla onların həyətinə tökdüyünü, onların da kanalizasiya suyunu yığıb onun pəncərəsinə atdığını, özünün isə adi su atdığını, nəcis olsa idi onun şəklini çəkə biləcəklərini, həyətlərinin arasında qoyduğu 1 metrlik dəmiri onun götürdüyünü, gedəndə ayağının velosipedə ilişdiyi üçün itələdiyini, kanalizasiya suyu tərəfə getdiyini, elədiyinə cavab olaraq onların evinə atmaq istədiyini, maşanı götürüb quş yuvasına vurmaq istədiyini, qadının tut ağacının altında sakitcə durduğunu, qızının onun üstünə gəldiyini, suyu götürəndə qadının onun saçından tutub dartdığını, sağ əlində maşa olduğunu, nəvəsini Füzulidən olan qohumqonşuları çağırmağa göndərdiyini, kürəyindən vurub saçını dartdıqlarını, qolunun boşaldığını, ancaq başıaşağı olduğunu və yuxarını görmədiyini, Aləmzar və Mətanəti səsindən tanıdığını, Çingizin “Maşanı mənə ver” sözünü dediyini eşitdiyini, axıra yaxın “buraxın getsin” dediklərini, çıxanda qolunda qan damcıları olduğunu, yəqin qanı görüb buraxdıqlarını, məhz o məqamda maşanı aldığı üçün sonda maşa ilə məhz Çingizin onu vurduğuna əmin olduğunu, Səkinənin onun ancaq saçından tutduğu üçün onun vurmadığını, müşahidə kamerasına görə iki adam göründüyünü, yanındakı adamın bu halı təsdiq etmədiyini, simalarının görünmədiyini, “Hyundai Servis”in kamerasının 500 metrə qədər məsafəni çəkə bildiyini, həyətin 5 çıxışı olduğunu, videoya elə düşməsi üçün həyətdə qəsdən fırlanıb sonra gəldiyini, başqa epizodda “xxxx”ın işçilərinin qabağında ona hücum edib onu vurduğunu, pəncərədən əyilib arvada atdığını, mülki mübahisə ilə əlaqədar məhkəmə işlərinin olduğunu, iddialarının təmin edildiyini, ifadələrinin heç birində heç vaxt ziddiyyət və dəyişiklik olmadığını, həyətindən götürüb taxta atdığını, həmin an atdığının taxta olduğunu bilmədiyini, taxta parçasının insanın başını yara bilmədiyini, Çingizin həyat yoldaşı və qızının məhkəmə iclasında onun yıxıldığını və ayağının göyə qalxdığını etiraf etdiklərini, deməli başına dəyəni də gördüklərini, evinin döşəməsinə yıxılaraq baş yarılmasının mümkün olmadığını bildirərək təqsirləndirilən şəxsin 3 il müddətinə vurduğu maddi, mənəvi və psixoloji sarsıntını və qızının keçirdiyi stresləri nəzərə alaraq maddi təminat ödənilməsi barədə qərar çıxarılmasını, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il hökmünün ləğv edilərək İbrahimov Çingiz Kamran oğlunun barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək ittiham hökmü çıxarılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı bəraət almış şəxs deyilənlərin hamısının şər-böhtan olduğunu, zərərçəkmiş şəxsin qərəzli olduğunu, borcu ödəməmək üçün şər atdığını, hər dəfə bir məhkəmədə olduqlarını, göz açmağa imkan vermədiyini, barışmaq mümkün olmadığını, ona həyətindən torpaq və evi də tikib verdiyini, özünü təqsirli bilmədiyini, birinci instansiya məhkəməsindəki ifadəsini təsdiq etdiyini bildirərək ədalətli qərar verilməsini, apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli *(***)-***/**** saylı bəraət hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Çingiz İbrahimov son sözündə heç bir epizodlar üzrə özünü təqsirli bilmədiyini, ona şər atıldığını, günahı olmadığını bildirdi, bəraət hökmünün qüvvədə saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı müdafiəçi zərərçəkənin şikayətinin yalnız hüquqlarını müdafiə etdiyi şəxsdən qisas almaq, onu incitmək və ödəməli olduğu borcu ödəməmək üçün gərginlik yaratmaq məqsədi daşıdığını, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmədiyini və yalnız zərərçəkənin şikayətinin olduğunu bildirərək, zərərçəkənin apellyasiya məhkəməsindəki ifadəsini tam yenilənmiş ifadə adlandırdığını, ibtidai istintaqda iştirak etmədiyini, birinci instansiya məhkəməsində iştirak etdiyini, zərərçəkənin hər dindirmədən və sual-cavabdan sonra səhvini anlayaraq növbəti məhkəmə iclaslarında ifadələrini yenilədiyini, yalnız ittihamı gücləndirici ifadələr axtarılmasının açıq-aşkar göründüyünü, iş üzrə iki dəfə rədd qərarı verildiyini, sonradan hansı mötəbər sübutun əldə olunaraq ittiham verilməsinin məlum olmadığını, ittihamın yalnız zərərçəkənin ifadəsinə əsaslandığını, birinci epizod üzrə ifadələrin ağlasığmaz olduğunu, zərərçəkənin xəsarət yerlərini düzgün təsvir etmədiyini, ekspert rəyi və audio-video yazı ilə müqayisədə xəsarətin yerinin düzgün göstərilmədiyini, ekspertin özünün də məhkəmə zalında xəsarət yerlərini səhv təsvir etdiyini, fotocədvələ baxıldıqda predmetin zərərçəkənin təsvir etdiyi kimi pəncərədən gəlib başının arxasına dəyməsinin mümkünsüz olduğunu, ekspertin də bunun yalnız çox yuxarı qalxıb düşəcəyi halda mümkünlüyünü bildirdiyini, pəncərənin və divarın zədələnmədiyini, xəsarətin sol tərəfdə olduğunu və evdəki sol tərəfdə yerləşən əşyaların (komodun) üzərinə yıxılaraq xəsarət ala biləcəyini, Çingiz tərəfindən rolik atılmasının təsdiqlənmədiyini, müdafiə tərəfinin yıxılma səbəbini sübut etmək öhdəliyinin olmadığını, qarşı tərəfin borcu ödəməmək üçün dəfələrlə İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məhkəmə işlərinin qüvvədə qaldığını, lakin bütün şikayətlərin rədd edildiyini və ya xitam verildiyini, hadisənin saat 17:00-da baş verməsinə baxmayaraq, xəstəxanaya saat gec müraciət edildiyini və zərərçəkənin halsız olması barədə dediklərinin yalan olduğunu, ikinci epizod üzrə müdafiə etdiyi şəxsin hadisə yerinə mübahisədən bir qədər sonra gəldiyini, ilkin telefondan çəkilmiş video-səs yazısından tərəflərin aralaşdığı, xanımlar arasında söhbət getdiyi və müdafiə etdiyi şəxsin səsinin gəlmədiyinin sübut olunduğunu, zərərçəkənin və şahidlərin ifadələrinin üst-üstə düşmədiyini, Cinayət-Prosessual Məcəllənin 33.4-cü maddəsinə əsasən bir ifadəyə əhəmiyyət verilib digərinə əhəmiyyət verilməməsinin yolverilməzliyini, 21-ci maddəyə əsasən təqsirsizlik prezumpsiyasını və sübutetmə borcunun ittiham tərəfinin üzərində olduğunu, zərərçəkənin insanların həyətinə hücum etdiyini, rolikin materiallarda maddi sübut kimi olmadığını və əməliyyat tapşırığının açıq qaldığını, ekspert rəyindəki "inandırıcı deyil" ifadəsi ilə "mümkünsüzdür" ifadələrinin fərqli olduğun, zərərçəkənin ziddiyyətli ifadələr verdiyini, xəsarətdən axan qanın həqiqətən zərərçəkənə məxsus olmasının şübhə doğurduğunu və bir əzikdən o qədər qan çıxmasının mümkünsüzlüyünü, həmin maddənin qan olmasının da sübuta yetirilmədiyini, epizodlar üzrə ittihamların sübuta yetirilmədiyini, zərərçəkənin ifadələrinin ziddiyyətli olduğunu, ikinci epizodda müdafiə etdiyi şəxsin olmamasının sübuta yetirildiyini və ittiham tərəfinin bəraət hökmündən protest vermədiyini vurğulayaraq apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı bəraət hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı ittiham tərəfi olaraq bəraət hökmündən apellyasiya protesti verilmədiyini, zərərçəkmiş şəxsin şikayətinin müdafiə edilməsi ilə bağlı hissədə məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında dindirilmiş təhqiqatçı - şahid şahid2 ifadəsində hadisə yerinə gələndə xanımın evdə olduğunu, başında xəsarət olduğunu, qonşusunun onun başına “rolik” atdığını dediyini, lakin rolikin hadisə yerində olmadığını, baxış keçirdiklərini, zərərçəkmiş şəxsin ərizə və izahatını aldığını, sonra Çingiz İbrahimov və həyat yoldaşı ilə birlikdə şöbəyə getdiklərini, hər ikisinin izahatının alındığını, xəsarətlə bağlı ekspertizanın keçirildiyini, Nərgizin yerdəki qan izinin ona məxsus olduğunu, Çingizin atdığı rolikin başına dəyərək qanadığını dediyini, həmin vaxt qan izlərinin kimə məxsus olması ilə bağlı heç bir mübahisə olmadığından ekspertiza aparılmadığını, hadisənin təxminən saat 5-6 radələrində baş verdiyini, özünün isə saat 7-8 radələrində gəldiyini, şəklin işıqlı vaxtda çəkildiyini və səhv etmirsə, may ayı olduğunu göstərdi. Verilən suallara cavab olaraq şahid şahid2 hadisə yerinə əməliyyat qrupu ilə getdiyini, əməliyyat qrupunun digər üzvlərinin həmin vaxt evdə olduğunu, lakin dəqiq kimlər olduqlarını xatırlamadığını, həmin vaxt Çingizin öz həyətində olduğunu pəncərədən bilavasitə gördüklərini, Çingizin həyat yoldaşının evin qarşısında durduğunu və yoldaşına Çingizi çağırmasını dediyini, Çingizin evinə girmədiklərini, roliki görmədiklərini, şəkilləri çöldən deyil, içəridən çəkdiyini, Nərgizin başının sol nisbətən arxa hissəsinə doğru xəsarət olduğunu, Nərgizin pəncərədən dönüb getmək istədiyi halda rolikin başının arxa hissəsinə dəyməsinin tam mümkünlüyünü, eyni zamanda, Nərgizin evində xəsarət aldığı həmin otaqda çarpayının isə otaqdan pəncərəyə baxanda sol tərəfdə yerləşdiyini bildirdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında dindirilmiş ekspert şahid1 özünün tərəfindən çəkilmiş müvafiq fotoşəkilləri təqdim edərək ifadəsində 2023-cü ildə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin təhqiqatçısı şahid2 tərəfindən material daxil olduğunu, şəxsi bilavasitə müayinədən keçirdiyini, şəxsin verdiyi məlumata görə ## ##### 2023-cü il tarixində saat 17:00 radələrində yaşadığı evin həyətində qonşusu tərəfindən zivənin dəmir diyircəyi vasitəsilə xəsarətlər yetirildiyini, xəsarət aldıqdan sonra X5 müraciət etdiyini, ambulator müayinə zamanı sol təpə nahiyəsində köndələn istiqamətdə üzəri cərrahi tikişlə örtülmüş xətvari əzilmiş yaranın müəyyən edildiyini, X9 təqdim edilmiş ## ### 2023-cü il tarixli arayışdan 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Sərdar qızının ## ##### 2023-cü il tarixdə saat 21:15 radələrində ambulator müraciət etməsinin, müayinə olunaraq tikişlə sarğı qoyulmasının bilavasitə göründüyünü, xəsarət alan şəxsin şəklini şəxsən özünun də çəkdiyini, lakin iş materiallarına əlavə edilmədiyini, ehtiyac olarsa, məhkəməyə təqdim edə biləcəyini qeyd etdi. Verilən suallara cavab olaraq ekspert şahid1 Zərərçəkmiş şəxs Sərdar qızında müəyyən edilmiş xəsarətin məlum predmetlə atılmaqdan və ya vurulmaqdan yarana biləcəyini, insanın üzərinə bir şey gəldikdə istər-istəməz başını əydiyini, Zərərçəkmiş şəxs Sərdar qızındakı həmin xəsarətin heç bir halda yıxılmaqdan əmələ gəlməsinin mümkün olmadığını, ümumiyyətlə yerə yıxılma nəticəsində təpə nahiyəsində xəsarət almağın mümkünlük faizinin hədsiz az olduğunu və bunun üçün şəxsin xəsarəti özünün yetirməli olduğunu, birinci instansiya məhkəməsinin hökmündə ona məxsusluğu vurğulanmaqla əks edilmiş və səsləndirilən ifadəni xatırlamadığını, ekspert kimi özünə heç bir təzyiq və ya təsirin olmadığını, tərəflərlə axırıncı dəfə məhkəmədə görüşdüyünü, 1997-ci ildən ekspert kimi fəaliyyət göstərdiyini və zərərçəkəni şəxsən özünün müayinə etdiyini, rəyin də həqiqəti əks etdirdiyini, birinci instansiya məhkəməsində də tərəddüdlü mövqe ifadə etmədiyini bildirdi. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli surətdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və işin faktiki hallarına uyğun hesab etmir, hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı bəraət hökmü ləğv edilməli, ittiham hökmü çıxarılmalı, İbrahimov Çingiz Kamran oğlu ona elan olunmuş ittiham üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs İbrahimov Çingiz Kamran oğlu ona Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hazırda onunla qonşu olsa da, Nərgizi təxminən 5-6 ilə yaxın müddətdir arvadı Səkinənin vasitəsi ilə tanımışdır. Nərgiz arvadı Səkinə ilə rəfiqə olmuş və bu vasitə ilə onlar ailəvi olaraq tanış olmuş, mütəmadi olaraq bir-birlərinin evinə gedib gəlmişlər. Yaşadığı evin yaxınlığında boş torpaq sahəsi olmuş və 2022-ci ilin əvvəllərində həmin torpaq sahəsində ümumi sahəsi 80 kv.metr olan fərdi yaşayış evi tikib satmaq istəmişdir. Buna görə də Zərərçəkmiş şəxs ilə razılaşmışlar ki, evin tikintisinə lazım olan maliyyə vəsaitini verəcək, o isə evin tikintisi ilə məşğul olacaq, evin tikintisi başa çatdırılıb satıldıqdan sonra əldə olunan gəlir aralarında bölünəcəklər. 2022-ci ilin may ayında onlar evin tikintisinə başlamışlar. Tikinti təxminən 2 ay davam etmiş və evin bir hissəsinin tikintisi başa çatmışdır. Bu proses ərzində də Nərgiz tikinti üçün ona ümumilikdə 13450 manat pul vermişdir. 2022-ci ilin avqust ayında Nərgiz bildirmişdir ki, tikilməkdə olan evi özü almaq istəyir. O buna etiraz etməmiş və razılaşmışlar ki, tikinti başa çatdıqdan sonra Nərgiz ona yekun olaraq 25000 manat pul verərək evi alacaqdır. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs evin təmir işlərini yekunlaşdıraraq evə köçmüşdür. Bundan sonra, o, Nərgizdən 25000 manatı istədikdə Nərgiz pulu verməkdən imtina edərək, onların borclu olduğunu bildirmişdir. 2022-ci ilin dekabr ayından hazırkı müddətə kimi Nərgiz birlikdə tikdirdikləri həmin evdə yaşasa da, ona verməli olduğu 25000 manat pulu qaytarmamışdır. ## ##### 2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdə olarkən işıq idarəsinin işçilərinin Nərgizin yaşadığı həmin evə onun məlumatı olmadan qanunsuz olaraq sayğac quraşdıraraq işıq çəkdiklərini görmüşdür. İşıq idarəsinin işçiləri isə Nərgiz birlikdə tikdirdikləri həmin evə göstəriş üzrə işıq xətti çəkmək üçün gəldiklərini bildirmişlər və işıq xəttini sayğacsız qoşaraq getmişlər. Bundan sonra yaşadığı evin həyətinə daxil olmuşdur. Zərərçəkmiş şəxs quraşdırdığı paltar asılmaq üçün nəzərdə tutulmuş ip onların yaşadığı evin həyətindən keçdiyindən o əsəbləşərək Nərgizin ona qarşı hörmətsizliyini qəbul etmədiyindən həmin ipin dəmir başlığını yaşadığı evin hasarından açmışdır. Həmin vaxt Nərgiz yaşadığı evin onun yaşadığı evin həyətinə tərəf açılan pəncərəsindən telefonla onu çəkib ona və ailəsinə qarşı nalayiq ifadələr işlədərək onları tutdurmaqla hədələmişdir. O isə ipi açaraq dəmir başlığı ilə birlikdə Nərgizin yaşadığı evin pəncərəsinin qarşısına qoymuşdur. Həmin vaxt Nərgiz dəmir roliki arvadı Səkinəyə tərəf atmış və ipin dəmir başlığı Səkinəyə dəyərək xəsarət yetirmişdir. O isə buna mane olmaq istəmiş, buna görə də əli ilə ipin dəmir başlığının qarşısını almağa çalışmışdır. Həmin vaxt Nərgiz evindəki ətir şüşələri ilə Səkinəni vurmaq üçün həmin şüşələri Səkinəyə tərəf atmış və həmin şüşələr Səkinəyə dəymişdir. Nərgiz dəmir başlıq ilə bir neçə dəfə Səkinəni vurmağa cəhd etsə də, o mane olmuşdur. Lakin Zərərçəkmiş şəxs vurub xəsarət yetirməmişdir. Lakin sonradan onun müraciətindən sonra çəkilmiş işıq xətti sökülmüşdür. Aralarında olan münaqişəyə səbəb Nərgizin onu və ailə üzvlərini söyüb təhqir etməsi olmuşdur. O, Zərərçəkmiş şəxs heç bir xəsarət yetirməmişdir. Əksinə, Nərgiz onun arvadı Səkinəyə xəsarət yetirmişdir. Mübahisə yaşadığı evin həyətində baş verdiyindən ətrafda heç kim olmamışdır. ## ######## 2023-cü il tarixdə saat 18:55-də Nərgiz onun həyətinə hücum çəkərək qızı Nəzakəti əlində olan dəmir parçası ilə vurmaq istəmişdir. Həmin vaxt zaman həyat yoldaşı Səkinə dəmir parçasını Nərgizin əlindən almaq istəmişdir. Qonşuluqda yaşayan Mətanət və Aləmzər adlı xanımlar Nərgizi sakitləşdirmişdir. O evə gəlib çatanda hadisə artıq başa çatmışdır. Nərgiz barəsində göstərdikləri şər və böhtandır. Çünki həmin vaxtı o, evdə olmamış, dava-dalaş başa çatandan sonra gəlmişdir. Hadisə saat 18:55-də baş vermişdir. O, həmin vaxt Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində olan “Hyundai servisin” yanından keçib qonşuluqda olan xırdavat mağazasında olmuşdur. Oradan tikintidə istifadə olunan mişar almış, “Hyundai servisin” müşahidə kameralarında düşmüşdür. Təxminən 15-20 metr qalmış hadisəni ona qonşuluqda yaşayanlar demişlər. O, Nərgizi vurmamış, heç bir xəsarət yetirməmişdir. Nərgizin məqsədi ona olan borcunu verməməkdir və dəfələrlə onu şərləyib tutduracağını demişdir. Əksinə, ## ######## 2023-cü il tarixdə baş vermiş dava-dalaş zamanı Nərgiz arvadı Səkinə İbrahimovanın əlində olan dəmir maşa ilə vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs onun barəsində göstərdikləri şər və böhtandır. Verilən suallara cavab olaraq, ilkin ibtidai istintaq zamanı verdiyi ifadələrini və hadisənin gedişatını tam xatırlamadığını, lakin hadisə vaxtı Nərgizin yıxıldığını, onun baş nahiyəsinə hər hansı predmet atmadığını, həmin evi özü tikdiyi üçün yerdən hündürlüyünün dəqiq şəkildə 3 kubik hündürlüyündə, yəni 60 sm məsafədə olduğunu, ilkin epizod zamanı qızının hadisə yerində olmadığını bildirmişdir. Çingiz İbrahimov ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə günü dəmir başlığın iplə birlikdə Nərgizin əlində olduğunu, həmin vaxt Nərgizin ipi çəkmək istəyərkən yıxıldığını bildirmişdir (birinci instansiya məhkəməsində ifadəsində hadisənin üzərindən uzun müddət keçdiyi üçün hadisələri dəqiq xatırlamadığını qeyd etmişdir). Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Sərdar qızı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İbrahimova Səkinə Adışirin qızını təxminən 7 ildir ki, tanıyır. Səkinə ilə uzun müddət rəfiqə olmuşdur. 2022-ci ildə Səkinə ondan bir neçə dəfə borca pul istəmiş, daha sonra torpaq sahəsini satmağı təklif etmişdir. Daha sonra, 20000 manata ev tikməyə, qalan vəsaiti də hissə-hissə ödəməyə razılaşmışlar. Təxminən 9 aydan sonra evin tikintisinin bitmədiyini görmüş və mübahisələri başlamışdır. Məcbur olub banka müraciət etmiş və 12500 manat bankdan kredit götürmüşdür. Həmin puldan 5000 manatını Səkinə ilə Çingizə torpağa görə vermiş, Çingizin evin tikintisi üçün ümumilikdə 13500 manat pul xərclədiyini başa düşmüşdür. Daha sonra, evin tikintisini özü davam etməyə başlamışdır. Bitirdikdən sonra evə köçərək yaşamağa başlamışdır. İşıq pulunun ödənişində mübahisələr olduğundan o, ayrıca öz adına işıq xətti çəkdirmək istəmişdir. ## ##### 2023-cü il tarixdə “xxxx” ASC-nin əməkdaşları onun yaşadığı evə gəlmişlər və işıq sayğacı quraşdırmaq istəyən zaman Çingizlə Səkinə mübahisə yaradaraq işıq sayğacı qoyulmasına mane olmuşdur. Həmin günü saat 16:30 radələrində evdə olan zaman həyətdən səs gəldiyini görmüş, pəncərəyə çıxan zaman Çingizinin paltar asmaq üçün divara bərkidilmiş ipi kəsdiyini görmüşdür. Həmin vaxtı qısa-qısa videoları qeydə almışdır. Çingiz ipi divara bərkitmək üçün olan diyircəyi (roliki) birdəfə götürüb onun üzərinə atmışdır. Çingiz roliki birinci dəfə atanda həmin rolik evin döşəməsinə düşmüşdür. Hətta həmin vaxt evin divarına zədə yetirilmişdir. Daha sonra ona irad kimi niyə roliki evə atdığını bildirib həmin roliki götürüb onlara tərəf atmışdır. Həmin sağ tərəfdə kişi, ortada qızı, sol tərəfdə isə Səkinə dayanmışdır. Bu vaxt daha Səkinə ona taxta parçası atmış və həmin taxta parçası evin içinə düşmüşdür. Refleks olaraq, qarşılıq vermək üçün Səkinəyə həmin vaxt termonun üzərində olan ətir şüşələrini götürüb atmışdır. Daha sonra rolik atılmış və anidən döşəməyə yıxılmışdır. Bir neçə dəqiqədən sonra özünə gəlmişdir. Özünə gələndən sonra görmüşdür ki, yer qandır. Daha sonra durub gedib divanda oturmuş və bu zaman divan da qan olmuşdur. Həmin vaxt Çingizin qızı heç bir şey atmamışdır. Özünə gəldikdən sonra hüquq-mühafizə orqanlarına məlumat vermişdir. Daha sonra onu X3 avtomobili ilə xəstəxanaya aparmışlar və başına tikiş qoyulmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəllərində Səkinə onun evinin kanalizasiyanı bağlatdırmışdır. ## ######## 2023-cü il tarixində Səkinə evində istifadə etdiyi çirkli suyu onun evinin pəncərəsindən içəri tökmüşdür. Saat 18:30 radələrində Səkinə onun evinə su tökdüyünə görə sonuncunun həyətinə getmişdir. Səkinə həmişə kanalizasiyanı açaraq oradan su qabına yığaraq onun evinin pəncərəsindən içəri tökmüşdür. Bu zaman Səkinənin bəzi əşyaları onun yaşadığı evin divarından asdığını görmüş və həmin vaxt sağ əli ilə divardan asılmış maşanı götürüb evinin divarında olan bəzi əşyaları divardan qoparmağa çalışmışdır. Səkinənin qızı Nəzakət onun üstünə gəldiyi üçün o, Nəzakəti kənara itələmişdir ki, çirkli suyu götürüb sonuncuların evinin pəncərəsinə vursun. Həmin vaxt Səkinə arxa hissədən onun saçından tutaraq dartmış, Nəzakət də orda olan çirkli suyu götürüb anası Səkinəyə bildirmişdir ki, “ana çəkil çirki suyu onun üzünə vuracam”. O bunu görüb tez Səkinəni tutub fırladaraq Nəzakətə tərəf çevirmiş və Nəzakətin atdığı çirkli su Səkinənin bədənin arxa hissəsinə tökülmüşdür. Nəzakət ona yaxınlaşaraq əlində olan maşanı almağa çalışsa da, sonuncuların maşa ilə onu vuracaqlarından ehtiyat edərək maşanı buraxmamışdır. Onlar həmişə nəsə olan kimi hamını çağırırlar. Qızlar və qonşu onun saçından tutmuşdur. Səkinə də maşanı dartmağa davam etmişdir. Həmin vaxt qonşuluqda yaşayan şahid3 gələrək yumruqla onun kürək nahiyəsindən vurmuş və onun əli boşaldığı üçün Nəzakət əlində olan maşanı almışdır. Həmin vaxt işdən gələn Çingiz həyətə daxil olub yaxınlaşaraq həmin vaxt “ver o maşanı mənə” deyə ifadə səsləndirmiş və bunu eşitmişdir. Qızı Nəzakətdən maşanı alaraq onun baş nahiyəsindən vurmuşdur. O, Səkinə ilə dartışdığı üçün başı aşağı vəziyyətdə olmuş və Çingiz maşa ilə onu vurduqdan sonra boyun nahiyəndən tutub həyətinə doğru itələyib “rədd ol burdan” sözlərini demişdir. Həmin vaxt onun baş nahiyəsindən qan axdığı üçün mübahisə yekunlaşmışdır. Daha sonra yaşadığı ünvana gedərək, DİN-nin “102” xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Daha sonra isə X3 “103” xidmətinə zəng vuraraq həkim briqadası çağırmışdır. Mübahisə zamanı Səkinə İbrahimova onun saçından tutub dartsa da, ona heç bir xəsarət yetirməmişdir. İlkin hadisə zamanı 3 dəfə ona rolik atılmış, üçüncü ona dəymişdir. Verilən suallara cavab olaraq, birinci epizod ilə bağlı Çingizin onu vurduğunu gördüyünü bildirmişdir. İkinci epizod üzrə Çingiz oraya gələndən sonra onu vurmuşdur. Birinci dəfə Çingizin roliki atmasından sonra həmin predmeti onlara tərəf geri atdığını, daha sonra Səkinənin bir daha onlara dəqiq bilmədiyi, taxta olduğunu ehtimal etdiyi predmeti atdığını, bu zaman ətir şüşələrini ona tərəf geri atdığını, bu zaman Çingizin kənardan roliki onun başına atdığını bildirmişdir. Həmin videoçəkiliş zamanı Zərərçəkmiş şəxs predmetin onun başının sol təpə nahiyəsinə dəydiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsində ifadələrində ziddiyyətlər olduğu qənaətinə gəlinmiş, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında tədqiq edilmiş və müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadəsində ilkin hadisəni fərqli formada təsvir edərək, Çingizin ona atdığı diyircəyin üzərindəki metal məftil (tros) onun sol qoluna, diyircək (rolik) isə sol ayağına dəyib xəsarət yetirərək otağa düşmüşdür. O isə “diyircəyi sındırmısan, evə niyə atırsan” deyərək Səkinə və Çingizin üzərinə atmışdır. Bundan sonra Səkinə onun üzərinə nə isə atmışdır. O isə əvəzində Səkinənin üzərinə evdə olan ətir şüşəsini atmışdır. Atdığı ətir şüşəsi Səkinənin bədən nahiyəsindən dəymişdir. Bundan sonra Çingiz yerdə olan diyircəyi götürərək onun baş nahiyəsinə atmışdır. Diyircək onun baş nahiyəsindən dəymiş və o, zərbənin təsirindən özünü itirərək yerə yıxılmışdır. Təxminən bir neçə saniyədən sonra ayağa qalxmışdır. İlk öncə heç nə hiss eləməsə də, sonradan divanın üstündə oturan zaman başından qan gəldiyini görmüşdür. Bundan sonra “102” zəng mərkəzinə və “103” xidmətinə, əlavə olaraq qızı Yeganəyə zəng etmişdir. Birinci instansiya məhkəməsində ekspertin dindirilməsindən, o cümlədən təqdim edilmiş sübutların tədqiqindən sonra verilmiş suallarına cavab olaraq, hadisə vaxtı ona atılan rolikin ola bilər ki, evə düşdükdən sonra Çingizin onu geri çəkdiyini, daha sonra həmin predmeti yuduğunu, hadisə vaxtı arxası üstə yıxıldığını, sol tərəfində kamod (termon) olsa da, başının həmin kamoda dəymədiyini, predmet başına dəydikdən sonra yerə yıxıldığını və yerdəki qanın başından axdığını, həqiqətən də həmin hadisədən sonra 5 dəqiqə yerdə qaldığını və daha sonra ayağa qalxıb Səkinəgil ilə mübahisəyə davam etdiyini, axşam saatlarında xəstəxanaya müraciət etdiyini bildirmişdir. Həmin qan izlərindən o cümlədən divanın üzərində də olsa da, müstəntiqin hər hansı nümunə götürmədiyini, Çingiz ilə aralarındakı məsafənin təxminən 1 metr olduğunu, özünün isə evin içində, nisbətən yüksəkdə olduğunu bildirmişdir. İlkin hadisə ilə bağlı epizod üzrə baş nahiyəsindəki xəsarətin yerini dəqiq göstərə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid İbrahimova Səkinə Adışirin qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hazırda onun qonşu olsa da, Nərgizi təxminən 5-6 ilə yaxın müddətdir tanıyır və rəfiqə olmuşdur. 2022-ci ilin əvvəllərində yaşadığı evin yanındakı boş torpaq sahəsində ümumi sahəsi 80 kvadrat metr olan fərdi yaşayış evi tikib satmaq istəmiş, lakin vəsaitləri olmadığından Nərgiz ilə anlaşmışlar ki, həmin evi tikib satacaqlar. Bu proses ərzində də Nərgiz tikinti üçün ümumilikdə 13450 manat pul vermişdir. 2022-ci ilin avqust ayında Nərgiz evi almaq istədiyini bildirmiş və onunla razılaşmışlar. Razılaşma olmuşdur ki, tikinti başa çatdıqdan sonra Nərgiz onlara yekun olaraq 25000 manat pul verəcək. 2022-ci ilin dekabr ayında Zərərçəkmiş şəxs evin təmir işlərini yekunlaşdıraraq evə köçmüşdür, lakin 25 min manatı verməmişdir. ## ##### 2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdə olarkən işıq idarəsinin işçilərinin Nərgizin yaşadığı evə işıq çəkdiklərini görmüş və bundan sonra onlar yaşadıqları evin həyətinə daxil olmuşlar. Həmin vaxt Çingiz Nərgizin quraşdırdığı paltar asılmaq üçün nəzərdə tutulmuş ipin dəmir başlığını yaşadıqları evin hasarından açmışdır. Nərgiz isə evin həyətinə tərəf açılan pəncərəsindən telefonla onu çəkib ona və ailəsinə qarşı nalayiq ifadələr işlədərək onları tutdurmaqla hədələmişdir. Çingiz ipi açaraq dəmir başlığı ilə birlikdə Nərgizin yaşadığı evin pəncərəsinin qarşısına qoymuşdur. Həmin vaxt paltar ipinin digər ucu Nərgizin əlindən olduğundan Nərgiz həmin ipi fırladaraq ona tərəf bir neçə dəfə atmış və paltar ipinin dəmir başlığı onun sol qoluna, sol çiyninə dəyərək xəsarət yetirmişdir. Çingiz isə buna mane olmaq istəmişdir. Buna görə də əli ilə ipin dəmir başlığının qarşısını almağa çalışmış və ipi əli ilə tutaraq saxlamışdır. Həmin vaxt Nərgiz evindəki ətir şüşələri ilə onu vurmaq üçün həmin şüşələri ona tərəf atmış və həmin şüşələr yenidən onun sol qoluna və sol çiyin nahiyəsinə dəymişdir. Həmin vaxt Nərgiz paltar ipini əlində tutaraq dəmir başlığı ilə bir neçə dəfə onu vurmağa cəhd etsə də, Çingiz buna mane olmuşdur. Daha sonra ipin bir ucunu özü tutmuş, digər tərəfini isə Nərgiz tutmuşdur. Bu zaman Nərgiz ipi dartarkən özünü evin içinə yıxmışdır. Çingiz nə olduğunu soruşduqda ona “heç nə, artistlik edir” deyə cavab vermişdir. Nə o, nə də ki əri Çingiz Nərgizi vurmamışlar. Çölə çıxdıqdan sonra onları hədələməyə başlamışdır. 15-20 dəqiqə sonra, bəlkə də daha çox vaxt sonra qızı gəlmişdir. Bu zaman Nərgiz “baxarsız sizin başınıza nə oyun açacam” deyə ifadə işlətmişdir. ## ######## 2023 cü il tarixdə saat 18 radələrində yenidən Nərgiz yaşadığı evin pəncərəsindən sidiyini və nəcisini onların həyətə tərəf tökdüyünü görmüş, saat 18:30 radələrində Nərgiz yaşadığı evin həyətinə daxil olmuşdur. Bu zaman divara asdığı maşanı götürüb onun üstünə hücum çəkmişdir. Həmin vaxt qızı Nəzakət İbrahimova Nərgizin əlində maşa olduğunu görüb mobil telefonu ilə çəkiliş aparmağa başlamışdır. Həmin vaxt Nərgizi divara tərəf sıxıb əlində olan maşanı almağa çalışmış, bu zaman sonuncu onun saçından tutub yolaraq əlində olan maşa ilə sol qolundan vurub ona xəsarət yetirmişdir. Həmin vaxt qonşuluqda yaşayan Mətanət və Aləmzər gəlmişdir. Nərgizin əlində olan maşanı güclə onun əlindən aldıqdan sonra sonuncunu buraxmışlar və Nərgiz onları söyərək yaşadığı evə getmişdir. Dərhal DİN-nin “102” xidmətinə zəng vararaq hadisə barədə məlumat vermişdir. Bir qədər sonra Nərgizin yaşadığı ünvana “X3” gəldiyini görmüşdür. ## ######## 2023-cü il tarixdə baş vermiş mübahisə zamanı əri Çingiz evdə olmamış, həmin vaxt Çingiz işdə olmuş, 28 aprel tarixindəki mübahisə zamanı isə həyətdə ancaq Çingiz və özü olmuş, mübahisə 2-3 dəqiqə davam etmişdir. Nərgizi nə o, nə qızı, nə də Çingiz vurmamış, sonuncunun göstərdikləri hamısı şər və böhtandır. ## ######## 2023-cü il tarixdə mübahisə yaşadığı evin həyətində baş vermişdir. Həmin vaxt həyətdə o, qızı Nəzakət, Nərgiz, sonradan isə Mətanət və Aləmzər olmuşdur. Mübahisə təxminən 4-5 dəqiqə davam etmişdir. Lakin Çingiz həmin evdə olmamışdır. İlkin epizod zamanı qızının evdə olmadığını bildirmişdir. Birinci epizod ilə bağlı Nərgizin xəsarətinin onun qızı gəldikdən sonra yarandığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid şahid6 ifadəsində göstərmişdir ki, faktiki olaraq anası ilə birlikdə sözügedən ünvanda yaşayır. İbrahimov Çingiz və İbrahimova Səkinə onların qonşularıdır. Sonralar sözügedən torpaq sahəsi ilə bağlı anası ilə sonuncular arasında mübahisə yaranmışdır. ## ##### 2023-cü il tarixdə saat 18 radələrində işdə olan zaman anası Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəsinə zəng etmiş, mənzilə işıq xəttinin çəkilib-çəkilmədiyini öyrənmək istəmişdir. Bu zaman X13 xəsarət yetirdiyini bildirmişdir. Dərhal işdən çıxıb taksi ilə evə gəlmişdir. Evə daxil olan zaman qonaq otağında döşəmənin üzərində qan ləkələrinin olduğunu görmüşdür. Anasından nə baş verdiyini soruşan zaman Çingiz və Səkinə ilə mübahisə etdiyini, Çingizin paltar ipinin diyircəyini divardan qopardaraq evə atdığını, daha sonra qarşılıq verdikdən sonra sonuncunun zivəni həyətdən götürərək baş nahiyəsinə atıb ona xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra, anasından X3a və polisə xəbər edib etmədiyini soruşmuş, anası isə xəbər etdiyini, lakin heç kimin gəlmədiyini bildirmişdir. Bundan sonra özü də X3a və DİN-nin “102” zəng mərkəzinə məlumat vermişdir. Təxminən bir saatdan sonra evə X3 və polis əməkdaşları gəlmişlər. Daha sonra anası ilə birlikdə X3 avtomobili ilə * saylı şəhər kliniki xəstəxanasına getmişlər. Orada anasının başına tikiş qoyulduqdan sonra yaşadıqları evə gətirmişdir. İkinci hadisə zamanı isə evdə olmadığını, anasının bildirdiyinə görə Səkinə ilə aralarında yaşanmış mübahisə zamanı Çingizin əlindən maşanı alaraq baş nahiyəsinə zərbə vurduğunu bildirmişdir. şahid6 birinci instansiya məhkəməsində ifadəsində 28 aprel tarixində baş vermiş hadisə zamanı X3a zəng edənin anası olduğunu, ikinci epizodda isə özü olduğunu bildirmişdir. 16 sentyabr tarixində baş vermiş hadisə zamanı isə yolda olarkən X3a zəng etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid X7 ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdən “xxxx” ASC-nin Nərimanov elektrik şəbəkəsində mühəndis vəzifəsində işləyir. Zərərçəkmiş şəxs yaşadığı ərazidə işıq şitlərinin quraşdırılmasına nəzarət edir. ## ##### 2023-cü il tarixdə günorta saatlarında idarədən ona bildirmişlər ki, Nərimanov rayonu, PY/UA 38/10, ev 103 ünvanına işıq şiti quraşdırılmalı və sayğac qoyulması üçün digər hazırlıq işləri görülməlidir. O da digər işçilərlə birlikdə qeyd olunan ünvana gəlmişdir. Ünvana gələn zaman ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs adlı qadının yaşadığı evə sayğac quraşdırılmalıdır. Montyorla birlikdə işıq şitini evin divarına quraşdıran zaman əvvəllər tanımadığı, sonradan adının Səkinə və Çingiz olduğunu bildiyi şəxslər yan evdən çıxaraq onlar tərəfə gəlməyə başlamışlar. Bundan sonra onlar sözlə mübahisə etmişlər. Çingiz və Səkinə onlara təzyiq edərək işıq şitini quraşdırmağa mane olmaq istəyirmişlər. Təxminən 25 dəqiqə ərzində işıq şitini quraşdıran zamanda onlar arasında mübahisə davam etmişdir. Çingizgil mane olmağa çalışmış, Nərgiz isə quraşdırılmasını istəmişdir. Həmin vaxt evin çölündə olmuşlar və həyətə daxil olmamışlar. İşıq şitini yarımçıq quraşdırdıqdan sonra oradan uzaqlaşmışlar və idarəyə qayıtmışlar. Sonradan İdarədən onlara bildirilmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı evə quraşdırılan işıq şiti sökülməlidir. Ona görə də bir neçə gündən sonra həmin evə yenidən gedərək işıq şitini divardan sökmüşlər. Fizuli Musayev ifadəsində Nəzakət İbrahimovanın hadisə günü orada görmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid İbrahimova Nəzakət Çingiz qızı və şahid3 ifadəsində Səkinə İbrahimova və Çingiz İbrahimovun göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. İbrahimova Nəzakət Çingiz qızı ibtidai istintaq zamanı verdiyi ifadəsində istinad etməsə də, ## ##### 2023-cü il tarixdə baş vermiş hadisə zamanı orada olduğunu və kənardan müşahidə etdiyini, atasının Nərgizin baş nahiyəsinə heç bir şey atmadığını bildirmişdir. İkinci hadisə ilə bağlı isə videoçəkilişi özünün etdiyini, həmin videoyazıdan da göründüyü kimi mübahisə bitdikdən sonra anasının dərhal 102 xidmətinə müraciət etdiyini qeyd etmişdir. Birinci epizod ilə bağlı atası və anasının pəncərədən 2-3 metr aralı olduğunu, həmin vaxt atasının roliki açdığını və bu zaman Nərgizin onlara çoxsaylı predmetlər atdığını, həmin vaxt atasının roliki açıb yerinə qoyan vaxtı Nərgizin anidən yıxıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində ekspert qismində dindirilmiş şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə bağlı ekspert rəyini özü vermişdir. Həqiqətən də həmin tarixdə onu müayinə etmiş və xəstəxana məlumatlarına əsasən müqayisə etməklə obyektiv rəy vermişdir. Rəyin məzmunu və nəticə hissəsini təsdiq edir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı alınan xəsarət yerə yıxılma nəticəsində, əsasən də yerdəki predmetə dəyməklə yarana bilərdi. Həmin xəsarət əzik formasında olmaqla, hər hansı cismin təsiri nəticəsində əmələ gələ bilərdi. Lakin yerdə predmet olmadığı təqdirdə həmin xəsarətin alınması inandırıcı deyildir. Bundan əlavə, hadisənin mexanizmi ilə bağlı verilən suala cavab olaraq, 60 sm hündürlükdə yerləşən və aralarında 1 metr məsafə olan şəxslərin mübahisəsi zamanı aşağıdan atılan predmet xanımın sol təpə nahiyəsinə dəyə bilməsi istisna edilmir. Qeyd etmişdir ki, başın üst tərəfi təpə nahiyəsi, arxa tərəfi ənsə nahiyəsi sayılır. Xanımın ilkin xəsarəti onun sol təpə nahiyəsində ənsəyə yaxın yerdə əmələ gəlmişdir. Xəsarət müxtəlif şəraitdə əmələ gələ bilərdi, lakin öz-özünə yetirilməsi inandırıcı deyildir. İş materiallarında olan cinayət işi başlanması və icraata qəbul edilməsi barədə ## #### 2022-ci il tarixli qərarla Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X4 tərəfindən fakt üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmiş, cinayət işinə 230060392 nömrə verilmişdir. İş materiallarında olan DİN “102” xidmətinə edilmiş ## ##### 2023-ci il tarixli müraciətdən görünür ki, həmin günü saat 17:52-də vətəndaş Zərərçəkmiş şəxs Sərdar qızı DİN-nin 102 xidmətinə zəng edərək, Hyundai servisin yanında adını bilmədiyi qonşunun onun başına vurub xəsarət yetirməsi barədə məlumat verdi. İş materiallarında olan DİN “102” xidmətinə edilmiş ## ##### 2023-ci il tarixli müraciətdən görünür ki, həmin günü saat 21:40 radələrində KTMX-nın həkimi Həsənova zəng edərək, Z.Bünyadov prospekti 138-də 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs Sərdar qızının təpə nahiyəsinin əzilməsi diaqnozu ilə müraciət etməsi barədə məlumat vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında ## ##### 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri birmərtəbəli həyət evidir. Həyət sahəsində darvazadan giriş olunur. Zərərçəkmiş şəxs yataq otağında olan pəncərəni göstərərək, oradan küçəyə baxdığı zaman Çingiz İbrahimovun küçədən atdığı dəmir parçasının baş nahiyəsinə dəydiyini bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi protokoluna əlavə edilmiş fotoşəkillərdən görünür ki, otağın döşəmə hissəsində, divardan və pəncərədən təxminən 2 metr cənub istiqamətdə, üfüqi müstəvidə yerləşən səthdə təqribən 40 sm uzunluqda qana bənzər izlər vardır. Qana bənzər izlər qeyri-müntəzəm, gölməçə formasında toplanma ilə başlayır, davamında isə bir xətt üzrə yerləşmiş ayrı-ayrı damcıvarı izlər şəklində davam edir. Damcıvarı izlərin ölçüləri müxtəlifdir və vizual olaraq bir istiqamət üzrə ardıcıllıq təşkil edir. Eyni zamanda, sözügedən pəncərənin altındakı divar səthində lokal xarakterli müəyyən formalı zədələnmə görünür. Həmin fotocədvəldə Zərərçəkmiş şəxs baş nahiyəsinin arxasında qırmızıyabənzər ləkələr mövcud olsa da, paltar səthində hər hansı qan izləri müşahidə edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ### 2023-cü il tarixli *** saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Sərdar qızında aşkar edilmiş xəsarətlər- sol təpə nahiyəsinin əzilmiş yarası, sol bazu oynağının ön səthinin, sol bazunun orta üçdə birinin bayır səthinin, sol budun orta üçdə birinin iç səthinin, sol baldırın aşağı üçdə birinin iç səthinin qançırları-küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan ## ##### 2023-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş ## ####### 2023-cü il tarixli, **** saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Sərdar qızının bədən səthində aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, sağ gicgah-təpə nahiyəsinin əzilmiş cırılmış yarası, boyun nahiyəsinin sıyrıqları, sağ və sol saidin, sağ budun qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni ## ######## 2023-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs Sərdar qızının bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinə, lokalizasiyasına və əmələ gəlmə mexanizminə əsasən demək olar ki, həmin xəsarətləri şəxsin özü-özünə yetirə bilməsi inandırıcı deyildir. İş materiallarında olan üzləşdirmə haqqında protokoldan görünür ki, ## ###### 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Sərdar ilə İbrahimov Çingiz Kamran oğlu arasında üzləşdirmə aparılmış, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Çingiz İbrahimovun üzünə qarşı demişdir. İş materiallarında olan üzləşdirmə haqqında protokoldan görünür ki, ## ###### 2023-cü il tarixdə Zərərçəkmiş şəxs Sərdar ilə İbrahimova Səkinə Adışirin qızı arasında üzləşdirmə aparılmış, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Səkinə İbrahimovanın üzünə qarşı demişdir. İş materiallarında olan Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, İbrahimov Çingiz Kamran oğlu məhkum olunmamışdır. İş materiallarında olan DİN “102” xidmətinə edilmiş ## ######## 2023-cü il tarixli müraciətdən görünür ki, həmin günü saat 19:02-də İbrahimova Səkinə Adışirin qızı DİN-nin 102 xidmətinə zəng edərək, Nərimanov rayonu Z.Bünyadov 38\10 ünvanında qonşusunun onun saçından sürümələrini bildirdi. İş materiallarında olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında ## ######## 2023-cü il tarixli qərardan görünür ki, İbrahimov Çingiz Kamran oğlu barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işinin icraatına xitam verilməsi, İbrahimov Çingiz Kamran oğlunun barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi və Zərərçəkmiş şəxs Sərdar qızının zərərçəkmiş şəxs statusuna xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi barədə ## ###### 2023-cü il tarixli qərarın ləğv edilib, icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə ## ######## 2023-cü il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilmişdir. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında ## #### 2023-cü il tarixli qərardan görünür ki, İbrahimov Çingiz Kamran oğlu barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, İbrahimov Çingiz Kamran oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri nəzərə alınmış, məhkəmə tibb ekspertizasının ## ### 2023-cü il tarixli 490 və *** nömrəli, ## ######## 2023-cü il tarixli 1202 və **** nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməklə iş materiallarına əlavə edilmiş, İbrahimov Çingiz Kamran oğlunun barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İbrahimov Çingiz Kamran oğlu tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, ## ######## 2023-cü il tarixdə saat 18:57 dəqiqədə qeydə alınmağa başlanılmış videogörüntü 3 dəqiqə ölçüsündədir. Həmin videogörüntüyə baxış zamanı iki nəfər qadının, birinin əlində maşa olmaqla mübahisə etməsi görünür. Məhkəmə iştirakçıları həmin əlində maşa olan qadının Zərərçəkmiş şəxs, digərinin Səkinə İbrahimova olduğunu təsdiq edirlər. Çəkilişin müəyyən hissəsindən sonra görüntü gedir və səslər eşidilir. İbrahimov Çingiz Kamran oğlu tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, ## ######## 2023-cü il tarixdə saat 18:59-da iki nəfər kişinin, biri orta boyda, orta çəkidə bir kişinin sağ tərəfə doğru istiqamətlənməsi görünür. Çingiz İbrahimov həmin görüntülərdəki şəxsin özü olduğunu və servisdən alış-veriş edərək evə getdiyini bildirmişdir. İbrahimov Çingiz Kamran oğlu tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, ## ######## 2023-cü il tarixdə saat 17:57 bir nəfər şəxsin avtomobilə minərək uzaqlaşması görünür. Çingiz İbrahimov həmin şəxsin özü olduğunu və Buzovna ərazisindən işdən çıxaraq evə doğru hərəkət etdiyini bildirmişdir. Təqdim edilmiş fotoşəkillərdən görünür ki, divar üzərində müxtəlif zərbə vurulmasına xas izlər vardır. İlk növbədə qeyd edilməlidir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri Cinayət Məcəlləsinin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Birinci instansiya məhkəməsi cinayət tərkibini təşkil edən əlamətlərə hüquqi qiymət verməklə belə qənaətə gəlmişdir ki, İbrahimov Çingiz Kamran oğlu ittiham olunduğu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməmiş və aidiyyəti müəyyən edilməmişdir. Buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi İbrahimov Çingiz Kamran oğluna Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verərkən gəldiyi nəticəni əsaslandırmaq məqsədilə qeyd etmişdir ki, “zərərçəkmişin ifadəsi, ittihamın əsasını təşkil etsə də, onun məzmununun işin digər materialları, hadisə yerinə baxış protokolu, tərəflərin ifadələri və fundamental fizika qanunları, o cümlədən həyati təcrübə ilə müqayisəli təhlili bir sıra ciddi ziddiyyətlər və uyğunsuzluqlar aşkar edir ki, bu da həmin ifadənin mötəbərliyini və sübutu əhəmiyyətini əsaslı şübhə altına alır. İttiham tərəfi məhkəmə baxışı zamanı zərərçəkmişin ifadəsindən başqa heç bir birbaşa sübut, yəni hadisənin şahidi, cinayət alətini, texniki vasitə ilə qeydə alınmış sübutları təqdim etməmişdir. İttihamın bütün ağırlığı yeganə mənbədən, zərərçəkmişin ifadəsindən irəli gəlir. İttihamın əsaslandığı hadisə təsviri, ümumi həyati təcrübə və fizika-məntiq qaydaları ilə kəskin təzad təşkil edir ki, bu da onun mötəbərliyini ciddi şübhə altına alır”. Birinci instansiya məhkəməsinin bu qənaəti işin həqiqi hallarına aşkar uyğun olmamış və İbrahimov Çingiz Kamran oğluna istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından düzgün olmayan nəticəyə gəlinmiş, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verilmədən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi əsas göstərilməklə yekun nəticə əldə edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki epizod üzrə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərinin baş verdiyini heç bir halda inkar etmir və irəli sürülmüş ittihamda israr edilmiş əməllərin bir epizod üzrə məhz təqsirləndirilən şəxs Çingiz İbrahimov tərəfindən törədilməsinin sübuta yetirilmədiyini, digər epizod üzrə isə təqsirləndirilən şəxs Çingiz İbrahimovun cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilmədiyini qeyd edir. Halbuki mövcud sübutların məcmusu bu əməlin məhz İbrahimov Çingiz Kamran oğlu tərəfindən törədilməsi nəticəsinə gəlinməsindən başqa hər hansı başqa model fərziyyənin hətta irəli sürülməsini mümkünsüz edir. Tədqiq olunmuş sübutlar məcmusu “aradan qaldırılması mümkün olmayan şübhələrin mövcud olması”nı istisna edir. Birinci instansiya məhkəməsi əslində İbrahimov Çingiz Kamran oğlunun təqsirinin sübuta yetirilməməsi istiqamətində istifadə olunmağa cəhd edilən halları əməlin sübuta yetirilməsini təsdiq edən bütün digər sübutların məcmusu ilə müqayisədə obyektiv qiymətləndirməmişdir. Həm də “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında mülki xarakterli məsələlərdən irəli gələn məhkəmə işləri olmuşdur. Bu məsələlərdən irəli gələn mübahisələr zamanı onların arasında birbirlərinə qarşı nalayiq ifadələrin səsləndirilməsi, müvafiq fiziki müqavimətlə müşayiət olunan mütəmadi mübahisələrin baş verməsi, münaqişəli qonşular kimi tanınmaları mövcud sübutları şübhə altına almağa nəinki əsas vermir, əksinə, əsaslı sübutların mövcudluğu şəraitində təqsirliliklə bağlı qənaətə gəlinməsinə xidmət edir. Əvvəla, Çingiz İbrahimovun ifadəsindən də görünür ki, “Zərərçəkmiş şəxs quraşdırdığı paltar asılmaq üçün nəzərdə tutulmuş ip onların yaşadığı evin həyətindən keçdiyindən əsəbiləşərək Nərgizin ona qarşı hörmətsizliyini qəbul etmədiyindən həmin ipin dəmir başlığını yaşadığı evin hasarından açmış, dəmir başlığı ilə birlikdə Nərgizin yaşadığı evin pəncərəsinin qarşısına qoymuşdur”. Göründüyü kimi, müvafiq “rolik”in Çingiz İbrahimov tərəfindən açılması mübahisəsiz olmuş, şəxs bunu etiraf etmiş, yalnız özünümüdafiə niyyətindən çıxış edərək hərəkətinin yekun hissəsini etiraf etməmişdir. Həm də apellyasiya kollegiyası qeyd edir ki, bəraət hökmünün əsaslandırmasının əksər hissəsi cismin trayektoriyası, atış bucağı və hündürlük fərqi barədə fizika-məntiq mühakiməsindən ibarətdir. Amma birinci instansiya məhkəməsi özü də etiraf edir ki, cismin hərəkət dinamikası "mübahisə olacağı halda fizika elminin predmetidir". Eyni məsələni bir abzasda xüsusi bilik sahəsi, digərində isə Cinayət-Prosessual Məcəllənin 141.1.1-ci maddəsinə istinad etməklə "ümumi məlum fakt" adlandırmaq aşkar daxili ziddiyyətdir və belə mövqenin yanlış olmasının əlavə sübuta ehtiyacı yoxdur. Bu hissədə apellyasiya kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi yanlış olaraq aşkar şəkildə ekspert və ya mütəxəssis mövqeyindən çıxış etmiş, “xəyali eksperiment” aparmışdır. Digər tərəfdən, birinci instansiya məhkəməsi hökmü məhz ekspertin daha ehtiyatlı ilkin ifadəsinə söykənərək "komodun küncünə dəyib yıxılmasının mümkün olması” ilə bağlı əsaslandırmaya üstünlük vermişdir. Amma işin faktiki halları həmin əsaslandırmaya nəinki üstünlük verilməsinə imkan vermir, hətta mövcud dəlillər bu ehtimalın nəzərdən keçirilə bilmə imkanını istisna edir. Apellyasiya baxışı zamanı isə həmin ekspertin bu versiyanı zəiflədən ifadəsi bəraət hökmünün faktiki əsasını sarsıtmış və Cinayət-Prosessual Məcəllənin 145-ci maddəsi üzrə yenidən qiymətləndirmə tələb etmişdir. Həmçinin zərərçəkmiş şəxsin hadisə baş verdiyi gündən etibarən hadisə yeri, baş vermə mexanizmi, cinayət aləti, şahid olan şəxslər, ona xəsarətlərin məhz Çingiz İbrahimov tərəfindən yetirilməsi barədə verdiyi ifadələr ardıcıl və eyni məzmunlu olmuşdur. Zərərçəkmiş şəxs həmin halları apellyasiya baxışı zamanı da təsdiq etmişdir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclaslarında da zərərçəkmiş şəxs əslində sədrlik edən hakimin sualına cavab olaraq hər iki epizod üzrə xəsarətin məhz Çingiz İbrahimov tərəfindən yetirildiyini israrla bildirmişdir. Müdafiə tərəfi zərərçəkmiş şəxsin öz ifadələrini dəyişdiyini iddia etsə də, məhkəmə kollegiyası zərərçəkmiş şəxsin işin faktiki hallarına uyğun daha ətraflı ifadə verdiyini nəzərə alır. Məhkəmə onu da nəzərdə saxlayır ki, həmin ekspert birinci instansiya məhkəməsində ifadəsi zamanı da suallara cavab olaraq həqiqətən də zərərçəkmiş şəxsin həmin şəraitdə başının həmin hissəsindən xəsarət almasının mümkün olduğunu tam əminliklə bildirmiş, apellyasiya instansiya məhkəməsində də həmin mövqeyini dəyişməmiş, daha da möhkəmləndirmişdir. Belə ki, apellyasiya baxışı zamanı məhkəmə iclasına dəvət edilmiş ekspert şahid1 daha konkret mövqe göstərməklə, həmin xəsarətin yıxılmaqdan əmələ gələ bilməyəcəyini, yıxılma ilə təpə nahiyəsində həmin formada xəsarət almağın mümkünlük faizinin çox aşağı olduğunu, üzərinə əşya gələn insanın refleks olaraq başını əydiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsi xəsarətin açıq yara formasında fotoşəkilləri tanış olur və ekspertin həmin mövqeyinin əsaslı olduğunu hesab edir. Göründüyü kimi, həmin en və uzunluqda, dərinlikdə xəsarətin sadəcə yerə yıxılmaqla yaranması demək olar ki mümkün deyil. İki müstəqil ekspert rəylərindən görünür ki, Zərərçəkmiş şəxs Sərdar qızında aşkar edilmiş xəsarətlər küt əşya təsirindən törənmiş xəsarətlərdir. Həmin xəsarətin küt əşyanın təsirindən yaranması ekspert rəyində göstərildiyi kimi mübahisəsizdir. Zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, kəsik yara 6-7 tikiş tələb etmişdir. Kəsik-yarıq xarakteri (şiş olmayan) küt alətlə zərbə ehtimalını bir daha təsdiqləyir. Lakin birinci instansiya məhkəməsi sanki ekspertlə, yaranın çəkilmiş fotoşəkilləri ilə razılaşmır və hələ hadisə yerinə baxış zamanı uzaqdan aydın olmayan formada çəkilmiş fotoşəkilə istinad edərək qadının yığılmış formada olan saçlarında qan rənginin daha aşağı hissədə görünməsinə istinad edərək yaranın daha aşağı hissədə olduğuna inanmaqla yanaşı, qadının fotoşəkildə tam görünməyən tünd rəngli geyiminin üzərində qan izləri olmadığını iddia edir. Göründüyü kimi, ibtidai istintaqın natamam aparıldığını iddia edən birinci instansiya məhkəməsi özü də natamam məlumatlara istinad etməyə üstünlük verərək, mövcud sübutları məcmu halında qiymətləndirmədən və işin təkzibedilməz faktiki hallarını nəzərə almadan ilk baxışdan yaranan yanlış təsəvvürlərə əsasən yekun qənəatə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi xəsarətin Çingiz İbrahimov tərəfindən yetirilməsi ilə bağlı mövqedən tamamilə uzaq olmuş, bu halları tam ətraflı araşdırmamışdır. Hadisənin baş verdiyi yerdə olan pəncərə nisbətən aşağı səviyyədə yerləşir. Aşağıda həyətdə duran şəxsin ağır dəmiri roliki yuxarıya doğru atdığı halda həmin əşyanın şəxsin baş nahiyəsinə (sol təpəyə) dəyə bilməsi də ekspert tərəfindən birbaşa təsdiq edilmiş, tərəddüd edilmədən təsdiqini tapmış, o, əşyanın hündür atıldığı üçün dəyə biləcəyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs bu hissədə onu da qeyd etmişdir ki, o, Səkinə İbrahimovanın harda olduğunu görmək üçün pəncərədən əyildiyi zaman həmin əşya ilə vurulmuşdur. Bu da onun başını əydiyi situasiyada xəsarətin yetirilməsinin mümkün olduğunu aşkar göstərir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs həm də sədrlik edən hakimin sualına cavab olaraq təqsirləndirilən şəxslə arasında olan məsafənin az olduğunu, onu gördüyünü bildirmişdir. O həmin hissədə, həmçinin qadının gizləndiyini, qızın ümumiyyətlə ona heç nə atmadığını bildirmiş, xəsarətin məhz Çingiz İbrahimov tərəfindən yetirildiyinə əmin olduğunu israr etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs özündən getmə səbəbi kimi “udar (zərbə) dəyəndə bir də arxaya getdiyini gördüyünü” bildirmişdir. Göründüyü kimi, bu hissədə zərərçəkmiş şəxs xəsarət aldığı məqamı nəzərdə tutsa da, birinci instansiya məhkəməsi müdafiə tərəfinin mövqeyində çıxış etməklə onun lehinə sübutları qabardaraq zərərçəkmiş şəxsin əslində ifadəsini dəyişmədən başqa hallarla bağlı ifadə etdiyi fikirləri sanki zidd ifadə verirmiş kimi göstərmişdir. Cinayət-Prosessual Məcəllənin 51.6-1-ci maddəsinə əsasən, məhkəmə iclasının protokolu və audioyazısı arasında ziddiyyət olduğu halda, məhkəmə iclasının audioyazısına üstünlük verilir. Bundan başqa, birinci instansiya məhkəməsi həm də hadisə yerinə baxış zamanı çəkilmiş fotoşəkilə iş üzrə toplanan digər sübutlardan əhəmiyyətli dərəcədə daha çox üstünlük vermiş və həmin fotoşəkildə görünən qan izlərinin zərərçəkmiş şəxsə məxsus olmasını şübhə altına almış, bunu qan izlərinin forması, miqdarı ilə əlaqələndirmişdir. Apellyasiya instansiya məhkəməsi bu hissədə qeyd edir ki, insanın xəsarət aldığı zaman axan qanın miqdarının və sürətinin şəxsdən şəxsə fərqlənməsi mübahisəsiz haldır. Zərərçəkənin pəncərə önündə durduğu və zərbədən sonra geriyə (otağın ortasına doğru) yıxıldığı bildirilir. Döşəmədəki qan ləkəsinin yerləşməsi tam olaraq pəncərədən otağın daxilinə doğru uzanan istiqamətdədir. Bu da qadının zərbədən sonra arxaya doğru yıxılması və başından axan qanın həmin nahiyəyə düşməsi versiyası ilə tam uyğunluq təşkil edir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, məhz pəncərə qarşısında dayanmış Zərərçəkmiş şəxs zərbədən sonra arxası üstə yıxılması nəticəsində məhz həmin hissədə onun başından axan qan nəticəsində həmin yerdə göstərilən formada qan izləri yarana bilərdi. Belə ki, başın təpə hissəsinə dəmir rolik kimi küt və ağır cisimlə xəsarət yetirildikdə qısa müddətdə bol miqdarda qan axmasına səbəb ola bilməsi inkar edilmir. Bu hal ekspert tərəfindən də inkar edilməmişdir. Əksinə, ekpertin sərgilədiyi mövqe məhz həmin nəticəni təsdiq etmişdir. Belə ki, həmin fotoşəkildə tək mebel – adı çəkilən komod olmuşdur. Həmin fotoşəkil nəzərdən keçirildikdə o da müəyyən edilir ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, zərərçəkmiş şəxsdən bir neçə addım məsafədə olan “komodun küncünə dəyməsi ehtimalı olduqca yüksəkdir və hadisənin real mexanizmini təşkil edə bilər”. Bu hissədə apellyasiya instansiya məhkəməsi qeyd edir ki, həmin komodun yerləşdiyi yerlə pəncərənin yeri və onlarla qan ləkələrinin olduğu yer arasındakı məsafəni təhlil etməmişdir, belə ki, zərərçəkmiş şəxsin həmin komodun küncünə dəyib xəsarət alması ilə bağlı fərziyyə qəbul edilsə idi, onda qan izləri də həmin komodun ətrafında aşkar edilərdi. Bundan başqa, ikinci epizod üzrə bilinməyən səbəbdən başından qan gəlməsi kimi göstərilsə də, zərərçəkmiş şəxs Çingiz İbrahimovu səsindən tanıyan biri olmuşdur, həmçinin onu “maşanı mənə ver” ifadəsini səsləndirdiyini aydın eşitmiş, onun gəlişi ilə xəsarət aldığını israr etmişdir. Başı aşağı formada tutulan və saçları yolunan zərərçəkənin başını qaldıra bilməməsi və həmin məqamda təqsirləndirilən şəxsin üzünü birbaşa və bilavasitə görməməsi ittihamı tamamilə aradan qaldırmır. Belə ki, zərərçəkmiş şəxs Çingiz İbrahimovu illərdir tanımış, qonşu olmuşlar. Bu səbəbdən onu tanıması imkanı heç bir halda inkar edilmir. Alibi kimi təqdim edilən videogörüntülərin isə birmənalı şəkildə qəbul edilməsi mümkün hesab edilmir. Belə ki, həmin görüntülər yaxın ərazidə və yaxın vaxt kəsiyində olmaqla, həmin vaxt zərərçəkmiş şəxsə Çingiz İbrahimov tərəfindən xəsarət yetirilərkən orda olmaması və ya ümumiyyətlə həmin şəxsin Çingiz İbrahimov olması qənaətinə gəlmək üçün yetərli deyildir. Belə ki, birinci instansiya məhkəməsinin həmin hissədə göstərdiyi əsaslandırmadan da görünür ki, alibini Çingiz İbrahimovun və onun yaxınları olan şahidlərin ifadələrinə əsasən qəbul etmiş və onu da qeyd etmişdir ki, “həmin videogörüntüdəki şəxsin təqsirləndirilən şəxs olubolmaması məsələsi birbaşa məhkəmə portret ekspertizası ilə həll edilməmişdir. Belə ki, sözügedən ekspertizanın keçirilməsi üçün kifayət qədər əlamətlər videogörüntüdən müşahidə edilmir. Lakin təqsirləndirilən şəxsin həmin videogörüntüdəki şəxsin özü olduğu barədə ifadəsi ittiham tərəfi tərəfindən təkzib edilməmişdir”. İkinci epizod üzrə isə apellyasiya instansiya məhkəməsi qeyd edir ki, Çingiz İbrahimovun alibi ilə bağlı göstərdiyi dəlilləri birmənalı sübut kimi hesab etmir, belə ki bu halda videogörüntüyə düşdüyü iddia edilən şəxsin məhz Çingiz İbrahimov olması, həmin yerin hadisə olan məkandan hansı məsafədə olması, hadisənin dəqiq baş verdiyi dəqiqələr arasında zaman fərqi konkret olaraq göstərilməmişdir. Birinci instansiya məhkəməsi yenə də eyni fotoşəkilə istinad edərək onu da qeyd etmişdir ki, atılan rolikin pəncərənin altındakı divarda zədə yetirilməsi inandırıcı deyildir. Apellyasiya instansiya məhkəməsi diqqəti cəlb edir ki, zərərçəkmiş şəxsin divarda rolik izləri olduğunu iddia etdiyi hissə pəncərənin altında yerləşmir, bu barədə ümumiyyətlə hər hansı mülahizə səsləndirməmişdir və birinci instansiya məhkəməsinin nəyə görə bu qənaətə gəlməsi müəyyən deyildir. Belə ki, zərərçəkmiş şəxsin divarda rolik izləri ilə bağlı təqdim etdiyi fotoşəkillərin surətləri də iş materiallarında ayrıca mövcuddur. Birinci instansiya məhkəməsinin istinad etdiyi digər məsələ isə ondan ibarətdir ki, məhkəmə hökmdə israrla zərərçəkmiş şəxsin rolikin harda olmasını bilməməsini, həmin alətin evdən aşkar edilməməsini vurğulamışdır. Əvvəla, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, cinayət mühakimə icraatında cinayət alətinin tapılmaması şəxsin təqsirliliyinin müəyyən edilməsinə və onun məsuliyyətə cəlb olunmasına qəti şəkildə mane olmur. Zərərçəkmiş şəxs həmin rolikin sadəcə dəmirdən deyil, həm də 15-20 metr ipdən ibarət olduğunu bildirmişdir. Əslində təqsirləndirilən şəxs və şahid Səkinə İbrahimova da zərərçəkmiş şəxsin yıxılması faktını rolikin ipi ilə bağlı dartışma ilə izah etməyə çalışmışlar. Göründüyü kimi, rolikin iplə birlikdə atılması faktı onların ifadələri ilə öz təsdiqini tapır. Beləliklə, rolikin sonradan hadisə yerindən həmin iplə geri çəkilməsinin mümkünlüyü istisna edilməsə də, birinci instansiya məhkəməsi bu faktı da zərərçəkmiş şəxsin əleyhinə qiymətləndirmiş, xəsarət aldıqdan sonra yıxılan və bir neçə dəqiqə huşunu itirən zərərçəkmiş şəxsin həmin əşyanın hansı formada yoxa çıxmasını onun qəbul edilə bilən səbəblərdən izah edə bilməməsinin mümkünlüyünü nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi qeyd edir ki, müvafiq epizodlar üzrə şahidlər əsasən Çingiz İbrahimovla daha yaxın olan şəxslər olmuşdur (Səkinə İbrahimova və onun çağırtdırdığı qadınlar, qızı). Beləliklə, onların uzun müddətdir mübahisəli münasibətləri olan qonşuları Zərərçəkmiş şəxs deyil, ailə üzvlərinin lehinə ifadə vermələri gözlənilən olmuşdur. Ümumiyyətlə, birinci instansiya məhkəməsi iş üzrə obyektiv araşdırmanı təmin etməmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, zərərçəkmiş şəxsin İbrahimov Çingiz Kamran oğlu tərəfindən yüngül xəsarət alması aşkar və mübahisəsiz olduğu halda, məhkəmə cüzi məsələni əhəmiyyətli ziddiyyətlər kimi təqdim etməklə İbrahimov Çingiz Kamran oğlu barəsində əsassız olaraq bəraət hökmü çıxarmışdır. Bu zaman məhkəmə işin yuxarıda qeyd edilən halları ilə bərabər, tərəflər arasında son zamanlar münaqişənin olmasını, zərərçəkmiş şəxsdə xəsarətlərin müəyyən olunmasını nəzərə almamışdır. Birinci instansiya məhkəməsinin əsaslandırma üçün istisna etdiyi hallardan biri də zərərçəkmiş şəxsin hadisədən sonra mübahisəni davam etdirməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmin halın mövcudluğu şəraitində belə bunun ittihamın əleyhinə bir xüsusat kimi qiymətləndirilməsini düzgün hesab etmir. Belə ki, şəxsin zərbədən sonra bir neçə dəqiqə huşsuz qalması və təxminən 1 saat keçdikdən sonra ayağa qalxaraq mübahisə etməsi tamamilə mümkün bir haldır. Bu halda şəxsin ilk dəqiqələrdə hərəkət etməməsi mümkün olsa da, hazırkı iş üzrə əhəmiyyətli vaxt keçdikdən sonra ona xəsarət yetirən şəxslərlə mübahisə etməsi izaholunandır. Birinci instansiya məhkəməsində ekspertin sual verildiyi anda məhkəmə iclasında xəsarəti dərhal göstərə bilməməsi də mümkündür və bir neçə səbəbi vardır. Belə ki, həmin zaman artıq hadisədən 2 ildən çox vaxt keçmişdir, ekspertin icraatında olmuş işlərin say çoxluğu da nəzərə alındıqda, qadının saçları arasında artıq sağalmış yara yerinin məhkəmə iclasında dərhal və birbaşa tapılmasının mümkün olması demək olar ki ağlabatan deyildir. Eyni zamanda, birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, “ekspert məhkəmədə "1 metr məsafədən 60 sm hündürlükdə olan şəxsin başına atılan predmetin onun başının həmin hissəsinə dəyə biləcəyi" barədə mülahizə xarakterli fikir bildirsə də, məhkəmə hesab edir ki, əgər bu xüsusi bilik kimi qiymətləndirilsə, bu onun xüsusi biliklərindən kənara çıxır və məhkəmə-tibbi ekspertizasının predmeti deyil”. Məhkəmə iclaslarının audio-yazısından isə görünür ki, sədrlik edən hakim ekspertə bu mövzuda ardıcıl suallar ünvanlamış və onun aydın cavablarını dinləmişdir. Alınan cavabların müdafiə tərəfinin əleyhinə olması şəraitində isə ekspertin fikirlərini xüsusi biliklərindən kənara çıxan mülahizə xarakterli fikir kimi qiymətləndirmişdir. Göründüyü kimi, həmin sualların məhkəmətibbi ekspertizasının predmeti olmamasının birinci instansiya məhkəməsinə məlum olduğu təqdirdə nəyə görə ekspertin həmin istiqamətdə dindirilməsi apellyasiya instansiya məhkəməsinə müəyyən deyildir. İş materiallarında olan videogörüntüdən göründüyü kimi, hazırkı cinayət işi üzrə mövcud olan epizodlardan başqa, bir müddət sonra da Çingiz İbrahimov Zərərçəkmiş şəxs küçədə, digər qonşuların yanında hücum etmiş, onun həyat yoldaşı Səkinə İbrahimova və digər qonşular gələrək Çingiz İbrahimovu uzaqlaşdırmışdır. Göstərilən hal da onun tərəfindən Zərərçəkmiş şəxs qarşı sözlü mübahisələr gedişində fiziki təzyiqlərin olduğunu dolayısı ilə təsdiq edir. Qanunun tələbinə əsasən, toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət- Prosessual Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası belə yekun nəticəyə gəlir ki, İbrahimov Çingiz Kamran oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq orqanı tərəfindən düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Cinayət-Prosessual Məcəllənin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyasının qənaətinə əsasən, birinci instansiya məhkəməsinin İbrahimov Çingiz Kamran oğlunun ittiham olunduğu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi, buna görə də, sonuncuya həmin maddə ilə elan edilmiş ittiham üzrə bəraət verilməsi və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılması nəticəsi işin həqiqi hallarına uyğun olmamış və məhkəmənin istinad etdiyi nəticənin işin faktiki hallarına uyğunsuzluğu səbəbindən birinci instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Belə ki, İbrahimov Çingiz Kamran oğlu öz müdafiəsi üçün irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət əməlini törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə kollegiyası hesab edir ki, işin faktiki halları, o cümlədən işin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlar Çingiz İbrahimovun əməlində Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin İbrahimov Çingiz Kamran oğluna Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bəraət verərkən əsaslandığı dəlillər tam əsassız olmaqla yuxarıda ətraflı şərh olunan sübutlarla tam təkzib olunur. Beləliklə, İbrahimov Çingiz Kamran oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli olması yuxarıda göstərilən sübutlarla tam sübuta yetirilmiş və ona bəraət verilməsi üçün Cinayət- Prosessual Məcəllənin 42-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Məhkəmə kollegiyası məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən ifadələrə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, zərərçəkmiş şəxsə qarşı cinayət əməlinin İbrahimov Çingiz Kamran oğlu tərəfindən törədilməsi tam sübuta yetirilir və İbrahimov Çingiz Kamran oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən İbrahimov Çingiz Kamran oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini inkar etməsi özünü müdafiə xarakteri daşıyır. Odur ki, İbrahimov Çingiz Kamran oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməlidir. Məhkəmə kollegiyası cəzaya münasibətdə aşağıdakıları qeyd edir ki, hökmdən, həmçinin zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək İbrahimov Çingiz Kamran oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə də təqsirli bilinərək, ona cəza təyin edilməsini xahiş etsə də, məhkəmə kollegiyası cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələblərini nəzərə alaraq, İbrahimov Çingiz Kamran oğlunun Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cəza təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq olunur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 1996-cı il tarixli * saylı Qərarının 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə görə, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 1996-cı il tarixli * saylı Qərarının 42-ci bəndinə görə, Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi və Cinayət-Prosessual Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ölməsi kimi cinayət təqibini istisna edən hallar olduqda və müdafiə tərəfi bəraətverici sayılmayan həmin əsaslarla cinayət təqibinə xitam verilməsinə razı olmadıqda, məhkəmə cinayət-prosessual qanunun 44.2.1 və 44.2.1-1-ci maddələrinə müvafiq olaraq məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə (ölmüş təqsirləndirilən şəxsə və ya təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsə) cəza təyin etməməklə ittiham hökmü çıxarır. Bu halda hökmün nəticəvi hissəsində şəxsin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirli bilinməsi haqqında qərardan sonra ona Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsinə və yaxud 39.1.5-ci maddəsinə müvafiq olaraq cəzanın təyin edilməməsi haqqında qərar əksini tapmalıdır. Cinayət-Prosessual Məcəllənin 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş materialları ilə müəyyən edilir ki, hər iki epizod üzrə əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilir və hər iki epizod üzrə əməl böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasında aiddir və böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Birinci epizod üzrə hadisə ## ##### 2023-cü il tarixdə, ikinci epizod üzrə isə ## ######## 2023-cü il tarixdə baş vermişdir. Beləliklə, hazırda hər iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Göründüyü kimi, hazırkı iş üzrə müdafiə tərəfi təqsirləndirilən şəxsə bəraət verilməsi mövqeyində çıxış etməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bəraətverici olmayan əsaslarla xitam verilməsinə hər hansı razılıq ifadə etməmişlər. Beləliklə, apellyasiya instansiya məhkəməsi bu hissədə qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ləğv edilməli, İbrahimov Çingiz Kamran oğlu Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 399.1.2-ci maddəsinə tələbinə əsasən, məhkəmənin cinayət işi üzrə gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, qeyd olunan məhkəmənin həmin hökmünün ləğv edilməsi əsaslarından biridir. Həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən, məhkəmə hökmündə və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə və məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilmiş, özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli dərəcədə təsir göstərən sübutları nəzərə almadıqda, birinci instansiya məhkəməsi öz hökmündə və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə və məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, birinci instansiya məhkəməsinin hökmündə və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Zərərçəkmiş şəxs apellyasiya şikayətində ona və qızına dəymiş ziyanla bağlı 4000 manat məbləğində kompensasiya verilməsini tələb etsə də, apellyasiya instansiya məhkəməsi cinayətprosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmədə hər hansı mülki iddia təqdim edilmədiyini nəzərdə saxlayır. İş üzrə mülki iddia, maddi sübut müəyyən olunmamışdır. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarı, həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklərə əsasən dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.2, 399.1.2-ci və 407-ci maddəsini rəhbər tutaraq hökm etdi: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İbrahimov Çingiz Kamran oğluna Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilməsinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ləğv edilsin. İbrahimov Çingiz Kamran oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin edilməsin. Vəkil müdafiəçi1 tərəfindən İbrahimov Çingiz Kamran oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf edilmiş real vaxt nəzərə alınmaqla dövlət büdcəsi vəsaitindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına 154 (bir yüz əlli dörd) manat pul köçürülsün. İş üzrə mülki iddia, maddi sübut müəyyən olunmamışdır. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar