Məhkəmə qərarları › İş №1(3-6)-490/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-490/2026

23.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-490/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Məhkum Təqsirləndirilən şəxs iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarından məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, ilkin baxış keçirərək MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən məhkum Təqsirləndirilən şəxs vəsatət verərək buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. O, vəsatətini onunla əsaslandırmışdır ki, o, hüquqi savadsızdır və apellyasiya şikayətinin verilməsinin müddətsiz olduğunu zənn etmişdir. Bu səbəbdən apellyasiya şikayətinin buraxılmış müddətinin üzrlü hesab edilib bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmündən apellyasiya şikayəti vermə müddəti üzürsüz buraxıldığından məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətinin buraxılmış müddətinin bərpası haqqında vəsatəti təmin edilməmişdir. Həmin qərardan məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğv edilməsini və buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs apellyasiya şikayətini müdafiə edərək, vəsatətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 384-cü maddəsi birinci instansiya məhkəməsinin hökm və qərarından apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə qaydası və hallarını müəyyənləşdirmişdir. Həmin normanın tələbinə görə apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayətini və ya apellyasiya protestini vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müəyyənləşdirilmişdir. Apellyasiya şikayəti və ya apellyasiya protesti verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının elan olunduğu andan başlayır. Lakin həmin Məcəlləsinin 384.2ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən apellyasiya şikayətinin verilmə müddətinin axımı hökmün və ya məhkəmənin qərarının sürətini məhkuma verildiyi andan başlayır. Göründüyü kimi qeyd olunan maddələrin mənasına görə qanunvericilik 20 günlük müddətin axımını qərarın elan olunduğu anla, həbsdə saxlanılan şəxs üçün isə hökmün ona verildiyi anla əlaqələndirmişdir. Cinayət işinə əlavə edilmiş məktubdan görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2023-cü il tarixli hökmü ## ###### 2023-cü il tarixli, 1(101)- ****/**** saylı məktubla məhkum Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı İstintaq Təcridxanasına göndərilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökmün surətini ## ######## 2023-cü il tarixdə almışdır. Hökmdə Təqsirləndirilən şəxs qanunda müəyyən verilmiş müddət ərzində apellyasiya şikayəti vermə hüququ izah edilmişdir. Birnci instansiya məhkəməsi buraxılmış müddətin üzürlü buraxılmasını təsdiq edəcək hər hansı hal müəyyən edilmədiyindən, həmçinin Təqsirləndirilən şəxs vəsatətində göstərdiyi məsələlər öz təsdiqini tapmadığından, həmçinin, səhhətində olan problemlərlə bağlı hər hansı tibbi sənəd əlavə edilmədiyindən məhkəmə apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini əsassız saymışdır. Azərbaycan Respublikası CPM-in 386.3-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Beləliklə, məhkəmə kollegiyası məhkum olunmuş şəxsin apellyasiya şikayətini və cinayət işinin materiallarını yoxlayıb, hesab edir ki, apellyasiya şikayətinin dəlili Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarının ləğvi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas deyildir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 386, 391, 407 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar