Məhkəmə qərarları › İş №1(3-6)-491/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-491/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-491/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Zəfər Vahid oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Əlizadə Xədicə Nahid qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Hüseynli, hakimlər Babək Pənahov, Hafiz Kamranov) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1- ci maddəsi ilə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzaçəkmənin əvvəlinin ## ######## 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib barəsində maddənin sanksiyasında nəzərədə tutulmuş aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə ilkin məhkəmə iclasında baxılan zaman müəyyən olunmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən olunmuş müddət buraxılmaqla verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti CPM-in 386-cı maddəsinin tələbləri yerinə yetirilmədiyi üçün hərəkətsiz saxlanılaraq, Azərbaycan Respublikası CPM-in 386-cı maddəsinin tələblərinin yerinə yetirilməsi üçün 20 (iyirmi) gün müddət təyin edilməklə, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti cinayət işi materialları ilə birlikdə Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmısi üçün müddətin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilmədiyindən iş materialları birinci instansiya məhkəməsi tərəfindən apellyasiya məhkəməsinə qaytarılmışdır. Apellyasiya məhkəməsinin ilkin məhkəmə baxışı iclası zamanı dövlət ittihamçısı qanunun tələblərinə əsasən qeyd edilən müddətdə müddətin bərpasına dair vəsatət verilmədiyindən verilmiş apellyasiya şikayətinin baxılmamış saxlanılmasını, təqsirləndirilən şəxs apellyasiya şikayətinə baxılmasını xahiş etmişlər. Göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən müdətin bərpasına dair vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verilməmiş hesab olunmaqla baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 391.4-cü maddəsini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti verilməmiş hesab edilməklə baxılmamış saxlanılsın. Qərardan 01 (bir ay) müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev, Əfqan Ələkbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar