Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-495/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, məhkum edilmiş Əbilov Sərxan Eldar oğlunın, müdafiəçisi Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Əbilov Sərxan Eldar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Əbilov Sərxan Eldar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər X2 (sədrlik edən), Əsgərova-X6 və X4 ibarət tərkibdə) ## ###### 1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilməmiş, işsiz, Ağdam rayonu, Maqsudlu ərazi dairəsi, Maqsudlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Əbilov Sərxan Eldar oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunması, Əbilov Sərxan Eldar oğlunun hazırkı iş üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılması, üzərində qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Əbilov Sərxan Eldar oğlunun cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın, maddi sübutun və mülki iddianın olmaması nəzərə alınması hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri məsələləri öz həllini tapmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Əbilov Sərxan Eldar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya kimi bıçaq tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqınla zərərçəkmiş şəxslərə ziyan vurmaqla quldurluq etmişdir. Belə ki, Əbilov Sərxan Eldar oğlu tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə ## ###### 2024-cü il tarixdə saat 19:00 radələrində əvvəllər yaşamış olduğu İsmayılov Fəxrəddin Allahverdi oğluna məxsus olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq adlanan X7 yerləşən nömrəsiz vaqon evə İsmayılov Fəxrəddin Allahverdi oğlunun icazəsi və razılığı olmadan giriş qapısının açıq olmasından istifadə edib ev sahibini və orada yaşayanları cəzalandırıb pul və digər əmlak ələ keçirmək üçün əvvəlcədən sağ əlində istintaqla müəyyənləşdirilməsi mümkün olmayan dəstəyi qara rəngli açılıb bağlanan bıçağı tutmaqla evin yaşayış sahəsinə qanunsuz olaraq girməklə orada qarşılaşdığı ## ### 2012-ci il təvəllüdlü olmaqla azyaşlı zərərçəkmiş şəxs3 əlindəki bıçağı nümayiş etdirib əvvəlcə zor tətbiq edəcəyi hədəsi ilə, sonradan isə onun üzərinə yeriməklə psixoloji zor tətbiq edib həyatı və sağlamlığı üçün real təhlükə törədən zorakılıq hərəkətləri ilə onu hücuma məruz qoyub azyaşlı zərərçəkmiş şəxs3 anası zərərçəkmiş şəxs2 ilə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan zərərçəkmiş şəxs1 zəng edəcəyi bəhanəsi ilə zərərçəkmiş şəxs3 əlindəki istifadə üçün yararlı olmaqla zərərçəkmiş şəxs2 məxsus olan dəyəri 200 manat təşkil edən 01 ədəd “Xiomi Redmi 7” markalı “M1810F6LG” modelli 32 GB daxili yaddaşlı mobil telefonu üzərindəki 06 manat dəyərində olan 051-862-59-08 mobil nömrə ilə birlikdə zorla dartıb alaraq zərərçəkmiş şəxs1 zəng edib hədəqorxu gələrək azyaşlı zərərçəkmiş şəxs3 qorxudaraq onu müqavimət göstərmək imkanından məhrum edib vahimə yaradaraq həmin otağı axtarıb heç nə tapmadıqdan sonra evin digər yaşayış sahəsi olan vaqonun içinə girdikdə solda yerləşən yataq otağına qanunsuz olaraq girməklə axtararaq zərərçəkmiş şəxs1 yatdığı çarpayının üzərindəki döşəyin altında qoyulmuş zərərçəkmiş şəxs1 məxsus olan içərisində 5000 manat məbləğində pul olan dəyərsiz pul kisəsini götürüb əlində bıçaq hadisə yerini tərk edib qaçıb getməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 206 manat məbləğində, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 5000 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını ələ keçirmiş, özgənin əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz olaraq girməklə və silah qismində istifadə edilən əşya kimi bıçaq tətbiq etməklə hücuma məruz qalmış zərərçəkmiş şəxs3 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqınla ## ### 2012ci il təvəllüdlü olmaqla azyaşlı zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 qarşı quldurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Əbilov Sərxan Eldar oğlu apellyasiya şikayəti verərək, şikayətində məhkəmənin işə hərtərəfli, tam və obyektiv baxmadığını, himayəsində azyaşlı (7 yaş) uşağının olmasını və onu təkbaşına böyütdüyünü nəzərə almadığını, xəstə anasının azyaşlı uşaqla köməksiz vəziyyətdə qalmasına baxmayaraq, Cinayət Məcəlləsinin 79-cu maddəsinə uyğun olmaqla cəzasının təxirə salınması barədə qərar qəbul etmədiyini göstərmiş və ədalətli qərar çıxarılmasını, təkbaşına azyaşlı uşağını böyütməsinin və anasının yaşlı olmaqla onkoloji xəstəliyi olmasınının nəzərə alınmaqla Cinayət Məcəlləsinin 79-cu maddəsinə uyğun olmaqla cəzasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Əbilov Sərxan Eldar oğlu və müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilərək, Əbilov Sərxan Eldar oğlu barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkum edilmiş Əbilov Sərxan Eldar oğlu apellyasiya şikayətində cinayət əməlinin hüquqi tövsifini mübahisələndirməmişdir. Bununla belə, məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları araşdıraraq, sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmuyuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gəlmiş və işin araşdırılması zamanı tədqiq edilmiş sübutlara, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə müqayisəli şəkildə qiymət verərək, Əbilov Sərxan Eldar oğlunun törətmiş olduğu cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə düzgün tövsif etmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası belə hesab edir ki, məhkum edilmiş Əbilov Sərxan Eldar oğlu apellyasiya şikayətində ona təyin edilən cəzanın azaldılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi Əbilov Sərxan Eldar oğluna cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, Əbilov Sərxan Eldar oğluna həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * №-li qərarının tövsiyyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Birinci instansiya məhkəməsi Əbilov Sərxan Eldar oğluna cəza təyin edərkən təqsirləndirilən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan və bir nəfər az yaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələblərinin olmamasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib, onun cəzasını ağırlaşdıran hallar olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinin tələblərinə əməl etmişdir. Məhkəmə hesab etmişdir ki, Əbilov Sərxan Eldar oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olması və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları əsas götürərək, Əbilov Sərxan Eldar oğluna həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş Əbilov Sərxan Eldar oğlunun cəzasının dəyişdirilib, ona daha yüngül cəza növünün təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin əsası kimi şəxsin himayəsində azyaşlı uşağının olmasına istinad edilsə də, uşağın hüquq və mənafeyi ilə bağlı məsələ, onun mövcudluğundan sui-istifadə imkanları, cinayət törətməkdə təqsirli bilinərək məhkum edilmiş şəxs tərəfindən bu imkanlar əsasında uşağın məqsədyönlü şəkildə özü ilə saxlanılıb-saxlanılmaması, saxlanıldığı halda harada, necə, hansı həyat tərzi, həyat şəraiti və həyat minimumları əsasında saxlanılması məhkəmələr tərəfindən mütləq müəyyən edilməli olan hallardır. Sərxan Əbilovun hazırki həyat tərzinin uşağının mənafeyinə və layiqli gələcəyinə kölgə salmayacağı iş materiallarından görsənmir. Belə ki, iş materiallarında Əbilov Sərxan Eldar oğlunun əvvəllər övladının qayğısı ilə məşğul olub-olmaması, uşağın tərbiyəsinə olan münasibəti əks olunmamış, özü də ifadələrində bu barədə göstərməmiş və bununla bağlı iş materiallarında hər hansı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı hökmündən görünür ki, Əbilov Sərxan Eldar oğlu sonuncu dəfə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ## ##### 2024-cü ildə cəzası başa çatmışdır. Əbilov Sərxan Eldar oğlu cinayət hadisəsi törətdiyi vaxtı məhkumluğu ödənilməmiş şəxs olmuşdur. Göründüyü kimi, dəfələrlə qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxsin övlad qayğısı ilə məşğul olacağı inandırıcı deyildir ki, bu barədə şikayətin dəlilləri təqsirləndirilən şəxsin təyin olunmuş cəzanın çəkilməsindən yayınması və yeni cinayət törəkmək imkanının yaranması üçün şərait yarada bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Əbilov Sərxan Eldar oğlu barəsində Cinayət Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsinə dair məhkum edilmiş şəxsin şikayətində ailə vəziyyəti ilə bağlı qeyd etdiyi kimi dəlillər hökmün dəyişdirilməsinə əsas vermir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil, şikayətin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş Əbilov Sərxan Eldar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Əbilov Sərxan Eldar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, Q Ə R A R A A L D İ: Məhkum edilmiş şəxs Əbilov Sərxan Eldar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Əbilov Sərxan Eldar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.3 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş Əbilov Sərxan Eldar oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Əbilov Sərxan Eldar oğlunun hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-495/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-495/2026
07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver