Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-501/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3cü maddəsi ilə bəraət verilməsinə və Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş və qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, verilmiş ittihama görə, Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Təqsirləndirilən şəxs küçəsində **L nömrəli binanın altında yerləşən "Tüstü Pub” adlı restoranın qarşısında Zərərçəkmiş şəxs ona telefonda yüksək səslə danışmasını irad bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək, əslində isə heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə ictimai yer olan küçədə ilkin olaraq insanların gözü qarşısında Zərərçəkmiş şəxs sifətinə yumruqla vuraraq ona burun sümüyünün distal ucunun yerdəyişməyən sınığı ilə müşayiət olunan, burunun şişkinliyi və sıyrığı, sağ göz yuvası nahiyəsinin şişkinliyi və qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş və bundan sonra sağ əlində saxladığı bıçaqla nümayişkəranə şəkildə Zərərçəkmiş şəxs xəsarət yetirəcəyi ilə hədələyərək qərəzli hərəkətlər etməklə xuiiqanlıq etmişdir. İttihama görə, həm də Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon qəbiristanlığının yaxınlığında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədilə bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi külli miqdar - 4,095 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış və Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ##### 2024-cü il tarixdə saat 20:15-də ünvan 1 və Üzeyir Hacıbəyov küçəsinin kəsişməsi ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sağ yan cibindəki bir ədəd şəffaf sellofana bükülmüş bükümdə təmiz çəkisi 4,095 qram olan ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin araşdırmasının sonunda müəyyən edilmiş hallara əsasən, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmiş, lakin onun satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımasında təqsirliliyi sübuta yetirilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən və 4,095 qram qram psixotrop maddə olan metamfetaminin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin metamfetaminin kim tərəfindən, haradan və nə məqsədlə əldə edilib saxlanması səbəblərinin araşdırılması üçün zəruri materialların ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi, maddi sübut kimi saxlanılan 3,995 qram psixotrop maddə olan metamfetaminin araşdırma sona çatanadək Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılması, ekspertiza tədqiqatının dəyərinin dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir. Hökmlə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının ## ##### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmlə, həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X9 və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi X6 barəsində ayrıca xüsusi qərar çıxarılmış, Təqsirləndirilən şəxs döyülməsi və saçının polis bölməsində qırxılaraq ona qarşı ləyaqəti alçaldan davranışın göstərilməsi faktı ilə bağlı xüsusi qərar çıxarılması və qanun pozuntularına yol vermiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin aidiyyəti şəxslərinin məsuliyyət məsələsinin həll edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qərarın surətinin göndərilməsi qərara alınmışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə həmin hissədə ona bəraət verilməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmünün məhkəmənin hökmündə əks etdirilmiş nəticənin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməməsi, məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutların nəzərə alınmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması əsaslarına görə ləğv edilməsini, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cinayətlərin məcmusu qaydasında təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə təqsirləndirilən şəxsin ifadələrinin dəyişkənliyini və onun ilkin etirafedici ifadələrinin "təsir və təzyiq nəticəsində" verildiyini əsas götürərək, sonrakı ifadələrə üstünlük vermişdir (bənd 94, 98, 134). Lakin təqsirləndirilən şəxs ## ##### 2024-cü il tarixində saxlanılan zaman verdiyi ilkin izahatında (cild 01, iş vərəqə 32-34) öz əli ilə yazaraq psixotrop maddəni tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Həmin izahat könüllü şəkildə verilmişdir. Təqsirləndirilən şəxs sonradan bu ifadələrin təzyiq altında verildiyini iddia etsə də, bu iddialarını obyektiv sübutlarla təsdiq edə bilməmişdir. O, dindirilmə zamanı işgəncəyə məruz qaldığı barədə dərhal həmin andakı vəziyyəti qeydə alan rəsmi qurumlara (məsələn, prokurorluğa və ya məhkəməyə) müraciət etməmiş, bu barədə yalnız sonrakı mərhələlərdə, xüsusilə də məhkəmə iclaslarında bəyanat vermişdir. Saxlanılan zaman onun üzərində hər hansı xəsarətin aşkar edilməməsi və polis əməkdaşlarının ifadələri də onun işgəncə iddialarını şübhə altına alır. Təqsirləndirilən şəxsin "narkotik satıcılarına qarşı mübarizə apardığı" iddiası heç bir obyektiv sübutla təsdiqlənməmişdir. Bu, sadəcə olaraq, onun müdafiə mövqeyidir. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxsdir (Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2018-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 126.1 və 315.1-ci maddələri ilə). Onun əvvəlki məhkumluğu narkotiklə mübarizə aparan şəxs profilinə uyğun gəlmir. Məhkəmə təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş xəsarətləri (bənd 101, 103) və onun bu barədəki ifadələrini əsas götürərək, polis bölməsində pis rəftara məruz qaldığı qənaətinə gəlmişdir (bənd 122, 124, 126-128). Məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli *** saylı rəyində təqsirləndirilən şəxsdə aşkar edilmiş xəsarətlərin (sol dirsək oynağının və sol çiyin nahiyəsinin qançırları) törənmə müddətinin ## ##### 2024-cü il tarixinə (saxlanma günü) uyğun gəlmədiyi açıq şəkildə göstərilmişdir. Ekspert bu xəsarətlərin daha əvvəlki dövrə aid olduğunu bildirmişdir. Məhkəmə iclasında dindirilən ekspert Ekspert da bu qənaəti təkrar etmiş, tibbi sənədlərdəki qeydlərə əsaslanaraq xəsarətlərin rənginin onların yaşını təyin etməyə imkan verdiyini vurğulamışdır. Habelə ekspert Ekspert məhkəmədə dindirilərkən xəsarətlərin kənar şəxs tərəfindən yetirilə biləcəyi kimi, şəxsin özü tərəfindən də yetirilməsinin mümkünlüyünü inkar etməmişdir (bənd 103). Ekspert Ekspert məhkəmədə "ola bilər ki, tibb kartında xəsarətlərin rəngi tam düzgün qeyd olunmayıb" ifadəsini işlətmişdir ki, bu, ehtimala əsaslanan fikir hesab edilməli idi. Məhkəmə bu rəyi şərh edərkən ekspertin "tibb kartında xəsarətlərin rənginin tam düzgün qeyd olunmamasının mümkün olduğu" barədə ehtimalını əsas götürmüş, lakin rəyin nəticəsini görməzdən gəlmiş, ehtimallar əsasında qəti ekspert rəyini şübhə altına almışdır. Məhkəmə bu qeyri-müəyyənlikləri nəzərə almadan, yalnız təqsirləndirilən şəxsin iddialarına əsaslanaraq işgəncə faktını qəbul etmişdir. Polis əməkdaşları İsmayılov Etibar, şahid2 və şahid6 məhkəmədə dindirilərkən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq göstərilmədiyini, saxlanılan zaman onun üzərində xəsarət olmadığını bildirmişlər. Onların ifadələri arasında bu məsələ ilə bağlı əsaslı ziddiyyət yoxdur. Bu ifadələr heç bir əsaslı şəkildə təkzib edilməmişdir. Məhkəmə isə bu ifadələri "təbii olaraq" döymədiklərini bildirmələri kimi qiymətləndirərək, onların ifadələrinə əsassız olaraq şübhə ilə yanaşmışdır. Polis əməkdaşlarının ifadələrinin qərəzsizliyi barədə heç bir dəlil olmadan onların rədd edilməsi obyektiv hüquqi nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmənin diqqət yetirdiyi köynəyin tikilməsi faktı təqsirləndirilən şəxsin döyülməsinə dəlalət etmir. Bu, köynəyin əvvəlcədən cırıq olması, saxlanma zamanı müxtəlif səbəblərdən (məsələn, müqavimət göstərmə, yerə yıxılma və s.) cırılması ilə əlaqədar ola bilər. Habelə köynəyin tikilməsi faktı onu kimin, nə vaxt və nə üçün tikdiyi barədə heç bir məlumat vermir, fərziyyə xarakterlidir. O cümlədən təqsirləndirilən şəxsin halsız görünməsi və əlini bədəninə tutması da mütləq döyülmənin nəticəsi olmayıb, törətdiyi cinayət hadisəsi ilə bağlı tutulması nəticəsində yaranan stress, həyəcan, saxlanma kimi amillərlə bağlı davranış forması da ola bilər. Lakin sadəcə bu fakt əsasında şəxsə işgəncə verilməsi nəticəsi çıxarmaq cinayət-prosessual qanunvericiliyin sübutların əlaqəli şəkildə təhlil edilərək qiymətləndirilməsi ilə bağlı müddəaları ilə uyğunluq təşkil etmir. Cinayət işi materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2024-cü il tarixli qərarda da göründüyü kimi, döyülmə ilə bağlı araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin bənd 110-da qeyd etdiyi kimi, cinayət işinin başlanmasının rədd edilməsi haqqında həmin qərarın ləğv edilməsi, həmin qərarın qanunsuz olduğu və ya işgəncə faktının sübuta yetirildiyi anlamına gəlmir. Bu, yalnız araşdırmanın natamam aparıldığı və əlavə yoxlama tələb olunduğu mənasını verir; xüsusilə vurğulanmalıdır ki, məhkəmə qeyd edilən qərarın ləğv edilməsindən sonra hansı qərarın yenidən qəbul edilməsi ilə maraqlanmamışdır. Məhkəmənin müəyyən etdiyi hal: Şahidlər X3 və şahid1 polis əməkdaşlarının Ələkbərə silah çəkdiklərini, onu yerə yıxdıqlarını və təzyiq göstərdiklərini bildirmişlər. Hər iki şahid təqsirləndirilən şəxsin dostları və ya tanışlarıdır. Onların ifadələri maraqlı şəxslərin ifadələri kimi qiymətləndirilməli və onlara ehtiyatla yanaşılmalıdır. Şahidlər hadisənin üzərindən xeyli vaxt keçdikdən sonra məhkəmə iclasında dindirilmiş, ibtidai istintaq zamanı onların ifadələri alınmamışdır. Bu, ifadələrin sonradan "hazırlanması" ehtimalını gücləndirir. Məhkəmənin müəyyən etdiyi hal: "Təqsirləndirilən şəxsin saxlanılan zaman saçı olmuş, Bakı İstintaq Təcridxanasına daxil olanda isə keçəl olmuşdur. Bu, polis idarəsində saçının qırxıldığına dəlalət edir". Bakı İstintaq Təcridxanasının məktubundakı "təcridxanaya daxil olarkən onun saçlarına müdaxilə olunmamış və qırxılmamışdır" ifadəsi saçın təcridxanada qırxılmadığını göstərir. Lakin bu, onun polis idarəsində qırxıldığı anlamına gəlmir. Fotoşəkildə saçın olmaması, saçın mütləq qırxıldığı demək deyil. Şəxsin özünün də saçını qırxdırması ehtimalı vardır (xüsusilə nəzərə alsaq ki, o, Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə aldığını bildirmiş, lakin saçının qırxılması barədə dərhal şikayət etməmişdir). Habelə qeyd edilməlidir ki, polis idarəsinin sorğuya cavab verməməsi saçın qırxıldığı faktını təsdiq etmir. Qeyd edilməlidir ki, saçın qırxılması faktı, hətta təsdiq olunsa belə, psixotrop maddənin aşkar edilməsi faktını və onun təqsirliliyini inkar etmir. Belə ki, məhkəmə baxışı zamanı psixotrop maddənin aşkar edilməsi faktını özündə əks etdirən videogörüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs həmin vaxt keçəl olmamış, saçları olmuşdur. Ona görə də qeyd edilən hal cinayət işinin mahiyyətinə təsir göstərməməklə, qanunsuz sübutların əldə edildiyi anlamına gəlmir. Məhkəmənin müəyyən etdiyi hal: Şəxsi axtarış ## ##### 2024-cü il tarixində saat 22:00-da deyil, növbəti gün, yəni ## ##### 2024-cü il gecə saat 03-04 radələrində, müdafiəçi gəldikdən sonra keçirilmişdir; bu hal müdafiəçinin anten məlumatları ilə təsdiqlənir. Qeyd edilən xüsusatın, yəni müdafiəçi vəkil X2 hansı tarixdə polis idarəsinə çağırılması, çağırılarkən üzərində mobil telefon vasitəsinin olub-olmaması, habelə üzərində telefon olmamışdırsa, hansı səbəbdən onun anten məlumatlarının şəxsi axtarış keçirildikdən bir müddət sonra Yasamal Rayon Polis İdarəsinin inzibati binasının yaxınlığında olduğunu göstərməsi ilə bağlı halların müəyyən edilməsi məqsədilə X2 əlavə şahid qismində dindirilməsi ilə bağlı dövlət ittihamçısı tərəfindən vəsatət verilsə də, məhkəmə tərkibi hər hansı bir əsas olmadan vəsatətin rədd edilməsi haqqında qərar qəbul etmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət kifayət qədər əsaslandırılmış və ittihamın mahiyyətinə aid olsa da, işə mahiyyəti üzrə baxan məhkəmə dindirilməsi təklif olunan əlavə şahidin verə biləcəyi ifadənin işin mahiyyətinə (təqsirləndirilən şəxsin tutulması ilə bağlı şəraitə və vaxta) aid olmasına baxmayaraq, bu halı araşdırmadan vəsatətin rədd edilməsi haqqında qərarı kifayət qədər əsaslandırmamışdır. Əlavə şahidin dindirilməsi barədə vəsatətin rədd edilməsi haqqında qərar isə məhkəmə prosesinin ittiham tərəfinin mənafeləri baxımından ədalətli nəticə ilə yekunlaşmasına mənfi təsir göstərmişdir. Bununla da, məhkəmə vəsatətdə əlavə şahidin verəcəyi ifadə ilə müəyyən ediləcək xüsusatların araşdırılmasına, yəni obyektiv baxımdan həqiqətin müəyyən edilməsinə mane olmuşdur ki, həmin hal məhkəmənin əlində olan hüquqlardan istifadə edərək cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi, cinayət prosesində tərəflərin çəkişməsi prinsiplərini pozması ilə nəticələnmişdir. Belə olan halda cinayət təqibi üzrə başa çatmış icraat etibarsız sayılmalı, onun gedişində qəbul edilmiş qərarlar ləğv edilməli, yaxud toplanmış materialların sübutedici qüvvəsi olmamalıdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya protestini müdafiə edərək və məzmununa uyğun çıxış edərək Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində olan hökmü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə qismən ləğv edib onun Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cinayət qanunvericiliyinin müddəalarına uyğun cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və müdafiəçisi Təqsirləndirilən şəxs fiziki və psixoloji təzyiqlərə məruz qaldığını, saçının qırxıldığını, döyüldüyünü, məcbur qalıb sənədləri imzalamağa razılaşdığını, xuliqanlıq əməlində həqiqətən onun günahı olduğunu, narkotik vasitə və psixotrop maddələrdən uzaq olduğunu, yaşadığı məhəllədə də narkotik vasitə və psixotrop maddə satışına qadağa qoyduğunu bildirərək verilmiş apellyasiya protestinin əsassız olduğundan təmin edilməməsini və hökmün dəyişdirilmədən saxlanılmasını, həm də Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş cəzanın “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi ilə azaldılmasını xahiş etdilər. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə araşdırıb tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya protestinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Əvvəla, apellyasiya instansiya məhkəməsi qeyd edir ki, apellyasiya protestinin məzmunundan göründüyü kimi, hökm Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair hissədə mübahisələndirilmiş və həmin hissədə hökmün ləğv edilməsi xahiş edilmiş, lakin hökm Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə aid hissədə mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, verilmiş apellyasiya protestində Təqsirləndirilən şəxs bəraət verilməsinə dair hissədə hökmün ləğv edilməsi xahiş edilsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş üzrə keçirilmiş ekspertiza rəylərini, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymətləndirmiş, təqsirliliyi sübuta yetirilməməsi qənaətinə gələrək Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair hissədə bəraət hökmü çıxarmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək i göstərmişdir ki, onun narkotik vasitə və ya psixotrop maddə ilə heç bir əlaqəsi yoxdur. Yaşadığı məhəllədə o, narkotik vasitələrin satışını və istifadəsini qadağan etmişdir. Ona fiziki təsir göstərərək narkotik vasitə ilə bağlı hissəni onun boynuna qoymuşlar. Onu yerə yıxıb başına zərbələr vurmuşlar. Onun bölmədə müavinlə də mübahisəsi olmuşdur. Bundan sonra onu çox döymüşlər. Videoçəkilişdə köynəyinin dəftərtikənlə tikildiyi də görünür. Qətimkan tədbiri seçilən zaman o, məhkəmədə bu halları bildirmişdir. İdarədə olarkən də ona "Aylı gecə" adlı kafedəki söhbətdə adının keçdiyini bildirmişlər. Onun Bakı İstintaq Təcridxanasına qeydiyyata alınarkən çəkilən şəklindəki fiziki görünüşündən hər şey açıq-aşkar görünür. Ona işgəncə verdiklərinə və ona qarşı əxlaqsız hərəkətlər edəcəklərini bildirdiklərinə görə, o, polis əməkdaşlarının dediklərini edərək sənədləri imzalamış və videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs onun polis əməkdaşları tərəfindən Səməd Vurğun küçəsi ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində saxlanıldığını, saatın 19:45 radələri olduğunu, avtomobilə minəndə Hüseyndən saatı soruşduğunu, bir nəfərin avtomobildə qabaq oturacaqda əyləşdiyini, həmin şəxsin Yasamal Rayon Polis İdarəsinin əməkdaşı olmadığını və onun avtomobilinə olduğu yerdə baxdığını, avtomobillə Yeni Yasamala getdiklərini, orada telestudiya kimi tanınan yerdə avtomobili saxladıqlarını, Anarın Hüseynə onun avtomobilini idarəyə sürməsini bildirdiyini, özünün etiraz edərək açarın özündə olmadığını bildirdiyini, əməkdaşlardan Anarın 29-cu Polis Şöbəsində işlədiyini bildiyini, Etibarı, Asifi və Habili əvvəldən tanımadığını, avtomobilin açarını axtardıqlarını, lakin avtomobilin açarının dostu Pərvizdə olduğunu bildirdiyini, şəhərə gedərkən içkili olduğundan dostunun açarı ondan götürdüyünü, Anarın onu silahla hədələyərək, avtomobilin açarını vermədiyi halda avtomobili evakuatora qoyub aparacaqlarını bildirdiyini, sonra onu idarəyə aparıb döydüklərini, ona narkotik vasitə satan şəxsləri döyərək onların qazancına mane olduğunu bildirdiklərini, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata baxılan zaman məhkəmədə narkotik vasitələrdən məhəllədə rəhmətə gedənlər olduğundan narkotik vasitə satan şəxsləri döydüklərini, buna görə də narkotiklə yükləndiyini bildirdiyini, ilkin izahatının təhqiqatçı tərəfindən alındığını, həmin ifadəni təzyiq altında oxumadan imzaladığını, sonrakı ifadələrində təzyiqə məruz qaldığını, döyüldüyü üçün etirafedici ifadə verdiyini qeyd etdiyini, əvvəlcə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yükləndiyini, orada çəkdiyi imzaların onun tərəfindən çəkildiyini, lakin həmin imzanın real imzası olmadığını, orada işarələr qoyduğunu, MSY-nə daxil olan zaman üzərində olan xəsarətlərə baxış keçirilmədiyini, Bakı İstintaq Təcridxanasına daxil olanda üzərinə baxış keçirilən zaman döyüldüyünü bildirdiyini, videoçəkiliş zamanı müdafiəçinin orada olduğunu, lakin müdafiəçi gəlməmişdən əvvəl cibinə baxış keçirildiyini, müdafiəçisi gəldikdə ona rezin dəyənəklə hədəqorxu gəldiklərini dediyini, lakin müdafiəçinin bu hala əhəmiyyət vermədiyini, ondan saatı soruşduqda müdafiəçinin ona az qala səhərin açıldığını bildirdiyini, pencəyinin cibindən telefonunu çıxararaq saatın 04:02 olduğunu göstərdiyini, Asif, Hüseyn, Anar və Etibar tərəfindən döyüldüyünü, Samirin o döyülən və saxlanılan zaman orada olmadığını, onu üç nəfər şəxsin saxladığını, yanlarında bir nəfər arıq oğlanın da olduğunu, saçının barəsində həbs qətimkan tədbiri seçildikdən sonra Asif adlı polis əməkdaşı tərəfindən iradəsinə zidd olaraq qırxıldığını, ilk olaraq Etibarın ona təpik vurub yerə yıxdığını, daha sonra digər əməkdaşın ona silah çəkdiyini, saxlanılan zaman Asif və Samir adlı şəxslərin orada olmadığını, Asifin bölmədə onun yanına göndərildiyini, saçının Asif tərəfindən qırxıldığını və ona qarşı təhqiramiz hərəkətlərlə təsir edildiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş İsmayılov Etibar Zahir oğlu bildirmişdir ki, ## ##### 2024-cü il tarixində Səbail rayonu ərazisində “Sahil” metrosuna yaxın ərazidə şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu saxlamışlar. Onu idarəyə dəvət etmişlər. İdarədə şəxs könüllü şəkildə üzərindən narkotik vasitəni çıxarıb onlara təqdim etmişdir. Verilmiş suallara cavab olaraq şahid şəxsin üzərindən çıxan narkotik vasitənin çəkisini onların deyil, ekspertin müəyyən etdiyini, Ələkbərin həmin maddəni hansı məqsədlə aldığına dair suala verdiyi cavabı xatırlamadığını, təqsirləndirilən şəxsə qarşı heç bir işgəncə olmadığını, Ələkbəri saxlamazdan nə qədər əvvəl onlara məlumat daxil olduğuna dair suala cavab vermək istəmədiyini, bu halın məxfi olduğunu, əməliyyat məlumatının narkotik vasitənin dövriyyəsi və istifadəsinə dair olduğunu, məlumatın şahid6 daxil olduğunu, şəxsi saat 20:15-də saxladıqlarını, əməliyyat qrupunda 5 nəfər polis əməkdaşının iştirak etdiyini, şəxsə yaxınlaşanda özlərini təqdim etdiklərini və onun üzərində axtarış keçirmək üçün idarəyə dəvət etdiklərini, şəxsin saxlanıldığı yerin şəraitinin yerində axtarış və götürməni həyata keçirməyə imkan vermədiyini, şəxsi avtomobilin arxa hissəsində əyləşdirib qollarına qandal vurmadan idarəyə apardıqlarını, şəraitin və vəkilin olmamasının yerində şəxsi axtarış və götürməni keçirməyə mane olduğunu, şəxsi saxladıqdan sonra onu idarəyə nə qədər vaxta apardıqlarını xatırlamadığını, şəxsi idarəyə gətirəndə başında tükünün olub-olmadığını xatırlamadığını, onun saçını məcburi qırxmadıqlarını, ona xəsarət yetirmədiklərini, Ələkbər saxlanılan zaman üzərində xəsarətin olmadığını, narkotik vasitənin cibindən aşkar edildiyini, şəxsi Sahil metrosu yaxınlığında saxlayıb birbaşa polis idarəsinə apardıqlarını, şəxsin evinə və nəqliyyat vasitəsinə zərurət olmadığı üçün baxış keçirmədiklərini, əməliyyat məlumatının narkotik vasitənin istifadəsi və daşınması ilə bağlı olduğunu, satış barədə məlumat olmadığını, şəxsin təcridxanaya daxil olarkən saçının niyə qırxıldığını bilmədiyini, qrup üzvləri olan 5 nəfərin adlarını dəqiq xatırlamadığını, şəxs özü narkotik vasitəni təqdim etdiyi üçün evinə baxış keçirmədiklərini, sorğu-sual zamanı narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirdiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 göstərmişdir ki, ## ##### 2024-cü il tarixində Yasamal rayon Polis İdarəsinə Təqsirləndirilən şəxs adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və şəxs Səbail rayonu ərazisində saxlanılmışdır. Onu Yasamal rayonu ərazisindəki polis idarəsinə gətirmişlər. Əynindəki şalvarın sağ yan cibindən narkotik vasitə aşkar edilmişdir. O, həmin maddənin metamfetamin olduğunu bildirmişdir. Narkotik vasitə qablaşdırılmış və ekspertizaya təqdim olunmuşdur. Verilmiş suallara cavab olaraq şahid şəxsə qarşı heç bir işgəncə olmadığını, idarəyə gətirilən zaman saçının indikindən daha az olduğunu, keçəl olmasa da, saçının çox az olduğunu, şəxsi axtarış və götürmə istintaq hərəkətindən sonra onun saçını qırxmadığını, şəxslə ünsiyyətinin ancaq onu saxlayarkən və videoçəkiliş zamanı olduğunu, şəxs barədə qətimkan tədbiri seçilən zaman onun yanında olmadığını, əməliyyat tədbiri keçirilən zaman üzərində mobil telefonun olmadığını, əməliyyat məlumatının idarəyə daxil olduğunu, məlumatın konkret kimə daxil olduğunu bilmədiyini, əməliyyat məlumatının narkotik vasitənin dövriyyəsinə dair olduğunu, tədbir zamanı onunla birlikdə Etibar, Hüseyn və Samir olmaqla 4 nəfər olduğunu, şəxsi axşam saatlarında, 20:00-20:30 radələrində saxladıqlarını, məlumat onlara daxil olduğundan şəxsi Səbail rayonunda yox, Yasamal rayonu ərazisində yoxladıqlarını, şəxsin üzərində yerində baxış keçirmək üçün şərait olmadığını, şəxsin üzərindən narkotik vasitə aşkar edildiyini, həmin maddəni şəxsin özünün təqdim etdiyini, şəxsin evinə, yaxud avtomobilinə hansı səbəbdən baxış keçirilmədiyini bilmədiyini, tədbir zamanı şəxsi müşahidə etdiklərini, şəxsi avtomobilə əyləşdirib idarəyə apardıqlarını, şəxsin idarədə neçə saat saxlandığını dəqiq bilmədiyini, təxminən 2 saat saxlanıldığını, Ələkbəri saxlayarkən onun üzərində baxışın dərhal keçirilmədiyini, şəxsin saxlanması ilə idarəyə gətirilməsinin 40-50 dəqiqə ərzində baş tutduğunu, şəxsin saxlanılan zaman heç bir xəsarətinin olmadığını, çox güman ki, sonradan gedib özünə xəsarət yetirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 göstərmişdir ki, ## ##### 2024-cü il tarixində axşam saat 20:00-20:30 aralığında Nəsimi rayonu ərazisində şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu saxlamışlar. Onu idarəyə dəvət etmişlər. İdarədə şəxs könüllü şəkildə üzərindən narkotik vasitəni çıxarıb təqdim etmişdir. Verilmiş suallara cavab olaraq şahid əməliyyat tədbirinin keçirilməsini raportla rəsmiləşdirdiklərini, əməliyyat məlumatının narkotik vasitənin dövriyyəsi və istifadəsinə dair olduğunu, məlumatın ona daxil olduğunu, şəxsi təxminən saat 20:00-20:30 aralığında saxladıqlarını, saxladıqları yerdə baxış keçirə bilmədiklərini, üzərində baxışın idarədə keçirildiyini, şəxsi Üzeyir Hacıbəyov və Səməd Vurğun küçələrinin kəsişməsində saxladıqlarını, şəxsi Səbail Rayon Polis İdarəsinə deyil, Yasamal Rayon Polis İdarəsinə aparmalarının səbəbinin məlumatın həmin idarəyə daxil olması olduğunu, şəxsi saxladıqları yerdə şərait olmadığı üçün onu idarəyə aparıb təhqiqatçının iştirakı ilə üzərində baxış keçirdiklərini, şəxsin evinə baxış keçirilməsi üçün əsas olmadığını, idarəyə 15-20 dəqiqəyə çatdıqlarını, yarım saata isə vəkilin gəldiyini, vəkil gələnədək şəxsdən ifadə alınıb-alınmadığını təhqiqatçının bildiyini, şəxsə işgəncə verilmədiyini, saçının qırxılmasından xəbərinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 göstərmişdir ki, ## ##### 2024-cü il tarixində Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuş, şəxsi Səbail rayonu ərazisində saxlamışlar. Daha sonra isə onu Yasamal Rayon Polis İdarəsinə aparmışlar. Şəxsi saxladıqları zaman saat 20:00-20:30 radələri idi. Xatırladıqları bunlardan ibarətdir. Verilmiş suallara cavab olaraq şahid şəxsi saxlayan zaman özünün üzərində telefon olmadığını, Ələkbərin saçının qırxıldığını görmədiyini, təqsirləndirilən şəxsin saxlanılmasında iştirak etdiyini, Ələkbəri 2 küçənin kəsişməsində saxladıqlarını, Ələkbəri saxladıqdan nə qədər müddət sonra onun üzərində baxış keçirildiyini xatırlamadığını, videoçəkiliş zamanı Ələkbərin köynəyinin normal vəziyyətdə olduğunu və stepler vasitəsi ilə tikilmədiyini bildirmişdir. Şahid şahid3 birinci instansiya məhkəməsində iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Birinci instansiya məhkəməsində müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, ## ##### 2024-cü il tarixdə saat 20-21 radələrində onlar Ələkbərlə birlikdə olmuşlar, bu zaman polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Həmin vaxt Ələkbər mağazaya getmək üçün avtomobildən enmişdir. Polis əməkdaşları bunu görüb Ələkbərə tərəf qaçmışlar.Ələkbərin üzərinə silah çəkmişlər. Daha sonra Ələkbəri yerə yıxaraq təzyiq göstərmişlər. Onlar Ələkbərin yanında olsalar da onları şahid qismində dindirməmişlər. Birinci instansiya məhkəməsində müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid1 göstərmişdir ki, hadisə günü Ələkbərlə birlikdə Bakı şəhərinin müxtəlif rayonlarında olmuşlar. Ələkbərlə şəhərin xxxxinə getməyə razılaşmışlar. Həmin vaxt Ələkbər avtomobili idarə etmək istəsə də, o, icazə verməmiş və açarı Ələkbərin cibindən götürmüşdür. Daha sonra polis əməkdaşları gəlib Ələkbəri aparmışlar. Polis əməkdaşları Ələkbəri yerə yıxaraq ona silah dayamışlar. Ələkbər isə onlara heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında ## ##### 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilərkən əvvəlcə ona üzərində qanunsuz olaraq əldə edilmiş, saxlanması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs qara rəngli cins şalvarının sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükülünü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə olan metamfetaminə bənzər maddə aşar edilmişdir. Təqsirləndirilən şəxs şəffaf rəngli sellofandan ibarət bükümdə olan maddəni metamfetamin kimi tanıdığı psixotrop maddə olduğunu, bu maddəni "Yasamal Qəbiristanlığı” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. VətəndaşTəqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi, 01 (bir) ədəd şəffaf sellefona bükülmüş maddəni boş zərf götürülərək, zərfin içərisi iştirakçılara göstərildikdən sonra həmin zərfin içərisinə qoyularaq, qablaşdırılmış və DİN-in möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xxxxinin məhkəmə kimyəvi ekspertizasının ## ##### 2024-cü il tarixli *-**-**/*-*/**** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs......” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmiz çəkisi 4,095 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. İş materiallarında olan maddi sübut kimi tanınması haqqında ## ##### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 4,095 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,995 qram metamfetaminin saxlanması üçün Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması yerinə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2024cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Bakı İstintaq Təcridxanasında tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarətlər-sol dirsək oynağının və sol çiyin nahiyyəsinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən ## ##### 2024-cü il tarixə uyğun deyil, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilə bilərdi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ## ##### 2024-cü il tarixli **** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opiodilərin, psixostimulyatorların və kannabioidlərin birgə istifadə halları olmuşdur. Lakin hal-hazırda onda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xxxxdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator-məhkəmə-psixiatrik ekspertizasının ## #### 2024-cü il tarixli **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya instansiya məhkəməsi bəraət hökmünün əsaslı olması qənaətinə gələrkən, məhkəmənin hökmündən verilmiş apellyasiya protestinin əsaslandığı dəlillərinin artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və birbirilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadələr verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən, cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Bu hissədə birinci instansiya məhkəməsi hökmdə qeyd edir ki, “Təqsirləndirilən şəxs ## ##### 2024-cü il tarixdə verdiyi izahatında (hansı ki, təqsirləndirilən şəxs həmin vaxt polis əməkdaşları tərəfindən ona göstərilmiş təzyiqlər altında izahat verdiyini iddia edir) üzərindən psixotrop maddə aşkar edildiyini, həmin maddəni şəxsi istifadəsi məqsədi ilə aldığını bildirsə də, ondan sonrakı gün - ## ##### 2024-cü il tarixdə şübhəli şəxs, ## ##### 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman özünü təqsirli bilmədiyindən ifadə verməkdən və protokolları imzalamaqdan imtina etmişdi. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət və təqdimat verilməklə məhkəmə qarşısına çıxarılmış, ## ##### 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək narkotik vasitə istifadəçisi olmadığını, əksinə yaşadığı ərazidə narkotik vasitə satıcılarına qarşı mübarizə apardığını, onların həmin maddələri satmasına əngəl olmağa çalışdığını, bu fəaliyyətinə görə həmin şəxslərin təşəbbüsü ilə həbs olunduğunu, şübhəli şəxs qismində saxlanılan zaman polis şöbəsində fiziki təzyiqə və hədə-qorxuya məruz qaldığına görə narkotik vasitənin ona məxsus olduğunu boynuna almaq məcburiyyətində qaldığını bildirmişdir. Barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasına dair keçirilmiş məhkəmə iclaslarında da Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ona polis bölməsində işgəncələr verildiyini, bu səbəbdən ilkin olaraq etirafedici izahat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ## ####### 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadə verərək özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, ## ##### 2024-cü il tarixdə saat 19:45-də Yasamal Rayon Polis İdarəsinin əməkdaşları olan Anar, Hüseyn və Etibar adlı şəxslər onu ünvan 1 ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində ona yaxınlaşaraq onu özünə məxsus “Toyota Yaris” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilini saxladığı Bakı şəhəri, Yasamal rayonu. Yeni Yasamal, Gülüstan restoranının yanında məhəlləyə aparmışlar və ondan avtomobilin açarını istəmişlər. Lakin avtomobilinin açarı onda olmadığından təqdim edə bilməmişdir. Anar onu qorxutmaq üçün hətta tabel silahını da çıxartmış lakin sonda açarı tapa bilməyəcəyini və narkotik vasitəni onun avtomobilinə qoya bilməyəcəyini görüb onu Yasamal Rayon Polis İdarəsinə aparmışdır. İdarədə 2-ci mərtəbədə olan otaqların birində Anar, Asim, Etibar, Hüseyn törətmədiyi cinayət əməlini boynuna götürməyi üçün onu döyüb ona zor tətbiq etmişdirlər. Təxminən gecə saat 04:00 radələrinə kimi həmin şəxslər onu döyərək işgəncə vermişdirlər. Onun iradəsini sındıra bilməyəcəklərini görüb Anar göstəriş vermişdir ki, onun şalvarını çıxarsınlar. Etibar və Hüseyn əllərindən tutub yerə yıxdıqları üçün Asim və Anar şalvarını çıxararaq ona bildirmişdir ki, “sənə sonuncu dəfə xəbərdarlıq edirəm, əgər narkotiki boynuna götürməsən" əlindəki dəyənəyi ona göstərib onu zorlayacağını bildirmişdir. Onu yerə yıxdıqları üçün və həmin şəxslərə gücü çatmadığı üçün o, törətmədiyi cinayət əməlini məcbur boynuna götürmüşdür. Bundan sonra onu başqa otağa salaraq tərəziyə narkotik vasitə qoyub ona həmin narkotik vasitənin qramının yarım qram olduğunu göstərib Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulacağını bildirmişdir. Yenidən onu zor tətbiq edilən otağa geri qaytarmışdırlar. Videoçəkilişlə üzərinə baxış keçirilməyə başlanmışdır. Bu zaman oraya vəkil də dəvət olunmuşdur. O, vəkilə də başına gələnlər barədə məlumat vermişdir. Həmin otaqda tərəzi olmamışdır. Baxış qurtardıqdan sonra o, MSY-də saxlanılmışdır. ## ##### 2024-cü il tarixdə onu sanksiya məsələsinə baxmaq üçün məhkəməyə aparmışdırlar. O, məhkəmədə keçirilən iclas zamanı çıxış verildikdə narkotik vasitənin ona məxsus olmadığını və özünün narkotik satıcılarına qarşı mübarizə apardığını həmçinin polis əməkdaşları tərəfindən saxlanılan zaman ona fiziki və psixi zor tətbiq edildiyini hakimə də bildirmişdir. Məhkəmədə həbs seçildikdən sonra onu Yasamal rayon Polis İdarəsinin MSY-nə geri gətirmişdirlər. ## ##### 2024-cü il tarixdə axşam radələrində onu yenidən həmin otağa qaldırmışdırlar. Yuxanda göstərilən işçilərlə bərabər köməyə Yasamal rayon Polis İdarəsinin 29cu Polis Şöbəsinin rəis müavini Rasim, Yasamal Rayon Polis İdarəsinin CAŞ-nın rəisi Habil gəlmişdir. Onun başına sellofan torba keçirərək ona paltar geyindirib, başındakı sellofan torbanı cıraraq saçının yarısını qırxaraq həmin vəziyyətdə şəkillərini çəkmişdirlər. Ona bildirmişdirlər ki, hardasa danışsan bu şəkilləri sənin tanışlarına göstərəcəyik. Sonrada onu yenidən MSY-yə aparmışdırlar və onu Kürdəxanıya gətirmişlər. ## ###### 2024-cü il tarixdə axşam saatlarında Yasamal rayonu, Yeni Yasamal ərazisində yerləşən “Tüstü Pub" restoranında oturmuşdur. ## ###### 2024-cü il tarixdə telefonla danışmaq üçün çölə çıxan zaman yüksək səs tonu ilə telefonla danışarkən iki nəfər yaxınlaşaraq səs tonu ilə bağlı irad bildirmişdir. O da həmin şəxsə düz dediyini bildirərək səsinin tonunu aşağı salmışdır. Lakin həmin şəxs aqressıyasını davam etdirərək əlinin arxası ilə sinə nahiyəsinə vuraraq sakit olmasını tələb etmişdir. O. həmin şəxsə yeyib içib içkili vəziyyətdə içəridən çıxdığını və həmin şəxsi başa düşdüyünü bildirmişdir. Aqressiv sima ilə ona yenidən çıxıb getməsini nalayiq ifadələrlə bildirib əli ilə sinəsindən yenidən vuranda aralarında əlbəyaxa olmuşdur. Onlar dalaşdıqdan sonra sakitcə gəlib daşın üstündə oturmuşdur. Mübahisələri təxminən 5-6 dəqiqə davam etmişdir”. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş ## ##### 2024-cü il tarixli ****/**** saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olan zaman zədə aldığını bildirmiş, onun bədəninə baxış zamanı sol dirsək oynağının ön səthində 4-5 sm ölçüdə qırmızımtıl, sol çiyin nahiyyəsində 10-11 sm ölçüdə sarımtıl-qırmızı qançırlar, hər iki saidin ön səthində, sağ körpücük nahiyyəsində, qarının ön səthində, çənəaltı nahiyyədə köhnə çapıqlar müəyyən edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, göstərilən xəsarətlərlə bağlı Bakı İstintaq Təcridxanası tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinə məlumat göndərilmiş, aparılmış araşdırma nəticəsində məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli *** saylı rəyinə və polis əməkdaşlarının izahatlarına istinadən Təqsirləndirilən şəxs döyülməsi ilə bağlı cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda istinad olunmuş məhkəmə-tibbi ekspertizasının ## #### 2024-cü il tarixli *** saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçasında qeyd olunan xəsarətlər-sol dirsək oynağının və sol çiyin nahiyyəsinin qançırları küt əşyanın təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən ## ##### 2024-cü il tarixə uyğun deyil, sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlər kənar şəxs tərəfindən yetirilə bilərdi, eləcə də şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. Birinci instansiya məhkəməsi həmin hissədə qeyd edir ki, həmin araşdırma zamanı polis əməkdaşlarından yalnız birinin izahatı alınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, R şahid6 təbii olaraq Təqsirləndirilən şəxs döymədiklərini, ona fiziki və psixi zor tətbiq etmədiklərini bildirmiş, araşdırmanı aparan şəxs isə yalnız bir nəfər polis əməkdaşının öz xeyrinə verilmiş izahatının alınmasını yetərli hesab edərək bununla kifayətlənmişdir. Birinci instansiya məhkəməsi sözügedən rəylə bağlı mühüm xüsusatların araşdırılması məqsədi ilə həmin rəyi vermiş ekspert Ekspert məhkəmə iclasına dəvət etmiş və ekspert ona ünvanlanmış suallara cavab olaraq ekspert rəyini Bakı İstintaq Təcridxanasından təqdim olunmuş məhkumun tibbi kitabçasından əldə etdiyi məlumatlar əsasında tərtib etdiyini, iş üzrə ekspertiza çox gec təyin olunduğundan şəxsi fiziki olaraq müayinə etməsinin mümkün olmadığını, tibbi kitabçadan Ələkbərin xəsarətlərinin qırmızı rəng olması qeyd edildiyindən və xəsarət yetirildikdən 01 gün ərzində xəsarətin yerinin qırmızı rəng olduğunu, xəsarət yetirildikdən 01 gündən çox vaxt keçdikdə xəsarətin rənginin mütləq qaydada dəyişməli olduğunu, sarımtıl izlərin 5-6 günlük xəsarətin nəticəsi olduğunu, Ələkbər 19 aprel tarixində döyülmüş olduğu halda 23 aprel tarixində onun xəsarətlərinin sarımtıl-yaşılımtıl rəngdə olmasının mümkün olduğunu, ola bilər ki, tibb kartında xəsarətlərin rənginin tam düzgün qeyd olunmadığını, özünün isə həmin tibb kartında qeyd olunmuş xəsarətlərin rənginə uyğun nəticəyə gəldiyini bildirmişdir. Ekspert rəyində xəsarətlərin ## ##### 2024-cü il tarixə uyğun gəlmədiyi göstərilsə də, ekspert həmin xəsarətlərin hansı tarixə uyğun olmasını göstərməmiş, məhkəmə iclasında bununla bağlı araşdırma aparılan zaman ekspert tibb kitabçasında göstərilmiş “qırmızımtıl” rəngli xəsarətin şəxsin müayinəsindən 01 gün əvvəl əmələ gəlməsinin real olduğunu bildirməklə bir daha təqsirləndirilən şəxsin artıq polis nəzarətində olan zaman müvafiq xəsarətləri almasını təsdiq etmişdir (şəxs ## ##### 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, ## ##### 2024-cü il tarixdə BİT-də tibbi müayinədən keçmişdir). Ekspert təqsirləndirilən şəxsdə aşkar edilmiş sarımtıl xəsarətlərin müayinədən 5-6 gün əvvəl əmələ gəlməsinin mümkün olduğunu göstərsə də, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən və polis bölməsinə daxil olarkən onda hər hansı xəsarətlərin olmasına dair aktın tərtib olunmadığını, bununla bağlı ona polis idarəsində hər hansı sual ünvanlanmadığını və həmin vaxt araşdırma aparılmadığını, məhkəmə iclasında polis əməkdaşlarının onlara ünvanlanmış suala cavab olaraq Təqsirləndirilən şəxs saxlanılan gün xəsarət olmamasını bildirdiklərini, ekspert tərəfindən tibb kitabçasında xəsarətlərin rənginin tam düzgün qeyd olunmamasının mümkün olmasının göstərildiyini, təqsirləndirilən şəxsin saxlanıldığı günün ertəsi günündən etiraz edərək ifadə verməkdən imtina etdiyini və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında təkidlə polis bölməsində fiziki təzyiqlərə məruz qaldığını bildirdiyini, həmin halı sonrakı ifadələrində və BİT-ə daxil olan zaman da göstərdiyini nəzərə alaraq təqsirləndirilən şəxsin polis bölməsinə daxil olan zaman sözügedən xəsarətlərlə daxil olmasını real hesab etmir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin məhkəmə-tibbi ekspertizasından keçirilməsi üçün şəxsən təqdim edilmədiyini (ekspertiza şəxsin xəsarətlərinin olmasının müəyyən edilməsindən uzun müddət sonra (02 ay 09 gün) keçirilmiş və həmin vaxt təqsirləndirilən şəxsdə xəsarətlərin qalması real olmamışdır), ekspertizanın sənədlər əsasında həyata keçirildiyini, məhkəmə iclasında ekspertin özünün də qeyd etdiyi kimi onun sadəcə həmin sənəddə öz əksini tapmış xəsarətlərin rənginə istinadən rəy verdiyini və tibb-kitabçasında xəsarətlərin rənginin tam dəqiq qeyd olunmamasının mümkün olduğunu, təqsirləndirilən şəxsdə ## ##### 2024-cü il tarixdə saxlanılan zaman artıq daha öncədən yaranmış xəsarətlərin olması ilə bağlı polis əməkdaşları tərəfindən hər hansı aktın tərtib olunmadığını, məhkəmə iclasında dindirilmiş polis əməkdaşlarının da onlara ünvanlanan suala cavab olaraq təqsirləndirilən şəxs saxlanılan zaman onda xəsarətlərin olmamasını təsdiq etdiklərini, bu halların təqsirləndirilən şəxsin polis bölməsinə daxil olan onda zaman xəsarətlərin olmamasına dəlalət etdiyini və bu halın tibb kitabçasında qeyd olunmuş xəsarətlərin şəxsdə məhz polis bölməsinə daxil olduqdan sonra yaranmasına dair əsaslı şübhələrin yaranmasına zəmin yaratdığını nəzərə alaraq təqsirləndirilən şəxsin ifadəsindəki xüsusatların inandırıcı olması qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilənədək polis əməkdaşları tərəfindən döyüldüyünü, döyülən zaman köynəyinin cırıldığını, videoçəkilişdən öncə köynəyinin çiyin hissəsindən steplerlə tikildiyini, bu halın videogörüntüdən açıq göründüyünü bildirmiş, həqiqətən də məhkəmə iclasında sözügedən videodiskə baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli köynəyin çağ çiyin hissəsindən tikilməsi, onun üzərinə baxış zamanı halsız olması və əlini bədəninə tutaraq üz ifadəsindən ağrı çəkməsi açıq-aşkar görünməkdədir. Birinci instansiya məhkəməsi onu da nəzərə almışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru Elvin Bəşirli tərəfindən ## #### 2024-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmiş və material yenidən araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs polis bölməsində üzərinə baxış keçirildikdən və məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçildikdən sonra polis əməkdaşı şahid2 tərəfindən sonra onun ləyaqətini alçaltmaq üçün onun saçının tamamən qırxıldığını bildirdiyindən məhkəmə həmin xüsusatın araşdırılması üçün həm Bakı İstintaq Təcridxanasına, həm də Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə sorğu ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş ## ###### 2025-ci il tarixli *-**-**/**/*- *****/**** saylı məktubdan görünür ki, Bakı İstintaq Təcridxanasında saxlanılan həbs edilmiş Təqsirləndirilən şəxs təcridxanaya daxil olarkən onun saçlarına müdaxilə olunmamış və qırxılmamışdır Həmin məktuba əlavə edilmiş təqsirləndirilən şəxs təcridxanaya daxil olan zaman çəkilmiş fotoşəkildə Təqsirləndirilən şəxs saçının olmaması və keçəl olması görünməkdədir. Birinci instansiya məhkəməsi həm də qeyd etmişdir ki, iş materiallarında olan şəxsi axtarış və götürmə istintaq hərəkətini özündə əks etdirən videodiskdə olan görüntülərdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılan gün onun başı keçəl olmamaqla saçı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ## #### 2025-ci il tarixli məktubla müraciət olunaraq Təqsirləndirilən şəxs polis idarəsində olan müddətdə saçının tamamilə qırxılmış olub-olmaması, əgər saçı polis idarəsində tam qırxılmışdırsa, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməsi, o cümlədən ## ##### 2024-cü il tarixdə idarəyə girib-çıxan şəxslərin qeydiyyatını nəzərdə tutan qeydiyyat kitabının, şəxsi saxlayan əməliyyatçıların xidmət cədvəlləri, növbə siyahılarının məhkəməyə təqdim olunması xahiş olunsa da, məhkəmənin dəfələrlə xatırlatma məktubları göndərməsindən sonra Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ## ####### 2025-ci il tarixli məktubla qeydiyyat kitabı, əməkdaşların xidmət cədvəlləri və növbə siyahıları olmadığından həmin sənədlərin verilməsinin mümkün olmadığı göstərilmiş, lakin təqsirləndirilən şəxsin saçının qırxılıbqırxılmaması ilə bağlı məsələyə münasibət bildirilmədən həmin hissədə sorğuya cavab verilməmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilən zaman onun başında saçının olmasını və bu halın Təqsirləndirilən şəxs polis bölməsinə daxil olan zaman saçının olmasına və keçəl olmamasına dəlalət etdiyini, Bakı İstintaq Təcridxanasına daxil olarkən çəkilmiş fotoşəkildə onun başında saçının olmamasını, onun saçına Bakı İstintaq Təcridxanasında müdaxilə edilməməsinə dair verilmiş rəsmi cavabı və bu halın təqsirləndirilən şəxsin özü tərəfindən də təsdiq edildiyini, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həmin xüsusatla bağlı ünvanlanmış sorğuya polis idarəsi tərəfindən cavab verilmədiyini və sorğunun həmin hissəsinin görməzdən gəlindiyini, təqsirləndirilən şəxsin özünün saçının iradəsinə zidd olaraq onun ləyaqətini alçaltmaq üçün polis idarəsində qırxıldığını iddia etdiyini nəzərə alaraq hesab etmişdir ki, təqsirləndirilən şəxsin həmin iddiası məhkəmə araşdırması nəticəsində əldə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsi onu da xüsusi olaraq vurğulayır ki, “Təqsirləndirilən şəxs saxlanılması, tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda sonuncunun polis bölməsinə gətirilərkən üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd öz əksini tapmamışdır. Təqsirləndirilən şəxs polis bölməsində pis rəftara məruz qalmasını təsdiq edən kifayət qədər güclü sübutlar məhkəmə istintaqı zamanı müəyyən edilmişdir. Eyni zamanda, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları da Təqsirləndirilən şəxs saxlayarkən sonuncuda xəsarətlərin olmamasını bildirmişlər, ibtidai istintaq orqanı tərəfindən şəxs saxlanılan zaman onda xəsarətlərin olmasını təsdiq edə biləcək hər hansı sənəd isə məhkəməyə təqdim edilməmişdir. Təqsirləndirilən şəxs polis tərəfindən saxlandığı zaman pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Birinci instansiya məhkəməsi araşdırma nəticəsində təqsirləndirilən şəxsin polis bölməsinə daxil olan zaman saçının olması, polis nəzarətində olan zaman saçının qırxılaraq başının keçəl edilməsi müəyyən edildiyindən məhkəmə polis nəzarətində olmaqla həssas vəziyyətdə olan şəxsin saçının onun iradəsinə zidd olaraq qırxılaraq (Belə ki, təqsirləndirilən şəxs saçının öz iradəsinə zidd qırxıldığını iddia etmiş, bununla bağlı polis idarəsinə dəfələrlə sorğu ünvanlansa da, məhkəməyə bununla bağlı cavab verilməmiş, BİT təcridxanasından daxil olmuş məktub və fotoşəkillə isə təqsirləndirilən şəxsin saçı qırxıldıqdan sonra təcridxanaya daxil olması müəyyən edilmişdir) onun öz gözündə ləyaqətinin alçaldılmasını Konvensiyanın 3-cü maddəsi kontekstində ləyaqəti alçaldan hərəkət hesab edilməsi üçün yetərli hesab edir. Təqsirləndirilən şəxs saxlanıldığı günün səhərisi günündən başlayaraq ona elan edilmiş ittihama etiraz əlaməti olaraq ifadə verməkdən və təqdim edilmiş sənədləri imzalamaqdan imtina etmiş, saxlanıldığı və təzyiqlərə məruz qaldığını iddia etdiyi gündən 02 gün sonra barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılan zaman məhkəmə iclasında polis bölməsində döyüldüyünü, fiziki təsir-təzyiqlərə məruz qaldığını bildirmiş, həmin halı BİT-ə daxil olan zaman da bildirmiş, bununla bağlı təcridxananın səlahiyyətli şəxsi tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinə müraciət ünvanlanmış, araşdırma nəticəsində qəbul edilmiş qərardan təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə şikayət verilmiş və şikayət əsasında müvafiq qərar ləğv edilmişdir ki, bu da təqsirləndirilən şəxsin ibtidai istintaq dövründən özünün məruz qaldığı təsir-təzyiqlərlə bağlı mümkün olan bütün tədbirləri görməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ifadələrini yoxlayaraq, təqsirləndirilən şəxsin saxlanıldıqdan sonra barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəmə qarşısına çıxarıldığı zaman da hazırda məhkəmə iclasında verdiyi məzmunda ifadələr verdiyini, təqsirləndirilən şəxsin ifadələrinə işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək təqsirləndirilən şəxsin məhkəmə nəzarəti qaydasında verilmiş vəsatət və təqdimata baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında, istintaqın sonrakı gedişatı zamanı verilmiş ifadələrini, o cümlədən, hazırda məhkəmə baxışı zamanı vermiş olduğu ifadəsini mötəbər və iş materialları ilə tamamlanmış ifadələr kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi ilkin izahatın və şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı göstərdiyi xüsusatların isə təsir və təzyiq nəticəsində göstərilmiş hallar olduğunu qeyd edərək həmin sənədləri sübut kimi qəbul etmir”. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2021ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Savalanlı və digərlərinin Azərbaycana qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ## ###### 2022-cı il tarixli Qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitədir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təzyiq və təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” Qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2003-cü il #######ın ##-də, ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilmədiyi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerlərində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmətibb ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. Məhkəmə kollegiyası qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və * saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir (“Assenov və Digərləri Bolqarıstana qarşı” (Assenov and Others v. Bulgaria, 28 October 1998, § 93, Reports of Judgments and Decisions 1998-VIII) və “Selmuni Fransaya qarşı” (Selmouni v. France [GC], no. 25803/94, § 95, ECHR 1999-V)). Pis rəftar 3-cü maddənin tətbiqi dairəsinə düşmək üçün heç olmasa minimum sərtlik səviyyəsində olmalıdır. Bu minimum sərtlik səviyyəsinin qiymətləndirilməsi işin bütün hallarından, o cümlədən rəftarın müddəti, onun doğurduğu fiziki və psixi nəticələr, bəzi hallarda zərər çəkmiş şəxsin cinsi, yaşı və səhhətindən asılıdır (“İrlandiya Birləşmiş Krallığa qarşı” (Ireland v. the United Kingdom, 18 January 1978, § 162, Series A no. 25) “Kudla Polşaya qarşı” [Böyük Palata] (Kudla v. Poland [GC], no. 30210/96, § 91, ECHR 2000-XI) və “Pirs Yunanıstana qarşı” (Peers v. Greece, no. 28524/95, § 67, ECHR 2001-III)). Məhkəmə, inter alia, qəsdən, bir neçə saat ərzində fasiləsiz tətbiq edilmiş və bədənə real xəsarət vurulmasına və ya əhəmiyyətli dərəcədə fiziki və mənəvi iztirablara səbəb olmuş rəftarı “qeyri-insani” hesab etmişdir. Rəftar zərər çəkmiş şəxsdə qorxu, əzab və alçalma hissləri yaradaraq onu təhqir edirsə və ya ləyaqətini aşağılayırsa, Məhkəmə tərəfindən “alçaldıcı” hesab edilir (“Kudla” işi). Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə ## ##### 2014-cü il tarixli qərarında məhkəmə təkrar etdi ki, “polis təcridxanasına aparılan şəxsin səhhəti yaxşı olduqda, lakin təcridxanadan azad olunan zaman bədənində xəsarət müəyyən edildikdə bu xəsarətlərin necə yarandığı barədə mötəbər izahatın verilməsi vəzifəsi dövlətin üzərinə düşür və dövlət bunu edə bilmədikdə Konvensiyanın 3-cü maddəsinin pozulması ilə bağlı aşkar məsələ ortaya çıxır” (bax: “Tomasi Fransaya qarşı” (Tomasi v. France, 27 August 1992, §§ 108-11, Series A no. 241-A) və yuxarıda qeyd edilmiş “Selmuni” işi, 87- ci bənd). Məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-VII)). Məhkəmə rolunun köməkçi xarakter daşımasına həssas yanaşır və konkret işin hallarına görə qaçılmaz olduğu vəziyyət istisna olmaqla birinci instansiya məhkəməsinin funksiyasını həyata keçirmək vəzifəsini üzərinə götürən zaman ehtiyatlı olmalıdır (misal üçün bax: “MakKer Birləşmiş Krallığa qarşı” (McKerr v. the United Kingdom (dec.), no. 28883/95, 4 April 2000)). Bununla belə, Konvensiyanın 3-cü maddəsi əsasında iddialar irəli sürülərsə, Məhkəmə ölkə daxili proseslərin və istintaq hərəkətlərinin artıq baş verdiyi hallarda xüsusi hərtərəfli yoxlama həyata keçirməlidir (bax: yuxarıda qeyd edilmiş “Avşar” işi, 283-284-cü bəndlər və “Muradova Azərbaycana qarşı” (Muradova v. Azerbaijan, no. 22684/05, § 99, 2 April 2009)). Hazırkı işin hallarına gəlincə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulması sübutlarla açıq şəkildə məlumdur. Məhkəmə kollegiyası bu qərardan fərqli qərar qəbul etmək üçün hər hansı əsas görmür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs polis tərəfindən pis rəftara məruz qoyulduğunu təsdiq etmək üçün kifayət qədər güclü sübutlar təqdim edə bilmiş, ittiham tərəfi sözü gedən xəsarətin Təqsirləndirilən şəxs iddia etdiyi şəkildə deyil, digər səbəblərdən yaranması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Pis rəftarla bağlı xüsusatları təsdiq edən sübutlar məcmusunun həcmi və təkzibedilməzliyi həmin hallar üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətin əsaslı mübahisələndirməsi imkanını aradan qaldırır. Məhkəmə kollegiyası bir daha xatırladır ki, Təqsirləndirilən şəxs tutulması və ya onun üzərində axtarış aparılması ilə bağlı tərtib edilmiş protokollarda xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olmamışdır. Belə olan halda məhkəmə kollegiyası Təqsirləndirilən şəxs polis tərəfindən saxlandıqdan sonra pis rəftara məruz qoyulduğu ilə bağlı iddialarında hər hansı ziddiyyət və ya uyğunsuzluq görmür. Pis rəftarın ciddiliyi məsələsinə gəlincə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yetirilmiş xəsarətlər hər hansı mühüm tibbi müdaxilə tələb etməsə də, ona ciddi fiziki ağrılar və iztirablar yetirmişdir. Pis rəftar və onun nəticələri yəqin ki, həmçinin ona əhəmiyyətli mənəvi əzab vermiş, insan ləyaqətini alçaltmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, pis rəftar 3-cü maddə ilə tələb olunan ağırlığın minimum səviyyəsinə çatmaq və qeyri-insani və alçaldıcı rəftar hesab olunmaq üçün kifayət qədər ciddi xarakterli olmuşdur. Beləliklə də, Konvensiyanın 3-cü maddəsinin maddi hüquqi tələbləri pozulmuşdur. Birinci instansiya məhkəməsi şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə aid hissədə qeyd etmişdir ki, “ibtidai istintaq orqanın mötəbər sübut qismində istinad etdiyi digər sübut növü ## ##### 2024-cü il tarixdə saat 22:00-dan 22:15-dək keçirilmiş şəxsi axtarış və götürmə aparılmasından ibarət istintaq hərəkətinə dair protokol və həmin istintaq hərəkətini özündə əks etdirən diskdəki görüntülər olmuşdur ki, məhkəmə həmin sübuta da ayrılıqda qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs ## ##### 2024-cü il tarixdə saat 20:15-də saxlanılmış, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti isə həmin gün, saat 22:00-dan 22:15-dək keçirilmişdir ki, bu da rəsmi sənədlərə əsasən şəxsin saxlanıldıqdan 01 saat 45 dəq sonra üzərində axtarış aparılmasına dəlalət edir. Hazırkı halda rəsmi sənədlərə əsasən təqsirləndirilən şəxsin saxlanılması ilə baxışın keçirilməsi arasında 01 saat 45 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaratmış, çünki həmin müddətdə təqsirləndirilən şəxs tamamilə polisin nəzarəti altında olmuşdur. Təqsirləndirilən şəxs saxlanıldıqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkəti ilə bağlı digər bir maraqlı məqam ondan ibarətdir ki, ## ##### 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan həmin istintaq hərəkətinin 15 dəqiqə, yəni saat 22:00-dan 22:15-dək aparılması göstərilsə də, məhkəməyə təqdim edilmiş həmin istintaq hərəkətinin aparılmasını özündə əks etdirən videodiskdən həmin görüntünün cəmi 07 dəqiqə 34 saniyə ərzində həyata keçirilməsi görünməkdədir”. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına dair hissədə də gəldiyi qənaəti kifayət qədər əsaslandırmışdır, belə ki birinci instansiya məhkəməsinin apardığı araşdırmaya görə müəyyən edilmişdir ki, “cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Dövlət hesabına müdafiəçi təyin edilməsi barədə ## ##### 2024-cü il tarixli qərardan və şübhəli şəxsə müdafiəçinin təqdim edilməsi barədə protokoldan görünür ki, Bakı şəhəri “xxxx” Vəkil Bürosunun vəkili X2 şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün ona təqdim edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkətinin əslində saat 22 radələrində deyil, gecə 04 radələrində müdafiəçi gəldikdən sonra keçirildiyini, saat 22 radələrində müdafiəçinin orada olmadığını və ona təqdim olunmadığını bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin xüsusatın araşdırılması üçün ilk növbədə Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ## #### 2025-ci il tarixli məktubla müraciət olunaraq ## ##### 2024-cü il tarixdə idarəyə girib-çıxan şəxslərin qeydiyyatını nəzərdə tutan qeydiyyat kitabının məhkəməyə təqdim olunması xahiş olunsa da, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən verilmiş cavab məktubu ilə Yasamal Rayon Polis İdarəsinə daxil olan və çıxan şəxslərin qeydiyyatının aparılmasını nəzərdə tutan qeydiyyat kitabı olmadığından (Halbuki istənilən polis idarəsində oraya daxil olan və çıxan şəxslərin qeydiyyatının aparıldığı hamıya məlum olan haldır) həmin kitabın təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. Müdafiə tərəfin vəsatəti əsasında müdafiəçi Bakı şəhəri “xxxx” Vəkil Bürosunun vəkili X2 istifadəsində olan 050-319-56- 05 mobil nömrənin ## ##### 2024-cü il tarixdə saat 19:00-dan 05:00-dək anten məlumatlarının təqdim edilməsi məqsədi ilə “xxxx” MMC-yə qərarla müraciət olunmuş, müvafiq mobil operator tərəfindən təqdim edilmiş həmin mobil nömrənin anten məlumatları ilə həmin nömrənin istifadəçisinin ## ##### 2024-cü il tarixdə saat 21:47-də Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində, saat 22:19-da Elmlər Akademiyası, BDU ünvanında, 03:27-də Karvan restoranı, Abdulvahab küçəsində (Yasamal Rayon Polis İdarəsi yaxınlığı) olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxs tutulan zaman onun müdafiəçisinin yanında olmamasına, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin saxlanıldığı vaxtdan təxminən 7 saat sonra həyata keçirilməsinə (həmin istintaq hərəkətini özündə əks etdirən videogörüntüdə müdafiəçinin olması şəxsi axtarış və götürmənin müdafiəçi gəldikdən sonra, yəni təxminən gecə saat 03 radələrindən sonra həyata keçirilməsinin göstəricisidir), ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş sənədlərin formal tərtib edilərək sənədlərdəki saatların təhrif edilməsinə, təqsirləndirilən şəxsin müafiəçi ilə təmin edilmədən tutulmasına, ilkin izahatının müdafiəçinin iştirakı olmadan alınmasına və bununla da onun müdafiə hüququnun kobud pozulmasına dəlalət edir. Birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-dən əldə edilmiş polis əməkdaşı şahid4 istifadəsində olmuş 050-299-96-92 mobil nömrənin anten məlumatları ilə onun ## ##### 2024-cü il tarixdə saat 03:35, 03:40 radələrində müdafiəçi ilə eyni ünvanda (Karvan restoranı, Abdulvahab küçəsində (Yasamal Rayon Polis İdarəsi yaxınlığı) olması müəyyən edilmişdir ki, bu da təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həqiqətən də iş materiallarında göstərildiyi saatda deyil, gecə saat 03-04 radələrində keçirilməsinə dair irəli sürülmüş dəlilin əsaslı olmasına dair inamı artırır. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs müdafiəçinin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etməmiş, hüquqi yardım praktik və səmərəli hüquqi yardım olmamış və təqsirləndirilən şəxsin tutulması müdafiə hüquqlarının kobud pozulması ilə aparılmışdır”. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.10.1, 92.10.3 və 244.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında göstərilmişdir ki, qanunverici Cinayət- Prosessual Məcəlləsinin 92.3-cü maddəsində xüsusi hallar müəyyən edərək müdafiəçinin cinayət prosesində iştirak etməsinin vacibliyini nəzərə almış və onun iştirakı olmadan cinayət prosesinin həyata keçirilməsini qadağan etmişdir. Həmin hallar mövcud olduqda, cinayət təqibini həyata keçirən orqan və ya məhkəmə müdafiəçinin mütləq iştirakını təmin etdikdən sonra istintaq və ya digər prosessual hərəkətləri həyata keçirə bilər. Eyni zamanda, qanunverici şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsinin mümkünlüyünü də nəzərdə tutmuşdur. Lakin Cinayət-Prosessual Məcəllənin 92.12-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 92.3cü maddəsində göstərilmiş bəzi hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur. Müdafiəçinin cinayət prosesində mütləq iştirakının təmin olunmaması cinayət-prosessual qanunvericiliyinin pozulması kimi qiymətləndirilə və müvafiq prosessual hərəkətin və onun nəticələrinin qanunsuz hesab edilməsinə səbəb ola bilər. Sözügedən Qərarda, həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 92.10.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, həmin Məcəllənin 244-cü maddəsində nəzərdə tutulmuş axtarış və ya götürmə istintaq hərəkətləri şübhəli və ya təqsirləndirilən şəxsin iştirakı ilə aparıldıqda, müdafiəçi müdafiə etdiyi şəxsin qanuni mənafeyini qorumaq məqsədi ilə həmin prosessual hərəkətlərdə iştirakdan imtina edə bilməz. Mübahisəsizdir ki, müdafiəçinin bu cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən, müdafiə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.2. zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; 125.2.3. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin c bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. Avropa Məhkəməsi “Artico İtaliyaya” qarşı işində qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 3(c) yarımbəndi "praktik və səmərəli" hüquqi yardım hüququnu əhatə edir. Aydındır ki, vəkilin təyin edilməsi öz-özlüyündə effektiv hüquqi yardımı təmin etmir, çünki vəkil vəfat edə, ciddi xəstəliyə tutula, yaxud uzun müddət fəaliyyət imkanından məhrum ola, yaxud vəzifələrini yerinə yetirməkdən yayına bilər. Bundan başqa, iş materiallarından görünür ki, həmin izahat və ifadələr tamamilə qanunsuz yolla, yəni Təqsirləndirilən şəxs fiziki zor tətbiq olunmaqla əldə edilmişdir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, “ibtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası xxxxinin məhkəmə-kimyəvi ekspertizasının ## ##### 2024-cü il tarixli */**** saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir Hazırkı halda iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla tərtib edildiyi və təqsirləndiirlən şəxsin müdafiə hüququnun kobud şəkildə pozulmasının müəyyən edildiyi halda göstərilən bu hallar sadəcə müvafiq ekspert rəyi ilə aradan qaldırılaraq şəxsin təqsirli olması qənaətinə gəlməyə əsas verə bilməz. İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji xxxxi publik hüquqi şəxsi ambulator məcburinarkoloji tibbi yoxlamanın ## ##### 2024-cü il tarixli **** saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və narkoman xəstəsi olub-olmamasına görə deyil, onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə onun özünün narkomaniya xəstəliyindən əziyyət çəkməməsinə və ya əvvəllər istifadə etməsinə görə həmin maddə ilə təqsirli olmasını istisna edir”. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsn (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunların tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Bu maddənin məzmunu və mənasına əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Şərh olunanlar şəxsi axtarış və götürmə aparılması barədə protokolu və ona əlavə edilmiş videoçəkilişi sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokola istinad edilməklə təqdim etdiyi digər bütün sübutları, o cümlədən əməliyyat qrupunun üzvü olmuş polis əməkdaşlarının həm şəxsin saxlanılması, həm də onun üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı ifadələrini şübhə altına alır. Beləliklə, birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutların məcmusu əsasında yekun qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və birinci instansiya məhkəməsinin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs bəraət vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Lahıcov Azərbaycana qarşı” şikayəti üzrə ## ##### 2014-cü il tarixli qərarında (həmin şikayətdə Lahıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. X4 Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Lahıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun "atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Lahıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, X4 Məhkəməsi şikayətçiyə qarşı isifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətli olduğunu, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. "İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, "Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, habelə müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olardı. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət-Prosessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi haqlı və düzgün olaraq Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyinin sübuta yetirilməməsi qənaətinə gələrək, iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasını və Cinayət- Prosessual Məcəllənin müvafiq maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi qənaətinə gəlmişdir. Əməldə xuliqanlıq niyyətinin olmasına dair hissədə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə də birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilməsi və ya hökmün dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Alı Məhkəməsinin Plenumunun Qərarında qeyd olunur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndinə görə, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmçinin Qərara görə izah edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qərarın 5-ci bəndinə görə, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Qərarın 9-cu bəndinə görə, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı, Plenum Qərarının tövsiyələrini də rəhbər tutaraq, Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən və apellyasiya protestində həmin hallar mübahisələndirilmədiyindən, həmin hissədə sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-birilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hazırda hökmün məzmununda göstərilən bütün sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum görmür. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun himayəsində azyaşlı uşağının olmasını (59.1.4), zərərçəkmiş şəxslə barışıq əldə etməsini (59.1.12) yüngülləşdirən hallar kimi, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini məsuliyyətini ağırlaşdıran hal kimi əsas götürərək, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi hallar nəzərə alınaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış ## #### 2024-cü il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ####### 2018-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 315.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2019-cu il tarixli qərarı ilə 01 il müddətə həbsxana rejiminə keçirilmiş, ## ###### 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş ## #### 2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. **** saylı doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ## ###### 2017-ci il təvəllüdlü (X5) uşağı var. Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası nəzərə alır ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı açıq-aydın ədalətsiz hesab etmir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını əsas götürərək ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında sadəcə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur və həmin əməlin törədilməsinə görə şəxs iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirli bilindiyi cinayət əməli üzrə Təqsirləndirilən şəxs sanksiyada nəzərdə tutulmuş mümkün ən aşağı həddə müəyyən edilməklə ədalətli cəza təyin edildiyindən, cəzasının yüngülləşdirilməsi, ağırlaşdırılması və ya əməlin tövsif edilməsi, bəraət verilməsi üçün əsalar müəyyən edilmir. Apellyasiya baxışı zamanı müdafiə tərəfi məhkum edilmiş şəxs barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş cəzanın “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının tətbiq edilməsi ilə azaldılmasını xahiş etsə də, məhkəmə kollegiyası həmin hissədə qeyd edir ki, hazırda həmin Qərarın tətbiq edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, hazırkı iş üzrə hökm və apellyasiya instansiya məhkəməsində baxış müvafiq amnistiya qərarının qüvvəyə mindiyi gündən sonrakı tarixə aiddir. Belə ki, Qərarın 3-cü bəndinə görə, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan və ehtiyatsızlıqdan ağır cinayət törətdiklərinə görə təyin edilmiş 5 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olan məhkumların cəzası 6 ay azaldılır (bu Qərarın 6-cı hissəsində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 9-cu bəndinə görə, bu Qərarın 1-3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Bundan başqa, məhkəmə kollegiyası onu da qeyd edir ki, Qərarın 7.1-ci bəndinə görə, bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər barəsində tətbiq edilmir. Odur ki, apellyasiya protesti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya protestinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarı, həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklərə əsasən dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-****/**** saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Vəkil müdafiəçi1 tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat pul köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-501/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-501/2026
03.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver