Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-502/2026 01.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Elnur Aləm oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Müdafiəçi X7, Zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlunun, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə, habelə məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə və onun tərəfindən apellyasiya şikayətinə verilmiş əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Namazov Fərid Arif oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və X5 ibarət tərkibdə) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ## ###### 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 01 (bir) azyaşlı uşağı olan, ali təhsilli, “xxxx” MMC nin direktoru olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 4 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli ## ##### 2024-cü il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Hökmlə iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Qayıbzadə İlham Yusif oğlunun mülki iddiası qismən təmin olunaraq cinayət nəticəsində vurulmuş maddi zərərə görə 13000 (on üç min) manat və mənəvi zərərə görə 3000 (üç min) manat olmaqla, ümumilikdə 16000 (on altı min) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Qayıbzadə İlham Yusif oğluna ödənilməsi, iş üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 mülki iddiaçı qismində statusuna xitam verilməsi və mülki iddia ərizəsinin ona geri qaytarılması, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia ilə müraciət etmək hüquqlarının izah edilməsi hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurmaqla Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib öz qulluq mövqeyindən istifadə edərək ona müraciət etmiş X1 özünü girov müqabilində kredit verən mötəbər şəxs kimi təqdim edərək ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında sonuncunun atası zərərçəkmiş şəxs3 məxsus 35 qram çəkidə, ümumi dəyəri zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 10000 manat təşkil edən 01 ədəd 750 əyarlı qızıl dəsti qəbul edib, orada 24 ay müddətinə 6000 manat kredit verməklə, müəyyən edilmiş ödəniş cədvəlinə uyğun aylıq ödənişləri tam ödəyəcəyi təqdirdə girov qoyulmuş əmlakı geri qaytaracağına dair yalan vədlər verib ##.##.2023-cü il tarixli PRFN**-****** nömrəli “əşyanın lombardda girovu haqqında” müqavilə tərtib etməklə inamını qazanıb sonuncunun etibarından sui-istifadə etməklə aldadaraq girov müqabilində götürülmüş kredit məbləğinin zərərçəkmiş şəxs3 tərəfindən ##.##.2023-cü il tarixdə ödənilməsinə baxmayaraq, verdiyi vədlərə əməl etməyib sonuncuya məxsus 10000 manat dəyərində 35 qram çəkidə 01 ədəd 750 əyarlı qızıl dəsti ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib öz qulluq mövqeyindən istifadə edərək ona müraciət etmiş zərərçəkmiş şəxs4 özünü girov müqabilində kredit verən mötəbər şəxs kimi təqdim edərək ##.##.2023 cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında sonuncuya məxsus 68,7 qram çəkidə, ümumi dəyəri zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 7000 manat təşkil edən 750 əyarlı 05 ədəd qızıl üzüyü, 01 ədəd qızıl kulonu, 750 əyarlı 01 ədəd boyunbağını, 01 cüt sırğa və 01 ədəd qolbaqdan ibarət qızıl dəsti qəbul edib, orada 36 ay müddətinə 4700 manat kredit verməklə, müəyyən edilmiş ödəniş cədvəlinə uyğun aylıq ödənişləri tam ödəyəcəyi təqdirdə girov qoyulmuş əmlakı geri qaytaracağına dair yalan vədlər verib ##.##.2023-cü il tarixli PRFN**-****** nömrəli “əşyanın lombardda girovu haqqında” müqavilə tərtib etməklə inamını qazanıb sonuncunun etibarından sui istifadə etməklə aldadaraq girov müqabilində götürülmüş kredit məbləğinin ##.##.2024-cü tarixdə ödənilməsinə baxmayaraq, verdiyi vədlərə əməl etməyib zərərçəkmiş şəxs4 məxsus 7000 manat dəyərində 750 əyarlı 05 ədəd qızıl üzüyü, 01 ədəd qızıl kulonu, 750 əyarlı 01 ədəd boyunbağını, 01 cüt sırğa və 01 ədəd qolbaqdan ibarət qızıl dəsti ələ keçirib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib öz qulluq mövqeyindən istifadə edərək ona müraciət etmiş Yusifzadə Baba İlham oğluna özünü girov müqabilində kredit verən mötəbər şəxs kimi təqdim edərək 2023-cü ilin oktyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında sonuncunun atası Qayıbzadə İlham Yusif oğluna məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə ümumi dəyəri 13000 manat təşkil edən 01 ədəd üzüyü, 01 ədəd qolbağı, 01 cüt sırğanı, 01 ədəd boyunbağı və kulondan ibarət 01 ədəd qızıl dəsti, 02 ədəd brilliant qaşlı qızıl nişan üzüyünü, 01 ədəd brilliant qaşlı qızıl üzüyü, 02 ədəd alyans qızıl üzüyü, 01 ədəd Çar Rusiyasına aid antik qızıl beşliyi, 03 cüt qızıl sırğanı, 01 ədəd nazik qızıl sırğanı, 01 ədəd nazik qızıl boyunbağını, 02 ədəd uşaq üçün qızıl qolbağı, 01 cüt qırmızı qaşlı antik qızıl sırğanı qəbul edib, orada 24 ay müddətinə 5100 manat kredit verməklə, müəyyən edilmiş ödəniş cədvəlinə uyğun aylıq ödənişləri tam ödəyəcəyi təqdirdə girov qoyulmuş əmlakı geri qaytaracağına dair yalan vədlər verib 2023-cü ilin oktyabr ayının əvvəllərində “əşyanın lombardda girovu haqqında” müqavilə tərtib etməklə inamını qazanıb girov müqabilində götürülmüş kredit məbləğinin ##.##.2024-cü tarixdə İlham Qayıbzadə tərəfindən ödənilməsinə baxmayaraq, verdiyi vədlərə əməl etməyib sonuncuya məxsus 13000 manat dəyərində 01 ədəd üzüyü, 01 ədəd qolbağı, 01 cüt sırğanı, 01 ədəd boyunbağı və kulondan ibarət 01 ədəd qızıl dəsti, 02 ədəd brilliant qaşlı qızıl nişan üzüyünü, 01 ədəd brilliant qaşlı qızıl üzüyü, 02 ədəd alyans qızıl üzüyü, 01 ədəd Çar Rusiyasına aid antik qızıl beşliyi, 03 cüt qızıl sırğanı, 01 ədəd nazik qızıl sırğanı, 01 ədəd nazik qızıl boyunbağını, 02 ədəd uşaq üçün qızıl qolbağı və 01 cüt qırmızı qaşlı antik qızıl sırğanı ələ keçirib zərərçəkmiş şəxs İlham Qayıbzadəyə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanında “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edib öz qulluq mövqeyindən istifadə edərək tanışları Rusiya Federasiyası vətəndaşları zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 “xxxx” ASC-nin 28 May filialında depozit hesablarında külli miqdarda pul vəsaitinin olması barədə məlumat aldıqdan sonra onlara özünü lombard fəaliyyəti ilə məşğul olan “xxxx” MMC-nin direktoru kimi təqdim edərək, depozit hesablarındakı pulu çıxarıb lombard fəaliyyətinə böyük məbləğdə pul vəsaiti yatırımı edəcəkləri halda guya yüksək gəlir əldə edəcəklərini, yatırdıqları pulun itirilmə təhlükəsinin olmadığını, daim artan xətt üzrə sabit gəlir verəcəyi, əvəzində zəmanət olaraq həmin dəyərdə yüksək əyarlı qızıl-zinət əşyalarını girov qismində verəcəyini bildirməklə etibarlarından sui-istifadə etməklə aldadaraq, 1629 manat dəyərində 2163,32 qram çəkidə bijuteriyanı yüksək əyarlı və qiymətli qızıl-zinət əşyaları adı ilə sonunculara girov kimi təqdim edib, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə ## ###### 2023-cü il tarixdə ünvan 2 ünvanında “xxxx” ASC-nin 28 may filialının qarşısında zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxs2 190000 manat, ## ####### 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 A/4 ünvanında yerləşən “28 Mall” ticarət mərkəzinin qarşısında isə 20000 manat olmaqla ümumilikdə 210000 manat pul alıb ələ keçirərək verdiyi vədə əməl etməyib zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 110000 manat məbləğində külli miqdarda, zərərçəkmiş şəxs2 isə 1***** manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları, sübutların təsviri: İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək işin faktiki hallarını, ailə vəziyyətini, şəxsiyyətini nəzərə alaraq hökmün ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün ləğv edilməsini və mövcud faktlara uyğun ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, o törətdiyi və heç bir cinayət tərkibi olmayan bir işdə təqsirli bilinərək ədalətsiz olaraq 7 il 6 ay müddətinə həbs cəzasına məhkum olunmuşdur. İşin faktiki hallarına və ittiham tərəfinin təqdim etdiyi sübutlara baxsaq görərik ki, heç bir cinayət tərkibindən söz gedə bilməz. X14 və zərərçəkmiş şəxs2 birinci instansiya məhkəməsində verdikıəri ifadələri ilə işin faktki halları uzlaşmır. X14 və X15suz olaraq zərərçəkmiş şəxs qismində tanınmışlar. X14 və X15 ilə onun arasında olan münasibətlər ticarə münasibətlər olmuşdur. Nədənsə onları iş üzrə zərərçəkmiş şəxs qismində tanışlar. X15 ifadəsi tam yalan olması açıq aydın iş materialları ilə görünür. İlham Qayıbzadənin epizodu ilə bağlı isə onu bildirir ki, İlham Qayıbzadə “xxxx”MMC-nin müştərisi deyil. Onunla heç bir müqavilə bağlanmamışdır. Baba Yusifzadə “xxxx”MMCnin müştərisidir. O, dəfələrlə girov qoyub-girov götürüb və qoyduğu qızılları geri almışdır. Son hadisədə atası kimi təqdim edən İlham etibarnamə təqdim etmədiyinidən girovu götürə bilməmişdir. Burada niyyət verilən öhdəliyin geri ödənməsi olmuşdur. Sənədlər qaydasında olsa idi, girov təhvil təslim olacaq idi. zərərçəkmiş şəxs4 ilə 4.700 manat kredit rəsmiləşdirilmiş və onunla müqavilə bağlanmışdır. Onun 1.000 manat borcu olduğundan girov qoyduğu qısıllar geri qaytarımamışdır. Alış Əliyevlə ilə heç bir müqavilə bağlanmamışdır. Vüsal Əlizadə onların şirkətinin daimi müştərisidir. O, dəfələrlə kredit götürmüş və girovu təhvil almışdır. Atasının girovu götürməməsinə səbəb etibarnamənin olmamasıdır. Bütün faktlar iş materialları ilə və şahid ifadləri ilə tam sübut edilir ki, mövcud iş üzrə onun heç bir təqsiri yoxdur. İş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlu apellyasiya şikayəti verərək qızıllarının qaytarılması, qızıl əmlakların qaytarılması mümkün olmadıqda, cinayət nəticəsində vurulmuş zərər görə həmin əmlakların ödəniş gününə bazar qiyməti ilə hesablanmaqla pul şəklində, mənəvi ziyanın əvəzi kimi 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Qayıbzadə İlham Yusif oğluna ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Həmin cinayət işi üzrə Qayıbzadə İlham Yusif oğlu da zərərçəkmiş şəxslərdən biridir. Belə ki, cinayət işinin materiallarından və ittiham aktından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mənim etibarımdan sui-istifadə edərək, oğlum Baba tərəfində lombarda qoyulmuş qızıl əşyalarımın qaytarılması üçün pulumu almış, qızıl əşyalarımı isə bu günədək qaytarmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən, mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, Bu Məcəllədə nəzərdə tutulmuş kifayət qədər əsaslar olduqda hər bir şəxs özünün zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizə ilə cinayət prosesini həyata keçirən orqana müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqan şəxsin zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, mülki cavabdeh, onların və ya şahidin qanuni nümayəndəsi, yaxud nümayəndəsi qismində tanınması barədə ərizəsini aldığı andan 3 (üç) gündən gec olmayaraq ona baxmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməklə bu qərarın surətini ərizəçiyə göndərməlidir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən, mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəx cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazıh formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 185-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə mülki iddiaçının, yaxud onun nümayəndəsinin vəsatəti və ya öz təşəbbüsü ilə verilmiş, yaxud gələcəkdə qaldırıla bilən mülki iddianın təmin edilməsi üçün tədbirlər görməlidir. Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən, mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağh digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Həmin Məcəllənin 187.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2006-cı il tarixli fərmanında Ali Məhkəməyə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmək və onu məhkəmə təcrübəsində tətbiq etmək tövsiyyə olunur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X29 haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarında məhkəmələrin nəzərinə çatdırılır ki, insan hüquları müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsidir. Azərbaycan Respublikası “İnsan hüquqlarının və X29 haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi ##.##.2002-ci ildən Konvensiya və onun prtokollarının təfsiri və tətbiqi məsələləri üzrə insan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdikdən sonra yurisdiksiyası altında olan insanların konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. “X8 его AB” Belçikaya qarşı məhkəmə işində Avropa İnsan hüquqları Məhkəməsi hesab etmişdir ki, Belçika Qanunvericiliyinə əsasən mülki hüquq pozuntusu (delikt) əsasında vurulmuş ziyana görə kompensasiya tələbi ziyanın vurulduğu andan yaranır. Bu tələb əmlak nöqteyi-nəzərdən “aktiv” təşkil edir və buna görə də * saylı protokolun 1-ci maddəsi baxımından “mülkiyyət” sayıla bilər. Eyni zamanda “İnsan Hüquqları və X22 Haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik” “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə ##.##.2020- ci il tarixli Qərarı) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qətnamənin icrası ilə bağlı ##.##.2009-cu il Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyil. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan respublikasının Konstitusiya Məhkəməsinin ##.##.2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər vətəndaşların hüquqlarının müdafiəsinin müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı halda kompensasiya edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşmar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsində təsbit olunmuşdur ki, insan ləyaqəti qorunur və ona hörmət edilir; Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir; Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır; Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asıh olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır; Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsində təsbit olunmuşdur ki, hər kəsin yaşamaq hüququ vardır; Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsində təsbit olunmuşdur ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hesab edirəm ki, vurulmuş maddi və mənəvi zərər məhz təqsirləndirilən şəxsin hüquqazid və cinayət əməli nəticəsində baş verdiyindən həmin zərər bütövlükdə Təqsirləndirilən şəxs tutularaq mənə verilməlidir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs bəraət verilməsini, zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlunun apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini, onun qızıllarının qaytarılması, qızıl əmlakların qaytarılması mümkün olmadıqda, cinayət nəticəsində vurulmuş zərər görə həmin əmlakların ödəniş gününə bazar qiyməti ilə hesablanmaqla pul şəklində, mənəvi ziyanın əvəzi kimi 100.000 (yüz min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iddiaya dair hissədə qanunvericiliyin tələbinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 epizodu ilə bağlı məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, keçmiş müştərisi Vüsal Əlizadə ilə aralarında dostluq münasibətləri formalaşdıqdan sonra sonuncu 30 qram qızıl gətirib kreditə pul götürmək istədiyini dedikdə, o, Vüsal Əlizadəyə təqdim etdiyi qızılın miqdarına görə kredit düşmədiyindən, aralarında dostluq münasibətləri olduğuna görə sonuncunu “Moskva Univermağı”-na göndərib qızıla orada dəyər qoydurmasını söyləmiş, həmin vaxt 750 əyarlıq qızılın qramı 70 manata dəyərləndirildiyindən qızıl komplektinin 3500 manat dəyərində olması müəyyən edilmişdir. Bundan sonra o, həm girovlu, həm də girovsuz kredit müəyyən edərək 6000 manat pulu kredit şəklində Vüsal Əlizadəyə vermiş, sonuncu yenidən 2000 manatdan bir qədər yuxarı məbləğdə krediti götürmüş, krediti tam ödədikdən sonra o, Vüsal Əlizadəyə 2000 manatdan bir qədər yuxarı məbləğə görə girov qoyduğu qızılları geri qaytarmışdır. Vüsal Əlizadə bir müddət sonra X26 getdiyinə görə kreditin pulunu atası zərərçəkmiş şəxs3 ödəməyə başlamışdır. zərərçəkmiş şəxs3 pulu tam ödəyib qutardıqdan sonra o, qızılları təhvil verməyi üçün sonuncudan etibarnamə tələb etdikdə aralarında mübahisə yaranmış, zərərçəkmiş şəxs3 ona etibarnamə təqdim etmədiyi üçün qızılları sonuncuya təqdim etməmişdir. Hal-hazırda həmin qızıllar saxlanc yerindədir və istənilən vaxt geri qaytarıla bilər. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, ibtidai istintaq dövründə zərərçəkmiş şəxs3lə üzləşdirilmədiyindən, qızılları sonuncuya təqdim etməmiş, həmin qızıllar hazırda başqa bir şəxsin adına olan bank hesabında saxlanılır. X10 ilə bağladığına görə qızılları etibarnamə olmadan zərərçəkmiş şəxs3 təqdim edə bilmir. Həmin vaxt qızılın dəyəri 3400-3500 manat aralığında olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 epizodu ilə bağlı məhkəmə baxışında göstərmişdir ki, onun işlədiyi “xxxx” MMC-nin müştərilərlə bağlanan müqaviləyə əsasən girov kimi verilən predmeti başqa yerə girov qoymaq hüquqları vardır və bu, bağlanan müqavilədə öz əksini tapır. zərərçəkmiş şəxs4 ilə heç bir problemi yoxdur. İbtidai istintaq dövründə müstəntiq onu zərərçəkmiş şəxslərin heç biri ilə üzləşdirmədiyinə görə məsələ bu qədər böyümüşdür. Belə ki, zərərçəkmiş şəxs4 qızılları “xxxx” ASC-nin kassasındadır. Müqaviləyə əsasən müştəri bütün borcunu tam şəkildə ödəyib bitirdikdən sonra 29 gün müddətində həmin şəxsin girov qoyduğu əşyalar ona geri qaytarılır. Lakin zərərçəkmiş şəxs4 borcunu ödədikdən dərhal sonra, yəni heç 5 gün belə keçməmiş mobil telefon vasitəsilə zənglər edərək hədə-qorxu gəlməyə başlamış və borcunu tam həcmdə ödəmədiyi üçün sonuncunun qızıllarını qaytarmamışdır. Hətta zərərçəkmiş şəxs4 ona borcu vardır, onun isə zərərçəkmiş şəxs4 heç bir borcu yoxdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, etibarnamə verə bilmədiyinə görə zərərçəkmiş şəxs4 qızıllarını qaytara bilməmiş, hətta ibtidai istintaq dövründə dəfələrlə müstəntiqlərdən ona Zöhrə xanımın qızıllarını “xxxx” ASC-nin kassasından götürüb təqdim etməsi üçün başqasına etibarnamə verməsinə şərait yaratmalarını xahiş etsə də, müstəntiqlər buna şərait yaratmamışdır. Hal-hazırda da, ona şərait yaradıldığı təqdirdə etibarnamə verərək zərərçəkmiş şəxs4 qızıllarını qaytara bilər. Lakin hazırda həbsdə olduğu üçün saxlanc yerindən onun qızıllarını verəcək heç kim yoxdur. İlk başda zərərçəkmiş şəxs4 borcu olduğu halda sonuncunun qızıllarını qaytarmağa razılaşsa da, sonradan zəng edərək hədə-qorxu gəldiklərinə görə qaytarmaq fikrindən dönmüş və borcunu tam şəkildə bağladığı təqdirdə qızıllarını geri qaytaracağını demişdir. zərərçəkmiş şəxs4 qəbz üzrə bütün ödənişləri ödədiyini bildirsə, sonuncunun ödənilməyən məbləği qalmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Qayıbzadə İlham Yusif oğlu epizodu ilə bağlı məhkəmə baxışında göstərmişdir ki, Qayıbzadə İlham Yusif oğlu yox, sonuncunun oğlu Yusif Qayıbzadə şirkətin müştərisi olduğu üçün girovu İ.Y.Qayıbzadəyə təqdim verə bilməmişdir. Hətta oğlu Yusif Qayıbzadə mobil telefon vasitəsilə ona zəng edib girov qoyulmuş qızılları başqa şəxsə verməməsini tapşırmışdır. X11 ilə şirkət arasında bağlanmışdır. Həmin müqavilə 2 hissədən ibarət olmaqla dəyərləri 3000 manat və 2000 manat olan girovlar şirkətə təhvil verilmişdir. Həmin girovlardan biri qaytarılmış, digəri isə müqavilə tərəfi, yəni Yusif Qayıbzadə olmadığına görə təqdim edilə bilməmişdir. O, İlham Qayıbzadənin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə razılaşmır. 54. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X14, zərərçəkmiş şəxs2 epizodları ilə bağlı məhkəmə baxışında göstərmişdir ki, o, müvafiq müqaviləni X14 bağlamışdır. zərərçəkmiş şəxs2 müqavilənin tərəfi olmamasına baxmayaraq ibtidai istintaq orqanı sonuncunu da zərərçəkmiş şəxs qismində tanımışdır. X14 əldə etdiyi 210000 manat pul hal-hazırda müxtəlif müştərilərdədir. O, tutulmamışdan əvvəl 2 ay ərzində müştərilər vaxtlı şəkildə ödənişlərini ödəsələr də, saxlanıldıqdan sonra ödəmələr aparılmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, hal-hazırda 210000 manat məbləğində pul 137 nəfər aktiv müştərisində olsa da, həbsdə olduğu üçün müştərilərdən pul tələb edə bilmir. O, H.Zərdabi 87 ünvanında yerləşən “xxxx” MMC-nin rəhbəri vəzifəsində yeganə təsisçi kimi çalışmışdır. Onun işçiləri və bank hesabı olsa da, girovlar hal-hazırda onun yox, çox güvəndiyi bir şəxsin “xxxx” ASC hesabındadır. Zərərçəkmiş şəxslərdə etibarnamə olmadığına görə qızıllarını geri qaytarmamış, bağladığı müqavilələrin heç biri üzrə pozuntu etməmişdir. Zərərçəkmiş şəxslərin sənədləri düzgün olduğu halda hər birinin qızılını geri qaytaracaqdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayında dəqiq xatırlamadığı tarixdə maddi vəziyyətində yaranmış problemlərlə əlaqədar oğlu Vüsal Əlizadə evindəki 10000 manat dəyərində olan bütün qızılları dostu Təqsirləndirilən şəxs yanına apararaq girov qoyub 6000 manat pul əldə etmiş, daha sonra oğlum ailəsi ilə birlikdə xarici ölkəyə yaşamaq üçün getmişdir. Daha sonra o, öz şəxsi vəsaiti hesabına həmin ilin dekabr ayında borcu tam şəkildə ödəmiş və oğlunun verdiyi qızılları geri qaytarmasını Təqsirləndirilən şəxs tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələrlə qızılları ona geri qaytarmaqdan imtina etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 həmçinin bildirmişdir ki, verilmiş qızılların dəyəri 10000 manat olmuşdur. O, şikayətçidir, qızılları geri tələb edir. O, oğlu Vüsalın “xxxx” MMC-dən hər hansı bir məbləğdə kredit götürüb-götürməməsi barədə yoxdur. Qızılları oğlu girova qoymuş, müqaviləni oğlu ilə Təqsirləndirilən şəxs bağlamışdır. Həmin qızıllar ona məxsus olmuş, o, həmin qızıl-zinyət əşyalarını ailəsi üçün almışdır. 10000 manat dəyərində olan qızıllara görə hansı səbəbdən 6000 manat kreditin verilməsi ilə bağlı məlumatı yoxdur, bu barədə oğlu Vüsal ilə Təqsirləndirilən şəxs razılaşmışlar. Girova qoyulan qızılları uzun müddət əvvəl aldığına görə hal hazırda əlində qızılın dəyərini təsdiqləyən heç bir qəbz mövcud deyil. İbtidai istintaq zamanı adından tərtib edilmiş ifadə ona məxsus olmuş, qızılları Təqsirləndirilən şəxs oğlu Vüsal təqdim edib kredit məbləğini götürmüş, qızılların dəyəri kredit götürülərkən mütəxəssis tərəfindən müəyyən edilmiş, oğlu və Təqsirləndirilən şəxs arasında lombard və qiymətləndirmə müqavilələri bağlanmışdır. Müqavilədə girovun dəyəri müəyənləşmiş, təqdim edilmiş girov qarşılığında oğlu 6000 manat məbləğində pul götürmüşdür. Həmin qızıl keçmiş dövrə aid brilliant komplektidir, həmin vaxt o, qızılı 10000 manata almışdır. Qiymətləndirmə müqaviləsində 3500 manat kimi qeyd edilsə də, həqiqətdə 6000 manatdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, övladını təkbaşına böyüdən anadır. Uşağı həm vərəm, həm də epilepsiya xəstəliyindən əziyyət çəkir. Uşağının müalicəsinə tək başına gücü çatmaması və özünün də zinyət əşyalarının olmaması səbəbindən bacısı 27 yaşındakı övladını müalicə etdirə bilməsi üçün zinyət əşyalarını ona vermişdir. Bacısının zinyət əşyalarını iş yerinin yanında olan lombarda qoyaraq övladının müalicəsi üçün pul vəsaiti götürdükdən sonra faizi ödəməkdə çətinlik çəkmişdir. İş yoldaşı ona münasib bir “bank” olduğunu və bankın lombard bölməsinə qızılları qoyub istədiyi məbləğdə pul vəsaitini götürə, daha az faizlə həmin pul vəsaitini ödəyə bildiyini dedikdə həmin bankdan Yaqub adlı bir şəxslə əlaqə yaratmışdır. Hətta həmin Yaqub adlı şəxs Təqsirləndirilən şəxs da tanıyır. O, bacısının bütün qızıllarını götürüb Yaqub adlı şəxsin yanına getmiş və Yaqub hesablayıb ümumilikdə əlindəki qızılların 70 qram çəkisinin olmasını müəyyən etmişdir. Belə ki, həmin qızılların içərisində 3 ədəd bahalı brilliant üzük, brilliant komplekt və s. mövcud olmuşdur. Bunları Təqsirləndirilən şəxs da bilmişdir. Bundan sonra ona verilmiş müəyyən bir qrafik üzrə faizləri ödəməyə başlamışdır. İşdə lotoreya oynayıb əlinə bir qədər pul yığdıb Təqsirləndirilən şəxs müəyyən qədər pul verdiyi təqdirdə, faizin azalmasının mümkün olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs da bunun mümkün olduğunu söyləmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs rəsmi qaydada, rəsmi sənəd, yəni çek əsasında pul vəsaitlərini ödəmişdir. Sonda onun 1000 manatdan bir qədər çox borcu qalmışdır. Həmin borcu da Təqsirləndirilən şəxs evinin yaxınlığında vəkilinin iştirakı ilə Kəyana qaytarıb çek almışdır. Lakin Təqsirləndirilən şəxs möhürün ofisdə qaldığını və ofisin plomblandığını, ofis açılan kimi çekə möhür vuracağını bildirmişdir. Təqsirləndirilən şəxs qızılları nə vaxt götürə biləcəyini soruşduqda isə sonuncu 5 iş günü müddətində götürə biləcəyini söyləsə də, həmin vaxtın üzərindən uzun müddət keçməsinə baxmayaraq qızıllar ona geri qaytarılmamışdır. O, dəfələrlə Təqsirləndirilən şəxs zəng edərək qızılların özünün yox, bacısının olduğunu və təcili şəkildə geri qaytarmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs bütün əməliyyatlarını “xxxx” ASC vasitəsilə həyata keçirdiklərinə və həmin bank da bağlandığına görə, bütün əməliyyatların “xxxx” ASC-yə köçürülməsi səbəbindən qızılların qaytarılmasının bir qədər zaman alacağını bildirmişdir. O, insanlıq halı olduğunu düşünərək normal yanaşmışdır. Hadisələr 2024-cü ilin yanvar ayında baş vermiş, o, son ödənişi 2024-cü ilin yanvar ayında etmişdir. Həmin vaxtdan indiyədək qızıllar ona geri qaytarılmamış, o da məcbur qalıb müvafiq orqanlara şikayət etmişdir. Təqsirləndirilən şəxs 70 qram qızılını istəyir, şikayətçidir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 həmçinin bildirmişdir ki, ilk əvvəllər həmin lombard “AF Mall”-un içərisində yerləşsə də, sonradan H.B.Zərdabi küçəsinə köçmüşlər. Təqsirləndirilən şəxs özünü lombardın müdiri kimi tanıtmışdır. Təqsirləndirilən şəxs ona qızılları bunkerdə saxladığını demişdir. 7000 manat yox, verdiyi 70 qram qızılı istəyir. Qoyduğu girovun başqa yerə girov kimi qoyulması hüququnu, razılığını Təqsirləndirilən şəxs verməmişdir. Müqavilədə elə bir bənddin olduğunu görməmiş, müqaviləni oxumadan imzalamışdır. Eyni zamanda, bacısı Təqsirləndirilən şəxs zəng etsə də, hədə-qorxu gəlməmiş, qızılları geri qaytarmasını demişdir. İbtifadi istintaqda verdiyi ifadə ona məxsusdur. O, 7000 manat pulun əvəzinə 70 qram qızılların geri qaytarılmasını üstün tutur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Qayıbzadə İlham Yusif oğlu ifadəsində göstərmişdir ki, o və oğlu Qarabağ uğrunda gedən döyüşlərdə ağır yaralar alıb qazi adına layiq görülmüş, oğlu müharibədən aldığı travmalara görə ağrılarını unutması üçün çoxlu içki içməyə başlamışdır. Həmin dövrdə oğlu ailəsinə xəbər vermədən 2 dəfəyə evdəki qızılları aparıb lombarda qoymuş, hətta oğlu 6 ay müddətində xəstəxanada müalicə almışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs ona zəng edib oğlunun lombarda qızıl qoyaraq 2 il müddətinə kredit götürdüyünü və aylıq ödənişi ödəmədiyini söylədiyindən, o, Təqsirləndirilən şəxs kreditin pulunu ödəməli ünvanı deməsini, pulu ödədikdən sonra qızılları təhvil alacağını demişdir. O, “Moskva Univermağı”-nın ətrafında yerləşən “İdeal” qızıl mağazasında 4800 manat pulu rəsmi qəbz əsasında ödədikdən sonra Təqsirləndirilən şəxs qızılları tələb etsə də, sonuncu ona qızılları geri qaytarmamışdır. Ona ümumilikdə 13000 manat zərər dəymişdir. O, qızıllarını geri tələb edir. Zərərçəkmiş şəxs Qayıbzadə İlham Yusif oğlu həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs nə qızılları qaytarmış, nə də həmin pul məbləğini vermişdir. Qızıllar qaytarılmadığı halda, təqsirləndirilən şəxsdən şikayətçidir. Oğlu 4800 manat məbləğində kredit götürmüş, qızılları o, oğlunun toyu üçün almışdır. O, krediti tam şəkildə ödəmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qardaşı X14 2017-ci ilin sonu-2018-ci ilin əvvəllərində Bakı şəhərinə gəlmişdir. Belə ki, onlar Rusiya Respublikasının “xxxx” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasında işləmək üçün gəlmişlər. 2022-ci ilin avqust ayına kimi “Crescent” Mall, dəniz suyunun şirinləşdirilməsi, “xxxx” ASC-nin bir çox layihələrində, Ələt qəsəbəsi və Samur qəsəbəsi bağlı bir çox böyük miqyaslı lahiyələrdə iştirak etmiş, 2022-ci il tarixdə Azərbaycanda daimi yaşamaq barədə qərarlaşdırdıqdan sonra bir çox yerə investisiyalar etmək qərarına gəlmişlər. İlk öncə “xxxx” ASC-də depozit hesabı açıb oraya pul yerləşdirdikdən sonra qardaşı Nikitanın dostu Hikmət adlı şəxs qardaşına zəng edib investisiya etmək üçün uyğun şəraitin olduğunu bildirərək həmin investisiyaya Hikmətin dostu Kəyanın rəhbərlik edəcəyini demişdir. Hikmət Təqsirləndirilən şəxsla 15 ilə yaxın dostluq münasibətlərinin olduğunu bildirdikdən sonra Nikita ilə Hikmətin 6 ilə yaxın dostluq münasibətlərinin olması səbəbindən həm Hikmətə, həm də Kəyana tam şəkildə güvənmişlər. Aralarındakı razılaşmaya əsasən qardaşı Nikita “xxxx” ASC-nin depozit hesabına külli miqdarda qızıl qoyaraq bankdan pul əldə edəcək, beləliklə, “xxxx” ASC-dən Nikita 90000 manat, o isə 1***** manat kredit götürmüş, Nikita qızılları bankın depozit hesabına ## ###### 2023-cü il tarixdə qoyduğu gün kreditin rəsmiləşdirilməsi həyata keçirilmişdir. Kredit məbləğini əldə etdikləri gün bütün pulları Təqsirləndirilən şəxs verərək Kəyanla birlikdə “xxxx” ASC-nin Nərimanov filialına yollandıqda Kəyan həmin yerdən çoxlu sayda bağlamaları, yəni verdikləri pullara zəmanət olaraq 18 ədəd bağlamada ümumi çəkisi təqribən 1 kq 200 qram olan “qızıl”-ı onlara təqdim etmişdir. Sonradan təqdim edilən bağlamadakı materialların qızıl olmadığı və Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını öyrənmişlər. Eyni zamanda Kəyanla notarial müqavilə bağlamağa çalışsalar da, sonuncu məsələni uzadaraq notarial müqavilə bağlamaqdan yayındığı üçün Kəyanla heç bir notarial müqavilə bağlaya bilməmişlər. Kəyanla aralarında bağlanmalı olan müqaviləni Hikmət tərtib etməli olsa da, Hikmət də pulu Kəyana verdikdən sonra məsələyə yaxın durmadığı üçün qardaşı Nikita özü şəxsən müqaviləni tərtib etmişdir. Nikita müqaviləni tərtib etdikdən 2 ay sonra Təqsirləndirilən şəxs həmin müqaviləni imzalamasına müvəffəq olmuşlar. Təqsirləndirilən şəxs həm müqaviləni, həm də qızılların depozitdə olmasını təsdiqləyən aktı imzalamaqdan imtina etmişdir. Hikmət onları Kəyanla tanış edərkən sonuncunun “xxxx” şirkətinin rəhbəri olduğunu söyləsə də, Nikita və o bankdan kredit götürərək Kəyana verdikdən, “qızıllar”-ı isə Kəyan zəmanət kimi onlara verdikdən uzun müddət sonra Kəyanın “xxxx” şirkətindən çoxlu sayda işçiləri işdən azad etdiyini eşitmişlər. Kəyan ilk olaraq Yaqubu işdən azad edikdən sonra onlara verdiyi qızılların bir hissəsinin Yaquba məxsus olduğunu iddia edərək həmin qızılların müəyyən hissəsini tələb etdiyi üçün qızılların müəyyən hissəsini Yaquba qaytarmışlar. Ən sonda yaxın qohumu kimi tanıtdığı Samir adlı şəxsi qızıl alışverişini düzgün rəsmiləşdirə bilməməsi bəhanəsi ilə işdən azad etmişdir. Dividentlərin verilməsi təqribən 2024-cü ilin avqust ayında dayandırılsa da, Təqsirləndirilən şəxs müqavilə şərtlərinə riayət etməməsini təbii fəlakətlərin baş verməsi ilə əlaqələndirmiş və qardaşı Nikita Təqsirləndirilən şəxs müqavilə üzrə öhdəliklərini yerinə yetirə bilmədiyinə görə sonuncu ilə yenidən bir müqavilə bağlamışdır. Həmin müqaviləyə görə Kəyan əlavə olaraq qardaşı Nikitaya 20000 manat məbləğində pul verməli, beləliklə, Təqsirləndirilən şəxs qardaşı Nikitaya olan borcu ümumi olaraq 110000 manat təşkil edəcəkdi. Ayrılıqda Kəyanın ona 1***** manat borcu olduğundan, hal-hazırda Kəyanın onlara ümumilikdə 210000 manat borcu mövcuddur. Kəyanla bağladıqları kredit müqavilələrinin müddəti bitdiyinə görə Təqsirləndirilən şəxs Elşənlə razılığa gələrək müqavilənin müddətini artırmağa çalışmışdır. Kəyan əvvəl mövcud olan borclarını bağlamaq üçün yenidən 107000 manat kredit əldə etmək istədiyi üçün manipulyasiya edərək keçmiş kreditini, borclarını bağlamaq üçün onların adına yenidən kredit götürmüş, beləcə onlara heç bir məbləğ gəlməyərək dəyişən heç bir şey olmamışdır. Təqsirləndirilən şəxs həm qardaşını, həm də onu yenidən aldatmış və yenidən o, 107000 manat, qardaşı Nikita isə 94000 manat kredit götürmüşlər. İkinci dəfə Kəyana götürdükləri pul məbləğlərini verdikdən sonra sonuncu işlətdiyi ofisi bağlayaraq qaçmışdır. Təqsirləndirilən şəxsla əlaqə saxlamağa çalışsalar da, əlaqə saxlaya bilməmişlər. Təqsirləndirilən şəxs bəzən onlara 50-100 manat məbləğlərində pullar yollayaraq, bəzən isə qızılın fotoşəkilləri göndərərək ofisin fəaliyyətini davam etdirdiyini və narahat olmamalarını söyləmişdir. 2024 cü ilin aprel ayında ona məxsus olan depozit hesab, 2024-cü ilin iyun ayında isə Nikitaya məxsus olan depozit hesab dondurulmuş, beləliklə, dondurulmuş depozit hesablar kreditlərin ödənilməsi üçün yönləndirilmişdir. O, Azərbaycanda qalması üçün istifadəsində olan avtomobili sataraq krediti bağlamış, lakin qardaşı Nikitanın əlində yetərli qədər vəsait olmadığına görə Rusiya Federasiyasına getmək məcburiyyətində qalmışdır. Daha sonra o, müvafiq hüquq-mühafizə orqanlarına Təqsirləndirilən şəxs qanunsuz əməllərindən şikayətlər etməyə başladığı üçün sonuncu həbs edilmişdir. Təqsirləndirilən şəxs onları aldadaraq bütün pullarını mənimsəmişdir. Bu işdə Hikmət də Kəyanla əlbir olmuşdur və onların Kəyana aldanmalarının səbəbkarı birbaşa Hikmət olmuşdur. Hikmət onlarda Kəyana qarşı güvən və etibar yaradaraq Kəyanla birlikdə onları aldatmışdır. Cinayət əməlində Kəyan və Hikmətdən başqa Samir də işlərin içərisində olmuşdur. Onlarda olan qızılları saxta qızıllarla Samir əvəz etdiyindən, sonuncunun da əvvəldən Kəyan və Hikmətlə əlbir olduğunu güman etməkdədir. Bundan başqa, Məhəmməd adlı şəxs də vardır ki, sonuncu bu işdə aktiv iştirak etməsə də, Kəyana köməklik etmişdir. Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən o və qardaşı Nikitaya ümumilikdə 210000 manat zərər vurmuş, həmin puldan hər hansı məbləğ qaytarılmamışdır. İlk əvvəl Təqsirləndirilən şəxs verdiyi qızıllar həqiqi olsa da, sonradan Təqsirləndirilən şəxs qızılları onlardan alıb yenidən qaytardıqda qızılları saxtaları ilə dəyişdirmiş və 2024-cü ilin iyun ayında artıq qızılların hamısının saxta olduğu onlara məlum olmuşdur. Sonradan Təqsirləndirilən şəxs onlara verdiyi qızıllların üzərində heç bir “prob” olmamasından saxta olduqlarını öyrənmişlər. Hal-hazırda qızılların harada olduğunu bilmir və özündə olan qızılların hamısı saxtadır. Qardaşı Nikita ## ###### 2023cü il tarixdə və həmin ilin fevral ayında ümumilikdə 90000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Qardaşı Nikita 110000 manat, o isə 1***** manat, ümumilikdə, 210000 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Ödənilən pullardan təxminən 34000 manat Kəyan tərəfindən onlara geri qaytarılmışdır. Təqsirləndirilən şəxs lombard fəaliyyəti ilə məşğul olduğunu və paketdəki qızılların digər müştərilərə məxsus olduğunu bilməmiş, Təqsirləndirilən şəxs biznes fəaliyyəti ilə məşğul olduğunu sonuncunun danışdığı sözlərə əsasən müəyyən etmişdir. Həmin qızılları özünün götürə bilməsi üçün rəsmiləşdirmə həyata keçirilməli idi. Həmçinin qızıl paketlərini istənilən an Təqsirləndirilən şəxs digər paket ilə əvəz edə bilərdi. Həm qardaşı, həm özü şikayətçidir və dəymiş zərərin ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilmiş X14 həmin ifadəsində göstərmişdir ki, onun bank hesabında 104000 manat, qardaşı Evgenıınin isə bank hesabında 112000 manat pul olmuş, həmin puldan gələn faiz gəliri ilə yaşamışlar. Pullar “xxxx” ASC-də depozitə qoyulmuşdur. 2017-ci ildə tanış olduğu Hikmət adlı şəxs ona taksi xidməti göstərdiyindən, arlarında inam yaranmış və hər ikisi bank hesablarında olan pullar barədə Hikmətə bildirmişlər. 2023-cü ilin yanvar ayının əvvəlində Hikmət onunla əlaqə saxlayıb bir şirkətə işə düzəldiyini söyləyib həmin şirkətin investorlara ehtiyacı olduğunu dedikdə o, iş barədə maraqlanmış, Hikmət də bir neçə lombarda pul qoyub qazanc əldə etmək imkanını izah etmişdir. Bu işlə “xxxx” MMCnin direktoru Təqsirləndirilən şəxs məşğul olduğunu dedikdə, o ilk öncə razı olmasa da, sonradan razılaşmışlar. Bundan sonra ##.##.2023-cü il tarixdə o və qardaşı “xxxx” ASCnin “28 May” metrostansiyası yaxınlığında yerləşən filiala getdikdə, Təqsirləndirilən şəxs qarşılayıb birgə bnka girmiş, həmin vaxt o və qardaşı bankdan götürdükləri kreditlə birlikdə ümumilikdə 210000 manat pulu Kəyanın avtomobilində sonuncuya təqdim etmişlər. Həmin yerdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “xxxx” ASC-nin filialından və Yasamal rayonu, Tbilisi prospektində yerləşən “Regional” BOKT-dan 18 paketdə qızılları götürərək ona təqdim etmişdir. O, həmin qızılları “xxxx” ASC-nin “28 May” metrostansiyası yaxınlığında yerləşən mərkəzi filialında depozit qutusuna qoymuşdur. Aralarındakı razılaşmaya görə Təqsirləndirilən şəxs onunn verdiyi 210000 manatı təqdim edilmiş cədvələ uyğun qaytarmalı, habelə Təqsirləndirilən şəxs qızılları istədikdə buna görə pul verməli idi. Sonradan Təqsirləndirilən şəxs ona pulu olmamasına görə ondan götürəcəyi qızılların yerinə yeni qızılları verəcəyini, lakin verdiyi həmin qızılları paketlənmiş vəziyyətdə olacağı üçün açılmamalı olduğunu söylədikdə, o, inanıb razılamış və bir neçə dəfə qızılların dəyişdirilməsinə etiraz etməmişdir. Buna səbəb Təqsirləndirilən şəxs paketd verdiyi qızılların saxta olacağını düşünməməyi olmuşdur. 2023-cü ilin fevral ayında Hikmət Təqsirləndirilən şəxsla aralarında maddi problemlər olduğu üçün işdən çıxdığını və birlikdə işləmədiklərini dediyindən, o, Təqsirləndirilən şəxsla danışmışdır. Qızılları bankdan etibarnamə əsasında qardaşı Evqeniidə götürüb Təqsirləndirilən şəxs vermiş, sonuncu ilə 1 sellofan paketdə qızıl kimi bildirdiyi əşyaları gətirərək açmadan seyfə qoyulmasını söyləmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızılları başqası ilə əvəz edəndə sellofan paketdə bağlanılmış vəziyyətdə təqdim etmiş, bunun səbəbini soruşduqda guya həmin qızılların qablaşdırılmasının möhürlənməsini söyləib açılacağı təqdirdə problem yaranacağını demişdir. 2023-cü ilin avqust ayından Təqsirləndirilən şəxs ona verməli olduğu aylıq ödənişi gecikdirməyə və ödəməməyə başlamış, buna səbəb kimi işlərin zəif getdiyini göstərmişdir. Sonuncu dəfə 2024-cü ilin aprel ayının əvvəlində Təqsirləndirilən şəxs onun kartına 200 manat pul göndərmiş, 2024-cü ilin yanvar ayında seyfin saxlama müddətinin bitdiyi üçün etibarnamə verdiyi qardaşı zərərçəkmiş şəxs2la birlikdə 18 ədəd sellofan bağlamada olan, içərisində qızıl olmasını düşündükləri bağlamaları bankdan götürmüş, həmin qızıl paketlərinin tamlığı pozulmadan götürülmüşdür. Bir müddət sonra dəyişdirilmiş qızılların keyfiyyəti ilə bağlı onda şübhə yarandığından, qardaşı ##.##.2024-cü il tarixdə qızıllardan birini yoxladıqda içərisində olan metalın qızıl olmadığını müəyyən etmiş və aldadıldığını anlamışdır. Həmin vəsaitinin 1***** manat hissəsi qardaşı Evgenııyə, 110000 manat hissəsi isə ona məxsus olmuşdur. Nikita Ekushov əlavə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin avqust ayından etibarən o və qardaşı Evgenııə vəd etdiyi hər ay 3200 manat pul vəsaitini tam şəkildə deyil, az ödəniş etmiş və sonrakı aylarda ümumiyyətlə iki-üç ay ərzində heç bir məbləğ ödəməmişdir. Bundan sonra onlar Kəyandan 2023-cü ilin dekabr ayında bütün pul vəsaitlərini, yəni 210000 manat pulu tam şəkildə istəmişlər. Çünki Kəyanın vəd etdiyi işi bacarmadığını, pul ödəmədiyini, hər dəfə aylıq vəd etdiyi qazancı istədikdə müxtəlif bəhanələr gətirdiyini görmüşlər. Kəyan ona və qardaşı Evgenııə demişdir ki, “xxxx” ASCdən kredit götürüb pullarını tam şəkildə verəcək, əgər həmin bankdan kredit əldə edə bilmədiyi təqdirdə isə, Məhəmməd adlı tanışında olan qızılları götürüb satıb, ya da kredit qarşılığında bankda və ya başqa bir lombardda girov qoyub 160000 manat pul verəcək, Evgenııə ödəməli olduğu 1***** manat pulu verdikdən sonra sonuncu ilə iş əlaqəsini bitirib onunla iş əlaqəsini, yəni vəd etdiyi kimi lombarddan qazanc verəcəyi adı ilə ofis kirayələyib, işinə yatırım edəcəkdir. Bu səbəbdən, qardaşı Evgenıı ilə birgə Kəyanı bir müddət də gözləmişlər və sonra pullarım tələb etdikdə sonuncu hər dəfə onlara demişdir ki, Məhəmməd adlı dostu ilə danışıb pul götürəcək. Kəyan onların yanlarında bir neçə dəfə Məhəmmədlə danışdıqdan sonra onlara demişdir ki, Məhəmməddən pul alıb gəlib onlara ödəniş edəcək. Kəyan Məhəmmədlə danışdıqdan sonra onunla görüşüb onlara ayrı vaxtlarda 200, 100, 500 manat ödəniş etmişdir. Məhəmməd hətta bir dəfə bildiklərinə görə Kəyana lazım olanda böyük məbləğlərdə pul vermişdir. O, şəxsən görməsə də, Kəyanın Samir adlı işçisi olduğunu bilmişdir. Kəyan Samiri nəsə lazım olanda danışıb harasa göndərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, o, Nikitanı 6 il əvvəldən, Kəyanı isə 15 il əvvəldən tanıyır. Təqsirləndirilən şəxsla kafedə əyləşən zaman sonuncu ona 1***** manat pul qoyacaq investor tapmasını və həmin pulun müqabilində ona 2% dəyərində pul verməyi təklif etdiyindən, o da bu barədə yaxın dostu olan Nikitaya danışmış və iş görüldüyü təqdirdə hər ay gələcək 2000 manat puldan 500 manatının ona, 1500 manat pulun isə Nikitaya çatacağına razılaşmışlar. O, Kəyan ilə Nikitanı tanış etdikdən sonra aralarındakı razılaşma əsasında Nikita 190000 manat pulu bankdan çıxarıb Kəyana təqdim etmiş, təxminən bu hadisədən 1 ay sonra o, özünə qarşı haqsızlıqlar edildiyindən və ədalətsiz, qanunsuz nələrinsə baş verdiyini hiss etdiyindən həmin məsələdən uzaqlaşmışdır. O, bu məsələyə görə çox əziyyət çəkmişdir. O, bu məsələ ilə dindirilsə də, təfərrüatlarını bilmir. Şahid şahid2 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs Nikitanın verdiyi pula qarşılıq olaraq bir növ güvənc və zəmanət yaratmaq məqsədilə sonuncunun adına, yəni bank hesabına külli miqdarda qızıl qoymuş, lakin qızılların hansı həcmdə olduğunu bilməmişdir. İlk ay Kəyan qazanc kimi Nikitaya 3000 manatdan çox pul vermişdir. Onun Təqsirləndirilən şəxsla sıx əlaqəsi olmamışdır. Onun iştirakı ilə 1***** manat Evgenıınin, 90000 manat isə Nikitanın adına olmaqla, ümumilikdə 190000 manat məbləğdə pul götürülmüş, lakin müqavilə bağlanılarkən yanlarında olmadığı üçün müqavilənin kimlər arasında bağlandığını bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs ona zəng edib ofisinin olmadığını və rəsmiləşdirmə həyata keçirmək məqsədilə onun ‘Moskva Univermağı”-nda yerləşən “İdeal” qızıl mağazasından istifadə edib-edə bilməyəcəyini soruşduqda, o, razılıq verdiyindən, dəqiq xatırlamadığı tarixdə tanımadığı qazidən 4500 manata yaxın məbləğdə ödəniş almış və bununla bağlı müəyyən qəbzi həmin qaziyə təqdim etmişdir. Başqa heç bir məsələdən məlumatım yoxdur. Şahid şahid1 həmçinin bildirmişdir ki, həmin şəxsin İlham Qayıbzadə olub-olmadığını xatırlamır. Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş X14 Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə ünvanladığı ##.##.2024-cü il tarixli, *-**-**/*-E-***/**** nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aldadaraq onun 110000 manat pulunu və qardaşının 1***** manat pul vəsaitini ələ keçirmiş, ümumilikdə 210000 manat pul vəsaitini aldadaraq əldə etmişdir. (Cild 1, iş vərəqi 6) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ##### 2024-cü il tarixli “Konüllü təqdim edilən əşyanı götürmə və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ümumilikdə 24 ədəd dairəvi, 20 ədəd zəncir formalı qolbaq, 37 ədəd üzük, 25 ədəd boyunbağı və 43 cüt sırğa iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən protokola əlavə edilərək götürülmüşdür. (Cild 1, iş vərəqi 39-54) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2024-cü il tarixli, */****-*/**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların metalın qiymətsiz əlvan metal ərintisindən və dəmir əsaslı ərintidən hazırlanmışdır. Məmulatların bəziləri üzərində olan qaşlar qiymətli qaşlara aid deyil. Məmulatların ümumi çəkisi 2163,32 qramdır. Məmulatlar üzərində əyar damğası yoxdur, bijuteriya hesab olunurlar. Məlumatlar ayrı-ayrılıqda tədqiqi hissədə göstərilmişdir. Ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cü ilin mart-iyul ayına qədər olan müddətə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1629,0 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat müəyyən edilmişdir. (Cild 1, iş vərəqi 70 73) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş “xxxx” MMC ilə Nikita Ekushov arasında bağlanmış ## ####### 2023-cü il tarixli müqavilədən görünür ki, Nikita Ekushov 12 ay müddətinə 20000 manat məbləğində vəsaiti fəaliyyətini təmin etmək üç va köçürməlidir. (Cild 1, iş vərəqi 78-79)ün “xxxx” MMC-yə köçürməlidir. “xxxx” MMC qızılı girov kimi Nikita Ekushova köçürür. (Cİld 1, iş vərəqi 78-79) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş “xxxx” MMC ilə Nikita Ekushov arasında bağlanmış ## ###### 2023-cü il tarixli müqavilədən görünür ki, Nikita Ekushov kreditə götürdüyü vəsaiti (MYİ ****** saylı kredit müqaviləsinə əsasən 90000 manat məbləğində 11 ay müddətinə və MYİ ***** №-li kredit müqaviləsinə 9 ay müddətinə 1***** manat məbləğində) “xxxx” MMC-nin əməliyyat fəaliyyətini təmin etmək üçün geri qaytarılmalı əsaslarla “xxxx” MMC-yə köçürür. xxxx” MMC isə qızılı girov kimi Nikita Ekushova köçürür. (Cild 1, iş vərəqi 80-82) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli ******** nömrəli “Paketdəki qızılların” təhvil-təslim aktından görünür ki, “təhvil verdi:” qrafasında “xxxx” MMC, “təhvil aldı:” qrafasında zərərçəkmiş şəxs2 adı qeyd edilmişdir. (Cild 1, iş vərəqi 84) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli ******** nömrəli “Paketdəki qızılların” təhvil-təslim aktından görünür ki, “təhvil verdi:” qrafasında “xxxx” MMC, “təhvil aldı:” qrafasında zərərçəkmiş şəxs2 adı qeyd edilmişdir. (Cild 1, iş vərəqi 85) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli ******** nömrəli “Paketdəki qızılların” təhvil-təslim aktından görünür ki, “təhvil verdi:” qrafasında “xxxx” MMC, “təhvil aldı:” qrafasında zərərçəkmiş şəxs2 adı qeyd edilmişdir. (Cild 1, iş vərəqi 86) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli ******** nömrəli “Paketdəki qızılların” təhvil-təslim aktından görünür ki, “təhvil verdi:” qrafasında “xxxx” MMC, “təhvil aldı:” qrafasında zərərçəkmiş şəxs2 adı qeyd edilmişdir. (Cild 1, iş vərəqi 87) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli ******** nömrəli “Paketdəki qızılların” təhvil-təslim aktından görünür ki, “təhvil verdi:” qrafasında “xxxx” MMC, “təhvil aldı:” qrafasında zərərçəkmiş şəxs2 ad qeyd edilmişdir. (Cild 1, iş vərəqi 86) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli, NV/*****/** nömrəli girov müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs2 112000 manat məbləğində pul vəsaitini “xxxx” ASC-də girov qoymuşdur. (Cild 1, iş vərəqi 89-90) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2024-cü il tarixli, 20-Y *-*-***-** saylı kredit müqaviləsinə * saylı əlavədən görünür ki, Ekushov Nikita “xxxx” ASC-dən 97500 manat məbləğində kredit götürmüşdür. (Cild 1, iş vərəqi 94) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli, 20-y *-*-****-** nömrəli “Kredit xəttinin ayrılmasına dair” müqavilədən görünür ki, zərərçəkmiş şəxs2 106000 manat məbləğində pul vəsaitini “xxxx” ASC-dən kredit götürmüşdür. (Cild 1, iş vərəqi 114-115) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ##### 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə zərərçəkmiş şəxs X14 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. (Cild 1, iş vərəqi 173-180) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ##### 2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə üzləşdirilən zaman sonuncunun üzünə qarşı ifadəsində göstərdiklərini bildirmişdir. (Cild 1, iş vərəqi 181-188) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ##### 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 189-191) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli, *(***)-***/**** saylı qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli ##.##.2024cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən həbs qətimkan tədbiri ##.##.2024-cü il tarixədək, həmin məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarına əsasən ##.##.2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqi 213-217; Cild 4, iş vərəqi 35-40; 105-111) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin ##.##.2024-cü il tarixli tələbnaməsindən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2020-ci il tarixli, *(***)-**/**** nömrəli hökmündən və “Amnistiya aktının tətbiq edilməsi barədə” ##.##.2026-cı il tarixli qərardan görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü və 179.2.3-cü maddələri ilə təqsirli bilinmiş, ona CM-in 313-cü maddəsi ilə cəza təyin edilməmiş, həmin Məcəllənin 179.2.3cü maddəsi ilə isə 01 (bir) il 02 (iki) ay müddətinə dövlət orqanlarında, yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. ##.##.2026-cı il tarixli “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 2.6cı bəndinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzad azad olunmuşdur. (Cild 1, iş vərəqi 245) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai araşdırılması Baş İdarəsinin ## ### 2024-cü il tarixli, **/**-**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ********** nömrəli VÖENin verilmə tarixi ##.##.2019, “xxxx” MMC-ninə məxsus 2007630621 VÖEN-in verilmə tarixi ##.##.2022 göstərilmişdir. (Cild 1, iş vərəqi 248-249) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ### 2024-cü il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nikita Ekushovun təqdim etdiyi 01 ədəd “İphone 13 Pro” markalı telefona baxış keçirilmiş və həmin mobil telefonun “Whatsapp” mobil tətbiqində +************ nömrəli şəxsin Nikita Ekushovla mesaj bölməsinə baxış zamanı Nikita Ekushov tərcüməçi Camal Bədəlovun tərcüməsi ilə bilmişdir ki, həmin mobil nömrə ilə onunla danışan və mesaj yazan şəxs X3r. Həmin mesaj bölməsində;- Nikita Ekushov: “seyfə nə isə qoyacağıq”,- +************: “əməkdaşlarım kütbeyindir”,- Nikita Ekushov: “hər şey qaydasındadır, sadəcə soruşmaq istədim”,- +************: “Bəli, amma evdə saxlaya bilərsiniz. Nə vaxt istəsəniz qoya bilərsiniz”.- ## #### 2023-cü il tarixdə +************: “Nə problem var. Müştəri borcu bağlayıb. Qızılları istəyir. YEvgenıı bildirdi ki, sonra danışarıq”.- Nikita Ekushov: “ümumiyyətlə heç bir problem yoxdur”.- ## #### 2023-cü il tarixdə saat 20 radələrində +************: “salam, işlər necədir, sabah imkan varsa banka seyfə getmək lazımdır, orada qızıl var, onu biz götürməliyik. Onun yerinə isə qızılımız var, qoyarıq seyfə”.- Nikita Ekushov: “salam, hər şey yaxşıdır. Mən belə düşünürəm, Jenyannın xəbəri var. O mənə yazdı. Sabah gedəcək”.- +************: “sağ ol”.- +************: “elektron tərəzinin üzərində şəffaf sellofan bağlamada qızılı rəngdə məmulatların fotosəkli. 588 qram qızıldır”.- Nikita Ekushov: “onlar onu tapmadılar?”- +************: “55000 manat sizə ödəyəcəyəm”.- Nikita Ekushov: “yaxşı”. Hər iki şəxs arasında yuxarıdakı məzmunda yazışmalar olmuş, fotoşəkillər əlavə edilmişdir. (Cild 1, iş vərəqi 296) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş Qayıbzadə İlham Yusif oğlunun Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizədə o, Təqsirləndirilən şəxs şikayət etmişdir. (Cild 2, iş vərəqi 11) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ###### 2024cü il tarixli, ***** nömrəli qəbzdən görünür ki, Yusifzadə Baba İlham oğlu (AA2677453) tərəfindən həmin tarixdə PRFN**-****** nömrəli müqaviləsi üzrə ************-****** saylı hesaba 2501 (iki min beş yüz bir) manat köçürülmüşdür. (Cild 2, iş vərəqi 14) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ###### 2024cü il tarixli, ***** nömrəli qəbzdən görünür ki, Yusifzadə Baba İlham oğlu tərəfindən həmin tarixdə PRFN**-****** nömrəli müqaviləsi üzrə ************-****** saylı hesaba 1979 (bir min doqquz yüz yetmiş doqquz) manat köçürülmüşdür.(Cild 2, iş vərəqi 14) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ###### 2024cü il tarixli ”Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı təhqiqat zərurəti ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 3005ci məhəllədə yerləşən “Moskva” Ticarət Mərkəzinə baxış keçirilmişdir. Həmin ticarət mərkəzi “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşir. Üzbəüz ticarət mərkəzi ilə “Mcdonalds” restoranı vardır. Ətrafda çox saylı ticarət iaşə obyektləri və yaşayış binaları yerləşir. Ticarət mərkəzi iki mərtəbədən ibarətdir. Qeyd edilən binanın fotoşəkilləri protokola əlavə olunmuşdur. (Cild 2, iş vərəqi 16) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs3 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizədə o, Təqsirləndirilən şəxs şikayət etmişdir. (Cild 3, iş vərəqi 111) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ##.##.2023-cü il tarixli, PRFN**-***** nömrəli kredit müqaviləsindən görünür ki, “xxxx” MMC-nin direktoru Təqsirləndirilən şəxs ilə X1 arasında 6000 manat dəyərində kredit müqaviləsi bağlanmışdır. (Cild 3, iş vərəqi 112-118) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs4 Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, həmin ərizədə o, Təqsirləndirilən şəxs şikayət etmişdir. (Cild 3, iş vərəqi 111) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ###### 2023cü il tarixli, PRFN**-****** nömrəli Kredit müqaviləsindən görünür ki, girov qoyan zərərçəkmiş şəxs4 girov saxlayan “xxxx” MMC-dən 36 ay müddətinə 4700 azn ödəniş götürmüşdür. (Cild 3, iş vərəqi 142-143) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş PRFN**-****** nömrəli Girov müqaviləsindən görünür ki, girov qoyan zərərçəkmiş şəxs4 girov saxlayan “xxxx” MMC-yə tərəflərin qarşılıqlı razılığı əsasında dəyəri 4809 azn dəyərində qızıl zinət əşyası girov qoymuşdur. (Cild 3, iş vərəqi 144-146) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ##### 2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxs4 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqi 176)Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş ## ### 2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxs3 həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqi 195) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## #### 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqi 238-239) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ###### 2024cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Qayıbzadə İlham Yusif oğlu həmin tarixdə zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 3, iş vərəqi 259) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ###### 2024cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan yeni ittiham elan edilmişdir. (Cild 4, iş vərəqi 10-11) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ####### 2024cü il tarixli “Mülki iddiaçı kimi tanınma haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxs3 mülki iddiaçı kimi tanınmışdır. (Cild 4, iş vərəqi 87-88) Birinci instansiya məhkəməsində elan olunmaqla tədqiq edilmiş ## ###### 2024cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxs4 tərəfindən təqdim olunmuş 02 ədəd müqavilə, X14 təqdim etdiyi bijuteriya əşyaları olan 24 ədəd bilərzik qolbaq, 20 ədəd zəncir formalı qolbaq, 37 ədəd üzük, 25 ədəd boyunbağı və 43 cüt sırğa, Qayıbzadə İlham Yusif oğlunun təqdim etdiyi içərisində “Whatsapp” mobil tətbiqinə dair çıxarışlar olan 01 ədəd disk maddi sübut kimi tanınmış, 02 ədəd müqavilə, 01 ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmış, bijuteriya əşyaları isə saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş üzrə təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları sübut növü kimi qiymətləndirilmişdir. (Cild 4, iş vərəqi 144-160) Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifini müzakirə edərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X29 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. .. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Birinci instansiya məhkəməsi əməlin tövsifi məsələsini müzakirə edərkən cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CMin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Plenum qərarında həmçinin qeyd edilmişdir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (qərarın 3-cü bəndi). Məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər (qərarın 5-ci bəndi). Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər (qərarın 27-ci bəndi). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, müdafiə tərəfi mövqeyini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hər hansı şəxsi aldatmamış, tərəflər arasında müqavilə münasibətləri mövcud olmuşdur. Habelə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3 və Qayıbzadə İlham Yusif oğluna götürülmüş qızılları qaytarmamasına əsas kimi sonuncuların qızılı götürməyə hüquqlarının olmadığını, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 isə ödənişi tam etmədiyinə görə qızılların qaytarılmadığını demiş, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və X14 götürülmüş pulları isə biznes fəaliyyəti ilə əlaqələndirib pulların müştərilərdə olduğuna görə qaytara bilmədiyini söyləmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, Qayıbzadə İlham Yusif oğlu (hər iki zərərçəkmiş şəxsin oğulları tərəfindən) və zərərçəkmiş şəxs4 lombarda qızıllar qoyulmaqla kredit götürdüklərini təsdiqləmiş, götürülmüş kredit məbləğini və edilmiş ödənişləri mübahisələndirməmişdir. Eləcə də, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və X14 ümumilikdə 210000 manat məbləğində pulu da ona verdiyini bildirmişdir. Bunlar işin mübahisəsiz halıdır. Müdafiə tərəfi tərəflər arasında müqavilə münasibətlərinin mövcud olduğunu iddia etməklə, təqsirləndirilən şəxsin hər hansı dələduzluq əməlini törətmədiyini iddia etmişlər. Müdafiə tərəfinin həmin dəlillərinə münasibətdə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs “xxxx” MMCnin direktoru kimi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 övladı Vüsal Əlizadə ilə ##.##.2023-ü il tarixdə “PRFN00-000150” nömrəli “Əşyanın lombardda girovu haqqında”, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs4 ilə ##.##.2023-cü il tarixdə “PRF00-000152” nömrəli “Əşyanın lombardda girovu haqqında” və zərərçəkmiş şəxs Qayıbzadə İlham Yusif oğlunun övladı Baba Yusifzadə ilə isə 2023 cü ilin oktyabr ayının əvvəllərində “Əşyanın lombardda girovu haqqında” müqavilələr bağlamışdır. Hər üç zərərçəkmiş şəxs müvafiq müqavilələr əsasında özlərinə məxsus qızılları dəyərləndirdikdən sonra Təqsirləndirilən şəxs təqdim etmişlər. Həmin vaxt təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqdim edilmiş qızıllar əsasında verilmiş kreditləri ödədikləri təqdirdə girov qoyulmuş əmlakın geri qaytarılacağına dair vəd verdiyindən, zərərçəkmiş şəxslər özlərinə aid kredit ödənişlərini həyata keçirib kreditləri tam ödəsələr də, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirməklə müvafiq qızılları qaytarmamaqla ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən əmlakların qaytarılmaması obyektiv hallarla, yəni müflisləşmə və ya uğursuz kommersiya fəaliyyəti nəticəsində, borclunun əmlakının oğurlanması və bu kimi sair hallarla əlaqədar deyildir. Təqsirləndirilən şəxs niyyəti həmin müqavilələri bağlamazdan əvvəl özgənin, yəni zərərçəkmiş şəxslərin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək olmuş və bu, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və digər sənədlərlə müəyyən edilmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi zərərçəkmiş şəxslər X14 və zərərçəkmiş şəxs2 epizodu ilə bağlı qeyd etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin şəxslərdən götürülmüş pul vəsaitinin qaytarıla bilməməsini obyektiv hallarla əlaqələndirə bilməmiş, o, yalnız həmin pul vəsaitinin müştərilərdə olduğunu deməklə kifayətlənmişdir. Lakin zərərçəkmiş şəxslər X14 və zərərçəkmiş şəxs2 təqdim etdikləri və maddi sübut kimi tanınmış bijuteriyalardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin zərərçəkmiş şəxslərin etibarından sui-istifadə edib aldatmaq girov kimi təqdim etdiyi həqiqi qızılları sonradan bijuteriyalarla əvəz etmiş və bununla da X14 və zərərçəkmiş şəxs2 pulunu ələ keçirməyə müvəffəq olmuşdur. Məhkəmə o nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs3, Qayıbzadə İlham Yusif oğlu, zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxs2 və X14 öz əmlaklarını, yəni müvafiq olaraq qızıl və pul vəsaitini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yalan vədlərinin təsiri altında könüllü surətdə vermiş, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs niyyəti əmlakı, yəni müvafiq olaraq qızıl və pul vəsaitini ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, həmin şəxslərin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmişdir. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən nəticəsi və əsaslandırması ilə razılaşmaqla bərabər, iş üzrə toplanmış və hazırda apellyasiya baxışı zamanı bir daha qiymətləndirilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə qiymətləndirərək müdafiə tərəfinin apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsas görmür. Belə ki, məhkəmə kollegiyası tərəflər arasında münasibətlərin mülki xarakterli olmasında dair müdafiə tərəfinin iddialarını əsassız hesab edib qeyd edir ki, yuxarıda qeyd edilən Plenum qərarına əsasən mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prossessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. İşin faktiki halları onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə guya “işgüzar” münasibətlər barədə şifahi razılığa gələrkən öncədən kriminal niyyətdə olmuş, onlara bilə-bilə yalan danışmış və yalan vədlər vermiş və bununla artıq özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olduğunu şəksiz nümayiş etmişdir. Tərəflər arasında hər hansı real işgüzar və ya digər mülki xarakterli münasibətlər mövcüd olmamışdır. Məhkəmə kollegiyası “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarında göstərilən tövsiyyələri nəzərə alaraq belə yekun nəticəyə gəlir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadəsi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Cinayət işinin apellyasiya baxışı zamanı məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39 və 42-ci maddələrində göstərilən hallar müəyyən edilmədiyindən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilə bilməz, bu barədə apellyasiya şikayətlərinin dəlilləri müdafiə tərəfinin subyektiv mülahizələri üzərində qurulmaqla onu cinayət məsuliyyətindən yayındırmaq cəhdləri daşıyır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bütün prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə işinin ədalətli və açıq araşdırılması hüququ təmin olunmaqla onun barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “İnsan hüquqlarının və X22 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkarniyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəməyədək icraat zamanı və məhkəmə baxışı dövründə davranışını, məhkumluğunun olmamasını təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" ## ##### 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. İşin konkret hallarına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirmiş, nəticədə həddindən artıq humanizmin nümayiş etdirilməsinə yol verilməmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası, qeyd olunan normaların tələbləri baxımından verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə razılaşmır və hesab edir ki, şikayətlərdə göstərilənlər əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza, şəxsiyyətinə, törətmiş olduğu cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, cəza təyin etmənin ümumi prinsiplərinə uyğundur. Birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmü ilə ona cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə düzgün riayət olunmuş, ona şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olaraq təqsirli bilindiyi cinayət qanunu maddəsinin sanksiyası hüdudlarında, cəzanın məqsədlərini təmin edən azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Qayıbzadə İlham Yusif oğlunun apellyasiya şikayətinə əsasən mülki iddia məsələsini də müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi mülki iddia üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, zərərçəkmiş şəxs Qayıbzadə İlham Yusif oğlu məhkəməyə mülki iddia ərizəsi təqdim edərək vurulmuş maddi ziyanın əvəzi kimi qızılların qaytarılması, qızıl əmlakların qaytarılması mümkün olmadıqda həmin əmlakların ödəniş gününə bazar qiyməti ilə hesablanmaqla pul şəklində, mənəvi ziyanın əvəzi kimi 1***** (bir yüz min) manat məbləğində pul vəsaitinin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenum qərarının # ###### 2008-ci il tarixli * nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X22 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin plenum qərarının müvafiq bəndlərinə görə, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə, birinci instansiya məhkəməsi qeyd edilənləri və “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarının müddəalarını nəzərə alaraq, Qayıbzadə İlham Yusif oğlunun mülki iddiası qismən təmin edilməlidir. Belə ki, İlham Qayıbzadənin ərizəsində göstərildiyi kimi müvafiq qızılların fiziki olaraq qaytarılması hazırki mərhələdə mümkün olmadığından, onun mülki iddiası hazırki cinayət işi üzrə sübuta yetirilmiş həddə əsaslı hesab edilməlidir. Beləliklə birinci instansiya məhkəməsi düzgün və qanuni olaraq belə nəticəyə gəlmişdir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Qayıbzadə İlham Yusif oğlunun mülki iddiası qismən təmin edilməli, maddi zərərin əvəzi kimi 13000 (on üç min) manat və mənəvi zərərin əvəzi kimi 3000 manat olmaqla, ümumilikdə 16000 (on altı min) manat pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Qayıbzadə İlham Yusif oğluna ödənilməlidir. Göründüyü kimi zərərçəkmiş Qayıbzadə İlham Yusif oğlunun apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən dəlillər birinci instansiya məhkəməsində də irəli sürülmüşdür və hökmdə həmin dəlillər əsaslandırılmış şəkildə cavablandırılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs (mülki cavadeh) Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Qayıbzadə İlham Yusif oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 tərəfindən məhkum edilmiş şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-502/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-502/2026
01.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver