Məhkəmə qərarları › İş №1(3-6)-503/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-503/2026

08.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-503/2026 08.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, X5 Əhmədoviçin iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmü ilə (hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi ilə) ##.##.1985-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 1 (bir) uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Bakı şəhəri Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, ev 13, mənzil 28-də qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının qismən toplanmaqla, ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ###### 2026-cı il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbirinin seçilməsi və məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı Istintaq Təcridxanasına təhvil verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq 11,62 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram olan, üzərində «Alyse 150mg» yazısı həkk olunmuş 02 ədəd kapsulu əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin və Cinayət- Axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ###### 2024-cü il tarixdə, saat 21:40-da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis Idarəsinin inzibati binasına gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindəki 01 ədəd siqaret qutusunun içərisindən satış məqsədilə əldə edib saxladığı 08 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,3 qram, 0,329 qram, 0,271 qram, 0,286 qram, 0,348 qram, 0,250 qram, 2,184 qram, 01 ədəd kibrit qutusunda 7,375 qram olmaqla, ümumi təmiz çəkisi 11,62 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən, üzərində «Alyse 150mg» yazısı həkk olunmuş 02 ədəd preqabalin tərkibli kapsula aşkar olunaraq götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1ci maddəsinə tövsif edilməklə göstərilən maddə ilə ona aşağı həddə azadlıqdan mərhum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin məhkəmə istintaqının gedişində müəyyən olunmuşdur ki, cinayət işinin başlanmasına səbəb və əsas - Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə, saat 21:40-da ünvan 1 ünvanının qarşısında Nəsimi RPI-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi RPI-yə gətirilib, üzərlərində videoçəkilişlə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərindən 08 ədəd bükümdə və 01 edəd kibrit qutusunda ümumi təmiz çəkisi 11,62 qram olan narkotik vasitə qurudulmuş marixuananın aşkar olunması faktına görə Nəsimi RPI-nin Təhqiqat şöbəsində toplanmış material olmuşdur. Guya ki, ## ###### 2024-cü il tarixdə, saat 21:00 radələrində Təqsirləndirilən şəxs tanışı şahid1 ilə danışdıqda sonuncu ondan narkotik vasitə istəmiş və onlar saat 21:40-da ünvan 1 saylı ünvanın qarşısında görüşmüşlər. Faminlə söhbət edən zaman 04 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və barəsində narkotik vasitələri qanunsuz saxlamaqla daşımağı, həmçinin satmağı barədə məlumat olduğunu bildirib, onu və şahid1 Nəsimi RPI-yə dəvət etmişlər. Lakin Təqsirləndirilən şəxs bildirdiyinə görə şahid1 başqa işdə də şahid qismində keçməsilə bağlı məlumatı var və bunu həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dəfələrlə bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs bildirir ki, ibtidai istintaqın qeyd etdiyi kimi, şahid1la saat 21:40-da ünvan 1 saylı ünvanının qarşısında görüşməmişlər, ümumiyyətlə şahid1 orada olmamışdır. Təqsirləndirilən şəxs şahid1 döyülmüş vəziyyətdə polisdə görmüş və şahid1 ona bildirmişdir ki, onu döyüb zorla Təqsirləndirilən şəxs yalandan üzünə durmağa məcbur etmişlər. Təqsirləndirilən şəxs məhkəmədə dəfələrlə şahid1 şahid qismində məhkəməyə çağırılıb dindirilməsini xahiş və tələb etsə də, şahid1 məhkəmədə dindirilməmişdir. Halbuki hadisə haqqında ondan yaxşı və ətraflı məlumatı olan yoxdur. Ona gorə də hesab edirlər ki, qeyd olunan iş üzrə birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs münasibətdə gəldiyi nəticə qanunsuz, əsassız və ədalətsizdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini, qeyd edilən maddə ilə ona aşağı həddə azadlıqdan mərhum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, habelə Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi cinayət işinin materiallarını düzgün araşdıraraq qanuni, əsaslı və düzgün nəticəyə gəlmişdir. Müdafiə tərəfinin apellyasiya şikayətində mübahisələndirdiyi hallar apellyasiya baxışı zamanı öz təsdiqini tapmamışdır. Qeyd etdiklərini nəzərə alaraq, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinin əsas dəlili - X9 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsindən ibarətdir. Bundan başqa, apellyasiya baxışı zamanı müdafiə tərəfi eyni əsaslarla X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, hökmün təqsirləndirilən şəxsin və onun müdafiəçisinin mübahisələndirdiyi hissəsində yoxlanılmasını, habelə hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Bu hissədə məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, müdafiə tərəfi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə iş üzrə şahid qismində çıxış edən şahid1la əlaqə saxlaması, nəticədə görüşmələri barədə onların razılığa gəlmələri, Təqsirləndirilən şəxs şahid1la görüşmək üçün yola düşməsi, həmin vaxt Təqsirləndirilən şəxs üzərində 08 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,3 qram, 0,329 qram, 0,271 qram, 0,286 qram, 0,348 qram, 0,250 qram, 2,184 qram, 01 ədəd kibrit qutusunda 7,375 qram olmaqla, ümumi təmiz çəkisi 11,62 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən, üzərində «Alyse 150mg» yazısı həkk olunmuş 02 ədəd preqabalin tərkibli kapsulanın olması, həmin gün saat 21:40da ünvan 1 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında yerləşən Nəsimi Rayon Polis Idarəsinə aparılması, orada üzərinə şəxsi axtarış keçirilməsi və şəxsi axtarış zamanı onun üzərindən yuxarıda sadalanan sayda bükümlərdə narkotik vasitələrin və 02 ədəd preqabalin tərkibli kapsulanın aşkar edilməsi kimi halları qəbul etməklə göstərilən halların həqiqiliyini təsdiq etmişdir. Başqa sözlə, göstərilən hallar cinayət işinin mübahisəsiz halları kimi çıxış edir. Belə ki, təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışında göstərilən halları təsdiq etmişdir. Müdafiə tərəfinin mübahisələndirdiyi hallar isə aşağıdakılardan ibarətdir: - Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və şahid şahid1 eyni vaxtda və eyni yerdə polis əməkdaşları tərəfindən saxlanılması, - Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr və 02 ədəd preqabalin tərkibli kapsulanın satış məqsədi ilə əldə edilməsi. Eyni zamanda apellyasiya şikayətində şahid şahid1 birinci instansiya məhkəməsində dindirilməməsi, həmin şahidin apellyasiya baxışı zamanı dindirilməsinin zəruri olması, təqsirləndirilən şəxsin əməlinin tövsifi məsələsinin məhz göstərilən şahid ifadəsindən asılı olması göstərildiyindən iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə apellyasiya icraatı qismən məhkəmə istintaqı keçirilməklə aparılmış və şahid şahid1 apellyasiya baxışında dindirilərək iş üzrə əhəmiyyət kəsb edən hallar aydınlaşdırılmaqla araşdırılmışdır. Belə ki, qismən məhkəmə istintaqı ilə aparılan məhkəmə iclası zamanı şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, Timurla onunla tanışlığı çoxdan var. O, Timuru iş yerindən tanıyır. Timur onun işlədiyi iş yerinə yaxın yerdə işləmişdir. Həmin vaxtdan bəri uzun müddətdir ki, onun Timurla tanışlığı var. O, həmin vaxtlarda bir müddətlik marixuana istifadə etmiş və həmin vaxtdan da bilmişdir ki, Timur da marixuana istifadəçisidir. Onlar bir müddət görüşdükdən və dostluq münasibətləri yarandıqdan sonra birlikdə narkotik vasitə istifadə etməyə başlamışlar. Sırayla narkotik vasitəni ya o, ya Timur tapmış, sonra onlar birlikdə istifadə etmişlər. Hadisə günü o, Timura zəng edərək demişdir ki, “görüşək, həmişəki kimi yeyib-içək, daha sonra da marixuanadan istifadə edək”. Həmin dövrdə o, 02 ay idi ki, reabilitasiya mərkəzindən çıxmışdır. Mərkəzdə o, narkomaniyadan müalicə almışdır. Həmin müəssisədən onu qardaşı çıxarmışdır. O, hələ də yaxşı deyildi, ona görə də yenidən narkotikdən istifadə etmək istəmişdir. Ümumiyyətlə, Timurla onun məqsədi sadəcə görüşmək, birlikdə yeyib-içmək, daha sonra da narkotik vasitə istifadə etmək olmuşdur. O, buna görə Timurla əlaqə saxlamışdır. Onların başqa məqsədi olmamışdır. Verilmiş suallara cavab olaraq, şahid şahid1 bildirmişdir ki, o, əvvəllər Timurla görüşdükdə birlikdə narkotik vasitə istifadə etmişlər, hadisə günü Timura zəng edərək soruşmuşdur ki, “tapa bilərsənmi”?, müalicədən yeni çıxdığına görə özü narkotik vasitə tapa bilməmiş, ona görə də Timura yazmışdır ki, “gəl görüşək, söhbət edək”, hadisə günü elə Timurla görüş yerinə getdikdə yolda polislər onu saxlamışlar, polislər onu saxlayan zaman onun üzərindən heç nə aşkar olunmamış, çünki hələ Timurla görüşməmişdir. O, Timurla görüşdükdən sonra polislər onları tutsaydı, ola bilərdi ki, ikisinin də üzərindən narkotik vasitə aşkar edilərdi, polislər onu saxladıqdan sonra Polis Idarəsinə aparmışlar, orada çəkiliş olmuş, sonra polislər onu analiz verməyə göndərmişlər, Maştağada yerləşən müəssisədə analiz vermiş, polis idarəsində çəkiliş aparılarkən onun üzərindən narkotik vasitə çıxmamış, yalnız telefon, kartlar və vəsiqə çıxmış, polislər onu tutarkən və çəkiliş zamanı onun üzərində kibrit qutusu olmamış, Timur heç vaxt marixuana və ya başqa narkotik vasitəni ona satmamışdır. Apellyasiya baxışı zamanı şahid şahid1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxış etdiyi mövqeyə uyğun məzmunda ifadə versə də, onun bu ifadəsi məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi ilə əhəmiyyətli dərəcədə ziddiyyət təşkil etdiyindən onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, şahid şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Narkotik vasitəni hər dəfə müxtəlif şəxslərdən əldə edir. Sonuncu dəfə ## ###### 2024-cü il tarixdə, saat 21:00 radələrində tanışı Təqsirləndirilən şəxslə danışıb sonuncu ilə ünvan 1 saylı ünvanının qarşısında görüşmüşlər. Belə ki, o, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuana almağı razılaşmışdır. Timurla qeyd etdiyi ünvanda olarkən saat 21:40-da 4 (dörd) nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim etməklə polis əməkdaşı olduqlarını bildirmişlər və Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz saxlamaqla daşıması, həmçinin satması barədə məlumat olduğunu bildirib onu və Təqsirləndirilən şəxs Nəsimi RPI-yə dəvət etmişlər. O və Təqsirləndirilən şəxs da etiraz etməmişlər və polis əməkdaşları ilə Nəsimi RPIyə gəlmişlər. Polis Idarəsində o və Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmaqla hüquqlarının müdafiəsi üçün onlara vəkil təyin olunmuşdur. Daha sonra Polis Idarəsində otaqların birində onun və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya olduğu təqdirdə təqdim etməyi təklif olunduqda sonuncu əynində olan şalvarının arxa cibindən 1 (bir) ədəd «Sobranie» siqaret qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna baxıldıqda içərisindən 07 ədəd kağız, 01 ədəd sellofan və 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd üzərində «Alyse» yazılmış həb aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusundakı bükümlərdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həblərin isə güclü təsir edən həblər olduğunu, həmin marixuana və həbləri 4 gün əvvəl sosial şəbəkədə Iran Islam Respublikası vətəndaşı ilə tanış olub həmin şəxsin göndərdiyi hesaba 200 manat pulu «MilliÖn» ödəmə terminalından göndərdikdən sonra həmin şəxsin göndərdiyi məkan yerinə gedərək narkotik vasitə qurudulmuş marixuana və 02 ədəd «Alyse» yazılmış dərman həbini götürdüyünü, narkotik vasitəni bir neçə bükümlərə və kibrit qutusuna ayıraraq satmaq üçün üzərində saxladığını, onun da yanına narkotik vasitə almaq üçün gəldiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun şalvarının digər cibindən «xxxx» ASC-yə məxsus bank kartı, 01 ədəd 10 manat, 01 ədəd 5 manat, 05 ədəd 1 manatlıq əskinaslardan ibarət cəmi 20 manat pul, 01 ədəd üzərində ***-***-**-** saylı GSM nömrəsi olan «Honor» markalı mobil telefon aşkar olunmuş, başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər, kibrit qutusu, telefon, bank kartı və pullar təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Yalnız 01 ədəd mobil telefon aşkar olunaraq təhqiqatçı tərəfindən götürülmüşdür. Verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs yanına narkotik vasitə almaq üçün gəldiyini bildirmişdir. Sonra çəkilmiş videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmiş və sonradan bununla bağlı protokol tərtib olunmaqla o və digər iştirakçılar tərəfindən imzalanmışdır. şahid1 ifadəsində, həmçinin göstərmişdir ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona və ya Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. O, narkotik vasitə istifadə edir, bu işlə məşğul olmağından heç kimin xəbəri olmamışdır. Nəsimi RPI-yə gətirilməmişdən əvvəl və ya videoçəkiliş başlanmadan əvvəl onun üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Onun üzərinə yalnız Nəsimi RPI-də videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. O, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmur (i/v 150-153). Şahid şahid1 ifadələr arasındakı əhəmiyyətli ziddiyyətlə bağlı bildirmişdir ki, şahidin dindirilməsi haqqında protokoldakı imzalar ona məxsus olsa da, onun apellyasiya baxışı zamanı verdiyi ifadəsi həqiqəti əks etdirir, ibtidai istintaq zamanı həyacanlı və qorxu içində olduğu üçün sadəcə verilən sənədləri imzalamış, lakin imzaladığı protokolları oxumamış, polis əməkdaşları tərəfindən saxlanılarkən və sonradan ona qarşı qanunsuz təsir göstərilməmişdir. Məhkəmə kollegiyası şahid şahid1 apellyasiya baxışı zamanı verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, o, apellyasiya baxışı zamanı ifadə verərkən səmimi olmamış, əksinə uzun müddət ərzində dostluq etdiyi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə ifadə verməklə işin həqiqi hallarını təhrif etmiş, bununla da Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Bu hissədə qeyd edilməlidir ki, həm təqsirləndirilən şəxs, həm də qeyd edilən şahid məhkəməyədək icraat zamanı polis əməkdaşları tərəfindən eyni yerdə, eyni vaxtda və eyni şəraitdə birlikdə saxlanıldıqlarını, bundan sonra Polis Idarəsinə aparıldıqlarını, orada Timurun üzərində çoxlu sayda (8+1) bükümdə narkotik vasitə marixuana və iki ədəd preqabalin həbinin aşkar edildiyini, Faminin üzərindən isə qadağan edilmiş hər hansı vasitə və predmetin aşkar edilmədiyini, Faminin Timurdan narkotik vasitə marixuana almaq istəməsi barədə onların razılığa gəldiklərini, bu məqsədlə Timurun bir neçə bükümdə olan narkotik vasitə və iki ədəd həblə gəldiyini və onlar məhz görüşdükdə polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirsələr də, məhkəmələrdə fərqli mövqedən çıxış edərək onların eyni vaxtda, eyni yerdə və eyni şəraitdə saxlanıldıqlarını təkzib etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, şahid şahid1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə uzun müddət ərzində dostluq münasibətlərində olduğundan və onlar dəfələrlə birlikdə narkotik vasitə istifadə etdiklərindən həmin şahid apellyasiya baxışı zamanı fərqli məzmunda ifadə verməklə dostluq münasibətlərində olduğu Timurun cinayət məsuliyyətinin azalmasına nail olmaq istəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində şahid Faminin polis əməkdaşlarının qanunsuz təsirinə məruz qaldığı üçün onun əleyhinə ifadə verdiyini bildirsə də, şahid şahid1 apellyasiya baxışı zamanı verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılarkən və polis orqanında onların üzərinə şəxsi axtarış keçirilərkən, habelə bu prosessual hərəkətdən əvvəl döyülmədiyini və sair formada qanunsuz təsirə məruz qalmadığını bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ifadə verərək bildirmişdir ki, şahid1 bir neçə dəfə ona zəng edərək narkotik vasitə almaq istədiyini bildirmiş, o isə Faminin istəyini geri çevirmişdir. Bundan sonra ortaq tanışları ilə Famin ona zəng etmiş və görüşməkdə israr etmişdir. O, Faminin əvvəl bir şəxsi narkotik vasitəni almaq məqsədilə şərləyib tutdurduğunu eşitdiyi üçün ehtiyat etmişdir. Halbuki o, Famini 10 ildən artıq müddətdir ki, tanımış və hətta birlikdə narkotik vasitə istifadə etmişlər. Elə vaxt olmuşdur ki, onun pulu olmayanda narkotik vasitənin pulunu Famin vermiş və ya əksi baş vermişdir. Buna baxmayaraq, Famini yoxlamaq məqsədilə ittiham üzrə qeyd edilən narkotik vasitələri üzərində götürərək Faminlə görüşmək üçün evdən çıxmışdır. Lakin polis əməkdaşları onu saxlayaraq Polis Idarəsinə aparmışlar. Polis idarəsində üzərində olan narkotik vasitələri təqdim etmişdir. Həmin vaxt Famini də polis şöbəsinə gətirmişlər və orada sonuncu narkotik vasitələri guya ondan alması barədə izahat vermişdir. Həmin vaxt ona və Faminə təzyiq edilmişdir. Belə ki, ona narkotik vasitələri satması və Faminə isə narkotik vasitələri ondan alması barədə ifadə verməsi tələb edilmişdir. Ona fiziki və psixoloji təzyiqlər edildiyinə görə məcbur olub ittiham üzrə qeyd edilmiş formada izahat vermişdir. Halbuki o, narkotik vasitələrin satışı ilə məğul olmamış, yalnız istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qeyd edilən ifadəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, onun şahid şahid1 ehtiyat etdiyi halda sonuncunu yoxlamaq məqsədi ilə çoxlu sayda bükümdə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd güclü təsir edən preqabalin tərkibli dərman həbi ilə Faminlə görüşə getməsi ağlabatan və inandırıcı hesab edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs çoxlu sayda bükümdə narkotik vasitə qurudulmuş marixuana və iki ədəd güclü təsir edən preqabalin tərkibli dərman həbini üzərində saxlayaraq şahid1la görüşərək birlikdə həmin vasitə və həbləri istifadə etmək istəməsi də ağlabatan və inandırıcı görünmür. Məsələ ondan ibarətdir ki, həm ittihamdan, həm də təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmələrdə təsdiq etdiyi məlumatlardan görünür ki, o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində 08 bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 0,277 qram, 0,3 qram, 0,329 qram, 0,271 qram, 0,286 qram, 0,348 qram, 0,250 qram, 2,184 qram, 01 ədəd kibrit qutusunda 7,375 qram olmaqla, ümumi təmiz çəkisi 11,62 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan həmin narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, tərkibində güclü təsir edən maddələrə aid preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 0,3 qram təşkil edən, üzərində «Alyse 150mg» yazısı həkk olunmuş 02 ədəd preqabalin tərkibli həb həqiqətən də olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs ümumilikdə 9 (doqquz) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və 2 (iki) ədəd preqabalin tərkibli dərman həbini məhz şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə etməsi, qeyd edilən bükümlərdə olan narkotik vasitələrin istifadə üçün hazır olması, Faminlə görüşə həmin vasitələr və dərman həbləri ilə getməsi narkotik vasitələrin olduğu bükümlərin sayı, həmin vasitələrin çəkisi və əlavə olaraq preqabalin dərman həbinin də mövcudluğu baxımından müdafiə tərəfinin iddia etdiyi halların həqiqəti əks etdirməməsinə dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş ümumilikdə 09 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı və 2 (iki) ədəd preqabalin tərkibli dərman həbini qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş və şahid şahid1la sonuncunun təşəbbüsü ilə görüşən zaman həmin narkotik vasitələri və preqabalin tərkibli dərman həbini məhz Faminə satmaq məqsədi ilə üzərində daşıyaraq saxlamışdır. Başqa sözlə, iki nəfər şəxsin ümumilikdə 09 bükümdə olan narkotik vasitədən və 2 (iki) ədəd preqabalin tərkibli dərman həbindən istifadə etməsi inandırıcı və ağlabatan hesab edilə bilməz. Ona görə də həm təqsirləndirilən şəxsin, həm də qeyd edilən şahidin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələr mötəbər sayılmaqla ittihamın qiymətləndirilməsində və təqsirləndirilən şəxsin əməllərinin tövsifində həlledici əhəmiyyətə malikdir. Eyni zamanda qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs polis əməkdaşlarının qanunsuz təsiri altında məhkəməyədək icraat zamanı etirafedici ifadə verməyə məcbur edildiyini iddia etsə də, onun iddia etdiyi hallar cinayət işinin materialları ilə təsdiq olunmur. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən qanunsuz təsirə məruz qalması ilə bağlı məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə müdafiə tərəfinin iddia etdiyi bu hallar həqiqəti əks etdirən hallar kimi qəbul edilə bilməz. Bir daha göstərilən məsələ ilə bağlı məhkəmə kollegiyası bildirir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində, şahid şahid1 isə apellyasiya baxışı zamanı ifadə verərkən səmimi olmamışlar, əksinə aralarındakı dostluq münasibətlərinə əsaslanaraq işin həqiqi hallarını təhrif etməklə təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşdirilməsinə nail olmaq istəmişlər. Əks nəticəyə gəlmək üçün başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməllərin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların və dəlillərin sadalanmasına zərurət görmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməllərinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 58 və 59-cu maddələrinin tələbləri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və əməlini qismən etiraf etməsi onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilərək və cəzasını ağırlaşdıran hallar müəyyən edilməyərək həm təqsirli bilindiyi maddələrin sanksiyası həddində, həm də cinayətlərin məcmusuna əsasən qanuni və ədalətli qəti cəza təyin edilmişdir. Bu hissədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs evli olmaqla, 1 (bir) azyaşlı uşağının olması müəyyən edilsə, bu halların Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edilməsi mümkün olsa və qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmasa da, birinci instansiya məhkəməsi tərəfindən ona ədalətli və qanuni cəza təyin edildiyindən göstərilən yeni yüngülləşdirici hallar onun cəzasının həddinin endirilməsinə və ya daha yüngül cəza təyin edilməsinə əsas deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayət hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona həm təqsirli bilindiyi maddələr, həm də cinayətlərin məcmusu üzrə cəza təyin edərkən düzgün olaraq onun həmin qəti cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlləri üzrə ədalətli cəza təyin edildiyindən, ona təyin edilmiş cəzanın azaldılması, ona daha yüngül cəzanın təyin edilməsi və ya ona bəraət verilməsi üçün əsas ola bilməz. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasına dair dövlət ittihamçısının çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclasında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 manat hesab edilməklə, 06 saat üçün cəmi 66 manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar