Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-505/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, ## ###### 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, hazırda işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Nümayəndə İmran oğlu tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İttihama əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən ##.##.2022-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyatına alınmış, hüquqi ünvanı ünvan 2ə təmizlik vasitələrinin topdan və pərakəndə satışını həyata keçirən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində ##.##.2024-cü il tarixdən faktiki olaraq, ##.##.2024-cü il tarixdən isə bağlanmış əmək müqaviləsinə əsasən operator kassir vəzifəsində işləyərək məsul şəxs qismində əmək funksiyasına uyğun olaraq, kassa ilə satışı həyat keçirib, satışa nəzarət etməklə işəgötürənin mülkiyyətində olan əmlakın qorunmasına cavabdeh olduğu halda qulluq mövqeyindən istifadə edərək həmin MMC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı mənimsəməklə talamaq məqsədilə ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək olan müddətdə MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən «Sədərək» Ticarət Mərkəzinin Təsərüfat Bazarının ikinci girişində fəaliyyət göstərən mağazasında müxtəlif malların satışı nəticəsində gündəlik olaraq ayrı-ayrı müştərilərin etdiyi ödənişlərin bir qismini həmin günə deyil, qeydiyyatdan yayındırmaq məqsədilə istifadəsində olan kompüterdə əvvəlki tarixlərə qeyd edib faktiki olaraq həmin vəsaitləri kassaya mədaxil etməyərək «Sədərək» Ticarət Mərkəzində “X4” mağazasının binasının qarşı hissəsində olan “Milli ön” aparatı vasitəsi ilə özünə məxsus olan 409858********** nömrəli “Leo bank” kart hesabına, o cümlədən, ##.##.2024-cü il tarixdə 10 manat, ##.##.2024-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 65 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 40 manat, ##.##.2024-cü il tarixdə 55 manat, ##.##.2024-cü il tarixdə 230 manat, ##.##.2024-cü il tarixdə 23 manat, ##.##.2024-cü il tarixdə 49 manat, ##.##.2024-cü il tarixdə 66 manat, ##.##.2024-cü il tarixdə 30 manat, 20 manat, ##.##.2024-cü il tarixdə 93 manat, ##.##.2024-cü il tarixdə 72 manat, ##.##.2024-cü il tarixdə 56 manat, ##.##.2024-cü il tarixdə 73 manat, ##.##.2024- cü il tarixdə 60 manat, 87 manat, ##.##.2024-cü il tarixdə 55 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 100 manat, 50 manat, ##.##.2024-cü il tarixdə 30 manat, ##.##.2024-cü il tarixdə 200 manat, 50 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 36 manat, ##.##.2024-cü il tarixdə 95 manat, 2 manat, ##.##.2024-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 145 manat, ##.##.2024-cü il tarixdə 130 manat, ##.##.2024-cü il tarixdə 30 manat, 350 manat, ##.##.2024-cü il tarixdə 110 manat, ##.##.2024-cü il tarixdə 95 manat, 90 manat, ##.##.2024-cü il tarixdə 82 manat, 100 manat, ##.##.2024-cü il tarixdə 70 manat, 90 manat, ##.##.2024-cü il tarixdə 140 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 120 manat, 171 manat, 100 manat, ##.##.2024-cü il tarixdə 60 manat, ##.##.2024-cü il tarixdə 10 manat, 130 manat, 20 manat, 30 manat, ##.##.2024-cü il tarixdə 75 manat, ##.##.2024-cü il tarixdə 70 manat, 100 manat, ##.##.2024-cü il tarixdə 100 manat, 80 manat, ##.##.2024cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 110 manat, ##.##.2024-cü il tarixdə 15 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 70 manat, ##.##.2024cü il tarixdə 110 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2024-cü il tarixdə 20 manat, ##.##.2024-cü il tarixdə 250 manat, ##.##.2024- cü il tarixdə 90 manat, ##.##.2024-cü il tarixdə 80 manat, ##.##.2024-cü il tarixdə 150 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 30 manat, 100 manat, ##.##.2024-cü il tarixdə 160 manat, ##.##.2024-cü il tarixdə 100 manat, ##.##.2024-cü il tarixdə 125 manat, ##.##.2024-cü il traixdə 70 manat, ##.##.2024-cü il tarixdə 100 manat, 160 manat, ##.##.2024-cü il tarixdə 50 manat, ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 360 manat, ##.##.2025-ci il tarixdə 150 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 68 manat, ##.##.2025-ci il tarixdə 150 manat, ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 470 manat, ##.##.2025-ci il tarixdə 240 manat, ##.##.2025-ci il tarixdə 90 manat, ##.##.2025-ci il tarixdə 50 manat, 85 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 30 manat, 125 manat, ##.##.2025-ci il tarixdə 80 manat, ##.##.2025-ci il tarixdə 90 manat, ##.##.2025ci il tarixdə 45 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 165 manat, ##.##.2025-ci il tarixdə 148 manat, ##.##.2025-ci il tarixdə 50 manat, ##.##.2025ci il tarixdə 52 manat, ##.##.2025-ci il tarixdə 35 manat, ##.##.2025-ci il tarixdə 60 manat olmaqla, cəmi 10.018,00 (on min on səkkiz) manat pul vəsaitini yükləməklə (köçürməklə) özünün şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edərək “xxxx” MMC-yə məxsus olmaqla ona etibar edilmiş cəmi 10.018,00 (on min on səkkiz) manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəməklə talamışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alnmışdır. Məhkəmənin qərarı ilə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll olunmuşdur. Həmin qərardan zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Nümayəndə İmran oğlu birgə qaydada apellyasiya şikayəti verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarını ləğv edib məhkəmə mühasibat ekspertizası və audit yoxlaması keçirilməsi məqsədilə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi və nümayəndəsi olduğu Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, “xxxx”MMC-nin direktoru vəzifəsində işləyir. “xxxx” MMC Sədərək Ticarət mərkəzində, təsərrüfat bazarının ikinci girişində fəaliyyət göstərir, MMC-nin fəaliyyəti yuyucu vasitələrin topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs əmək müqaviləsinə əsasən 2024-cü ilin sentyabr ayından başlayaraq 2025-ci ilin mart ayının sonunadək “xxxx” MMC-də satıcı-kassir vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs işi malların satışı nəticəsində əldə olunmuş pulların alınaraq kassa aparatına işlənilməsindən və kassaya daxil edilməsindən ibarət olmuşdur. 2025-ci ilin yanvar ayından kassada əksik gəldiyi üçün Təqsirləndirilən şəxs kassadan pulu ələ keçirdiyi aşkar edilmişdir. Sonradan Fatimə etdiyi əməli özü etiraf etmişdir. Fatimə işləməyə başladığı müddətdən kassaya daxil olan pul vəsaitini ən az bir gün öncəyə qeydiyyata salaraq həmin pul vəsaitini ələ keçirmişdir. MMC-də mühasib işləyən Bənövşə xanım 2025-ci ilin yanvar ayında olan satışlara baxan zaman 20 yanvar tarixində iş olmayan iki ədəd satış olduğunu aşkar etmiş, bundan sonra Təqsirləndirilən şəxs şübhələnməyə başlamış və ona məlumat vermişdir. Təqsirləndirilən şəxs ilk öncə 500-600 manat, daha sonra isə 10.000 manat miqdarında pul ələ keçirdiyini bildirmişdir. Bənövşə xanım isə 2023-cü il tarixdən olan kassa əməliyyatlarına baxan zaman təxminən 73.000 manat miqdarında çatışmazlıq olduğunu aşkar etmişdir. Daha sonra Təqsirləndirilən şəxs 36.857, 46 manat pulu ələ keçirdiyini etiraf etmiş və bununla bağlı müqavilə bağlayaraq imza etmişdir. Onlar Təqsirləndirilən şəxs həmin məbləği sonrada inkar etməsin deyə 36.857,46 manat pulu ələ keçirməsini etiraf etdiyini videogörüntü formasında qeydiyyata almışlar. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir təsir və təzyiq, hədə-qorxu olmamışdır. Heç kim Təqsirləndirilən şəxs təhqir etməmişdir. Təqsirləndirilən şəxs yanvar, fevral və mart ayı maaşları verilməyərək onun vurduğu ziyanı hesablanmışdır. Daha sonra Fatimə “Uni Bank”dan kredit götürərək 1.400 manat pulu ödəmişdir. Fatimə bu barədə ailə üzvlərinə məlumat verilməsini istəməsə də, fevral ayının sonralarında anası Mehparə xanım mağazaya gəlmiş, qızının etdiyi əməli bildikdən sonra üzrxahlıq etmiş və ##.##.2025-ci il tarixdə nağd şəkildə 10.000 manat pul gətirərək təhvil vermişdir. Hal-hazırda Fatimə ələ keçirdiyi puldan 23.597 manat 46 qəpiyi ödəməmişdir. Daha sonra Fatimənin atası iş yerinə gələrək orada onları təhqir və təhdid etmişdir. Təqsirləndirilən şəxs 36.857,46 manat pulu ələ keçirərək mənimsəmişdir. Qərarın 11/15 vərəqəsində videoda səsləndirərək 03 dəqiqə 13 saniyə ərzində Fatma 5000 manat kartına 4000 manat çəkməcəyə qoyaraq götürdüyünü deyir. Kartına köçürdüyü pulu başa düşmək və təqribən qiymətləndirmək olar. Amma, bir başa satışdan götürüb, çəkməçiyə qoyulan pulları, məbləğləri müəyyən etmək mümkün deyil, video görüntüdən görünür ki, 1 dəqiqə 30 saniyə ərzində nə qədər pul götürməsini müəyyən etmək olmur. Ancaq, istintaq araşdırması ilə maliyyə hesabat sənədləri əsasında qiymətləndirmə aparılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətini əsassız hesab edərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsirinə düşdüyündən birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, buna görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının mövqelərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Nümayəndə İmran oğlu tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinə münasibətdə ilk olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətmiş olması birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə mühasibat ekspertizası və audit yoxlaması keçirilməsinin zəruri olması barədə dəlilləri ilə razılaşmayaraq iş materiallarında olan sübutların mötəbərliliyini şübhə altına alan hər hansı halın aşkar olunmadığını müəyyən edir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından göründüyü kimi məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə yazılı vəsatət təqdim edərək Azərbaycan Respublikasi CPM-in 39.1.12-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Həmçinin həmin məhkəmənin iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun CM-in 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Həmin Qərarın 1.16-cı bəndin tələbindən aydın olur ki, öhdəsində (himayəsində yetkinlik yaşına çatmayan övladı olan şəxslər bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzadan azad edilirlər. Həmin Qərarın 1.12-ci bəndin tələbindən aydın olur ki, qadınlar bu Qərarın 6-cı və 7- ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzadan azad edilirlər. İş materiallarına əlavə edilmiş AZEMİS-dən əldə edilmiş məlumatdan görünür ki, ## #### 2016-cı ildə doğulmuş X2, ## ###### 2018-ci ildə doğulmuş X3 anası Təqsirləndirilən şəxsdır. Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Qeyd olunan normaların tələbləri və işin həqiqi halları baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin təsir dairəsinə düşməklə birinci instansiya məhkəməsi tərəfidən qanuni və əsaslı olaraq onun barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi qərara alındığından şikayətdə qeyd olunanlar birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Nümayəndə İmran oğlu tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti təmin edilməməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun vəkili və nümayəndəsi Nümayəndə İmran oğlu tərəfindən birgə qaydada verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev
Məhkəmə qərarları › İş №1(3-6)-505/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-505/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver