Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-508/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi “Güvən” Vəkil Bürosunun vəkili İsmayılov Səməndər Rabil oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi) ## #### 1986-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Füzuli şəhəri, Yağlıvend kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 44 (qırx dörd) saat hüquqi yardıma görə Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 264 (iki yüz altmış dörd) manat ödənilməsi və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Zərərçəkmiş şəxs İlqar qızı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış ## ###### 2024-cü il tarixli barışıq sazişi qismən təsdiq edilərək tərəflər, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs İlqar qızı rəsmi nikah münasibətlərindən doğulmuş övladları ## ###### 2018-ci il doğumlu X2 və ## ##### 2020-ci il doğumlu Rüstəmli İnci Samiq qızının saxlanmaları üçün Təqsirləndirilən şəxs hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) Zərərçəkmiş şəxs İlqar qızına ödəyəcəyi barədə razılaşmaya dair Sumqayıt şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsiin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək ## #### 2025-ci il və ## ##### 2025-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən ## #### 2025-ci il tarixədək 6.490 (altı min dörd yüz doxsan) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum olunmuş Təqsirləndirilən şəxs müdafiəçisi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi (qərəzlilik) olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin mütləq tərkib elementi olan "qərəzlilik" (wilfulness) anlayışını yanlış şərh etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin işsizlik statusu və 3.100 AZN məbləğində aliment ödənişi etməsi faktını cinayət tərkibini istisna edən hal kimi qiymətləndirməməklə maddi hüquq xətasına yol vermişdir. Eyni zamanda, məhkəmə müdafiə tərəfinin təqdim etdiyi mühüm sübutları araşdırmadan, hökmü yalnız zərərçəkmişin iddiaları və ehtimallar üzərində qurmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin # ####### 2012-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə məsuliyyət yalnız şəxsin məhkəmə qərarını icra etmək üçün real imkanı olduğu, lakin bundan qəsdən boyun qaçırdığı halda yaranır. Təqsirləndirilən şəxs hərəkətlərində qərəzlilik elementinin yoxluğu ilə bağlı qeyd edir ki, o, 2022-ci ilin oktyabr ayınadək ADYnin Gürcüstan filialında işləmişdir. Həmin tarixdə işdən çıxdıqdan sonra 2023-cü ilin sonunadək Gürcüstanda uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ailəsinin maddi tələbatını yüksək səviyyədə təmin etmiş, qayğı göstərmişdir. Lakin ailə münasibətlərinin pozulacağı ehtimalını hiss etdikdə ailəsini qorumaq naminə həmin kiçik sahibkarlıq subyektini satıb 2024-cü ildə Bakıya qayıtmış, burada restoran biznesi quraraq qazanc əldə etmək və ailəsinin yanında olmaqla ailə münasibətlərini qorumağa çalışsa da zərərçəkmiş şəxsin israrlı tələbi səbəbilə bunu bacarmamışdır. 2024-cü ilin iyul ayında məhkəmə qaydasında boşanmaları rəsmiləşmişdir. Boşanmadan sonra tələbkara aliment ödəmişdir, lakin restoran biznesi də uğursuzluğa düçar olmuş, restoranın bağlanması nəticəsində Təqsirləndirilən şəxs maddi vəziyyəti ciddi şəkildə pisləşmiş sonuncu aliment öhdəliyini 2024-cü ilin dekabr ayında icra edə bilmişdir. Bundan sonra işsiz olduğu üçün ümumilikdə 8-zə yaxın dövlət qurumlarına və özəl müəssisələrə işə götürülməsi ilə bağlı müraciət etmişdir ki, işləyib aliment öhdəliyini icra edə bilsin. X12 müraciəti əsasında ## #### 2025-ci il tarixdə rəsmi olaraq işsiz kimi qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs DOST Agentliyinə dəfələrlə müraciətindən sonra, məhkəmə prosesi getdiyi dövrdə Agentlik əməkdaşları onun valideynləri ilə birlikdə yaşadığı evə baxış keçirmişlər və akt tərtib edərək bildirmişlər ki, bir həftə ərzində Samiqə özünə məşğulluq proqramı əsasında avtotəmizləmə fəaliyyəti ilə məşğul olması üçün lazımi avadanlıqlarla təmin ediləcəkdir. Lakin bu günə kimi Samiq DOST mərkəzinin cavab hərəkətlərini gözləyir. Bütün bu maddi çətinliklərə baxmayaraq Təqsirləndirilən şəxs qətnamənin icrasından yayınmaq niyyətində olmamış, əksinə imkanı daxilində həm icra icraatı dövründə 1.100 manat, həm məhkəmə istintaqı dövründə 2.000 manat (cəmi 3.100 manat) ödəniş etmişdir. Bu fakt "qərəzli yayınma"nı kökündən inkar edir. Zərərçəkmiş şəxs məhkəmədə dindirilən zaman təyyarə bələdçisi işlədiyini və yüksək gəliri olduğunu etiraf edib. Bu fakt uşaqların maddi təminat baxımından acınacaqlı vəziyyətdə olmadığını sübut edir. Lakin zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs tərəfindən aliment borcunun tam ödənilməsini, əksi təqdirdə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması tələbi aliment ödəməli olan atanın sırf borca görə (işsiz olmasına baxmayaraq) cinayət məsuliyyətinə cəlb edilməsi və ağır cəza ilə cəzalandırılması "zərərçəkmiş şəxsin obyektiv hüquqi əsaslarla deyil, subyektiv maraqlarla əsaslandırılmış tələb" kimi qiymətləndirilməlidir. Məhkəmə müdafiə tərəfinin təqdim etdiyi və təqsirsizliyi birbaşa sübut edən həlledici dəlillərə hökmdə hüquqi qiymət verməyərək onları görməzdən gəlmişdir. Belə ki, müdafiə tərəfi olaraq təqsirləndirilən şəxsin 8-dən çox işəgötürənə rəsmi qaydada müraciətini təsdiq edən sənədləri və X15 ## #### 2025-ci il tarixdən rəsmi olaraq işsiz kimi qeydiyyata alınmaya dair arayışları məhkəməyə təqdim etsələr də buna əhəmiyyət verilməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şahid — icra məmuru Elvin Mənsurov müdafiə tərəfinin suallarına əsasən birmənalı olaraq təsdiq etmişdir ki, borclunun bank hesablarında və mülkiyyətində tələbin yönəldilə biləcəyi heç bir vəsait və ya əmlak aşkar edilməmişdir. Eyni zamanda, şahid ifadəsində təqsirləndirilən şəxsin icra sənədinin icrası zamanı yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməkdən imtina etmədiyini, hər hansı bir əmlak gizlətmədiyini və icra məmurunun qanuni hərəkətlərinə maneə törətmədiyini bildirmişdir. Bu faktı zərər çəkmiş şəxs də təsdiq etmişdir ki, təqsirləndirilən şəxsin heç zaman nə yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməkdən imtina etməsi barədə mövqeyi olmamışdır. Bu ifadələr Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin tərkib hissəsi olan "maneçilik törətmə" və ya "qərəzli imtina" elementlərinin olmadığını sübut edir. Birinci instansiya məhkəməsi hökmdə təqsirləndirilən şəxsin guya “şəxsi maraq niyyəti” ilə hərəkət etdiyini qeyd etsə də, bu niyyətin nədən ibarət olduğunu konkret faktlarla əsaslandırmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli ** nömrəli Qərarına əsasən, "ittiham hökmü mülahizələrə və ehtimallara əsaslana bilməz". Məhkəmə təqsirləndirilən şəxsin vəsaiti qəsdən gizlətdiyini və ya real gəliri olduğu halda alimentdən yayındığını sübut edən heç bir maddi dəlil (məsələn: gizli bank hesabı, adına olan daşınar və ya daşınmaz əmlak, xarici səfərlər, bahalı satınalmalar, lüks xərcləmələr və s.) müəyyən etməmişdir. Əksinə, ## ### 2025-ci il tarixli icra aktı təqsirləndirilən şəxsin mütləq maddi imkansızlığını rəsmi təsdiq edir. Belə olan halda, hökmdəki “şəxsi maraq niyyəti” ifadəsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə (təqsirsizlik prezumpsiyası) zidd olan subyektiv bir qənaətdir. İttihamı sübuta yetirmək və müdafiə tərəfinin irəli sürdüyü "obyektiv imkansızlıq" dəlilini təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Lakin nə ibtidai istintaq orqanı, nə də məhkəmə təqsirləndirilən şəxsin niyə alimenti ödəyə bilmədiyinə dair irəli sürdüyü "işsizlik" və "əmlaksızlıq" arqumentlərini təkzib edən bir dənə də olsun əks-sübut təqdim edə bilməmişdir. Təkzib olunmayan hər bir şübhə isə müvəkkilin xeyrinə təfsir edilməli idi. Eyni zamanda, AİHM Bronda v. Italy işi üzrə qərarında açıq şəkildə bildirmişdir ki, “şübhəsiz olaraq, hər bir işdə uşağın daha üstün maraqlarına cavab verən hallar həlledici rol oynamalıdır” (Bronda, §59). Bu prinsip onu ifadə edir ki, valideynə münasibətdə tətbiq edilən istənilən tədbir ilk növbədə uşağın rifahına real və müsbət təsir göstərməlidir. Bu kontekstdə valideyni “cəzalandırma obyekti” kimi görmək dedikdə, valideynə qarşı tədbirlərin uşağın maraqlarını qorumaq məqsədi daşımadan, sadəcə cəza və ya formal icra məntiqi ilə tətbiq edilməsi nəzərdə tutulur. Belə yanaşma valideynin real imkanlarını, sosial və iqtisadi vəziyyətini, habelə uşağın faktiki ehtiyaclarını nəzərə almır. Nəticədə, tətbiq edilən sanksiya uşağın rifahına xidmət etmir, əksinə, onun maraqlarına dolayı və ya birbaşa zərər vurur. Məsələn, valideynin obyektiv səbəblərdən (işsizlik, xəstəlik, gəlir mənbəyinin olmaması və s.) aliment ödəmək iqtidarında olmadığı halda onun cinayət məsuliyyətinə cəlb edilməsi nə uşağın maddi təminatını yaxşılaşdırır, nə də ailə münasibətlərinin qorunmasına xidmət edir. Əksinə, bu cür yanaşma valideynin sosial vəziyyətini daha da ağırlaşdırır, uşağın valideynlə əlaqəsini zəiflədir və nəticə etibarilə uşağın üstün maraqlarına zidd olur. Bu səbəbdən, uşaqla bağlı məsələlərdə dövlət və məhkəmələr valideyni cəza mexanizminin mərkəzinə yerləşdirməməli, uşağı isə sadəcə prosedur elementi kimi deyil, hüquqları və ehtiyacları olan müstəqil subyekt kimi qiymətləndirməlidir. Qərar qəbul edilərkən əsas sual “valideyn necə cəzalandırılmalıdır?” deyil, “uşağın rifahı bu qərardan real olaraq necə qorunacaq?” olmalıdır. Nəticə etibarilə, valideynə qarşı tətbiq edilən tədbir uşağın üstün maraqlarına real fayda vermədiyi halda, belə müdaxilə Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi baxımından nə zəruri, nə də proporsional hesab edilə bilər. Bu isə AİHM-in Eski v. Austria və Bronda v. Italy işlərində formalaşdırdığı hüquqi mövqeyə ziddir və məhkəmə tərəfindən qərar qəbul edilərkən mütləq nəzərə alınmalıdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, məhkum olunmuş şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin və müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi inkar edilmiş və şəxsə bəraət verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası müdafiəçinin apellyasiya şikayətində şəxsə bəraət verilməsinə dair mövqeyi ilə bağlı aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Füzuli şəhəri, Yağlıvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. Zərərçəkmiş şəxs İlqar qızı ilə 2018-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan ##.##.2018-ci ildə Elay və ##.##.2020- ci ildə İnci adlı qızları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Sumqayıt * saylı Mediasiya Təşkilatında aralarında ##.##.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Zərərçəkmiş şəxs İlqar qızı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2(060)- ****/**** saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs İlqar qızı ilə aralarında bağlanmış ##.##.2024 cü il tarixli barışıq sazişi qismən təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən onunla Zərərçəkmiş şəxs İlqar qızının rəsmi nikah münasibətlərindən doğulmuş övladları ##.##.2018- ci il doğumlu X2 və ##.##.2020-ci il doğumlu Rüstəmli İnci Samiq qızının saxlanmaları üçün o hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) Zərərçəkmiş şəxs İlqar qızına ödəyəcəyinə dair razılaşmışlar. Övladları Elay və İnci anaları Arzunun yanında və himayəsindədirlər. Binəqədi rayon icra şöbəsi tərəfindən tərtib olunmuş protokol əsasında Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası İnziabti Xətalar Məcəlləsiin 528.1- ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İcra müddətində, yəni ##.##.2025-ci il tarixədək Zərərçəkmiş şəxs İlqar qızına ümumilikdə 1.100 (bir min yüz) manat aliment ödəmişdir. Sumqayıt şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2(060) ****/**** saylı qətnaməsi üzrə tələbkar Zərərçəkmiş şəxs İlqar qızına ##.##.2025-ci il tarixədək 6.490 (altı min dörd yüz doxsan) manat aliment borcu yaranıbdır. Qeyd olunan aliment borcunu hazırda ödəməyə imkanı yoxdur. Keçmişdə “ADY”-nin Gürcüstan filialında işləmişdir, 2024-cü ilin avqust ayından 2025-ci ilin yanvar ayınadək Biləcəri qəsəbəsində restoran icarəyə götürərək işlətmişdir. Həmin restoranın açılışına 35 (otuz beş) min manat xərc çəkmişdir. Restoran sonradan fəaliyyətini dayandırmışdır. Hazırda işsizdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərardadı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılan zaman da hakim zərərçəkmiş şəxsdən yaranmış aliment borcunu hissi-hissə ödəməyinə dair soruşduqda zərərçəkmiş şəxs razılaşmayıb və onun həbs olunmağını tələb etmişdir. Hal-hazırda da zərərçəkmiş şəxs 2.700 manat əmək haqqı alır və uşaqlarının mənafeyini müdafiə etdiyini bildirir. Əslində isə qərəzli olaraq həbs olunmağına nail olmağa can atır. Onun ailə vəziyyətinin, heç bir yerdə işləməməyinin, qətnamənin icrasından boyun qaçırmadığının nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o icra sənədinin icra edilməsindən qərəzli olaraq yayınmır. Sadəcə hazırda heç bir yerdə işləməməsi səbəbindən yaranmış olan aliment borcunu tam olaraq ödəməkdə çətinlik çəkir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, o işsiz kimi qeydiyyatdan keçmişdir. X5 Xidməti tərəfindən uyğun iş təklif edildikdə o işləməyə başlayıb, yaranmış aliment borcunu da ödəyəcəkdir. ## ###### 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında təqdim etdiyi qəbzlərdən də göründüyü kimi, o ümumilikdə 1.100 manat ödəniş etmişdir. Eyni zamanda cinayət işi üzrə keçirilən məhkəmə iclasları zamanı 2.000 manat məbləğində aliment ödənişi etmişdir. Göstərilən halın da nəzərə alınmasını, alimenti ödəməkdən qərəzli olaraq boyun qaçırmamasını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2018-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan ##.##.2018-ci ildə Elay və ##.##.2020-ci ildə İnci adlı qızları doğulmuşdur. Son zamanlar ailə münasibətləri çox pis olmuşdur. Belə ki, Samiq ailəyə laqeyd və məsuliyyətsiz yanaşmış, uşaqlarla münasibəti yaxşı olmamış və aralarında tez-tez mübahisələr yaranmışdır. Bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Sumqayıt * saylı Mediasiya Təşkilatında aralarında ##.##.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. O, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs ilə aralarında bağlanmış ##.##.2024- cü il tarixli barışıq sazişi qismən təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən onunla Təqsirləndirilən şəxs rəsmi nikah münasibətlərindən doğulmuş övladları ##.##.2018-ci il doğumlu X2 və ##.##.2020-ci il doğumlu Rüstəmli İnci Samiq qızının saxlanmaları üçün hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) Təqsirləndirilən şəxs ona ödəyəcəyinə dair razılaşmışdır. Faktiki olaraq ayrı yaşadıqları müddətdə Samiq uşaqları ilə maraqlanmamışdır. Təkrar evlənməmişdir. Övladları onun yanında və himayəsindədirlər. Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Uşaqlar böyüdüklərindən maddi tələbatları da xeyli artmışdır. Təqsirləndirilən şəxs keçmişdə “ADY”-nin Gürcüstan filialında işləmiş, daha sonra isə Biləcəri qəsəbəsində restoran işlətmişdir. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etsə də, nəticəsi olmamışdır. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Bakı Apellyasiya Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarı ilə 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs İlqar qızı əlavə olaraq bildirmişdir ki, icra sənədinin icra olunması dövründə eyni zamanda cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ona hər hansı bir məbləğdə ödəniş edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən qəbzlərdən görünür ki, həmin ödənişlər 2024-cü ildə ödənilmişdir. Onun tərəfindən ödənilən həmin məbləğlər də cinayət işi üzrə istintaq aparılan zaman aliment bocundan çıxılmışdır. Eyni zamanda məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən ona 1.000 manat və 1.000 manat olmaqla ümumilikdə 2000 manat məbləğində ödəniş edilmiş və o həmin məbləği qəbul etmişdir. Lakin, yenə də ona olan aliment borcunun tam olaraq ödənilməsini tələb edir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X6 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs İlqar qızı ilə Təqsirləndirilən şəxs arasında bağlanmış ##.##.2024-cü il tarixli barışıq sazişi qismən təsdiq edilmişdir. Həmin barışıq sazişinə əsasən tərəflər, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs İlqar qızı rəsmi nikah münasibətlərindən doğulmuş övladları ##.##.2018-ci il doğumlu X2 və ##.##.2020-ci il doğumlu Rüstəmli İnci Samiq qızının saxlanmaları üçün Təqsirləndirilən şəxs hər bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq) Zərərçəkmiş şəxs İlqar qızına ödəyəcəyinə dair razılaşmışdırlar. İcra sənədi icra olunması üçün Fizuli rayon icra və probasiya şöbəsinin icraatına ##.##.2024-cü il tarixdə daxil olmuşdur. ##.##.2024-ci il tarixdə aidiyyəti üzrə Binəqədi rayon icra şöbəsinin icraatına daxil olmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs barəsində 21,02.2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə inzibati xəta tərkibi olmadığından barəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etməmişdir. Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tələbkar Zərərçəkmiş şəxs İlqar qızı şöbəyə ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qətnaməsinin icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs İlqar qızının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi faktına görə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. ##.##.2025-ci il tarixli təqdimatdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilmişdir. Sumqayıt şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən və həmin qətnamə əsasında verilmiş eyni tarixli icra vərəqəsindən görünür ki, ərizəçi Zərərçəkmiş şəxs İlqar qızı ilə maraqlı şəxs Təqsirləndirilən şəxs arasında bağlanmış ##.##.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilmişdir. 1. Tərəflər, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs İlqar qızı rəsmi nikah münasibətlərindən doğulmuş övladları ##.##.2018-ci il doğumlu X2 və ##.##.2020ci il doğumlu Rüstəmli İnci Samiq qızının saxlanılmaları üçün Təqsirləndirilən şəxs (uşaqların atası) hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat alimenti fevral ayından başlayaraq (hər ayın sonuncu günündən gec olmayaraq Zərərçəkmiş şəxs İlqar qızına (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar. 2. Təqsirləndirilən şəxs (uşağın atası) uşaqları– X2 və Rüstəmli İnci Samiq qızının Zərərçəkmiş şəxs İlqar qızının (uşağın anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdı. ##.##.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan və “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədinə əsasən icraata başlanmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmişdir. ##.##.2025-ci il tarixli qərardan görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001) ***/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğimdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. ##.##.2025-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş ## #### 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs İlqar qızına cəmi 5010 manat aliment borcu olması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərardadından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, e *(***)-****/**** nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq (hüququn məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxanadək) məhdudlaşdırılmışdır. ##.##.2025-ci il tarixli icra məmurları şahid2, şahid1, borclu Təqsirləndirilən şəxs və hal şahidləri Şükür Quliyev, Elbəy Tapdıqzadənin iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında olan zaman tələbin yönəldilə biləcəyi hər-hansı əmlak aşkar edilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə -iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkum edilmiş şəxs qeyd edilən cinayətin törədilməsində ittiham edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməli törədilməsi təşkil edir. Cinayətin obyektiv cəhəti – kriminal əməlin zahiri tərəfidir. Cinayətin obyektiv cəhəti müəyyən məkanda və zamanda baş verən müəyyən üsulla törədilən ictimai təhlükəli hərəkətdən və ya hərəkətsizlikdən, ictimai təhlükəli nəticədən, hərəkətlə (hərəkətsizliklə) ictimai təhlükəli nəticə arasında səbəbli əlaqədan ibarətdir. Cinayətin subyektiv cəhəti cinayətin obyektiv əlamətlərinin şəxsin şüurunda əks olunan subyektiv obrazı və ona münasibətidir.Subyektiv cəhət şəxsin ictimai təhlükəli əmələvə onun nəticəsinə olan daxili psixi münasibəti olub, motiv və məqsəddə, qəsd və ehtiyatsızlıqda ifadə olunur. İctimai təhlükəli əməli törətməkdə təqsirli olan şəxs cinayət məsuliyyətinə alınır, cəzalandırılır. Cinayət qanunvericiliyi obyektiv təqsirləndirməyə, yəni təqsir olmadan cinayət məsuliyyətinə almağa yol vermir. Təqsirin olmaması məsuliyyəti aradan qaldırır. Qanunda birbaşa qəsdə verilən anlayışdan müəyyən olunur ki, şəxs öz əməlinin ictimai təhlükəliliyini dərk etməli, onun ictimai təhlükəliliyini qabaqcadan görməli və bunları arzu etməlidir. Həmçinin təqsir, motiv, məqsəd, habelə bunları müşayiət edən emosional vəziyyət cinayətin subyektiv cəhətini yaradan elementlərdir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” # ####### 2012 ci il tarixli Qərarı ilə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Adı çəkilən qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu maddə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Birinci halda bir qayda olaraq, cinayət hərəkətsizlik nəticəsində baş verir. Borclu məhkəmə qərarının icrası üçün müəyyən hərəkətləri etmir. Bununla yanaşı, icra etməmə borclunun müəyyən hərəkətləri etməsi ilə də həyata keçirilə bilər. Məsələn, subyekt yazılı və ya şifahi şəkildə məhkəmə qərarını icra etməyəcəyi barədə məlumat verir və ya məhkəmə qərarını icra etmək niyyətinin olmadığını ifadə edir. Göstərilənlərdən belə nəticəyə gəlmək olar ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar:- məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi;borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi;- borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi;- borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi;- borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Belə hərəkətlər nəticəsində borclu icra sənədini qərəzli olaraq icra etmədikdə, icra məmuru həmin şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verməlidir (“İcra haqqında” Qanunun 82.3-cü maddəsi). Bununla yanaşı nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində müəyyən edilmiş “qərəzli” müddəası qiymətləndirici (tövsifedici) əlamət olduğundan ibtidai istintaq aparan orqan və ya məhkəmə yalnız konkret işin hallarına uyğun olaraq bu əlamətin mövcud olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” ## ###### 2014-cü il qərarında göstərilmişdir ki, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir. Qərarda həmçinin qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsinə müvafiq olaraq barəsində inzibati tənbeh tətbiq olunmuş şəxs, məhkəmə aktını qərəzli olaraq icra etməməkdə davam edərsə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilir. Bu hallara Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin tələbləri şamil edilmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli icra sənədini icra etməməyə görə inzibati qaydada məsuliyyətə cəlb edilmiş, icra məmuru tərəfindən yeni müddət təyin edilməklə o, icra sənədini üzrsüz icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Lakin, Təqsirləndirilən şəxs bundan sonra da icra sənədini icra etməmə kimi hərəkətlərini davam etdirməklə, icra sənədi üzrə tələb olunan məbləği ödəməmişdir. Bu da Təqsirləndirilən şəxs dövlət adından çıxarılmış və icrası məcburi sayılan məhkəmə qərarının qərəzli olaraq icra etməməsini bir daha təsdiq edir. Cinayət Prosessual Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Apellyasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, məhkum edilmiş şəxs işləmədiyi halda məhkəmə istintaqında 2.000 manat aliment borcundan zərərçəkmiş şəxsə ödəniş etməsi onun işsiz statusunun formal olmasını göstərir və azadlıqdan məhrum etmə təhlükəsi səbəbindən ödənişi etdiyini göstərir. Çünki icra icraatı dövründə və cinayət işinin ibtidai istintaqı dövründə borcdan ödəniş etməmişdir. İşin faktiki hallarından müəyyən edilir ki, məhkum edilmiş şəxsin hərəkətlərində qərəzlilik niyyəti olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs və müdafiəçisi apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin olmamasına təkid etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi sanksiyası daxilində 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və yaşayış yeri üzrə müsbə xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin olunarkən, ədalət prinsipinin tələbləri gözlənilmişdir. Belə ki, təyin edilən cəza onun şəxsiyyətinə və cinayətin törədilmə şəraitinə uyğundur. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməyib. Məhkəmə iclasında məhkum edilmiş şəxsin cəzasının dəyişdirilib, ona daha yüngül cəza təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2026-cı il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “Güvən” Vəkil Bürosunun vəkili İsmayılov Səməndər Rabil oğlu tərəfindən məhkum edilmiş Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 20 (iyirmi) saat üçün cəmi 220 (iki yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq “Güvən” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Aqil Musayev Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(3-6)-508/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-508/2026
07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver