Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-509/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünə əsasən ##.##.1960-cı il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəza çəkmə müddətinin əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə mülki iddia məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri, Nizami rayonu ərzisində yerləşən ümumi sahəsi 30 kvadrat metr olan boş torpaq sahəsini İsayev Şakir Alik oğlunun bacısı şahid4 adına sənədləşmə işlərini aparacağına kömək göstərilməsi ilə əlaqədar özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2020-ci ilin sentyabr ayında həyat yoldaşı X9 vasitəsi ilə ünvan 2 ünvanında 17.000 manat və eyni niyyətlə ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Fərhad Hümbətov” adına olan parkda 20.000 manat məbləğində pul vəsaitini Şakir İsayevdən alıb ələ keçirərək, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs İsayev Şakir Alik oğluna ümumilikdə 37.000 (otuz yeddi min min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bilavasitə tanıdığı zərərçəkmiş şəxs2 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə işə qəbul olunmasında köməklik göstərilməsi barədə özünə müraciətindən sonra yüksək vəzifədə işləyən şəxslərlə yaxın münasibətlərinin olduğunu və həmin şəxslər vasitəsi ilə qeyd olunan məsələni həll etmək imkanına malik olmasını yalandan vəd edərək, həmin məsələnin müsbət həlli üçün 2023-cü il mart ayında ünvan 7 ünvanında yerləşən parkda 9.000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 9.000 (doqquz min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə istintaqla şəxsiyyəti araşdırılan Bahəddin adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib özünü işgüzar və çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edərək, sonuncunun yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X4 küçəsi, ev 2B, ** saylı mənzili 17.000 manat müqabilində onun adına çıxarış alacağına dair yalandan vəd verib aldadaraq inandırmış və bu məqsədlə ## ### 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “xxxx” adına olan parkda 2.000 manat və eyni niyyətlə ## #### 2023-cü il tarixdə eyni ünvanda 15.000 manat pul vəsaitini alıb ələ keçirərək, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 17.000 (on yeddi min min) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək hökmün ləğv edilməsini və barəsindəki ittihama xitam verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qərəzli və əsassız olaraq müstəntiqin saxta ittihamları əsasında çıxarılmışdır. Belə ki, cinayət işinin istintaqını aparan müstəntiq tərəfindən təhqiqata verdiyi ilkin ifadəsi bilə-bilə çıxarılmış, üzləşmə protokollarının hamısını vəkilin iştirakı olmadan aparmış, bu cinayət işi ilə bağlı iştirakı, rolu olan şəxslərin hamısının adını bilərəkdən bu cinayət işindən uzaqlaşdırmış, bu cinayət işində zərərçəkmişə ödəmək üçün ondan aldığı 4000 manat puldan yalnız 1000 manat pulu zərərçəkmişə vermiş, qalan 3000 manat pulu öz şəxsi tələbatlarına xərcləmiş, bu cinayət işi ilə bağlı ona qarşı dələduzluq edib, 3500 manat pulunu mənimsəyərək zərərçəkmişə verməmiş, X10 adını biləbilə bu cinayət işindən ayırmış, bu cinayət işində dəfələrlə məhkum olunmuş, İsayev Şakir Alik oğlunun sentyabr 2020-ci il tarixdə vərəsəlik işi ilə bağlı əsassız olaraq ondan 30000 manat pul tələbini, onu şərlədiyini reallığa çevirmiş,müstəntiq ondan aldığı 4000 manat pulu ört basdır etmək üçün barəsində qaldırdığı ********* nömrəli cinayət işini tam saxtalaşdıraraq onu əsassız, sübutlarla, ağılabatmayan, fərziyyələrlə şərləyib tutdurması barədə rəsmi olaraq birinci instansiya məhkəməsinə məlumat versə də, məhkəmə müstəntiqin yazdığı saxta, əsassız ittihamlarını dəstəkləyərək, onu 2 il 6 aylıq müddətdə azadlıqdan məhrumetmə cəzası vermişdir. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan onun dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1ci, 178.2.2-ci və 178.2.4-cü maddələri ilə irəli sürülmüş ittihama xitam verilməsi barədə xahişini əsaslandıran dəlilləri əsassız hesab edərək həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2001-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. “İnsan Hüquqlarının və X22 Haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “X18 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin ##.##.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi sübutların düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, dələduzluğun üsulu kimi etibardan suiistifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin qərarın 5-ci bəndində göstərilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Hazırki iş üzrə birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, eləcə də ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirildiyi qənaətinə gəlmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlilləri qismində İsayev Şakir Alik oğlunun ona 30000 manat məbləğində pul vəsaiti verməsinin həqiqətə uyğun olmaması və müstəntiq tərəfindən ona qarşı qərəzli mövqe tutularaq cinayət işini saxtalaşdırması nəticəsində barəsində əsassız hökmün çıxarılması göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü təqsili bilməsə də, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsinə baxmaq üçün fərdi qaydada müxtəlif yerlərdə meyvə-tərəvəz satışı ilə məşğul olmuşdur. Daha sonra isə səyyari olaraq fərdi qaydada makler kimi fəaliyyət göstərmişdir. Binəqədi rayonun müxtəlif yerlərində insanların sıx olduğu metro çıxışlarında və parklarda səyyari fəaliyyətini davam etdirmişdir. Bu şəbədən də ona, ev kirayə götürmək istəyən və ev kirayə vermək istəyən şəxslər müraciət edirlər. Həmçinin Notariusların qarşısında dayanaraq növbə olan zaman növbədə gözləmək istəməyən şəxslərə köməklik də etmişdir. Bu səbəbdən də ona işlə və evlə bağlı müraciət edənlər çox olmuşdur. Son zamanlar isə işləri yaxşı olmadığı üçün maddi sıxıntıları olmuş və xeyli miqadarda borcları yarandığına görə fikirləşmişdir ki, ona müraciət edən şəxslərə və tanışlarına istənilən dövlət idarələrinə işə düzəldə biləcəyini deyib pul alsın və borclarını qaytarsın. X5 təxminən 7-8 il olar ki, həmyerlisi olduğu üçün tanıyır və onunla müxtəlif vaxtlarda xeyir və şər işlərdə görüşmüşdür. 2023-cü ilin fevral ayının təxminən sonunda Yusifilə görüşən zaman ona bildirmişdir ki, əgər dövlət idarələrinə işə düzəlmək istəyən tanışı varsa ona desin o,da həmin şəxsi pul qarşılığında istədiyi dövlət idarəsinə işə düzəltsin. Həmin vaxt istifadəsində 055-729-54-50 və ***-***-**-** saylı mobil nömrələri olmuşdur. 2023-cü ilin fevral ayının təxminən sonunda istifadəsində olan nömrələrin birinə ***-***-**-** saylı mobil nömrədən zəng edən şəxs özünü zərərçəkmiş şəxs2 kimi təqdim edərək, Yusifin tanışı olmasını və nömrəni onun verməsini, ali təhsilli olduğunu bildirib dövlət idarəsinə işə düzəlmək istədiyini bildirmişdir. zərərçəkmiş şəxs2 ilə telefonla danışığı zamanı ona bildirmişdir ki, o, Azərbaycan Respublikası X26nə işə düzəlmək istəyir. Lakin onun həmin Agentlik barəsində heç bir məlumatı olmamışdır və həmin vaxt 9.000 (doqquz min) manat pula ehtiyacı olduğu üçün ona bildirmişdir ki, onu 9.000 (doqquz min) manat pulun qarşlığında işə düzəldə bilər. Emin də onunla razılaşmışdır. Bundan sonra o, X26 barədə maraqlanmağa başlamışdır ki, əgər Emin ondan həmin Agentlik barədə nəysə sual versə ona cavab verə bilsin. Bundan sonra marketlərdən və digər dükanlardan Agentlik barədə soruşmuş və ona bildirilmişdir ki, X26 market, restoran və kafelərə xüsusi geyimdə gedirlər və orada təmizliyə və yeməklərin keyfiyyətinə nəzarət edirlər. ##.##.2023-cü il tarixdə Emin onunla əlaqə saxlamış və pulu hazırladığını bildirmişdir. O, Emini inandırmaq üçün ondan gələrkən şəxsiyyət vəsiqəsinin, diplomunun və hərbi biletinin surətini də gətirməsini istəmişdir. Həmin gün Emin ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxmlğında “Muğan” bankın arxa tərəfində yerləşən parkda görüşmüşdür. Emin ona 9.000 (doqquz min) manat pulu şəxsiyyət vəsiqəsinin, diplomunun və hərbi biletinin surətini əlbə əl olaraq təqdim etmişdir. Həmin vaxt o, Agentlik barəsində maraqlanıb öyəndiklərini ona deyərək bildirmişdir ki, Agentiliyin Manitorinq şöbəsinə işə düzəldəcək və vəzifəsi Respublika daxili kafe və restoranlara xüsusi geyim formasında gedib təmizliyə və yeməklərin keyfiyyətinə nəzarət etməkdən ibarət olacaq, aylıq maaşı isə 700-1000 manat civarında olacaqdır. Emindən 9.000 (doqquz min) manat pulu aldıqdan sonra ona bildirmişdir ki, 1 ay müddətində Azərbaycan Respublikası X26nin Manitorinq şöbəsinə onu işə düzəldəcək, əmri olacaq və işə çıxacaqdır. Bundan sonra həmin pulu borclarına və şəxsi ehtiyaclarına xərləmişdir. Eminə söz verdiyi bir ay müddət başa çatdıqdan sonra o, ona zəng etməyə başlamış və o, Emini hər dəfəsində müxtəlif bəhanələr ilə aldatmışdır. Bundan sonra artıq Eminin onu aldatdığını başa düşdüyünü hiss etmiş və barəsində şikayət etməməsi üçün ona bildirmişdir ki, onun işi düzəlməsi və aldığı pulu ona hissə-hissə olaraq geri qaytaracaqdır. Lakin Emin ondan 9.000 (doqquz min) manat pulu bütov olaraq tələb etmişdir. Onun isə 3.500 manat pulu olmuşdur. O, fikirləşmişdir ki, tanışı şahid2 birlikdə Emin ilə görüşə getsin və Eminə bildirsin ki, Mansur ilə kafedə əyləşsinlər və ona söz versin ki, 9.000 (doqquz min) manat pulu gətirib ona verəcək. Lakin məqsədi 9.000 (doqquz min) manat pulu deyil özündə olan 3.500 manat pulu ona vermək olmuşdur. Bilirdi ki, Emin bununla razılaşmayacaqdır. Belə ki, o, gedib qayıdarkən Mansura zəng edib kənarda görüşüb 3.500 manat pulu ona verəcəkdir ki, o, aparıb Eminə versin. Bundan sonra Eminin onun barəsində şikayət etməməsi üçün tanışı Mansur adlı şəxs ilə birlikdə 2023-cü ilin təxminən sentyabr ayının ortasında ünvan 5 ünvanında yerləşən “Büsat” şadlıq sarayının yaxınlığında Emin ilə görüşmüşdür. Emin Mansur adlı tanışı ilə kafedə əyləşmiş və o, onları kafedə qoyub çıxmış və kənardan Mansura zəng edib 3.500 manat pulu vermişdir ki, Eminə versin və desin ki, qalan 6.500 manat pulu da yaxın zamanda ona geri qaytaracaqdır. Lakin məqsədi qalan məbləği ona geri qaytarmaq olmamışdır. Daha sonra Mansur Emindən ayrılıb gəlmiş və bildirmişdir ki, o, Eminə verməsi üçün verdiyi 3.500 manat puldan 3.000 manatını Eminə verib və ona deyibdir ki, yaxın zamanda mən qalan məbləği də ona geri qaytaracaqdır. Həmin ərəfədə Mansurun oğlıunun toy məclisinə görə pula ehtiyacı olduğu üçün 500 manatı da özünə götürübdür. Həmin vaxtan sonra Eminin bildiyi yuxarıda qeyd etdiyi mobil nömrələrini işlətməmişdir ki, Emin zəng etməsin. Bundan sonra onu, Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə dəvət etmişlər və orada Eminə 1.000 manat pul qaytarmışdır. Hal hazırda Emindən onu işə düzəltmək adı ilə aldadaraq aldığı 9.000 (doqquz min) manat puldan 4.000(dörd min) manat pulu geri qaytarmış və 5.000(beş min) manat qaytarmalıdır. Bundan başqa göstərmişdir ki, 2020-ci ilin sentyabr ayının təxminən əvvəlində o, tanışı şahid2 ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində görüşən zaman Mansur ona bildirmişdir ki, onun tanıdığı Mahirə adlı qadın var və həmin qadının yaxın qohumu vəfat edibdir. Vəfat edən şəxsin ailəsi və övladı olmadığı üçün onun vərəsəliyini almaq istəyir. Bu barədə ona kömək edə bilib bilməməyini soruşan zaman həmin ərəfədə pul lazım olduğu üçün o, Mansura bildirmişdir ki, ona vərəsəlik əldə etməsində köməklik edə bilər. Həmin vaxt Mansur onun mobil telefonu ilə Mahirə adlı qadına zəng edib onunla danışmışdır. Bundan sonra o, Notariuslara gedib vərəsəliyin necə alınması barədə maraqlanmağa başlamış və məlumat əldə etmişdir ki, vəfat edən şəxsin ailə üzvləri razılıq verməlidirlər ki, vərəsəlik digər şəxsin adma keçsin və bu mərhələ 6-7 ay müddətində başa çatır. Lakin bunun necə həll edilməsi və dövlət rüsümunun olub olmaması barədə heç nə maraqlanmamış, çünki məqsədi bu işi həll etmək deyil, sadəcə olaraq pul ala bilmək olmuşdur. Mansur ilə görüşdən 2-3 gün sonra hal hazırda xatırlamadığı mobil nömrəsinə xatırlamadığı mobil nömrədən zəng edən qadın adının Mahirə olduğunu və nömrəni Mansurun verdiyini bildirmişdir. Mahirə ona bildirmişdir ki, onun yaxın qohumu vəfat edibdir və o, həmin vəfat edən qohumunun ailə üzvləri olmadığı üçün onun ümumi vərəsələyini əldə etmək istəyir. Bundan sonra Mahirə ona zəng edib və görüşüb vərəsəlik məsələsi haqqında danışmaq istədiyini bildirmiş, o, da Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbəsində olduğunu bildirmişdir. Həmin gün hazırda adını xatırlamadığı kafelərin birində Mahirə və onun qardaşı Şakir ilə görüşmüşdür. Bundan sonra Şakir onunla danışıq aparmağa başlamışdır və ona bildirmişdir ki, vəfat edən yaxın qohumunun vərəsəliyinə lazım olan pulu o, verəcək, lakin həmin vəfat edən şəxsin ümumi vərəsəliyi bacısı Mahirənin adma olacaqdır. O, da vərəsəlik barəsində öyəndiklərini ona bildirmişdir ki, ona inansınlar və o, rahatlıqla pul ala bilsin. Çünki, məqsədi onlara vərəsəlik barəsində köməklik etmək deyil sadəcə olaraq pul almaq olmuşdur. Lakin Şakir ona bildirmişdir ki, vəfat edən şəxsin heç bir ailə üzvü olmadığına görə imtina ərizəsinə ehtiyac olmayacaqdır. Bundan sonra o, Şakirə bildirib ki, o, ümumi vərəsəliyin yəni vəfat edən şəxsin adma olan bütün əmlaka vərəsəlik hüququnun Mahirənin adma keçməsi məsələsini müsbət olaraq həll edəcək və bunun müqabilində ondan 20.000 (iyirmi min) manat pul istəmişdir. Şakir isə 20.000 (iyirmi min) manat pulunun olmadığını, onun 13.000 (on üç min) manat pulunun olduğunu və işin yekununda vərəslik əldə etdikdən sonra vəfat edən şəxə məxsus köhnə buraxılışlı “Mersedes” markalı avtomobili ona hədiyyə edəcəyini bildirmişdir. O, pul lazım olduğu üçün onunla razılaşmışdır. 2020-cui ilin sentyabr ayının təxminən ortasında İsayev Şakir Alik oğlu və şahid4 ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkda görüşmüşdür. Şakir İsayev ona, bildirmişdir ki, ilkin olaraq ona 8.000 (səkkiz min) manat pul, vəfat edən şəxsin ölüm haqqında şəhadətnaməsinin surətini verəcək, daha sonra isə 5.000 (beş min) manat pul verəcəkdir. O, da onunla razılaşmış və 8.000 (səkkiz min) manat pulu, vəfat edən şəxsin ölüm haqqında şəhadətnaməsinin surətini Şakir İsayevdən götürmüşdür. Həmin pulu da borclarına və şəxsi ehtiyaclarıma xərləmişdir. Bundan sonra Şakir İsayev ona zəng edərək, vərəsəlik barəsində maraqlanan zaman o, ona işin mərhələli şəkildə davam etdiyini və qalan 5.000 (beş min) manat pulu verməsini bildirmişdir. ## ###### 2020-ci il tarixdə o, Şakir ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən parkda görüşmüş və ondan 5.000 (beş min) manat pulu da almışdır. Həmin məbləği də şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Şakir ona söz verdiyi vaxtda yən 6 ay müddətində zəng gedib vərəsəlik barəsində sadəcə maraqlanmış və ona yalan məlumatlar vermişdir. Deyilən müddət başa çatdıqdan sonra Şakir ona zəng edib nə üçün məsələnin həll edilmədiyini soruşan zaman o, müxtəlif bəhanələr gətirsə də Şakir inanmamış və verdiyi pulu geri tələb edərək vərəsəlikdən imtina etdiyini bildirmişdir. O, manat borc olaraq pul tapmış və 2021-ci ilin əvvəllərində tanışı Ayaz adlı şəxs ilə birlikdə Şakir və Mahirə ilə Xətai rayonu ərazisində görüşmüş və nə qədər onlara həmin pulu təklif etsə də onlar həmin pulu qəbul etməmişlər. O, həmin pulu aldığı şəxsə geri qaytarmışdır. Bundan sonra Şakir onunla görüşüb danışmaq istdəyini bildirmiş, o, da tək getməmək üçün tanışı X6 ilə birlikdə getmişdir ki, Xanlar onunla danışıb hissə-hissə qaytarmağına onu razılaşdırsın. O, müxtəlif vaxtlarda Şakirə hissə-hissə olaraq bir qismini Xanlar ilə, 5.770 manat pulu əlbə əl, Mahirəyə müxtəlif vaxtlarda ümumilikdə 2000 manat pulu əlbə əl olaraq, ##.##.2024-cü il tarixdə Şakirin 4169-73**-****-**** saylı kart hesabına ödəmə terminalı vasitəsi ilə 400 manat, ##.##.2024-cü il tarixdə isə eyni kart hesabına ödəmə terminalı vasitəsi ilə 300 manat pul köçürtmüşdür. Bununla da Şakirdən aldığı 13.000 manat puldan 8470 manat pulu geri qaytarmışdır. Bundan başqa göstərmişdir ki, 2023-cü ilin iyun ayının təxminən ortalarında zərərçəkmiş şəxs1 ilə təsadüfən tanış olmuşdur. Beləki, Ənvər özü ona yaxınlaşaraq harada işləməyini ondan soruşmuş, o, da ona makler olduğunu bildirmişdir. Bundan sonra Ənvər ona bildirmişdir ki, o, Laçın rayonundan məcburi köçkündür və Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X4 küçəsi, ev 2B, mənzil 25 ünvanında yerləşən mənzildə 1992-ci il tarixdən məcburi köçkün kimi məskunlaşıb və həmin mənzil Binəqədi rayon *** saylı MİKS-ə məxsusdur. Həmin mənzili öz adına rəsmiləşdirmək istəyir. O, da ona köməklik edə biləcəyini, tanıdığı, bu işlərdən anlayışı olan şəxsin olmasını və həmin şəxsdən maraqlanıb deyəcəyini bildirmişdir. Onun həmyerlisi kimi tanıdığı və əvvəllər MİKS-də çalışdığını bildiyi “Bahəddin” adlı tanışı olmuş və onunla görüşüb bu barədə ona bildirmiş, o, da bildirmişdir ki, bu işdə köməklik edə bilər və bunun müqabilində 20000 manat pul lazım olmasını bildirən zaman ona həmin məbləğin Ənvərin verməyəcəyini bildirmişdir. Bunula da Bahəddin ona bildirmişdir ki, Ənvərdən 17000 manat pul alsın və 1000 manat pulu özünə götürüb qalan 16000 maat pulu da ona versin. O, da Ənvər ilə görüşüb və ona bildirmişdir ki, həmin məsələni 17000 manat pulun müqabilində düzəldə bilər və həmin məbləği də hissə-hissə yəni ilkin olaraq 2000 manat, işin yekununda da 15000 manat verəcəyini bildirmişdir. Ənvər də onunla razılaşmışdır. Bundan sonra Ənvər ilə ## ### 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “xxxx” adma olan parkda görüşüb və odana 2000 manat pul almışdır, o, da həmin puldan 1000 manatı özünə götürüb, 1000 manat pulu isə Bahəddinə vermişdir. Bundan sonra ## #### 2023- cü il tarixdə Bahəddin ona bildirmişdir ki, qalan məbləği yəni 15000 manatı da Ənvərdən alıb ona versin. O, da Ənvərə zəng etmiş və 15000 manat pulu da təcili olaraq ona çatdırmasını bildirmişdir. Həmin gün yəni ## #### 2023-cü il tarixdə o, Ənvər ilə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “xxxx” adma olan parkda görüşüb və 15000 manat pulu Ənvərdəm almışdır. Bununla yanaşı ondan şəxsiyyət vəsiqəsinin surətini də almışdır. Həmin məbləği də hazırda xatırlamadığı ünvanda aparıb Bahəddinə vermişdir. Həmin vaxt Bahəddin ona 1 ay müddətinə evin sənədləşməsinin düzələcəyini bildirdiyinə görə o, da Ənvərə 1 ay müddətinə sənədləşmənin düzələcəyini bildirmişdim. Bundan sonra Ənvər ona zəng edib sənədləşmə barəsində soruşmağa başlamış, lakin o, Bahəddin ilə əlaqə saxlaya bilmədiyi üçün müxtəlif bəhanələr ilə Ənvəri aldatmışdır. Lakin artıq bir neçə ay keçməsinə baxmayaraq Bahəddin ilə əlaqə saxlaya bilmədiyi üçün və Ənvərində inanmadığı üçün ona təklif etmişdir ki, onunla 17000 manat pul verməsi ilə bağlı notariusda borc müqaviləsi bağlasınlar, o, da razılaşmış və ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 17.000 manat pul verməyinə dair ** saylı Notariat ofisində borc müqviləsi bağlamışdır. Bundan sonra o, hissə-hissə olaraq ümumilikdə Ənvərə əlbəəl 6000 manat pul qaytarmışdır. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İsayev Şakir Alik oğlu ifadəsində göstərmişdir ki, Bacısı şahid4 2020-ci ilin sentyabr ayının təxminən əvvəlində ona bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospektində Nizami Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin yaxınlığında yaşayış binasının qarşısında yerləşən dayısı X11 olan vaxtı ona hədiyyə etdiyi 30 kv.m boş torpaq sahəsində özünə ailəsini dolandırmaq üçün obyekt tikdirmək istəyir. Bu səbəbdən ondan maddi və mənəvi köməklik istəmişdir, o da buna razılıq vermişdir. Həmin torpaq sahəsini dayısı Tahirin ona hədiyyə etməsini o da bilmişdir. Lakin həmin torpaq sahəsinin heç bir sənədi olmadığı üçün orada heç bir tikinti işləri apara bilməmişlər. Mahirə ona bildirmişdir ki, ailə tanışları olan X7 həmin torpaq sahəsinə dair sənədləşmə işlərində köməklik istəyib və Mansur da ona tanışı olan Təqsirləndirilən şəxs məsləhət bilib ki, Əkbərin geniş əhatəsi, sənədləşmə işlərindən anlayışı var. Mahirə ona bildirmişdir ki, ona bu işdə köməklik etsin, onunla birlikdə Əkbər ilə görüşüb danışığı o aparsın və Əkbərin bu işdə köməklik etmək üçün istədiyi pulu ona versin. O da razılaşmış və Əkbərin ***-***-**-** saylı mobil nömrəsinə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə zəng etmişdir. 2020-ci ilin sentyabr ayında ilk dəfə olaraq Əkbər ilə görüşüb danışmaq üçün Abşeron rayonu, Mehdiabad qəsəbəsinə getmişdir. Görüş zamanı Əkbərdən qeyd olunan yerdə yerləşən torpaq sahəsinin sənədini bacısı Mahirənin adına rəsmiləşdirilməsini necə həll edəcəyini soruşmuşdur. Əkbər bildirmişdir ki, o bu işlə məşğul olur və onun notariusda tanışı var, bu işi həmin şəxsin vasitəsi ilə bacısı Mahirənin adına rəsmiləşdirəcək. Bunun üçün isə ondan 25.000 manat pul istəmişdir. Həmin vaxt Əkbərə bu barədə fikirləşdikdən sonra məlumat verəcəyini bildirmişdir. Bundan sonra, Əkbər mütəmadi olaraq ona zəng edib pulu istəmiş, lakin ona bildirmişdir ki, 25.000 manat pulun yarı hissəsini, yəni 12.500 manat pulu versin, qalan məbləği isə ona sənədləşmə işləri bitdikdən sonra versin. Əkbər 17.000 manata razılaşaraq bildirmişdir ki, 17.000 manat pulu və dayısının ölüm haqqında şəhadətnaməsinin surətini ona versin. 2020-ci ilin sentyabr ayının təxminən ortasında Əkbərə zəng edib 17.000 manat pulu ona vermək istədiyini bildirən zaman Əkbər Bakı şəhərində olmadığını, onun yaşadığı ünvan 2 ünvanına getməsini və 17.000 manat pulu onun həyat yoldaşı X9 verməsini istəmişdir. Həmin gün bacısı Mahirə ilə birlikdə Əkbərin dediyi ünvana getmişlər. 17.000 manat pulu Mahirəyə vermiş və Mahirə həmin pulu gedib Əkbərin yaşadığı evdə Əkbərin həyat yoldaşı Gülsümə vermişdir. Bundan sonra, Əkbər ona bildirmişdir ki, 1 həftə müddətində sənədləşmə işləri tamamlanacaq və Mahirənin adına rəsmiləşəcək. Bir həftədən sonra Əkbərə zəng edib iş barəsində maraqlanan zaman Əkbər bildirmişdir ki, tanışı adını demədiyi notariusun rəisi vəfat edib və başqa notariusda bunu həll edəcək. Lakin o, bu işdə ondan əlavə olaraq 20.000 manat pul istəmişdir. O, ilk öncə onunla razılaşmasa da, sonradan Əkbər bacısı Mahirə ilə Bakı şəhəri, Xətai rayonu ərazisində görüşmüşdür. Görüş zamanı Əkbər ona əlavə olaraq 20.000 manat verməsə, sənədləşmə işlərinin alınmayacağını bildirib, əvvəlcədən ona verdiyi 17.000 manat pulu geri qaytarmağı təklif etmişdir. O da fikirləşmişdir ki, artıq 17.000 manat pul vermişdir və Əkbər ilə razılaşıb 20.000 manat pulu da ona versin. Bununla da Əkbər ilə razılaşmışdır. Bundan sonra, ##.##.2020-ci il tarixdə Əkbər ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində parkda görüşmüş və 20.000 manat pulu Əkbərə vermişdir. Həmin vaxt Əkbər Mahirənin şəxsiyyət vəsiqəsini və vəfat edən dayısı Tahir Bayramovun ölüm haqqında şəhadətnaməsinin surətini istədiyi üçün həmin sənədləri də ona təqdim etmişdir. Əkbər ona 14 iş günü ərzində bu məsələnin tamamilə həll olunacağına söz vermişdir. Deyilən müddətin sonunda Əkbərə zəng edib iş barəsində maraqlanan zaman Əkbər müxtəlif bəhanələr gətirmişdir. Artıq hiss etmişdir ki, Əkbər onu aldadıb. Bu səbəbdən də Əkbərdən ona verdiyi 37.000 manat pulu geri tələb etmişdir. Lakin ona zəng edən zaman arabir zənglərinə cavab verməmişdir. Bundan sonra, Əkbər ona zəng edib görüşmək istədiyini bildirmişdir. O da 2021-ci ilin əvvəllərində Əkbər ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində görüşmüşdür. Əkbər həmin yerə sonradan adını bildiyi şahid5 ilə birlikdə gəlmişdir. Xanlar onunla söhbət edərək Əkbərə müddət verməsini xahiş etmiş və o da bildirmişdir ki, Əkbər əlinə pul gəldikcə gətirib ona pul versin. Hətta aylıq ona 500 manat verməsini də Əkbərə təklif etmişdir. Xanlar və Əkbər onunla razılaşmışlar. Əkbər ümumilikdə verdiyi puldan müxtəlif vaxtlarda az miqdarda pul qaytarmışdır. Bundan sonra Əkbər zənglərinə cavab vermədiyi üçün məcbur qalıb Xanlar ilə əlaqə saxlamışdır ki, Əkbəri tapsın və pulunu geri qaytarmağını ona desin. Xanlar da əksər vaxtlarda Əkbəri tapıb onunla əlaqələndirmışdir, Əkbər ona söz versə də, pulunu geri qaytarmırdı. Bundan sonra Əkbərin yaşadığı ünvana bacısı Mahirə ilə birlikdə getmişdir. Əkbərin həyat yoldaşı Gülsüm onları qarşılamış, bacısı Mahirə ona Əkbərin onları aldadaraq ona verdikləri 17.000 manat ilə birlikdə ümumilikdə 37.000 manat pulu aldığını və qaçıb gizləndiyini bildirmişdir. Gülsüm də Əkbərin harada olmasını deməmişdir. Bir neçə dəfə Əkbərin yaşadığı ünvana getsələr də, onu evdə tapa bilməmişlər. 2021-ci ilin iyun iyul aylarının birində Mahirə ilə Əkbərin yaşadığı ünvana gedən zaman Gülsüm Əkbərin həbs edildiyini bildirmişdir. Bundan təxminən 1 il sonra Əkbərin həbsdən azad edildiyini öyrənmiş və Əkbərin yerini öyrənib onunla Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində görüşmüşdür. Əkbər ondan yenə vaxt istəmiş o da həbsdən azad edildiyi üçün ona bir müddət vaxt vermişdir. Lakin sonradan Əkbər ümumiyyətlə zənglərinə cavab vermədiyi üçün onun barəsində Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs İsayev Şakir Alik oğlu ona dəymiş zərərdən 7000 (yeddi min) manat məbləğində ödəniş edildiyini, hazırda ona 30000 (otuz min) manat məbləğində maddi zərər vurulduğunu, ona dəymiş maddi ziyanın ödənilməsi məqsədi ilə mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyindən Təqsirləndirilən şəxs şikayətçi olduğunu, vurulmuş ziyanın tam olaraq ödənilməsini, verilmiş mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, 1992-ci il tarixdə doğma torpağı Laçın rayonundan erməni işğalçıları tərəfindən məcburi köçürülən zaman ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, X4 küçəsi, ev 2B, mənzil 25 ünvanında yerləşən mənzilin boş olması səbəbindən həmin ünvanda yaşamağa başlamışdır. Qeyd olunan mənzil Binəqədi *** saylı MİKS-ə məxsusdur və sahibi yoxdur. 2023-cü il tarixdə Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən çayxanaların birində olan zaman, orada Təqsirləndirilən şəxs ilə təsadüfən tanış olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs da həmin çayxanada olmuşdur. O görmüşdür ki, onun mobil telefonlarına çoxlu sayda zənglər gəlir və zənglərdə hansısa bir işin həlli ilə bağlı danışıq aparır. Yaşadığı mənzili öz adına rəsmiləşdirmək barəsində fikirləşdiyi üçün Əkbərin işlə bağlı danışığı diqqətini çəkmişdir və ona yaxınlaşıb harada işləməsini soruşmuşdur, Əkbər makler kimi fərdi qaydada işləməsini bildirib sənədləşmə işlərini və işə düzəltmə ilə bağlı köməklik edə bildiyini bildirmişdir. O da yaşadığı mənzili öz adına rəsmiləşdirmək üçün ondan köməklik istəmişdir. Təqsirləndirilən şəxs əvvəllər Notariat kontorunda işləməsini bildirib köməklik edərək yaşadığı mənzilə dair adına rəsmi olaraq çıxarış alacağını bildirmişdir. Bunun qarşlığında ondan 17.000 manat pul istəyib, ilkin olaraq 2.000 manat pul verəcəyini, çıxarışı aldıqdan sonra isə qalan 15.000 manat pulu alacağını bildirmişdir. O da razılaşmışdır və ## ### 2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “xxxx” adına olan parkda Əkbər ilə görüşüb ona əlbəəl olaraq 2.000 manat pul vermişdir. Əlavə olaraq isə qaz, işıq və su sayğaclarına dair qəbzləri və şəxsiyyət vəsiqəsinin surətini də ona vermişdir. Bundan sonra, Əkbər bildirmişdir ki, 1 ay müddətinə mənzilə dair adına çıxarışı alıb təqdim edəcək. ## #### 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq qalan 15.000 manat pulu təcili olaraq ona çatdırmağını bildirib artıq çıxarışın hazır olmasını qeyd etmişdir. Həmin gün yenidən Təqsirləndirilən şəxs ilə Binəqədi rayon ərazisində yerləşən “xxxx” adına parkda görüşüb ona 15.000 manat pul vermişdir. Bundan sonra isə hər dəfə Əkbərə zəng edib mənzilin çıxarışı barədə maraqlanan zaman müxtəlif bəhanələr gətirməyə başlamışdır. Artıq hiss etmişdir ki, Əkbər onu aldadaraq dələduzluq edib. Bu səbəbdən də Əkbərdən ona verdiyi 17.000 manat pulu geri tələb etməyə başlamışdır. Əkbər ona hissə-hissə olmaqla ümumilikdə 3700 manat pul geri qaytarmışdır. Lakin pulu geri tələb etdikdə Əkbər ona bildirmişdir ki, əgər pulu ona geri qaytaracağına inanmırsa onunla 17.000 manat pul verməsinə dair Notariusda borc müqaviləsi bağlasın. O da məcbur qalıb ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 17.000 manat pul verməyinə dair ** saylı Notariat ofisində borc müqviləsi bağlamışdır. Bundan sonra isə Əkbər zənglərinə cavab verməmişdir. Təqsirləndirilən şəxs axtaran zaman məlum olmuşdur ki, o, Binəqədi RPİ tərəfindən dələduzluqla həbs olunub. O da Binəqədi RPİ-nə yaxınlaşıb onun barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciətindən sonra Təqsirləndirilən şəxs hazırda xatırlamadığı mobil nömrədən zəng edərək, İstintaq Təcridxanasında olduğunu və digər şəxslərin pulunu geri qaytardığını bildirib, ondan tələb etmişdir ki, barəsində etdiyi şikayəti geri götürsun ki, həbsdən azad olub pulunu geri qaytarsın, əks halda pulu ona geri qaytarmayacaqdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əkbərə ona verdiyi pulu qohumlarından aldığını bildirdikdə dəymiş ziyandan 3700 manat pulu ona geri qaytarmışdır, hazırki borc məbləği isə 13300 manat təşkil edir. Odur ki, ona dəymiş maddi ziyanın ödənilməsi, verilmiş mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci il tarixdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Dünya İqtisadiyyatı fakültəsini bitirdikdən sonra dövlət idarələrində işləməsə də, fərdi olaraq işləmişdir. X2 ailə dostudur. 2023-cü ilin fevral ayının təxminən sonunda Yusif Əliyev ilə görüşmüşdür və onunla söhbət əsnasında bildirmişdir ki, dövlət idarələrində işləmək istəyir. Yusif Əliyev də ona bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adlı tanışı var və Əkbər ona yüksək vəzifədə işləyən tanışlarının olmasını bildirib. Bundan sonra Yusif, Əkbərin mobil nömrəsinə zəng etmiş və onun barəsində bildirmişdir. Əkbər bildirmişdir ki, o, Azərbyacan Respublikasının Qida X29 Şöbəsinə işə düzəldə bilər və vəzifəsi Respublika daxili kafe və restoranlara gedib oranın təmizliyinə və yeməklərinin keyfiyyətinə nəzarət etmək olacaq və aylıq maaşı isə 700-1000 manat civarında olacaq. Bunun üçün isə 9000 manat ondan pul istəmişdir və bildirmişdir ki, 8000 manat pulu işə düzəlməyi üçün adını demədiyi şəxsə verəcək, 1000 manat isə özünə götürəcək. O da onunla razılaşmışdır. Daha sonra, Yusif Əkbərin istifadəsində olan 055-729-54-50 və ***-***-**-** saylı mobil nömrələrini ona vermişdir ki, özü onunla əlaqə saxlasın. Bundan bir neçə gün sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Əkbərin istifadəsində olan 055- 729-54-50 və ***-***-**-** saylı mobil nömrələri ilə əlaqə saxlamışdır. Əkbər bildirmişdir ki, şəxsiyyət vəsiqəsinin, diplomumun və hərbi bilietinin surətini, 9000 manat pul ilə birlikdə gətirib ona versin. 2023-cü ilin mart ayında Əkbərin bildirdiyi kimi 9000 manat pulu şəxsiyyət vəsiqəsinin, diplomunun və hərbi bilietinin surətini götürüb, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında yerləşən Muğan bankın arxa tərəfində yerləşən parkda Əkbər ilə görüşmüşdür. 9000 manat pulu şəxsiyyət vəsiqəsinin, diplomunun və hərbi bilietinin surətini Əkbərə əlbəəl olaraq vermişdir. Əkbər orada da bildirmişdir ki, onu Azərbyacan Respublikasının Qida X29 Şöbəsinə işə düzəldəcək və vəzifəsi Respublika daxili kafe və restoranlara gedib oranın təmizliyinə və yeməklərinin keyfiyyətinə nəzarət etmək olacaq, aylıq maaşı isə 700-1000 manat civarında olacaq. Bu iş isə 1 ay ərzində düzələcək və əmri verildikdən sonra artıq işə çıxacaq. Xüsusi geyim forması və xidməti vəsiqəsi olacaq. Bununla da Əkbərə inanıb pulu verdikdən sonra həmin müddətin tamam olmasını və işə çıxmağını gözləmişdir. Lakin deyilən müddətin tamamında Əkbərə zəng edib işin hansı mərhələdə olmasını maraqlandıqda Əkbər mart ayında bayram ərəfəsində olduğu üçün iş günü olmadığından işin gecikdiyini bildirmişdir. Bundan sonra, aprel ayının əvvəlində yenidən Əkbərə zəng etdikdə o, müxtəlif bəhanələr gətirmişdir. Artıq hiss etmişdir ki, Əkbər onu aldadır, bu səbəbdən də Əkbərdən pulunu geri verməsini tələb etmişdir. 2023- cü ilin sentyabr ayının təxminən ortasında Əkbərə zəng edib pulunu tələb etdikdə Əkbər onu Binəqədi rayonu, Ə. Naxçıvani küçəsi 78 ünvanında yerləşən “Büsat” şadlıq sarayının yaxınlığına görüşə çağırmışdır. Həmin yerə əmisi Yusifov İkram Hacıbala oğlu ilə birlikdə getmişdir. Əkbər ora sonradan adını bildiyi şahid2 ilə birlikdə gəlmişdi. Orada Əkbər bildirmişdir ki, gedib pulu gətirsin və o, əmisi İkram onun tanışı Mansur ilə birlikdə yaxınlıqda kafelərin birində əyləşib onu gözləsinlər. Əkbər getdikdən təxminən 1 saat sonra Mansura zəng etmiş və Mansur Əkbərdən 9.000 manat pulu alıb qayıdacağını deyib getmişdir. Lakin nə qədər onları gözləsələr də, gəlməmişlər. Əkbər ilə əlaqə saxlmağa çalışsa da, onun mobil nömrələrinə zəng çatmamışdır. O da onun barəsində şikayət ərizəsi yazmışdır. Daha sonra, Əkbər ona verdiyi 9000 manat puldan Binəqədi rayon polis idarəsində 1000 manat pulu geri qaytarmışdır. Hal hazırda Əkbərin ona 8000 manat pul verəcəyi var. Zərər çəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəməyə ##.##.2026-cı il tarixli, 8İ23 nömrəli ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi olması səbəbindən uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxs ev kirayəsi ilə məşğul olmuş və eyni zamanda notariuslarda insanlara sənədləşmə işlərində köməklik edirdi. şahid4 isə 2018-ci ildən tanıyır. Belə ki, Mahirənin qayınanası Sevda adlı qadın ilə ailəvi tanışlığı var və sonuncunu onun vasitəsi ilə tanımışdır. 2020-ci ilin təxminən sentyabr ayında Mahirə ona bildirmişdir ki, vəfat edən dayısının vərəsəlik hüququnu əldə etməkdə ona köməklik etsin. Lakin ona bu işlər barəsində məlumatının olmadığını bildirib, tanışı Əkbərin sənəd işindən anlayışının olmasını qeyd etmişdir və Əkbərin əlaqə nömrəsini vermişdir ki, ona zəng edib nömrəni onun verdiyini bildirsin, beləliklə, o, bu işdə ona köməklik edəcək. Daha sonra isə onlar arasında nə olması barədə heç bir məlumatı olmamışdır. Lakin 1 il sonra, yəni 2021-ci il tarixdə dəqiq xatırlamadığı yay aylarının birində Mahirə ona zəng edərək, Əkbərin onu və qardaşı İsayev Şakir Alik oğlunu aldadaraq pulunu almasını bildirmişdir. Lakin pulun məbləğini ona deməyərək Əkbərin onların zənglərinə cavab vermədiyini bildirmişdir. Həmin vaxt Əkbər həbsdə olmuşdur. 2022-ci il tarixdə Əkbər həbsdən çıxdıqdan sonra onunla görüşmüş və Əkbərə Mahirə və Şakirdən aldığı pulu geri qaytarmasını bildirmişdir. Əkbərdən Mahirə və Şakirdən hansı məbləğdə pul almasını soruşan zaman Əkbər ona Şakirə 7000 manat pul qaytardığını, ona 10.000 manat borcunun qaldığını bildirmişdir. Bundan sonra bu barədə məlumatı olmamışdır. Bundan başqa, 2023-cü ilin sentyabr ayının təxminən ortasında Əkbərin dostu Vüqar adlı şəxs ona zəng edərək, Əkbəri iki nəfər şəxsin axtardığını və həmin şəxs ilə görüşmək üçün Əkbərin getməyini xahiş etmişdir. O da razılaşmışdır və Əkbər ilə birlikdə ünvan 5 ünvanında yerləşən “Büsat” şadlıq sarayının yaxınlığına getmişlər. Orada sonradan adını bildiyi zərərçəkmiş şəxs2 və onun əmisi Yusifov İkram Hacıbala oğlu ilə görüşmüşlər. Görüş zamanı məlum olmuşdur ki, Əkbər zərərçəkmiş şəxs2 aldadaraq Azərbyacan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə işə düzəltmək adı ilə ondan 9.000 manat pul alıb. zərərçəkmiş şəxs2 Əkbərdən pulunu tələb etmişdir. Bundan sonra Əkbər bildirmişdir ki, orada onu gözləsinlər, o, da gedib pulu gətirsin. Bundan sonra Əkbəri gözləmişlər, bir qədər sonra Əkbər ona zəng etmiş və yaxınlıqda olan “xxxx”-in qarşısında Əkbər ilə görüşmüşdür, bu zaman Əkbər ona 3.000 manat pul vermişdir ki, aparıb Eminə versin və qalan məbləği də yaxın müddətdə ona geri verəcəyini bildirmişdir. O da geri qayıdıb “Büsat” şadlıq sarayının qarşısında 3.000 manat pulu zərərçəkmiş şəxs2 əmisi İkram Yusifovun iştirakı ilə verib oradan çıxıb getmişdir. Bundan bir neçə ay sonra Emin ona zəng edərək, Əkbərin qalan məbləği ona vermədiyini və zənglərinə cavab vermədiyini bildirmiş, o da bu barədə polisə şikayət etməsini ona bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid4 ifadəsində göstərmişdir ki, 2016-cı il tarixdən Hal şahidi İsfəndiyar oğlunu keçmiş qayınanası X8 vasitəsi ilə tanıyır. Belə ki, 2016-cı il tarixdə X3 ilə ailə qurduqdan sonra Mansuru ailəvi yaxın münasibətləri olduğunu görə tanımış və onun işgüzar şəxs olmasını bilmişdir. Bu səbəbdən də, Bakı şəhəri, Nizami rayonu, Neftçilər prospektində Nizami Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinin yaxınlığında yaşayış binasının qarşısında yerləşən dayısı X11 olan vaxtı ona hədiyyə etdiyi 30 kv.m boş torpaq sahəsində ailəsini dolandırmaq üçün obyekt tikdirmək istəmişdir. Bu barədə Mansurdan köməklik istəmişdir ki, ona köməklik etsin, həmin torpaq sahəsini öz adına sənədləşdirmiş və orada tikinti işləri aparmışdır. Mansur da bildirmişdir ki, onun Təqsirləndirilən şəxs adlı tanışı var və o, bu işdə köməklik edə bilər. Bundan sonra, Mansur Təqsirləndirilən şəxs əlaqə nömrəsini vermiş, o da Əkbərin nömrəsini qardaşı Şakir İsayevə vermişdir ki, özü onunla danışsın, həmçinin də bu işdə ona maddi dəstək olsun. Bundan sonra, Şakir ona bildirmişdir ki, o, Əkbər ilə danışıb və Əkbər ondan bu iş üçün 25.000 manat pul istəyib, lakin 17.000 manat məbləğə razılaşıb. 2020-ci ilin sentyabr ayının təxminən ortasında Şakir Əkbərə zəng edib 17.000 manat pulu ona vermək istədiyini bildirən zaman Əkbər Bakı şəhərində olmadığını və həmin pulu onun yaşadığı ünvan 2 ünvanına gedərək onun həyat yoldaşı X9 verməyi istəmişdir. Həmin gün qardaşı Şakir ilə birlikdə Əkbərin dediyi ünvana getmişdir. Şakir 17.000 manat pulu ona vermiş, o da həmin pulu gedib Əkbərin yaşadığı evdə Əkbərin həyat yoldaşı Gülsümə vermişdir. Bundan sonra, Əkbər bildirmişdir ki, 1 həftə müddətində sənədləşmə işləri tamamlanacaq və onun adına rəsmiləşəcək. Bir həftədən sonra Şakir Əkbərə zəng edib iş barəsində maraqlanan zaman Əkbər bildirmişdir ki, onun tanışı adını demədiyi Notariusun rəisi vəfat edib və başqa notariusda bunu həll edəcək. Lakin o, bu işdə əlavə olaraq 20.000 manat pul istəmişdir. Şakir ilk öncə onunla razılaşmasa da, sonradan Əkbər ilə o və Şakir Bakı şəhəri Xətai rayonu ərazisində görüşmüşlər. Görüş zamanı Əkbər ona əlavə olaraq 20.000 manat verməsələr, sənədləşmə işlərinin alınmayacağını bildirib əvvəlcədən ona verdikləri 17.000 manat pulu geri qaytarmağı təklif etmişdir. Onlar da fikirləşmişlər ki, artıq 17.000 manat pul vermişlər və Əkbər ilə razılaşıb 20.000 manat pulu da ona versinlər. Bununla da, Əkbər ilə razılaşmışlar. Bundan sonra, ##.##.2020-ci il tarixdə Şakir Əkbər ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində parkda görüşmüşlər və 20.000 manat pulu Əkbərə vermişdir. Bundan sonra, Əkbərin dediyi müddət başa çxxxxa da, sözünə əməl etməmiş və zənglərə cavab verməmişdir. Onlar da bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş şahid6 ifadəsində göstərmişdir ki, Əkbərin müxtəlif şəxslərdən pul alması barədə heç bir məlumatı yoxdur. Məhkəmə iclasında şahid şahid6 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Əkbərin dəymiş ziyandan 3500 manat məbləğində pulu müstəntiqə verməsini eşitmişdi, lakin 4000 olmasını bilmir. şahid2la aralarında hər hansı qohumluq əlaqəsi yoxdur, onu Əkbərin tanışı kimi tanıyır. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, R İlkin İsmayılov bildirmişdir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 verməyi üçün ona 4000 manat pul verməsi həqiqəti əks etdirmir, barəsində ağır maddələrlə ittiham verdiyi üçün ona qərəzlidir və bu kimi hərəkətlərə yol verir. Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində həbsli axtarış verilmişdir. Əkbər zərərçəkmiş şəxsə təqdim etməsi üçün ona cəmi 1000 manat pul verib, həmin pulu almağı barədə sonuncunun iştirakı və imzası ilə protokol tərtib olunmuşdur. Tərəfindən şahid2la bağlı ayrı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir, Daxili İşlər Nazirliyində həmin hissə ilə bağlı araşdırma aparılıb. Birinci instansiya məhkəməsinin iclasında əlavə şahid qismində dindirilmiş Hal şahidi İsfəndiyar oğlu ifadəsində göstərmişdir ki, xatırlamadığı tarixdə çayxanada oturduğu zaman Əkbər, Emin və əmisi yanına gəlmişlər, bu zaman Əkbər onlara pul borclu olduğunu demişdir. O da bunun düzgün olmadığını və borcu ödəməsini bildirmişdir. Həmin şəxslər Əkbəri polisə şikayət etmək istədiklərini dedikdə Əkbərdən pulu ödəyib-ödəməyəcəyi barədə soruşmuş, o da öz növbəsində borc məbləğini qaytaracağına dair söz vermişdir. Daha sonra, Əkbər barəsində cinayət işi başlandığından xəbər tutmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, X2 müraciəti əsasında toplanmış ilkin yoxlama materilaı üzrə ##.##.2024-cü il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərar ləğv olunmuş və fakt üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi ünvanında baş vermişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa gələrək zərərçəkmiş şəxs2 dəymiş 9.000 (doqquz min) manat maddi ziyandan 1.000 (bir min) manat pulu zərərçəkmiş şəxs2 təqdim edilməsi üçün Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi İlkin İsmayılova təhvil vermişdir. İş materiallarında olan ##.##.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə istintaqa gələrək zərərçəkmiş şəxs2 verməsi üçün təqdim etdiyi 1.000 (bir min) manat pulu zərərçəkmiş şəxs2 təhvil vermişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* saylı cinayət işi icraatına qəbul olunmuş və ibtidai istintaqı davam etdirilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin ##.##.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 320.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətinə islah işləri (15%) cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin ##.##.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4, 69.3-cü maddəsi ilə təqsirli bilinərək, 2000 manat cərimə cəzasına məhkum edilmiş, ##.##.2016- cı ildə AR MM ## ### 2016-cı il tarixli qərarının 5.2-ci bəndinin təsiri altına düşdüyü üçün haqqında ##.##.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2022-ci il tarixli hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, İsayev Şakir Alik oğluna qarşı dələduzluq edilməsi faktının eyni üsulla törədilmiş dələduzluqla bağlı olmasını nəzərə alaraq toplanmış material icraatında olan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq 250046042 nömrə altında davam etdirilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli raportdan görünür ki, İsayev Şakir Alik oğlu ərizə ilə Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət edərək özünə məxsus evin sənədərinin düzəldilməsi məqsədi ilə Əkbər və Xanlar adlı şəxslərə 30000(otuz min) manat məbləğində pul verdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 320.2ci maddəsi ilə təqsirli bilinmiş və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.1-ci maddələri ilə onun törədilmiş cinayətlərə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi əsasları ilə bəraət verilməsi, Azərbaycan Respublikası CMnin 32.5, 320.2-ci maddəsi ilə təqsirli bilinməsi və cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyi üçün ona cəza təyin edilməməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** nömrəli, ## #### 2022-ci il tarixli hökmü apellyasiya şikayətləri və apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ##.##.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, İsayev Şakir Alik oğluna qarşı dələduzluq edilməsi faktının eyni üsulla törədilmiş dələduzluqla bağlı olmasını nəzərə alaraq toplanmış material icraatında olan Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və ibtidai istintaq 250046042 nömrə altında davam etdirilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli raportdan görünür ki, İsayev Şakir Alik oğlu ərizə ilə Binəqədi RPİ-nin 43-cü PB-nə müraciət edərək ğzünə məxsus evin sənədərinin düzəldilməsi məqsədi ilə Əkbər və Xanlar adlı şəxslərə 30000(otuz min) manat məbləğində pul verdiyini bildirmişdir İş materiallarında olan ****** nömrəli vəsiqənin surətindən görünür ki, İsayev Şakir Alik oğluna ##.##.2021-ci il tarixdə şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə İsayev Şakir Alik oğlu zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs həmin gün saat 22:05-də Binəqədi RPİ-nin inzibati binasında tutulmuşdur. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Üzləşdirmə keçirilməsi haqqında” protokoldan görünür ki, şahid şahid4 ilə şübəhli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “Üzləşdirmə keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxs İsayev Şakir Alik oğlu ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025- ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ## #### 2025-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli ## ### 2025ci il saat 22:00-dan hesablanmışdır. İş materiallarında olan ##.##.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında 17000 (on yeddi min) manat məbləğində borc müqaviləsi bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətə, yəni ## ######## 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “xxxx” MMC-dən alınmış ## #### 2025-ci il tarixli GQ-*/***-**/**** nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “xxxx” MMC-dən alınmış ## #### 2025-ci il tarixli GQ-*/***-**/**** nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. İş materiallarında olan ##.##.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən istintaqa məlum olmayan “Bəhaddin” adlı şəxsin və şahid2 barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 (iyirmi) gün müddətə, yəni ## ####### 2025-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan ##.##.2026-cı il tarixli, 8İ-23 nömrəli ərizədən görünür ki, zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan ****** nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs qaçqın statusu verilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsinin iclasında, həm apellyasiya şikayətində, eləcə də hazırki apellyasiya baxışı zamanı özünü təqsirli bilməməsi, habelə ona qarşı irəli sürülmüş ittihama əsasən İsayev Şakir Alik oğlunun ona 30000 manat məbləğində pul vəsaiti verməsinin həqiqətə uyğun olmaması barədə dəlilləri ilə razılaşmayaraq həmin dəlilin iş materiallarında olan və mötəbərliliyi şübhə doğurmayan sübutların məcumusu ilə öz təsdiqini tapmadığını, əksinə təkzib olunduğunu qeyd edir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materiallarında olan təqsirləndirilən şəxsin özünü ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də digər mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsini tam şəkildə sübuta yetirilmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaqla bərabər, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarındakı tövsiyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onun təqsirli olmasını sübut edən halları təkzib edən hər hansı bir dəlilin apellyasiya baxışı nəticəsində müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıkarı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddələrinə müvafiq olaraq dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025-ci il tarixdə şübhəli şəxs qismində həmin gün saat 22:05-də Binəqədi RPİ-nin inzibati binasında tutulmuşdur. ## ### 2025-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs barəsində ## #### 2025-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli ## ### 2025-ci il saat 22:00-dan hesablanmışdır. Daha sonra, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarı ilə, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətə, yəni ## ######## 2025-ci il tarixədək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə 20 (iyirmi) gün müddətə, yəni ## ####### 2025-ci il tarixədək uzadılmışdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi həmin məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs münasibətdə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (əvvəllər də eyni xarakterli cinayət əməlini törətməyə görə məhkum olunmasını), Təqsirləndirilən şəxs CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ilə barışmasını,zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, CM-nin 59.1.14-cü maddəsinə əsasən zərərçəkmiş şəxslər İsayev Şakir Alik oğlu və zərərçəkmiş şəxs1 dəymiş ziyandan qismən ödəniş etməsini təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi və CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədən, habelə təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə növündə təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyən olunmuş növdə və həddə ədalətli cəza təyin etmişdir. Buna görə də məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəza tədbirinin növü və həddi ilə razılaşaraq cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2ci və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Faiq Qəniyev Zəfər Əhmədov
Məhkəmə qərarları › İş №1(3-6)-509/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-509/2026
05.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver