Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-510/2026 18.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və X16 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X20, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhər “YASA” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## #### 1981-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ə.Qarayev adına * saylı X18 həkim pediatr işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və qeyri dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ##.##.2024-cü il tarixdə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il müddətinə dövlət və qeyri dövlət səhiyyə sistemində rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, həmçinin hər hansı tibb fəaliyyəti, o cümlədən həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 00:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddətinin onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının Bakı şəhər Probasiya İdarəsinə tapşırılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs, X5 X1 nəzdində olan Əbülfəz Qarayev adına * saylı X32 təcili və X33 şöbəsinin təcili və X33 üzrə həkimi vəzifəsində işləməklə “X5” X1 rəhbərliyi tərəfindən təsdiq edilmiş 2022-ci ilin oktyabr ayının növbətçilik qrafikinə əsasən ##.##.2022-ci il tarixdə saat 21:00-dan ##.##.2022ci il tarixdə saat 09:00-dək olan müddətdə xəstəxananın təcili və X33 şöbəsində məsul növbətçi həkim xidmətində olarkən ## ####### 2022-ci il tarixdə saat 01:14-də qarında kəskin ağrılarla valideynləri tərəfindən gətirilən və ona müraciət edən ##.##.2011-ci il təvəllüdlü X7 növbətçi həkim kimi xidmətdə olduğu müddətdə xəstənin müvafiq müayinələrinin aparılması, stasionara yerləşdirilibyerləşdirilməməsi, ilkin tibbi yardım göstərilməsi və.s kimi qərarlar vermək səlahiyyətinə malik olmaqla yerinə yetirdiyi təşkilati-sərəncamverici funksiyalara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ######## 2012-ci il tarixli ** saylı əmri ilə təsdiq edilmiş “Təcili və X33 üzrə həkimin nümunəvi vəzifə təlimatı”nın 6-cı, 7-ci bəndlərinə əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını və diaqnozunu müəyyən etməli olduğu halda, bunu etməyərək yalnız xəstənin müalicəsi üçün yetərli olmayan simptomatik müalicə (noşpa-dimedrol inyeksiyası, imalə edilməsi) aparılması ilə kifayətlənib işinə vicdansız və laqeyd münasibət göstərməklə təlimatla üzərinə düşən xidməti vəzifə öhdəliklərini yerinə yetirməyərək və lazımi qaydada yerinə yetirməyib təlimatın tələblərini pozmaqla X7 hər iki ağciyərində olan pnevmoniyanın vaxtında aşkar edilməsi üçün xəstəni tam və hərtərəfli müayinə və müalicə etməmiş, kliniki əlamətlərini, anemnestik məlumatları düzgün qiymətləndirməmiş, diaqnoz qoyulması üçün heç bir laborator və ya instrumental müayinələr aparmamış, düzgün diaqnoz təyin etməmiş, həmçinin xəstəliyin ağırlığı xəstədə təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayıldığı halda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının ## ###### 2016-cı il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Xəstələrin stasionara hospitalizasıyasına dair” metodiki tövsiyənin 2.5.1 (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə), 2.5.3 (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) və 2.6-cı bəndlərinə əsasən yüksək texnologiyalı tibbi yardıma ehtiyacı olan xəstəni təxirəsalınmaz intensiv terapiya və reanimatoloji xidmət təmin edən stasionara yerləşdirilməsi üçün tədbirləri görməli, sonrakı müayinə və müalicə üçün dərhal hospitalizasiya etməli olduğu halda etməmiş, əksinə xəstədə intensiv müayinə və müalicə tələb etməyən xəstəliyin olması qənaətinə gələrək vəzifəli şəxs kimi xəstənin evə yazılması barədə verdiyi qərar əsasında işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirmədiyi üçün sonuncunun vaxtında ixtisaslı tibbi yardım göstərilməsindən məhrum olması və xəstəliyin müalicəsinin gecikməsi nəticədə zərərçəkmiş şəxs X7 sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan ## ####### 2022-ci il tarixdə saat 17:20-də müalicə aldığı Əbülfəz Qarayev adına * saylı X32 reanimasiya şöbəsində “hər iki ağciyərin total hemorragik pnevmaniyası ilə əlaqəli inkişaf edən kəskin tənəffüs çatışmazlığından” ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən narazı qalan məhkum edilmiş şəxs apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin həmin hökmü ilə razı deyil. Belə ki, həm ibtidai həm məhkəmə istintaqı zamanı verdiyi ifadələrdə bildirdiyi kimi mərhum X7 xəstəxanada vəfat etməsində onun heç bir günahı yoxdur. Öz səlahiyyətləri çərçivəsində mərhum uşağa lazımı müdaxilə etmiş, ilkin müayinə aparmış və xəstənin yatırılması üçün həmin gecə növbədə olan həkim Elsurə Babayevanı dəvət etmişdir. Elsurə Babayeva da xəstəni müayinə etmişdir. Həmin gecə xəstəxana da çox saylı xəstələr var idi və müraciətlər də çoxluq təşkil edirdi. Digər xəstələrlə də məşğul olurdu. Elsurə Babayeva uşağı müayinə etdikdən sonra, uşağın valideynləri onu evə apardılar. Bütün bunlar həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı şahid ifadələri ilə də təsdiqini tapmışdır. Lakin buna baxmayaraq məhkəmə uşağın ölümündə onu təqsirli bilmiş və barəsində hökm çıxarmışdır. Hesab edir ki, həmin hökm qanunsuz və əsassızdır. O, öz vəzifə səlahiyyətlərini vaxtında və layiqincə yerinə yetirmişdir. X21 ölümü ilə bağlı heç bir təqsiri, səhlənkarlığı və günahı yoxdur. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, uzun müddət Qarayev adına * saylı Kliniki Uşaq xəstəxanasında həkim-pediatr işləmişdir. Həmin müddət ərzində 7 il həkim-reanimatoloq kimi reanimasiya şöbəsində işləmişdir. ##.##.2022-ci il tarixdə saat 20:00-dan, ##.##.2022-ci il tarixdə saat 08:00dək Qarayev adına * saylı X19 X3 şöbəsində növbədə olmuşdur. Həmin gün xəstələrin sayı çox olmuşdur. Növbədə iki həkim və 5 personal olmalı olduğu halda faktiki olaraq bir həkim, yəni o və iki nəfər tibb bacısı olmuşdur. Buna görə də həmin gün növbə başlayandan növbəni təhvil verdiyi vaxta qədər təzyiq altında işləmişdir. Həmin gün axşam saatlarında 11 yaşlı X7 adlı xəstə TTY şöbəsinə gətirilmişdir. Xəstənin şikayəti qarında kəskin ağrıdan olmuşdur. Xəstənin anası və atası cərrahın xəstəyə baxış keçirdiyini və şifahi formada cərrahi patologiya olmadığını demişlər. Müayinə zamanı xəstənin hərarətini ölçmüş və 36.6 dərəcə, saturasiyası 98 olaraq müəyyən edilmişdir. Auskultasiya ilə uşağın ciyərlərini dinləmiş və sərt tənəffüs eşidilmişdir. Uşağın öskürəyi olmamışdır. Qarında ağrıdan başqa hər hansı şikayəti olmamışdır. Hətta uşağın qarnında ağrısı da azalmışdır. Valideynlər uşağın hələ də qarın ağrısı olduğunu dedikləri üçün ağrını azaltmaq məqsədilə əzələ daxili “noşpa-dimidrol” vurmuşdur. Bundan sonra valideyni bir həftəyə yaxındır ki, uşağın bağırsaqlarında qəbzliyi olduğunu bildirmişdir. Buna görə də, əlavə olaraq uşağı imalə etmişdir. Uşaq artıq rahatlamışdır. Bundan sonra valideynlər xəstəni evə aparmaq istədiklərini, öz həkimlərinə göstərəcəklərini, lazım olsa sabah gələcəklərini bildirmişlər. O isə uşağın bir müddət müşahidə altında qalmasını bildirmiş və uşağın nəzarət otağında qalmasını demişdir. Bundan sonra digər xəstələrlə məşğul olmuşdur. Çünki, həmin gün acil şöbəsində 100-ə yaxın xəstə olmuşdur. Lakin, xəstə və valideynləri xəbəri olmadan xəstəxanadan getmişlər. Xəstə və valideynləri onun məlumatı olmadan xəstəxanadan getmişlər. Həmin gün qəbul edilmiş xəstələrin sayının və işin çoxluğu prosedur qaydaların düzgün şəkildə tətbiq edilməsinə mane olmuşdur. şahid9 tərəfindən yazılmış göndəriş əsasında xəstəyə baxmışdır. O, xəstəyə ilkin olaraq kəskin qastrit diaqnozu qoymuşdur. Xəstə yalnız qarında olan ağrılardan şikayət etdiyi, hərarəti olmadığı, tənəffüsü və saturasiyası normal olduğu, auskultasiyada sərt tənəffüs eşidildiyi və əlavə olaraq da uşaq cərrah baxışında da olduğu və cərrahi patologiya aşkar edilmədiyi üçün bu diaqnozu qoymuşdur. O, xəstənin bağırsaqlarında olan hər hansı problemdən şübhələnib xəstəni imalə etmişdir. Lakin, uşaqda pnevmoniyanın hər hansı simptomatik əlamətlərini, hətta əlamətlərindən birini də görməmişdir. Ondan sonra uşağın xəstəxanaya təkrar müraciəti zamanı da xəstəyə eyni, kəskin qastrit diaqnoz qoyulmuşdur. Hüseyn Hüseynovu evə yazmamışdır. Hətta o, heç bir xəstəni xəstəxanada yer çatışmazlığı adı ilə evə göndərməmişdir. Əgər xəstənin xəstəxanada qalmasına əsas olduğunu müəyyən edərsə, hər bir halda ixtisaslaşmış həkim çağırardı. Uşaqda da pnevmoniya müəyyən etmədiyi üçün ixtisaslaşmış həkim çağırmamışdır. Əgər o, xəstədə pnevmoniya əlamətləri müəyyən edərdisə, onda zəruri laborator və instrumental müayinələri həyata keçirərdi. O, xəstədə pnevmoniya əlaməti müəyyən etmədiyi və xəstədə hər hansı simptomatika olmadığı üçün xəstənin differensial dianqnostikasını aparmağa zərurət görməmişdir. O sonradan Elsurə həkimin xəstəyə baxmasını bilməmiş, yalnız Könül həkimin xəstəni qəbul etdiyini düşünmüşdür. Sonradan prokurorluğa çağırıldıqda xəstənin ölməsi ilə əlaqədar ona suallar verilmiş və izahatını vermişdir. Daha sonra ittiham olunduğu cinayət əməlini törətmədiyini nəzərə alaraq məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərmişdir ki, X7 onun oğlu olmuşdur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Oğlu anadan olduğu zaman beynində travması olsa da bu barədə həkimlər onlara məlumat verməmişlər. Hüseyn iki yaşında olarkən qıcolmaları olmuşdur. Buna görə Hüseyni nevropatoloq-həkimin qəbuluna aparmışlar və həkim müayinə etdikdən sonra Hüseyn epilepsiya xəstəsi olduğuna görə dərmanlar yazılmışdır. Həmin dərmanları 3 ay qəbul etdiyi dövrdə vəziyyəti normal olmuşdur, heç bir epilepsiya əlaməti baş verməmişdir. Hüseynin vəziyyəti yaxşı olduğundan oğluna dərmanların qəbulunu dayandırmışdır. Oğlunun vəziyyəti həmin müddətdən sonra təxminən 5-6 ay yaxşı olsa da, daha sonra yenidən qıcolmaları tutmuşdur. Buna görə yenidən oğlunu nevropatoloq yanına aparmışdır. Həkim ona oğlunun epilepsiya xəstəliyi ilə əlaqədar mütəmadi dərmanlar içməli olduğunu bildirmişdir. Oğlunun epilepsiya xəstəliyi ilə əlaqədar müxtəlif nevropatoloq yanına, eləcə də bir neçə dəfə digər ölkələrə aparmış, lakin tam müalicəsi olmamışdır. Oğlunun epilepsiya xəstəliyi beyin yarımkürələrinə təsir etdiyindən beyin inkişafı ləng getmiş, 6 yaşında olarkən bir neçə ay məktəbə getsə də, daha sonra xəstəliyi ilə əlaqədar məktəbə getməmişdir. Ev şəraitində ona anası və onun tərəfindən qulluq edilmişdir. O dolanışığını təmin etmək üçün işlədiyindən əsas yük anasının üzərinə düşmüşdür. Anası isə oğlunun xəstəliyini, daha sonra Hüseynin vəziyyətinin ağırlaşdığını görüb intihar etmişdir. Bundan sonra övladının anası ilə birlikdə qayğısına qalmışdır. Oğlunu “Atlas” klinikasının nevropatoloq həkimi Füzuli həkimin yanına apardığı zaman həkim oğlunun vəziyyəti pisləşdiyinə, xəstəliyi ilə əlaqədar son dövrlərdə iştahası kəsildiyinə görə daha təsiredici dərmanlar yazmışdır. Oğlunun ölümündən təxminən beş-altı ay öncə epilepsiya xəstəsi kimi X41 da qeydiyyatda olmuşdur. Həmin xəstəxananın nevropotoloq həkimi Ülviyyə Qarayevə övladının səhhəti ilə əlaqədar Füzuli həkimin yazmış olduğu dərmanlardan da güclü təsiredici dərmanlar yazmışdır. ##.##.2022-ci il tarixdə günorta saatlarında həyat yoldaşı Nuray ona zəng edərək, oğlunun vəziyyətinin pisləşdiyini, qızdırmasının 38 dərəcə olduğunu bildirdikdə o evə gəlmiş və oğlunun vəziyyətinin yaxşı olmadığını görüb, TTY-nin həkim briqadasını çağırmışdır. Təxminən 15 dəqiqə müddətində həkimlər yaxınlaşmış, həkimlər oğlunu vizual müayinə etdikdən sonra kor bağırsağında problem ola biləcəyini bildirib, xəstəxanaya aparmalı olduğunu bildirmişlər. TTY-nin maşını ilə övladını X5 gətirmişlər, növbədə olan şahid9 övladını rentgen və uzi müayinəsi etdikdən sonra hər şeyin qaydasında olduğunu yazılı formada ona təqdim etmiş və oğlunun qəbizliyinin ola biləcəyini demiş və tibb bacıları tərəfindən xəstəxanada oğlu imalə edilmişdir. Həkim ona oğlunun cərrahiyyə müdaxiləsinə ehtiyac olmadığını, oğlunun narahatçılığına görə pediatr həkim müayinəsini məsləhət görmüşdür. Bundan sonra, Aynur həkimin yazılı göndərişi əsasında o, oğlunu Qarayev adına * saylı klinik Xəstəxanasına aparmışdır. Həmin xəstəxanada adını xatırlamadığı həkim-pediatr Hüseyni müayinə etdikdən sonra övladını imalə etmiş və ağrısını götürmək üçün “dimidrol” iynəsi vurmuşdur. Adını hazırda xatırlamasa da, həmin gün növbədə olan həkim Hüseynin vəziyyətinin yaxşı olduğunu deyib evə buraxmışdır. Hüseynin vəziyyətinin yaxşılaşmadığını görüb səhərə yaxın yenidən tibbi mərkəzə gətirmiş və tanışların məsləhəti ilə cərrahiyyə şöbəsinin baş həkimi İlqar həkim övladını qəbul etmiş, vizual müayinə etdikdən sonra cərrahi müdaxiləyə ehtiyac olmadığını, * saylı X19na aparmağını bildirmişdir. O İlqar həkimdən Hüseynin ağrımasının səbəbini soruşduqda hazırda yayılan virusun uşaqlarda mədəbağırsaq pozğunluğuna səbəb olduğunu, iki-üç günə düzələcəyini bildirmişdir. O, İlqar həkimin göstərişi ilə yenidən övladını uşaq klinikasına aparmışdır. Orada şöbə müdiri Könül həkim Hüseyni vizual müayinə, eləcə də ultrasəs müayinəsi etmiş, daha sonra virus əleyhinə sistem qoşulmuşdur. Həmin gün günorta saatlarında Könül həkim rentgen müayinəsindən sonra Hüseynin ağ ciyərinə su yığıldığını, səhərisi gün KT müayinəsi ediləcəyini bildirmişdir. Həkim ağciyərinə yığılan suya görə müalicəyə başladığını və Hüseynin yaxşı olacağını bildirmişdir. Oğlu həmin vaxt yarı-yuxulu vəziyyətdə olmuşdur. Həyat yoldaşı Hüseynin yanında palatada olduğundan o, xəstəxananın həyətinə düşmüşdür. Axşama doğru yoldaşı ona zəng edərək uşağın halının yaxşı olmadığını və təcili Hüseynin yanına gəlməyini bildirmişdir. O Hüseynin yanına çatdıqda oğlunu yatılı vəziyyətdə, rənginin göyərdiyini, ağzından köpük gəldiyini görüb dərhal onu reanimasiya şöbəsinə aparmışdır. Daha sonra reanimasiya şöbəsinin həkimləri onu otaqdan çıxartmışlar. Təxminən 15 dəqiqə sonra otaqdan çıxaraq yardım göstərilsə də, övladının öldüyünü bildirmişlər. Sonda bildirir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim edərək, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, ilk öncə uşağın qarın nahiyəsində ağrı başlamış, həmin gündə qızdırması olmuşdur. X3 gəldikdən sonra “bu uşaqda appendisit olma təhlükəsi var” demişlər. X4 Mərkəzə aparmışlar, orada İlk öncə Aynur həkim baxmışdır. Uzi ilə və əl ilə müayinə etmiş, sonra isə klizma etmiş, sonra isə “bu uşaqda cərrahi müdaxiləyə ehtiyac yoxdur” demişdir. İstintaq materiallarında həkimin yazdığı kağız var, orada “cərrahi müdaxiləyə ehtiyac olmadığından Qarayev adına * saylı Klinik Xəstəxanasına göndərilməsini tövsiyyə edirəm” yazılmışdır. Uzi ilə bağlı heç bir nəticə onlara bildirilməmişdir. Həkim “bu uşaqda bağırsaq partlaması yoxdur, sadəcə viruslar yayılıb deyə uşaqda qarın ağrısı var” demişdir. O da həkimin sözünün məntiqli olduğunu düşünüb uşağı həkim-pediatrın yanına aparmağı qərara almışdır. Həmin gün göndərişlə üzbəüz xəstəxanaya gəlmişlər. Orada isə Gülüş həkim müayinə aparmışdır. Qarayev adına * saylı Klinik Xəstəxanasında başqa yoxlama olmamışdır. Orada klizma etmişlər, sonra “dimidrol” iynəsi vurmuşlar, sonra isə Elsurə həkimi çağırmışlar. Hər iki həkim bir yerdə uşağa baxmışlar. Çölə çıxanda isə Gülüş xanım “burada yatmaq üçün şərait yoxdur, burada yatanların hamısı viruslu xəstələrdir. Bu uşaqda olan problem keçicidir, biz nə lazımdırsa etmişik, problemi keçib gedər” demişdir. Onlar da həkimin sözü ilə çıxıb getmişlər. Gecə ilə uşağın ağrıları yenidən başlamış, səhər isə uşağı yenidən xəstəxanaya aparmışlar. O ilk öncə “Semaşko” adlanan xəstəxanaya getmişdir. Tanışı ona İlqar həkimi məsləhət görmüşdür. O da tanışının sözü ilə uşağı İlqar həkimin yanına aparmışdır. İlqar həkim uşağı müayinə edərkən “bu uşağın bağırsağında problem yoxdur, cərrahi müdaxiləyə ehtiyac yoxdur, mən indi Könül xanıma zəng edəcəm, uşağı aparın onun yanına, bu uşaqda 90 faiz ehtimalla virusdur, keçib gedəcək” demişdir. O, həkimin sözü ilə uşağı Qarayev adına * saylı Klinik Xəstəxanasına aparmış, orada Könül xanım ilə Elsurə xanım olmuşdur. Həmin həkimlər uşağı qəbul etmişlər və baxmağa başlamışlar. Əvvəlcə əl ilə müayinə etmişlər, sonra isə rentgen etmişlər. Rentgendə görmüşlər ki, uşağın ciyərinə su yığılıb, ancaq rentgenə qədər uşağa heç bir iynə vurmamışlar. Ciyərinə su yığılandan sonra uşağa iynə vurmuşlar, sonra ona “Whatsapp” vasitəsilə “narahat olma, uşağın müalicəsinə başlamışıq” deyilmişdir. İynə vurulandan sonra uşaq get-gedə yuxulu vəziyyətdə olmuş, rəngi getdikcə bozarmışdır. O evdə olan zaman yoldaşı zəng edib uşağın halının pisləşdiyini bildirmişdir. O xəstəxanaya gələndən sonra uşağın olduğu otağa getmiş, uşağın artıq öldüyünü görmüşdür. Gülüş və Elsurə xanım uşağı otağa salmışlar, iynə vurmuşlar, otaqdan çıxanda “uşağı apar” demişlər. Uşaqda hər şey qaydasındadırsa, əgər uşağı evə aparırdısa, onda niyə təzədən səhər xəstəxanaya gətirmişdir. Təcili Yardım özü qərar vermişdir ki, uşaq X5 aparılmalıdır. Uşaq sakitləşməmiş, sonradan klizma edilmişdir. Uşağın ağrıları olmuş, sonra Qarayev adına Xəstəxanaya aparılmışdır. Aynur xanım kağıza yazıb “apar bunu həkimə ver, uşağın cərrahi müdaxiləyə ehtiyacı yoxdur, qoy pediatr uşağa baxsın” demişdir. Qarayev adına Xəstəxanada xəstələr çox olmuş, sayını bilməmişdir. Uşağa iynə vurulandan sonra çölə çıxartmışlar və narahat olmamağı bildirmişlər. O dəhlizdə durmuş, həkimlər isə uşağı otağa salmışlar. Həmin vaxt Elsurə xanım orada olmuşdur. Evə gələndə uşağı yatızdıran zaman uşağın ağrılarının yenidən başladığını görmüşlər. X22, baş həkim İlqarın yanına aparmışlar. Həmin həkim uşağa əl ilə baxmışdır. Uşağı birinci uziyə, sonra rentgenə salmışlar. Günorta vaxtı Könül xanımla görüşmüş “lazımdısa sizə hörmət də edərəm, uşağı reanimasiyaya salın” demiş, lakin həmin həkim ehtiyac olmadığını bildirmişdir. Uşağın halının kəskinləşməsi günortadan sonra olmuşdur. Həmin müddətdə uşaq reanimasiyaya yerləşdirilməmişdir. Yoldaşı və o Könül xanıma iradlarını bildirmiş, lakin həkim uşaqda bir balaca pisləşmə olarsa, həkimlərin uşağı reanimasiyaya salacaqlarını bildirsə də, heç nə edilməmişdir. Aynur xanım uşağın ölümündən yarım saat əvvəl uşağa baxmış və uşağın vəziyyətinin düzəlmədiyini görmüşdür. Aynur “bu uşaqda cərrahi müdaxiləyə ehtiyac yoxdur” demiş və getmişdir. Bundan yarım saat sonra uşaq dünyasını dəyişmişdir. Onun şikayəti həm Kliniki Xəstəxanaya, həmdə Gülüş xanımdan sonra uşaq barəsində heç bir tədbir görməyən Elsurə və Könül adlı həkimlərdəndir. Onun uşağı epilepsiya xəstəsi olmuş və 1 yaşından sonra müalicə almış və qeydiyyata götürülmüşdür. Uşaqda epilepsiya tutmaları o dövrdə cəmi 3-4 dəfə olmuşdur. Onun uşağının həmin gün qızdırması olmuş, həkimlər qızdırmanı ölçəndən sonra “şübhə var ki, uşağın bağırsağında problem var” demişlər. Uşaq iki dəfə imalə olunmuş və nəticədə uşaqdan heç nə çıxmamış, yəni təmizlənməmişdir, sadəcə iynə vurmuşlar, hətta iynə vurulan ərəfədə uşaq qaytarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid10 da zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi ilə eyni məzmunlu ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 bildirmişdir ki, 1984-cü il tarixdə ATU-nun pediatriya fakültəsini bitirmiş, 1990-cı il tarixdən halhazıradək Qarayev adına * saylı Kliniki Uşaq xəstəxanasında X3 şöbəsində həkimpediatr işləyir. ##.##.2022-ci il tarixdə səhər saat 08:00-da təcili yardım şöbəsində Təqsirləndirilən şəxs növbəni təhvil almışdır. Saat 08:17-də 11 yaşlı X7 qarında ağrılar ilə xəstəxanaya daxil olmuş və xəstəyə onun tərəfindən baxış keçirildikdən sonra somatik şöbənin həkiminin baxışı tələb edilmişdir. Bundan sonra somatik şöbənin həkimi şahid7 xəstəyə onunla birlikdə baxmış və stasionara qəbul etmişdir. Həmin xəstəyə palpasiya, auskultasiya edib müvafiq olaraq həkim pediatr baxışı tələb etmişdir. Xəstəyə baxan zaman ona kəskin qastrit diaqnozu qoymuş və somatik şöbənin həkiminə məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid şahid8 verilən suallara cavab olaraq bildirmişdir ki, ondan qabaq uşaq cərraha göstərilmiş, cərrah da uşağı Gülüş xanıma göndərmişdir. Uşağı valideyni gətirmiş və uşağın qarnında ağrılar olduğunu demiş, o da uşağa palpasiya etmişdir. O uşağa cərrah tərəfindən baxılıb-basılmamasını soruşmuşdur. Ona baxıldığını bildirdikdən sonra şöbədən həkim dəvət etmişdir. Ondan əvvəl tədbir görüldüyünə görə o, tədbir görməmişdir. Uşaq sakit olmuş, yalnız ağrılar olsa da, başqa heç nə olmamışdır. O xəstəni kəskin qastrit diaqnozu ilə şöbəyə qəbul etmişdir. X8 gəlibsə, xəstədirsə, onlar xəstəni şöbəyə qəbul edir. Ondan qabaq cərrah uşağa baxsa da, cərrahlıq problem olmadığı bildirilmişdir. Xəstədə qarın ağrısından başqa problemi olmamışdır. Əgər xəstə Təcili Yardımla gəlirdisə, onlar şöbədən xəstələrə yerlərin olub-olmamasını öyrənirlər və xəstələrə yer yoxdursa, onlar xəstələrə başqa xəstəxanalara getmələrini tövsiyyə edirlər. Orada 30-35 və ya 25 nəfər xəstə olurdu. O uşağı palpasiya, müayinə edib UZİ-yə, sonra cərraha göndərməli idi. Gülüş xanımın Elsurəni dəvət edib-etməməsi ilə bağlı məlumatı olmamışdır.Onun işi xəstəyə qulaq asmaq, palpasiya etmək, şikayətlərini öyrənməkdən ibarətdir. Uşağın vəziyyəti çox ağır omadığından şöbədə müalicə ala bilərdi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid7 İlham qızı ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər işlə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bildirir ki, 2013-cü il tarixdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini bitirmişdir. 2017-ci il tarixdən halhazıradək isə * saylı X9 xəstəxanasında həkim-pediatr işləyir. ##.##.2022-ci il tarixdə saat 21:00-dan 2022-ci il tarixdə səhər saat 09:00-a kimi xəstəxananın somatik şöbəsində növbətçi həkim olmuşdur. ##.##.2022-ci il tarixdə səhər saat 08:50-də xəstəxanaya X7 adında 11 yaşlı xəstəni acil şöbəsinə gətirmişlər. O da təcili yardım şöbəsinə gəlib xəstəyə baxış keçirmiş, xəstənin özü və valideynləri qarında olan ağrılardan şikayət etmişlər. Uşaqda qəbzlik olmuşdur. Valideynləri uşağın 3 yaşından epilepsiya xəstəsi olduğunu, mütəmadi olaraq qıcolma əleyhinə dərmanlar qəbul etdiyini bildirmişlər. Həmçinin ona son bir ayda isə əlavə olaraq “64mg”, yəni gün ərzində 16 tablet “medipred” adlı dərman qəbul etdiyini, dozanın bir ay stabil olduğunu, son bir ayda da vəziyyətinin pisləşdiyini, belə ki, dərmanı qəbul etdikən sonra ağrıların artdığını, qəbzlik yarandığını, ##.##.2022-ci il tarixdə axşam saatlarında uşağın ağrıları çox olduğu üçün X5 şöbəsinə müraciət etdiklərini demişlər. Orada uşaq cərrahı şahid9 tərəfindən uşağa baxılmış və cərrahi patologiya olmadığı deyilmişdir. Bundan sonra həmin gün axşam saatlarında onun olduğu xəstəxananın təcili yardım şöbəsinə gəlmişlər və orada uşaq başqahəkim tərəfidən imalə edildikdən sonra evə yazılmışdır. Ona bildirilmişdir ki, uşağın ağrıları azalmadığı üçün ##.##.2022-ci il tarixdə səhər saatlarında əvvəlcə X5 həkim-cərrah İlqar həkimə müraciət etmişlər. İlqar həkim cərrahi patalogiya olmadğını bildirmiş və bundan sonra onların olduğu xəstəxanaya gəlmişlər. Ata uşağın iki dəfə cərrah baxışında olduğunu demişdir. Şöbə müdiri şahid6 xəstə barədə məlumat vermiş və o da təcili yardm şöbəsinə gəlmişdir. Uşağı palpasiya, auskultasiya yolu ilə müayinə etmişlər. Uşaq halsız olmuş, müayinə reaksiyası zəif olmuşdur. Sidik ifrazı sərbəst olmuş, lakin nəcis ifrazı müayinə zamanı olmamış, eləcə də yaxınlarının deməsinə görə imalədən sonra da nəcis ifrazı olmamışdır. Qarında kəskin ağrıları olmuşdur. Auskultasiyada isə ağ ciyərlərdə sərt tənəffüs eşidilirdi. Hərarəti normal olmuşdur. Ağrıları davamlı olduğu üçün somatik şöbədə stasionara qəbul edilmiş və palataya yerləşdirilmişdir. Əvvəlcə yükəsk dozada “medipred” dərman preparatı qəbul etdiyi üçün qanda olan şəkərin miqdarı yoxlanmış və nəticə normal olmuşdur. Bunun ardınca qanın ümumi və bio-kimyəvi analizləri götürülmüşdür. Ağciyərlərin rentgenoqrafiyası Gülər Ələsgərova tərəfindən çəkilmiş və ağciyərlərdə homogen kölgəliklər qeyd olunmuşdur. Bundan sonra qarın boşluğu həkim İradə Məmmədova tərəfindən USM müayinə edilmişdir. USM müayinəsinin nəticəsi qənaətbəxş qiymətləndirilmişdir. Qeyd olunan ilkin müayinələr nəticəsində o və şahid6 tərəfindən rentgen müayinəsinin nəticəsinə uyğun olaraq antibiotik müalicəsi təyin edilmiş və icra edilmişdir. Antibiotik kimi “Sefta zidim” xəstənin çəkisinə uyğun vurulmuş, reaksiya olmamışdır. Bundan sonra uşağa damcı üsulu ilə 200 ml “natrio xlor” və “dimidrol” köçürülmüşdür. Bundan sonra o gördüyü işləri xəstəlik tarixində qeyd edib xəstəni saat 11:00-da şöbə müdiri şahid6 təhvil verib getmişdir. Axşam saatlarında şöbə müdiri ona zəng edərək Hüseyn Hüseynovun vəziyyətinin ağırlaşdığını və öldüyünü demişdir. Şahid şahid7 İlham qızı verilən suallara cavab olaraq bildirmişdir ki, xəstənin əvvəllər qəbul etdiyi dərman immun sistemini çökdürən bir dərman olmuş, bir çox orqanlara mənfi təsir etmişdir. Uşaq epilepsiya əleyhinə qıcolma ilə bağlı dərmanlar qəbul etmişdir. Atası deyirdi ki, həmin dərmanlar uşağa kömək etmədiyinə görə onlar əlavə həkim tapmışlar, həkim də həmin dərmanı məsləhət görmüşdür. Həmin dərman orqanizmin vəziyyətinə təsir göstərə bilər. Uşağın tənəffüsü “spontan” idi, müayinə reaksiyası adekvat idi, huşu yerində idi. Uşaqda yüksək hərarət yox idi, səhv etmirsə qızdırması 37.1 dərəcə olmuşdur. Uşağı qəbul etmiş, UZİ-dən və rentgendən keçirmişdir. Heç bir patalogiya çıxmamış, qan analizlərini götürmüşdür. Pnevmaniyası olduğu üçün uşağa antibiotik müalicəsini təyin etmişdir. Saat 11:00-da növbəni təhvil verib getmişdir. 20 oktyabr saat 21:00-da növbəsi başlamış və 21 oktyabr saat 09:00da növbəsi bitmişdir. Həmin vaxt 5-6 xəstə qəbul etmiş, ancaq həmin gecə uşağı görməmişdir. Əgər Acil şöbəsinin həkimi məsləhət görsə ki, xəstə xəstəxanada müalicə almalıdır, bu zaman həmin xəstəni stasionara qəbul edirlər. Valideyn deyirsə ki, uşaqla bağlı əvvəllər tədbirlər görülüb, ancaq heç bir nəticəsi olmayıb, yəni uşağın ağrıları azalmayıb, bu zaman həmin uşağı stasionara qəbul edirlər. Təcrübədə olub ki, yeri olmayıb, ancaq xəstə stasionara qəbul edilib. Həmin xəstəni başqa xəstəxanaya yerləşdirmişlər və yaxud həmin xəstə saxlanılıb, başqa bir xəstə onlardan gedəndə həmin xəstə boş qalmış yerə yerləşdirilmişdir. Əgər onu çağırırlarsa, deməli xəstə stasionara qəbul edilməlidir. Əgər valideyn xəstənin yatmasından imtina edirsə, ona sənəd yazdırır və xəstəni yatızdırmağa qəbul etmir. Xəstə şöbəyə daxil olmuş, ona otaq verilmiş və yerləşdirilmiş, analizləri götürülmüşdür. Analizlərin cavabları indiki dövrdə 1-2 saata gəlir, əvvəllər isə günortaya yaxın gəlirdi. O dövrdə onlarda sığorta sistemi yox idi, 1 ildir ki, həmin sistemə keçmişlər. Əgər qarında ağrı varsa, cərrah gəlməlidir, xəstədə patalogiya olub-olmamasını deməlidir və yazmalıdır. Kağız ona verilməli və o kağızı tarixçənin içinə tikməli idi. Uşağın anasına da demişdir ki, kağız mütləq ona verilməlidir ki, işin içinə tikilsin. O Xəstəni UZİ etmiş və onu “sinusa” görə etmişdir. UZİ ediləndən sonra heç bir patologiya aşkar edilməmişdir. O saat 09:00 kimi qeyd apara bilər, çünki həmin saatda növbəsi bitir. Sadəcə uşağa görə artıq qalmışdı. Həmin saatdan sonra qeyd apara bilməzdi. Tarixçəni o, açmış və qeydləri etmişdir. Onun təhvil verdiyi həkim Könül xanım olmuşdur. Xəstə ilə bağlı bütün işləri həll edəndən sonra həkimə təhvil verməlidir. O şöbə müdirini əvəz etmir, xəstəni qəbul edirsə, onu yerbəyer edib həkimə təhvil verir. Həmin uşaq ölümcül dərəcədə xəstə deyildi, elə olsa uşaq reanimasiya şöbəsində olardı. Axşama yaxın bildi ki, uşaq ölüb. Məlumatı isə Könül xanımdan almışdır. Səhv etmirsə, Könül xanımın özü ona zəng etmişdir. Onlar birbiri ilə xəstələr haqqında bütün günü danışırlar. Xəstədə problem olarsa, növbətçi həkimlə də danışırlar. Bu adi iş deyil, insan həyatıdır. Acil şöbəsində nə qədər xəstənin olması yadında deyil. Həmin uşağı acil şöbəsində görməmiş, o, başqa uşaq üçün çağırılmış və onu müayinə edib qəbul etmişdir. Orada bir həkim olub, o da Gülüş xanım olmuşdur. Yüz xəstə olsa belə onların hamısına növbədə olan bir həkim baxır. Hüseynov Hüseynə görə çağırılmamışdır. Atası ona demişdir ki, onlar gecə gəlmişlər, cərrah uşağa baxmış, Gülüş xanım imalə etmiş, uşağı evə aparmışlar, ancaq ağrıları keçmədiyi üçün uşağı yenidən gətirmişlər. Uşağa yenidən cərrah baxıb və onda patalogiya aşkar etmədiyi üçün onu yenidən Qarayev adına xəstəxanaya göndəriblər, o da uşağı qəbul edib stasionara yerləşdirmişdir. Uşağın vəziyyətində ağırlaşma yox idi, tənəffüs “spontanı” normal idi, səhv etmirsə, biraz da əqli geriliyi var idi. Onlara məlumatı verən valideyn olur. O Acil şöbəsində yox, stasionarda olur. Uşağın atası bütün məlumatları vermişdir. Uşağın huşu yerində idi. Əgər uşaqda problem olsa idi, Gülnaz həkim reanimasiyaya müraciət edərdi. 20 oktyabr uşağı xəstəxanaya gətirəndə xəstə çox idi. Elsurə xanımı gecə və gündüz vaxtı görmüş, ona görə də üzü daha yaxşı yadında qalmışdır. Bildiyi qədəri ilə, uşağa “dimidrol” iynəsi vurulmuş və imalə edilmişdir. Səhv etmirsə, Gülüş xanımla Elsurə xanım uşağa baxmış və ona iynə vurub, sonra imalə etmişlər. O həmin gecə uşağa görə dəvət edilməmiş, başqa xəstəyə baxmağa getmişdir. Əgər həmin gecə onu Hüseynov Hüseynə görə çağırsaydılar və cərrah ona baxıb patologiya aşkar etməsəydi, o məsləhət görərdi ki, uşaq xəstəxanada yatsın. Ekspertizada uşağın pnevmoniyadan ölməsi deyilmişdir. Onun günahının olması ilə bağlı məlumat verilməmişdir. Onlar xəstəxanada öz aralarında müzakirə aparmamışlar. O həmin uşağa orta-ağır xəstə diaqnozu qoyardı. Xəstəlik tarixində “ağır” qeydini yazmışdır. Xəstəxanaya qəbul edilən hər bir xəstənin dərəcəsini “ağır” yazırlar. Reanimasiyaya “çox ağır”, “hədsiz ağır” diaqnozu ilə xəstə qəbul edirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər işlə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavətim yoxdur. Bildirir ki, ##.##.2022-ci il tarixdə səhər saat 08:50-də xəstəxanaya X7 şəxsiyyətli 11 yaşlı xəstəni təcili yardım şöbəsinə gətirmişlər. O həmin vaxt işdə olmuşdur. Növbətçi həkim şahid7 ona məlumat vermişdir ki, təcili yardım şöbəsinə xəstə gəlmişdir. O da Elsura xanımla birlikdə təcili yardım şöbəsinə gedib Hüseyn Hüseynovu birlikdə müayinə etmişlər. Xəstə və yaxınları xəstənin qarnında kəskin ağrılardan şikayət etmişdir. Palpasiya zamanı epiqasdral nahiyədə kəskin ağrılar müəyyən etmişdir. Bundan sonra xəstəni somatik şöbəyə qəbul etmişlər. Elsura xanım növbədən sonra olsa da, ona xəstə ilə məşğul olmağı bildirmişdir. Təqribən saat 11:00-dək Elsura xanım xəstənin müayinələrini etmişdir. Xəstə rentgenoqrafiya, USM müayinə edilmiş, qanın ümumi və biokimyəvi analizləri edilmişdir. Elsurə xanımla paralel o da bir neçə dəfə xəstənin yanına gəlib müayinə etmişdir. Xəstənin atası demişdir ki, uşaq epilepsiya xəstəsidir və həkim məsləhəti ilə gündə “64mg metipred” dərmanı qəbul edir. Həmin dərman hormonal tərkiblidir və 11 yaşlı uşaq üçün həmin doza təhlükəlidir. Xəstənin atası uşağın 1 ay ərzində “64 mg metipred” dərmanı qəbul etdiyini bildirmişdir. O da xəstə yaxınlarının məlumatına və ilkin müayinələr nəticəsində xəstənin yalnız qarın nahiyəsində ağrıdan şikayət etməsinə, eləcə də hərarət, təngnəfəslik kimi əlamətlərin olmamasına əsasən xəstədə bağırsaq parezi, yəni dinamik bağırsaq keçməzliyi olmasından şübhələnmişdir. Onlara xəstə xəstəxanaya gələnə qədər ##.##.2022-ci il tarixdə axşam saatlarında X5 cərrah tərəfindən baxılması, bundan əlavə ##.##.2022-ci il tarixdə səhər saatlarında isə cərrahiyyə şöbəsinin müdiri İlqar həkim tərəfindən xəstəyə baxılması və cərrahi patologiya olmadığı müəyyən edilməsi bildirilmişdir. Bundan sonra səhər saatlarında rentgen müayinəsinin nəticəsinə baxdıqda “ağciyərdə solda aşağı payda homogen kölgəliklər izlənir, hər iki ağciyər kökü genişlənib, sol sinus izlənmir” diaqnozu müəyyən edilmişdir. Homogen kölgəliklərin olması pnevmoniya əlamətlərinin olmasını göstərir. Sol sinusun izlənməməsi isə plevrit, yəni ağciyərdə mayenin ola bilməsi kimi qiymətləndirilir. Həmin rentgen nəticəsini əldə etdikdən dərhal onra ikili antibiotik terapiyası, damar daxili infuziya, yəni “natrixlor” və “dimidrol” köçürülməsi başlanmışdır. Saat 11 radələrində şahid7 növbədən sonra olduğu üçün getmiş və xəstəyə bundan sonrakı baxışı o keçirtmişdir. Mütəmadi olaraq xəstənin yanına gedib ona baxış keçirtmişdir. Həmin gün saat 13 radələrinədək xəstənin qarın nahiyəsində ağrıları olsa da, vəziyyəti stabil olmuş, xəstə yatmışdır. Saat 13-14 radələrində xəstəyə baxış zamanı xəstənin məcburi vəziyyətdə, ayaqlarını və qollarını sıxaraq uzandığını, bərk ağrıları olduğunu görmüşdür. Həkim-cərrah İlqar Haqverdiyevə zəng edərək vəziyyət barədə məlumat verib cərrah baxışı tələb etmişdir. İlqar həkim yenə də cərrahi problemin olmadığını, lakin cərrah göndərəcəyini bildirmişdir. Cərrah gələnədək həkim-infeksionist Rəna Hüseynovadan məsələhət üçün xəstəyə baxmasını xahiş etmişdir. O da xəstəyə baxıb bağırsaq keçməzliyindən şübəhləndiyini bildirmişdir. Saat 15:00-da həkim-pediatr şahid5 növbəni təhvil almışdır. Cərrah hələ də gəlməmişdir. O xəstəni Vəfa həkimə təhvil vermişdir. Saat 16 radələrində o getmişdir. Saat təxminən 17 radələrində Vəfa həkim zəng edərək uşağın vəziyyətinin kritik olduğunu, reanimasiya həkimini çağırdığını bildirmişdir. Bundan bir müddət sonra isə zəng edərək xəstənin reanimasiyada öldüyünü bildirmişdir. Şahid şahid6 verilən suallara cavab olaraq bildirmişdir ki, saat 09:00-a kimi xəstələri Elsura xanım qəbul etməli idi. Xəstə təxminən 08:30-da gəlmişdi. Həmin saatlarda o işə gəlmişdir. Uşağın atası ilə söhbət etmişdir. Uşağın öskürəyi, qızdırması olmayıb, tənəffüsü normal olmuşdur. Uşaqda pnevmoniyaya xas olan heç bir əlamət, həmçinin xırıltı olmamışdır. Onlar uşağı rentgen müayinəsindən keçirəndən sonra uşaqda pnevmoniya olduğunu görmüşlər. Uşağın şəkərini yoxlamışlar, norma daxilində olmuşdur. UZİ-nin olması isə yadımda deyil. O xəstəni ilk dəfə görmüşdür. Elsura xanım ona məlumat vermişdir ki, xəstə bir gün əvvəl Acil şöbəsində olmuşdur. Xəstə cərrah baxışına getmiş, cərrah onda patologiya olmasını inkar etmiş və xəstəni onlara göndərmişdir. Acil şöbəsində xəstəyə yardım edilməsi barədə isə məlumatı olmamışdır. Adi vaxtda pnevmoniya xəstəliyi qızdırma, öskürək kimi əlamətlərlə başlayır. Ancaq hormon qəbul edən uşaqlarda bu əlamətlər olmadan da başlaya bilər. Həmin uşaq böyük dozada dərman qəbul etmiş, o da buna görə narahat olmuşdur. Uşağa cərrahın baxışını tələb etmiş, çünki hormon qəbul edən uşaqların bağırsağında “parez” olur, bağırsaq işləmir. O dəfələrlə zəng edəndən sonra cərrah gəlmişdir. İş saatı bitəndən sonra Vəfa xanıma demişdir ki, cərrah gələndə təcili baxış eləsin və nəticəsini onlara bildirsin. Xəstə barədə Elsurə xanım ona məlumat vermişdir. Uşağln diaqnozu xəstəliyə uyğun “ağır” qiymətləndirilirdi. “Parez” əlamətlərinin olubolmaması ilə bağlı cərrah baxışını tələb etmişlər. UZİ bağırsaq kimi orqanları dəqiq göstərmir. O gedənə qədər Vəfa xanım demişdir ki, həmin uşağın reanimasiya tədbirinə ehtiyacı yoxdur. Uşaq suallarına normal cavab vermiş, təngnəfəsliyi olmamış, ümumən, reanimativ əlamətləri olmamışdır. Belə ki, uşaq reanimasyon olmamışdır. Ola bilsin ki, uşaqda ürək dayanması olmuşdur. Uşaqda reanimativ göstərici yoxdursa, o, reanimasiya həkimini çağırsa belə, uşağı qəbul etməyəcəklər. O xəstəni Vəfa xanıma təhvil vermişdir. O özü xəstəyə baxmışdır. Müalicə həkimi Elsurə xanım olmuş və xəstəni qəbul etmişdir. Ondan sonra xəstəyə baxmışdır. Protokollara uyğun olaraq, uşağın müalicəsi başlanılmış, müayinəsi getmiş, o uşağa ağrıkəsici vurmalı olmuş, lakin vurmamış, belə ki, vursa, klinikanı poza bilər, belə olduğu təqdirdə cərrah uşağın bağırsağında spazm olmadığını deyəcəkdi. Cərrah gələndə o işdə olmamışdır. O reanimasiya həkimini dəvət etməmişdir. Onlar növbəli qrafiklə işləyir deyə hər gün həkim olur. Həkimlər olduğu təqdirdə belə o da xəstələri qəbul edir, çünki şöbə müdiri olsa belə həkimdir. Protokola uyğun olaraq uşağa antibiotik müalicəsi tətbiq edilmişdir. Xəstəyə sistem köçürülmüşdür. Uşağın ciyərinə su yığılmamışdır. Sistemin uşağa heç bir təsiri yoxdur, sistemə 200 ml maye qoyulmuş, bu miqdarda maye də uşağa heç bir fizioloji təsir göstərməyəcəkdir. O ancaq öz şöbəsinə qəbul edilən xəstələrlə maraqlanır. Əgər xəstəni qəbul etmirsə, o zaman xəstənin ona aidiyyatı yoxdur. O xəstəni necə görmüşdüsə, gördüyü haqqında məlumat verə bilərdi. Elsurə xanım növbəyə axşam 21:00-da gəlir və səhər 09:00-a kimi qalır. Əgər xəstəni qəbul edirsənsə, həmin xəstəyə qarşı məsuliyyətli olursan. Məsuliyyəti də həkim daşıyır. Elsurə xanım öz növbəsində qəbul etdiyi xəstəyə səlahiyyəti var. Xəstəni qəbul etdi, “istoriya”-nı yazdı, təyinatları verdi və çıxdı getdi. Həmin xəstəyə bir yerdə baxmışlar, təyinatlarını bir yerdə vermişlər. O növbəni saat 15:00-da təhvil vermiş, saat 15:30-da çıxıb getmişdir. Həkimlər xəstələr haqqında danışır, bir-birlərinə məlumat verirlər. Xəstə vəfat edəndə xəstəxanaya gəlməmişlər, sadəcə əlaqə saxlamışdır. Uşaq reanimasyon vəziyyətdə deyildi. Belə ki, onlar kafi yox, ağır vəziyyətdə olan xəstəni şöbəyə qəbul edirlər. Uşağın qarın ağrıları olduğu üçün qəbul etməliydi. Pnevmoniya xəstəsi ağır xəstə kimi şöbəyə qəbul edilir. Həddindən artıq ağır vəziyyətli xəstələr reanimasiyaya, ağır xəstələr isə şöbəyə yerləşdirilir. Gülüş xanım xəstəni göndərib cərraha, cərrah isə onu inkar edib xəstəxanaya göndərib. Ona deyiblər ki, uşaq pnevmoniyadan ölmüşdür. Onların şöbəsində KT yoxdur. Rentgen onlara məlumat verir ki, xəstə pnevmoniyadır. Onların hər dəfə KT etməyə ixtiyarı yoxdur. KT çox şüası olan müalicə üsuludur. Onlar rentgen edir, ona uyğun müalicə edir və dinamikanı izləyir, lazım olsa təkrar rentgen çəkir, əgər xəstəylə bağlı şübhələri varsa, onu KT və ya MRT müayinəsinə göndərirlər. Rentgen onlara kifayət qədər məlumat verir. Rentgenin nəticəsinə əsasən KT üsulunu lazım bilməmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər işlə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavətim yoxdur. ##.##.2022-ci il tarixdə saat 08:00dan 20:00-dək növbədə olmuşdur. Saat 16:55 radələrində Uşaq şöbəsində həkimpediatr şahid5 onu şöbəyə dəvət edərək bildirmişdir ki, 11 yaşlı xəstə Hüseynovun vəziyyəti ağırlaşmışdır. Nə baş verdiyini soruşduqda vəziyyətinin yaxşı olmadığını, halsız olduğunu bildirmişdir. Hüseyn epilepsiyadan mütəmadi olaraq müalicə almışdır. Saturasiya və nəbzini ölçmək istədikdə hərəkət etdiyi üçün göstəricilərini izləmək mümkün olmamışdır. Xəstə sola çevrilir, lakin suallara cavab vermirdi. Ətrafları nisbətən sərinləmişdi. 2-3 dəqiqəlik müayinə ərzində uşaqda qəfləti ürək arresti baş vermiş və yerindəcə Hüseynin ürəyini qapalı masaj etmiş, ürəyi tam bərpa olunmadığından reanimasyon tədbirlər görülməsi üçün atasının qucağında reanimasiya şöbəsinə aparmışlar. Şöbədə ilkin olaraq xəstəyə adrenalin, kalsi karbonat vurulmuşdur. Ürəyi qapalı masajı edilmiş, lakin qeyd olunan reanimasyon tədbirlər edilsə də, uşaqda bioloji ölüm baş vermişdir. Şahid şahid4 verilən suallara cavab olaraq bildirmişdir ki, onu Vəfa həkim çağırmış və uşağın çevrilə və danışa bilmədiyini görmüşdür. O uşağın nəbzini yoxlamış və zəiflədiyini görmüşdür. Bundan sonra uşağı şöbəyə aparmışlar və uşaq atasının qucağında olmuşdur. Şöbədə reanimativ tədbirlər görmüşlər, ürəyini masaj etmişlər, ancaq ürəyi qəflətən dayanmışdır. Reanimativ tədbirlər təxminən 15-20 dəqiqə davam etmişdir. Uşaq narahat şəkildə hərəkət etdiyindən ölməni apara bilməmişlər. Anasından uşağın əvvəllər qızdırması olub-olmadığını soruşmuşdur. Uşağın reaksiyası get-gedə zəifləmişdir. Onu Vəfa xanım çağırmış və uşağın halsız olduğunu demişdir. Həmin vaxt uşaq vəfat etməmişdi. Onlar reanimasiyada tədbir görmüşdür. Uşaq renimasiyaya gedənə kimi ölməmişdi, o yoxlayan zaman nəbzin olduğunu görmüşdür. Əgər uşaq ölsəydi onu reanimasiyaya aparıb yardım etməyə çalışmazdılar. Xəstəlik tarixçəsini tez apardılar, orada qeyd edib-etməməyi yadına gəlmir. Lakin adətən qeydlərini aparır. Prokurorluqdan qaytarılandan sonra xəstəlik tarixçəsinə əlavə qeyd etməmişdir. Əgər ürək dayanırsa, tədbir görmək elə də mümkün olmur. Əvvəllər şöbədə oksigen balonu olmamışdır. Saturasiyasını ölçə bilməmişdir. Əgər ürək arresti baş verirsə, xəstə reanimasiyada olmalıdır. Həmin vaxt tənəffüs çatışmazlığı əlamətlərini görməmişdir. Gördüyünə əsasən deyə bilər ki, uşaqda tənəffüs çatışmazlığı yox idi. O nəbzi yoxlamış, dayanmasa da, ancaq zəiflədiyini görmüşdür. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. X7 ölümü ilə əlaqədar MTE və PA ETTB-də keçirilən ekspertiza üzrə mütəxəssis kimi dəvət edilmişdir. Həmin iş üzrə müəyyən edilmişdir ki, Hüseyn Hüseynov ##.##.2022-ci il tarixdə saat 17:20-də Qarayev adına * saylı Kliniki Uşaq xəstəxanasında hər iki ağciyərin total hemorragik pnevmoniyası nəticəsində inkişaf edən kəskin tənəffüs çatışmazlığından ölmüşdür. Xəstə ##.##.2022-ci il tarixdə KTM PHŞ-nə gətirilmiş və uşaq cərrahı tərəfindən qəbul edilmiş, cərrahi patologiya istisna edilərək həkim pediatrın baxışı tövsiyyə edilmişdir. Bu mərhələdə uşaq cərrah düzgün olaraq özünə aid olan hissədə müayinə aparmış və düzgün təyinat vermişdir. Bundan sonra Hüseyn ##.##.2022-ci il tarixdə saat 01 radələrində Qarayev adına * saylı X28 gətirilmiş, lakin növbətçi həkim tərəfindən yalnız imalə edilib “analgindimidrol” tətbiq edildikdən sonra uşaq evə yazılmışdır. Növbətçi həkim tərəfindən xəstə tam müayinə edilməli və diaqnoz qoyulmalı və stasionarda saxlanmalı idi. Lakin xəstənin evə yazılması düzgün olmamış, buna görə də xəstənin müalicəsi gecikmişdir. Hüseyn Hüseynov ##.##.2022-ci il tarixdə səhər saat 08 radələrində yenidən xəstəxanaya gətirilmiş, stasionara qəbul edilmiş və sol ağciyərinə maye yığılması müəyyən edilərək antibiotik müalicəsinə başlanmışdır. Bu mərhələdə xəstəyə reanimotoloqun baxışının tələb edilməsi əlavə olaraq edilməli idi. X17 pnevmoniya 8-9 saat kimi qısa bir müddət ərzində ölməsi xəstəliyin inkişaf etməsi və ağır vəziyyətdə olması demək idi. Bu halda 8-9 saatlıq qısa müddətdə xəstəni xilas etmək, ağciyərdəki mayenin çəkilməsinə nail olmaq, xüsusulə də yanaşı xəstəliyi olan belə bir xəstə üçün tibbi praktikada demək olar ki, mümkün olmur. Buna görə də həkimlər tərəfindən düzgün müalicə üsulu seçilsə də, etdikləri müəyyən nöqsanlar xəstənin gecikdirilməsi və xəstəliyin ağır gedişli olması ilə əlaqədar xəstəni xilas etməyi mümkünsüz edəcəkdi. Burada xəstəliyin belə inkişaf etməsində əsas faktorlardan biri də xəstənin gecikdirilməsi olmuşdur, çünki xəstənin sol ağ ciyərinə maye yığılması azı 2-3 gün əvvəl xəstədə bu patologiyanın yaranmasını göstərir. Şahid şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, sözsüz ki, həkim həmkarlarının işinə baxanda hərəsinin işində nöqsanlar görünür. Gülüş xanımın ən böyük nöqsanı isə xəstəni evə buraxmaq olmuşdur. Əgər onlar dəyərləndirsəydi ki, şiddətli pnevmoniya gedir, hətta mədə-bağırsaq sistemində ataneya prosesi gedir, hətta uşağın anamnezində epilepsiya var, 2-3 ilə yaxındır ki, hormonal preparatlar istifadə edir, uşaq ən azı intensiv terapiya şöbəsinə qoyulmalı idi. X5 uşağa ilkin baxış olmuşdur. Orada qarın patologiyasından şübhələniblər ki, niyə qarın köplüdür, uşağın da şikayətləri, əsasən, qarın nahiyəsindəki kəskin ağrılar olmuşdur. Həkimlər düşünmüşlər ki, burada kəskin bağırsaq keçməməzliyi və ya hissəvi bağırsaq keçməməzliyi var, ona görə də pediatr-cərrahı çağırmışlar. Cərrah uşağa baxıb, hətta Qarayev adına xəstəxanada da baxıb, 2 dəfə, cərrah uşaqda cərrahi patologiya görməyib, Qarayev adına xəstəxana uşaq patalogiyası ilə bağlı geniş profilli xəstəxanadır. Ona görə də uşağı həmin xəstəxanaya yönləndiriblər ki, uşağa konsolium şəklində həkimlər baxmalıdır. İlkin təhlükəli vəziyyət nədirsə, onu aradan qaldırıblar, ancaq daha dərin şəkildə uşağa baxılması üçün Qarayev adına xəstəxanaya göndəriblər. Orada ultra səs tətbiq edilmiş, rentgen isə Qarayev adına xəstəxanada olmuşdur. Xəstəlik tarixində uşağa vizual baxış dərəcəsi “çox ağır” yazılmamışdır. Əgər xəstə stabildirsə, yaxın məsafədirsə, göndərilə bilər. Uşaq həyati təhlükəli vəziyyətdə olmamışdır. Əgər görsəydilər ki, xəstə yaxşı tənəffüs etmir, öz saturasiyasını saxlamır, oksigen azalıb, onu reanimasyon briqadaya yollayardılar, hansı ki, ora lazımi cihazlarla təchiz olunmuşdur. Saturasiyaya hər zaman arxayın olmaq olmaz, saturasiya yanlış məlumat da verə bilər, çünki periferiya və qan dövranı tez-tez aktivləşir, ona görə də saturasiyaya etibar etmək olmaz, ən düzgün olanını qazların qanda mübadiləsi göstərir. Qazların qanda mübadiləsini yoxlayanda dəqiq məlumat alırsan ki, bədənin oksigenə tələbatı normaya yaxındır ya yox. O, hesab etmir ki, Təqsirləndirilən şəxs dəhşətli bir günah törədib, sadəcə deyir ki, onun etdiyi səhv digərlərinin içində daha çox nəzərə çarpır. Gülüş xanımın hüququ var ki, əgər qəbul şöbəsində növbədə durursa, bütün mütəxəssisləri xəstəyə baxılması üçün çağıra bilər. Ancaq əgər xəstəni reanimasyon şöbəyə və ya başqa şöbəyə göndərmirsə, imtina edirsə, qəbul jurnalında hansı əsasla bunu etdiyini qeyd etməlidir. O rəyində tək Təqsirləndirilən şəxs adını çəkmir. Həmin rəydə hansı nöqsanlar kimlər tərfindən buraxılıb göstərmişdir. Əgər Təqsirləndirilən şəxs noşba vurub və imalə edib uşağı evə buraxmasaydı, onun mübahisəsi qəbul şöbəsi ilə başqa şöbələr arasında olsaydı, Təqsirləndirilən şəxs təqsirli olmazdı. Elə olanda onlar artıq reanimasiya şöbəsinin həkimlərini çağırar və hansı əsasa görə xəstəni köçürmədiklərini soruşardı. Əvvəl də dediyi kimi, Gülüş xanımın böyük səhvi o olmuşdur ki, uşağı evə buraxmışdır. Uşağı evə buraxmağın qaydaları var. İlk olaraq, xəstənin yaxınları tərəfindən iltizamnamə alınmalıdır, akt tərtib olunmalıdır. Bəzi hallarda əgər xəstəlik cəmiyyət üçün təhlükəlidirsə, xəstənin poliklinikasına məlumat verilməlidir. Çıxışının əvvəlində demişdir ki, bu, psixo-emosional vəziyyət və ya professional gərginlikdir. O demir ki, Gülüş xanım istəyib ki, uşağı evə buraxsın, sadəcə Gülüş xanımın arqumentləri budur ki, bu emosional vəziyyətdə istəmədən hansısa nöqsana yol vermişdir. O ekspertizada da demişdir ki, bu işdə təkcə Gülüş xanımın nöqsanı olması qənaətinə gəlmək yersiz olar. Mütəxəssislərin də burada müəyyən qədər səhvləri var. Sadəcə Gülüş xanımın səhvi odur ki, xəstənin sənədlərini lazımi qaydada təsdiq edə bilməmiş və evə buraxmışdır. Gülüş xanımın səhvi odur ki, o, lazımi sənədləşmələr aparmamışdır. Məsələn, uşaq gəlir, qripdir, Gülüş ona baxır və deyir ki, evə gedin. Bu, belə olmamalıdır. Həmin vaxtlar pandemiya tüğyan edirdi. Bəlkə, bu uşaqda COVİD-19 çıxacaq, evə buraxmazdı, qəbul şöbəsində nəzarətdə saxlayardı. Komisyon ekspertiza deyə bilməz ki, uşağı Elsurəyə niyə verdin. Bu, Gülüş xanımın arqumentləridir. Əgər məsələyə ilkin instansiyalarda, nazirlikdə baxılarsa, o zaman həkimləri dəvət edirlər və yaxud özləri gedib baxırlar. Komisyon ekspertiza da isə heç bir həkim dəvət olunmur. İşə anonim qaydada baxılır ki, heç bir tərəf subyektivliyə yol verməsin, obyektiv olaraq hər kəs fikrini desin. Müasir təbabətdə belədir ki, xəstə gələn zaman qapının ağzında onu Acil şöbəsinin həkimi gözləyir. Acil şöbəsinin növbətçi həkimi ilkin baxış keçirir, lazım olan mütəxəssisləri ardıcıl dəvət edir. Tutaq ki, o cərrahdır, xəstəyə baxır, əgər xəstədə cərrahi patologiya, yırtıq yoxdursa, heç bir yerindən qan axmırsa, bu o demək deyil ki, o çıxıb getməlidir. Məsələn, Acil şöbəsinin həkiminə deyir ki, bu uşağa infeksionist baxmalıdır. Ancaq real həyatda hər şey olur. Eləsi var ki, xəstəyə formal baxır və çıxıb gedir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 İsmayıl qızı ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə baş verən tarixdə xəstəxananın uşaq şöbəsində somatik şöbədə növbətçi həkim olmuşdur. Saat 15:00-da növbəni təhvil almışdır. Belə ki, növbəni təhvil götürəndə həmin vaxt orada olan şöbə müdiri şahid6 bildirmişdir ki, şöbədə Hüseynov Hüseyn adlı 11 yaşlı ağır xəstə vardır. Həmin xəstə də kəskin ağrı ilə səhər saat 09:00-da xəstəxanaya daxil olmuşdur. Vəziyyəti ağır olmuşdur. Könül həkim cərrah çağırdığını bildirmişdir. O növbəyə daxil olduqda həmin xəstəni özü də müayinə etmişdir. Belə ki, uşağın hərarəti normal olmuş, palpasiya zamanı da ağrıları olmuşdur. Uşağa necə olduğu barədə sual verdikdə qarın nahiyəsində ağrı olduğunu demişdir. Auskultasiya ilə yoxladıqda ürək döyüntüləri karlaşmış, ağciyərlərində isə somatik patologiya olmamışdır. Bundan başqa, hər hansı müayinə etməmiş və cərrahın baxışını gözləmişdir. Saat 16:35-də cərrah şahid9 xəstəyə baxış etmiş və baxış zamanı cərrahi müdaxiləyə ehtiyacı olmadığını bildirmişdir. Cərrahın baxışı zamanı xəstənin vəziyyəti daha da ağırlaşmışdır. Cərrah şahid9 əgər xəstənin vəziyyəti daha da ağırlaşarsa, reanimotoloq baxışını tövsiyə etmişdir. O da uşağın rənginin ağardığını görmüş və şöbə müdirinə məlumat verməklə reanimasiya həkimini çağırmışdır. Reanimatoloq dərhal gəlmiş və xəstəyə baxmışdır. Xəstəni müayinə etmək üçün reanimasiya şöbəsinə aparılmalı olduğunu demişdir. Uşaq reanimasiyaya aparılan zaman onda göyərmə baş vermişdir. Reanimasiyada isə xəstəyə qarşı tədbirlər görülmüşdür. Şahid şahid5 İsmayıl qızı verilən suallara cavab olaraq bildirmişdir ki, uşaq uzanaqlı vəziyyətdə, temperaturu isə 37 dərəcəyə yaxın olmuşdur. Uşağın qarın nahiyəsində ağrılar olmuşdur. Uşağın analığı isə uşaqda qarın ağrısı olduğuna görə gəldiklərini demişdir. O uşağın temperaturunu və saturasiyasını ölçmüş, uşağa baxan zaman reanimasyon tədbirlərə ehtiyacı olmamışdır. Sonra isə cərrahın gəlməyini gözləmişdir. Cərrah gəlmiş, o uşağın rənginin ağardığını görmüşdür. Cərraha uşağın rənginin ağardığını demişdir. Bu halları cərraha demiş, cərrah isə cavab olaraq cərrahi müdaxiləyə ehtiyacı olmadığını qeyd etmiş, ancaq reanimasiyaya qoyula biləcəyini demişdir. Cərrah ondan əvvəl çağırılmışdır. O işə gələn zaman cərrahın konsultasiyaya gələcəyini demişlər. Ona qədər cərrah çağırılmışdır. İş saat 09:00-da başlayır. İş saatə növbəliliklə 09:00-dan 15:00-a kimi, 15:00-dan 21:00-a kimi, 21:00dan 09:00-a kimi olur. Tibb bacıları 1 saat tez gəlirlər, ancaq onlar saat 09:00-da işə gəlirlər. Ümumi vəziyyət olaraq uşaq ağır qiymətləndirilirdi. Onlar növbətçi həkim olaraq uşağı müayinəyə göndərmirlər. Tarixçədə uşağın rentgen olunduğunu görmüşdür. O uşağı rentgenə göndərməmiş, uşaq səhər rentgen olunmuşdur, cavabı da olmuşdur. O uşağa qulaq asanda sərt tənəffüsünün olduğunu eşitmiş, həmin uşaq epilepsiya xəstəsi olmuş, belə xəstələrdə tənəffüs zamanı xırıltılar olur. O gələn zaman həyat göstəriciləri olmuş, qızdırmasını, saturasiyasını ölçmüş, uşağın reanimasyon tədbirə ehtiyacı olmamışdır. Onlara gələn xəstələr şöbəyə ağır vəziyyətdə qəbul edilir. Çox ağır vəziyyətdə isə reanimasiyaya yerləşdirilir. O uşağa baxış keçirən zaman isə uşaq çox ağır vəziyyətdə olmamışdır. Cərrahın özü heç nə tövsiyyə etməmişdir. Cərrah uşağın vəziyyəti ağırlaşarsa, reanimasiyaya köçürülməsini demişdir. Axıra yaxın uşağın rənginin ağardığını görmüş və bu barədə məlumat vermişdir. Reanimasiyaya yerləşdirilənə qədər sadəcə uşağın qarnında ağrısı olmuşdur. Onun fikrincə, cərrah baxandan sonra müdaxiləyə ehtiyacı olmadığını demişdir. O, uşağın vəziyyəti pisləşdiyi üçün reanimasiya həkimini çağırmışdır. O uşağın rənginin ağardığını görmüşdür. Aynur xanım uşağa baxmışdır. Həmin vaxt reanimasyon olmasa da, ani vəziyyətdə uşağın vəziyyəti pisləşmiş, reanimatoloqu çağırmışdır. Uşağa qulaq asmış, boğulması, təngənəfəsliyi olmasa da, sadəcə sərt tənəffüsü eşitmişdir. Prokurorluqdan nə vaxt çağırıblarsa, o vaxt getmişdir. Onu 2-3 dəfə prokurorluğa çağırmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid9 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. ##.##.2022-ci il tarixdə axşam saatlarında xəstəxananın qəbul şöbəsində növbədə olarkən təcili yardım avtomobili ilə X7 gətirilmişdir. Xəstə özündə olmuşdur. Xəstənin ailəsi qarın ağrısından şikayət etmişdir. Uşaq özü isə qarında az miqdarda ağrısı olduğunu, həmçinin bir gün əvvəl nəcisə getdiyini demişdir. Hərarəti, ürək bulantısı və qusma olmamışdır. Bundan əlavə xəstənin yaxınları xəstənin epileptik tutmaları olduğunu və yaxın dövrdə stereoid müalicəsinə başladığını, çox yemək yediyini bildirmişdir. USM müayinəsində yoğun bağırsaqda nəcis və qaz aşkar edilmişdir. Bundan başqa hər hansı patologiya aşkar edilməmişdir. Bundan sonra rentgen müayinəsində də nəcis və qaz olması öz əksini tapmış və hər hansı başqa patologiya aşkar edilməmişdir. Müayinələrə uyğun olaraq xəstəyə imalə edilmişdir. İmalə suyu çıxarılsa da, hər hansı nəcis miqdarı olmamışdır. Xəstənin ümumi narahatlığı isə artmış, həmçinin əlləri əsmişdir. O da hər hansı cərrahi patologiya aşkar etmədiyi üçün onları Qarayev adına uşaq xəstəxanasına göndərmişdir. Növbəti gün, saat 17 radələrində Qarayev adına xəstəxanada palatada həmin xəstəni müayinə etmişdir. Uşağın narahatçılığı hələ də qalmışdır. O yenə də cərrahi patologiya görmədiyi üçün xəstənin reanimotoloq baxışını məsləhət görmüşdür. Bundan təxminən 24 saat sonra işə gəldikdə xəstənin öldüyünü öyrənmişdir. Prokurorluqda ifadə verən zaman qeyd etmişdir ki, ölüm səbəbi olaraq pnevmoniya qeyd edilib, ancaq xəstəyə baxış keçirən zaman pnevmatik əlamət aşkar etməmiş, ona görə də ekspert rəyi ilə razılaşmamışdır. Xəstənin öskürəyi və qızdırması olmamışdır. Həmin xəstə epileptik xəstə olmuşdur. Bəzən belə xəstələrdə epileptik tutmadan əvvəl belə narahatlıqlar başlayır. Buna görə də, o, xəstəni pediatr nəzarətinə göndərmişdir. Şahid şahid9 verilən suallara cavab olaraq bildirmişdir ki, uşaq gətirilən zaman ağrısı olmamış, sadəcə həyəcanlı olmuş, əlləri əsmişdir. Valideyni çox yemək yediyini, yəqin ki, bağırsaqlarının dolduğunu demişdir. O, uşağın qarnını fiziki müayinə etmişdir. Rentgenə də vermiş, imalə də elətdirmişdir. İmalə edilən zaman yalnız imalənin suyunu çıxartmışdır. Rentgen edən zaman cərrahi patologiya aşkar etməmişdir. Yoğun bağırsağında qaz yoğunluğu olmuş, ancaq bağırsaq keçməməzliyi, düyünlənməsi kimi cərrahi problemi olmamışdır. Nəzarətdə qalması üçün bu barədə kağız yazıb həkimpediatra göndərmişdir. Qarayev adına uşaq xəstəxanasına göndəriş vermişdir. Xəstə yanına gələndə yeriyərək gəlmişdir. Şöbədən də yeriyərək getmiş, ancaq 1 gün sonra xəstənin vəziyyəti yaxşı olmamışdır. Xəstənin yanına getmiş və xəstəlik tarixçəsində reanimasyon tədbirə ehtiyacı olduğunu qeyd etmişdir. Bir gün sonra onu baxışa dəvət etmişlər. Şöbə müdirinə bir gün əvvəl xəstəyə baxdığını, davamını bilmək üçün yenə gedib baxacağını demişdir. Gedən zaman uşaqda cərrahi patologiya aşkar etməmiş, lakin baxan zaman xəstənin vəziyyətinin yaxşı olmadığını, ona görə də reanimasyon tədbirə ehtiyacı olacağını görmüşdür. Xəstənin rəngi avazımış, yəni göyərmişdir. Ekspertizanın rəyi ilə razı deyil, çünki xəstənin klinikasında pnevmotik əlamət olmamışdır. Həmçinin yüksək hərarəti, öskürəyi olmamışdır. Ancaq o, uşağın epileptik xəstəliyindən narahat olmuş, çünki uşaq həyəcanlı olmuş və əlləri əsmişdir. Bu əsmə epilepsiya tutmasından əvvəl baş verən bir əlamətdir. Epileptik tutma tənəffüs əzələlərini tuta bilər və xəstə tənəffüs edə bilməz. Mütləq əl-qolu tutacaq deyə bir nəticə yoxdur. Onlar uşağın qızdırmasını ölçməmiş, heç qızdırma əlaməti də onlara verməmişlər. Onlar sistemə uşağın qarın boşluğunun rentgeni ilə bağlı nəticəni vurmuş, ancaq faktiki olaraq həm qarın boşluğunu, həm də döş qəfəsini rentgendə çəkmişdir. O uşağın ağciyərində hər hansı bir patalogiya görməmişdir. Ola bilər, metipred bədəndəki “natrium” miqdarını azaltmış, “kaliumu” çoxaltmışdır. Bu da xəstəyə bağırsağın hərəkətində problem yarada və ağrı verə bilər, həmçinin hipertonik kriz verə bilər. Ona verilən anemnezdə bağırsaqda problem olmamışdır. Ailəsi isə uşağın narahat hiss etdiyini demişdir. Bu, metipreddən asılı ola bilər. Ailəsi uşağın yüksək dozada, yəni “64 mq metipreddən” istifadə etdiyini bildirmişdir. Uşaq yüksək dozada steroiddən istifadə edərək krizə girə bilər, ya da ki, anidən dərman qəbulunu kəsib yetməzlik sindromuna girə bilər. Yoğun bağırsağında çoxlu qaz olmuş, ona görə də xəstəni qazını çıxartması üçün imalə etmiş, ancaq xəstə imalə suyunu çıxartmış, heç bir nəcis ifrazı olmamışdır. Ancaq uşağın narahatlığı davam etmişdir. Əl-qolu əsmiş, ona görə də o uşaqda epileptik tutmanın olacağından şübhələnərək Qarayev adına Uşaq Xəstəxanasına göndərmişdir. O, xəstədə cərrahi patalogiya olmadığını bildirmişdir. O, uşaqda ümumi narahatlığı olduğunu bildirmişdir. Əgər xəstədə cərrahi problem olarsa, müdaxilə edirlər. O, rentgen etmişdir. Xəstə acil şöbəsinə gələn zaman onu acilin həkimi qarşılamışdır. O, uşaq cərrahı olduğu üçün cərrah baxışı üçün göndərilir. Uşağın cərrahi problemi olmadığına görə kağız yazmışdır. Uşaq Patolojianatomik təşrihə də göndərilib və orada deyilib ki, cərrahi patologiyası yoxdur. 2-ci məsələ isə budur ki, xəstə öləndən sonra onun bağırsaqlarının hərəkəti əsas deyil, xəstə sağ ikən nəcisli qusması olmamışdır. O bu tibbi məlumatı əsas götürmüş və səhv etdiyini də düşünmür. COVİD olan xəstələr belə 2 saat sonra dünyasını dəyişə bilər. O, xəstəyə baxan zaman patologiya aşkar etməmişdir. Ertəsi gün uşaqda patologiya aşkar edilibedilməməsini o deyə bilməz, çünki buna cavabdeh olmamışdır. O xəstəyə baxış keçirərkən pnevmoniya aşkar etməmişdir. Əgər xəstənin pnevmoniyası varsa, bunu o yox, həkim-pediatr araşdırır. O, baxmış, rentgen etmiş, patologiya aşkar etməmiş və pediatra yönləndirmişdir. O uşaqda ümumi narahatlıq olduğuna görə pediatra göndərilməsini tövsiyə etmişdir. Uşaq pediatra göndərilən zaman pediatrın etdiyi hərəkətlərə o cavabdeh deyil. 2-ci dəfə baxış keçirən zaman xəstənin reanimasiya da qalmasını bildirmişdir. Bu halı xəstəlik tarixçəsində qeyd etmişdir. Reanimasiyada hər dəqiqə nəzarət olunur. Reanimasiya da bütün xəstələrin üzərində monitor var, onlar izlənilir. Xəstə daha tez reanimasiyada olsa idi, əmindir ki, daha yaxşı vəziyyəti izləniləcəkdi. Uşaq reanimasiyada olsa daha yaxşı olardı. Epileptik tutması da olsa belə, ona daha tez müdaxilə olacaqdı. Bu, onun şəxsi fikridir. 7 ildir həkim kimi işləyir və bildirir ki, pnevmoniya COVİD və təhlükəli infeksiyalar istisna olmaqla, 1 günə öldürməz. Digər xəstəliklərin öldürmə ehtimalı daha yüksəkdir. O xəstəni pediatrın baxışına ayaqla göndərmiş, çünki xəstə yanına gələn zaman ayaq üstə durmuşdur, yəni mobilizasiya ola biləcək xəstə olmuşdur. İmmobil xəstələri aparmaq üçün X3 avtomobili gəlir və aparır. Uşaq mobil xəstə olduğu üçün onlar uşağı valideynləri ilə göndərmişlər. Uşaq ilk dəfə gələndə ağır xəstə olmamış, mobil xəstə olmuş, ancaq növbəti gün axşam saat 5-də gələndə vəziyyəti yaxşı olmamışdır. O uşaq cərrahıdır, onun öhdəliyi bundan ibarətdir ki, əgər xəstədə cərrahi problem olarsa, onu stasionara vermək, əməliyyat edilməsi, reanimasiyaya qəbul edilməsi müdaxilə edilməsi ilə bağlıdır. O edə bilmədiyi şeyi boynuma götürə bilməz, ona görə də xəstəni pediatrın baxışına göndərmişdir. Yəni cərrahi məsələ olan zaman o müdaxilə edə bilər, başqa məsələ olduqda aidiyyatı həkimə göndərir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Hadisə ilə bağlı yadında qalan budur ki, Nəsimi rayon Prokurorluğunda araşdırma aparılmışdır. Belə ki, Nəsimi rayon Prokurorluğu tərəfindən çıxarılmış qərar onların bürosuna daxil olmuş və komisyon-ekspertiza şöbəsinə verilmişdir. Bu iş ilə bağlı ekspert qrupu yaradılmışdır. Həmin qrupda həkimmütəxəssislər və ekspertlər də olmuşdur. Qoyulan suallar ilə bağlı ekspert qrupu olaraq həmin sualları cavablandırmışlar. Onların tədqiqat materialları iş materialları və tibbi sənədlər olmuşdur. Şahid şahid2 verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda tam yadında olmasa da, rəydə bütün suallara cavab verilmişdir. Məsələyə bir neçə komissiya ayrıayrı tərkiblərdə baxmışlar. Nəticə isə hamısında eynidir, heç bir dəyişiklik yoxdur. Onlar müəyyən etmişlər ki, həkim işi ilə bağlı keçirilən ekspertizadır. Səhv etmirsə, xəstə uşağın Qarayev adına Xəstəxanaya müraciəti ilə bağlı olmuşdur. Burada müəyyən qüsurlara yol verilmiş və həmin tibbi xidmətin yetərsizliyi nəticəsində də uşaq vəfat etmişdir. Səhv etmirsə, məhkəmə tibbi müayinəsi aparılmış, autopsi olunmuş və ölüm səbəbi təyin edilmişdir. O verdiyi rəyi təsdiq edir, yəni nəyə qol çəkmişsə, onu təsdiq edir. O komisyon-ekspertizanın tərkibində olmuşdur. Onlar meyitin autopsisində onun ölüm səbəbini müəyyən etmişlər. Xəstəlik tarixində yazılan nədirsə, o, kliniki dializdir. Ölümə səbəb olan dializi meyitin autopsisində müəyyən etmişlər. Tam yadımda olmasa da, ölüm səbəbi rəydə qeyd olunmuşdur. Onlar yüzlərlə rəy verir, tam olaraq yadında qalmamışdır. Məhkəmə-tibb eksperti dərman preparatlarının insan orqanizminə hansı təsirlərin olub-olmadığını deyə bilməz. Bu, mütəxəssisə aid bir sualdır. Həmin mütəxəssis-həkim deyə bilər ki, “64 mq metipred” qəbulu xəstəyə necə təsir göstərə bilər və ya bilməz. onların fəaliyyəti autopsi ilə bağlıdır, bununla bağlı ona suallar verilə bilər. Təkcə pnevmoniya deyil, rəydə xəstəliklərlə bağlı geniş bir ölüm səbəbi vardır. Ölüm səbəbinə pnevmoniya və digər səbəblər daxildir. Autopsi müayinəsində histoloji müayinə nəticəsinə əsasən, onlar xəstəlikləri müəyyən etmişlər, yəni autopsi müayinəsində pnevmoniya ilə bağlı digər xəstəliklər varsa da, bu öz təsdiqini tapır. Rəydə olan ölüm səbəbi nədirsə, odur. Bu, histoloji müayinə ilə öz təsdiqini tapır. Meyit autopsi olunmuş, lazım olan yerlərdən tikələr götürülmüş, histoloji müayinəyə göndərilmiş və həmin müayinə ilə öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Bildirir ki, X7 Qarayev adına * saylı Kliniki Uşaq xəstəxanasında ölməsi ilə əlaqədar Nəsimi rayon prokurorluğunun müstəntiqi İlhamə Əliyeva tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizası təyin edilməsi haqqında qərar əsasında tərəfindən Hüseyn Hüseynovun meyiti ##.##.2022-ci il tarixdə daxili və xarici müayinə edilmiş və ##.##.2022-ci il tarixli 90 MEŞ saylı rəy tərtib edilmişdir. Həmin rəy aparılmış müayinələr və məhkəmə-histoloji nəticələrinə uyğun olaraq tərəfindən düzgün tərtib edilmişdir. ##.##.2022-ci il tarixdə alınmış, **** №-li məhkəmə-histoloji müayinə aktından görünür ki, 2011-ci il təvəllüdlü X7 meyitindən götürülmüş daxili orqan hissəciklərinin məhkəmə-histoloji tədqiqatı nəticəsində ağciyərlərdə total hemorragik və irinli pnevmoniya, virus-bakterial mənşəli çoxsaylı qansızmalar, irinləmə mikroabseslər, traxeyada hemorragik traxeit, miokardda, qaraciyərdə və böyrəklərdə parenximatoz zülal distrofiyası, baş beyin toxumasında qlioz, fibroz ocaqları, petrifikatlar, ödem, xırda ensefalitik yumşalma, soxulcanabənzər çıxıntı selikli və selikaltı qişalarda ödem və doluqanlılıq, müayinə edilmiş obyektlərdə venoz doluqanlılıq aşkar edilmişdir. Şahid şahid3 verilən suallara cavab olaraq bildirmişdir ki, patoloji proses sağlam və xəstə orqanizmdə fərqlidir. Hər bir orqanın funksiyası və fəaliyyəti beyinlə tənzimlənir. Əgər beyin öz həcmini azaldırsa, insanın həm immuniteti zəifləyir, həm də onun mühafizə və qoruyucu funskiyaları pozulur. Burada dəqiq demək mümkün deyil ki, 3 günə, 5 günə, 1 günə əmələ gəlmişdir. Orada tibbi sənədlər olmuşdur. Bioloji ölüm anından xəstənin xəstəxanaya daxil olduğu vaxta qədər olan müddəti hallandıra bilər, yəni ##.##.2022-ci il tarixdə saat 08:57-də xəstə xəstəxanaya daxil olur. Həmin gün onun şikayətləri nədən ibarətdir, burada yazılır ki, 3 gündür uşaq xəstədir. Həkim uşaqda kliniki olaraq bunu təyin edir. Uşağın qarnında kəskin ağrılar var. Sonra uşaq cərrah tərəfindən konsultasiya olunur. Cərrah sonda cərrahi müdaxiləyə ehtiyac olmadığını göstərir. Həmçinin burada deyilir ki, uşaq epilepsiya xəstəsidir, 2 yaşından müalicə alır. Nevroloji statusuna görə uşağa 64 mq miqdarında “metipred” dərmanı təyin olunur. Uşaq statusuna görə bu dərmanı qəbul etməlidir. Bundan sonra uşaqda qəbzlik və qarında ağrılar əmələ gəlmişdir. Burada yazılır ki, dərman qəbul etdikdən sonra qəbzlik və ağrılar yaranır. Həkim sonda belə nəticəyə gəlir ki, anemnezə və klinik əlamətlərə əsasən kəskin qastrit və epilepsiya diaqnozu qoyulsun. Bu, ilkin diaqnozdur. Həkim burada anemnezə və xəstənin şikayətinə uyğun ilkin diaqnoz qoyur. Deməli, burada ultrasəs müayinəsi aparılır, burada qaraciyərdə böyümə var, dalaq normaldır, böyrəklərdə duz kristalları vardır. Xəstəyə venadaxili damcı üsulu ilə dərman preparatlarının köçürülməsi tövsiyə olunur və bunu ediblər. Saat 16:35-də məcburi vəziyyətdə olduğu üçün yenidən cərrah baxır və cərrahi müdaxiləyə ehtiyacının olmamasını bildirir. Burada döş qəfəsinin rentgen müayinəsi var. Burada yazılır ki, ağciyərlərin sol aşağı payında homogen kölgəliklər var, yəni ki o hissədə ağciyər öz funksiyasını itirmişdir. Homogen o deməkdir ki, pnevmoniya var. Bundan sonra pnevmoniyanın ildırım sürətli yayılma məsələsi var. Qeyd etdiyi kimi, bu uşağın beyninin bir hissəsi digərinə uyğun deyil, yəni ki nevroloji statusu var, bu da uşağın xəstəliklərdən mühafizə olunma qabiliyyətini və xəstəliklə bağlı aparılacaq müalicələrə tabe olma qabiliyyətini ləngidir. Xəstəliyin yarım kəskin və kəskin dövrləri var. Yarımkəskin 3 gün müddətində başlayır və o müddətdən sonrakı mərhələlərdə və sonuncu gün daha da proqressivləşir və insan tənəffüs ala bilmir və bu səbəbə görə tələf olur. Uşağın qarın nahiyəsindəki ağrı döş qəfəsindəki ağrını itirə bilər. Ancaq orqanlara qulas asılmalıdır. Ancaq burada instrumental müayinə aparılır, sol ağciyərdə aşkar edilir, digərlərində aşkar edilmir. Belə çıxır ki, ondan sonrakı prosesdə bu, daha da tezləşdirir və bütün sahəni əhatə edir. Pnevmoniya elə sürətlə yayılıb ki, belə olanda da bunun qarşısını almaq mümkün olmur. Ölümün səbəbi pnevmoniyadır. Bakteriya və virus tənəffüs yolu və damcı ilə keçən infeksiyadır. Beyində olan dəyişiklik isə həmin prosesin proqressivləşməsinə kömək edə bilər, yəni xəstənin daha da ağırlaşmasına kömək edir. Burada kompleks müalicə getməlidir. Burada ilk olaraq nevroloji, yəni beyin müalicəsi aparılmalıdır ki, sonrakı müalicələr öz effektini versin. * saylı Qarayev adına uşaq Klinikası ixtisaslaşmış klinikadır. X3 həkimi isə yalnız istiqamətverici funksiyanı yerinə yetirə bilər. Elə bir xəstəliyin qarşısının alınması nə onun səlahiyyətindədir, nə də gücündədir. Bir ekspert kimi deyə bilər ki, həkim xəstə qəbul şöbəsində olan zaman ona baxış keçirərək onun hospitalizasiyasını həyata keçirir. Bundan sonra oradakı həkimlər ya xəstəni beyin siniri ilə bağlı reanimasyon şöbəyə göndərməlidir ki, orada kompleks müalicə aparılsın və yaxud ağciyərlə bağlı patoloji şöbəyə və ya reanimasiyaya göndərilməlidir ki, beyin müalicələrinin kompleksi başlanılmalıdır. Ağciyər rentgeni elə-belə deyil. Həmin vaxtda xəstədə sol aşağı ağciyərdə patologiya olmuş, digər hissədə isə nəfəs almışdır. Bu ildırım sürəti ilə gedir, onun qarşısını heç 3 gün əvvəlcədən almaq mümkün deyil. Uşağın beynində olan xəstəliyin ikisinin birləşməsi onun ölümünə gətirib çıxartmışdır. Müalicələr ancaq onun vaxtını uzada bilər, ancaq bunun qarşısını ala bilməz. Müalicə edilməlidir,ancaq beyin patologiyasının qarşısını almaq mümkün deyil. Həkimin borcu idi ki, uşağı xəstəxanada saxlasın, ancaq uşağın sağ qalıb-qalmaması onun səlahiyyətinə aid deyil. O uşaq xəstəxanada saxlanılmalı və digər müayinələr üçün şöbəyə qoyulmalı idi. Ancaq müalicə aparıb xəstəliyin qarşısını almaq Gülüş xanımın səlahiyyətinə aid deyil. “Metipred” dərmanının qəbulu ilə xəstənin ölümü arasında birbaşa səbəbli əlaqə yoxdur. Bu dərmanı dərhal qəbul etməyi kəsməyi həkim kimi mən də məsləhət görmərəm. Burada yəqin ki, həkimin seçimi var. Həkim klinikanı dəqiqləşdirmək istəmişdir. Əgər xəstəxanada bu dərmanın qəbulunu həkim kəsibsə, deməli, klinikanın dəqiqləşdirilməsini bilmək istəyir, çünki adi ağrıkəsicini uşağa vursan, klinikanın əlamətləri itər. Labarotoriyanın analizlərinin cavabları alınmadan müalicə tədbirlərinə başlanılmır. Əgər bu dərmanı ailə kəsibsə, düz etməyiblər, əgər həkim kəsibsə, deməli, bu, həkimin seçimidir. O prosesi elə bir vəziyyətdə görür ki, artıq bundan geri dönmək mümkün deyil. O uşağın atasına da demişdir ki, bunun qarşısının alınması Allahın əlindədir. Xanımın həkim kimi borcu budur ki, xəstəni dinləsin, ona qulaq assın və ona uyğun seçim etsin. Ancaq onun heç resept yazmağa da hüququ yoxdur. Hazırda TƏBİB-in qoyduğu ela qaydalar var ki, bu qaydalar əvvəlki qaydalardan fərqlənir. Əvvəllər xəstə xəstəxanaya daxil olan kimi ona uyğun mütəxəssis cəlb olunardı. O bunu gördüyünə görə deyirəm, çünki Səhiyyə Nazirliyinin əməkdaşıdır. Bu sahədəki çatışmazlıqları deyir. O göndərilmiş qərar ilə xəstəxanaya yaxınlaşır. Deyir ki, burada yatan xəstəni müayinə etmək istəyir, ancaq ona bu şərait yaradılmır. Məsələn, acil şöbəsi, orada bütün sistemin xəstələri yatır, təkcə qarın ağrısı və ağciyər şikayətindən yatmırlar, bütün sistemin xəstələri yatır. Onların hamısını qəbul edəndən sonra müayinəyə başlayırlar, ancaq əvvəl belə deyildi. Əvvəllər dərhal müvafiq sahənin həkimi dəvət olunurdu və sonrakı mərhələlərdə xəstənin müalicəsinə başlanırdı. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## #### 2023-cü il tarixli qərardan görünür ki, Nəsimi rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə cinayət işi başlanmışdır (cild l, i.v.1-2); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 ##.##.2022-ci il tarixli, **/MEŞ saylı rəyindən görünür ki, X7 ölümünün bilavasitə səbəbi ağciyərlərin total hemorragik pnevmoniyası ilə əlaqədar inkişaf edən kəskin tənəffüs çatışmazlığı olmuşdur. Ölüm ##.##.2022-ci il tarixdə, saat 17:20-də Ə.F.Qarayev adına X19 reanimasiya şöbəsində baş vermişdir. (cild l, i.v.53-61); “Baxış keçirilməsi haqqında” ## ##### 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxsin hüquqi varisi Hüseyn oğlu tərəfindən təqdim edilmiş 01 ədəd diskdə olan “AUDIO2022-11-07-13-51-24.m4” adlı audio fayldakı səs yazısına baxış zamanı həkim-pediatr şahid7 aşağıdakı şəkildə danışıq apardığı müəyyən edilmişdir: “Deməli papası! maması dedi ki, səs göndərim sizə, burda rentgendə uşaqda kölgəliklər var bir də ki sol sinus izlənmir. Sol sinus da o vaxt izlənmir ki, yəni, maye olur də ciyərdə. Ona görə biz təcili antibiotik terapiyaya başlamışıq. İnşallah ki, təkrar müayinələrdə rentgen lazım olduqda edib baxacıyıq təzədən ki, irəliləyiş nə dərəcədədir.” (cild l, i.v.142); X5 PHŞ-dən rayon prokurorluğuna daxil olmuş növbətçilik cədvəllərindən görünür ki, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə keçən gecə Qarayev adına * saylı X32 TTTY şöbəsində həkim-pediatr Təqsirləndirilən şəxs növbədə olmuşdur. (cild l, i.v.236-242); “Baxış keçirilməsi və götürmə aparılması haqqında” ## ###### 2023-cü il tarixli protkoldan görünür ki, Ə.Qarayev adına * saylı X32 baş həkimi X10 iştirakı ilə hər bir xəstəyə ayrılmış dərman və digər vasitələrin qeyd edildiyi ##.##.2022-ci il tarixə aid olan müvafiq tələbnamələrə, dərman sərfiyyatı jurnalına, Təcili və X33 şöbəsində tibbi yardım göstərilən xəstələr üçün tərtib edilən qeydiyyat jurnalına, intensiv müşahidə və müayinə kartasına, qəbul şöbəsində tərtib edilən tələbnaməyə və xəstəxananın elektron qeydiyyat sisteminə baxış keçirildi. Elektron sistemə baxış zamanı müəyyən edildi ki, X7 ##.##.2022-ci il tarixdə saat 23:14-də X5 PHŞ-nin Təcili və X33 şöbəsinə daxil olmuş, ixtisaslı həkim müayinəsi tələb edilmiş və həmin xəstəxananın uşaq cərrahiyyə poliklinikasında Tam Abdomen USM və qarın boşluğunun rentgenoqrafiyası edilmişdir. ##.##.2022-ci il tarixdə saat 01:14-də Hüseyn Hüseynov Ə.Qarayev adına * saylı X32 Təcili və X33 şöbəsində həkim-pediatr Təqsirləndirilən şəxs tərəfindən qəbul edilərək “serum taxılması” tibbi yardımı göstərilmişdir. ##.##.2022-ci il tarixdə saat 08:17- də Hüseyn Hüseynov Ə.Qarayev adına * saylı X32 Təcili və X33 şöbəsində həkim-pediatr şahid8 tərəfindən qəbul edilərək ixtisaslı həkim müayinəsi tələb edilmişdir.##.##.2022-ci il tarixdə saat 08:58-də Hüseyn Hüseynova ixtisaslı həkimpediatr şahid7 tərəfindən baxış keçirilmişdir. Təcili və X33 şöbəsində həkim-pediatr Təqsirləndirilən şəxs tərəfindən Hüseyn Hüseynova göstərilən tibbi yardımların qeyd edildiyi intensiv müşahidə və müayinə kartasında Hüseyn Hüseynovun nəbzinin 96, temperaturunun 36,6, “SpO2”-nin isə 98 olduğu, xəstənin imalə edildiyi və “Drotoverin və Dimedrol” təyin edildiyi, diaqnozun isə K 59 qeyd edildiyi müəyyən edilmişdir. X7 adına olan ##.##.2022-ci il tarixli tələbnamədə həmin xəstəyə “Ceftriaxon və Amikasin” adlı antibiotiklərin ayrıldığı görünür. Dərman sərfiyyatı jurnalında ##.##.2022-ci il tarixdə “Amikasin 500mg” adlı antibiotikdən 2 ədəd istifadə edildiyi müəyyən edilmiş və həmin tarixə aid tələbnamələrdən yalnız ikisində, yəni Hüseyn Hüseynov və Nəzrin Abdullayevaya məxsus tələbnamələrdə “Amikasin 500mg” antibiotik ayrıldığı müəyyən edilmişdir. (cild Il, i.v.189); Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən ##.##.2023-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild ll, i.v.244); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “Bakı şəhər Təcili və X33 Stansiyası” X1 direktoru Rauf Nağıyev tərəfindən məhkəməyə ünvanlanmış məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Xətai rayonu, İ.İsmayılov küçəsi ev 5, mənzil 82 ünvanına Hüseyn Hüseynovun qarnında ağrı olması ilə əlaqədar ##.##.2022-ci il tarixdə saat 21:47-də çağırış olmuş, həkim birqadası saat 22:15-də ünvana çatmış, xəstə ##.##.2022-ci il tarixdə axşam saatlarından halsızlıq, iştahsızlıq, qarında ağrıdan narahat olmuş, nəbz 110, tənəffüs 26, temperatur 36, saturasiya 99 olmuş, xəstə saat 23:20-də X5 hospitalizasiya edilmişdir. (cild ll, i.v.59-61); “Götürmə aparılması haqqında” ## ###### 2023-cü il tarixli protokoldan görünür ki, Ə.Qarayev adına * saylı X32 laboratoriya müdiri X27 iştirakı ilə “Stasionar xəstələrin qan müayinəsinin qeydiyyat jurnalı”na baxış keçirilmiş və baxış zamanı həmin kitabda 336 sıra nömərsi ilə qeyd edilmiş və pediatriya şöbəsində müalicə alan xəstə Hüseyn Hüseynova aid qanın ümumi analizi nəticələrinin olduğu və həmin nəticələrin xəstəlik tarixində olan qanın ümuni analizi vərəqindəki məlumatlarla eyni olduğu müəyyən edilmişdir. Müvafiq sənədlər götürülərək iş materiallarına əlavə edilmişdir. (cild ll, i.v.212); X5 PHŞ-dən Nəsimi rayon prokurorluğuna ünvanlanmış ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli məktubdan görünür ki, ##.##.2022-ci il tarixdə X5 rentgen otağı 24 saat işləmişdir. (cild llI, i.v.124); X5 PHŞ-dən Nəsimi rayon prokurorluğuna ünvanlanmış ##.##.2024-cü il tarixli, **-*-*/*-****/**** nömrəli məktubdan görünür ki, ##.##.2022-ci il tarixdə Ə.Qarayev adına * saylı X18 gecə nöbəsində rentgenoqrafiya müayinəsi aparılmır. Stasioanrda olan xəstələrin rentgenoqrafiya müayinəsinə ehtiyac yarandığı zamanı X5 radiologiya şöbəsindən göndərilən portatif (səyyar) rentgen cihazı ilə icra edilir. X5 rentgenoqrafiya müayinəsi üçün stasioanr və portatif müayinələr fasiləsiz şəkildə aparılır. (cild llI, i.v.125); ##.##.2004-cü il tarixli, ****** nömrəli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Tibb Universitetini pediatriya ixtisası üzrə bitirmişdir. (cild llI, i.v.62); ##.##.2020-ci il tarixli ****** nömrəli sertifikasiya şəhadətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həkimlərin sertifikasiyasından keçmişdir və ona pediatriya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. (cild llI, i.v.43); ##.##.2021-ci il tarixli əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs Ə.Qarayev adına * saylı X32 Təcili və X33 şöbəsinin Təcili və X33 üzrə həkimi vəzifəsinə təyin edilmişdir. (cild llI, i.v.51-58); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 təkrar komisyon məhkəmətibb ekspertizasının ##.##.2024-cü il tarixli, ***/KEŞ saylı rəyindən görünür ki, X7 “X5” PHŞ-də həkim - uşaq cərrahı şahid9 tərəfindən xəstənin obyektiv, rentgenoloji və ultrasəs müayinələrin nəticələrinə istinad edilərək onda cərrahi patologiya aşkar edilməmişdir. Xəstədə qarın boşluğunda bağırsaqların yüksək pnevmotosisi səbəbi ilə daxili parenximatoz orqanları aydın izlənilməmiş, abdominal rentgen müayinəsində isə koprostaz (bağırsaqlarda çoxlu miqdarda möhtəviyyat yığılması) müşahidə edilmişdir. KTM-in həkim - uşaq cərrahı şahid9 tərəfindən təyin edilmiş ilkin diaqnozu düzgün hesab etmək olar. Cərrahi patologiya qeyd edilmədiyindən, xəstənin mövcud kliniki vəziyyətinə uyğun olaraq ona təyinat verilmişdir. X7 ##.##.2022-ci il tarixdə saat 0114-də “Ə.Qarayev adına * saylı X18”nın Təcili Yardım şöbəsinə müraciət etmiş və növbətçi həkimi, həkim-pediatr Təqsirləndirilən şəxs tərəfindən xəstəyə vizual baxış keçirilmişdir. Diaqnoz təyin olunmadan, xəstənin kliniki vəziyyəti ilə əlaqədar ona “noşpa-dimedrol” inyeksiyası və imalə icra edilmişdir. Xəstə xəstəxanaya müraciət etdikdən sonra onun kliniki vəziyyəti ilə yanaşı, müvafiq instrumental müayinələr aparılmaqla diaqnoz dəqiqləşdirilməli idi. Diaqnoz dəqiqləşdirilərək və patoloji vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq daha ixtisaslı tibbi yardımlar aparılmalı idi. Növbətçi həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəyə yanaşma taktikası düzgün olmamış və adekvat tibbi yardımlar göstərilməmişdir. Müalicə zamanı əsas vaxt itkisi patologiyanın daha da dərinləşməsinə, xəstənin vəziyyətinin ağırlaşmasına və sonda ölümə səbəb olmuşdur. Səhiyyə Nazirliyinin kollegiyasının “28” noyabr 2016-cı il tarixli ** nömrəli qərarın 2.5.1-ci bəndlərində intensiv müalicə tələb edən hallar (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə) və 2.5.3-ci bəndlərində (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) mövcud olduğu halda, 2.5-ci bəndlərinə əsasən, bu hal təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayılır. 2.6-ci bəndlərinə əsasən, xəstənin stasionara qəbulu şöbənin növbətçi həkimi tərəfindən həyata keçirir və xəstə dərhal hospitalizasiya olunur. Müvafiq qərara əsasən, Hüseyn Hüseynovun müraciətinin bu etapında təxirəsalınmaz ixtisaslaşmış tibbi yardıma ehtiyacı olduğu üçün növbətçi həkim Təqsirləndirilən şəxs tərəfindən xəstənin stasionara yerləşdirilməsi üçün ** nömrəli qərarın yuxarıda göstərilən tələblərindən ibarət tədbirləri görülməli idi. Buna məsul şəxs həkim-pediatr Təqsirləndirilən şəxsdır. X7 ##.##.2022-ci il tarixdə təcili yardım briqadası tərəfindən “X5” PHŞ-in qəbul şöbəsinə gətirilmiş və saat 2314-də növbədə olan həkim - uşaq cərrahı şahid9 tərəfindən müayinə edilmişdir. Bu zaman xəstə “Tam abdomen USM və qarın boşluğunun Rentgenoqrafiyası” aparılmış və “meteorizm” aşkarlanaraq imalə edilmişdir. Cərrahi patologiya inkar olunmuş və pediatr baxışına göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq xəstənin ümumi narahatçılığı ilə əlaqədar onun bu vəziyyətdə stasionar şəraitdə dinamik nəzarətdə qalması məqsədə müvafiq olardı. Lakin, xəstəyə pediatrın baxışı tövsiyyə edilmiş və * saylı X28 göndərilmişdir. Xəstədə cərrahi patologiya inkar olunduğu təqdirdə həkim pediatr Təqsirləndirilən şəxs tərəfindən xəstənin ümumi vəziyyətini nəzərə alaraq onun dinamik müşahidəsi stasionar şəraitdə aparılmalı idi. Lazım gəldikdə differensal diaqnostika aparılması üçün instrumental müayinələr təkrar olaraq icra edilə bilərdi. Xəstənin bu vəziyyətdə imalə olunması və evə yazılması düzgün taktika hesab edilmir. X7 ##.##.2022-ci il tarixdə saat 08l7-də valideynləri tərəfindən qarında kəskin ağrı ilə “Ə.Qarayev adına * saylı X18”nın X3 şöbəsinə gətirilmiş və həmin şöbədə növbədə olan həkim-pediatr şahid8 tərəfindən qəbul edilmişdir. Xəstəyə kəskin qastrit diaqnozu təyin edilmiş və ixtisaslı həkim müayinəsi məsləhət görülmüşdür. Xəstə uşaq şöbəsində növbədə olan həkim-pediatr şahid7 İlham qızına təhvil verilmişdir. Səhiyyə sistemində mövcud təlimatlara əsasən, növbətçi həkim tərəfindən xəstənin kliniki vəziyyəti ilə əlaqədar ona ilkin diaqnoz və digər ixtisaslı həkim müayinəsi məsləhət edilə bilər. Xəstənin kliniki vəziyyətini nəzərə alaraq həkimlərin birgə konsiliumunun keçirilməsi, patologiyanın ağırlıq dərəcəsinin qiymətləndirilməsi, kliniki, laborator və instrumental müayinələrdən sonra diaqnozun dəqiqləşdirilməsi daha məqsədəmüvafiq hesab edilir. Növbətçi həkim şahid8 tərəfindən məsləhət edilən yanaşmanın səbəbi məlum deyil. Lakin, müddət baxımından patologiya dərinləşdiyindən sonrakı müalicə zamanı buraxılmış nöqsanlarla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Hüseyn Hüseynova “Ə.F.Qarayev adına * saylı X19”nın həkimpediatrı Babayeva Elsurə İlham qızı və uşaq şöbəsinin müdiri, həkim-pediatr şahid6 tərəfindən müayinələr aparılmış, ağciyərlərin rentgenoqrafiyası və qarın boşluğunun USM müayinəsinin nəticələrinə əsasən, onda müəyyən edilmiş patoloji dəyişikliklərlə əlaqədar “Seftriakson” və “Amikasin” ikili antibiotik terapiya müalicəsinə başlanılmışdır. Xəstəlik tarixinə əsasən diaqnozun düzgün təyin edilməsi barədə müvafiq qeyd olmasa da istintaq materiallarına əsasən müəyyən edilmişdir ki, “Pnevmoniya” diaqnozu müəyyən edilmişdir. Ümumi müalicə taktikası xəstənin kliniki vəziyyətinin ağırlığına uyğun olmuşdur. Aparılmış müalicə tədbirlərinə baxmayaraq stabilləşmənin əldə edilməsi mümkün olmamışdır. Bu da əsas xəstəliyinin atipik gedişli və kliniki ağırlaşması sürətlə inkişaf etdiyi üçün aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Eyni zamanda mövcud olan ağır patologiya ilə əlaqədar aparılacaq müalicələrin proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyilidir. X7 “Ə.Qarayev adına * saylı X18”nın TTTYŞ-də diaqnoz dəqiqləşdirilməsə də Uşaq şöbəsinin həkimpediatrları tərəfindən diaqnoz müəyyən edilmiş, xəstəyə vəziyyətinin ağırlığı ilə əlaqədar ona tibbi yardımların icrasına başlanılmışdır. Simptomatik müalicələr təyin edilmiş, lakin tətbiq edilmiş müalicə yetərsiz olmuşdur. Əgər müalicə taktikası daha səmərəli, yəni əsas patologiyanın ağırlıq dərəcəsi müəyyən edilmiş olsa idi, arzuolunmaz sonluğun qarşısı alınardı. Müalicə zamanı əsas vaxt itkisini və bununla əlaqədar patologiyanın daha da dərinləşməsinə səbəb olan məsul şəxs həkim-pediatr Təqsirləndirilən şəxsdır. X7 həkim pediatr şahid5 tərəfindən ##.##.2023-cü il tarixdə saat 16:35-də baxışı qeyd edilmiş və təkrar cərrahın müayinəsinin aparılması bildirilmişdir. Təkrar cərrahın baxışı zamanı cərrahi patologiya qeyd edilməmişdir. Daha sonra, uşaq saat 17:00-də reanimasiya şöbəsinə köçürülümş və şöbəyə daxil olarkən xəstədə ürək fəaliyyətinin qəfil dayanması baş vermişdir. Göstərilən tibbi tədbirlərə baxmayaraq kliniki ölüm saat 17:20-də bioloji ölümlə əvəz olunmuşdur. Qeyd olunanları nəzərə alaraq həkim pediatr şahid5 tərəfindən xəstənin vəziyyəti düzgün qiymətləndirilməmişdir. Lakin, müddət baxımından buraxılmış nöqsanların ölümə səbəb olması istisna edilir. X7 müraciət etdiyi “Ə.Qarayev adına * saylı X18”nda ona zəruri olan reanimasiya tədbirləri ilk daxil olduğu andan aparılmalı idi. Müalicə taktikasında həkimlər tərəfindən buraxılmış qüsurlar: vaxtında hospitalizasiya aparılmamış, diaqnoz dəqiqləşdirilməmiş, xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilməmişdir. Lakin müddət baxımından patologiya dərinləşdiyindən sonrakı müalicə zamanı buraxılmış nöqsanlarla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. X7 meyitinin müayinəsinə əsasən, onun ölümünə səbəb olan hemorragik traxeobronxit nəticəsində ağciyərlərin total hemorragik pnevmoniyası ilə əlaqədar inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığının olduğunu nəzərə alaraq, saturasiya və qan qazları müəyyən edilməsi üçün tibbi göstəriş olmuşdur. Saturasiya və qan qazları vaxtında müəyyən edilmiş olsa idi, xəstədə tənəffüs çatışmazlığının ağıqlıq dərəcəsi qiymətləndirilib, buna müvafiq intensiv terapiya daha səmərəli şəkildə aparılardı. X7 xəstəxanaya ilkin vaxtda daxil olduğu zaman, vəziyyətinin ağırlığı ilə əlaqədar o, gecikdirilmədən reanimasiya şöbəsinə yerləşdirilməli idi. Vaxtında göstərilməmiş tibbi xidmət və müalicələrin yetərsizliyi xəstəliyin ağırlaşmasına səbəb olmuşdur. Buna məsul şəxs həkim-pediatr Təqsirləndirilən şəxsdır. “Metipred” adlı dərman preparatının (uşaqların bədən çəkisini nəzərə almaqla) sutkalıq miqdarı 50 mg kimi təyin oluna bilər. Lakin, dərman preparatının sutkalıq miqdarı xəstəliyinin gedişindən asılı olaraq individual olaraq təyin edilir. Hüseyn Hüseynovun “Metipred” adlı dərman preparatının yüksək dozada qəbulu onun ağciyərlərində pnevmoniyanm yaranmasına səbəb ola bilməzdi. “Metipred” adlı dərman preparatının qəbulu xəstəliyin simptomlarının azalmasına və ya itməsinə səbəb ola bilərdi. Hüseyn Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun qəbul etdiyi “Metipred” adlı dərman preparatının qəbulu ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. X7 hemorragik pnevmoniyanm əlamətlərinin, yəni hərarətin, öskürəyin və digər simptomların olmaması və ya zəif olmasına səbəb “Metipred” adlı dərman preparatının qəbulu nəticəsində həmin simptomların azalması və itirilməsinə səbəb ola bilər. X7 tənəffüs çatışmazlığı patologiyanın ağırlaşma dərəcəsindən asılıdır. Hər bir halda infeksion prosesin dərinləşməsi orqanizmin müqavimət funksiyasından asılı olur. X7 vəziyyətinin ağırlığı ilə əlaqədar ona intensivreanimasion tibbi tədbirlər vaxtında icra olunmalı idi. X7 göstərilmiş qüsurlu tibbi xidmət ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan ** saylı əmrin 24.1-ci bəndi pozulmuşdur. İlkin komisyon ekspertiza rəyi ilə təkrar komisyon ekspertiza rəyi arasında olan fərqlilik mütəxəssislərin fikir ayrılığı ilə əlaqədar olmuşdur. (cild llI, i.v.1-29); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 komisyon məhkəmə-tibb ekspertizasının ##.##.2024-cü il tarixli, ***/KEŞ saylı rəyindən görünür ki, X7 “X5” PHŞdə həkim - uşaq cərrahı şahid9 tərəfindən xəstənin obyektiv, rentgenoloji və ultrasəs müayinələrin nəticələrinə istinad edilərək onda cərrahi patologiya aşkar edilməmişdir. Xəstədə qarın boşluğunda bağırsaqların yüksək pnevmosisi səbəbi ilə daxili parenximatoz orqanları aydın izlənilməmiş, abdominal rentgen müayinəsində isə koprostaz (bağırsaqlarda çoxlu miqdarda möhtəviyyatın yığılması) müşahidə edilmişdir. KTM-in həkim-uşaq cərrahı şahid9 tərəfindən təyin edilmiş ilkin diaqnozu düzgün hesab etmək olar. Cərrahi patologiya qeyd edilmədiyindən, xəstənin mövcud kliniki vəziyyətinə uyğun olaraq ona təyinat verilmişdir. X7 ##.##.2022-ci il tarixdə, saat 0114-də “Ə.Qarayev adına * saylı X18 Təcili Yardım şöbəsinə müraciət etmiş və növbətçi həkim, həkim-pediatr Təqsirləndirilən şəxs tərəfindən xəstəyə vizual baxış keçirilmişdir. Diaqnoz təyin olunmadan, xəstənin kliniki vəziyyəti ilə əlaqədar ona “noşpa-dimedrol” inyeksiyası və imalə icra edilmişdir. Xəstə xəstəxanaya müraciət etdikdən sonra onun kliniki vəziyyəti ilə yanaşı, müvafiq instrumental müayinələr aparılmaqla diaqnoz dəqiqləşdirilməli idi. Diaqnoz dəqiqləşdirilərək və patoloji vəziyyətinin ağırlıq dərəcəsinə uyğun olaraq daha ixtisaslı tibbi yardımlar aparılmalı idi. Növbətçi həkim Təqsirləndirilən şəxs tərəfindən xəstəyə yanaşma taktikası düzgün olmamış və adekvat tibbi yardımlar göstərilməmişdir. Müalicə zamanı əsas vaxt itkisi patologiyanın daha da dərinləşməsinə, xəstənin vəziyyətinin ağırlaşmasına və sonda ölümə səbəb olmuşdur. Səhiyyə Nazirliyinin kollegiyasının “28” noyabr 2016-cı il tarixli ** nömrəli qərarın 2.5.1-ci bəndlərində intensiv müalicə tələb edən hallar (reanimasiya tədbirləri və təxirəsalınmaz müayinə) və 2.5.3-ci bəndlərində (xəstənin izolyasiyasını tələb edən vəziyyətlər) mövcud olduğu halda, 2.5-ci bəndlərinə əsasən, bu hal təxirəsalınmaz hospitalizasiyaya göstəriş sayılır. 2.6-ci bəndlərinə əsasən, xəstənin stasionara qəbulu şöbənin növbətçi həkimi tərəfindən həyala keçirir və xəstə dərhal hospilalizasiya olunur. Müvafiq qərara əsasən, Hüseyn Hüseynovun müraciətinin bu etapında təxirəsalınmaz ixtisaslaşmış tibbi yardıma ehtiyacı olduğu üçün növbətçi həkim Təqsirləndirilən şəxs tərəfindən xəstənin stasionara yerləşdirilməsi üçün ** nömrəli qərarın yuxarıda göstərilən tələblərindən ibarət tədbirləri görülməli idi. Buna məsul şəxs həkim-pediatr Təqsirləndirilən şəxsdır. X7 ##.##.2022-ci il tarixdə təcili yardım briqadası tərəfindən “X5” PHŞ-nin qəbul şöbəsinə gətirilmiş və saat 2314-də növbədə olan həkim - uşaq cərrahı şahid9 tərəfindən müayinə edilmişdir. Bu zaman xəstəyə “Tam abdomen USM və qarın boşluğunun Rentgenoqrafıyası” aparılmış və “meteorizm” aşkarlanaraq imalə edilmişdir. Cərrahi patologiya inkar olunmuş və pediatrın baxışına göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq xəstənin ümumi narahatçılığı ilə əlaqədar onun bu vəziyyətdə stasionar şəraitdə dinamik nəzarətdə qalması məqsədəmüvafıq olardı. Lakin, xəstəyə pediatrın baxışı tövsiyyə edilmiş və * saylı X28 göndərilmişdir. Xəstədə cərrahi patologiya inkar olunduğu təqdirdə həkim pediatr Təqsirləndirilən şəxs tərəfindən xəstənin ümumi vəziyyətini nəzərə alaraq onun dinamik müşahidəsi stasionar şəraitdə aparılmalı idi. Lazım gəldikdə differensial diaqnostika aparılması üçün instrumental müayinələr təkrar olaraq icra edilə bilərdi. Xəstənin bu vəziyyətdə imalə olunması və evə yazılması düzgün taktika hesab edilmir. Bu da xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olmuşdur. X7 “Ə.Qarayev adına * saylı X18 TTTYŞ-də diaqnoz dəqiqloşdirilməsə də Uşaq şöbəsinin həkim-pediatrları tərəfindən diaqnoz müəyyən edilmiş, xəstəyə vəziyyətinin ağırlığı ilə əlaqədar ona tibbi yardımların icrasına başlanılmışdır. Simptomatik müalicələr təyin edilmiş, lakin tətbiq edilmiş müalicə yetərsiz olmuşdur. Əgər müalicə taktikası daha səmərəli, yəni əsas patologiyanın ağırlıq dərəcəsi müəyyən edilmiş olsa idi, arzuolunmaz sonluğun qarşısı alınardı. Müalicə zamanı əsas vaxt itkisini və bununla əlaqədar patologiyanın daha da dərinləşməsinə səbəb olan məsul şəxs həkimpediatr Təqsirləndirilən şəxsdır. X7 ##.##.2022-ci il tarixdə, saat 0817-də valideynləri tərəfindən qarında kəskin ağrı ilə “Ə.Qarayev adına * saylı X18 X3 şöbəsinə gətirilmiş və həmin şöbədə növbədə olan həkim-pediatr şahid8 tərəfindən qəbul edilmişdir. Xəstəyə kəskin qastrit diaqnozu təyin edilmiş və ixtisaslı həkim müayinəsi məsləhət görülmüşdür. Xəstə uşaq şöbəsində növbədə olan həkim-pediatr şahid7 İlham qızına təhvil verilmişdir. Səhiyyə sistemində mövcud təlimatlara əsasən, növbətçi həkim tərəfindən xəstənin kliniki vəziyyəti ilə əlaqədar ona ilkin diaqnoz və digər ixtisaslı həkim müayinəsi məsləhət edilə bilər. Xəstənin kliniki vəziyyətini nəzərə alaraq həkimlərin birgə konsiliumunun keçirilməsi, patologiyanın ağırlıq dərəcəsinin qiymətləndirilməsi, kliniki, laborator və instrumental müayinələrdən sonra diaqnozun dəqiqləşdirilməsi daha məqsədəmüvafiq hesab edilir. Növbətçi həkim şahid8 tərəfindən məsləhət edilən yanaşmanın səbəbi məlum deyil. Lakin, müddət baxımından patologiya dərinləşdiyindən sonrakı müalicə zamanı buraxılmış nöqsanlarla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Hüseyn Hüseynova “Ə.F.Qarayev adına * saylı X19”nın həkimpediatrı Babayeva Elsurə İlham qızı və uşaq şöbəsinin müdiri, həkim-pediatr şahid6 tərəfindən müayinələr aparılmış, ağciyərlərin rentgenoqrafıyası və qarın boşluğunun ultrasəs müayinəsinin nəticələrinə əsasən, onda müəyyən edilmiş patoloji dəyişikliklərlə əlaqədar “Seftriakson” və “Amikasin” ikili antibiotik terapiya müalicəsinə başlanılmışdır. Xəstəlik tarixinə əsasən diaqnozun düzgün təyin edilməsi barədə müvafiq qeydiyyat olmasa da istintaq materiallarına əsasən müəyyən edilmişdir ki, xəstəyə “Pnevmoniya” diaqnozu qoyulmuşdur. Ümumi müalicə taktikası xəstənin kliniki vəziyyətinin ağırlığına uyğun olmuşdur. Aparılmış müalicə tədbirlərinə baxmayaraq stabilləşmənin əldə ediliməsi mümkün olmamışdır. Bununla da əsas xəstəliyin atipik gedişi və klinik ağırlaşması sürətlə inkişaf etdiyi üçün aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. Eyni zamanda mövcud olan ağır patologiya ilə əlaqədar aparılacaq müalicələrin proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyildir. X7 həkim pediatr şahid5 tərəfindən ##.##.2023-cü il larixdə, saat 1635-də baxış keçirilmiş və təkrarən cərrahın müayinəsinin aparılması bildirilmişdir. Cərrahın təkrar baxışı zamanı cərrahi patologiya qeyd edilməmişdir. Daha sonra, uşaq saat I700-da reanimasiya şöbəsinə köçürülmüş və şöbəyə daxil olarkən xəstədə ürək fəaliyyətinin qəfl dayanması baş vermişdir. Göstərilən tibbi tədbirlərə baxmayaraq kliniki ölüm saat 1720-də bioloji ölümlə əvəz olunmuşdur. Qeyd olunanları nəzərə alaraq həkim pediatr şahid5 tərəfindən xəstənin vəziyyəti düzgün qiymətləndirilməmişdir. Lakin, müddət baxımından buraxılmış nöqsanların ölümə səbəb olması istisna edilir. X7 müraciət etdiyi “Ə.Qarayev adına * saylı X30 zəruri olan reanimasiya tədbirləri ilk daxil olduğu andan aparılmalı idi. Müalicə taktikasında həkimlər tərəfindən buraxılmış qüsurlar: vaxtında hospitalizasiya aparılmamış, diaqnoz dəqiqləşdirilməmiş, xəstəliyin ağırlıq dərəcəsi müəyyən edilməmişdir. Lakin, müddət baxımından patologiya dərinləşdiyindən sonrakı müalicə zamanı buraxılmış nöqsanlarla baş vermiş ölüm arasında səbəbli əlaqənin olması istisna edilir. X7 meyitinin müayinəsinə əsasən, onun ölümünə səbəb olan hemorragik traxeobronxit nəticəsində ağciyərlərin total hemorragik pnevmoniyası ilə əlaqədar inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığının olduğunu nəzərə alaraq, saturasiya və qan qazları müəyyən edilməsi üçün tibbi göstəriş olmuşdur. Saturasiya və qan qazları vaxtında müəyyən edilmiş olsa idi, xəstədə tənəffüs çatışmazlığının ağırlıq dərəcəsi qiymətləndirilib, buna müvafiq intensiv terapiya daha səmərəli şəkildə aparılardı. X7 xəstəxanaya ilk daxil olduğu zaman, vəziyyətinin ağırlığı ilə əlaqədar o, gecikdirilmədən reanimasiya şöbəsinə yerləşdirilməli idi. Vaxtında göstərilməmiş tibbi xidmət və müalicələrin yetərsizliyi xəstəliyin ağırlaşmasına səbəb olmuşdur. Buna məsul şəxs həkim-pediatr Təqsirləndirilən şəxsdır. “Metipred” adlı dərman preparatının (uşaqların bədən çəkisini nəzərə almaqla) sutkalıq miqdarı 64 mg kimi təyin oluna bilər. Lakin, dərman preparatının sutkalıq miqdarı xəstəliyin gedişindən asılı olaraq individual olaraq nevropatoloq tərəfindən təyin edilir. Hüseyn Hüseynovun “Metipred” adlı dərman preparatının yüksək dozada qəbulu onun ağciyərlərində pnevmoniyanın yaranmasına səbəb ola bilməzdi. Metipred” adlı dərman preparatının qəbulu xəstəliyin simptomlarının azalmasına və ya itməsinə səbəb ola bilərdi. Hüseyn Hüseynovun meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun qəbul etdiyi “Metipred” adlı dərman preparatının qəbulu ilə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. X7 hemorragik pnevmoniyanın əlamətlərinin, yəni hərarətin, öskürəyin və digər simptomların olmaması və ya zəif olmasına səbəb “Metipred” adlı dərman preparatının qəbulu nəticəsində həmin simptomların azalması və itirilməsinə səbəb ola bilər. X7 tənəffüs çatışmazlığı patologiyanın ağırlaşma dərəcəsindən asılıdır. Hər bir halda infeksion prosesin dərinləşməsi orqanizmin müqavimət funksiyasından asılı olur. X7 vəziyyətinin ağırlığı ilə əlaqədar ona intensivreanimasion tibbi tədbirlər vaxtında icra olunmalı idi. X7 göstərilmiş qüsurlu tibbi xidmət ilə əlaqədar səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyala keçirilməməsi”) bəndinin tələbləri pozulmuşdur. İlkin komisyon ekspertiza rəyi ilə təkrar komisyon ekspertiza rəyi arasında olan fərqlilik iş materiallarına sonradan əlavə edilmiş məlumatlarla və mütəxəssislərin fikir ayrılığı ilə əlaqədar olmuşdur. (cild lV, i.v.3-45); Zərərçəkmiş şəxsin hüquqi varisi və Təqsirləndirilən şəxs arasında olan ## ###### 2024-cü il tarixli üzləşdirmə istintaq hərəkətindən görünür ki, Zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiqləmişdir. (cild lV, i.v.51-54); Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 “X5” X1 tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs işlədiyi yer üzrə müsbət xarakterizə olunmuşdur. (cild llI, i.v.60); Cinayət işi üzrə icraatın dayandırılması haqqında ## ### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı dayandırılmışdır. (cild llI, i.v.107); Axtarışda olan şəxsin yaxalanması haqqında ## ### 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ### 2024-cü il tarixdə saat 10:30-da saxlanılaraq Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilmişdir. (cild llI, i.v.109); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında ## ### 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild llI, i.v.110); “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” ## ######## 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (cild llI, i.v.229); Məhkəməyə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və işlədiyi yer üzrə hadisənin baş verdiyi tarixədək müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərinə qiymət verərək bildirir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun bu məzmunda ifadə verməsi işin həqiqi halları ilə uyğunluq təşkil etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsində tədqiq edilmiş ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun təqsirli olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin əməli törətməsi öz təsdiqini tapmış və apellyasiya baxışı zamanı ona Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bəraət verilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saat hüquqi xidmətə görə Bakı şəhəri “YASA” Vəkil Bürosunun vəkili müdafiəçi1 165 (yüz altmış beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri “YASA” Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-510/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-510/2026
18.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver