Məhkəmə qərarları › İş №1(3-6)-511/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-511/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-511/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, ##.##.1963-cü ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, təqaüdçü, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İttihama əsasən Təqsirləndirilən şəxs, şəxsi həyatın sirri olan məlumatları, belə məlumatları əks etdirən video çəkilişi materiallarını qanunsuz toplayaraq, yayaraq və başqasına verərək şəxsi həyatın toxunulmazlığını pozmuş, həmçinin pornoqrafik materialları yaymışdır. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci ilin may ayında, istintaqla dəqiq müəyyən olunmayan tarixdə və vaxtda özünün yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qonaq otağında tanışı Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olarkən və seksual xarakterli sair hərəkətlər edərkən sonuncunun razılığı və məlumatı olmadan həmin hərəkətləri özünə məxsus dizüstü kompüterin kamerası vasitəsi ilə gizli formada video lentə almaqla pornoqrafik xarakterli olan və seksual xarakterli hərəkətlərdə iştirak edən qadının Zərərçəkmiş şəxs olduğu aşkar məlum olmaqla sonuncuya münasibətdə şəxsi həyatın sirrini təşkil edən məlumatları və belə məlumatları əks etdirən video çəkilişi materiallarını qəsdən qanunsuz toplamış, bundan sonra müvafiq videolenti kompüterin ekranından özünün “Xiaomi” markalı “Redmi Note 14” modelli mobil telefonu ilə təkrar qeydə alaraq ## #### 2025- ci il tarixdə yuxarıda qeyd olunan ünvanda yerləşən yaşadığı evdə olarkən “WhatsApp” tətbiqi vasitəsi ilə ***-***-**-** nömrəli telefonundan 077-563- **-** nömrəli telefondan istifadə edən arvadı şahid2 və ***-***-**-** nömrəli telefondan istifadə edən Zərərçəkmiş şəxs tanışı şahid1 qəsdən göndərərək pornoqrafik xarakterli olan və Zərərçəkmiş şəxs münasibətdə şəxsi həyatın sirrini təşkil edən məlumatları, belə məlumatları əks etdirən video çəkilişi materiallarını başqasına verməklə qanunsuz yaymış, həmin hərəkətləri ilə sonuncunun şəxsi həyatının toxunulmazlığını pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsi və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin ləğv edilməsi qərara alnmışdır. Məhkəmənin qərarı ilə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll olunmuşdur. Həmin qərardan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarının ləğv edilməsini və məhkəməyədək sadələşdirilmiş icraat materiallarının istintaqa qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs və həyat yoldaşı Sülhiyyə əlbir olaraq onu video ilə şantaj etmiş, borc tələbi ilə ailəsini və sevdiyi şəxsi hədəf almışlar. Onlar onu və sevdiyi şəxsi dəfələrlə, hətta küçədə, cəmiyyət içində alçaldaraq ağır təhqirlər etmiş, mənəvi terror tətbiq etmişlər. Prokuror bu aşkar qrup halında hədə-qorxu faktını ittihamdan kənarda saxlamışdır. Süleymanovun onun şəxsi görüntülərimi sevdiyi şəxsə göndərməsi, ona qarşı ən ağır mənəvi edam aktıdır. Sevdiyi insanın üzünə hər baxanda boğulduğu o dəhşətli utanc hissi, yaxınlarının qarşısında düşdüyü rüsvayçılıq onun psixikasında sağalmaz yaralar açmışdır. Süleymanov və arvadı Sülhiyyənin onu küçədə, cəmiyyət içində təhqir etməsi, şantajlarını davam etdirməsi onu insanlardan qaçan, qaranlığa məhkum olan birinə çevirib. Artıq bir ildir ki, o normal yuxu yata bilmir, işləməyə olan həvəsi, gələcəyə olan bütün ümidləri prokurorluğun bu qərəzli yanaşması və cinayətkarın əl-qolunu sallayaraq gəzməsi nəticəsində məhv edilib. Çəkdiyi bu ağır sarsıntılar onu ölümün astanasına gətirib və dərman içərək həyatına son qoymaq istəməyi bu dözülməz ağrıların son həddi idi. Onun yaşadığı bu travma, şərəf və ləyaqətinin kütləvi şəkildə tapdalanması bu travma ömrünün sonuna qədər onunla qalacaq. Vurulmuş bu sağalmaz mənəvi zərərin qarşısında tələb etdiyim 100.000 (yüz min) manat kompensasiya əslində çəkdiyi acıların yanında çox kiçik bir məbləğdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətini əsassız hesab edərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsirinə düşdüyündən birinci instansiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, buna görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək və proses iştirakçılarının mövqelərini dinləyərək hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinə münasibətdə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan cinayət əməlini törətmiş olması birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 156.1 və 242-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun həyat yoldaşının əlbir olaraq zərərçəkmişi borc tələbi ilə şantaj etmələri barədə dəlilləri ilə razılaşmayaraq həmin dəlilləri təsdiq edən hər hansı sübutun müəyyən olunmadığını, habelə iş materiallarında olan sübutların mötəbərliliyini şübhə altına alan hər hansı halın aşkar olunmadığını müəyyən etməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi halları iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından göründüyü kimi məhkəmə iclasında müdafiə tərəfi Təqsirləndirilən şəxs özünü CM-nin 156.1 və 242-ci maddələri ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.14-cü bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Həmin Qərarın 1.14-cü bəndin tələbindən aydın olur ki, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər bu Qərarın 6-cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla cəzadan azad edilirlər. Həmin Qərarın 19.5-ci bəndinə əsasən Amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Qeyd olunan normaların tələbləri və işin həqiqi halları baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi X2 barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq olunmaqla onun cinayət məsuliyyətindən azad edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, hazırda Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin təsir dairəsinə düşməklə birinci instansiya məhkəməsi tərəfidən qanuni və əsaslı olaraq onun barəsində cinayət təqibi üzrə icraata xitam verilməsi qərara alındığından şikayətdə qeyd olunanlar birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1 və 242-ci maddələri ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsı və barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. De Fendo Vəkil Bürosunun vəkili müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsi üçün sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 05 (beş) saat üçün cəmi 55 (əlli beş) manat dövlət büdcəsindən tutularaq De Fendo Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar