Məhkəmə qərarları › İş №1(3-6)-512/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-512/2026

20.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-512/2026 20.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X5, Müdafiəçilər müdafiəçi1, müdafiəçi3, Məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs2 İsbəndiyar qızının və İsayev Şahlar Rəhbər oğlunun iştirakları ilə, təqsirləndirilən şəxs2 İsbəndiyar qızının və İsayev Şahlar Rəhbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızının müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1, məhkum edilmiş şəxs İsayev Şahlar Rəhbər oğlunun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızının müdafiəçisi müdafiəçi1 və məhkum edilmiş şəxs İsayev Şahlar Rəhbər oğlunun müdafiəçisi müdafiəçi3 tərəfindən apellyasiya şikayətinə verilmiş əlavələrə əlavəyə (bundan sonra apellyasiya şikayəti) əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünə əsasən (hakimlər Əsgərova-Məmmədova Leyla Səyavuş qızının sədrliyi, hakimlər X6 və X12 ibarət tərkibdə) ## #### 1981 -ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, faktiki ünvan 8 ünvanında yaşayan, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, 6 (altı) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs2 İsbəndiyar qızı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxs2 İsbəndiyar qızına Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarı ilə təyin olunmuş 06 (altı) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 07(yeddi) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2022-ci il tarixdən hesablanmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməklə, barəsində həbs qətimkan tədbiri seçilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarına əsasən cəza çəkməsi nəzərə alınmış, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. ## ###### 1992-ci il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, Tovuz rayonu, Mülkülü kəndində qeydiyyatda olan, faktiki ünvan 8 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan İsayev Şahlar Rəhbər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2023-cü il tarixdən hesablanmış, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməklə, barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilmiş və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən, İsayev Şahlar Rəhbər oğlunun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən təqsirləndirilən şəxs2 İsbəndiyar qızı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək daşımaqla saxlamışdır. Belə ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı İsayev Şahlar Rəhbər oğlu, xxxx adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində “ xxxx ” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvü Şahlar İsayev ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolun kənar hissəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi çəkisi 1045,791 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 296,968 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq götürüb birgə yaşadıqları ünvan 6 ünvanına daşımaqla həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərlərində, qalan hissəsini həmin evdə saxlamış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## ###### 2023-cü il tarixdə saat 20:10 radələrində qrup üzvü Şahlar İsayevlə birlikdə ünvan 5 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Səbail rayonu A.Abbasov ** saylı ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib idarənin inzibati binasında üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli qış gödəkcəsinin sol ön qabaq cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 11,190 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli selefon bükümdə təmiz çəkisi 0,719 qram ağ kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qrup üzvü Şahlar İsayevin üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffav rəngli sellofan bükümdə kimyəvi kompanentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan təmiz çəkisi 14,601 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə kimyəvi kompanentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini ə eyni olan təmiz çəkisi 1,249 qram ağ kristalardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq ## ###### 2023-cü il tarixdə saat 00:05 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onların iştirakı ilə yaşadıqları ünvan 7 ünvanına keçirilmiş baxış zamanı mənzilin mətbəxt otağında olan qutunun üzərindən bir ədəd sarı rəngli sellofan torbanın içərisində 03 ədəd bükümdə üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi kompanentlərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 375 qram, 350 qram və 295 qram ümumi təmiz çəkisi 1020 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 170 qram və 125 qram, ümumi təmiz çəkisi 295 qram, külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində heroin izləri olan ağ rəngli üzərində SF-400 yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İsayev Şahlar Rəhbər oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək daşımaqla saxlamışdır. Belə ki, İsayev Şahlar Rəhbər oğlu külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib satmaq məqsədi ilə tanışı təqsirləndirilən şəxs2 İsbəndiyar qızı, xxxx adlı İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qazanc əldə etmək müqabilində “ xxxx ” adlı şəxsə məxsus külli miqdarda narkotik vasitə və psixotrop maddənin satışını həyata keçirəcəyi barədə razılığa gəlib ## ###### 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolun kənar hissəsinə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qoyulmuş külli miqdarda ümumi təmiz çəkisi 1045.791 qram narkotik vasitə heroini, külli miqdarda ümumi təmiz çəkisi 296,968 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq götürüb qrup üzvü təqsirləndirilən şəxs2 ilə birgə yaşadıqları ünvan 9 ünvanına daşımaqla həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamini ayrı-ayrı bükümlərə bölərək bir hissəsini üzərlərində, qalan hissəsini həmin evdə saxlamış, onların narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## ###### 2023-cü il tarixdə saat 20:10 radələrində qrup üzvü təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 5 ünvanın yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Səbail rayonu A.Abbasov ** saylı ünvanda yerləşən Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilib idarənin inzibati binasında üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 14,601 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,249 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, qrup üzvü təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan qara rəngli qış gödəkcəsinin sol yuxarı ön cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə kimyəvi kompanentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eyni olan təmiz çəkisi 11,190 qram olan külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd şəffaf rəngli sellofan bükümdə, kimyəvi kompanentlərinə və xarici əlamətlərinə görə onun üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni olan təmiz çəkisi 0,719 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq ## ###### 2023-cü il tarixdə saat 00:05 radələrində Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən onların iştirakı ilə yaşadıqları ünvan 7 ünvanına keçirilmiş baxış zamanı mənzilin mətbəxt otağında olan qutunun içərisindən bir ədəd sarı rəngli sellofan torbanın içərisində 03 ədəd bükümdə üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlə kimyəvi kompanentlərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 375 qram, 350 qram və 295 qram ümumi təmiz çəkisi 1020 qram külli miqdarda qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 170 qram və 125 qram, ümumi təmiz çəkisi 295 qram, külli miqdarda ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd üzərində heroin izləri olan ağ rəngli üzərində SF-400 yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətlərinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızının müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmün ləğv edilməsini, təqsirləndirilən şəxs2 İsbəndiyar qızının barəsində bəraət hökmü çıxarılmasını, Bakı şəhəri, Nizami RPlnin İŞ-nin müstəntiqi, R X7, R şahid6 və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş rayon X17 İbayevin barəsində müvafiq cəza tədbirlər görülməsi üçün onun barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması uzun müddət - 2 il 7 ay 4 gün davam edən məhkəmə prosesində (##.##.2023-cü il tarixdən dəvam edir) təqsirləndirilən şəxs2 həmin narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən 1 ədəd sübut məhkəmə prosesində müəyyən olunmadı. Yəni 2 il 7 aydan çoxdur davam edən məhkəmə prosesində dəfələrlə dəyişən 4-5 dövlət ittihamçıları bir yeni və mötəbər sübut təqdim edə bilmədilər. Bu instansiya məhkəməsi heç bir sübutla təsdiqini tapmamasına baxmayaraq, müdafiəçisi olduğum Gülər İsbəndiyar qızı Abdullayeva barəsində ittihamedici hökm çıxarmışdır. Cinayət işi üzrə ittiham tərəfinin “mötəbər” sübutları kobud qanun pozuntuları ilə, o cümlədən təqsirləndirilən şəxs2 müdafiə hüququnun pozulması ilə əldə edilmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs2 adından yazılmış ifadələr təsir, təzyiq və aldatma yolu ilə hadisəni ona törətdirərək, cinayət işi başladılaraq əsassız ifadələr yazaraq ona imzaladılmışlar. Cinayəti törədən şəxs təqsirləndirilən şəxs2 və Şahlar İsayevin təsdiq etdiklərinə görə polis əməkdaşı şahid6dur. Hadisənin nağılı, təqsirləndirilən şəxs2 ifadəsi isə müstəntiqin öz təxəyyülünün məhsuludur. Buna görə də, iş üzrə ittiham tərəfinin təqdim etdiyi bütün məlumatlar CPM-nin 125-ci maddəsinin tələbinə əsasən, sübut qismində əsla qəbul oluna bilməz. Birinci instansiya məhkəməsinin bu ifadələrə əsaslanıb ittihamedici hökm çıxarması qanunsuzdur. təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadə də onun şahid6 “oyun”unun qurbanı olduğunu bir daha təsdiq etdi. şahid6 məhkəmədə öz qanunsuz əməllərinin üstün örtmək üçün guya təqsirləndirilən şəxs2 onunla əlaqə saxlayıb narkotik vasitələrin satışının qarşısının alınmasına yardım etmək istədiyini dediyini bildirmişdir. şahid6 məhkəmədə onun gizli “oyun”unun aşkara çıxacağından qorxaraq bu yalanı uydurmuşdur. Əgər şahid6 əvvəlcədən təqsirləndirilən şəxs2 ilə heç bir əlaqə saxlamamışdırsa, onunla danışmamışdırsa, hadisədən əvvəl Gülər və övladlarının yaşadığı evə gəlməmişdirsə, o zaman necə olur ki, Gülərin övladları şahid6 əvvəlcədən tanıdıqlarını söyləyir. Hətta məhkəmədə şahid qismində dindirilmiş təqsirləndirilən şəxs2 qızı Aysu Rasim qızı Abduləzimova şahid6la “WhatsApp” sosial şəbəkəsində dəfələrlə yazışdığını, oğlu X18 isə şahid6 anası ilə tez-tez danışdığını bildirmişdir. Buradan belə bir nəticəyə gəlirik ki, şahid6 təqsirləndirilən şəxs2 oyuna gətirmək üçün hadisədən əvvəl təqsirləndirilən şəxs2 ilə mütəmadi əlaqə saxlamış, onun övladları belə Vüqarı tanımışdır. Çünki Vüqar özünü xeyirxah, Gülərə kömək etmək istəyən bir şəxs kimi təqdim etmişdir. Bu deyilənlər şahid ifadələri ilə təsdiq olunur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən şahid ifadələrini başqa sübutlarla təsdiq olunmadığı üçün mötəbər qəbul etməmişdir. Halbuki bu şahid ifadələrində qeyd olunanlar şahid5 və şahid6 anten dairəsi məlumatları ilə də təsdiq olunur. Bu barədə apellyasiya şikayətində ətraflı şərh vermişik. Anten dairəsi məlumatları və qeyd olunan şahid ifadələri şahid6 qurduğu “oyun”u isbat edir və təqsirləndirilən şəxs2 təqsirsizliyini sübut edir. Cinayət-prosessual Qanunvericiliyin tələbinə görə, aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni zamanda şəxsin təqsirli bilinməsinə dair şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət işi üzrə aparılan istintaq zamanı yol verilən kobud pozuntular isə “n” qədərdir. Belə ki, cinayət işinin materiallarına əsasən, Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili şahid6 adından tərtib edilmiş ## ###### 2023-cü il tarixli raportda qeyd olunur ki, həmin gün keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saat 21:10-da külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmiş İsayev Şahlar Rəhbər oğlu və təqsirləndirilən şəxs2 İsbəndiyar qızı ünvan 11 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq BNMİnin inzibati binasına gətirilmişlər. Real həqiqət isə məhkəmə istintaqında bizə məlum oldu: iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 və Şahlar İsayev, şahid qismində dindirilmiş təqsirləndirilən şəxs2 övladları Qanuni nümayəndə, şahid2 və X24 ifadələrində göstərmişlər ki, polis əməkdaşları saat 18:30 radələrində yaşadıqları ünvan 11, mənzil-4 ünvanına daxil olaraq Şahlar İsayev və təqsirləndirilən şəxs2 və evdə olan qara sellefondakı 5 bükümü mənzildən götürərək aparmışlar. (hansı sübutla təsdiq etdi ki, məhz bü bölgünü t/şəxslər hissələrə bölüblər) təqsirləndirilən şəxs2 həmin vaxt istifadəsində olmuş *** *** ** ** nömrəli telefonla gün ərzində mütəmadi danışıqlar olsa da ##.##.2023-ü ildə saat 18:41:21 dəqiqədən sonra telefonla danışıqların aparılmaması da onun ifadəsində göstərdiklərinin daha inandırıcı olması qənaətinə gəlməyə imkan verir. Həmçinin məlum olmuşdur ki, polis əməkdaşları ünvan 10 ünvanın qapısından içəri daxil olanda təqsirləndirilən şəxs2 iradəsinə zidd olaraq heç bir sənəd təqdim etmədən zor tətbiq etməklə mənzilə daxil olaraq şəxslərin Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulan "mənzil toxunulmazlığı" hüquqlarını pozmuşdurlar. Polis əməkdaşları başda Vüqar Qəmbərov olmaqla bu cinayət işi üzrə çoxsaylı ciddi hüquq pozuntusuna yol vermiş və özbaşınalıq hərəkətləri etmişdirlər. Eyni zamanda məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, təqsirləndirilən şəxs2 və Şahlar İsayevin saxlanılması əməliyyatında iştirak etmiş əməliyyat müvəkkili şahid5 məxsus *** *** ** ** nömrəli mobil telefonun anten dairəsi ilə əlaqədar “xxxx”-dən əldə edilmiş ##.##.2023 saat 06:00:00 - ##.##.2023 01:00:00-dək olan müddət üzrə müştəri zənglərinin anten dairəsinin məlumatların da görünür ki, şahid5 ##.##.2023-cü il saat 18:03:35-dən saat 18:52:55-dək Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ** saylı ünvanda yerləşən anten dairəsində olmuş və Bakı şəhəri, Nizami rayonu ərazisini tərk etmiş və bir də ##.##.2023-cü il tarixdə saat 23:18:42 saniyədə Bakı şəhəri, Nizami rayonu ərazisinə daxil olmuşdur. Yəni, istintaq sənədlərinə əsasən, guya saat 21:10-da külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etmiş İsayev Şahlar Rəhbər oğlu və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının Nizami Rayonu, Çobanzadə küçəsi ev-23 ünvanın yaxınlığında piyada hərəkət edərkən saxlanılması zamanı əməliyyatda iştirak edən şahid5 ümumiyyətlə həmin ərazidə (Bakı şəhəri Nizami rayonu) olmamışdır. Lakin məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs2 və Şahlar İsayev, şahid qismində dindirilmiş təqsirləndirilən şəxs2 övladları Qanuni nümayəndə, şahid2 və X24 hadisənin baş vermə vaxtı ilə əlaqədar bildirdikləri məlumatlar anten dairəsi məlumatlarına tam uyğun gəlir. Belə ki, həmin şəxslərin ifadəsində göstərilən vaxtda, yəni ## ###### 2023-cü il saat 18:30-da həqiqətən də əməliyyatda iştirak etmiş şahid5 Nizami Rayonu ərazisində olmuşdur. Beləliklə, anten dairəsi məlumatları ilə sübut olunur ki, məhkəmədə ifadə vermiş yuxarıda qeyd olunan şəxslərin dedikləri tamamilə həqiqət, istintaq sənədlərində qeyd olunanlar isə tamamilə yalandır. Yəni, əməliyyat müvəkkili şahid6 adından tərtib edilmiş 26 fevral tarixli raportda qeyd olunan əməliyyat- axtarış tədbirlərinin keçirilməsi nəticəsində bu şəxslərin saxlanma vaxtı və yeri barədə məlumat tamamilə yalandır. Bundan əlavə hətta məhkəmə istintaqı zamanı müəyyən edildi ki, polis əməkdaşları (əsasən şahid4) təqsirləndirilən şəxs2 övladları - Qanuni nümayəndə, azyaşlı X24 və Şahlar İsayevin gözləri önündə döyərək onu köməksiz, çarəsiz və aciz duruma salmaqla şəxsiyyətini alçatmışlar. Bu xüsusat məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs2, Şahlar İsayev, Qanuni nümayəndə və azyaşlı Zəhra Abduləzizovanın ifadələri ilə bir daha təsdiq edilmişdir. Polis əməkdaşları tərəfindən köməksiz vəziyyətdə olan günahsız bir xanıma uşaqlarının gözü önündə zor tətbiq edilməsi heç bir qanuna uyğun deyildir, bu pozuntuya yol verən şəxslər mütləq cəzalandırılmalıdır. Müdafiəçisi olduğum təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadələrdən bizə ƏSL GERÇƏK aydın olur. Belə ki, şahid6 özü təqsirləndirilən şəxs2 zəng edərək özünün Narkobizneslə Mübarizə İdarəsinin əməkdaşı olmasını bildirmiş və külli miqdarda narkotik vasitənin dövriyyəsinin qarşısının alınması məqsədilə onlara köməklik etməsini xahiş etmişdir və ona vəd vermişdir ki, bunun qarşılığı olaraq onun barəsində aparılan Binəqədi rayon Polis şöbəsindəki cinayət işində ona köməklik edəcəkdir. Ancaq şahid6 Gülərə kömək etmək əvəzinə onu tələyə salmışdır. Məhz bu şəxs Gülər Abdullayev və Şahlar İsayevi cinayət törətməyə təhrik etmişdir. Belə ki, Gülərin artıq heç bir əlaqəsinin olmadığı “xxxx” adlı narkotik vasitə satan ilə yenidən əlaqə saxlamasını da Vüqar istəmişdir. Onlar şahid6 tapşırığı əsasında “xxxx” adlı şəxsin göstərdiyi yerdən - Lökbatan dairəsindən 5 bükümdə qara sellofanda olan narkotik vasitəni götürmüş və yaşadıqları evə gətirmişlər. Lakin ## ###### 2023-cü ildə yenidən edilən axtarış zamanı isə qara deyil, sarı rəngli sellofan torbada olan 3 ədəd bükümdə kustar üsulla hazırlanmış heroin və 2 ədəd bükümdə kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülmüşdür. Bu zaman maraqlı bir sual meydana çıxır - Qara sellofan torba BNMİ-nin inzibati binasına aparıldıqdan sonra hara yoxa çıxmışdır? Bu hal belə bir nəticəyə gəlməyə əsas verir ki, qara sellofan torbadakı 5 bükümdə narkotik vasitə olmamış o, sadəcə Gülər Abdullayev və Şahlar İsayevi tələyə salmaq üçün “görüntü” məqsədi daşımışdır. Yuxarıda da qeyd etdiyim kimi məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs2 övladları Qanuni nümayəndə, şahid2 və X24 şahid qismində dindirildi. şahid6 hazırladığı “möhtəşəm” planın eskizləri bununla da bir daha aydın oldu. Bu şəxslər öz ifadələrində qeyd etdilər ki, onlar şahid6 analarının tutulmasından bir-iki ay əvvələ kimi tanıyıblar. Hətta 5 polis əməkdaşı zorakılıqla (onları söyüb-döyüb və təhqir edib) onların yaşadığı evə girib Gülər Abdullayev və Şahlar İsayevi tutub aparandan sonra şahid6 uşaqların yanına-həmin evə gəlmişdir. Hətta uşaqlar üçün yemək də sifariş vermişdir. Uşaqlar onun üz cizgilərini çox aydın xatırlayırlar. Ancaq gülməli bir şəkildə şahid6 məhkəmədə bu uşaqları tanımadığını iddia edib öz “möhtəşəm” yalanlarını davam etdirmişdir. Eyni zamanda məhkəmədə Gülər Abdullayevin övladlarının verdiyi ifadələrdən belə bir nəticəyə gəlmək olur ki, sarı sellofan torbanı da həmin evə şahid6 qoymuşdur. Çünki o, mənzildə çəkilişlə yenidən axtarışın aparılmasından əvvəl uşaqları evdən uzaqlaşdırma üçün onları məhləyə gəzmək üçün göndərmiş və nəticədə özü təxmini 15 dəqiqə evdə tək qalmışdır. Bu müddət ərzində hətta onun evə narkotik vasitə yerləşdirmək imkanı da ola bilərdi. Bu müddət narkotik vasitənin yerləşdirilməsi üçün yetərli müddətdir. İş materiallarında göstərilir ki, ##.##.2023-cü il tarixdə saat 21:50-22:03 dəqiqədə İsayev Şahlar Rəhbər oğlunun, ##.##.2023-cü il tarixdə saat 22:40-22:55 dəqiqədə isə təqsirləndirilən şəxs2 İsfəndiyar qızının üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Maraqlıdır ki, həmin protokollarda şəxsi axtarış və götürmə keçirilərkən videoçəkilişin əməliyyat müvəkkili şahid6 tərərfindən aparılması qeyd edilmiş və sonda onun özü də şəxsi axtarış və götürmənin keçirilməsini iştirakçı kimi protokola imza etmişdir. Halbuki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş İsayev Şahlar Rəhbər oğlu və təqsirləndirilən şəxs2 İsfəndiyar qızı ifadələrində göstərmişlər ki, onların üzərində şəxsi axtarış və götürmə keçirilərkən şahid6 iştirak etməmiş və videoçəkiliş də onun tərəfindən aparılmamışdır. Şahid ifadələrindən bizə məlum olmuşdur ki, bu zaman şahid6 təqsirləndirilən şəxs2 övladlarının yanında-onların yaşadıqları evdə olmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Əli İrfan oğlunun sədrliyi və hakimlər X2 və X16 ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə götürülmüş polis əməkdaşı şahid6 istifadəsində olmuş ************ nömrəli mobil telefonun internet əhatə dairəsindən də görünür ki, şahid6 ##.##.2023-cü il tarixdə saat 18:38:42 saniyədən ##.##.2023- cü il saat 00:27:20 saniyəyədək ünvan 17-in əhatə dairəsində olmuşdur. Beləliklə anten dairəsi məlumatları da yuxarıda qeyd etdiyim faktı bir daha sübut edir. Birinci instansiya məhkəməsində internetdən istifadə nəticəsində əldə edilmiş anten məlumatların şəxslərin olduğu yerin düzgün göstərib-göstərməməsi məsələsinə aydınlıq gətirmək üçün müvafiq mütəxəssis dəvət olunaraq bu xüsusat üzrə dindirilmişdir. X44 bildirmişdir ki, hər hansı şəxsin internetdən istifadə nəticəsində əldə edilmiş anten məlumatları mötəbər məlumat kimi qəbul edilə bilməz. Çünki hər hansı bir şəxs müvəqqəti olaraq “A” adlandırılan ərazidə intenet səhifəsi açmışdırsa, sonradan olduğu yeri dəyişərək “B” ərazisinə keçsə belə internetdən istifadə nəticəsində anten məlumatlarına əsasən şəxsin “A” ərazisində açdığı internet səhifəsindən istifadə etməsinə davam etməsi nəticəsində əslində “B” ərazisində olduğu təqdirdə “A” ərazisində olduğu göstəriləcək. Məhkəmə buna əsaslanaraq göstərdiyimiz anten dairəsi məlumatlarını mötəbər məlumat kimi qəbul etməmişdir. Lakin həmin anten dairəsi məlumatlarına nəzər yetirsək görərik ki, ##.##.2023-cü il tarixdə saat 18:38:42 saniyədən ##.##.2023-cü il saat 00:27:20 saniyəyədək şahid6 eyni ərazidə olmuşdur. Əgər bu şəxs ilk dəfə saat 18:38:42-də ünvan 17 ünvanında hər hansı internet səhifəsini müvəqqəti olaraq açmışdırsa belə, ##.##.2023-cü il saat 00:27:20-a qədər eyni internet səhifəsindən istifadə etməsi ağlabatan hal deyildir. Buna görə də, şahid6 internet əhatə dairəsi onun olduğu yeri müəyyənləşdirməyə tam imkan verir və həmin məlumatlardan görünür ki, təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman guya videoçəkiliş aparan şahid6 əslində BNMİ- də deyil, Nizami rayonu ərazisində olmuşdur. Bu hal da onu göstərir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti qanunvericiliyə zidd şəkildə apaılmışdır, buna görə də şəxsi axtarış və götürmə protokolu və həmin istintaq hərəkəti nəticəsində əldə edilən məlumatlar mötəbər sübut hesab edilə bilməz. Birinci instansiya məhkəməsi polis əməkdaşı şahid6 ilə təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 arasında ## ### 2023-cü il tarixdə saat 10:30- 11:30 dəqiqədə Bakı şəhəri Nizami RPİ-nin inzibati binasında Azərbaycan Respublikası CPM-nin 52.3-ü maddəsinə müvafiq olaraq üzləşmə aparılmasına dair protokolu mötəbər sübut kimi qəbul etməmişdir. Buna səbəb şahid6 istifadəsində olmuş mobil telefon vasitasilə aparılan danışıqlara əsasən əldə edilmiş anten məlumatları əsasında onun üzləşmə zamanı onun keçirildiyi Nizami RPİ-nin inzibati binasında deyil, öz işlədiyi idarədə olmasının müəyyən edilməsidir. Yəni, şahid6 guya onunla Gülər arasında üzləşdirmə istintaq hərəkəti aparılması zamanı üzləşmənin aparıldığı binada olmamışdır. Bu fakt ibtidai istintaq zamanı ciddi pozuntulara yol verildiyini açıq-aşkar təsdiq edir. X19 öz mülahizəsinə uyğun üzləşmə protokolu tərtib etmiş və sonradan aldatmaqla təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi Rasim Almuradova imzalatmışdır. Hörmətli Məhkəmə kollegiyası, ibtidai istintaq zamanı yol verilmiş qanunsuzluqlar o qədər çoxdur ki, bu şəxslərin bir dənə qanunvericiliyə uyğun həyata keçirilmiş hərəkətini tapmaq mümkün olmur. Yuxarıda şərh etdiyim kobud qanun pozuntularına yol verildiyi üçün Nizami RPİ-nin İŞ-nin müstəntiqi, R X7, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror barəsində Xüsusi qərar qəbul edilməlidir. Eyni zamanda bu işin “senaristi” şahid6 barəsində də Xüsusi Qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi qeyd olunan hüquq pozuntularına hüquqi qiymət verməmiş, qeyd edilən şəxslər barəsində xüsusi qərar qəbul etməmişdir. Apellyasiya instansiya məhkəməsinin öz səlahiyyətlərindən istifadə edərək bu səhvi düzəldəcəyinə əminəm. Müdafiə tərəfi olaraq məhkəməyə ünvanladığımız vəsatətlərdə kobud istintaq pozuntuları və iş üzrə ziddiyyətli məqamlar barədə ətraflı məlumat vermişik və bu ziddiyyətlərin aydınlaşdırılmasını xahiş etmişik. Lakin birinci instansiya məhkəməsi əsassız olaraq müdafiə tərəfinin vəsatətlərini təmin etməmişdir. İş üzrə şahid qismində dindirilmiş təqsirləndirilən şəxs2 övladlarından ifadəsindən aydın olur ki, uşaqların hadisəni olduğu kimi müstəntiqə danışmasına baxmayaraq müstəntiq guya kömək niyyəti ilə uşaqlara demişdir: Sizin başınız ağrıyacaq, bu işə qarışmayın. Hətta o Gülərin övladlarından biri olan Aysuya belə deməyi tapşırmışdır ki, hadisə olan zaman guya Aysu “BORANI” restoranında yemək yeyirmiş, qardaşı isə dostlarının yanında olmuşdur. Yəni uşaqlarının ifadəsini olduğu kimi sənədləşdirməyib, onlara əsl ifadələrini yox, öz təxəyyülündə canlandırdığı, quraşdırdığı, öz işlərinə yarayan ifadələri imzalatmışdır. Bu fakt məhkəmə istintaqı zamanı dindirilmiş Qanuni nümayəndə ifadəsi ilə bir daha təsdiq olunmuşdur. Bir məsələni də xüsusilə vurğulamaq istəyirəm. təqsirləndirilən şəxs2 barədə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Amma bizə məlumdur ki, tutulduğu vaxtda Bakı Ağır Cinayətlər Məhkəməsində Novruz Kərimovun icraatında Gülər Abdullayevlə bağlı iş gedirdi. şahid6 bu cinayət işi ilə bağlı ona kömək etməyi vəd edib onu tələyə salmışdı. Qeyd edim ki, bu iş də narkotik vasitələrin satışı ilə bağlı idi. İkinci dəfə də təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə bağlı tutulmuşdur. Yəni bu şəxs iki dəfə ağır cinayətə görə tutulmuşdur və 1 ildən çoxdur bu şəxs qandalla gəzir. O zaman gülməli və maraqlı bir sual ortaya çıxır: Niyə təqsirləndirilən şəxs2 “həbs” qətimkan tədbiri yox, “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir? Deməli ittiham tərəfinin sübutlarının qanuniliynə və əsaslılığına, təqsirləndirilən şəxs2 həqiqətən bu əməli törətməsinə onların heç özü də inanmayıb. İş üzrə aparılan nə əməliyyat-axtarış tədbirləri, nə də ibtidai istintaq zamanı Şahlar İsayev və təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən saxlanılmazdan əvvəl narkotik vasitə və psixotrop maddəni əldə etmələri, saxlamaları, daşımaları və satmaları sübuta yetirilməmişdir. Şahlar İsayev və təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı kiməsə narkotik vasitə və psixotrop maddə satanda yaxalanmamış, onlar polis provokasiyasının qurbanı olmuşlar. Onların faktiki istifadələrində olan telefonlarla aparılan danışıqların siyahısı və SMS-lər götürülsə də onlara verilən ittihamla bağlı hissədə belə bir dəlil əldə etmək mümkün olmamışdır. Müstəntiqin məhz hansı səbəbdən belə nəticəyə gəlməsini təsdiq edən hər hansı bir dəlili ibtidai istintaq materiallarından müəyyən etmək mümkün olmamış, onların narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin satışı ilə məşgul olması, onların həmin maddə ilə cinayət törətməsi mötəbər dəlillərlə sübuta yetirilməmiş, X19 öz ehtimal və mülahizələrinə istinad etməklə belə bir qənaətə gəlmişdir. Bu nəticəyə gəlirik ki, ittihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması gəlinən qənaəti daha da möhkəmləndirir. Bu çübhəli məqamların hamısı qanunvericiliyin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəməyədək ibtidai istintaq orqanı təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən özünün ibtidai istintaq dövründə etirafedici ifadəsinə, şahidlər - polis əməkdaşları polis əməkdaşları şahid6, şahid4 və şahid5 ifadələrinə, habelə təqsirləndirilən şəxs2 və Şahlar İsayevin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında, habelə mənzilə baxış və götürmə keçirilməsi haqqında protokollara istinad etmişdir. Lakin bu sübutların hər birini ayrı-ayrılıqda tədqiq etdikdə hər bir sübutun mötəbərlik tələblərinə uyğun olmadığı müəyyən olunur. Buna görə də, təqsirləndirilən şəxs2 barəsindəki ittiham əsassız hesab edilməlidir. Göstərilənlərə və yuxarıda ətraflı şəkildə sadalananlara əsasən belə qənaətə gəlmək mümkündür ki, ittiham tərəfi təqsirləndirilən şəxs2 təqsirini mötəbər sübutlarla təsdiq edə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. təqsirləndirilən şəxs2 həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. təqsirləndirilən şəxs2 kimlərə, nə vaxt və harada narkotik vasitə satması ilə bağlı ittiham tərəfi heç bir sübut əldə etməmişdir. təqsirləndirilən şəxs2 həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən hər hansı məlumat yoxdur. Yalnız təqsirləndirilən şəxs2 guya ibtidai istintaq dövründə telefonunda aşkar edilmiş nömrələrin onun narkotik vasitə satdığı şəxslər olduğunu söyləmişdir. Bu ifadə təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi digər ifadələr kimi uydurmadır, müstəntiq tərəfindən quraşdırılmışdır. Gülər Abdullayevin adından yazılmış uydurma sözlərdən başqa şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu təsdiq edən hər hansı sənəd təqdim olunmamış, məhkəmə istintaqı zamanı da müəyyən edilməmişdir. Mötəbər sübutlar əldə edilmədən, mötəbərliliyi şübhə altında olan məlumatlara, ziddiyyətli ifadələrə əsaslanaraq təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışında təqsirləndirilə bilməz. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızının müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin hallarına uyğun olmaması və onun tərəfindən müəyyən edilən halların sübuta yetirilməməsi, iş üzrə kifayət qədər ziddiyyətli məqamların araşdırılmamasına əsasən hesab edirik ki, birinci instansiya məhkəməsinin qeyd olunan hökmü apellyasiya baxışına verilməli və yenidən araşdırılmalıdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızının müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinə əlavə verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz, əsassız və ədalətsizdir. Hökm işin faktiki hallarına uyğun olmayan, cinayət-prosessual qanunvericiliyin sübutetmə və sübutların qiymətləndirilməsi barədə tələblərinə cavab verməyən, müdafiə tərəfinin əsaslı dəlillərini faktiki olaraq cavabsız saxlayan nəticələrə əsaslanmışdır. Məhkəmə ittihamın əsasını təşkil edən sübutların mənsubiyyətini, mümkünlüyünü, mötəbərliyini və kifayətliliyini tam yoxlamamış, müdafiə tərəfinin polis təhriki, mənzil toxunulmazlığının pozulması, şəxsi axtarış və mənzilə baxış protokollarının qanunsuzluğu, şahid ifadələrinin ziddiyyətliliyi, telefon danışıqları və elektron sübutların tədqiq edilməməsi barədə dəlillərinə lazımi hüquqi qiymət verməmişdir. Bu səbəbdən hazırkı apellyasiya şikayəti yalnız cəzanın yüngülləşdirilməsi barədə deyil, bütövlükdə hökmün faktiki və hüquqi əsaslarının yenidən yoxlanılması, apellyasiya baxışının məhkəmə istintaqı aparılmaqla, yəni tam istintaq qaydasında keçirilməsi, müdafiənin təqdim etdiyi və tələb etdiyi sübutların bilavasitə tədqiq edilməsi, iş üzrə mühüm əhəmiyyət daşıyan bütün şəxslərin dindirilməsi və sonda Gülər Abdullayevə barəsində qanuni və ədalətli qərar qəbul edilməsi məqsədi ilə verilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 387-ci maddəsi apellyasiya şikayətində hökmün qanunsuzluğunun, əsassızlığının və ədalətsizliyinin nədən ibarət olmasının göstərilməsini tələb edir. Bu şikayətdə birinci instansiya məhkəməsinin hökmünün həm sübutetmə standartı, həm sübutların mümkünlüyü, həm də maddi cinayət hüququnun tətbiqi baxımından qanuna uyğun olmadığı əsaslandırılır. Həmin Məcəllənin 392.3-cü maddəsinin məzmununa əsasən, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticələrin düzgünlüyü üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadığını güman etməyə əsaslar olduqda apellyasiya instansiyası məhkəməsi məhkəmə istintaqının tam və ya qismən aparılmasını zəruri hesab edə bilər. Hazırkı işdə belə əsaslar nəinki mövcuddur, hətta iş materiallarının, məhkəmə iclas protokollarının və müdafiə vəsatətlərinin məzmunundan açıq şəkildə görünür. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir; 61-ci maddəsi keyfiyyətli hüquqi yardım almaq hüququnu təsbit edir; 63-cü maddəsi isə təqsirsizlik prezumpsiyasını müəyyən edir. Bu konstitusion təminatlar formal xarakter daşımamalı, cinayət mühakimə icraatının bütün mərhələlərində, xüsusilə də ittihamın ağır nəticələr doğurduğu narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə işlərdə real və səmərəli şəkildə təmin edilməlidir. Hökmün qanuni və əsaslı olmaması CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinə görə hökm cinayət-prosessual qanunun, Cinayət Məcəlləsinin və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. CPM-in 349.5-ci maddəsinə görə isə hökm yalnız o halda əsaslı hesab edilə bilər ki, məhkəmənin gəldiyi nəticələr məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslansın, həmin sübutlar ittihamın həlli üçün kifayət etsin və məhkəmənin müəyyən etdiyi hallar tədqiq edilmiş sübutlara uyğun olsun. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi bu tələblərə əməl etməmişdir. Məhkəmə ittihamın əsasını təşkil edən şəxsi axtarış, götürmə və mənzilə baxış materiallarını, həmçinin ilkin izahat və ifadələri faktiki olaraq avtomatik qaydada mötəbər hesab etmiş, həmin sənədlərin hansı şəraitdə tərtib edildiyini, sübutların əldə edilməsinə qədər təqsirləndirilən şəxs2 və digər şəxsin faktiki olaraq polis nəzarətində olubolmadığını, axtarış və götürmənin dərhal və qanuni qaydada aparılıb-aparılmadığını, müdafiəçinin real iştirakının təmin edilib-edilmədiyini, həmçinin polis əməkdaşlarının əməliyyat tədbirinin sadəcə müşahidə ilə məhdudlaşıb-məhdudlaşmadığını araşdırmamışdır. CPM-in 21-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası tələb edir ki, ittiham sübuta yetirilməyənədək şəxs təqsirsiz hesab edilsin, aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunsun, ittihamın sübut edilməsi və müdafiə tərəfinin dəlillərinin təkzib edilməsi vəzifəsi isə ittiham tərəfinin üzərində qalsın. Birinci instansiya məhkəməsi isə bu standartı tərsinə çevirmiş, müdafiənin dəlillərini təqsirləndirilən şəxsin üzərinə əlavə sübutetmə yükü qoymaqla qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-in 144, 145 və 146-cı maddələrinin tələblərinə görə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi, bütün sübutların məcmusuna isə kifayətliliyi baxımından qiymət verilməlidir. İş üzrə sübutların məcmusu təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan qrup halında, satış məqsədi ilə narkotik vasitə əldə etməsi, saxlaması və ya satmasına dair yekun və şübhəsiz nəticəyə gəlmək üçün kifayət etmir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə hüquqi tövsif sübut olunmamışdır. Gülər Abdullayevə barəsində tətbiq edilmiş Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi, ittihamın məzmununa görə, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutur. Bu tövsif üçün sadəcə iki şəxsin eyni ünvanda olması, bir-birini tanıması və ya eyni cinayət işi üzrə təqsirləndirilməsi kifayət deyil. Qabaqcadan əlbir olma halı şəxslər arasında cinayətin törədilməsindən əvvəl formalaşmış razılaşmanın, rolların bölgüsünün, birgə niyyətin və ümumi məqsədin mötəbər sübutlarla təsdiq edilməsini tələb edir. İş materiallarında Gülər Abdullayevə ilə İsayev Şahlar Rəhbər oğlu arasında narkotik vasitələrin satışı üzrə əvvəlcədən razılaşma, satış şəbəkəsi, alıcılarla əlaqə, gəlirin bölüşdürülməsi, birgə idarəetmə və ya narkotik vasitələrin dövriyyəsində razılaşdırılmış rolların mövcudluğunu təsdiq edən müstəqil, obyektiv və etibarlı sübut yoxdur, ittihamın bu hissəsi əsasən polis əməkdaşlarının əməliyyat məlumatlarına, sonradan ciddi şəkildə mübahisələndirilmiş ilkin ifadələrə və məhkəmə istintaqında təkzib edilmiş və ya ziddiyyətli izah edilmiş hallara söykənir. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi üzrə “külli miqdar” əlaməti də avtomatik olaraq satış məqsədini və ya qabaqcadan əlbir olan qrupun mövcudluğunu sübut etmir. Külli miqdar tövsifedici əlamət kimi yalnız əsas cinayət tərkibi, yəni narkotik vasitənin satış məqsədi ilə qanunsuz dövriyyəsi mötəbər sübutlarla təsdiq edildikdən sonra tətbiq edilə bilər. Hazırkı işdə isə satış məqsədinin obyektiv göstəriciləri - real alıcı, satışa dair pul vəsaiti, danışıqların tam məzmunu, narkotik vasitələrin təqsirləndirilən şəxs2 məxsusluğunu göstərən izlər, barmaq izi və ya bioloji iz, onun narkotik vasitələrin qablaşdırılması və ya paylanmasında iştirakını sübut edən müstəqil faktlar müəyyən edilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri üzrə gəldiyi nəticə ehtimallara, mübahisəli polis sənədlərinə və ziddiyyətli ifadələrə əsaslanmış, cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin hər biri üzrə qanunla tələb olunan sübutetmə standartı təmin edilməmişdir. Polis təhriki və cinayət hadisəsinin hüquq-mühafizə orqanı tərəfindən yaradılması barədə müdafiə dəlilləri araşdırılmamışdır. Müdafiə tərəfinin əsas dəlillərindən biri ondan ibarətdir ki, iş üzrə hadisə təqsirləndirilən şəxslərin sərbəst və əvvəlcədən formalaşmış cinayət niyyətinin nəticəsi kimi deyil, polis əməkdaşlarının təhriki, istiqamətləndirməsi və əvvəlcədən qurulmuş planı əsasında baş vermişdir, iş materiallarında və məhkəmə iclasında səslənmiş izahatlarda göstərilir ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili şahid6 Gülər Abdullayevə və İsayev Şahlar Rəhbər oğlunu “xxxx" adlı şəxs vasitəsilə əlaqəyə cəlb etmiş, narkotik vasitənin götürülməsi üçün onları istiqamətləndirmiş, bunun müqabilində başqa cinayət işi üzrə kömək ediləcəyi barədə vədlər verilmişdir. İsayev Şahlar Rəhbər oğlunun və təqsirləndirilən şəxs2 sonrakı izahatları, habelə məhkəmə iclasında təqdim olunmuş flaşkartda olan danışıqların məzmunu müdafiə tərəfinin bu dəlilini daha da gücləndirmişdir. Həmin məlumatlara görə, şahid6 telefon danışıqları və göstərişləri hadisənin passiv müşahidə olunmadığını, əksinə, hüquq- mühafizə orqanı əməkdaşının aktiv yönləndirici rol oynadığını göstərir. Birinci instansiya məhkəməsi isə müdafiə tərəfinin polis provokasiyası barədə dəlillərini formal yanaşma ilə kənarda saxlamış, şahid6, əməliyyat tədbirlərində iştirak etmiş digər polis əməkdaşlarının, həmçinin hadisənin faktiki mexanizmini aydınlaşdıra biləcək şahidlərin ifadələrini tam və ziddiyyətsiz şəkildə araşdırmamışdır. Bu isə həm Konvensiyanın 6-cı maddəsi baxımından ədalətli məhkəmə araşdırması hüququnun, həm də CPM-in 21, 144, 145 və 146-cı maddələrinin tələblərinin pozulmasıdır. Mənzil toxunulmazlığı və şəxsi toxunulmazlıq hüququnun pozulması. İş materiallarında olan və müdafiə tərəfindən dəfələrlə mübahisələndirilən hallara görə, ##.##.2023-cü il tarixdə təxminən saat 19 radələrində polis əməkdaşları ünvan 9 ünvanına qanuni əsas, məhkəmə qərarı və müdafiəçinin real iştirakı olmadan daxil olmuş, Gülər Abdullayevə və digər şəxslər faktiki polis nəzarətinə götürülmüşlər. Daha sonra onlar DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına aparılmış, üzərlərində şəxsi axtarış və götürmə tədbirləri isə saxlanılmadan xeyli müddət sonra aparılmışdır. Konstitusiyanın 33cü maddəsi mənzil toxunulmazlığını təmin edir. CPM-in 17-ci maddəsinə görə Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, heç kəs yaşayış yerində yaşayanların iradəsi ziddinə yaşayış yerinə daxil ola bilməz; yaşayış yerinə baxış, axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında həyata keçirilməlidir. Bu qayda cinayət təqibi orqanlarının sonradan “əməliyyat zərurəti” adı ilə formal sənədləşdirmə aparmaqla pozuntunu aradan qaldırmasına imkan vermir. Müdafiə tərəfinin dəlilinə görə, ##.##.2023-cü il tarixdə saat 00:05-00:25 aralığında tərtib edilmiş mənzilə baxış və götürmə protokolu əslində daha əvvəl polis əməkdaşlarının qanunsuz daxil olduğu yaşayış yerində əvvəlcədən formalaşdırılmış vəziyyəti sənədləşdirmək məqsədi daşımışdır. Bu baxışın “axtarış” xarakterli olması, narkotik vasitələrin və elektron tərəzinin guya sonradan aşkar edilməsi barədə protokolun məzmunu, müdafiəçinin iştirakının təmin edilməməsi, zəncirvari sübutların qorunmaması və hadisə yerində olan şəxslərin ziddiyyətli ifadələri həmin sübutların mümkünlüyünü ciddi şübhə altına alır. Konstitusiyanın 27 və 28-ci maddələri yaşamaq və azadlıq hüququnu, 46-cı maddəsi isə şərəf və ləyaqətin müdafiəsini, işgəncə və pis rəftara məruz qalmamaq hüququnu təmin edir. İş üzrə təqsirləndirilən şəxs2 və onun ailə üzvlərinin polis əməkdaşlarının zorakılığına və təzyiqinə məruz qalması barədə dəlillər də araşdırılmamış, bu dəlillərə dair müvafiq yoxlama aparılmamışdır. Halbuki CPMin 13-cü maddəsi cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən və həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək qərar və hərəkətləri qadağan edir. təqsirləndirilən şəxs2 və İsayev Şahlar Rəhbər oğlunun üzərlərində aparılmış şəxsi axtarış və götürmə tədbirlərinin saxlanılma anından dərhal sonra deyil, polis nəzarəti altında olduqları müddətdən sonra aparılması bu protokolların mötəbərliyini aradan qaldırır. Müdafiə tərəfi haqlı olaraq göstərmişdir ki, şəxslər faktiki olaraq polis əməkdaşlarının nəzarəti altına keçdikdən sonra onların üzərində və ya yanında aşkar edildiyi iddia edilən əşyaların həqiqi mənbəyi və mənsubiyyəti barədə ciddi şübhə yaranır. Avropa İnsan Hüquqları Məhkəməsinin Sakit Zahidov Azərbaycana qarşı işində narkotik vasitənin şəxsin üzərində aşkar edilməsi ilə bağlı sübutların qoyulması ehtimalı, axtarışın vaxtı və şəraiti, müdafiənin bu barədə dəlillərinin məhkəmələr tərəfindən səmərəli yoxlanılmaması ədalətli məhkəmə hüquqi baxımından ciddi problem kimi qiymətləndirilmişdir. Hazırkı işdə də oxşar məsələ mövcuddur: təqsirləndirilən şəxslər faktiki polis nəzarətinə alındıqdan sonra aparılmış şəxsi axtarış protokolları məhkumetmənin əsas dayaqlarından biri kimi istifadə edilmiş, lakin onların əldə edilmə şəraiti tam araşdırılmamışdır. CPM-in 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. CPM-in 125.2-ci maddəsi isə qanun pozuntusu ilə əldə edilmiş məlumat, sənəd və əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol vermir. Eyni zamanda 125.3-cü maddəyə görə bu cür sübutlar hüquqi qüvvəsi olmayan hesab edilir və ittihamın düzgün həlli üçün istifadə oluna bilməz. Bu baxımdan təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə barədə ##.##.2023cü il tarixli protokol, habelə həmin protokolun əsasında formalaşdırılmış digər istintaq sənədləri yolverilməz sübut hesab edilməli və ittihamdan çıxarılmalıdır. Yolverilməz sübutlar çıxarıldıqda isə ittihamın əsas sübut bazası dağılır və təqsirləndirilən şəxs2 təqsirliliyinə dair kifayət edən sübut qalmaz. Müdafiə tərəfi hesab edir ki, ##.##.2023-cü il tarixdə B.Çobanzadə küçəsi ev 23, mənzil 4 ünvanında tərtib edilmiş “mənzilə baxış və götürmə" protokolu mahiyyətcə axtarış xarakteri daşımışdır. Çünki həmin prosessual hərəkət zamanı mənzilin içərisində əşyaların yerləşdiyi yerlər yoxlanılmış, qutudan və digər yerlərdən narkotik vasitələr və elektron tərəzi aşkar edildiyi iddia olunmuş, yəni sadəcə hadisə yerinin xarici müşahidəsi deyil, əmlak və yaşayış sahəsinin daxilində sübut axtarışı həyata keçirilmişdir. Axtarış xarakterli hərəkətlərin məhkəmə qərarı olmadan, təxirəsalınmazlıq əsasları real göstərilmədən, müdafiəçinin iştirakı təmin edilmədən və əvvəlki qanunsuz daxilolma faktı araşdırılmadan aparılması həmin protokolun sübut kimi istifadə edilməsinə mane olur. Əgər istintaq orqanı həmin prosessual hərəkəti “baxış" kimi adlandırmaqla axtarış üçün tələb olunan təminatlardan yayınmışdırsa, bu, sübutun mümkünlüyünü deyil, əksinə, qanunsuzluğunu daha da gücləndirir. Bundan əlavə, protokolda aşkar edildiyi iddia olunan narkotik vasitələrin, sellofan bükümlərin, qutunun və elektron tərəzinin təqsirləndirilən şəxs2 məxsusluğunu və ya onun həmin predmetlər üzərində faktiki nəzarətini təsdiq edən obyektiv izlər təqdim edilməmişdir. Barmaq izi, bioloji iz, DNT, video materialların kəsintisizliyi, qablaşdırmanın kim tərəfindən toxunulması və götürülməsi, sübutların zəncirvari qorunması məsələləri aydınlaşdırılmamışdır. Nəticə etibarilə, mənzilə baxış və götürmə protokolu CPM-in 17 və 125-ci maddələrinin tələbləri baxımından mümkün sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi isə bu sübutun yolverilməzliyi barədə müdafiə dəlilini faktiki olaraq araşdırmadan hökmün əsasına daxil etmişdir. İş üzrə mühüm şahidlər olan X20, X21, X25 və X1 ifadələri hadisənin real xronologiyası, polis əməkdaşlarının mənzilə daxil olması, həmin vaxt kimlərin mənzildə olması və ilkin izahatların hansı şəraitdə tərtib edilməsi baxımından həlledici əhəmiyyətə malikdir. Məhkəmə iclas protokollarından görünür ki, X20 məhkəmədə dindirildiyi zaman ilkin ifadəsinin məzmununu tam təsdiq etməmiş, həmin ifadənin polis əməkdaşlarının diktəsi ilə yazılması, onun isə məzmunu tam oxumadan imzalaması barədə məlumat vermişdir. O, həmçinin hadisə vaxtı və polis əməkdaşlarının davranışı barədə ibtidai istintaq materiallarından fərqli məlumatlar bildirmişdir. Bu cür ziddiyyətlər formal qaydada kənara qoyula bilməzdi; məhkəmə onları tədqiq etməli, digər şahidlərlə üzləşdirməli və yekun nəticədə hansı ifadəni niyə mötəbər hesab etdiyini əsaslandırmalı idi. İş materiallarında Rəvan Rasim oğlu və Aysu Rasim qızının ##.##.2023-cü il tarixli ifadələrində də təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmasını görmədikləri və bu barədə məlumatlarının olmadığı göstərilmişdir. Məhkəmə isə bu ifadələri ittihamın əsas xətti ilə müqayisəli təhlil etməmiş, hadisə xronologiyasının müdafiə versiyasını təsdiq edən hissələrinə hüquqi qiymət verməmişdir. Bu səbəbdən apellyasiya baxışı zamanı adıçəkilən şahidlərin yenidən məhkəmə istintaqında dindirilməsi, ifadələri arasındakı ziddiyyətlərin aradan qaldırılması, ibtidai istintaqda ifadələrin hansı şəraitdə alınmasının və həmin ifadələrin könüllülüyünün yoxlanılması zəruridir. İş üzrə təqsirləndirilən şəxs2 məxsus və ya onun faktiki istifadəsində olduğu göstərilən ********** nömrəli telefon, şahid6 aid olduğu göstərilən ********** nömrəli telefon, “xxxx” və “Zaur" adı ilə təqdim edilən şəxslərlə əlaqə, WhatsApp yazışmaları və anten məlumatları ittihamın sübut olunması və ya əksinə, polis provokasiyası versiyasının təsdiqi baxımından mühüm əhəmiyyət daşıyır. Müdafiə tərəfi dəfələrlə tələb etmişdir ki, təqsirləndirilən şəxs2 məxsus və ya onun faktiki istifadəsində olmuş ********** nömrəli telefonla ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək aparılmış danışıqların çıxarışı, danışıqların əhatə dairəsi, anten məlumatları, abunəçilərin anket məlumatları, SMS və mümkün elektron yazışmalar işə əlavə edilib təhlil edilsin. Bu məlumatlar Gülər Abdullavevanın “xxxxla birbaşa əlaqəsinin olub-olmamasını, şahid6la əlaqənin mahiyyətini və hadisənin həqiqi təşkilatçısını müəvvən etməvə imkan verə bilərdi. Məhkəmə iclasında təqdim olunmuş flaşkartda olan danışıqlar da müdafiə tərəfinin versiyasını təsdiq edən mühüm sübut kimi qiymətləndirilməli idi. Həmin danışıqların məzmununa görə şahid6 hadisənin təşkilində və istiqamətləndirilməsində rolu barədə ciddi şübhələr yaranır. Lakin birinci instansiya məhkəməsi bu sübutu hökmün əsaslandırıcı hissəsində tam və hərtərəfli təhlil etməmiş, onu digər sübutlarla müqayisə etməmiş və müdafiənin polis provokasiyası dəlilini təkzib edən inandırıcı əsaslar göstərməmişdir. Elektron sübutların araşdırılmaması, xüsusilə də telefon danışıqlarının, anten məlumatlarının və “WhatsApp” əlaqələrinin tam yoxlanılmaması iş üzrə mühüm faktiki halların araşdırılmaması kimi qiymətləndirilməlidir. Bu çatışmazlıq yalnız apetlyasiya instansiyasında tam məhkəmə istintaqı aparılmaqla aradan qaldırıla bilər. Birinci instansiya məhkəməsində müdafiə tərəfi əməliyyat tədbirlərində iştirak etmiş şahid6, şahid4, şahid5, habelə istintaq hərəkətlərini aparmış X8 və X7 dindirilməsini, müdafiə üçün mühüm olan şahidlərin çağırılmasını, elektron və telefon məlumatlarının tələb edilməsini, şəxsi axtarış və mənzilə baxış protokollarının mümkün sübut kimi qiymətləndirilməməsini xahiş etmişdir. CPM-in 91.5.13 və 92.9.6-cı maddələrinin məzmununa görə müdafiə tərəfinin sübutlar təqdim etmək, vəsatətlər vermək, sübutların tədqiqində iştirak etmək və müdafiə mövqeyini əsaslandırmaq hüququ vardır. Məhkəmə bu vəsatətləri real və səmərəli şəkildə araşdırmadan, onların işin nəticəsinə təsirini qiymətləndirmədən formal qaydada kənara qoyduqda müdafiə hüququ və tərəflərin bərabərliyi prinsipi pozulur. Hazırkı işdə vəsatətlər yalnız prosessual formalizm çərçivəsində deyil, işin mahiyyətinə birbaşa təsir edən məsələlər üzrə verilmişdir. Polis əməkdaşlarının dindirilməsi polis təhriki iddiasını, şahidlərin yenidən dindirilməsi ilkin ifadələrin könüllülüyünü və etibarlılığını, telefon məlumatlarının tələb edilməsi isə təqsirləndirilən şəxs2 hadisədə real rolunu və ya rolunun olmadığını müəyyən etmək üçün zəruri idi. Buna görə də birinci instansiya məhkəməsinin müdafiə vəsatətlərinə yanaşması məhkəmə istintaqının tamlığına və obyektivliyinə xələl gətirmiş, hökmün faktiki əsasını zəiflətmiş və apellyasiya instansiyasında tam istintaq aparılmasını zəruri etmişdir. İşin gedişində Gülər Abdullayevə və İsayev Şahlar Rəhbər oğlunun ilkin mərhələdə verdikləri ifadələrin polis təzyiqi, aldatma, müdafiə hüququnun formal təmin edilməsi və hadisənin polis versiyasına uyğun sənədləşdirilməsi şəraitində alındığı barədə ciddi dəlillər irəli sürülmüşdür. Bu dəlillər formal şəkildə rədd edilə bilməzdi; məhkəmə onların könüllülüyünü, müdafiəçinin faktiki yardım göstərib-göstərmədiyini, ifadələrin eyni mətn konstruksiyaları ilə tərtib olunmasının səbəblərini və sonrakı ifadələrlə ziddiyyətlərini araşdırmalı idi. Məhkəmə istintaqı zamanı təqdim edilmiş şikayət və ərizələrdən, həmçinin iş materiallarında olan bəzi protokollardan görünür ki, ilkin izahatlar və ifadələr müdafiə tərəfinin iddia etdiyi kimi eyni ssenari üzrə formalaşdırılmış, təqsirləndirilən şəxslərin sonrakı real mövqeyi isə kifayət qədər nəzərə alınmamışdır. Belə şəraitdə ilkin ifadələrə üstünlük verilməsi yalnız o halda mümkün olardı ki, məhkəmə həmin ifadələrin könüllü, hüquqa uyğun və etibarlı olduğunu ətraflı əsaslandırsın. Hökm bu tələbi yerinə yetirməmişdir. CPM-in 125-ci maddəsi baxımından aldatma, təzyiq, zorakılıq, müdafiə hüququnun real təmin edilməməsi və ya prosessual hərəkətin kobud pozuntularla aparılması şəraitində alınmış məlumatlar sübut kimi istifadə edilə bilməz. Bu qayda yalnız bir sübutun çıxarılması ilə məhdudlaşmır; həmin sübutun törətdiyi “zəhərlənmiş sübutlar” zəncirinin də hüquqi qiymətləndirilməsini tələb edir. Birinci instansiya məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun deyil CPM-in 399 və 400-cü maddələrinin məzmununa görə iş üzrə mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin faktiki hallara uyğun olmaması, sübutların ziddiyyətli və yetərsiz olması hökmün ləğvi və ya dəyişdirilməsi üçün əsasdır. Hazırkı işdə məhkəmə aşağıdakı mühüm halları araşdırmamış və ya onlara natamam qiymət vermişdir: təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışına dair əvvəlcədən formalaşmış niyyətinin və müstəqil davranışının olub-olmaması; təqsirləndirilən şəxs2 narkotik vasitələri əldə etməsi, saxlaması, qablaşdırması, daşıması və ya satması barədə birbaşa obyektiv sübutun mövcudluğu; şahid6 və digər polis əməkdaşlarının hadisədə aktiv rolunun olubolmaması; “xxxx” və “Zaur” adlı şəxslərin kimliyi, onların telefon nömrələri, danışıqları və hadisədə rolu; B.Çobanzadə küçəsi ev 23, mənzil 4 ünvanına polis əməkdaşlarının ilk daxil olma vaxtı və qanuni əsası; Şəxsi axtarışın saxlanılmadan dərhal sonra deyil, polis nəzarəti altında saxlanıldıqdan sonra aparılmasının səbəbi; Mənzilə baxış protokolunun əslində axtarış xarakteri daşıyıb-daşımaması; Aysu, Rəvan, Zəhra və Ağacan Asyanın ifadələri arasındakı ziddiyyətlərin səbəbi; Telefon, anten, SMS, WhatsApp və digər elektron məlumatların niyə tam tədqiq edilməməsi; Narkotik vasitələrin, bükümlərin, qutunun və elektron tərəzinin təqsirləndirilən şəxs2 məxsusluğunu və ya onun faktiki nəzarətini göstərən izlərin olub-olmaması. Bu hallar araşdırılmadan çıxarılmış hökm qanuni və əsaslı hesab edilə bilməz. Birinci instansiya məhkəməsi ittihamın sübut olunmasını yalnız ittiham tərəfinin təqdim etdiyi sənədlərin mövcudluğu ilə əsaslandırmış, həmin sənədlərin yaranma şəraitini, əldə edilmə qanuniliyini və müdafiənin alternativ versiyasını real surətdə yoxlamamışdır. Cinayət mühakimə icraatının məqsədi ittihamı qorumaq deyil, həqiqəti müəyyən etməkdir. Həqiqət isə yalnız ittiham tərəfinin versiyasının təkrar edilməsi ilə deyil, müdafiə tərəfinin dəlillərinin də eyni diqqət və obyektivliklə yoxlanılması ilə mümkündür. Hazırkı işdə bu balans təmin edilməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmündən məhkum edilmiş şəxs İsayev Şahlar Rəhbər oğlunun müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2023-cü il tarixdə axşam saat 18 radələrində BNMİ-nin polis əməkdaşlarının təqsirləndirilən şəxs2 və Şahlar İsayevin iradələrinə zidd olaraq yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ** saylı binanın * saylı mənzilinə daxil olmaları və maddi sübutu götürüb aparmaları və cinayət işində cinayət hadisəsinin baş verdiyi yer və vaxtla əlaqədar ziddiyyətlərə dair məhkəmə istintaqı zamanı müəyyən edildi ki, polis əməkdaşları ## ###### 2023-cü il tarixdə axşam tərəfi təqsirləndirilən şəxs2 və Şahlar İsayevi Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi ** saylı binanın yaxınlığında saxlamamış, ## ###### 2023-cü il tarixdə saat 18 radələrində təqsirləndirilən şəxs2 yaşadığı ünvan 10 ünvanın qapısından içəri daxil olanda onun iradəsinə zidd olaraq heç bir sənəd təqdim etmədən zor tətbiq etməklə arxası ilə mənzilə daxil olmaqla onların Azərbaycan Respublikası Konstitusiyasının 33cü maddəsində nəzərdə tutulan "mənzil toxunulmazlığı" hüquqlarını pozmuşlar. Bundan əlavə hətta məhkəmə istintaqı zamanı müəyyən edildi ki, polis əməkdaşları (əsasən şahid4) təqsirləndirilən şəxs2 həmin vaxt övladları - Qanuni nümayəndə (bundan sonra - Qanuni nümayəndə), azyaşlı X24 (bundan sonra - Zəhra Abduləzizova) və faktiki mülki nikahda yaşadığı Şahlar İsayevin gözləri önündə döyərək onu köməksiz, çarəsiz və aciz duruma salmaqla şəxsiyyətini alçatmışlar. Bu xüsusat məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs2, Şahlar İsayev, Qanuni nümayəndə və azyaşlı Zəhra Abduləzizovanın ifadələri ilə bir daha təsdiq edilmişdir. Elə həmin vaxt polis əməkdaşı şahid6 (bundan sonra - şahid6) təhriki ilə Şahlar İsayev və təqsirləndirilən şəxs2 ## ###### 2023-cü il tarixdə səhər vaxtlarında Qaradağ rayonu ərazisindən gətirdikləri 5 büküm qara polietilen sellofanda - bükümün birinin üzərinə 200 qram, birinin üzərinə 100 qram, üçünün üzərinə isə hər birinə ayrı-ayrılıqda 50 qram yazılmış, yəni cəmi 450 qram olmaqla götürərək yaşadıqları evə gətirdikləri qara sellofon torbanı da (onlar qara rəngli sellofanı açıb baxmadıqlarından onun içindəkilərin məhz narkotik maddə və psixotrop maddə olmasını da tam əminliklə bilmirlər) həmin basqın zamanı, yəni ## ###### 2023cü il tarixdə saat 18 radələrində polis əməkdaşları şahid4, şahid5 və qeyriləri götürərək BNMİ-nin Bakı şəhəri, Səbail rayonu, A.Abbasov küçəsi ** saylı ünvanda yerləşən inzibati binasına aparmışlar. Bundan başqa, hadisənin baş verdiyi yer və vaxtla əlaqədar təqsirləndirilən şəxs Şahlar İsayev, təqsirləndirilən şəxs2, şahid qismində dindirilmiş Qanuni nümayəndə, şahid2 və azyaşlı Zəhra Abduləzizovanın ifadələri ilə iş üzrə şahid qismində dindirilmiş, BNMİ-nin əməliyyat müvəkkilləri - şahid6, şahid5 və şahid4 ifadələrində ziddiyyətlər vardır. Ona görə də həmin ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə onların arasında çarpaz dindirmə aparılmasına dair vəsatətlər verilsə də və bunun iş üzrə yekun nəticəyə gəlinməsi üçün müstəsna əhəmiyyəti olsa da, vəsatətlər özündə həqiqəti ehtiva etməyən müxtəlif bəhanələrlə təmin edilməmişdir. Bundan başqa, cinayət işinin istintaq sənədlərindən görünür ki, Şahlar İsayev və təqsirləndirilən şəxs2 üzərinə istintaq sənədlərində göstərildiyi kimi BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## ###### 2023-cü il tarixdə saat 20:10 radələrində saxlandıqları Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə keçəsi 23 ünvanın yaxınlığında və ya oraya yaxın olan Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasında baxış keçirilməmişdir. Eyni zamanda onların üzərinə baxış keçirilməsinin mümkünsüzlüyünü təsdiq edən heç bir sənəd də cinayət işinə əlavə edilməmişdir. Həmin protokolun BNMİnin əməliyyat müvəkkili şahid6, şahid4, şahid5 və Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili X13 (bundan sonra - Nofəl Əhmədov) iştirakı ilə tərtib edilməsi göstərilmişdir. Həm də protokoldan görünən odur ki, şübhəli şəxs Şahlar İsayevin üzərində şəxsi axtarış və götürmə zamanı hal şahidi iştirak etmədiyindən videoçəkiliş mütəxəssis kimi əməliyyat müvəkkili şahid6 tərəfindən aparılmışdır. Halbuki məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Şahlar İsayev, Gülər Abdullyeva, şahid qismində dindirilmiş Qanuni nümayəndə, azyaşlı Zəhra Abduləzizovanın ifadələri və tədbirdə iştirak edən şəxslərin mobil telefonlarının anten dairələri götürülərək təhlil edilmiş və müəyyən olunmuşdur ki, polis əməkdaşları ##.##.2023-cü il saat 18:03:35-dən saat 18:52:55- dək Bakı şəhəri, Nizami rayonu, İ.Məmmədov küçəsi ** saylı ünvanda yerləşən anten dairəsində olaraq ərazisini tərk etmişlər və bir də ##.##.2023-cü il tarixdə saat 23:18:42 saniyədə Bakı şəhəri, Nizami rayonu ərazisinə daxil olmuşlar. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, polis əməkdaşları ## ###### 2023-cü il tarixdə saat 20:10 radələrində cinayət işində onların saxlandıqları yerdə, yəni Bakı şəhəri, Nizami rayonu B.Çobanzadə keçəsi 23 ünvanın yaxınlığında olmamışlar. İstintaq sənədlərindən məlum olur ki, Şahlar İsayev ##.##.2023-cü il tarixdə saat 21:10 dəqiqədə BNMİ-nin təhqiqatçısı Anar Aslanov tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. X31 ##.##.2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" qərarı əsasında həmin gün saat 21:50-22:03 dəqiqə ərzində eyni adlı protokolla onun üzərindən (Cild 1, i.v.51-52) çəkisi 16 qram olan heroinə bənzər kütlə və çəkisi 1,6 qram olan metamfetaminə bənzər kütlə aşkar edilərək videoçəkilişlə götürülmüşdür (ekspertizadan sonrakı təmiz çəki 14,551 qram narkotik vasitə heroin, 1,199 qram psixotrop maddə metamfetamin). Hər iki halı müqayisəli şəkildə təhlil edəndə məlum olur ki, Şahlar İsayevin üzərində şəxsi axtarış və götürmə şübhəli şəxs kimi saxlanandan 3 saat 20 dəqiqə sonra keçirilmişdir. Şahlar İsayev isə məhkəmədə verdiyi ifadələrində göstərmişdir ki, o, Polis İdarəsində təsir və təzyiqə məruz qaldıqdan sonra şəxsi axtarış zamanı məhz onu saxlayan və ona qarşı qanunsuz hərəkətlər edən polis əməkdaşları iştirak etmiş və o, adından yazılmış sənədlərə imza etməyə məcbur olmuşdur. Bundan başqa, CPM-nin 94.1-ci maddəsi ilə 245.3-cü maddəsi müqayisəli şəkildə təhlil edildikdə belə bir nəticə hasil olur ki, təhqiqatçı, yəni BNMİ-nin əməliyyat müvəkkili şahid6 şübhəli şəxs qismində tutulmuş Şahlar İsayevin üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zamanı mütəxəssis kimi videoçəkiliş aparmağa haqlı olmamışdır. Tərtib edilmiş protokolda isə videoçəkilişin mütəxəssis kimi guya şahid6 tərəfindən aparılması göstərilmiş, sonuncu isə protokolda bunu imzası ilə bir daha təsdiq etmişdir. Əslində bu qeyd edilənlər doğru olmasa da bunu həqiqət kimi qəbul etsək belə cinayət işinin 1-ci cild 51-52-ci vərəqələrindəki ## ###### 2023-cü il tarixdə saat 21:50-22:03 dəqiqədə hüquqlarını müdafiə etdiyim Şahlar İsayevin üzərində keçirilmiş şəxsi axtarış və götürmənin aparılaraq iş üzrə "həlledici sübutun" götürülməsi istintaq hərəkəti kobud qanun pozuntuları ilə aparıldığından hüquqi nəticə doğurmyan sənəd hesab edilməsinə dair yekun hüquqi nəticəyə gəlinməsi üçün yetərlidir. Həm ibtidai araşdırma zamanı toplanmış sübutlar, həm də məhkəmə istintaqı zamanı ifadələri alınmış təqsirləndirilən şəxs2, Şahlar İsayev, Qanuni nümayəndə, azyaşlı Zəhra Abduləzizova və şahid2 ifadələri ilə tam sübuta yetirildi ki, ## ###### 2023-cü il tarixdə saat 18 radələrində polis əməkdaşları ünvan 10 ünvanın qapısından ev sakinlərinin iradəsinə zidd olaraq mənzilə daxil olaraq təqsirləndirilən şəxs2, Şahlar İsayev və mənzilə şahid6 təhriki ilə gətirdikləri sellofan torbanı (torbanın içinə açıb baxmadıqlarından içərində nə olmasını əminliklə deyə bilmirlər) götürərək gedəndən sonra şahid6 həmin polis əməkdaşları ilə birlikdə BNMİ-nə getməyərək həmin vaxtdan gecə polis əməkdaşları ikinci dəfə yenidən ## ###### 2023-cü il tarixdə saat 00:05 dəqiqədə mənzilə baxış keçirməyə gələnə kimi təqsirləndirilən şəxs2 və ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki ** saylı binanın * saylı mənzilində qalmışdır. Eyni zamanda polis əməkdaşları ikinci dəfə gəlməmişdən təxminən 30 dəqiqə əvvəl şahid6 “humanistlik” göstərərək mənzilin sakinləri Qanuni nümayəndə, azyaşlı Zəhra Abduləzizova və şahid2 təklif etmişdir ki, çıxıb küçədə havalarını dəyişsinlər, uşaqlar da sadəlövh olduqlarından onun sözünə baxaraq mənzildən çıxmışlar və belə nəticəyə gəlməyə şübələr yaranır ki, bu məqamdan istifadə edən şahid6 isə evdə tək qalmaqla filmin ikinci hissəsinin fraqmentlərini “mükəmməl” hazırlamışdır. Bu məqsədlərinə nail olmaq üçün şahid6 bir qədər əvvəl onlara “Pizza”, yəni yemək də alaraq onların etimadlarını qazanımışdır. Bundan sonra polis əməkdaşları yenidən mənzilə baxış keçirməyə gəlmiş, keçirilən "peşəkar" əməliyyat tədbiri isə öz töhvəsini vermiş, evdən külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə və çəki tərəzisi aşkar edilərək videoçəkilişlə götürülmüşdür. İkinici bir tərəfdən faktiki tərtib edilən şübhəli şəxs Şahlar İsayevin üzərində şəxsi axtarış axtarış və götürmə protokolunun özü də kobud qanun pozuntusu ilə keçirilmişdir. Faktiki bu yalan və saxta olsa belə, şahid6 videoçəkiliş aparmaq üçün mütəxəssis olmasını təsdiq edən heç bir sənəd cinayət işinə əlavə edilməmiş, habelə ona mütəxəssis kimi Azərbaycan Respublikası CPM-nin 96-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri də elan edilməmişdir. Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Şahlar İsayev və təqsirləndirilən şəxs2 yaşadıqları evdə şübhəli şəxs kimi saxlanaraq BNMİ-nə aparılandan sonra əməliyyat qrupunun rəhbəri şahid6 onlarla getməmiş və həmin vaxtdan ##.##.2023- cü il gecə saat 00:05-dək təqsirləndirilən şəxs2 və ailə üzvlərinin yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki ** saylı binanın * saylı mənzilində qalmış, böyük “humanistlik” göstərərək mənzilin “mühafizəsi” və evdə olan azyaşlı qıza “qayğı” göstərmiş, təqsirləndirilən şəxs2 uşaqlarına “Pizza” sifariş verərək yemək gətirtmişdir. Belə olan halda şahid6 ##.##.2023-cü il tarixdə axşam saat 21-22 radələrində Şahlar İsayev və təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasında necə iştirak edə bilər və ya mütəxəssis kimi həmin istintaq hərəkətlərinin videoçəkilişlərini apara bilərdi. Belə məlum olur ki, ##.##.2023-cü il tarixdə axşam saat 21-22 radələrində şahid6 faktiki Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki ** saylı binanın * saylı mənzilində olmasını təkzib etmək məqsədi ilə onun adı videoçəkilişi aparan şəxs kimi həmin protokola salınmaqla gələcəkdə zərurət olarsa ona alibi yaradılmağa cəhd edilmişdir. Polis əməkdaşı şahid6 istifadəsində olmuş ************ nömrəli mobil telefonun internet əhatə dairəsindən də görünür ki, şahid6 ##.##.2023-cü il tarixdə saat 18:38:42 saniyədən ##.##.2023-cü il saat 00:27:20 saniyəyədək Bakı şəhəri, ünvan 17-in əhatə dairəsində olmuşdur. Odur ki, təqsirləndirilən şəxs Şahlar İsayevin üzərində ##.##.2023-cü il tarixdə saat 21:50-22:03 dəqiqədə və təqsirləndirilən şəxs2 üzərində isə ##.##.2023-cü il tarixdə saat 22:40-22:55 dəqiqədə aparılmış şəxsi axtarış və götürmə zamanı şahid6 iştirak edib-etməməsi ilə əlaqədar şahid4, şahid5, şahid6, X1, habelə vəkil Rasim Almuradov və Nofəl Əhmədovun şahid qismində dindirilməsi və bundan sonra təqsirləndirilən şəxs Şahlar İsayev, təqsirləndirilən şəxs2, onun övladları Qanuni nümayəndə, şahid2 və azyaşlı Zəhra Abduləzizovanın ifadələri ilə ziddiyyət olarsa onların arasında çarpaz dindirmələr keçirilməsi ilə əlaqədar müdafiə tərəfinin vəsatəti məhkəmə tərəfindən tutarlı dəlillərlə motivi əsaslandırılmış qərar qəbul edilmədən təmin edilməmiş, faktiki vəsatətlərə baxılmamışdır. Bunlardan başqa, Cinayət işinin 1-ci cild 62-63-cü vərəqələrinə ## ###### 2023-cü il tarixdə saat 00:0500:25 dəqiqədə hüquqlarını müdafiə etdiyim Şahlar İsayevin və təqsirləndirilən şəxs2 yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki ** saylı binanın * saylı mənzilində baxış və götürmə aparılması haqqında protokol əlavə edilmişdir. Həmin protokol şübhəli şəxs qismində tutulmuş Şahlar İsayev, təqsirləndirilən şəxs2, əməliyyat müvəkkili şahid6, şahid5 və vəkil Nofəl Əhmədov və vəkil Rasim Almuradov, habelə videoçəkilişi aparan mütəxəssis kimi R şahid4 iştirakı ilə tərtib edilmişdir. Şəxsi axtarış və götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədiyindən CPM-nin 245.3-cü maddəsinə əsasən videoçəkilişdən istifadə məcburi olmuşdur. Tərtib edilmiş protokolda isə videoçəkilişin mütəxəssis kimi şahid4 tərəfindən aparılmış və sonuncu protokolda bunu imzası ilə bir daha təsdiq etmişdir. Beləliklə müəyyən olunur ki, mənzilə baxış və götürmə keçirilməsi kobud qanun pozuntusu ilə keçirilmişdir. Əvvala şahid4 videoçəkiliş aparmaq üçün mütəxəssis olmasını təsdiq edən heç bir sənəd cinayət işinə əlavə edilməmiş, habelə ona mütəxəssis kimi CPM-nin 96-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri də elan edilməmişdir. Polis əməkdaşı şahid4 mütəxəssis kimi sənədi olsaydı belə o, həmin mənzilə baxış və götürmə istintaq hərəkətinin videoçəkilişini aparmağa haqlı olmamışdır. Belə ki, CPM-nin 117.1-ci maddəsində göstərilmişdir ki, "Tərcüməçi və ya mütəxəssis bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə onlar qanuna və ya məhkəmənin hökmünə əsasən tərcüməçi və ya mütəxəssis olmağa haqlı deyilsə, cinayət prosesində iştirak edə bilməzlər. (109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda). İstər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, məhkəməyədək ibtidai istintaq orqanı Şahlar İsayevin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrkən əsasən özünün ibtidai istintaq dövründə etirafedici ifadəsinə, şahidlər - polis əməkdaşları şahid6, şahid4 və şahid5 ifadələrinə, habelə Şahlar İsayev və təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında, habelə mənzilə baxış və götürmə keçirilməsi haqqında protokollara istinad etmiş, lakin bu sübutların hər birini ayrı-ayrılıqda tədqiq etdikdə və hər bir sübutun mötəbərlik tələblərinə uyğun olub-olmadığını yoxladıqda ittiham əsassız hesab edilməlidir. Göstərilənlərə və yuxarıda ətraflı şəkildə sadalananlara əsasən belə qənaətə gəlmək mümkündür ki, ittiham tərəfi Şahlar İsayevin təqsirini mötəbər yolla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayət-prosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfinin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması gəlinən qənaəti daha da möhkəmləndirir. Hüquqlarını müdafiə etdiyim Şahlar İsayev məhkəmə istintaqı zamanı bildirmişdir ki, BNMİ-nin əməkdaşları tərəfindən keçirilmiş ## ###### 2023-cü il tarixli əməliyyat-axtarış tədbirləri barədə cinayət işinə əlavə edilmiş sənədlər özündə həqiqəti ehtiva etmir. Belə ki, cinayət işində göstərildiyi kimi nə o, nədə ki, təqsirləndirilən şəxs2 ##.##.2023-cü il tarixdə saat 20:10 dəqiqədə ünvan 7 ünvanın yaxınlığında hərəkətdə olarkən BNMİ-nin polis əməkdaşları tərəfindən saxlanılmamış, bu ağ yalandır və polis əməkdaşlarının öz təxəyyüllərinə müvafiq tərtib etdikləri yaradıcılıq məhsulu kimi qiymətləndirilməlidir. Belə ki, Şahlar İsayev və təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı ifadələrində bildirdilər ki, onları həmin cinayətlərə BNMİ-nin əməkdaşı şahid6 təhrik etmiş, məhz onun cızdığı plan üzrə polis əməkdaşları tərəfindən onların yaşadığı mənzilə ## ###### 2023-cü il tarixdə saat 18 radələrində basqın edilmiş, onlar şahid6 təhriki ilə ##.##.2023-cü il tarixdə səhər saat 08 radələrində Qaradağ rayonu, Lokbatan dairəsinə gedərək Wootsapda göstərilən yerdən 5 bükümdə qara polietilen sellofanda - bükümün birinin üzərinə 200 qram, birinin üzərinə 100 qram, üçünün üzərinə isə hər birinə ayrı-ayrılıqda 50 qram yazılmış, yəni cəmi 450 qram olmaqla götürərək yaşadıqları evə gətirdikləri halda (onlar qara rəngli sellofanı açıb baxmadıqlarından onun içindəkilərin məhz narkotik maddə və psixotrop maddə olmasını da tam əminlkilə deyə bilməz) qara sellofon torbadakı 5 büküm polislər tərəfindən edilən ilk basqın zamanı, yəni ## ###### 2023-cü il tarixdə saat 18 radələrində götürülərək BNMİ-nin Bakı şəhəri, Səbail rayonu, A.Abbasov küçəsi ** saylı ünvanda yerləşən inzibati binasına aparılmış, ## ###### 2023-cü il tarixdə saat 00:05 dəqiqədən sonra yenidən mənzildə edilən axtarış zamanı isə qara deyil, ağ sellofon torbada 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 375 qram, 350 qram, 295 qram - ümumi təmiz çəkisi 1020 qram kustar üsulla hazırlanmış heroin, 2 ədəd bükümdə isə ayrı- ayrılıqda təmiz çəkiləri 170 qram və 125 qram - ümumi təmiz çəkisi 295 qram kustar üsulla hazırlanmış metamfetamin aşkar edilərək götürülərək BNMİ-nə aparılmışdır. Beləliklə, həm sellefon torbaların rənginin, həm də çəkilərin fərqli olması Şahlar İsayevdə belə bir şübhə oyatmışdır ki, onların şahid6 təhriki ilə səhər Qaradağ rayonu ərazisindən gətirdikləri qara sellofon torbadakı bükümlərdə ümumiyyətlə narkotik vasitə və psixotrop maddə olmamışdır. Maraqlı olan həm də odur ki, həm Şahlar İsayevin, həm də təqsirləndirilən şəxs2 üzərlərindən və birlikdə yaşadıqları ünvandan aşkar edilərək götürülmüş heroinlər və psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Göstərilən halları müqayisəli şəkildə təhlil etdikdə belə bir nəticə hasil olunur ki, onların polis əməkdaşı şahid6 təhriki ilə ##.##.2023-cü il tarixdə səhər 8 radələrində Qaradağ rayonu, Lokbatan dairəsinə gedərək Wootsapda göstərilən yerdən 5 bükümdə qara polietilen sellofanda gətirdikləri (onlar həmin qara polietilən sellofanı açıb içinə baxmamışar) ümumiyyətlə narkotik vasitə və psixotrop maddələr olmamış, həm Şahlar İsayevin, həm də təqsirləndirilən şəxs2 üzərlərindən və birlikdə yaşadıqları ünvandan başqa çəkilərdə aşkar edilərək götürülmüş narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminlər polis əməkdaşlarının özləri ilə gətirdikləri ağ sellofonda olan heroin və psixotrop maddə metamfetamindən olmuşdur. Belə olan halda polis əməkdaşı şahid6 təhriki ilə Qaradağ rayonu ərazisindən götürülərək mənzilə gətirilmiş, polis əməkdaşları tərəfindən aparılmış və sonradan yoxa çıxmış qara sellofonun isə cızılmış plana müfaviq olaraq "görüntü" yaratmaq məqsədi daşıması anlamına gəlməyə əsas verir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2, onun övladları Qanuni nümayəndə, şahid2 və azyaşlı Zəhra Abduləzizova da Şahlar İsayevin ifadəsinə uyğun ifadələr vermişlər. Məhz bu səbəbdən göstərilən halların da məhkəmə istintaqı zamanı araşdırılması ilə əlaqədar təqsirləndirilən şəxs Şahlar İsayev, təqsirləndirilən şəxs2, onun övladları Qanuni nümayəndə, şahid2 və azyaşlı Zəhra Abduləzizova və tədbirdə iştirak etmiş şahid4, şahid5 və şahid6 arasında çarpaz dindirmənin aparılması və ittihamın təməl nöqtəsi olan maddi sübutla bağlı ziddiyyətlərin aradan qaldırılmaqla məhkəmə icraatının əsas vəzifəsi olan həqiqətin nədən ibarət olmasının müəyyənləşdirilməsi məqsədi ilə müdafiə tərəfinin verdiyi vəsatətlər təmin edilməmiş və məhkəmə tərəfindən bununla əlaqədar motivi əsaslandırılmış qərar qəbul edilərək müdafiə tərəfinə təqdim edilməmişdir. Ambulator məcburi narkoloji tibbi yoxlama üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X9 verdiyi ##.##.2023-cü il tarixli, **** saylı rəydə göstərilmişdir ki, "Müayinə zamanı İsayev Şahlar Rəhbər oğlunda opiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür". Əvvala Şahlar İsayevin deməsinə görə heç bir vaxt narkotik vasitə qəbul etməmişdir ki, onda da narkomaniya xəstəliyi aşkar olunsun. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, bu səbəbdən də ərazi narkoloji dispanserində qeydiyyata alınmağına da hər hansı zərurət və ehtiyac da yoxdur. Bunun əksini sübut etmək üçün onun peşəkar, vicdanlı, Hipokrat andına sadiq olan həkim komissiyasından tibbi yoxlamadan keçməyinə zərurət olmuşdur. Şahlar İsayevin barəsində aparılmış ambulator məcburi narkoloji tibbi yoxlamanın rəyi yalan yazılıb, quramadır, onun qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə əldə etməsi və saxlamasını sübut etmir və bu rəy onun ittiham olunduğu əməldə təqsirini təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, onda narkomaniya xəstəliyinin aşkar olunması qəbul edilsəydi belə, bu təqsirləndirilən şəxs kimi onun külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib, saxlamasının sübutu anlamına gəlmir. Təkrar məhkəmə-narkoloji ekspertizası üzrə Respublika Narkoloji Mərkəzi X9 verdiyi ##.##.2024-cü il tarixli **** saylı rəydə göstərilmişdir ki, "İsayev Şahlar Rəhbər oğlunda remissiya (sağalma) mərhələsində olan kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin olmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda İsayev Şahlar Rəhbər oğlunun narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur." Təqsirləndirilən şəxs Şahlar İsayevlə aparılan söhbət zamanı bildirmişdir ki, onlar polis əməkdaşı Vüqar Qurbanov tərəfindən cinayət törətməyə təhrik (provakasiya) olunmuş, BNMİ-nin əməkdaşı şahid6 təhriki, onun cızdığı plan üzrə ##.##.2023-cü il tarixdə səhər 8 radələrində Qaradağ rayonu, Lokbatan dairəsinə gedərək Wootsapda göstərilən yerdən 5 bükümdə qara polietilen sellofanda bükümün birinin üzərinə 200 qram, birinin üzərinə 100 qram, üçünün üzərinə isə hər birinə ayrı-ayrılıqda 50 qram yazılmış, yəni cəmi 450 qram olmaqla götürərək yaşadıqları evə gətirdikləri (qara rəngli sellofanı açıb baxmadığından onun içindəkilərin məhz narkotik maddə və psixotrop maddə olmasını da tam əminlkilə deyə bilmir) qara sellofon torbadakı 5 büküm polislər tərəfindən yaşadıqları mənzilə ilk basqın zamanı, yəni ## ###### 2023cü il tarixdə saat 18 radələrində götürülərək BNMİ-nin Bakı şəhəri, Səbail rayonu, A.Abbasov küçəsi ** saylı ünvanda yerləşən inzibati binasına aparılmışdır. Bununla belə X31 ##.##.2023-cü il tarixli "şəxsi axtarış və götürmə aparılması haqqında" qərarı əsasında həmin gün saat 21:50-22:03 dəqiqə ərzində eyni adlı protokolla Şahlar İsayevin üzərindən (Cild 1, i.v.51-52) çəkisi 16 qram olan heroinə bənzər kütlə, çəkisi 1,6 qram olan metamfetaminə bənzər kütlə aşkar edilərək videoçəkilişlə götürülmüşdür (ekspertizadan sonrakı təmiz çəki 14,551 qram narkotik vasitə heroin, 1,199 qram psixotrop maddə metamfetamin). Protokolda selofonların rəngi qeyd edilməsə də videoçəkilişdən görünür ki, həmin narkotik vasitə və psixotrop maddə qara sellofanda deyil, ağ sellofonlarda olmuşdur. Eyni zamanda ## ###### 2023-cü il tarixdə saat 00:05- 00:25 dəqiqədə yenidən onların yaşadıqları ünvan 7 ünvanda edilən axtarış zamanı isə əlavə olaraq qara deyil, ağ sellofon torbada 3 ədəd bükümdə_ ayrı-ayrılıqda təmiz çəkiləri 375 qram, 350 qram, 295 qram - ümumi təmiz çəkisi 1020 qram kustar üsulla hazırlanmış heroin, 2 ədəd bükümdə isə ayrı-ayrılıqda təmiz çəkiləri 170 qram və 125 qram - ümumi təmiz çəkisi 295 qram kustar üsulla hazırlanmış metamfetamin aşkar edilib götürülərək BNMİ-nə aparılmışdır. Ona görə də maddi sübutlarla bağlı cinayət işində olan bu ziddiyyətli məqamlar onlardan hansının yalan, hansının həqiqət olmasının müəyyənləşdirilməsini qeyri-mümkün etmişdir. Həmin vaxt polis əməkdaşları özündə həqiqəti ehtiva etməyən sənədlər yazaraq zorakılıq, hədə-qorxu və aldatma yolu ilə onlara imza etdirmiş, onların dediklərini videoçəkilişdə deməyə məcbur olunmuş və bununla əlaqədar yazdıqları sənədlər imza etdirməyə məcbur edilmişlər. Təqsirləndirilən şəxs Şahlar İsayevin göstərdiyi xüsusatlar onun cinayət törətməyə təhrik (provakasiya) olunmasına, yəni narkotik vasitə və psixotrop maddələri satma ilə bağlı heç bir cinayət törətmək niyyətində olmadığı halda, digər şəxslərin əvvəlcədən çızdığı plan və məqsədli şəkildə yaratdığı şərait nəticəsində işgəncələrə məruz qalaraq törətmədiyi cinayəti məcburən etiraf etməyə təhrik edilməsinə ciddi şübhələr yaratmışdır. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs İsayev Şahlar Rəhbər oğlunun müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətinə əlavə verərək, İsayev Şahlar Rəhbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə ## ###### 2023-cü il tarixli qərar iş üzrə ibtidai istintaqı aparan Bakı şəhəri Nizami RPl-nin İŞ-nin müstəntiqi, R X7 tərəfindən imza edilmədiyindən həmin qərarın hüquqi əhəmiyyət kəsb edib-etməməsi, həmin qərar əsasında itiham aktının Bakı şəhəri Nizami rayon prokuru tərəfindən təsdiq edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasının mümkünlüyünə hüquqi qiymət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə əlavədə göstərilmişdir ki, cinayət işinin 1-ci cild 97-98-ci vərəqələrinə İsayev Şahlar Rəhbər oğlunun, 111-112-ci vərəqələrinə isə Abdullayevə Gülər İsfəndiyar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-çü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələri barədə Bakı şəhəri Nizami RPl-nin IŞ-nin müstəntiqi, R X7 tərəfindən qəbul edilmiş ## #### 2023-cü il tarixli qərarlar əlavə edilmiş və cinayət işinin təməl nöqtələri olan həmin qərarlara istinad edilməklə ittiham aktı Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən təsdiq edilmiş və cinayət işi aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmədə baxılaraq məhkum olunmuşlar. Maraqlı olan odur ki, cinayət İşinin təməl nöqtəsi olan həmin təqsirləndirilən şəxs qismində cəlb edilmə barədə qərarlar iş üzrə ibtidai istintaqı aparmış Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin müstəntiqi, R X7 tərəfindən imza edilməmiş, buna ibtidai araşdırnaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami prokurorluğu da diqqət yetirməmiş və ittiham aktını təsdiq etmişdir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən bu xüsusatla əlaqədar dəfələrlə vəsatətlə versə də vəsatətlərə baxılmamış və motivi əsaslandırılmış qərar qəbul edilməmişdir. Bununla belə hesab edir ki, həmin qərarların qanuniliyinə baxılaraq qərar qəbul edilməsi zəruridir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızı və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təqsirliyi sübuta yetirilmədiyindən bəraət hökmü çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs İsayev Şahlar Rəhbər oğlunun müdafiəçisi müdafiəçi3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmünün ləğv edilməsini, hüquqlarını müdafiə etdiyi şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını və İsayev Şahlar Rəhbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə ## ###### 2023-cü il tarixli qərar iş üzrə ibtidai istintaqı aparan Bakı şəhəri Nizami RPl-nin İŞ-nin müstəntiqi, R X7 tərəfindən imza edilmədiyindən həmin qərarın hüquqi əhəmiyyət kəsb edib-etməməsi, həmin qərar əsasında itiham aktının Bakı şəhəri Nizami rayon prokuru tərəfindən təsdiq edilməsi və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmasının mümkünlüyünə hüquqi qiymət verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 verilmiş apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş təqsirləndirilən şəxs2 İsbəndiyar qızı məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, 2023-cü ildə tutulmuşdur. 2024-cü ilin ## ###### tarixində tutulmamışdan təxminən 10-15 gün əvvəl telefonuna zəng gəlmişdir. Zəng edən şəxs özünü kuryer kimi təqdim etmiş və sifariş etdiyi kartı gətirəcəyini bildirmişdir. Kartı götürmək üçün həyətə düşmüşdür. İki nəfər tanımadığı şəxs qolundan tutub onu maşına mindirmək istəyəndə razılaşmamışdır. Həmin şəxslər polis əməkdaşları olduğunu bildirmişlər və o, evdə azyaşlı uşaqlarının olduğunu bildirərək evə qalxıb söhbət etməyi təklif etmişdir. Onlar evə qalxmışlar. şahid6 adlı polis əməkdaşı onun haqqında məlumatlı olduğunu, onlara kömək etməyi qarşılığında ona kömək edəcəklərini bildirmişdir. şahid6 telefonunu götürüb orada qara siyahıya əlavə elədiyi xxxx adlı İran İslam Repubikasının vətəndaşının nömrəsinı blokdan çıxardıb həmin nömrəyə “salam” yazmışdır. İran vətəndaşı ilə əlaqə saxlamağa davam edərək onlara məlumat verməyini tapşırmışdır. İran vətəndaşı ilə ünsiyyət qurmağa davam etmişdir. Təxminən 10-15 gün sonra İran vətəndaşı özünə aid olan narkotiki konum atacağı ünvandan götürməyini istəmişdir. O, xxxx adlı İran İslam Repubikasının vətəndaşı ilə yazışmalarını və onun göndərdiyi ünvanı şahid6 göndərmiş, şahid6 ona cavab gəlməmişdir. Bu hadisələrlə bağlı qeyri ailə münasibətdə olduğu Şahlara məlumat vermişdir. Şahlar Tovuzda olduğu üçün onun gəlməyini gözləməyini bildirmişdir. Şahlar həmin ünvana gedərək oradakı narkotik vasitələri götürmüşdür. Sonra onlar uşaqlar evdə olduğu üçün otelə getmişlər. şahid6 mesaj yazmış, zəng eləmiş və ondan cavab gəlmədiyi üçün evə qayıtmışlar. Evə gəldikdən təxminən 1 saat sonra qızına şirniyyat almaq üçün mağazaya getmiş və qayıdanda polislər onu tutmuşlar. Ondan narkotiki göstərməyini tələb etmişlər və o, narkotikin onda olduğunu inkar etmişdir. Arif adlı polis əməkdaşı ona sillə vurmuş və ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, narkotikin ona yox, şahid6 aid olduğunu demişdir. Təxminən 4-5 ədəd olan üzərində 50 qram 100 qram yazılan narkotik vasitələri gələn polis əməkdaşlarına təhvil vermişdir. Hadisədən 1 saat keçdikdən sonra şahid6 gəlmişdir. O, Vüqardan niyə belə elədiyini soruşduqda sonuncu ona qorxmamağını və hər şeyin onun nəzarəti altında olduğunu bildirmişdir. Evdə çəkiliş aparmışlar, daha sonra bölməyə getmişlər. İbtidai istintaq dövründə verdiyi ifadəni polis əməkdaşlarının dediyi formada vermişdir. Evə gəldikdə yenə Vüqara zəng edib niyə belə etdiyini soruşmuşdur. O, sonuncunu qorxuzmaq və yenidən bu işlərə qarışmamağı üçün belə etdiyini bildirmişdir. Ona verilən 3 aylıq ev dustaqlığından sonra ittiham aktını əldə etdikdə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 234.4-cü maddəsi ilə təqsirləndirildiyini öyrənmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızı məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, narkotik vasitələrinin içində 450 qramlıq balaca paketlərdə heroin və metamfetamin olmuşdur. xxxx adlı İran İslam Repubikasının vətəndaşı narkotik vasitələri ona göndərdiyi ünvandan götürməyi qarşılığında ona pul verəcəyini desə də o, şahid6 kömək məqsədilə bu işi gördüyü üçün pul almamışdır. şahid6 kömək etmək məqsədilə narkotik vasitələri İran vətəndaşının göndərdiyi ünvandan götürmüşdür. Əvvəllər İran vətəndaşı ilə birlikdə işləmişdir. İbtidai istintaq dövründə verdiyi ifadəsini imzalamışdır. Polis əməkdaşları onları bölməyə aparanda narkotik vasitələrin yarısını özləri ilə götürmüşdürlər. Qalan yarısı isə evdə olmuşdur. O, polis əməkdaşlarına video çəkilişi nə səbəbə apardıqlarını soruşduqda onlar etibar etmədiklərinə görə çəkiliş apardıqlarını bildirmişlər. şahid6 İran vətəndaşı ilə ünsiyyətə davam etməyini istəmiş və özü narkotik vasitələri ona göndərilən ünvandan götürmüşdür. Günorta vaxtı polis əməkdaşları tərəfindən tutulmuş, gecə vaxtı çəkiliş üçün bölməyə aparılmışlar. xxxx adlı şəxsi üzbəüz görməmiş, sadəcə video görüntülü danışmışlar. Narkotik vasitələri açıb yoxlamamışdır.Evə təxminən 5-6 nəfər polis əməkdaşı gəlmişdir. İki qızı, bir oğlu vardır. Hadisə baş verən zaman qızlar evdə, oğlu isə çöldə olmuşdur. Polis əməkdaşlarından biri telefonunu götürüb çölə çıxmışdır. Birinci dəfə polis əməkdaşları evə gəldikdə oğlunun evdə olmasından xəbəri olmamışdır. Oğlu şahid6 kim olduğunu soruşduqda Vüqar ona kömək eləmək üçün gəldiyini deyərək oğluna çöldə gözləməyini bildirmişdir. Balaca qızı Zəhra digər otaqda olmuşdur. şahid6 xxxx adlı şəxsə mesaj yazmış və həmin mesaja cavab 2 gün sonra gəlmişdir. Onun fikrincə şahid6 məqsədi ondan istifadə edərək xxxx adlı şəxsi tutmaq olmuşdur.Narkotik vasitələri götürmək üçün birinci Şahlar getmişdir. Daha sonra Şahlar narkotik vasitələri tapa bilmədiyi üçün o, taksi sifariş verib yola çıxmışdır. Çatana yaxın onun ayağına taxılan qolbaq siqnal verdiyi üçün geri qayıtmışdır. Daha sonra Şahlar ona zəng edərək narkotik vasitələri tapdığını demiş və göndərdiyi konuma gəlməyini bildirmişdir.Şahlar ilə eyni evdə yaşayırlar. Vüqar adlı şəxs ona kömək etmişdir. O ancaq şahid6 tanıyır. Mesajlaşdığı Vüqar İsmayıllıdan olan dostudur. Gəlib getmək xərclərini ödəmək üçün 600 manatı dostu Vüqara vermişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızı məhkəmədə şahid şahid6 ifadəsi ilə bağlı bildirmişdir ki, şahid6la qurduqları plan olmuşdur. şahid6 özü zəng edərək ona kömək edəcəyini bildirmişdir. Onlar tutulduqdan 1 saat sonra şahid6 gəlmişdir. Videoçəkilişi başqa tanımadığı şəxs aparmışdır. şahid6 hadisədən 10-15 gün əvvəl bir gündə üç dəfə ona zəng etmişdir. şahid6 ona fiziki təzyiq göstərməmiş və uşaqlara səsini qaldırmamışdır. şahid6 Şahlar İsayevə zəng etmişdir. Uşaqları şahid6 görmüş və üzdən tanıyırlar.Əməliyyatçılar gəlməmişdən əvvəl şahid6 yaşadığı evə gəlmişdir. şahid6 ilə evə qalxıb orada söhbət edən zaman sonuncuya ona köməklik etməyi qarşılığında ona kömək edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızı məhkəmədə şahid şahid4 ifadəsi ilə bağlı bildirmişdir ki, evə basqın olunarkən evdə azyaşlı uşaqları da olmuşdur. şahid4 ona qarşı fiziki təzyiq göstərmiş, onun qolundan zərbə vurmuşdur.Onlar tutulanda müdafiəçi olmamışdır. Hadisə yerinə təxminən saat 8 radələrində getmişlər. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dinidirlmiş İsayev Şahlar Rəhbər oğlu məhkəmə baxışında özünü ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ilə tanışlığı var. Birinci dəfə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-cü maddəsi ilə təqsirləndirilmişdir. Daha sonra onlar təqsirləndirilən şəxs2 ilə münasibətlərini dostluq zəminində davam eləmişlər. O, Tovuzda olarkən Gülər ona zəng edib "Narko biznes”də işləyən şahid6 adlı polis əməkdaşının ona zəng edərək külli miqdarda qanunsuz narkotik vasitələrin yayılmasının qarşısını almaq üçün ona kömək etməyini xahiş etdiyini bildirmişdir. Gülər əvvəllər xxxx adlı İran İslam Respublikasının vətəndaşı ilə işləmişdir. təqsirləndirilən şəxs2 həmin vaxtlar narkotik vasitələrdən istifadə etməmişdir və xxxx adlı İran İslam Repubikasının vətəndaşını blok elədikdən sonra həmin şəxslə heç bir əlaqə saxlamamışdır. O, özü şahid6 zəng edib narkotik vasitələri götürdüyünü bildirmişdir. şahid6 onu "WhatsApp” vasitəsilə yığmağını və narkotik vasitələri evdən götürəcəyini demişdir. Gülər şirniyyat almaq üçün mağazaya gedib qayıtdıqda yanında 5 nəfər polis əməkdaşı olmuşdur. Arif adlı polis əməkdaşı narkotik vasitələri təhvil verməklərini istəmişdir. O isə Arif adlı polis əməkdaşına narkotik vasitələrin şahid6 aid olduğunu bildirmişdir. Qutulardan üçünün üzərinə 50 qram, digər üçünün üzərinə isə 100 qram yazılmışdır. Ümumilikdə ayrı-ayrı qutulardan ibarət 450 qramlıq narkotik vasitələri olmuşdur. şahid6 xxxx adlı İran İslam Repubikasının vətəndaşına mesajı Gülər tərəfindən özü yazdırmışdır. Polis əməkdaşlarından biri ona cibinə qoymaq üçün 16-17 qram narkotik vasitə vermişlər. Yanlarında iki vəkil olmuşdur. Təqsirləndirilən şəxs İsayev Şahlar Rəhbər oğlu məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxs2 ilə dostluq münasibətləri olmuşdur. Gülər ilə təxminən 1 il bir evdə yaşamışlar. Əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə məhkum olunmuşdur. şahid6 adlı polis əməkdaşına güvənib narkotik vasitəsini götürmək üçün getmişdir. şahid6 üzbəüz görməmişdir. Narkotik vasitələri Lökbatandan götürmüşdür. Gülərin ayağında qolbaq olduğu üçün narkotik vasitəsini götürmək üçün o, getmişdir. Polis əməkdaşları evə saat 6-da gəlmişlər. Sonra saat 11-də evə gəlib yenidən saat 1-də İdarəyə qayıtmışlar. şahid6 telefon nömrəsini ona Gülər vermişdir. Məqsədi Gülərə kömək etmək olmuşdur. Ayağında qolbaq olmamışdır.İbtidai istintaq dövründə Tovuza getmişdir. Tovuza getməmişdən əvvəl Nizami rayon məhkəməsinə gedərək bu barədə məlumat almışdır. Tovuz rayonunda qeydiyyatdadır və hal-hazırda Masazırda yaşayır. Xatırlamadığı tarixdə Xaçmaz rayonuna getmişdir. Xaçmaza maşın aparmışdır. 070-433-60-20 hal-hazırda istifadə etdiyi nömrədir. 87-82 sonluğu olan nömrəni deyəsən istifadə etmişdir. Xaçmazda bir dəfə olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 ifadə verərək göstərmişdir ki, polis əməkdaşları evə basqın edəndə onun istirahət günü olmuşdur. Polis əməkdaşları anasına şillə vuraraq, söyüş söyərək təhqir etmişlər. Bacısı ilə onu otağa aparıb, qapını bağlamışlar, buna görə də onlar içəridəki səsləri eşitməmişlər. Anasını polis bölməsinə aparmışlar, həmin müddət ərzində polis əməkdaşı Vüqar Qəmbərov onların yanına otağa gəlmiş və onlarla birlikdə içəridə oturmuşdur. Daha sonra qardaşı gəlmiş və Vüqar Qəmbərov qardaşı ilə söhbət etməyə başlamışdır.Vüqar Qəmbərov bacısı üçün yemək sifarişi vermiş və yeməyin gec gələcəyini bildirib onlara 10 manat pul verərək aşağıya düşüb marketdən su almaqlarını, bir azdan anasını çəkiliş üçün gətirəcəklərini demişdir. Vüqar Qəmbərov onlara kömək edəcəyini demişdir. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X22 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, iş vaxtı saat 10:00dan 21:00-a qədərdir. Onun istirahət günü 15 gündən bir olmuşdur. Vüqar Qəmbərov onunla "WhatsApp” sosial şəbəkəsində yazışmışdır.Evə basqın edilən vaxtı Şahlar evdə uzanmışdır. Anasını polis əməkdaşları apardıqdan sonra telefonunu qaytarmışlar.İbtidai istintaq dövründə verdiyi ifadəsi müstəntiq tərəfindən təhrif edilmişdir. Vüqar Qəmbərov anasının telefonuna zəng çatmadığı zaman ona zəng etmişdir. Polis əməkdaşları onları söydüyü zaman Vüqar Qəmbərov orda olmamışdır. Onlara söyüş söyən polis əməkdaşları anasını götürüb apardıqları zaman Vüqar Qəmbərov gəlmişdir.Övladlarına görə anasına Vüqar Qəmbərov köməklik göstərəcəkdi. Vüqar Qəmbərov anasına "bu işlə məşğul olanların aşkarlanmasında dövlətə köməklik göstərsən mən də sənə köməklik göstərəcəyəm” demişdir. Vüqar Məmmədovun anasına kömək edəcəyinə inandığı üçün şikayət etməmişdir. Polis əməkdaşları ikinci dəfə evə gələrkən əllərində qara çemodan görmüşdür. Anası tutulmamışdan 1 ay əvvəl Vüqar Qəmbərov ilk dəfə onlara gəlmişdir. Polis əməkdaşının anasının üzünə və qoluna şillə vurduğunu görmüşdür. Hadisə günü Vüqar Qəmbərov polis əməkdaşları gəldikdən sonra onların evinə gəlmişdir. Çəkiliş etməyə gəldikləri vaxt Vüqar Qəmbərova zəng etmişlər ki, onları evdən çıxartsın. Polis əməkdaşları evə girən kimi bacısının və onun telefonlarını əllərindən almışlar, daha sonra onları otağa aparıb otağı bağlamışlar. Dəhlizdən polis əməkdaşının anasını vurduğunu görmüş və o, bacısı ilə otaqda olarkən polisin anasına söyüş söydüyünü eşitmişdir. Şahlarla anası arasında dostluq münasibətləri olmuşdur. Şahlar rayondakı evinə gedibgəlmişdir. Evin təlabatlarını anası və qardaşı ödəmişdir. Anasının narkotik vasitələrinin satışı ilə məşğul olduğunu görməmişdir. Hadisə baş verən zaman istifadəsində olan nömrəni xatırlamır. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X18 ifadə verərək göstərmişdir ki, ilk dəfə Vüqar Qəmbərov evlərinə gəldikdə evdə Vüqardan başqa bir nəfər polis əməkdaşı da olmuşdur. Ona narahat olmamağını, anasına kömək edəcəklərini, polis əməkdaşları olduqlarını və otağa keçməyini bildirmişlər. Daha sonra isə onlar çıxıb getmişlər. Hadisə günü anasına və bacılarına dəfələrlə zəng etməyinə baxmayaraq, telefonu açmamışlar. Evə gəldiyi zaman qapını Vüqar adlı şəxs açmışdır. Vüqar telefonları alaraq oturmuşdur. Vüqar onun da telefonunu götürmüşdür. Daha sonra balaca bacısı acdığından Vüqar Qəmbərov onlara pul verərək aşağı düşüb yemək almaqlarını söyləmişdir. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X18 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, Vüqar Qəmbərov anasına tez-tez zəng etmiş, ona kömək edəcəyini demişdir. Anasının birinci məhkəməsində şahid qismində iştirak etməmişdir. Vüqar Qəmbərov evlərinə iki dəfə gəlmişdir. Vüqar Qəmbərovu bir dəfə maşında evlərinin yaxınlığında görmüşdür. Polis əməkdaşlarının söyüş söydüyünü eşitməmişdir.İzahatlarını alan müstəntiqin adı Fərid olmuşdur. Müstəntiq yazdıqları izahatın analarının əleyhinə olduğunu bildirmişdir. İzahatalrında müstəntiqin dediklərini yazmışlar. Polis əməkdaşları anasına kömək edəcəklərini bildirmişlər. Bu barədə anlayışları olmadığı üçün, həm də anasına zərəri olar deyə şikayət etməmişlər. Anasının narkotik vasitələrin satışı ilə məşğul olması ilə bağlı məlumatı olmamışdır. Şahları ailə dostu kimi tanıyır. Şahlar həmin vaxt onların evində yaşamışdır. Hadisə günü Şahlar onların evində olmuşdur. Evə gələndə qapını Vüqar Qəmbərov açmışdır. Qaranlıq olduğundan polis əməkdaşlarının evə gələrkən əlində nəsə olduğunu görməmişdir. Telefon nömrələrini dayısı dəyişdirmişdir. Hadisə baş verən zaman istifadəsində olan nömrəni xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxslər 2023-cü ildə tərəflərindən saxlanılmışlar. Baş Narkotiklərlə Mübarizə İdarəsində üzərlərinə baxış keçirən zaman narkotik vasitə aşkarlanaraq götürülmüşdür. Qalan narkotik vasitələrini yaşadıqları ünvanda saxladıqlarını qeyd etmişlər və həmin yaşadıqları ünvana baxış keçirən zaman narkotik vasitələri təqdim etmişlər. Şahid şahid5 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, əməliyyat qrupunun rəhbəri şahid6 olmuşdur. Təqsirləndirilən şəxslər müqavimət göstərməmişlər və məsuliyyətdən yayınmaq istəməmişlər. O və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərə heç bir fiziki və ya psixoloji şiddət göstərilməmişdir. İstintaq dövründə verdiyi ifadəni təsdiq edir. Prosessual qaydalara əsasən təqsirləndirilən şəxsləri Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət edib, vəkillərin iştirakı ilə üzərlərinə baxış keçirmişlər. Baxış zamanı əməliyyat qrupunun üzvləri iştirak etmişdir.Təqsirləndirilən şəxsləri hərəkətdə olan zaman saxlamışlar. Əvvəllər təqsirləndirilən şəxs Gülər ilə bağlı ona əməliyyat məlumatı daxil olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid4 ifadə verərək göstərmişdir ki, 2023-cü ilin fevral ayında təqsirləndirilən şəxslərlə bağlı onlara əməliyyat məlumatı daxil olmuş və axşam saatlarında təqsirləndirilən şəxslər tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət olunmuş, müdafiə hüququ təmin olunduqdan sonra tədqiqatçı tərəfindən üzərlərinə baxış keçirilmiş və təqsirləndirilən şəxslərin hər birinin üzərindən biri heroinə bənzər kütlə, digəri isə metanfetaminə bənzər kütlə aşkar olunmuşdur. Tapılan narkotik vasitələrin xxxx adlı İran İslam Respubikasına aid vətəndaşdan əldə etdiklərini bildirmişər. Daha sonra isə yaşadıqları ünvana baxış keçirilmiş, həmin mənzildən təxmini çəkisi 1 kq civarında heroinə bənzər kütlə və təxmini 100 kq metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Şahid şahid4 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hər iki təqsirləndirilən şəxsi Çobanzadə küçəsində yerləşən yaşadıqları binanın həyətində saxlamışlar. Təqsirləndirilən şəxslərə heç bir psixloji və ya fiziki müqavimət göstərilməmişdir. Tapılan narkotik vasitələrin xxxx adlı İran İslam Respublikasına aid vətəndaş tərəfindən əldə etdiklərini bildirmişlər. Əməliyyat tədbirində üç nəfər - o, şahid5 və şahid6 iştirak etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid6 ifadə verərək göstərmişdir ki, ## ###### 2023-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsində təqsirləndirilən şəxslər tərəflərindən saxlanılmışlar, sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmişlər və videoçəkiliş vasitəsilə baxış zamanı üzərlərindən heroin və metamfetamin aşkar olunmuşdur. Həmçinin evlərinə baxış keçirən zaman heroin və metamfetamin aşkar olunaraq götürülmüşdür. Əməliyyat məlumatı ona daxil olmuşdur. Şahid şahid6 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, təqsirləndirilən şəxslərlə düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxslərə polis əməkdaşları tərəfindən heç bir fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından götürdüyünü özü etiraf etmişdir. Təqsirləndirilən şəxs özü onunla əlaqə saxlamaq istəmişdir. Şahlar İsayevi tanımamışdır. Təqsirləndirilən şəxsin yaşadığı mənzil beşmərtəbəli binanın ikinci mərtəbəsi olmuşdur. Əməliyyat tədbiri zamanı o, şahid5 və şahid4 iştirak etmişlər. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ifadəsi əsassızdır. Təqsirləndirilən şəxslər özləri onunla əlaqə saxlayaraq narkotik satışının qarşısını almaq üçün kömək etmək istədiyini bildirmişdir. Əməliyyat axtarış təqibi ## ###### 2023-cü il tarixində axşam radələrində həyata keçirilmişdir. O, təqsirləndirilən şəxs2 zəng etməmişdir. İstintaq dövründə verdiyi ifadəni təsdiq edir. Birinci instansiya məhkəməsində mütəxəssis qismində dindirilmiş X44 ifadə verərək göstərmişdir ki, “xxxx” MMC-də sorğular üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır. GPRS və İnternet qeyd edilən sətirlər internetin istifadəsi ilə bağlı məlumatdır.İnternet üzərindən həyata keçirilən informasiya mübadiləsi zamanı əks olunan anten məlumatları abunəçinin zəngi və sms zamanı əks olunan anten məlumatları ilə fərqli əks oluna bilər. Bu səbəbdən sms və zəng olunan sətirlərdə daha dəqiq məlumatlar vardır. MOC gedən zəngdir, MTC daxil olan zəngdir,SMS MO xaric olan mesajdır, SMS MT daxil olan mesajdır.İnternet yazılan sətirlər interneti göstərir.İnternetdən ilk istifadə zamanı hər hansı anteni tutur yerini dəyişdikdə köhnə yerləşdiyi yeri göstərə bilər. İnternet şəxsin olduğu yerin müəyyənləşdirilməsi zamanı əsas kimi götürülmür, ancaq sms və zəng şəxsin olduğu yer haqqında məlumatların düzgün müyyənləşdiirlməsi zamanı əsas kimi götürülür. Mütəxəssis X44 məhkəmədə ona ünvanlanan sualları cavablandırarkən bildirmişdir ki, hər hansı yükləmə dəyişəndə anten dəqiq göstərməyə bilər. Açıq sahədə hər hansı maneə olmasa anten 30 kilometrədək məsafədə tuta bilər.Məsafə çox olduğuna görə və texniki mütəxəssislərin dediklərinə görə anten 30 km açıq sahədə tuta bilir. E-mail Teleqüllənin yanında açılarsa və səhifə açıqdırsa Xətai rayonunda olarkən anten köhnə ünvanı göstərə bilər. İnternetə görə antenin tutmasına görə dəqiq məlumat yoxdur. Zəng edilməsə və ya şəxsə zəng çatmasa onun yeri müəyyən edilə bilmir. “xxxx” MMC-nin işləmə qaydası barədə məlumatı yoxdur. İşdə olan ## ###### 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, İsayev Şahlar Rəhbər oğluna paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Şahlar İsayev əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroin, 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Şahlar İsayev üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanışı Gülərin köməkliyi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı xxxx adlı şəxsin vasitəsilə həmin gün Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, üzərindən başqa yaşadığı ünvanda narkotik vasitələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 1, iş vərəqə 51-53, 124-125, 126-127). İşdə olan ## ###### 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızına paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər kütləni, 01 (bir) ədəd sellofan bükümdə ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 ədəd üzərində 050-979-15-55 sim kart nömrəsi olan "Samsung” markalı mobil telefon, bir ədəd açar, bir ədəd azadlığı məhdudlaşdıran cihazı çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş kütlələri sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı xxxx adlı şəxsdən həmin gün qeyri-rəsmi münasibətdə olduğu Şahlar İsayevi sonuncunun qeyd etdiyi ünvana göndərməklə ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncudan 2000 (iki min) manat pul alıb Şahlar İsayevlə birlikdə bölərək narkotik vasitələri satdığını, istifadə etdiyini və bağışladığını, yaşadığı ünvanda narkotik vasitələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiºdir (cild 1, vərəqə 55-57,128-129). İşdə olan ## ###### 2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokol və həmin protokola əlavə edilmiş müvafiq istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskdən görünür ki, ünvan 4 ünvanına baxış zamanı təqsirləndirilən şəxs2 İsbəndiyar qızına və İsayev Şahlar Rəhbər oğluna yaşadıqları evdə olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra təqsirləndirilən şəxs2 evin mətbəxində olan qutunun üzərində olan 01 (bir) ədəd sarı rəngli sellofan torbanın içərisindən 01 ədəd elektron tərəzi, 02 (iki) ədəd sellofan bükümdə metamfetaminə bənzər, 03(üç) ədəd sellofan bükümdə heroinə bənzər kütlələri təqdim etmişdir Şifahi sorğu zamanı Şahlar İsayev aşkar olunmuş kütlələrdən xəbərdar olduğunu,ona məxsus olduğunu, həmin kütlələri həmin gün qeyri-rəsmi münasibətdə olduğu təqsirləndirilən şəxs2 göstərişi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunu etməkdə məqsədinin 2000 (iki min) manat pul qazanaraq təqsirləndirilən şəxs2 ilə bölməsini,heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını,başqa heç bir yerdə narkotik vasitələr saxlamadığını, onlara qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şifahi sorğu zamanı təqsirləndirilən şəxs2 aşkar olunmuş kütlələrdən xəbərdar olduğunu, ona məxsus olduğunu, həmin kütlələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı xxxx adlı şəxsin vasitəsilə qeyri-rəsmi münasibətdə olduğu Şahlar İsayevi həmin gün göndərməklə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlədilmiş yerdən ayrı-ayrı şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində 2000 (iki min) manat pulu sonuncudan alıb Şahlar İsayevlə böləcəyini, narkotik vasitələri satdığını və bağışladığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqə 62-64, 126-127,130-131). İşdə olan ## ###### 2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində " Daxili İşlər Nazirliyi Zərflər üçün №*” dairəvi möhür əksi, olan 2(iki) ədəd paketdə və 1 (bir) ədəd bağlamada, - üzərində "vət. İsayev Şahlar Rəhbər oğlunun üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 14,601 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,249 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -üzərində ‘‘vət. təqsirləndirilən şəxs2 İsbəndiyar qızının üzərindən aşkar edilmiş...” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 11,190 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,719 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -üzərində "İsayev Şahlar Rəhbər oğlunun və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının yaşadıqları ünvandan aşkar edilmiş...” yazısı və imzalar olan bağlamadakı 3(üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 375 qram, 350 qram, 295 qram ümumi təmiz çəkisi 1020 qram qəhvəyi rəngli toz şəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2(iki)ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 170 qram və 125 qram, ümumi təmiz çəkisi 295 qram ağ rəngli kristallardan ibarət maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və üzərində "SF-400” yazısı olan ağ rəngli elektron tərəzinin üzərində heroinin izləri vardır. -İsayev Şahlar Rəhbər oğlunun və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının üzərindən və birlikdə yaşadıqları ünvandan aşkar edilərək götürülmüş heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. -İsayev Şahlar Rəhbər oğlunun və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının üzərindən və yaşadıqları ünvandan aşkar edilərək götürülmüş metamfetaminlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. -İsayev Şahlar Rəhbər oğlunun və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının yaşadıqları ünvandan aşkar edilərək götürülmüş tərəzinin üzərindəki heroin iz şəklində olduğu üçün, heroinin təmiz çəkisini və bükümlərdəki heroinlərlə eyni kimyəvi tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir.Ekspertiza tədqiqatından sonra herorinin qalıq çəkisi 14,551 qram, 11,140 qram, 1019,85 qram, metamfetaminin qalıq çəkisi 1,199 qram, 0,669 qram, 294,9 qram təşkil etmişdir. Ekspertiza tədqiqatının keçirilməsinə 114 manat pul vəsaiti sərf edilmişdir (cild 1, iş vərəqə 74-79). İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili şahid6 tərəfindən qəbul edilmiş ##.##.2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 1, iş vərəqə 84-85). İşdə olan ## ###### 2023-cü il tarixli dindirilmə protokolundan görünür ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında təxminən bir il olar ki, İsayev Şahlar Rəhbər oğlu ilə birlikdə yaşayır. Hal hazırda barəsində Bakı Ağır cinayətlər məhkəməsində Azərbaycan Respublikası CM- nin 234-cü maddəsi ilə cinayət işi vardır və həmin cinayət işinə baxılır. Narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olur. Təxminən 1 ay olar ki, sosial şəbəkə vasitəsi ilə İran İslam Respublikası vətəndaşı olan xxxx adlı şəxlə tanış olmuşdur. xxxx narkotik alış- verişi ilə məşğul olmasını bildirərək bu işdə onunla əlbir olaraq narkotik vasitələrin satışında köməklik etməsini ona təklif etmişdir. Narkotik vasitələri xxxxun dediyi yerdən götürərək onun dediyi yerlərə qoymaq müqabilində pul verəcəyini demişdir. ##.##.2023-cü il tarixdə səhər saatlarında xxxx "Whatsapp” xəbərləşmə proqramı vasitəsi ilə onunla əlaqə saxlamış və küllü miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolun kənarına qoymasını deyərək narkotik vasitənin qoyulmuş olduğu yeri onun telefonuna "Whatsapp” vasitəsi ilə göndərmiş və qeyd edilən narkotik vasitələri oradan götürüb xxxxun dediyi yerlərə qoyulması müqabilində 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. O, qeyd edilən ünvana taksi ilə narkotik vasitələri götürmək üçün getmiş, lakin qıraqda adamların çox olması səbəbindən götürməmişdir. xxxxa yalandan həmin narkotik vasitələri tanış qızın götürəcəyini bildirmişdir. Bu barədə birlikdə yaşadığı Şahlar İsayevə demişdir. Şahlara narkotik vasitələri götürərək evə gətirməsini, sonradan xxxxun dediyi yerlərə qoyacaqlarını və bunun müqabilində xxxxun onlara 2000 manat pul verəcəyini və həmin puun yarısını, yəni 1000 manatını Şahlara verəcəyini bildirmişdir. Şahlar İsayevin mobil telefonuna xxxxun ona əvvəlcədən göndərmiş olduğu yeri göndərmiş və Şahlar İsayev narkotik vasitələri götürmək üçün səhər saatlarında yola düşmüşdür. Saat təxminən 11 radələrində Şahlar İsayev götürmüş olduğu sellofan torbanı yaşadığı ünvana gətirmiş, torbanı birlikdə evdə açmışlar və ayrı-ayrılıqda 05 ədəd büküm içərisində ağ rəngli elektron tərəzi olmasını görmüşlər. Qeyd edilən bükümlərin içərisini açıb baxdıqda 03 ədəd bükümün içərisində narkotik vasitə heroin və 02 bükümün içərisində isə ağ kristallardan ibarət olan şüşə kimi tanıdığı psixotrop maddə metamfetamin olmuşdur. O, Şahlar İsayevlə birlikdə həmin bükümləri elektron tərəzi vasitəsi ilə çəkdikdə heroinin təqribi çəkisi 1.060 qram metamfetaminin çəkisi isə təxminən 298 qram olmasını aşkar etmişlər. Həmin narkotik vasitə bükümlərini açaraq təqribən 15 qram heroin və 1.300 qram metamfetamin ayrı-ayrı bükümlərə qoyaraq Şahlar öz üzərinə götürmüş, təxminən 12 qram heroin və 0.800 qram metamfetamini isə o, ayrı-ayrı bükümlərə qoyaraq öz üzərinə götürmüşdür. Həmin bükümləri ayrı ayrılıqda götürməklərinin səbəbi isə xxxx adlı İran vətəndaşının onlara deyəcəyi yerlərə qoymaq olmuşdur. ##.##.2023-cü il tarixdə saat təxminən 20:10 radələrində Şahlar İsayevlə birlikdə yaşadıqları ünvandan çıxaraq piyada hərəkətdə olan zaman ünvan 3nvanın yaxınlığında 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını və barələrində olan əməliyyat axtarış tədbirləri haqqında qərarla onları tanış etmişlər. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada ona hüquqları izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olub olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli qış gödəkcəsinin sol qabaq yan cibindən 02 ədəd büküm, özünə məxsus qara rəngli "Samsung” markalı mobil telefon, ev açarı və gödəkcənin sağ qabaq yan cibindən isə 01 ədəd elektron nəzarət aparatı çıxardaraq masanın üzərinə qoymuşdur. Həmin bükümlərin nə olması ondan soruşulduqda o, həmin bükümlərin heroin və metamfetamin olmasını bildirərək Şahlar İsayevin Bakı şəhəri, Qaradağ rayonu ərazisindən götürmüş olduğu narkotik vasitə olmasını polis əməkdaşlarına bildirmişdir. Sonradan həmin bükümlər orada olan elektron tərəzi vasitəsi ilə çəkilmiş və heroinin çəkisi 11 qram və metamfetaminin çəkisi isə 1 qram təşkil etmişdir. Götürülmüş narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş, üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ondan narkotik vasitələrdən başqa yerdə saxlanılması soruşulmuşdur.O isə yaşadığı ünvan olan Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsindəki mənzildə olduğunu bildirmişdir. O, Şahlar İsayev və polis əməkdaşları birlikdə yaşadıqları ünvan olan ünvan 9 ünvanına getmişdirlər və o, İran İslam Respublikası vətəndaşı xxxx adlı şəxsin qabaqcadan dediyi yerdən əldə etdikləri narkotik vasitələri mətbəxt otağında yerləşən qutunun üzərində olan sarı rəngli sellofan bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofanın içərisinə baxış keçirilmiş və baxış zamanı 03 ədəd selefona bükülmüş heroin, 02 ədəd selefona bükülmüş metamfetamin və 01 ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin bükümlər ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmişdir. 03 ədəd heroinin çəkisi 1 kilo 60 qram və 02 ədəd bükümdə olan metamfetaminin çəkisi isə 321 qram təşkil etmişdir. Sonradan polis əməkdaşları həmin narkotik vasitələri zərflərə qoyaraq bağlamışlar və onların iştirakı ilə imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı polis əməkdaşları həmin narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda o, həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan xxxx adlı şəxsdən əldə etmiş olduğunu və həmin narkotik vasitələri bükümlərə bölərək xxxxun dediyi yerlərə qoymaq müqabilində 2000 manat qazanc əldə edəcəklərini bildirmişlər. Aşkar edilən elektron tərəzi vasitəsi ilə isə narkotik vasitələri bükümlərə bölən zaman istifadə edəcəkdirlər(cild 1, iş vərəqə 120-123). İşdə olan ## ###### 2023-cü il tarixli dindirilmə protokolundan görünür ki, İsayev Şahlar Rəhbər oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında təxminən bir il olar ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitə istifadəçisidir. Qeyri-rəsmi birlikdə yaşadığı təqsirləndirilən şəxs2 ona sosial şəbəkə vasitəsi ilə tanıdığı İran İslam Respublikası vətəndaşı olan xxxx adlı şəxlə narkotik alış-verişi ilə məşğul olmasını bildirmişdir. Həmin narkotik vasitələri xxxxun dediyi yerdən götürərək onun dediyi yerlərə qoymaq müqabilində pul verəcəyini demişdir. ## ###### 2023-cü il tarixdə səhər saatlarında təqsirləndirilən şəxs2 ona İran İslam Respublikası vətəndaşı xxxx adlı şəxsin onunla "Whatsapp” xəbərləşmə proqramı vasitəsi ilə əlaqə saxladığını və küllü miqdarda narkotik vasitə olan heroin və metamfetamini Bakı şəhəri, Qaradağ rayonu ərazisində yolun kənarına qoymasını və narkotik vasitənin qoyulmuş olduğu yeri onun telefonuna "Whatsapp” vasitəsi ilə göndərməsini və qeyd edilən narkotik vasitələri oradan götürüb xxxxun dediyi yerlərə qoyulması müqabilində 2000 (iki min) manat pul verəcəyini bildirmişdir. təqsirləndirilən şəxs2 ona Bakı şəhəri, Qaradağ rayonuna gedərək qeyd edilən narkotik vasitələri götürməsini və sonra narkotik vasitələri xxxxun ona hara qoymasını deyəcəyini və həmin yerlərə narkotik vasitə qoyduqdan sonra 2000 manat pulu iki yerə böləcəklərini bildirmişdir. O, təqsirləndirilən şəxs2 dedikləri ilə razılaşmışdır. təqsirləndirilən şəxs2 xxxxun göndərmiş olduğu yeri onun mobil telefonuna göndərmişdir. O, qeyd edilən gün saat təxminən 11 radələrində yol maşını ilə Bakı şəhəri, Qaradağ rayonuna gedərək avtomobil yolunun kənar hissəsinə qoyulmuş olan sellofon bükümünü götürərək yaşadıqları ünvan olan Bakı şəhəri, B.Çobanzadə küçəsinə geri gəlmişdir. Oradan götürmüş olduğu selefon torbanı təqsirləndirilən şəxs2 ilə birlikdə evdə açmışlar və ayrı ayrılıqda 05 ədəd büküm və içərisində ağ rəngli elektron tərəzi olmasını görmüşdür. Qeyd edilən bükümlərin içərisini açıb baxdıqda 03 ədəd bükümün içərisində narkotik vasitə heroin və 02 bükümün içərisində isə ağ kristallardan ibarət olan şüşə kimi tanıdığı metamfetamin olmuşdur. O, təqsirləndirilən şəxs2 ilə birlikdə həmin bükümləri elektron tərəzi vasitəsi ilə çəkdikdə heroinin təxmini çəkisi 1.060 qram metamfetaminin çəkisi isə təqribən 298 qram olmasını aşkar etmişdirlər. Həmin narkotik vasitə bükümlərini açaraq təxminən 15 qram heroin və 1.300 qram metamfetamin ayrı-ayrı bükümlərə qoyaraq o, öz üzərinə götürmüş, təxminən 12 qram heroin və 0.800 qram metamfetamini isə Gülər ayrı bükümlərə qoyaraq öz üzərinə götürmüşdür. Həmin bükümləri ayrı ayrılıqda götürməklərinin səbəbi isə xxxx adlı İran vətəndaşının onlara deyəcəyi yerlərə qoymaq olmuşdur. ##.##.2023-cü il tarixdə saat təxminən 20:10 radələrində təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadıqları ünvandan çıxaraq piyada hərəkətdə olan zaman ünvan 3nvanın yaxınlığında 3 nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. Narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və barələrində olan əməliyyat axtarış tədbirləri haqqında qərarla onları tanış etmişlər. Bundan sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada ona hüquqları izah olunduqdan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet olub olmaması əgər varsa təqdim etməsi təklif olunmuşdur. O, bu təklifdən sonra əynində olan qara rəngli şalvarın sağ yan cibindən 02 ədəd büküm çıxardaraq masanın üzərinə qoymuşdur. Sonradan əynində olan şalvarın sol yan cibindən özünə məxsus üzərində 055-280-87-82 nömrəsi olan "Redmi” markalı telefonunu çıxarmışdlr. Həmin bükümlərin nə olması ondan soruşulduqda o, həmin bükümlərin heroin və metamfetamin olmasını bildirərək təqsirləndirilən şəxs2 ona göndərmiş olduğu yer olan Bakı şəhəri, Qaradağ rayonu ərazisindən götürmüş olduğu narkotik vasitə olmasını polis əməkdaşlarına bildirmişdir. Sonradan həmin bükümlər orada olan elektron tərəzi vasitəsi ilə çəkilmiş, heroinin çəkisi 16 qram və metamfetaminin çəkisi isə 1.6 qram təşkil etmişdir. Götürülmüş narkotik vasitələr zərfə qoyularaq möhürlənmiş və üzəri o, və digər iştirakçılar tərəfindən imzalanmışdır. Sonradan ondan narkotik vasitələrdən başqa yerdə saxlanılması soruşulmuşdur.O təqsirləndirilən şəxs2 ilə birgə yaşadıqları ünvan olan Bakı şəhəri Nizami rayonu, Çobanzadə küçəsindəki mənzildə olduğunu bildirmişdir. O, təqsirləndirilən şəxs2 və polis əməkdaşları birlikdə yaşadıqları ünvan olan ünvan 9 ünvanına getmişlər və təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı xxxx adlı şəxsin qabaqcadan dediyi yerdən əldə etdiyi narkotik vasitələri mətbəxdə yerləşən qutunun üzərində olan sarı rəngli sellofan bükümünü polis əməkdaşlarına təqdim etmişdir. Həmin sellofanın içərisinə keçirilmiş baxış zamanı 03 ədəd selefona bükülmüş heroin, 02 ədəd selefona bükülmüş metamfetamin və 01 ədəd ağ rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin bükümlər ayrı ayrılıqda elektron tərəzi vasitəsi ilə çəkilmiş 03 ədəd heroinin çəkisi 1 kilo 60 qram və 02 ədəd bükümdə olan metamfetaminin çəkisi isə 321 qram təşkil etmişdir. Sonradan polis əməkdaşları həmin narkotik vasitələri zərflərə qoyaraq bağlamışlar və onların iştirakı ilə imzalanaraq möhürlənmişdir. Şifahi sorğu zamanı polis əməkdaşları həmin narkotik vasitələri haradan əldə etdiklərini soruşduqda o və təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni İran İslam Respublikası vətəndaşı olan xxxx adlı şəxsdən əldə etmiş olduqlarını və həmin narkotik vasitələri bükümlərə bölərək xxxxun dediyi yerlərə qoymaq müqabilində 2000 manat qazanc əldə edəcəklərini bildirmişlər. Aşkar edilən elektron tərəzi vasitəsi ilə isə narkotik vasitələri bükümlərə bölən zaman istifadə edəcəkdirlər(cild 1, iş vərəqə 107-110). İşdə olan ## ##### 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs İsayev Şahlar Rəhbər oğlu ilə şahid şahid6 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Şahlar İsayev şahid6 əvvəllər tanımadığını, onunla münasibətinin olmadığını,şahid6 əvvəllər onun yaşadığı evdə olmadığını bildirərək təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən verdiyi ifadəsində şahid6 barəsində göstərdiyi xüsusatları özünü müdafiə edib vəziyyətdən çıxmaq üçün bildirdiyini, həmin ifadəni Gülərin ona deməsindən sonra o cür verdiyini, əslində isə hadisənin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində olduğu kimi baş verdiyini göstərmişdir (cild 1, iş vərəqə 217-224). İşdə olan ## ### 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızı ilə şahid şahid6 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs2 şahid6 tanımadığını, onunla münasibətinin olmadığını, şahid6 əvvəllər onun yaşadığı evdə olmadığını bildirərək əlavə verdiyi ifadəsində şahid6 barəsində göstərdiyi xüsusatları özünü müdafiə edib vəziyyətdən çıxmaq üçün bildirdiyini, şahid6la heç bir əlaqəsinin olmadığını, Vüqarın ona heç bir təklif vermədiyini, əslində isə hadisinənin şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində olduğu kimi baş verdiyini göstərmişdir (cild 2, iş vərəqə 10- 17) İşdə olan ## ### 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 İsbəndiyar qızı ilə İsayev Şahlar Rəhbər oğlu arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs2 Şahlar İsayevin üzünə qarşı "sən bilirdin ki, barəmdə Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi vardır, təxminən 1 ay olar ki, sosial şəbəkə vasitəsilə tanıdığım İran islam Respublikası vətəndaşı xxxx adlı şəxslə tanış olduğumu da bilirdin, xxxxdan narkotik vasitələr aldığımı da bilirdin.Narkotik vasitələrin satışı ilə bağlı məhkəmədə işim olduğu üçün mən narkotik satışı ilə məşğul olmurdum və xxxxla əlaqəmi kəsmişdim. Sən məni aldadaraq xxxxla yenidən əlaqə saxlamağımı bildirdin. Sən məni vadar etdin ki, bu dəfə də narkotik vasitə sataq sənin məhkəmədəki işini həll edək sonra daha satmarıq” bildirmiş, Şahlar İsayev isə təqsirləndirilən şəxs2 onun üzünə qarşı dediklərini təsdiq etmişdir (cild 2, iş vərəqə 1821). İşdə olan ## ##### 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızından götürülmüş sidik nümunəsində AMP(+) aşkar edilmişdir, onda psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 233-234). İşdə olan ## ##### 2023-cü il tarixli ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair rəydən görünür ki, İsayev Şahlar Rəhbər oğlundan götürülmüş sidik nümunəsində THC(+), MOP(+) AMP(+) aşkar edilmişdir, onda opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 235-236). İşdə olan ## ### 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızının istifadəsində olan 050-979-15-55 mobil nömrəsinə ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri, SMS-ləri müəyyən etmək məqsədi ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən daxil olmuş bir ədəd CD formatlı kompakt diskə baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilən diskdə göstərilmiş 994553244343, 994773006860, 994506828285, 994553129472, 994557916491, 994553129472, 994507488907, 994774774774, 989901565618, 994998501505, 994558447777, 994702653656, 994708020222 və 994552848733 nömrələrindən onun istifadəsində olan 050-979-15-55 nömrəsinə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan müddət ərzində zənglər daxil olmuş zənglərə və SMS-lərə aid nömrələrin və o, nömrələrin sahibləri barədə təqsirləndirilən şəxs2 İsbəndiyar qızından soruşduqda sonuncu 994553244343, 994773006860, 994506828285, 994553129472, 994557916491, 994553129472, 994507488907, 994774774774, 989901565618, 994998501505, 994558447777, 994702653656, 994708020222 və 994552848733 nömrələrindən olan zənglərin bəziləri ona narkotik vasitələr və psixotrop maddələr verən şəxslərin, bəziləri isə ondan narkotik vasitələr və psixotrop maddələr alan şəxslərin zəngləri olduğunu bildirmişdir. Onun istifadəsində olan 050-979-15-55 sim nömrəsinə ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək olan müddət ərzində 994553244343, 994773006860, 994506828285, 994553129472, 994558293035, 994552808782, 994557916491, 994774103898, 994507488907, 994553129472, 994774774774, 994998501505, 994558447777, 994702653656, 994708020222, 994552848733,994552270375, 994506758811 və 989901565618 nömrələrdən daxil olan SMS-lərdə bəziləri ona verdiyi narkotik vasitələrin və psixotrop maddələrin pullarını istəməsi, bəziləri isə ondan aldığı narkotik vasitələrin və psixotrop maddələrin pulunu gecikdirilməsi ilə bağlı söyüşlə yazılmış mesajlardır (cild 1, iş vərəqə 237). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş ## #### 2023-cü il tarixli tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, İsayev Şahlar Rəhbər oğlu Bakı şəhər Yasamal Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cianyət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2021 -ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2021 -ci il tarixli amnistiya qərarının 2.1 -ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1 , iş vərəqə 193-194, cild 2, iş vərəqə 25-27). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş ## #### 2023-cü il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı əvvəllər məhkum edilməmişdir (cild 1 , iş vərəqə 195-196). İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## #### 2022-ci il tarixdən ## #### 2022-ci il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilmiş və onun cəzasının çəkilməmiş hissəsi 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün olaraq hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli Qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmünün “hökm etdi” hissəsinin 7-ci abzasında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızına təyin edilmiş cəzanın başlanğıcı ## #### 2022-ci il kimi oxunması qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli qərarına əsasən təqsirləndirilən şəxs2 İsbəndiyar qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 6 (altı) il 3(üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin ## ####### 2024-cü il tarixli hökmündən görünür ki, İsayev Şahlar Rəhbər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ###### 2023- cü il tarixdən ## ###### 2023-cü il tarixə qədər şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət onun cəza müddətinə daxil edilmiş və onun cəzasının çəkilməmiş hissəsi 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün olaraq hesablanmışdır. ## ###### 2026-cı il tarixli amnistiya aktını tətbiq edilməsi barədə Qərardan görünür ki, İsayev Şahlar Rəhbər oğlu azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxslərin və onların müdafiəçilərinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, birbiri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X45 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 12-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1- ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3- 1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli (Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il # ### tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə) cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Cinayətin gedişində cinayətə qoşulmaqla (cinayətin digər iştirakçıları ilə qabaqcadan cinayətin törədilməsi məqsədilə əlbir olmadan) cinayətdə iştirak etmiş və ya digər cinayət törətmiş şəxsin hərəkətləri cinayətin iştirakçıları (içraçıları) ilə qabaqcadan cinayət əlaqəsinə girməklə cinayəti əlbir olan qrup şəkildə törətməsi kimi qiymətləndirilməməli və həmin şəxs özünün törətdiyi konkret hərəkətlərə görə məsuliyyət daşımalıdır. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1- ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi işin faktiki hallarını və əməlin tövsifini müzakirə edərkən qeyd etmişdir ki, məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxslərin ifadələrində işin həm faktiki hallarını mübahisələndirmiş, həm də ibtidai istintaq dövründə tərtib edilmiş sənədlərin mötərbərliliyini şübhə altına almışılar. Belə ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı şahid6 zəng edərək ona kömək edəcəyini bildirmişdir. şahid6 qurduğu plan əsasında onlar narkotik vasitə əldə etmiş, sonuncu telefonlara cavab vermədiyinə görə əldə etdikləri narkotik vasitəni evə gətirmiş, onlar tutulduqdan 1 saat sonra şahid6 yaşadıqları evə gəlmişdir. Onlar bölməyə aparılsa da şahid6 onların yaşadığı evdə gözləmiş, əslində şəxsi axtarış istintaq hərəkətinin videoçəkilişini də şahid6 deyil , tanımadığı başqa şəxs aparmışdır. Sonradan mənzildən aşkar edilmiş narkotik vasitə isə onların əldə etdikləri narkotik vasitə olmamış, onlar idarəyə aparıldıqdan sonra həmin evə qoyulmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş ## ###### 2023-cü, ## ###### 2023-cü il tarixli protokollardan görünür ki, təqsirləndirilən şəxs2 və Şahlar İsayev şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən tərəflərindən törədilməsi iddia edilən ittiham aktında təsvir edilən əməlini tam etiraf etmiş, lakin ## ###### 2023-cü il tarixdə əlavə olaraq dindirilərkən hər iki təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyədən çıxarılmasına və satışı ilə məşğul olan şəxslərin tutulmasında yaxından köməklik etmək barədə şahid6 təklifi ilə təqsirləndirilən şəxs2 razılaşması, təqsirləndirilən şəxs2 polis əməkdaşları ilə əməkdaşlıq etmək məqsədilə narkotik vasitə əldə etmək üçün əvvəllər tanıdığı xxxx adlı şəxslə əlaqə saxlayaraq sonuncunun bildirdiyi ünvana getdiyini, ətrafda adamların sıx olmasını müşayiət edərək müvafiq narkotik vasitəni götürmədiyini, Şahlar İsayevlə əlaqə saxlayaraq sonuncunu həmin ünvana dəvət etdiyini, Şahlar İsayev tərəfindən həmin narkotik vasitələri götürüldükdən sonra sonuncunun təklifi ilə müvafiq narkotik vasitəni satmaq və məhkəmədəki işini həll etmək qərarına gəldiklərini göstərmişlər. İşdə olan ## ##### 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, 10:30- 11:50 radələrində həyata keçirilən üzləşdirilmə istintaq hərəkəti zamanı Şahlar İsayev şahid6 üzünə əvvəllər onu tanımadığını, Gülərin dediklərinə əsasən qeyd edilən məzmunda ifadə verməsini bildirmişdir. İşdə olan ## ### 2023-cü tarixli üzləşdirmə protokolundan görünür ki, 10.30-11.30 radələrində həyata keçirilən üzləşdirilmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs2 şahid6 üzünə əvvəllər onu tanımadığını, sonuncunun heç vaxt təqsirləndirilən şəxsin evinə gəlmədiyini, özünü müdafiə məqsədilə qeyd edilən məzmunda ifadə verməsini bildirmişdir. İşdə olan ## ### 2023-cü tarixli üzləşdirmə protokolundan görünür ki, 11:35-12:15 radələrində həyata keçirilən üzləşdirilmə istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs2 Şahlar İsayevə üzünə xxxx adlı şəxslə əlaqəsi barədə Şahlar İsayevin məlumatlı olması, məhz sonuncu ona məhkəmədə olan işini həll etmək məqsədilə xxxx adlı şəxslə əlaqə saxlamasını, Şahlar İsayevin onun tutulmasına səbəb olmasını bildirmiş, digər təqsirləndirilən şəxs qeyd edilən ifadə barəsində təqsirləndirilən şəxs2 hər hansı məzmunda sual verməmişdir. İşdə olan ## ### 2023-cü il tarixli dindirmə protokolundan görünür ki,təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, 077-300- 68-60 nömrəsinin sahibini ləzgi Vüqar kimi tanıdığını,ondan narkotik vasitə və psixotrop maddə alan şəxs olduğunu , ondan borca pul götürdüyünü,o da Vüqardan borca pul alıb sonra ona pulun əvəzində narkotik vasitə verdiyini, Vüqarla məhkəmədə olan işi ilə bağlı mesajlaşdığını, 989901565618 nömrəsinin sahibinin Mortuza adlı İran İslam Respublikasının vətəndaşı olduğunu və Mortuzadan daim narkotik vasitə aldığını qeyd etmişdir(cild 1, səh 238-241). Göründüyü kimi təqsirləndirilən şəxslər ibtidai istintaq dövründə fərqli məzmunda bir- biri ilə ziddiyyət təşkil edən ifadələr vermiş, məhkəmə iclasında isə həmin ifadələri danaraq ümumiyyətlə hazırki iş üzrə polis əməkdaşı qismində dindirilmiş şahid şahid6 göstərişinə əsasən narkotik vasitə əldə etdiklərini, həmin narkotik vasitələri satmaq niyyətində olmadıqlarını sonuncuya təhvil verəcəklərini bildirmişdirlər. Belə ki, ibtidai istintaq dövründə təqsirləndirilən şəxs2 şahid6 narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin tutulmasında köməklik etmək üçün sonuncu ilə razılaşdığını, şahid6 əməliyyat axtarış tədbirləri keçirməsinə kömək etmək məqsədilə əldə etdiyi narkotik vasitəni sonradan Şahların təklifi ilə həmin dövrdə barəsində olan cinayət işini "həll etmək” üçün satmaq qərarına gəldiklərini qeyd etsə də, məhkəmə iclasında Şahlar İsayev təqsirləndirilən şəxs2 barəsində cinayət işinə şahid6 köməklik göstərəcəyinə görə sonuncunun narkotik vasitə əldə etmə barəsində göstərişlərinə riayət etdiyini bildirmişdir. Məhkəmə toplanmış sübutların təhlil edilməsi, müqayisə olunması, yeni sübutlar toplanması və əldə edilmiş sübutların mötəbərliliyinin müəyyənləşdiirlməsi barədə Cinayət- Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərin məhkəmə iclasında verdiyi ifadələrin "ağlabatan” olmaması barədə qənaətə gəlməklə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Belə ki, əvvəla birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ittihamı sübut etmə yükü ittiham tərəfinin üzərinə düşsə də, ittiham tərəfinin gətirdiyi dəlillərin təkzibi ya həmin sübutların mümkünlüyünün istisna edilməsi, ya da mötəbərliliyinin şübhə altına alınması yolu ilə həyata keçirilir. İttiham tərəfinin sübutlarından görünür ki, təqsirləndirilən şəxslər İsayev Şahlar Rəhbər oğlu və təqsirləndirilən şəxs2 İsbəndiyar qızının narkotik vasitələrin satış məqsədilə əldə edib saxlamaları barədə əməliyyat məlumatı ## ###### 2023-cü il tarixdə Vüqar Qəmbərova daxil olmuş, eyni tarixli qərarla sonuncu həm də qeyd edilən təqsirləndirilən şəxslərin ifşa edilməsi ilə bağlı əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün yaradılmış qrupa rəhbərlik etmişdir. Hər iki təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdə saat 20:10 radələrində ünvan 13 ünvanının yaxınlığında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişlər. təqsirləndirilən şəxs2 tutulması barədə protokol ## ###### 2023-cü il tarixdə saat 21:30, Şahlar Abdullayevin tutulması barədə protokol ## ###### 2023-cü il tarixdə saat 21:10 radələrində tərtib edilmiş, Şahlar Abdullayevin üzərində şəxsi axtarış ## ###### 2023-cü il tarixdə saat 21:50-22:03, təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış ## ###### 2023-cü il tarixdə saat 22:40-22:55 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında həyata keçirilmişdir. Hər iki istintaq hərəkətində şahid6, şahid4, şahid5 adlı əməliyyatçılar iştirak etmişdir. Lakin müvafiq istintaq hərkətlərinin videogörüntülərini əks etdirən DVD diskdən görünür ki, şahid4 və şahid5 adlı əməliyyatçılar çəkilişdə görünsə də, şahid6 videoçəkilişi həyata keçirən şəxs kimi bəyan edilmiş və videoçəkilişdə görünməmişdir. Müdafiə tərəfindən ittiham tərəfinin sübutlarının təkzibi istiqamətində təqsirləndirilən şəxslərin tutulma yerini və vaxtına dair məlumatları ehtiva edən sənədlərin, eləcə də şəxsi axtarış və götürmə, evə axtarış və götürmə istintaq hərəkətlərinin nəticələrinin mötəbərliliyinin şübhə altına alınması üçün verilmiş vəsatətlər təmin olunmuşdur. Müdafiə tərəfinin təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilən narkotik vasitənin Vüqar adlı polis əməkdaşının göstərişinə əsasən Şahlar İsayevin köməyi ilə götürməsi, ## ###### 2023-cü il tarixdə evinə qayıdarkən yolda saat 18:00 radələrində Bəylər və Arif adlı polis əməkdaşları tərəfindən tutulması, daha sonra evə gətirilməsi, evə gəldikdən 1 saat sonra Vüqar Qəmbərovun gəlməsi, təqsirləndirilən şəxslərin hər ikisinin yaşadığı evdən tutularaq aparılmasını, eləcə də polis əməkdaşları Vüqar Qəmbərov, şahid5, şahid4 bir saata yaxın onların evində olmasını, daha sonra şahid6 evdə qalması, təqsirləndirilən şəxslərin digər iki şahidlə Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmasını iddia etdiyinə görə təqsirləndirilən şəxslərin və hər üç polis əməkdaşının anten məlumatları müvafiq telefon şəbəkələrindən əldə edilməklə götürülmüşdür. Məlumatlara həm müdafiə, həm ittiham tərəfinin iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsinin həmin tarixə anten məlumatlarını əldə etmək mümkün olmasa da, sonuncunun istifadəsində olan *** *** **-** saylı nömrə ilə aparılan danışıqlara əsasən(MTC, MOC, SMS) anten məlumatlarına görə o, ## ###### 2023-cü il tarixdə saat 15:54 radələrindən 17:27 radələrinədək ünvan 2 ünvanında olmuş, saat 18:41 radələrində isə “Xəmsə” restoranının ətrafında olmaqla ********** mobil telefon nömrəsi ilə 25 saniyəlik telefon vasitəsi ilə əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs Şahlar İsayevin istifadəsində olan ***-***-**-** saylı nömrənin anten məlumatlarına əsasən o, ## ###### 2023-cü il tarixdə saat 16:22 radələrindən 18:37 radələrinədək ünvan 2 ünvanında olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs2 050-446-02-00 mobil telefon nömrəsi istifadəçisi arasında zəngin qeydə alınması tarix, eləcə də müvafiq zəngin müddəti, istifadələrində olan telefon nömrəsi vasitəsilə aparılan danışıqlar(MTC, MOC, SMS) əsasında verilmiş anten məlumatlarına əsasən təqsirləndirilən şəxs2 saat 18:41 radələrindən, Şahlar İsayevin isə 18:37 radələrindən sonra harada olmasının müəyyən edilməsinin mümkün olmamasına dair hallar təqsirləndirilən şəxs2 və Şahlar İsayev ifadələrində göstərdiyi vaxtda, yəni ## ###### 2023-cü il tarixdə saat 18:00 radələrində tutulması barədə dəlillərini təsdiq edə bilməmişdir. Digər tərəfdən əldə edilmiş məlumatlara baxış keçirilərkən şahid6 istifadəsində olan ********* saylı, şahid5 istifadəsində olan ********** saylı mobil telefon nömrələri ilə aparılmış telefon danışıqları(MTC, MOC, SMS) əsasında onların təqsirləndirilən şəxslərin tutulma saaatına təsadüf edən anten məlumatları əldə edilə bilməmiş (şahid6 istifadəsində olan 010332633 sayl mobil telefon nömrəsi həmin gün yalnız iki dəfə 13:54 radələrində Yusif Vəzi küçəsində, ## ###### 2023-cü il tarixdə 00:32 radələrində Məshəti 11 ünvanında olması müəyyən edilmişdir), həmin telefon nömrələri üzərindən internetdən istifadə nəticəsində əldə edilmiş anten məlumatların isə şahidlərin, o cümlədən təqsirləndirilən şəxslərin olduğu yerin düzgün göstərib-göstərməməsi məhkəmədə şübhə doğurduğundan müvafiq mütəxəssis dəvət olunaraq həmin xüsusatlar üzrə dindirilmişdir. Belə ki, şahid5 və şahid6 istifadəsində olan telefon vasitəsilə təqsirləndirilən şəxslərin tutulma tarixinə və müddətinə aid danışıqlar(MTC, MOC və SMS) həyata keçirməsi müəyyən edilməmiş, şahidlər həmin müddət ərzində yalnız internetdən istifadə etmişdir. İnternetdən istifadə nəticəsində anten məlumatları isə gah şahid şahid5 ## ###### 2023cü il tarixdə saat 23:14:01 radələrində Badamdar, 23:18:42 radələrində Xəzər Universitetinin yanında, 23:28:06 radələrində Xəzər Universitetinin yanında, 23:31:09 radələrində isə Badamdar ərazisində, 23:31:11 radələrində isə yenidən Xəzər Universitetinin yanında, şahid şahid6 isə internetdən istifadə etməsi nəticəsində əldə edilmiş məlumatlar onun ## ###### 2023-cü il tarixdə saat 00:34:41 radələrində onun Abbasqulu Abbaszadə, Teleqüllə yaxınlığında, 00:34:32 radələrində Nizami rayonu, Məshəti 11 ünvanında olduğunu göstərmişdir. Göründüyü kimi qeyd olunan qısa zaman kəsiyində şahidlərin uzun məsafə qət etməsi şübhə doğurduğundan həmin hallara aydınlıq gətirilməsi üçün məhkəmədə mütəxəssis qismində dindirilən X44 bildirmişdir ki, hər hansı şəxsin internetdən istifadə nəticəsində əldə edilmiş anten məlumatları mötəbər məlumat kimi qəbul edilə bilməz. Belə ki, hər hansı bir şəxs müvəqqəti olaraq "A” adlandırılan ərazidə intenet səhifəsi açmışdırsa, sonradan olduğu yeri dəyişərək "B” ərazisinə keçsə belə internetdən istifadə nəticəsində anten məlumatlarına əsasən şəxsin "A” ərazisində açdığı internet səhifəsindən istifadə etməsinə davam etməsi nəticəsində əslində "B” ərazisində olduğu təqdirdə "A” ərazisində olduğu göstəriləcək. Ona görə də hər hansı şəxsin olduğu yer barədə daha dəqiq məlumatlar mövcud telefon nömrəsi vasitəsilə aparılmış danışıqlar(MOC, MTC, SMS) üzərindən müəyyən edilir. Təqsirləndirilən şəxsləri saxlayan digər polis əməkdaşı şahid şahid4 istifadəsində olan ***-***-**-** saylı nömrənin anten məlumatları yoxlanılarkən müəyyən edilmişdir ki, o, ## ###### 2023-cü il tarixdə saat 18:48 radələrində ünvan 2 ünvanı ətrafında, saat 20:19 radələrində isə "Əzizbəyov” metrosu dairəsi yaxınlığında olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxslərin saat 18:00 radələrindən tutularaq evdə saxlanılması, bir saatdan sonra yaşadıqları evə şahid6 gəlməsi, onların sonradan idarəyə aparılması, şahid6 təqsirləndirilən şəxslərin yaşadıqları mənzildə qalması barədə dəlilləri müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə tərəfindən toplanmış sübutlar əsasında təsdiq edilə bilməmişdir. şahid4 isə istifadəsində olan telefon nömrəsi vasitəsilə aparılan danışıqlar vasitəsilə müəyyən edilmiş anten məlumatlarının ## ###### 2023-cü il tarixdə saat 20:19 radələrində "Əzizbəyov” metrosu dairəsi yaxınlığında olması hər iki təqsirləndirilən şəxsin ## ###### 2023-cü il tarixdə saat 20:10 radələrində ünvan 13 ünvanının yaxınlığında saxlanılması barədə ittiham tərəfinin dəlillərini təsdiq edir. Müdafiə tərəfi həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxslər evində saxlanılarkən, onlara qarşı təzyiq olunarkən təqsirləndirilən şəxs2 qızı da evdə olmuş, qeyd edilən məlumatın yoxlanılması istiqamətində məhkəmə tərəfindən Aysu Əbdüləzizovanın istifadəsində olan ********** saylı telefon nömrəsi ilə aparılan danışıqlar barədə əldə edilmiş məlumatlar vasitəsilə Aysu Əbdüləzizovanın ## ###### 2023-cü il tarixdə yalnız səhər 08:43 radələrində anası təqsirləndirilən şəxs2 yaşadığı ünvanda olmasını təsdiq edilsə də həmin saatdan sonra harda olmasını müəyyən etmək mümkün olmadığından sonuncunun polis əməkdaşlarının həqiqətən saat 18:00 radələrində təqsirləndirilən şəxsin yaşadığı evə gəlməsinin, Vüqar Qəmbərovun isə təqsirləndirilən şəxslərin idarəyə aparıldıqdan sonra həmin evdə olmasının şahidi olması barədə müdafiə tərəfinin dəlilləri təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, qeyd edilən nömrə barəsində anten məlumatları əvvəllər işə baxan başqa məhkəmə tərkibinin qərarı ilə əldə edilmiş, hazırki məhkəmə tərəfindən işə baxılarkən dindirilən şahid Aysu Əbdüləzizova hadisə zamanı ümumiyyətlə hansı nömrədən istifadə etməsini xatırlamadığını bildirmişdir. Şahidlərdən şahid6 təqsirləndirilən şəxslərin barəsində şəxsi axtarış istintaq hərəkətinin keçirilməsi zamanı idarədə olması barədə məhkəmə müdafiə tərəfinin dəlilləri ilə əlaqədar qeyd edir ki, videogörüntüdə şahid6 üzü görünməsə də şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman təhqiqatçı tərəfindən iştirakçılar elan edilərkən videgörüntünün şahid6 tərəfindən qeydə alınması elan edilmişdir. Bu hal isə ona dəlalət edir ki, əgər təqsirləndirilən şəxslər həqiqətən şahid6 əvvəldən tanısaydı həmin görüntünün şahid6 tərəfindən qeydə alınması elan edildiyi zaman artıq təqsirləndirilən şəxslər videogörüntünü qeydə alan şəxsin Vüqar olmadığı təqdirdə bunu bilməli və qeyd edilən xüsusat istintaq dövründə sonradan verdiyi ifadələrinin məzmununu təşkil etməli idi. Belə ki, barələrində ev dustaqlığı qətimkan tədbiri seçildikdən dərhal sonra təqsirləndirilən şəxslər ifadəsini dəyişmiş , narkotik vasitələrin şahid6 təhriki ilə əldə etdiklərini qeyd etmişlər, bu isə o deməkdir ki, artıq onlar "hər hansı təzyiqə məruz qalmadan ifadə vermək, o cümlədən barələrində keçirilmiş şəxsi istintaq hərəkəti keçirilərkən şahid6 orada iştirak etmədiyini”, sonuncunun onlarla birgə idarəyə gəlməyərək yaşadıqları evdə qalmasını bildirmək imkanlarına malik olmuşlar. Bundan başqa təqsirləndirilən şəxs Şahlar İsayev, həm təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 iştirakı ilə hər iki təqsirləndirilən şəxs, barələrində keçirilmiş şəxsi axtarış barədə istintaq hərəkətinin nəticələrini əks etdirən DVD diskə baxış zamanı qeyd edilən xüsusatları istintaq orqanının nəzərinə çatdırmamışdır. Birinci instansiya məhkəməsi yuxarıda sadalanan bütün halları, o cümlədən Şahid şahid6 istifadəsində olan *** ******* saylı mobil telefon nörməsi vasitəsilə aparılan danışıqlar vasitəsilə sonuncunun təqsirləndirilən şəxslərin barəsində şəxsi axtarış istintaq hərəkəti keçirilən zamanı Baş Narkotiklərlə Mübarizə İdarəsində deyil, başqa yerdə olmasının müəyyən edilməsinin mümkün olmamasını, həmin telefon nömrəsindən internetdən istifadə nəticəsində anten məlumatlarının isə onun olduğu yer barədə verdiyi məlumatların mütəxəssis ifadəsinə əsasən mötəbər sübut kimi qəbul edilməsinin istisna edilməsini nəzərə alaraq hesab etmişdir ki, müdafiə tərəfinin ittiham tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxslərin şəxsi axtarış və götürmə, eləcə də yaşadıqları evə baxış və götürmə istintaq hərəkətlərinin nəticələrini şübhə altına almaq üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Rəvan Abdüləzimov və Aysu Abdüləzimovanın təqsirləndirilən şəxslərin övladlarının olmasını, Cinayət-Prosessual Məcəlləsinin 228-ci maddəsinə əsasən onların yaxın qohum olan analarının əleyhinə ifadə verməmək hüququna məxsusluğunu, şahid ifadələrinin mötəbərliliyinin onların bilə bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşımasına görə iltizama imza edilməsi ilə təminat verilməsini nəzərə alaraq hesab edir ki, qeyd edilən ifadələr başqa sübutlarla təsdiq edilmədiyindən mötəbər sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, iş materiallarından görünür ki, ## ###### 2023-cü il tarixdə həqiqətən təqsirləndirilən şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuşdur. İbtidai istintaq orqanının vəsatəti əsasında məhkəmə qərarı ilə əldə edilmiş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə barəsində olan həmin cinayət işində köməklik edilməsi ilə bağlı +************ saylı nömrə istifadəçisi ilə mütəmadi olaraq əlaqə saxlamışdır. 994773006860 nömrə istifadəçisi ## ###### 2023-cü ildən - ## ###### 2023-cü ilədək təqsirləndirilən şəxs2 ilə barəsində olan cinayət işinin məhkəmədəki yeri, vəziyyəti, hansı hakimin icraatında olması barədə məsələləri müəyyən etmiş, lazım olsa onun əvəzinə cəza çəkəcəyi, uşaqlarının anasız böyüməsinə yol verməyəcəyini bildirmiş, Gülər həmin şəxsə "Vüqar” deyə müraciət etmiş, ibtidai istintaq dövründə isə təqsirləndirilən şəxs2 həmin xüsusat üzrə dindirilmiş və onun "Ləzgi Vüqar” adlı şəxs olduğunu qeyd etmişdir. Məhkəmə iclasında isə eyni xüsusat üzrə dindirilərkən əvvəlcə şahid6 başqa "Vüqar” tanımadığını qeyd etsə də istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlar barədə məlumatlar tədqiq edilərkən onu "xatırladığını”, həmin şəxsin "İsmayıllı Vüqar” olduğunu bildirmişdir. Tutulduğu tarixdən bir gün əvvələ, yəni ## ###### 2023-cü ilə qədər barəsində olan cinayət işinə həmin Vüqar tərəfindən kömək edildiyi təqdirdə polis əməkdaşı "Vüqar” tərəfindən hansı dövrdə ona kömək etmək barədə razılaşmaları barədə isə suallara təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 "ağlabatan” cavab verə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər təqsirləndirilən şəxs2 və Şahlar İsayevin, eləcə də Aysu Abdüləzimovanın istifadəsində olan telefon nömrələri vasitəsilə aparılan danışıqlar barədə əldə edilmiş məlumatlardan da görünür ki, onlar ilə şahid6 arasında hər hansı danışıq, sms olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər sonuncu ilə onun göstərişi əsasında yalnız "whats up” vasitəsilə əlaqə saxladığını, adi nömrə ilə zəng etsə də sonuncunun telefonu açmadığını qeyd etmişlər. ## ##### 2023-cü il tarixli protokollar tədqiq edilərkən isə hər iki təqsirləndirilən şəxsin istifadəsində olan telefonlara keçirilmiş baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməməsi görünmüşdür (cild 1, iş vərəqə 225- 226). Yəni qeyd edilən protokollarla təqsirləndirilən şəxslərin ## ###### 2023-cü il tarixdə verdikləri ifadələri, yəni əvvəlcə təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etməyə getməsi, sonradan narkotik vasitənin yeri barədə məlumatları Şahlar İsayevə göndərməsi, şahid6 təhriki ilə hazırki cinayəti törətmələri kimi məlumatlar təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında təqsirləndirilən şəxslər həmin telefonun yaddaşında olan yazışmaların polis əməkdaşları tərəfindən pozulduğunu iddia etmişdirlər. Məhkəmə təqsirləndirilən şəxslərin həmin dəlilləri ilə əlaqədar qeyd edir ki, ## ###### 2023-cü il tarixdə barələrində ev dustaqlığı qətimkan tədbirinin seçildikdən sonra ibtidai istintaq dövrünün sonrakı mərhələsində təqsirləndirilən şəxslər ifadələrini dəyişmək imkanlarına malik olmaqla yenidən fərqli məzmunda ifadə verərək məhz Vüqar Qəmbərovun təhriki ilə üzərlərindən və yaşadıqları evdən aşkar edilmiş narkotik vasitələri əldə etdiklərini, qeyd edilən halları təsdiq edən məlumatların istifadələrində olan telefonda öz əksini tapdığını, lakin telefonda olan məlumatların polis əməkdaşları tərəfindən pozulması barədə xüsusatları istintaq orqanının nəzərinə çatdırmamalarını, habelə həmin telefonların yaddaşının bərpa edilməsi barədə istintaq orqanına vəsatət verməmələrini nəzərə alaraq qeyd edilən ifadələrinin cinayət işi materialları ilə təkzib edilməsi barədə qənaətə gəlir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, məhkəmə baxışının sonrakı mərhələsində təqsirləndirilən şəxslər ifadələrini dəyişdirərək bütün yazışmaların telefonun yaddaşında qaldığını göstərərək telefonların məhkəməyə gətirilərək tədqiq edilməsini xahiş etmişdir. Müdafiə tərəfinin vəsatəti ilə həm təqsirləndirilən şəxs2, həm Şahlar İsayevin üzərindən şəxsi axtarış zamanı aşkar edilən telefonlar məhkəməyə gətirilmiş, iclasda həmin telefonların tədqiqi zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 telefonun kodunu xatırlamadığını, Şahlar İsayev isə kodun dəyişdirildiyini iddia etdiklərindən müvafiq telefonlara baxış keçirilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi haqqında qərarla təqsirləndirilən şəxslərin istintaq dövründə şahid6 təhriki ilə narkotik vasitələr əldə etməsi xüsusatı araşdırılmış, şahid6 barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Müdafiə tərəfinin digər əsas dəlili təqsirləndirilən şəxslərlə şahid6 arasında üzləşdirmə istintaq hərəkətinin aparılmaması, iş materiallarına saxta üzləşdirmə protokolunun əlavə edilməsidir. İşdə olan ## ##### 2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, Şahlar İsayev həmin tarixdə saat 10:30-10:50 radələrində, ## ### 2023-cü il tarixli üzləşmə protokolundan görünür ki, təqsirləndirilən şəxs2 saat 10:30-11:30 radələrində Nizami rayon Polis İdarəsində şahid şahid6 ilə üzləşdirilmişdir. Bundan başqa ## ### 2023-cü il tarixdə saat 11:35-12:15 radələrində təqsirləndirilən şəxs2 və Şahlar isayev Nizami rayon Polis İdarəsində üzləşdirilmişdir. Şahid şahid6 istifadəsində olan nömrəsilə aparılan danışıqlar (MTC, MOC, SMS) vasitəsilə əldə edilmiş anten məlumatlarına əsasən sonuncunun ## ##### 2023-cü il tarixdə onun Şahlar İsayevlə üzləşdirmə saatlarında harada olmasının müəyyən edilməsi mümkün olmamış (belə ki, şahidin olduğu yer barəsində məlumatlar yalnız həmin gün saat 12:32 radələrindən sonra mövcud olmuşdur), ## ### 2023-cü il tarixdə saat 11:02 radələrində yəni təqsirləndirilən şəxs2 ilə üzləşdirilmə saatlarında Abbasqulu Abbaszadə küçəsi, Telequllə yaxınlığında olmuşdur. Şahlar İsayevin istifadəsində olan ********** mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlar(MTC, MOC, SMS) üzərindən əldə edilmiş məlumatlardan görünmüşdür ki, onun ## ##### 2023-cü il tarixdə harda olması müəyyən edilə bilməmiş(belə ki, həmin dövrə qeyd edilən telefon nömrəsi vasitəsilə yalnız internetdən istifadə nəticəsində anten məlumatları əldə edilə bilmişdir ), ## ### 2023-cü il tarixdə saat 13:25 radələrində isə Xaçmaz rayonunda olmuşdur. Təqsirləndirilən şəxs Şahlar İsayev həmin nömrədən istifadə ilə əlaqədar bildirmişdir ki xatırlamadığı tarixdə avtomobilini təmir etmək üçün Xaçmaz rayonuna getmiş, telefonu orada başqa şəxsə verib qayıtmışdır. Birinci instansiya məhkəməsi əvvəla qeyd etmişdir ki, təqsirləndirilən şəxs nə istintaq dövründə, nə də əvvəlki məhkəmə tərkibin iştirakı ilə keçirilən iclaslarda, nə də hazırki məhkəmə baxış iclasında ********** mobil telefon nömrəsinin ona məxsus olması barədə məlumat verməmiş, məhkəmə iclasında elan edilərək tədqiq edilən ## ###### 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclas protokolundan isə görünmüşdür ki, Şahlar İsayev həmin məhkəmə iclasında *** *** **** mobil telefon nömrəsindən istifadə etdiyini, həmin nömrə ilə şahid6la əlaqə saxladığını qeyd etmişdir. Bundan başqa həmin məhkəmə iclasında istintaq dövründə Vüqarla arasında üzləşmə keçirilməsini təsdiq etsə də həmin şəxsin başqa Vüqar olduğunu, lakin onun şahid6 olmadığını demədiyini bildirmişdir. Bundan başqa ## #### 2024-cü il tarixli məhkəmə iclas protokolundan görünür ki,təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət təqdim edərək Şahlar İsayevin istifadəsində olan ********** mobil telefon nömrəsi barədə anten məlumatlarının əldə edilməsinə dair vəsatət verilmiş və vəsatət onunla əsaslandırılmışdır ki, Şahlar İsayev həmin tarixlərdə Tovuz rayonunda olmuşdur. Birinci instansiya məhkəməsi, Şahlar İsayev tərəfindən verilmiş ifadələrdə ********** mobil telefon nömrəsindən istifadə etməsinə dair məlumatlara rast gəlinməməsini, ********** mobil telefon nömrəsinə dair anten məlumatlarının "xxxx” MMC tərəfindən məhkəməyə təqdim edilməsinə baxmayaraq həmin nömrənin ümumiyyətlə Şahlar İsayevin istifadəsində olub-olmamasının müəyyən edilməməsini, müdafiə tərəfinin vəsatət verərkən ## ##### 2023 və ## ### 2023-cü il Şahlar İsayevin Tovuz rayonunda olmasını bildirsə də sorğu əsasında əldə edilmiş anten məlumatlarına əsasən həmin nömrə istifadəçisinin qeyd edilən tarixlərdə Xaçmaz rayonunda olmasını, Şahlar İsayevin hazırki məhkəmə baxış iclasında qeyd edilən nömrəni xatırlamadığı tarixdə Xaçmaz rayonunda yaşayan avtomobil ustasına verməsini bildirməsini nəzərə alaraq hesab edir ki, ********** mobil telefon nömrəsi vasitəsilə aparılan telefon danışıqları üzərindən anten məlumatlarını özündə əks etdirən CD disk ## ##### 2023-cü il tarixli üzləşdirmə protokolunun mötəbərliliyinin şübhə altına alınması üçün əsas qismində çıxış edə bilməz. Müvafiq üzləşdirmə protokollarının mötəbərliliyinin müəyyən edilməsi məqsədilə məhkəmə tərəfindən təqsirləndirilən şəxs Şahlar İsayevin istifadəsində olan +************ mobil telefon nömrəsinin anten məlumatlarının, barəsində ev dustaqlığı qətimkan tədbiri seçildiyi üçün həm Şahlar İsayevin, həm təqsirləndirilən şəxs2 hərəkət trayektoriyası barəsində məlumatların təqdim edilməsi barədə verilmiş sorğulara əsasən “xxxx” MMCdən daxil olmuş ## ###### 2026-cı il tarixli məktubla +************ mobil telefon nömrəsinin ## ##### 2023 və ## ### 2023-cü il tarixdə müvafiq şəbəkədə istifadə edilməməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya - Kommuniksiya İdarəsi tərəfindən təqdim edilmiş ## ###### 2026-cı il tarixli məktubla arxiv görüntülərinin saxlama müddətinin məktubda göstərilmiş ## ### 2023-cü ili əhatə etmədiyi üçün təqsirləndirilən şəxslərin hərəkət trayektoriyasınının müəyyən edilməsinin mümkün olmadığı, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin ## ###### 2026-cı il tarixli məktubla İsayev Şahlar Rəhbər oğlunun ünvan 14 ünvanında yaşamadığı üçün onun davranışına nəzarətin həyata keçirilməsi və qeydiyyata alınmasının mümkün olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi şahid şahid6la təqsirləndirilən şəxs Şahlar İsayev arasında ## ##### 2023-cü il tarixdə aparılmış üzləşdirmə zamanı şahid6 istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə aparılmış danışıqlara(MTC, MOC, SMS) əsasən əldə edilmiş anten məlumatları əsasında onun Nizami rayon Polis idarəsindən başqa yerdə olmasının təsdiq edilməməsi, eləcə də Şahlar İsayevin ## ##### 2023 və ## ### 2023-cü il tarixdə, təqsirləndirilən şəxs2 ## ### 2023-cü il tarixdə harda olmasının müəyyən edilməsi istiqamətində həyata keçirilmiş bütün prosesual hərəkətlərin nəticəsiz qalması səbəbindən Şahlar İsayevin həm ## ##### 2023-cü il, həm ## ### 2023-cü il tarixdə, təqsirləndirilən şəxs2 isə ## ### 2023-cü il tarixdə üzləşmə zamanı Nizami rayon Polis İdarəsində olmasının təkzib edilməməsi səbəbindən hesab edir ki, şahid6la təqsirləndirilən şəxs Şahlar İsayev arasında ## ##### 2023-cü il tarixdə, Şahlar İsayevlə təqsirləndirilən şəxs2 arasında ## ### 2023-cü il tarixdə aparılmış üzləşdirmə protokolu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən mötəbər sübut kimi qəbul edilməlidir. Lakin şahid şahid6 ## ###### 2023-cü il tarixli məhkəmə iclasında bir sıra nömrələrinin olmasını qeyd etsə də müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməsinə dair Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə əsasən onunla təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 arasında ## ### 2023-cü il tarixdə aparılmış üzləşdirmə zamanı istifadəsində olan mobil telefon nömrəsi vasitəsilə aparılmış danışıqlara(MTC, MOC, SMS) əsasən əldə edilmiş anten məlumatları əsasında işlədiyi idarədə olmasının müəyyən edilməsi səbəbindən məhkəmə həmin üzləşdirmə protokolunu mötəbər sübut kimi qəbul etmir. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 istintaq dövründə və məhkəmə iclasında bir-birindən kəskin şəkildə fərqlənən ifadələr verməsi onun verdiyi ifadələrin "ağlabatan” ifadə kimi qəbul edilibedilməməsinin qiymətləndirilməsi zamanı nəzərə alınmalıdır: təqsirləndirilən şəxs2 ibtidai istintaq və məhkəmə baxışı dövründə "xxxx” adlı İran İslam Respublikası vətəndaşı şəxsdən polis əməkdaşının təhriki ilə narkotik vasitə əldə etdiyini, həmin şəxslə tutulmamışdan 1 ay əvvəl tanış olmasını (## ### 2023-cü il tarixli üzləşmə zamanı) göstərsə də istifadəsində olan ********** saylı mobil telefon nömrəsi vasitəsilə aparılan danışıqlara baxış keçirilərkən onun tutulmamışdan 11 gün əvvəl +989901565618 iran İslam Respublikasının mobil operatorlarına məxsus nömrə ilə əlaqə saxladığını, ibtidai istintaq dövründə isə həmin şəxsin kim olması barədə dindirilərkən qeyd edilən şəxsin adının Murtuza olduğunu qeyd etmişdir; ibtidai istintaq dövründə təqsirləndirilən şəxs2 ifadə verərkən ilkin olaraq narkotik vasitə götürməyə özü getdiyini, həmin sahədə adam cox olmasını gördüyünə geri qayıtdığını, Şahları göndərdiyini, məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitə götürməyə Şahların getdiyini, sonuncunun narkotik vasitənin yerini tapa bilmədiyinə görə yenidən özünün getdiyini bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızı və İsayev Şahlar Rəhbər oğlu qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1.1-ci və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətdir. Qeyd olunan əməl təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilmişdir və başa çatmış cinayətdir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. təqsirləndirilən şəxs2 İsbəndiyar qızı və İsayev Şahlar Rəhbər oğluna qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 İsbəndiyar qızı və İsayev Şahlar Rəhbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Apellyasiya şikayətlərində müdafiə tərəfi öz sübyektiv mülahizələrinə görə bir sıra hallara istinad edərək təqsirləndirilən şəxs2 İsbəndiyar qızı və İsayev Şahlar Rəhbər oğlunun təqsirsizliyini sübut etməyə çalışmışlar. Həmçinin müəyyən olunur ki, təqsirləndirilən şəxslər birinci instansiya məhkəməsində də analoji dəlillərlə çıxış etmişlər və hökmdə həmin dəlillərə hərtərəfli, obyektiv və qanunauğun şəkildə qiymət verilmişdir. Cinayət işinin mürəkkəbliyi nəzərə alınmaqla ibtidai istintaq zamanı, eləcə də əməliyyataxtarış fəaliyyəti zamanı hər hansı prosessual qanun pozuntusuna, o cümlədən müdafiə hüququnun pozulması halına yol verilmədiyi müəyyən olunmuş, təqsirləndirilən şəxslərə təzyiq göstərilməsi halı öz təsdiqini tapmamışdır. Həmçinin İsayev Şahlar Rəhbər oğlunun təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın müstəntiq tərəfindən imzalanmamsı halı da öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işinin 1-ci cildinin 98-100 vərəqlərində olan ## ###### 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərardan və qərarın surətinin proses iştirakçılarına təqdim edilməsindən görünür ki, İsayev Şahlar Rəhbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə ## ###### 2023-cü il tarixli qərar iş üzrə ibtidai istintaqı aparan müstəntiq X7 tərəfindən imzalanmaqla təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilmişdir. Cinayət işinin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs2 İsbəndiyar qızının və İsayev Şahlar Rəhbər oğlunun əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi, prosessual hüquqlarının, o cümlədən müdafiə hüququnun pozulması halları iş materialları ilə müəyyən edilməmişdir. təqsirləndirilən şəxs2 İsbəndiyar qızının və İsayev Şahlar Rəhbər oğlunun milli qanunvericiliklə, habelə Avropa Konvensiyası ilə təminat verilən hüquqları təmin olunmuşdur. təqsirləndirilən şəxs2 İsbəndiyar qızının və İsayev Şahlar Rəhbər oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olub ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. İsayev Şahlar Rəhbər oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu və 61-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. təqsirləndirilən şəxs2 İsbəndiyar qızının himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmış, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61 -ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs2 İsbəndiyar qızının və İsayev Şahlar Rəhbər oğlunun barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxslərin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onların barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026cı il tarixli, *(***)-**/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 İsbəndiyar qızının müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Məhkum edilmiş şəxs İsayev Şahlar Rəhbər oğlunun müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. təqsirləndirilən şəxs2 İsbəndiyar qızının və İsayev Şahlar Rəhbər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Ziya Şirinov Aqil Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar