Məhkəmə qərarları › İş №1(3-6)-513/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-513/2026

15.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-513/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin sədri Əkbərov Mübariz Dosməmməd oğlu, X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə aidiyyətlə bağlı mübahisəyə baxaraq, MÜƏYYƏN ETDİM: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə ## #### 2025-ci il tarixdə X1 CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılmalı olması əsas gətirilərək, ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün cinayət işinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iş aidiyyət ilə bağlı mübahisənin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsinin sədri həmin apellyasiya məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri arasında olan fikir ayrılığına baxır. Lakin hazırkı işin materiallarından görünür ki, aidiyyətlə bağlı fikir ayrılığı müxtəlif apellyasiya instansiya məhkəmələrinin yurisdiksiyalarına aid olan birinci instansiya məhkəmələri arasında yaranmışdır. Belə olan halda apellyasiya instansiyası məhkəmələrindən heç birinin aidiyyət mübahisəsini həll etmək səlahiyyətləri qanunvericilikdə nəzərdə tutulmadığndan hazırkı iş aidiyyət mübahisəsinin həll edilməsi üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 77-ci və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 66-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDIM: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsi arasında yaranmış aidiyyət mübahisəsinin həll edilməsi üçün iş materialları Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar