Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-514/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçiləri Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 və Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5ci maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə (hakimlər X10 (sədrlik edən), X4 və X1 ibarət tərkibdə) ## ###### 2000-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Umbakı Penitensiar Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin xaric edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut məsələləri həll edilmişdir. Işin halları: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ona görə ki, o, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə basqın edərək təkrar quldurluq cinayətini törətmişdir. Ibtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 18 C ünvanında yerləşən zərərçəkmiş şəxs3 MMC-yə məxsus “Bolmart" mağazasına müştəri qismində gələrək vitrindən 01 ədəd dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat 59 (əlli doqquz) qəpik olan “BALVENIE 700ML V1058 DOUBLEWOOD 14 CARIB” adlı spirtli içkini gizli yolla talayıb zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs3 MMC-yə 278 (iki yüz yetmiş səkkiz) manat 59 (əlli doqquz) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə ## ###### 2025-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 18 C ünvanında yerləşən zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Bolmart” mağazasına müştəri qismində gələrək vitrindən 01 ədəd dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat 59 (əlli doqquz) qəpik olan “BALVENIE 700ML V1058 DOUBLEWOOD 14 CARIB” adlı spirtli içkini və 01 ədəd dəyəri 107 (yüz yeddi) manat 15 (on beş) qəpik olan “CHIVAS REGAL 700ML EXTRA” adlı spirtli içkini gizli yolla talayıb marketi tərk edib küçəyə çıxaraq onun oğurluq etməsini başa düşüb arxası ilə marketdən bir qədər aralıqda Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 19 ünvanında yerləşən avtobus dayanacağına qədər onu təqib edib saxlamaq istəyən, həmin marketdə paketləyici işləyən zərərçəkmiş şəxs2, həmçinin marketdə satıcı işləyən zərərçəkmiş şəxs1 onun hərəkətlərini aşkar etməsini dərk etsə də özgənin əmlakını gizli yolla talamağa yönəlmiş cinayət hərəkətlərini daha azğın formada həyata keçirib quldurluq cinayətinin törədilməsinə yönəldərək ələ keçirdiyi əmlakı özündə saxlamaq üçün silah qismində istifadə etdiyi oboy bıçağının tiyə hissəsini tətbiq edərək zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı olan basqın edib zərərçəkmiş hüquqi şəxs zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətinə 385 (üç yüz səksən beş) manat 73 (yetmiş üç) qəpik məbləğində maddi ziyan vurmaqla silah qismində istifadə edilən əşyanı tətbiq etməklə təkrar quldurluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsinə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə, onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsinə və onun dərhal məhkəmə iclas zalından həbsdən azad olunmasına dair hökm çıxarılmasını xahiş etmişdir. Apellyaiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Bu pozuntulara isə Bakı Ağır Cinayətlər Məhkəməsinin mübahisəli məhkəmə hökmünü çıxarmış hakimləri tərəfindən göz yumulmuşdur. Hesab edir ki, məhkəmə hökmü çıxarılarkən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələbləri də kobud şəkildə pozulmuşdur. Cinayət işi üzrə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəmə iclasında dəvət edilərək iştirakı ilə dindirilməsini dəfələrlə məhkəmədən xahiş etsələr də, birinci insitansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxs2 iştirakı məhkəmə iclasında təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “bir necə dəfə zərərçəkmiş şəxsə bildiriş göndərilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir”. Həmçinin, cinayət işi üzrə ifadə vermiş şahid şahid2 hadisə baş verən günü həqiqətən həmin ərazidə olub-olmamasını müəyyən etmək üçün (çünki təqsirləndirilən şəxs çarpaz dindirmə zamanı ona verilmiş suala cavab olaraq bildirdi ki, o, şahid2 hadisə baş verən zaman görməmişdir) ona məxsus, yəni onun istifadəsində olan ********** və ********** nömrələrinin anten dairəsinin müəyyən edilməsinə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Lakin məhkəmə tərəfindən həmin vəsatət də təmin edilməmişdir. Məhkəmə anten dairəsinin əldə edilməsinə dair vəsatətin təmin edilməməsini onunla əsaslandırmışdır ki, “anten dairəsinin müəyyən edilməsinə dair vəsatətin təmin edilməsi şəxsin telefon danışıqları sirrinin pozulması ilə nəticələnə bilər buna görə də vəsatət təmin edilmir”. Həmin vəsatətlərin təmin edilməsi cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına, cinayət təqibinin tezliyinin təmin edilməsinə heç bir maneçilik törədə bilməzdi. Əksinə cinayət işi üzrə həqiqəti üzə çıxaracaqdı. Hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin müdafiə tərəfinin vəsatətlərinə bu cür mövqe göstərməsi kobud qanun pozuntusudur. Çünki məhkəmə vəsatətin təmin edilməməsini əsaslandıra bilməmişdir. Məhkəmənin əsaslandırması isə qəbul edilən deyil. Hesab edir ki, apellyasiya şikayətində qeyd edilən halların tam, hərtərəfli və obyektiv araşdırılması və yekunda qanuni və əsaslı qərar qəbul edilməsi məqsədilə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən təmin edilməyən vəsatətləri Bakı Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməlidir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda nəzərdə tutulmuş əməlin onun tərəfindən törədilməsini inkar edir. Iş üzrə toplanmış və məhkəyə təqdim edilmiş sübutların məcmusuna daxil olan hər bir sübut ayrı-ayrılıqda və məcmu halında yaranma mənbəyinə, mötəbərliyinə və mümkünlüyünə əsaslı şübhələrlə müşahidə olunur və bu şübhələri aradan qaldırmaq mümkün deyildir. Hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsidə həmçinin təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilərkən kobud qanun pozuntusuna yol vermiş, belə ki, cinayət törətməmiş şəxsi saxta və uydurma sübutlar əsasında təqsirli bilmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs, onun müdafiəçiləri müdafiəçi2 və müdafiəçi1 verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X9 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Bununla yanaşı, hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsinin rəqəm ifadəsi olaraq xaric edilməsini xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Hökmdən, cinayət işinin materiallarından, apellyasiya şikayətinin dəlillərindən, o cümlədən, məhkum edilmiş şəxsin, müdafiəçinin apellyasiya baxışı zamanı şikayətin dəlilləri barədə çıxışlarından görünür ki, müdafiə tərəfindən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi mübahisələndirilərək ona bəraət verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə ittiham elan edilərkən özünü təqsirli bilsə də, sonradan təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, yaşadığı evin kirayə pulunu ödəyə bilmədiyi üçün Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Bolmart” mağazasından 3 ədəd viski oğurlamışdır. Həmin viskiləri oğurladıqdan sonra satıb kirayə pulunu ödəyəcəkmiş. Mağazadan viskiləri oğurlayıb çıxmış, dayanacağa tərəf getmişdir. Saat təxminən 20:00 radələri olmuşdur. Dayanacaqda gözlədiyi müddətdən 10-15 dəqiqə sonra mağazanın işçiləri, bu iş üzrə zərərçəkmiş şəxslər olan zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 onun yanına gəlmiş, onu qolundan tutub saxlamışlar və ona birlikdə gəlməli olduqlarını demişlər. O, hara getdiklərini soruşduqda “gedəndə görəcəksən” deyə cavab vermişlər. O, müqavimət göstərmədən onlarla birlikdə mağazaya tərəf getmişdir. Yolda olarkən əlavə iki nəfərin də gəldiyini görmüş, həmin iki nəfəri gördükdən sonra Elşənlə Ağasini itələyib qollarından çıxmışdır. Onlar üzərinə doğru gələndə əlini belinə atıb “yaxınlaşmayın, yoxsa sizin üçün yaxşı olmayacaq” deyə hədələmişdir. Əlini belinə atan kimi onlar da qorxmuş, üzərinə doğru gəlməmişlər. O da hadisə yerindən uzaqlaşaraq qaçmışdır. O, “Bolmart” mağazasından birinci dəfə ## ###### 2024-cü il tarixdə viski oğurlamışdır, növbəti gün də axşam saatlarında mağazaya gedib yenidən viski oğurlayıb çıxmışdır. ## ###### 2025-ci il tarixdəki oğurluq epizodu ilə əlaqəsi yoxdur, bu barədə məlumatlı deyil. Oğurluq etdikdən sonra səhv xatırlamırsa, fevral ayında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, pulu olmadığı üçün viskilərin ödənişini edə bilməmişdir. Viskiləri satıb kirayə pulunu ödəyəcəkmiş. ## ###### 2024-cü il tarixdə “Bolmart” mağazasından iki ədəd viski oğurlamış, növbəti günün axşamı yenə həmin mağazaya getmiş, bir ədəd viski oğurlayıb çıxmış, dayanacağa tərəf getmişdir. Dayanacaqda avtobus gözləmişdir. 15-20 dəqiqə sonra mağazanın iki nəfər işçisi yanına gəlmiş, onlarla birlikdə mağazaya getməli olduğunu demişlər. Müqavimət göstərmədən onlarla birlikdə mağazaya tərəf getmişdir. Yolda əlavə iki nəfərin də üzərinə doğru gəldiyini görmüşdür. Elşənlə Ağasi öndən gələn iki şəxsə “tutduq adamı, tez gəlin” deyə səsləməyə başlamışlar. Bu zaman o, Elşəngilin qolundan çıxmış, önlərinə keçmişdir. Üzərinə doğru gəldiklərini gördükdə əlini belinə atmış, “yaxınlaşmayın, yoxsa sizin üçün heç yaxşı olmayacaq” demişdir. Onlar da qorxduqları üçün yaxınlaşmamış, hamısı yan-yana durub gözləmişlər. O da hadisə yerindən uzaqlaşaraq qaçmışdır. Əlini belinə atan zaman “yaxınlaşmayın, yoxsa sizi bıçaqlayacağam” deyə hədə-qorxu gəlməmişdir. Hadisə anında üzərində bıçaq olmamış, sadəcə Elşəngili qorxutmaq üçün yalan danışmışdır. Özünü müdafiə etmək məqsədi ilə əlini belinə atmışdır. Zərərçəkmiş şəxslər məhkəmədə verdikləri ifadələrində yalan danışmışlar. Onlar hadisə yerində kameraların olmadığını demişlər, lakin həmin yerdə ət dükanı var, bu dükanda da kamera işlək vəziyyətdə olmuşdur. Hadisə anına dair bütün görüntülər həmin kamerada vardır. Ibtidai istintaqda müstəntiq kameradakı görüntülərə baxmaq üçün ət dükanına getmiş, dükanın sahibinin belə məsələlərə dair anlayışı olmadığı üçün müstəntiq həmin videogörüntüləri silmişdir. Ibtidai istintaqda müstəntiq ona qarşı normal davranmışdır. Ona ibtidai istintaqda hər hansı fiziki və ya psixi təzyiq olmamışdır. Ibtidai istintaqda ifadə verən zaman da baş verən hadisəni olduğu kimi danışmışdır, kənar təsirlər olmamışdır. Oğurladığı viskilərin adlarını və qiymətlərini dəqiq xatırlamır. Səhv etmirsə, viskilərdən biri 85 manat, biri 125 manat, digəri isə 278 manat imiş. Mağazadan 500 manatdan aşağı məbləğdə oğurluq etmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, yaşadığı evin kirayəsini ödəyə bilmədiyi üçün yaxınlıqda, yəni Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ünvanında yerləşən “Bolmart” mağazasından spirtli içki oğurlamaq qərarına gəlmiş, ## ###### 2024-cü il tarixdə həmin mağazadan adını xatırlamadığı spirtli içkini oğurlamış və heç kim görmədən oradan uzaqlaşmış, daha sonra həmin viskini Maştağa qəsəbəsində taksi kimi fəaliyyət göstərən sadəcə olaraq adını bildiyi Asəf adlı şəxsə 50 manat qarşılığında satmış və həmin pulu kirayəyə ödəmiş, daha sonra ## ###### 2025-ci il tarixdə həmin mağazaya yenidən getmiş, burada vitrindən 01 ədəd “Chivas” markalı və 01 ədəd markasını xatırlamadığı spirtli içkiləri götürmüş və əynində olan cins şalvarının sağ arxa və sol arxa ciblərinə qoymuş, daha sonra marketi tərk etmiş, bu zaman oranı tərk etmək məqsədilə avtobus dayanacağına getmiş, burada olan zaman ona iki nəfər şəxs yaxınlaşmış, həmin şəxslər ona oğurluq etdiyini, bu səbəbdən mağazaya yaxınlaşmasını söyləmiş, bu zaman üzərində olan rezakın kəsici hissəsini, yəni tiyəsini çıxararaq həmin şəxslərə ona yaxın gəlməmələrini söyləmiş, onlar rezakın tiyəsini gördükdə ondan uzaqlaşmağa başlamış, o da qaçaraq oradan uzaqlaşmış, daha sonra oradan oğurladığı viskilərdən birini Savalan qəsəbəsində yerləşən kafelərdən birindəki tanımadığı müştəriyə satmış, digər viskini isə dostları ilə birlikdə içmiş, həmin vaxt onlar üzərinə gəlməsin deyə rezakın tiyəsini onlara göstərərək onları hədələmək məqsədilə rezakın tiyəsini çıxarmış, rezakın tiyəsini hadisə baş verdikdən sonra qaçaraq oradan uzaqlaşan zaman xatırlamadığı yerə tullamış, həmin şəxslərə rezakın tiyə hissəsi ilə vurmamış, lakin rezakın tiyəsini onlara tərəf hərəkət etdirərək onları qorxutmaq istəmişdir, çünki həmin vaxt üzərində “Bolmart” mağazasından oğurladığı 02 ədəd spirtli içki olmuşdur. ## ###### 2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi ünvanında yerləşən “Bolmart” mağazasından 01 ədəd spirtli içkini oğurladıqdan sonra həmin mağazadan motosikletə minərək uzaqlaşması barədə verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin motosikleti idarə edən şəxsin sadəcə olaraq kuryer fəaliyyəti ilə məşğul olduğunu bilir, həmin şəxsi yol kənarında görmüş, həmin motosikleti idarə edən şəxsi üzdən tanıyır, lakin adını, soyadını və anket məlumatlarını bilmir, həmin şəxsə marketdən oğurluq edəcəyini, marketdən götürdüyü içkinin oğurluq olduğunu deməmişdir (cild 1, iş vərəqi 122-123). Ifadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirdi ki, elan olunmuş ifadəsini təsdiq edir, sadəcə rezak bıçağı ilə bağlı epizodla razılaşmır. O, hadisə anında rezak bıçağı çıxartmamışdır. Elan olunmuş ifadəsinin altındakı yazılar, çəkilmiş imza ona məxsusdur. Sabunçu Rayon Məhkəməsinin qərarında elan olunan ifadə doğrudur, məhkəmədə bu şəkildə ifadə vermişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, ## ###### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs tərəfindən oğurluq hadisəsi törədilmişdir. Belə ki, ümumi dəyəri 663 manat olan içkilər oğurlanmışdır. Həmin içkilər eyni gündə oğurlanmamışdır. Ayrı-ayrı günlərdə Təqsirləndirilən şəxs tərəfindən 03 ədəd viski oğurlanmışdır. Birinci dəfə bir viski oğurlanmışdır, həmin içkinin qiymətini dəqiq bilmir. O, həmin mağazada mühafizə rəisinin müavini vəzifəsində işləyir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirdi ki, Elşənin oğurladığı içkilərdən biri “Chivas Regal”, digərləri isə “X5” olmuşdur. Ona oğurlanmış içkilərin ümumi dəyəri bildirilmiş, ayrı-ayrılıqda içkilərin qiymətinin nə qədər olduğunu bilmir. Mağazadan üç içki oğurlanmışdır. Birinci içki ## ###### 2024-cü il tarixdə, digər içkilər isə ## ###### 2025-ci il tarixdə oğurlanmışdır. ## ###### 2024-cü il tarixdə, saat 20:38 radələrində Elşən mağazaya gəlmiş, həmin vaxt nəzarətçinin başı qarışıq olduğu üçün kameradan baş verənləri izləyə bilməmişdir. Elşən də içkilər olan bölməyə daxil olmuş, bir ədəd içkini götürüb gödəkçəsinin içərisində gizlətmişdir. Daha sonra da mağazada 4-5 dəqiqə gəzdikdən sonra çölə çıxmışdır. Çölə çıxdıqdan sonra başqa bir şəxsin idarə etdiyi motosikletə minərək oradan uzaqlaşmışdır. Həmin motosikleti idarə edən şəxs, deyəsən Elşənin dostu imiş. ## ###### 2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsi isə Elgün bəyin növbəsində olmuşdur. Belə ki, o, mağazaya ümumi şəkildə nəzarət etmiş, növbəli işləməmişdir. Həmin gün Elşən yenə mağazaya gəlmiş, birinci dəfə içki oğurladığı üçün artıq daha rahat şəkildə hərəkət etmişdir. Içkilər olan bölməyə daxil olaraq iki ədəd viskini götürmüş, sonra gödəkçəsinin içərisində gizlətmişdir. Içkiləri gizlətdikdən sonra kassa tərəfdən rahat şəkildə keçmişdir. Onların mağazasında detektor var imiş, lakin işlək vəziyyətdə olmamışdır, bu səbəbdən Elşən viskiləri oğurladıqda siqnal səsi gəlməmişdir. Mağazada hər ay yoxlama həyata keçirilmişdir. Belə ki, məhsulları saymışlar, əgər çatışmazlıq olarsa, satış həyata keçirib-keçirmədiklərini dəqiqləşdirmişlər. Əgər satış həyata keçirilməmişdirsə, rəhbərə məlumat vermişlər, araşdırma təyin etmişlər, kamera görüntülərini izləmişlər. Onlar mağazada olan viskiləri saydıqda çatışmazlıq olduğunu görmüşlər. Daha sonra neçə ədəd viski satışını həyata keçirdiklərinə baxmışlar. Uyğunsuzluq olduğunu gördükləri üçün araşdırma həyata keçirmiş, kamera görüntülərini izləmişlər. Həmin an viskiləri Təqsirləndirilən şəxs oğurladığını görmüşlər. Təqsirləndirilən şəxs yenə mağazadan içki oğurlamaq istəyərkən bu iş üzrə zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 Elşən mağazadan çıxan kimi arxasınca getmişlər. Həmin vaxt Elşən üzərində olan oboy bıçağını çıxartmış, həmin zərərçəkmiş şəxsləri hədələmiş, xəsarət yetirmək istəmişdir. Bu anlar kamera görüntülərinə düşməmişdir, çünki hadisə kamera görüntüləri çəkilməyən yerdə baş vermişdir. Ilk oğurluq hadisəsi axşam saatlarında baş vermişdir, təxminən 20:38 radələri olmuşdur. Təqsirləndirilən şəxs özü də mağazadan viski oğurladığını etiraf etmişdir. O, Elşənin üzərində olan oboy bıçağını görməmişdir, lakin zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 görmüşlər. Baş verən hadisələrin hamısını ona zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 danışmışdır. Oğurlanan içkilərin ümumi dəyəri 663 manat olmuşdur. Içkilərin oğurlandığı ana dair videogörüntülər məhkəməyə təqdim olunmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, oğurluq hadisəsi axşam saatlarında baş vermişdir. Belə ki, mağazada satıcı işləyən Ağasi onun yanına gələrək viskilərin bir neçəsinin oğurlandığı barədə məlumat vermişdir. Bundan sonra onlar Elşən adlı şəxsi izləməyə başlamışlar, çünki onun oğurluq etdiyini kamera görüntülərindən anlamışlar. Həmin vaxt Elşən dayanacağa tərəf getmişdir. Onlar da Elşəni izləyib arxasınca getmişlər. Ən sonda yaxınlaşıb onun viski oğurladığına dair videogörüntüləri izlədiklərini, onlarla birlikdə mağazaya gəlməsini bildirmişlər. Elşən də ilk başda heç bir problem olmadığını, oğurluq etmədiyini bildirmişdir. Onlar mağazaya tərəf gedəndə Elşən üzərindəki oboy bıçağını çıxardıb üzərlərinə doğru çəkmiş, uzaqlaşmalarını istəmiş, bir neçə dəqiqə sonra qaçaraq yanlarından uzaqlaşmışdır. Onlar mağazada işləyən mühafizəçiyə viski oğurlandığını, nəzarəti düzgün həyata keçirməsini bildirmişlər. Ilk oğurluq hadisəsində mühafizəçinin başı qarışıq olduğu üçün nəzarəti düzgün şəkildə həyata keçirə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 bildirdi ki, Elşənin onlara bıçaq çəkməyə niyə ehtiyac duyduğunu o da bilməmişdir. Halbuki, onlar Elşənə çox təmkinli bir şəkildə yaxınlaşmışlar. Elşənə onlarla birlikdə mağazaya gəlməsini təklif etmişlər, videogörüntüləri izləyib araşdırma aparmışlar. Elşən bu mübahisənin bir az da davam etsə, sonunun heç yaxşı bitməyəcəyini başa düşmüşdür. Bu səbəbdən tez bir zamanda yanlarından uzaqlaşmışdır. Elşən onların üzərinə doğru oboy bıçağı çəkəndə üz mimikalarından qəzəbli, hirsli olduğu bilinmişdir. Belə ki, onlar əvvəlcədən Elşənlə mağazaya getmək barədə razılığa gəlmişlər. Tam mağazaya yaxınlaşanda Elşən qəzəbli bir şəkildə oboy bıçağını üzərlərinə doğru çəkmişdir, uzaqlaşmalarını, yoxsa onlara bıçaqla xəsarət yetirəcəyini bildirmişdir. Elşən bıçaqla ilk olaraq Ağasinin üzərinə hücum çəkmişdir, bu zaman o, Ağasini kənara çəkmişdir, sonra onun üzərinə hücum çəkəndə Ağasi onu kənara çəkmişdir. Hadisə anında Elşən Ağasi ilə üzbəüz vəziyyətdə dayanmışdır. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun içki şöbəsində satıcı olaraq işlədiyi mağazaya gəlmişdir. Birinci dəfə gələndə içkilərdən birini oğurlayıb arxa cibinə atmışdır. Sonra həyətə çıxmış, bir müddət gəzmiş, sonra yenidən içəri daxil olmuşdur. Bu dəfə 2-3 ədəd içki oğurlayıb üzərində gizlətmişdir. Elşən mağazanın çölündə olan zaman özünü idarə edə bilməmişdir. Içkili olduğu üçün vulqar ifadələr işlədərək telefonla danışmışdır. Elşənin üzü qıpqırmızı olmuş, eləcə də, üzərindən içki qoxusu gəlmişdir, baxan kimi içkili olduğunu anlamaq mümkün olmuşdur. Bir müddət sonra mühafizəçi onlara mağazadan içki oğurluğu edildiyinə dair məlumat vermiş, həmin şəxsin də Təqsirləndirilən şəxs olduğunu demişdir. Bundan sonra o, zərərçəkmiş şəxs2la birlikdə dayanacağa tərəf getmişdir. Təqsirləndirilən şəxs görən kimi yanına yaxınlaşmışlar. Elşənə onlarla mağazaya gəlməli olduğunu demişlər. Ilk başda Elşən onlarla mağazaya gəlməyə razılaşmış, lakin qısa bir müddət sonra özü də fikrindən yayınmış, üzərindəki oboy bıçağını çıxarıb onları hədələmişdir. Həmin bıçaq onun tam yanından keçmişdir, lakin xəsarət almamışdır. Hadisə anında o, zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs2 da onu bıçaq xəsarəti almaqdan xilas etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 bildirdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Elşənə dayanacaqda yaxınlaşanda birlikdə mağazaya getməyi, mühafizəçinin otağında videogörüntüləri izləməyi təklif etmişdir. Hadisə axşam saatlarında baş versə də, Elşənin əlindəkinin oboy bıçağı olduğunu dəqiq görmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərdi ki, o, “Bolmart” mağazasında gecə növbəsində kassir işləmişdir. Hadisə günü Təqsirləndirilən şəxs mağazaya gələrək içki götürmüş, daha sonra da ödəniş etmədən, telefonla danışa-danışa mağazadan çıxmışdır. Onlar da Elşənin arxasınca getmişlər. Dayanacaqda gözləyən zaman Elşənə yaxınlaşıb mağazadan içki götürüb-götürmədiyini soruşmuşlar. Elşən də heç nə götürmədiyini demişdir, halbuki, götürdüyü məhsul üzərində imiş. Daha sonra Elşən onların üzərinə kəsici alət çıxartmışdır. Məhkəmədə verilən suallara cavab olaraq şahid şahid2 bildirdi ki, o, “Bolmart” mağazasında 3 ilə yaxın müddətdir ki, kassir işləyir. Onun əyləşdiyi yerlə içkilərin olduğu cərgə arasında çox az məsafə var. Birbaşa həmin sıranı görə bilir. Elşənin götürdüyü içkilərdən sadəcə birini xatırlayır, səhv etmirsə, qırmızı rəngdə Chivas Regal imiş. Elşənin götürdüyü Chivas Regalın qiymətini dəqiq xatırlamır, hərəsi bir qiymətdə imiş. 130 manata qədər növü var. Elşənin marketə daxil olduğunu görmüşdür. Hansı tarixdə gördüyünü dəqiq xatırlamır. Qulaqcığına qədər hər şey yadındadır. Elşən girişdən daxil olduqdan sonra sağ tərəfə getmiş, bir qədər gəzdikdən sonra içki cərgəsinə daxil olmuş, bir içki götürüb cibinə qoymuşdur. Içkini cibinə qoyduqdan sonra şirniyyatlara baxmış, şirniyyatlara baxdıqdan sonra ödəniş etmədən mağazadan çıxmışdır. Elşən mağazadan çıxdıqdan sonra onlar təhlükəsizlik kameralarına baxmışlar. Kameralara baxan zaman Elşənin mağazadan uzaqlaşaraq dayanacağa tərəf getdiyini görmüşdür. Bu zaman onlar tez mağazadan çıxıb Elşənin arxasınca getmişlər. Ibtidai istintaqda ifadə vermiş, yazılanları oxuyub imza çəkmişdir. Ibtidai istintaqda ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Elşənə dayanacaqda yaxınlaşıb içki götürdüyünü, üzərində olduğunu bildirmişlər. Elşən də bunu inkar etmiş, daha sonra da üzərlərinə rezak çıxartmışdır. Bununla yanaşı, şahid şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi ünvanında yerləşən "Bolmart" supermarketdə satıcı işləyir. ##.##.2025-ci il tarixdə, təxminən saat 20 radələrində həmin sözügedən marketdə olan zaman həmin marketdə işləyən Elşən və Ağasinin marketin çöl qapısının qarşısında həyəcanlı şəkildə söhbət etdiyini görmüş, onlara yaxınlaşmış, bu zaman onlar ona marketin qarşısında olan bir nəfər başında qırmızı kepkası, qara uzun gödəkçəsi olan müştərinin 2 ədəd spirtli içkini şalvarının cibinə qoyaraq ödəniş etməyib marketdən çıxmasını söyləmiş, bir qədər marketin çölündə həmin şəxsi müşayiət etmiş, həmin şəxsin qulağında qulaqcıq olmuş və həmin şəxs telefonla danışırmış, daha sonra həmin şəxsin marketdən uzaqlaşdığını gördükdə ilk olaraq Elşən və Ağasi həmin şəxsin arxasınca qaçmış, daha sonra o, onun ardından isə marketdə işləyən Ramal məsələdən xəbər tutduqda gəlmiş, o və Ramal bir qədər irəlilədikdə mağazadan oğurluq edən şəxslə Elşən və Ağasinin həmin marketdən təxminən 100 metr uzaqlıqda avtobus dayanacağının qarşısında olduğunu görmüş, yaxınlaşdıqda həmin şəxsin əlində rezakın, yəni oboy bıçağının tiyəsinin olduğunu görmüş, həmin şəxs əlində olan rezakın tiyə hissəsini Ağasi və Elşənə tərəf hərəkət etdirirmiş, Elşən və Ağasi isə bir-birlərini qorumağa çalışırmışlar, oraya çatdıqda həmin şəxs rezakın tiyə hissəsini əlində tutmağa davam edərək oradan uzaqlaşmışdır (cild 1, iş vərəqi 140-142). Ifadəsi elan edildikdən sonra əlavə suallara cavab olaraq şahid şahid2 bildirdi ki, elan olunmuş ifadəsini təsdiq edir. Elşən içkini şalvarının arxa cibinə qoymuşdur. O, Elşənin üzərində sadəcə bir içki görmüşdür. Elşənin əlindəki kəsici aləti görmüşdür. Sadəcə olaraq, rezak, yoxsa bıçaq olduğunu dəqiq xatırlamır. Elşənin əlində kəsici alətlə üzərlərinə gələrək nə dediyini dəqiq xatırlamır. Sadəcə üzərlərinə kəsici alətlə doğru gəldiyini xatırlayır. Elşənin şirniyyat cərgəsində gəzdiyini ibtidai istintaqda bildirməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - ## ###### 2025-ci il tarixli raportdan görünür ki, ## ###### 2025-ci il tarixdə saat 14:55 radələrində vət. Nümayəndə Daxili Işlər Nazirliyinin 102 xidmətinə zəng edərək, “Bolmart” supermarketdən 385 manat dəyərində spirtli içkinin oğurlanması barədə məlumat vermişdir (cild 1, iş vərəqi 3). - hadisə yerinə baxış keçirilməsi barədə ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Sabunçu rayonu, Səhər şossesi ünvanında yerləşən “Bolmart” supermarketidir. Keçirilən baxış zamanı yol xəttinin kənarında iki mərtəbədən ibarət şüşə və alkopan üzlüklü reklam yazısı olan mağaza müşahidə olunaraq fotoşəkilləri çəkilmişdir (cild 1, iş vərəqi 4-5). - vətəndaş Nümayəndə məxsus ## ###### 2025-ci il tarixli ərizədən görünür ki, ## ###### 2025-ci il tarixdə, təxminən saat 20 radələrində Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi ünvanında fəaliyyət göstərən, həmçinin mühafizə rəisinin müavini vəzifəsində işlədiyi "Bolmart" supermarketə müştəri qismində daxil olan şəxs vitrindən 2 ədəd, ümumi dəyəri 385 manat olan spirtli içki viski götürüb pulunu ödəmədən marketdən çıxıb gedərkən satıcılar tərəfindən həmin şəxsdən ödənişin edilməsi tələb edilmiş, bu zaman həmin şəxs cibindən bıçaq çıxardaraq satıcıları qorxudub oradan uzaqlaşıb getmişdir (cild 1, iş vərəqi 6). - müşahidə kamerasının görüntüsünə baxış keçirilməsi haqqında ## ###### 2025-ci il tarixli protokoldan görünür ki, vət. Nümayəndə müraciəti əsasında kamera görüntülərinə baxış keçirilmiş, baxış zamanı hadisə yerində müşahidə kamerasının qeydə aldığı görüntülər götürülərək protokola əlavə olunmuşdur. Aparılan təhqiqat araşdırması zamanı vət. Nümayəndə müraciəti əsasında qeyd olunan ünvana gedilərək, hadisə yerinin fotoşəkilləri çəkilmiş və baxış keçirilmişdir. Həmçinin hadisə yerində olan müşahidə kamerasının görüntüsünə baxış keçirilmiş, vətəndaşın qeyd etdikləri öz əksini tapmışdır (cild 1, iş vərəqi 12-13). - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında 01 fnvral 2025- ci il tarixli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş hüquqi şəxs qismində, Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 1, iş vərəqi 33). - ## ###### 2025-ci il tarixli arayışdan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ##.##.2024-cü il və ##.##.2025-ci il tarixlərdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi 18C ünvanında yerləşən zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Bolmart" mağazasından ələ keçirilmiş spirtli içkilərin siyahısı götürülmüşdür. Həmin siyahıya görə, 5010327524566 barkodlu, “Viski Balvenie 700ml V1058 Doublewood 14Carib” işkisi 278,59 AZN, 5000299611104 barkodlu, “X2 700ml Extra” içkisi 107,15 AZN dəyərində olduğu müəyyən edilir (cild 1, iş vərəqi 41-42). - zərərçəkmiş şəxs qismində tanınma haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 53). - zərərçəkmiş şəxs qismində tanınma haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 65). - Bakı şəhəri Sabunçu RPI-nin 12-ci Polis şöbəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Nümayəndə qarşı soyğunçuluq edən, ## ###### 2000-ci ildə, Gədəbəy rayonunda anadan olmuş, subay, orta təhsiilli, heç bir yerdə işləməyən, əvvələr məhkum olunmamış, Sabunçu rayonu, Savalan qəsəbəsi, yeni tikili nömrəsiz ünvanında yaşayan, Təqsirləndirilən şəxs ## ###### 2025-ci il tarixdə saat 10:00 radələrində yaşadığı evin qarşısında saxlanaraq istintaq hərəkətləri aparılması üçün Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq şöbəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 75). - şəxsin tanınmaya təqdim olunması barədə ## ###### 2025-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs digər şəxslər sırasında tanınma üçün zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 təqdim edilmiş, zərərçəkmiş şəxs bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə paketləyici kimi işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində yerləşən “Bolmart” mağazasına bir nəfər şəxsin müstəri qismində gəldiyini, həmin şəxsin mağazadan 02 ədəd viski oğurladığını, bu zaman həmin marketdə satıcı işləyən Ağasi adlı şəxslə birlikdə onun arxasınca getdiklərini, marketdən təxminən 100 metr məsafədə dayanacaqda ona yaxınlaşdıqlarını, bu zaman həmin şəxsə mağazadan oğurluq etdiyini söylədikdə əlində olan rezakın tiyə hissəsini onlara uzadaraq onları hədələdiyini bildirmişdir. zərərçəkmiş şəxs2 rezakın tiyə hissəsi ilə onu hədələyən şəxsin 3-cü sırada duran Təqsirləndirilən şəxs olduğunu bildirmiş və həmin şəxsi boyunun təxminən 1,70 sm olması, gözlərinin qəhvəyi rəngli olması və sifət cizgilərindən tanıdığını əlavə etmişdir (cild 1, iş vərəqi 80-83). - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında ## ###### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 1, iş vərəqi 110). - diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında ##.##.2025-ci il tarixli protokoldan görünür ki, “xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühafizə rəisinin müavini Nümayəndə təqdim etdiyi diskdə olan videogörüntülərə baxış keçirilmiş, həmin diskə xidməti otaqda istifadə olunan “Honor” markalı kompüter monitorunda yuxarıda adları sadalanan şəxslərin iştirakı ilə baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 05 ədəd videogörüntü var. "WhatsApp Video 2025-01-20 at 14.15.12 (1)" adlı görüntüyə daxil olduqda müəyyən edilmişdir ki, videogörüntü 01 dəqiqə 37 saniyədən ibarətdir və videogörüntüdə başında qırmızı rəngli papaq, üzərində qara rəngli uzun gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı və qulağında simli qulaqcıq olan şəxs marketin qapısından çıxır və marketin qarşısında önə və arxaya doğru hərəkət edərək telefonla danışır və oradan uzaqlaşır, bundan sonra marketin qarşısında dayanan iki nəfər şəxs də onun arxasınca qaçır. Qaçan şəxslərdən birinin üzərində "Bolmart" mağazasının gödəkçəsi, digərinin üzərində isə qara rəngli gödəkçə vardır. "WhatsApp Video 2025-01- 20 at 14.15.12 (2)" adlı görüntüyə daxil olduqda müəyyən edilmişdir ki, videogörüntü 01 dəqiqə 01 saniyədən ibarətdir və videogörüntüdə başında qırmızı rəngli papaq, üzərində qara rəngli uzun gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı və qulağında simli qulaqcıq olan şəxs mağazanın vitrinindən 01 ədəd içkini götürərək şalvarının sağ arxa cibinə qoyur və marketi tərk edir. "WhatsApp Video 2025-01-20 at 14.15.12 (3)" adlı görüntüyə daxil olduqda müəyyən edilmişdir ki, videogörüntü 06 saniyədən ibarətdir və videogörüntüdə əynində göy rəngli idman dəsti olan şəxs mağazanın vitrinindən 01 ədəd içkini götürür. "WhatsApp Video 2025-01-20 at 14.15.12" adlı görüntüyə daxil olduqda müəyyən edilmişdir ki, videogörüntü 45 saniyədən ibarətdir və videogörüntüdə başında qırmızı rəngli papaq, üzərində qara rəngli uzun gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı və qulağında simli qulaqcıq olan şəxs mağazanın vitrinindən 01 ədəd içkini götürərək şalvarının sağ arxa cibinə qoyur və marketi tərk edir. "WhatsApp Video 2025-01- 20 at 14.15.13" adlı görüntüyə daxil olduqda müəyyən edilmişdir ki, videogörüntü 41 saniyədən ibarətdir və videogörüntüdə əynində göy rəngli idman dəsti olan şəxs əlində 01 ədəd içki ilə mağazanı tərk edir və marketin qarşısında hər hansı bir dövlət qeydiyyat nişanı olmayan motosikletə minərək oradan uzaqlaşır. Baxış zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X11 iştirakı ilə bildirmişdir ki, videogörüntülərdə olan başında qırmızı rəngli papaq, üzərində qara rəngli uzun gödəkçə, qara rəngli şalvar, qara rəngli ayaqqabı və qulağında simli qulaqcıq olan şəxs və əynində göy rəngli idman dəsti olan şəxs özüdür. Həmin cinayətləri o, ## ###### 2024-cü il tarixdə və ## ###### 2025-ci il tarixdə özü törətmişdir və törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs 5-ci görüntüdə olan motosikleti marketə gələrkən təsadüfən yol kənarında tapdığını, həmin motosikleti idarə edən şəxsi üzdən tanıdığını, lakin adını, soyadını və anket məlumatlarını bilmədiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin şəxsə marketdən oğurluq edəcəyini, marketdən götürdüyü içkinin oğurluq olduğunu ona demədiyini qeyd etmişdir (cild 1, iş vərəqi 124-125). - * nömrəli X18 ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 5 ildə stasionar müalicə üçün yuxarıda adı göstərilən xəstəxanaya müraciət etməmişdir (cild 1, iş vərəqi 152). - Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin 12-ci Polis Şöbəsinin ## ###### 2025-ci il tarixli məktubundan görünür ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar tədbirlər həyata keçirilmiş və Təqsirləndirilən şəxs ## ###### 2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 18 C ünvanında yerləşən zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Bolmart" mağazasından oğurluq etdikdən sonra minərək uzaqlaşdığı, marketin qarşısında onu gözləyən motosikleti idarə edən şəxsi və Təqsirləndirilən şəxs silah qismində istifadə etdiyi oboy bıçağının tiyə hissəsini müəyyən etmək mümkün olmamış, hadisənin baş verdiyi ərazini qeydə alan videomüşahidə kameralarının olmadığı müəyyən edilmiş və hadisəni görə biləcək şahidlərin dairəsini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 153). - ifadənin yerində yoxlanılması haqqında ## #### 2025-ci il tarixli protokoldan və fotoşəkildən görünür ki, cinayət işi üzrə istintaq gedişində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə ifadəsi yerində yoxlanılmış, zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 təklif olunmuşdur ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təklifə əsasən zərərçəkmiş şəxs2 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 18C ünvanında yerləşən zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Bolmart” mağazasına gəlinmiş, orada ifadəsi yerində yoxlanılan zərərçəkmiş şəxs2 təklif edilmişdir ki, istintaq hərəkətinin iştirakçılarını hadisə yerinə aparsın, bundan sonra onun arxasınca gedilib "Bolmart" mağazasından təxminən 100 metr məsafədə olan, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 19 ünvanında yerləşən avtobus dayanacağının qarşısına gəlinmişdir. zərərçəkmiş şəxs2 təklif olunmuşdur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onu oboy bıçağının tiyə hissəsi ilə hədələdiyi yeri göstərsin. Təklifə əsasən zərərçəkmiş şəxs2 əli ilə göstərib bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə, təxminən saat 20 radələrində sözügedən marketdə satıcı kimi işləyən zərərçəkmiş şəxs1 marketdə olan zaman bir nəfər başında qırmızı kepkası, qara uzun gödəkçəsi olan müştərinin 2 ədəd spirtli içkini şalvarının cibinə qoyaraq ödəniş etməyib marketdən çıxmasını gördüyünü qaçaraq gəlib ona demiş, bundan sonra Ağasi ilə birlikdə həmin şəxsin arxasınca marketdən çıxmış və marketin çölündə həmin şəxsi müşayiət etmiş, həmin şəxsin qulağında qulaqcıq olmuş və telefonla danışırmış, daha sonra həmin şəxsin marketdən uzaqlaşdığını gördükdə Ağasi ilə birlikdə həmin şəxsin arxasınca qaçmış, həmin şəxsə əli ilə göstərdiyi yerdə yaxınlaşmış və həmin şəxsə oğurluq hadisəsi baş verdiyini, bu səbəbdən marketə yaxınlaşmasını, marketdə məsələyə aydınlıq gətirməyi təklif etmiş, lakin bu zaman həmin şəxs qəflətən üzərilərinə rezak çıxarmış və rezakı onlara tərəfə uzadaraq "yaxınlaşmayın, mən heç nə oğurlamamışam, gəlsəniz vuracam" demiş, bu zaman həmin şəxsə bununla bağlı görüntülər olduğunu, həmin oğurluğu onun törətdiyini bildirmiş, bu zaman həmin şəxs əlində olan rezakı hərəkət etdirirmiş, bu zaman həmin şəxs əlində olan rezakı Ağasiyə xəsarət yetirmək üçün ona tərəf hərəkət etdirmiş, lakin o, Ağasini arxadan özünə tərəf çəkmiş və rezak Ağasiyə dəymədən yan keçmiş, bundan sonra həmin şəxs eyni qaydada əlindəki rezakın tiyəsini ona vurmaq istəmiş, lakin bu dəfə Ağasi onu özünə tərəf çəkmiş və rezakın tiyəsi ona dəyməmiş, həmin vaxt sonradan gələn "Bolmart" mağazasında işləyən Murad və Ramal da orada olmuş, daha sonra oradan uzaqlaşmışlar (cild 1, iş vərəqi 154-156) - ifadənin yerində yoxlanılması haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə istintaq gedişində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə ifadəsini yerində yoxlamış, zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 təklif olunmuşdur ki, istintaq gedişində ifadəsində dediklərini yerində göstərsin. Təklifə əsasən zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 18C ünvanında yerləşən zərərçəkmiş şəxs3 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Bolmart" mağazasına gəlinmiş, orada ifadəsi yerində yoxlanılan zərərçəkmiş şəxs1 təklif edilmişdir ki, istintaq hərəkətinin iştirakçılarını hadisə yerinə aparsın, bundan sonra onun arxasınca gedilib "Bolmart" mağazasından təxminən 100 metr məsafədə olan, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi 19 ünvanında yerləşən avtobus dayanacağının qarşısına gəlinmişdir. zərərçəkmiş şəxs1 təklif olunmuşdur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onu oboy bıçağının tiyə hissəsi ilə hədələdiyi yeri göstərsin. Təklifə əsasən zərərçəkmiş şəxs1 əli ilə göstərib bildirmişdir ki, ## ###### 2025-ci il tarixdə, təxminən saat 20 radələrində sözügedən marketdə olan zaman bir nəfər başında qırmızı kepkası, qara uzun gödəkçəsi olan müştərinin 2 ədəd spirtli içkini şalvarının cibinə qoyaraq ödəniş etməyib marketdən çıxmasını görmüş və bu barədə həmin marketdə işləyən Elşənə söyləmiş, bundan sonra Elşən ilə birlikdə həmin şəxsin arxasınca marketdən çıxmış və marketin çölündə həmin şəxsi müşayiət etmiş, həmin şəxsin qulağında qulaqcıq olmuş və telefonla danışırmış, daha sonra həmin şəxsin marketdən uzaqlaşdığını gördükdə Elşən ilə birlikdə həmin şəxsin arxasınca qaçmış, həmin şəxsə əli ilə göstərdiyi yerdə yaxınlaşmış və həmin şəxsə oğurluq hadisəsi baş verdiyini bu səbəbdən marketə yaxınlaşmasını, marketdə məsələyə aydınlıq gətirməyi təklif etmiş, lakin bu zaman həmin şəxs qəflətən üzərilərinə rezak çıxarmış və rezakı onlara tərəfə uzadaraq "yaxınlaşmayın, mən heç nə oğurlamamışam, gəlsəniz vuracam" demiş, bu zaman həmin şəxsə bununla bağlı görüntülər olduğunu, həmin oğurluğu onun törətdiyini bildirmiş, bu zaman həmin şəxs əlində olan rezakı hərəkət etdirirmiş, bu zaman həmin şəxs əlində olan rezakı ona xəsarət yetirmək üçün ona tərəf hərəkət etdirmiş, lakin Elşən arxadan onu özünə tərəf çəkmiş və rezak ona dəymədən yan keçmiş, bundan sonra həmin şəxs eyni qaydada əlindəki rezakın tiyəsini Elşənə vurmaq istəmiş, lakin bu səfərdə o, Elşəni özünə tərəf çəkmiş və rezakın tiyəsi Elşənə dəyməmiş, həmin vaxt sonradan gələn "Bolmart" mağazasında işləyən Murad və Ramal da orada olmuş, daha sonra oradan uzaqlaşmışlar (cild 1, iş vərəqi 157-159) - sübutların qiymətləndirilməsi haqqında ## #### 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə təqdim etdiyi 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 1, iş vərəqi 160-169). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair ## #### 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş zərərçəkmiş şəxslərə və şahidə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirilmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmış və o, ittihamı qismən mübahisələndirmişdir. Məhkəmə qeyd etmişdir ki, müdafiə tərəfi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs talama hərəkətlərini törətməsini mübahisəsiz olaraq qəbul edir. Müdafiə tərəfinin mübahisələndirdiyi hal ondan ibarətdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs quldurluq cinayətini ümumiyyətlə törətməmiş, törətdiyi talama hərəkətləri isə cinayət əməli deyil, inzibati xəta hadisəsinə aiddir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinə əsasən hadisə baş vermiş ## ###### 2025-ci il tarixdə onun üzərində hər hansı kəsici əşya olmamış, o, üzərindən hər hansı kəsici əşya çıxarmamış və kəsici əşya ilə zərəçəkmiş şəxsləri hədələməmişdir. O, sadəcə zərərçəkmiş şəxsləri qorxutmaq üçün yalandan əlini belinə atmışdır. Məhkəmə müdafiə tərəfinin mövqeyi ilə qismən razılaşaraq hesab etmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxs oğurluqla bağlı verilmiş ittihamdan da görünür ki, onun ## ###### 2024-cü il tarixdə “Bolmart" mağazasından taladığı “BALVENIE 700ML V1058 DOUBLEWOOD 14 CARIB” adlı spirtli içkinin dəyəri 278 (iki yüz yetmiş səkkiz) manat 59 (əlli doqquz) qəpik, yəni 500 manatdan aşağı olmuşdur. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittihamla razılaşmamış və hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və şərh edilən sübutlara əsasən o nəticəyə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş oğurluq cinayəti üzrə ittiham öz təsdiqini tapmamışdır və həmin maddə ona verilmiş ümumi ittihamdan çıxarılmalıdır. Ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2 və 181.2.5-ci maddələri ilə verilmiş ittihama gəlincə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin ittiham məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, habelə şahid şahid2 ifadələrində göstərmişlər ki, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs mağazadan spirtli işkiləri taladığını aşkar etdikdən sonra onlar dayanacaqda durmuş Təqsirləndirilən şəxs yaxınlaşıb sonuncunu araşdırmaq məqsədilə mağazaya dəvət etdikdən sonra təqsirlənsirilən şəxs üzərində olan oboy bıçağı kimi tanınan rezakı çıxarıb onlara yaxınlaşmamasını, rezakla onları vuracağını demiş, hətta rezakı hər iki zərərçəkmiş şəxsə qarşı hərəkət etdirmişdir. Məhkəmə zərərçəkmiş şəxslərin və şahidin qeyd edilən ifadələrini işin digər halları ilə tamamilə uzlaşdığı səbəbindən sübut kimi qəbul etmiş və təqsirləndirilən şəxsin məhkəmədə verdiyi həmin ifadəsini onun müdafiə mövqeyi kimi dəyərləndirmişdir. Məhkəmə həmin nəticəyə gələrkən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini də sübut kimi qəbul etmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2005-ci il tarixli Qərarının 7- ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşaiyət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Özgə əmlakının ələ keçirilməsi qeyri müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Kollegiya mövcud sübutları tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq cinayətini törətməsi ibtidai istintaq zamanı toplanmış sübutlarla yanaşı məhkəmə istintaq zamanı özünü əvvəlcə təqsirli bilməsi barədə ifadəsi, zərəçəkmiş şəxslər və şahid ifadələri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokollar və cinayət işinin materialları ilə bir daha öz təsdiqini tapmışdır. Apellyasiya şikayətinin dəlillərində Təqsirləndirilən şəxs ona verilmiş ittihamla razılaşmayaraq quldurluq cinayətini törətmədiyini qeyd etsə də, onun bu dəlilləri işin halları və digər şəxslərin ifadələri ilə təkzib edildiyindən əsassız hesab edilir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə iclasında zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1, şahid qismində dindirilmiş şahid2 Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barədə ətraflı məlumat vermişlər. Həmçinin, ifadənin yerində yoxlanılması haqqında ## #### 2025-ci il tarixli protokola əsasən cinayət işi üzrə istintaq gedişində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə ifadəsi yerində yoxlanılan zaman və ifadənin yerində yoxlanılması haqqında ## #### 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə istintaq gedişində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə ifadəsini yoxlanılan zaman zərərçəkmiş şəxslərin Təqsirləndirilən şəxs oğurluq hadisəsi baş verdiyini, bu səbəbdən marketə yaxınlaşmasını, marketdə məsələyə aydınlıq gətirməyi təklif etmələri, lakin bu zaman həmin şəxs qəflətən üzərilərinə rezak çıxarıb rezakı onlara tərəfə uzadaraq "yaxınlaşmayın, mən heç nə oğurlamamışam, gəlsəniz vuracam" deməsi, həmin şəxsə bununla bağlı görüntülər olduğunu, həmin oğurluğu onun törətdiyini bildirdikləri, bu zaman həmin şəxsin əlində olan rezakı hərəkət etdirməsi faktı bir daha öz təsdiqini tapmışdır. Kollegiya məhkəmənin mövqeyini qanuni hesab edərək qeyd edir ki, apellyasiya şikayətində və məhkum edilmiş şəxsin apellyasiya icraatı zamanı ifadəsində Təqsirləndirilən şəxs bəraət verilməsi xahiş edilsə də, lakin toplanmış sübutlarla onun quldurluq- yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın cinayəti silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildiyindən onun əməli qanuni olaraq Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Aparılan araşdırma zamanı məhkum edilmiş şəxsin irəli sürdüyü dəlillər öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi barədə birinci instansiya məhkəməsinin qənaətini əsaslı və qanuni hesab edir. Məhkum edilmiş Təqsirləndirilən şəxs əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla belə məhkəmə kollegiyası dövlət ittihamçısının rəyini də nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun norması düzgün tətbiq olunmaması müəyyən edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə verilmiş ittihamla razılaşmayaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin ona verilmiş ümumi ittihamdan çıxarılması barədə nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəməsi Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin xaric edilməsi halında onun əməlində talama cinayətinin “təkrarlıq” əlaməti mövcud olmamışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun # #### 2005-ci il tarixli Qərarının 17-ci bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Qeyd edilir ki, məhkəmə bu zaman tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq etməklə cinayət qanunu normasının tətbiqində səhvə yol vermişdir. Hesab edilir ki, Təqsirləndirilən şəxs əməlində təkrarlıq əlaməti olmadığından onun ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci maddəsi xaric edilməli, onun cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə əhatə edildiyindən həmin maddə ilə təqsirli bilinməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək kollegiya qeyd edir ki, cinayət işinin tətqiqi zamanı Təqsirləndirilən şəxs barəsində bəraət verilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadığından şikayət təmin edilməməlidir. Belə ki, müdafiə tərəfinin birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının iclasında mübahisələndirdiyi hal ondan ibarət olmuşdur ki, təqsirləndirilən şəxs mağazadan etdiyi oğurluğun məbləği 500 manatdan aşağı olmuş (inzibati xəta tərkibli) və hadisə zamanı üzərində bıçaq olmamış, satıcıları qorxutmaq üçün sadəcə yalandan əlini belinə atmışdır. Birinci instansiya məhkəməsi bu dəlillə qismən razılaşmışdır. Belə ki, şəxsin ## ###### 2024-cü ildə törətdiyi ilk gizli talama əməlinin dəyəri 278,59 manat (500 manatdan aşağı) olduğu üçün onun əməlindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi xaric edilmişdir. Bununla bağlı olaraq, ilk əməl cinayət tərkibi yaratmadığı üçün növbəti quldurluq əməlində "təkrarlıq" əlaməti də aradan qalxmışdır. Bu səbəbdən kollegiya müdafiənin bu maddə ilə bağlı dəlilini qəbul edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2-ci (təkrarən quldurluq) maddəsini ittihamdan xaric edilməsini qanunauyğun hesab edir. Lakin ## ###### 2025-ci il tarixdə market işçilərinin ona yaxınlaşdığı zaman rezak çıxararaq hücum etməsi faktı real basqın və quldurluq (sağlamlıq üçün təhlükəli zorakılıq hədəsi) hesab edildiyindən, əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci (silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə tövsif edilməsini kollegiya qanuni hesab edir. Eyni zamanda müdafiə tərəfinin mövqeyinə görə birinci instansiya məhkəməsi zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 məhkəməyə gəlməsini təmin etməmiş, habelə şahid şahid2 hadisə yerində olub-olmamasını yoxlamaq üçün onun telefon nömrələrinin anten dairəsinin müəyyən edilməsi barədə vəsatəti qanunsuz olaraq rədd etmişdir. Birinci instansiya məhkəməsi vəsatətlərin rədd edilməsini onunla əsaslandırmışdır ki, zərərçəkmiş şəxsə bir neçə dəfə bildiriş göndərilsə də o, məhkəməyə gəlməmişdir. Anten dairəsinin tələb edilməsi isə şəxsin telefon danışıqlarının sirrinin pozulması ilə nəticələnə biləcəyi üçün təmin edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi ümumi nəticələri və faktiki halların qiymətləndirilməsini qanuni hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hökmündən göründüyü kimi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilmiş, cəzasını ağırlaşdıran hal olmaması müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, əsaslandırılmış və ədalətli cəza təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli * saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olan cinayət qanununun normasının düzgün tətbiq edilməməsi hesab edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2025-ci il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 403, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü cinayət qanunu norması düzgün tətbiq olunmaqla dəyişdirilsin. Təqsirləndirilən şəxs ittihamından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.2ci maddəsi rəqəm ifadəsi olaraq xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə ona təyin edilmiş 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının həddi 8 (səkkiz) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə 16 (on altı) saat üçün cəmi 176 (yüz yetmiş altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri * saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Elnur Nuriyev
Məhkəmə qərarları › İş №1(3-6)-514/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-514/2026
17.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver