Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-515/2026 09.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət tərkibdə Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri «Universal» vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ.İşin halları:
1. Hökmə əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır.
2. Belə ki, o, külli miqdarda 3,040 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 2,788 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədilə əldə edərək narkotik vasitə heroini 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda 1,519 qram, 1,479 qram və 0,042 qram təmiz çəkilərdə, habelə psixotrop maddə metamfetamini 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda 0,868 qram, 1,852 qram və 0,068 qram çəkilərdə "Next vertical” adlı bir ədəd saqqız qutusunda qablaşdırıb Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində üzərində saxlamaqla daşımış, ## #### 2025-cü il tarixdə, saat 17:10-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Z.Qasımov küçəsi, ev 37 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının sonuncu blokunun girişində saxlanılıb üzəri yoxlanılan zaman geyinmş olduğu şalvarın sol yan cibindən "Next vertical” adlı saqqız qutusunda qablaşdırıb satış məqsədilə saxladığı 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,519 qram, 1,479 qram və 0,042 qram, ümumi təmiz çəkisi 3,040 qram kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin, eləcə də 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,868 qram, 1,852 qram və 0,068 qram, ümumi təmiz çəkisi 2,788 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
3. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmü ilə (Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, X1 və X2 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, onun narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.
4. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.
II. Apelyasiya şikayətinin dəlilləri və etirazlar:
5. Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını obyektiv şəkildə araşdırmamış, eləcə də 2 azyaşlı övladlarının olması, sosial vəziyyətinin və ailəsinə yeganə qazanc gətirən olduğu nəzərə alınmamışdır.
6. Apelyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
III.Proses iştirakçılarının çıxışları:
7. Apelyasiya icraatında müdafiəçi müdafiəçi1 bildirmişdir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasında olarkən prokurorluq tərəfindən müayinədən keçirilməkdən imtina etməsi faktı mövcud vəziyyəti dəyişməmişdir. Belə ki, həmin vaxt onun xəsarət almasından kifayət qədər uzun müddət keçdiyindən, müayinə aparılsa belə, bədəni üzərində xəsarətlərin aşkar edilməsi qeyri-mümkündür. Lakin həm X6rkən, həm də istintaq təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması qeyd edilmişdir. Onun saxlanılan zaman ekspertizadan imtina etməsi barədə isə iş materiallarında hər hansı bir qeyd mövcud olmamışdır. Təqsirləndirilən şəxs saat 12:00-dan saat 17:00-a kimi üç dəfə polis bölməsinə, daha sonra isə müvafiq ünvana aparıldığını bildirsə də, müstəntiqin sorğusu əsasında alınan mobil operatorun anten dairəsi məlumatlarına əsasən, onun saat 05:00-06:00 radələrində polis bölməsində olduğu əks olunmuşdur. Sorğunun onun saat 12:00-dan 17:00-a kimi harada olmasının müəyyən edilməsi barədə verilməsi daha məqsədəuyğun hesab olunardı. Təqsirləndirilən şəxs mobil telefonuna gələn SMS-lərə əsasən Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs özü də narkotik vasitə istifadəçisi olduğunu, digər şəxslərlə birlikdə narkotik vasitə istifadə etdiyini və bu birgə istifadənin məqsədinin özündə narkotik vasitə olmadıqda digər şəxslərdən əldə edə bilmək niyyəti daşıdığını bildirmişdir. Həmçinin qeyd olunan daxil olan yazışmalara Təqsirləndirilən şəxs tərəfindən heç bir cavab verilməmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərindən tərəzi aşkarlanmamış, habelə narkotik vasitəni satdığı şəxslərlə bağlı iş materiallarına hər hansı sənəd əlavə edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmədən apelyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir.
8. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ona gələn yazışmalara heç bir cavab verməmiş və narkotik vasitə satmamışdır. Məhkəmədən apelyasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etmişdir.
9. Apelyasiya icraatında dövlət ittihamçısı dövlət ittihamçısı3 bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması iş materialları ilə tam sübuta yetirilmişdir, məhkəmədən apelyasiya şikayətinin təmin edilməməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
III.Hüquqi məsələlər:
10. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir.
11. İş materiallarında olan ## #### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol”dan və ## #### 2025ci il tarixli “cd diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs oğlunun üstünün yoxlanılması videoçəkilişlə həyata keçirilmiş, çəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 01 ədəd üzərinə “NEXT” yazılmış yaşıl rəngli saqqız qutusunu təqdim etmiş, həmin saqqız qutusunun içinə baxan zaman sellofanın içində 04 büküm və 01 ədəd ağ kağıza bükülü halda olan 02 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirən zaman 03 ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə və 03 ədədinin içərisindən ağ kristalşəkilli maddə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd “REDMI NOTE 7” markalı üzərində 077-307-87-15 nömrə olan mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd selofana bükülmüş və 01 ədəd qızılı rəngli siqaret falqasına bükülmüş qəhvəyi rəngli tozşəkilli maddənin “kokos” va 02 ədəd selofana bükülmüş və 01 ədəd qızılı rəngli siqaret falqasına bükülmüş kristalşəkilli maddənin isə “patı” olduğunu və aşkar olunmuş narkotik vasitəyə bənzər maddədən əlavə üzərində başqa vasitəsi olmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.9-10, 75-76).
12. İş materiallarında olan ## #### 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirləri nəticəsində götürülmüş predmetlərə baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan və ## #### 2025-ci il tarixli “cd diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə, psixotrop maddəyə bənzər kütlələrə və qara rəngli “Redmi NOTE 7” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı 01 ədəd üzərində “NEXT” yazılmış yaşıl rəngli saqqız qutusu aşkar olunmuş, həmin saqqız qutusunun içinə baxan zaman sellofana bükülmüş 04 büküm və 01 ədəd ağ kağıza bükülü halda olan 02 ədəd qızılı siqaret kağızına bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümlərə baxış keçirən zaman 03 ədədinin içərisində qəhvəyi rəngli tozşəkilli maddə və 03 ədədinin içərisindən ağ kristalşəkilli maddələr aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus 01 ədəd deməsinə görə “Redmi NOTE 7” markalı üzərində 077- 307-87-15 nömrə olan mobil telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümlərin özünə məxsus olduğunu, mobil telefon vasitəsi ilə məkan atılaraq tanımadığı şəxsdən 6 bükümünə 80 manat ödəyərək 20 Yanvar ərazisindən şəxsi istifadəsi üçün aldığını, kristal şəkilli maddənin “patı” və qəhvəyi rəngli tozşəkilli maddənin isə “kokos” olduğunu bildirmişdir. Həmin altı ədəd bükülü elektron tərəzidə çəkilmiş, ağ rəngli, kristal formada olan, psixotrop maddəyə mənzər maddə 3,89 qram və qəhvəyi rəngli tozşəkilli iysiz maddə isə 4,13 qram olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələrin şəxsi istifadəsi üçün aldığını, satış məqsədinin olmadığını bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs saxlanılan zaman və saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir psixi və fiziki zorakılıq hallarının baş vermədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.32-33, 77-78).
13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, */**** nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №**”-li dairəvi möhür əksləri olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs”imza”; 2.Müdafiəçi (ad oxunmur) Ağayev “imza”; 3.Xəyyam (soyad oxunmur) “imza”; 4. şahid2 “imza”; Tərtib etdi: “imza” Elşad Mirzəyev” yazıları qeyd edilmiş zərfdəki 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,519 qram, 1,479 qram və 0,042 qram, ümumi təmiz çəkisi 3,040 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin bükümlərdən nümunə 1 və nümunə 2 şərti adlı heroinlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir, nümunə 3 şərti adlı bükümdəki heroin isə digər bükümlərdəki heroin ilə eynilik təşkil etmir. 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,868 qram, 1,852 qram və 0,068 qram, ümumi təmiz çəkisi 2,788 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin bükümlərdəki metamfetaminlər öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir (iş vərəqə: cild İ, səh.46-49).
14. İş materiallarında olan ## #### 2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “xxxx” MMC-dən daxil olmuş məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilməsi zamanı ##.##.2025-ci il tarixdə, saat 11:35:07-də ************ saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Mahir sen olenerivin goru bir tikə ver cekim, senol vaxt gələcək əv”, ##.##.2025-ci il tarixdə, saat 01:30:06də, ************ saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Exı bele pulum yoxdu anma sene bıdene zor qol sadı vere bılerem”, ##.##.2025-ci il tarixdə, saat 01:32:17-də ************ saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “YARIM CET KOLA DUZQOSDA QARDAŞIMSAN PATI GIRINC EDİB MENİ”, ##.##.2025-ci il tarixdə, saat 14:00:59-da, ************ saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “Sonra dema ki Fariz olanda mənə niyə demirsen, budu zeng eliyirem acmirsan, neyse ozun bilersen”, ##.##.2025-ci il tarixdə, saat 01:14:43-də, ************ saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə “EXI BIDENE 5 VARIMDI YA QARA MAYA YA AQ MAYA VARSA XEBER ET BİLİM. YEKE OQLANSAN ADAMIN BIR GUN CETIN VEZYETI OLAR BEYEM MEN SENE HEMSE PULSUZ YIQMISAM KI BU GUN BELE OLDUDA”, ##.##.2025-ci il tarixdə, saat 15:08:40-də Təqsirləndirilən şəxs istifadəsində olan ************ saylı mobil nömrədən ************ saylı mobil nömrəyə “Qedes burdayam aptekin bloku” məzmunlu mesajlar getdiyi müəyyən edilmişdir. Bundan başqa həmin diskdə olan antena bölməsinə baxış keçirərkən anten dairəsinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi tarixdə və saatda, yəni ##.##.2025-ci il tarixdə, saat 17 radələrində tutulduğu vaxt Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsini əhatə etdiyi görünür və Təqsirləndirilən şəxs həmin vaxt Qaradağ rayonu, Sahil qəsəbəsinin inzibati ərazisində olduğu təsdiq olunur (iş vərəqə: cild İ, səh.125- 133).
15. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X3 məhkəmə-narkoloji ekspertizasının ## ####### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild İ, səh.153-154)
16. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X3 ambulator məhkəmə-psixiatrik ekspertizasının ## ####### 2025-ci il tarixli, **** nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: cild İ, səh.155-157).
17. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra Salyan Rayon Məhkəməsinin ## ####### 2014-cü il tarixli qərarına əsasən 04 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, ## #### 2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Bundan başqa, Qaradağ Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 05 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (iş vərəqə: cild İ, səh.107-108).
18. Sumqayıt şəhər Probasiya Şöbəsinin ## ###### 2026-cı il tarixli, *****/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## #### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 05 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və o, ## #### 2023-cü il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyatına götürülmüşdür, həmçinin Sumqayıt şəhər Probasiya Şöbəsinin ## ###### 2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir.
19. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından məhkəməyə göndərilmiş tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs sol çiyində ön səthində sarımtıl qançır aşkar edilmişdir.
20. Bundan başqa, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabı”ndan görünür ki, Təqsirləndirilən şəxs xəsarət aşkar olunmamışdır.
21. Eyni zamanda, Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsindən məhkəməyə göndərilmiş ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur.
22. Birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumilikdə 3 (üç) bükümdə 3,040 qram çəkidə “heroin” narkotik vasitəsinin və 3 (üç) bükümdə 2,788 qram çəkidə “metamfetamin” psixotrop maddəsinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahı”da müəyyən edilmiş narkotik vasitələrin və psixotrop maddələrinin külli miqdar həddindən artıq miqdarda olmuşdur.
23. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında saxlanılmış, elə həmin yerdəcə videoçəkilişdən istifadə edilməklə onun üstü yoxlanılmış, üzərindən 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda 1,519 qram, 1,479 qram və 0,042 qram təmiz çəkilərdə, habelə psixotrop maddə metamfetamini 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda 0,868 qram, 1,852 qram və 0,068 qram çəkilərdə aşkar olunmuşdur (iş vərəqə: cild İ, səh.9-10).
24. Eyni zamanda iş materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində ona fiziki təzyiqlərin göstərildiyi hallarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində material əsasında araşdırma aparılmış, araşdırma zamanı əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis əməkdaşlarının izahatları alınmış, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizasının təyin olunmasından və məhkəmətibbi müayinədən keçməkdən imtina etmiş, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən işgəncələrə və digər qanunsuzluğa yol verilmədiyi müəyyən olunduğu üçün toplanmış həmin material üzrə cinayət hadisəsi olmadığından ## #### 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir, həmçinin təqsirləndirilən şəxs tərəfindən həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir.
25. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlmişdir ki, onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, həmçinin təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilməsini məqsədə uyğun hesab etmişdir.
26. Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin ## ###### 2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, sonra Salyan Rayon Məhkəməsinin ## ####### 2014-cü il tarixli hökmünə əsasən 04 ay 27 gün şərti olaraq vaxtından əvvəl azad edilməsi, ## #### 2015-ci il tarixdə cəza müddətinin başa çatdığı üçün qeydiyyatdan çıxarılması, bundan başqa, Qaradağ Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 il 05 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Sumqayıt şəhər Probasiya Şöbəsinin ## ###### 2026-cı il tarixli qərarına əsasən onun barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 ay azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi məhkumluğu “8 noyabr- Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli qərarı tətbiq edilərək həmin cəzadan azad edilmişdir, bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə 01 il 05 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi və sonradan barəsində Sumqayıt şəhər Probasiya Şöbəsinin ## ###### 2026-cı il tarixli qərarına yenə də amnistiya tətbiq edilərək həmin cəzadan azad edilmiş, onun sonuncu məhkumluğu ödənilməsə də, Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən onun əməlində cinayətlərin residivi müəyyən edilmir.
27. İş üzrə zərurət yarandığından Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-***/**** saylı qərarı ilə xüsusi biliyə malik olan şəxs tərəfindən qoyulmuş suallara cavab verilməklə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır.
28. İşdə olan ##.##.2026-cı il tarixli */**** saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş *(*-*)-***/**** saylı cinayət işinin 2-ci cildinin 186-187-ci vərəqələrində olan ##.##.2025-ci il tarixli izahatın 1-ci vərəqəsinin kserosurətində əks olunan imzalar ( 3 ədəd), 2ci vərəqəsinin kserosurətində "Təqsirləndirilən şəxs" yazısının özündə əks olunan imza və “Cavab” qrafasında əks olunan “İzahatımı oxudum, əlavəm yoxdur doğru yazılıb, imzamla təsdiq edirəm” yazıları Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Həmin cinayət işinin 2-ci cildinin 186-187-ci vərəqlərində olan ##.##.2025-ci il tarixli izahatın 2-ci vərəqəsinin kserosurətində “Cavab” qrafasında əks olunan “İzahatımı oxudum, əlavəm yoxdur doğru yazılıb, imzamla təsdiq edirəm” yazıları ilə “İzahatı aldı Teymur Teymurov....cı il” yazıları- müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
29. Göründüyü kimi, müdafiə tərəfi iş materiallarında olan izahat mətni üzərindəki yazı və imzaları qəbul etməmiş, apelyasiya instansiyası məhkəməsində cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert rəyi ilə müvafiq izahat mətni üzərindəki yazı və imzaların bilavasitə təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən icra edildiyi qəti şəkildə təsdiqlənmişdir. Təqsirləndirilən şəxsin həmin qeydləri və imzaları şəxsən icra etməsi faktı bu sübutun qanuniliyini tam təsdiq etmiş, habelə müdafiə tərəfinin prosessual sənədlərin mötəbərliyini şübhə altına alan və bəraətə yönəlmiş bütün mülahizələrini hüquqi əsaslarla tamamilə təkzib etmişdir.
30. Apelyasiya icraatında müdafiə tərəfi təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasının tibbi kitabçada qeyd edilməsi, sonradan təqsirləndirilən Təqsirləndirilən şəxs müayinədən imtina faktı mövcud vəziyyətini dəyişmədiyini qeyd etsə də, belə bir yanaşma müdafiə taktikası kimi dəyərləndirilməlidir.
31. Məhkəmə kollegiyası bildirir ki, səlahiyyətli orqan tərəfindən təqsirləndirilən şəxsin fiziki təzyiqə məruz qalması iddiaları ilə bağlı qanunvericiliyə uyğun olaraq zəruri prosessual hərəkətlər icra edilmişdir və həmin icraat daxilində hər hansı bir pozuntuya yol verilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs müraciəti əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə rəsmi araşdırma aparılmış və həmin araşdırma zamanı Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə məhkəmə-tibbi ekspertizasının təyin olunmasından imtina etmişdir. Bununla yanaşı, Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən göndərilmiş “tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyat kitabı”ndan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən xəsarət aşkar olunmamışdır. Xidməti araşdırmalar idarəsinin ## #### 2025-ci il tarixli qərarı ilə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş, sonrakı mərhələdə təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilməmişdir. Buna görə də, müvafiq rəsmi prosessual qərarlar və təqsirləndirilən şəxsin prokurorluq araşdırması zamanı müayinədən yayınması faktı qarşısında, müdafiə tərəfinin fiziki təzyiqlə bağlı irəli sürdükləri mülahizələr əsassızdır və işgəncə ilə bağlı iddiaları tamamilə təkzib edilir.
32. Məhkəmə kollegiyası müdafiə tərəfinin mesajlarla bağlı təqsirləndirilən şəxs tərəfindən yazılı cavabın verilməməsinə münasibətdə qeyd edir ki, öz-özlüyündə belə bir yanaşma irəli sürülmüş ittaham üzrə cinayət əməlini istisna etmir və təqsirli bilinən şəxsin cinayət məsuliyyətindən azad etmək üçün əsas ola bilməz. Həmçinin cinayət işinin materiallarında olan ##.##.2025-ci il tarixli “baxış keçirilməsi haqqında protokol”dan aydın görünür ki, mobil nömrələr arasındakı yazışmalar birtərəfli xarakter daşımamış, hətta ##.##.2025-ci il tarixdə, saat 15:08:40da Təqsirləndirilən şəxs istifadəsində olan ************ saylı mobil nömrədən qarşı tərəfə məkan təyin etmə məzmunlu “Qedes burdayam aptekin bloku” mesajı göndərilməklə cavab verilmişdir. Həmin bu mesaj və iş üzrə toplanmış digər sübutlar təqsirləndirilən şəxsin əməlində satış məqsədinin olduğunu, müdafiə tərəfinin isə mövqeyinin əsassızlığını tam təsdiq edir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğu, digər şəxslərlə birlikdə narkotik vasitə istifadə etdiyi və bu birgə istifadənin məqsədinin özündə narkotik vasitə olmadıqda digər şəxslərdən əldə edə bilmək niyyəti daşıması, saxlanılarkən isə onun üzərində tərəzi aşkarlanmadığı ilə bağlı müdafiə mövqeyinin səsləndirilməsi irəli sürülmüş ittiham üzrə əməldə satış məqsədinin olmasını istisna etməmişdir.
35. Belə ki, ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya” əsasən “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin xeyli miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir.
36. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” ## #### 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.
37. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli, * nömrəli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, “ ... Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”.
38. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.
39. Qeyd etmək zəruridir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir.
40. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək bəraət hökmü çıxarılması barədə müdafiə tərəfinin mülahizələrini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi irəli sürülmüş ittiham üzrə haqlı olaraq cinayət tərkibini təşkil edən bütün əlamətlərin mövcudluğunu müəyyən edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, himayəsində iki nəfər az yaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddənn sanksiyası daxilində cəza təyin etmişdir.
41. Vurğulamaq zəruridir ki, cəzanın məqsədi Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.
42. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.
43. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.
44. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir.
45. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
46. Qeyd olunanlara istinadən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır.
47. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq
QƏRARA ALDI: Apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı hökmü təqsirləndirilən şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə sərf olunan 200 (iki yüz) manat ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ.MEM, VÖEN**********, X9, KOD 210005, VÖEN********** Müxbir hesab AZ41NABZ 01360100000000003944 SWİFT BİK CTREAZ22) köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən Elmar Rəhimov Hakimlər Mehriban Qarayeva Emin Mehdiyev