Məhkəmə qərarları › İş №1(3-6)-516/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-516/2026

11.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-516/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə, Qarayeva Mehriban Cəfər qızı və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçisi müdafiəçi1 iştirakı ilə, ## #### 1989-cu il tarixdə Füzuli rayonu, Merdinli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Qaraxanbəyli Ə/D, Merdinli kəndində qeydiyyatda olmaqla Bakı şəhərində müxtəlif ünvanlarda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 (yüz on) manat pulun Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli *(***)- ****/**** saylı hökmü ilə şahid1 tutularaq dövlət nəfinə keçirilməsinin qərara alınmasının nəzərə alınması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirin təyin edilməsi və onun ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmə əsasən müəyyən olunur ki, o, istintaqa məlum olmayan vaxtda tanışı şahid1 ilə cinayət əlaqəsinə girib, qabaqcadan əlbir olub bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama, daşınma və satması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün istintaqa məlum olmayan şəxslərdən, digər naməlum şəxslərə satmaq məqsədi ilə istintaqa məlum olmayan vaxtda və ünvandan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 225,200 qram narkotik vasitə heroini, külli miqdarda təmiz çəkisi 162,401 qram psixotrop maddə metamfetamini əldə edib saxlayaraq şahid1la birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi *** saylı orta məktəbin inzibati binasının yaxınlığına qədər daşımış, əldə etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tanışı şahid1 verərək ## #### 2025-ci il tarixdə saat 23.00 radələrində Sabunçu RPİnin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən *** saylı orta məktəbin yaxınlığında olarkən polis əməkdaşlarını görüb oradan qaçmış şahid1 isə həmin yerdə saxlanılaraq üzərinə aparılmış şəxsi baxış və axtarış keçirilən zamanı əlində saxladığı bir ədəd selofan torbasının içərisində bir bağlamada təmiz çəkisi 225,200 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bağlamada içərisində təmiz çəkisi 162,401 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən narazı qalan məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmün ləğv olunmasını və təyin edilmiş cəzanın müddətinin azaldılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli hökmü qanunsuz və əsasız olduğundan qismən ləğv edilməlidir. Belə ki, iş üzrə narkotik vasitəsini satarkən tutulan şəxs şahid1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3-сü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsi təqsirli bilərək 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qəbul etmişdir. Lakin müdafiə etdiyi şəxs isə narkotik vasitəsinin satarkən orda olmadığına baxmayaraq 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi baradə hökm qəbul etmişdir. Bununlada Cinayət Məcəlləsinin 6-cı maddəsinin Qanun qarşısında bərabərlik prinsipi pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 381-384-cü maddələrinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli hökmü ləğv olunaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm qəbul edilməlidir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs və onun müdafiəçisi təyin edilmiş cəzanın azaldılmasını xahiş etdilər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etdi. İşin hüquqi məsələləri: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır. Cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403- 405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Şam Mahmudlusu kəndində otlaq sahədə işlədiyi zaman 1 ədəd içərisində metamfetamin və heroin olan sellofan torbada bağlama tapmışdır. Kamal adlı şəxsi hadisədən qabaq tanımışdır. Kamal adlı şəxslə narkotik vasitələrlə nə edəcəklərini sonradan müzakirə etmişlər. Yaşar adlı şəxsi uşaqlıqdan tanıyır. Kamalla tapdığı narkotik vasitələrin bir hissəsini «prob» üçün Yaşarla birlikdə təhvil vermişdir. Sonra Kamal adlı şəxs onlarda olan narkotik vasitələri ümumilikdə 5000 manata sata biləcəklərini bildirmişdir. Baş verən hadisəyə qədər ümumiyyətlə narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etməmiş və onların satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, oxuya və yaza bilmədiyinə görə ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadan imzalamışdır. Bakıya Yaşarın təklifi ilə gəlmişdir. Narkotik maddələrin satışı məsələsi ilə Yaşar məşğul olmuşdur. Yaşar polis əməkdaşları tərəfindən saxlanılandan təxminən 3 ay sonra o, saxlanılmışdır. Narkotik vasitələri tapdıqdan sonra Yaşar həmin vasitələri kiməsə sata biləcəklərini demişdir. Ancaq nəticədə həmin vasitələri alacaq şəxsi tapa bilməmişlər. Narkotik vasitələri tapdıqdan təxminən 10 gün sonra Yaşar polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitələri tapdıqdan sonra onları evinin həyətindən bir qədər kənarda Yaşarla birlikdə gizləştmişlər. Həmin narkotik vasitələrdən o, Yaşar və Kamal adlı şəxslər xəbərdar olmuşlar. Yaşarla piyada hərəkət etmişlər. Yaşar yolu keçmiş, ancaq o, yolu keçmək istəyərkən yoldan maşın keçmişdir. Sonra bir neçə nəfərin Yaşara yaxınlaşdıqlarını görərək ərazidən uzaqlaşmışdır. Hadisə baş verən zaman 010-419-63- 19 və 070-599-97-19 nömrələrindən istifadə etmişdir. Narkotik vasitələri tanımadıqları bir şəxsə 5000 AZN müqabilində sata biləcəklərini onlara Kamal adlı şəxs bildirmişdir. 3 övladı var. O, Yaşar saxlanılandan təxminən 3 ay sonra yaşadığı evdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin narkotik vasitə və psixotrop maddə Yaşara məxsus olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid3 İslam oğlu ifadəsində göstərmişdir ki, onlar Azər adlı şəxsin tutulmasında iştirak etməmiş, Yaşar adlı şəxsi tutmuşlar. Sonuncu onlara üzərində olan narkotik vasitənin Azərə məxsus olduğunu və həmin narkotik vasitəni Günəşli və Maştağa qəsəbələrində müəyyən şəxslərə vermək müqabilində Azərin onun lombardda olan telefonunu çıxardacağını bildirmişdir. Şahid şahid3 İslam oğlu cinayət prosesi tərəflərinin suallarına cavab olaraq bildirmişdir ki, onlar Azərin yox Yaşarın tutulmasında iştirak etmişlər. Yaşarı *** nömrəli orta məktəbin yaxınlığında tutmuşlar. Yaşar həmin vaxt piyada olmuşdur. Yaşarı saxlayan zaman Azər orada olmamışdır. Azəri sonradan digər əməliyyatçılar saxlamışlar. Yaşar həmin narkotik vasitənin Azərə məxsus olduğunu və həmin narkotik vasitəni Azərin bildirəcəyi şəxslərə verəcəyini bildirmişdir. Yaşarı saxlayan zaman Günəşli qəsəbəsində bir nəfərə 25 manat müqabilində narkotik vasitə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid2 şahid şahid3 İslam oğlunun ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Şahid şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan tanıyır, Azər onun həmyerlisidir, ondan bir neçə yaş böyükdür, Azərin hazırda 35-36 yaşı var, Azər hazırda Füzuli rayonu, Qarabağ kəndində yaşayır. Azər əvvəllər təxminən 7-8 ay əvvəl «051» və ya «050» 331 33 ** saylı nömrəni işlətmişdir. Hazırda hansı nömrəni işlətdiyini xatırlamır. ), 2017-ci ildə hərbi xidmətdə olduğu vaxt ilk dəfə narkotik vasitə qurudulmuş marixuananın dadına baxıb həmin narkotik vasitəni istifadə etməyə başlamışdır. Narkotik vasitəni o, nadir hallarda istifadə edirdi, çünki asılılığı yaranmamışdır. Azərin də narkotik vasitələrin istifadəsi ilə məşğul olduğunu bilirdi, Azər həmçinin narkotik vasitələrin satışı ilə məşğul olurdu. Azərlə aralarında olan söhbət əsnasında Azər ona demişdir ki, müxtəlif tanışlarından İran İslam Respublikasının vətəndaşlarından müxtəlif növlu narkotik vasitələri alır, həmin narkotik vasitələri o, hissələrə bölüb ona iranlılar tərəfindən deyilən yerlərə qoyub lokasiyaları və işarə olunmuş fotoşəkilləri çəkib iranlılara göndərir, həmin şəxslərdə ona bunun müqabilində pullar ödəyirlər. Azər heç bir yerdə işləmir, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub özünü dolandırır. Bildiyinə görə Azər ailəlidir və 3 qız övladı var. 2025- ci ilin may ayının ortalarında o, Füzuli rayonundan Bakı şəhərinə gəzməyə gəlmişdir. Bakıda o, “Dərnəgül” deyilən yerdə yerləşən dayısı Vəlinin yaşadığı evində bir neçə günlük qonaq qalmışdır. Maddi vəziyyəti pis olduğuna görə o, özünə məxsus olan «OPPO» markalı mobil telefon aparatını (050-517-32-34, 051-613-29-39) sim nömrələrlə birlikdə xatırlamadığı lombardların birinə girov qoyub 100 manat məbləğində pulu götürüb Füzuli rayonuna qayıtmışdır. Təxminən iki ildir ki, o, 050-517-32-34, 051-613-29-39 nömrələri istifadə edir, digər nömrəni istifadə etməmişdir. Füzuli rayonuna o, 2025-ci ilin may ayının axırlarında qayıtmışdır. Rayonda olduğu vaxt o, 2025-ci ilin iyun ayının əvvəllərində təsadüfən Azərlə görüşdü və Azər ona Bakı şəhərinə getməyə təklif etdi. O, ona bildirdi ki, maddi vəziyyəti pisdir və Bakıya getmək üçün pulu yoxdur, həmçinin mobil telefonunda lombardan çıxarda bilmir, çünki 100 manat borcu var. Azər ona dedi ki, onda bir torbada narkotik vasitə heroin və psixotrop maddə metamfetamin var, həmin maddələri o, Bakıda satıb pul əldə edəcək və həmin pulu bir birlikdə öz ehtiyyaclarına xərcləyəcəklər. Azər ona söz verdi ki, ona narkotik vasitəni satmağa köməklik göstərsə o, onun lombardda olan telefonuna görə olan 100 manat borcu ödəyib telefonunu çıxardacaq, ona təzə əyin-baş alacaq və onunla bir neçə gün Bakıda gəzəcək, müxtəlif yerlərdə yeyib içib əylənəcəklər. O, razılaşdığına görə təxminən 09-## #### 2025-ci il tarixdə o, Azərlə birlikdə Bakı şəhərinə gəlmişlər. Azər əlində saxladığı torbada narkotik vasitə heroini və psixotrop maddə metamfetamini özü ilə birlikdə Bakı şəhərinə gətirmişdir. Bakı şəhərini o, yaxşı tanımadığına görə konkret olaraq Azərlə hansı ünvanda qaldığını bilmədi. X2 qəsəbəsi olmuşdur. Azər hara gedirdi o da onunla birlikdə yanında olmuşdur. ## #### 2025- ci il tarixdə Azərlə o, Yasamal rayonu ərazisinə getdilər və orada tanımadığı ünvanda bir nəfər tanımadığı şəxslə görüşdü. Azər həmin şəxslə “Whatsapp”la danışandan sonra onunla görüşüb ona bir bükümdə 25 qram çəkidə psixotrop maddə metamfetamin verdi, o isə dedi ki, pulu həmin şəxs onun kartına atacaq, birlikdə xərcləyəcəklər. Həmin günü axşam saatlarında onlar qaldığları evlərinə qayıdanda Azər ona birlikdə psixotrop maddə metamfetamini birlikdə qəbul etməyi təklif etdi və o, razılaşdığına görə Azərlə birlikdə psixotrop maddə metamfetamin qəbul etdi. Həmin vaxtı o, ilk dəfə psixotrop maddə metamfetamini istifadə etdi. ## #### 2025-ci il tarixdə saat 23 radələrində o, Azərlə birlikdə sifariş etdikləri taksi ilə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən *** saylı orta məktəbin qarşısına gəldilər. Orada Azər kimləsə mobil telefonla danışıb ona bildirdi ki, həmin şəxsə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satmalıdır, əldə etdiyi pulları isə onunla birlikdə xərcləyəcək. Azərin əlində selofan torba olmuşdur, torbanın içərisində bir bükümdə narkotik vasitə heroin, bir bükümdə isə psixotrop maddə metamfetamin olmuşdur. Azər həmin narkotik vasitəni və psixotrop maddəni kimə satmaq istədiyini ona deməmişdir. ## #### 2025-ci il tarixdə saat 23.00 radələrində Azərlə birlikdə taksi ilə *** saylı orta məktəbin qarşısına gəldilər, taksi isə çıxıb getdi, həmin vaxtı Azər ona əlində saxladığı torbanı verib xahiş etdi ki, həmin torbada olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini saxlasın. Özü isə telefonla kimləsə danışa-danışa kənara çəkildi. Bir neçə dəqiqədən sonra ona 3 nəfər mülki geyimdə olan polis əməkdaşları gəlib özlərini təqdim edərək videoçəkiliş aparmağa başladılar. Ona bildirdilər ki, o, narkotik vasitələrin satışında şübhəlidir və həmin vaxtı onların suallarına cavab verib bildirdi ki, əlində saxladığı torbanın içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlanılır. Həmin maddələrin tanışı Azər adlı şəxsə məxsus olduğunu bildirdi və polis əməkdaşlarına hamısını ətraflı danışdı. Bundan sonra ondan aşkar olunaraq götürülmüş bir bükümdə olan narkotik vasitə heroin və bir bükümdə olan psixotrop maddə metamfetamin qablaşdırılaraq götürüldü və o, 14-cü polis şöbəsinə dəvət olundu. Orada o, şübhəli səxs qismində tutuldu və hüquqlarını müdafiə etmək məqsədi ilə dövlət tərəfindən vəkillə təmin olundu, vəkilin iştirakı ilə tərtib olunmuş sənədlərlə tanış oldu, həmin sənədləri imzaladı və izahatı alındı. Törətdiyi cinayət əməlini tam etiraf etdi. Polis əməkdaşların suallarına cavab verərkən o, bildirdi ki, ondan aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamın tanışı Təqsirləndirilən şəxs məxsusdur. Bununla əlaqədar olaraq protokol tərtib olundu. Protokolu və zərfi o, imzaladı (cild 1, iş vərəqi 61-63). Məhkəmə kimyəvi ekspertizasının ## #### 2025-ci il tarixli, */**** saylı rəyindən görünür ki, üzərində AR DİN-nin «zərflər üçün №***» möhür əksi, «saxlanılan şəxs... şahid1..» və s. adlar, soyadlar, imzalar olan bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 225,200 qram tünd qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 162,401 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin ümumi qalıq çəkisi 162,201 qram, narkotik vasitə heroinin qalıq çəkisi isə 225,0 qram təşkil edir (cild 1, iş vərəqi 39-43). Məhkəmə-narkoloji ekspertizanın ##.##.2025-ci il tarixli, **** saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərin və psixrostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqi 188-189). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, narkotik vasitələrin saxlanılmasında və satışında şübhəli bilinən şahid1 üzərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə ## #### 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «DVD» diskdə qeydə alınmış videoyazıya keçirilmiş baxış zamanı müəyyən olmuşdur ki, «HDNL0214» adlı fayla daxil olduqda müəyyən olunur ki, faylda 7 dəqiqə 1 saniyədən ibarət olan video görüntü var. Həmin videoyazıya baxdıqda müəyyən olunur ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində küçədə saxlanılmış şahid1 hüquq və vəzifələri izah olunduqdan sonra şahid1 üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı şahid1 üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı şahid1 əlində saxladığı sellofan torbanın içərisində bir bükümdə narkotik vasitə heroinə və bir bükümdə psixotrop maddə metamfetaminə bənzər olan maddələr aşkar olunaraq götürülür. şahid1 bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş bir bükümdə olan maddə narkotik vasitə heroin və bir bükümdə psixotrop maddə metamfetamindir, həmin narkotik vasitəni ona tanışı Azər adlı şəxs vermişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni Azər adlı şəxslə birlikdə satış məqsədi ilə əldə etdiyini etiraf etmişdir. (cild 1, iş vərəqi 52) Cinayət işinin materiallarında olan “fotoşəkil üzrə tanınma” protokolundan görünür ki, istintaq hərəkətləri nəticəsində təqsirləndirilən şəxs şahid1 fotoşəkilləri nəzərdən keçirib bildirdi ki, 4 rəqəmi ilə işarə olunmuş fotoşəkildə olan şəxs ona narkotik vasitə heroini və psixotrop maddə metamfetamini verən tanışı Təqsirləndirilən şəxsdur. ## #### 2025-ci il tarixdə saat 23 radələrində o, polis əməkdaşları tərəfindən saxlanılarkən əlində aşkar olunmuş sellofan paketin içərisində saxlanılan bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini ona tanışı Təqsirləndirilən şəxs vermişdir. (cild 1, iş vərəqi 79-80) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanınma haqqında” # #### 2025-ci il tarixli qərardan görünür ki, şahid1 aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada ümumi təmiz çəkisi 162,401 qram psixotrop maddə metamfetamin, 1 ədəd bağlamada ümumi təmiz çəkisi 225,200 qram narkotik vasitə heroin və şahid1 üzərindən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin aşkar olunaraq götürülməsi barədə ## #### 2025-ci il tarixli protokola əlavə edilmiş 1 ədəd «DVD» disk işi üzrə maddi sübut kimi tanınmış, ekspertizanının tədqiqatından sonra qalan 162,201 qram psixotrop maddə metamfetamin və 225,0 qram narkotik vasitə heroin saxlanılması üçün Sabunçu RPİ-yə təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur. (cild 1, iş vərəqi 94- 95) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqi 91) Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə tutulmuşdur. (cild 1, iş vərəqi 25) Cinayət işinin materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli ## #### 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqi 69-73) Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində ##.##.2013-cü il təvəllüdlü Fidan Məhərrəmova adlı bir azyaşlı uşağı vardır. (cild 1, iş vərəqi 181) Cinayət işinin materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündən görünür ki, şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmə əsasən şahid1 “Azər” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət törətmişdir. Bundan başqa iş üzrə ekspertiza tədqiqatına sərf edilmiş 110 (yüz on) manat pulun şahid1 tutularaq dövlət nəfinə keçirilməsi və maddi sübut kimi tanınmış Sabunçu RPİ-də saxlanılan şahid1 aşkar olunaraq götürülmüş 1 ədəd bağlamada ekspertizanının tədqiqatından sonra qalıq çəkiləri 162,201 qram olan psixotrop maddə metamfetamin və 225,0 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi qərara alınmışdır. (cild 2) Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq və apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli, ** saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Belə ki, məhz həmin qərarda göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-nin 8.1, 41.2, və 58-ci maddələrini nəzərə almaqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 397, 398 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar