Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-517/2026 14.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Mәhkәmәsinin cinayәt kollegiyasının hakimlәri - İbrahimov Zamin Vәliyәddin oğlunun sәdrliyi vә mәruzәsi ilә, Babayev Qәdim Xalid oğlu vә Mәmmәdov Murad Akif oğlundan ibarәt tәrkibdә, mәhkәmә iclasının katibi Cәfәrova Lәman Faiq qızının katibliyi, dövlәt ittihamçısı - Azәrbaycan Respublikası Baş Prokurorluğunun Dövlәt ittihamının müdafiәsi üzrә İdarәsinin Apellyasiya instansiyası mәhkәmәlәrindә dövlәt ittihamının müdafiәsi üzrә şöbәsinin prokuroru dövlәt ittihamçısı1 İsmayıl oğlunun, müdafiәçi - müdafiәçi2 vә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs iştirakları ilә, ## ###### 1985-ci ildә Zaqatala rayonunda anadan olmuş, Azәrbaycan Respublikasının vәtәndaşı, ailәli, orta tәhsilli, fәrdi әmәk fәaliyyәti ilә mәşğul olan, mәhkum olunmamış, Zaqatala rayonu, Faldarlı kәndindә qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barәsindә “başqa yerә getmәmәk haqqında iltizam” qәtimkan tәdbiri seçilmiş, - Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәri ilә mәhkum olunmasına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmündәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi2 tәrәfindәn verilmiş apellyasiya şikayәtinә vә dövlәt ittihamçısı dövlәt ittihamçısı2 tәrәfindәn verilәn apellyasiya protestinә әsasәn işә Bakı Apellyasiya Mәhkәmәsinin inzibati binasında açıq mәhkәmә iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli (hakim X3 oğlunun sәdrliyi, hakimlәr X2 vә İmanova Nigar Arzu qızından ibarәt tәrkibdә) hökmünә әsasәn Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 144- 1.2.1, 144-1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәri ilә nәzәrdә tutulmuş cinayәt әmәlinin törәdilmәsindә tәqsirli bilinәrәk 08 (sәkkiz) il müddәtә azadlıqdan mәhrum etmә cәzası tәyin edilmiş, Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 70-ci maddәsinә әsasәn tәyin edilәn cәza şәrti olaraq tәtbiq edilәrәk, ona 3 (üç) il sınaq müddәti müәyyәn olunmuş, barәsindә seçilmiş “hәbs” qәtimkan tәdbiri lәğv edilәrәk, barәsindә “başqa yerә getmәmәk haqqında iltizam qәtimkan tәdbiri” seçilmiş, davranışı üzәrindә nәzarәti hәyata keçirәn orqanlara mәlumat vermәdәn daimi yaşayış yerini dәyişmәmәk vәzifәsinin qoyulması vә onun davranışı üzәrindә nәzarәtin daimi yaşayış yeri üzrә Azәrbaycan Respublikası Ədliyyә Nazirliyinin Bakı şәhәr Probasiya İdarәsinә hәvalә edilmәsi hökm edilmişdir. Birinci instansiya mәhkәmәsi tәrәfindәn Tәqsirlәndirilәn şәxs ona görә tәqsirli bilinib mәhkum edilmişdir ki, Tәqsirlәndirilәn şәxs tamah niyyәti ilә aldatma yolu ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirmәklә cinsi istismar etmәk barәdә şәxsiyyәti istintaqla araşdırılan Türkiyә Respublikasının vәtәndaşı Hüseyn adlı şәxs ilә razılaşıb cinayәt әlaqәsinә girәrәk qabaqcadan әlbir olan bir qrup şәxs tәşkil etmiş, bu mәqsәdlә aralarında olan cinayәtkar razılaşmaya әsasәn Tәqsirlәndirilәn şәxs 2022-ci ilin mart ayının әvvәllәrindә zәrәrçәkmiş şәxs4 ilә yaşadığı Abşeron rayonu, Xırdalan şәhәri, “AAAF Park” yaşayış kompleksi, 12-ci küçә, ev 4, mәnzil 15 ünvanında olan zaman “Whatsapp” ani mesajlaşma proqramı vasitәsilә әlaqә saxlayıb onu Türkiyә Respublikasının Diyarbәkir şәhәrindә işә düzәldәcәyini vәd edib aldatma yolu ilә tәsir imkanlarından vә zәrәrçәkmiş şәxsin işsiz olduğu üçün maddi vәziyyәtinin ağır olmasına görә zәiflik vәziyyәtindәn suiistifadә etmәklә cinsi istismar edilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirilmәsi üçün cәlb etmiş, zәrәrçәkmiş şәxs4 razılıq verdikdәn sonra bütün yol xәrclәrini ödәyәrәk onu ## ### 2022-ci il tarixdә saat 09:32-dә Azәrbaycan Respublikasının dövlәt sәrhәdini X4 Buraxılış Mәntәqәsindәn keçirmәklә Türkiyә Respublikasının Diyarbәkir şәhәrinә aparıb orada kirayә tutduğu evә yerlәşdirdikdәn sonra Hüseyn adlı şәxslә birlikdә onu әlaqәlәrindәn istifadә edәrәk mәsuliyyәtә cәlb etdirәcәyi, barәsindә rüsvayedici mәlumatları yayacağı ilә hәdә-qorxu gәlmә, mәcburetmә yolu ilә ## ### 2022-ci il tarixdәn ## ### 2022-ci il tarixәdәk olan müddәt әrzindә hәmin evdә kişi müştәrilәri ilә görüşdürüb pul ödәnişlәri müqabilindә cinsi әlaqәdә olmasını tәşkil edәrәk cinsi istismar etmәklә tamah niyyәti ilә insan alveri cinayәtini törәtmişdir. Bundan başqa, o tәkrarәn tamah niyyәti ilә aldatma yolu ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirmәklә cinsi istismar etmәk barәdә şәxsiyyәti istintaqla araşdırılan Türkiyә Respublikasının vәtәndaşı Mehmet adlı şәxs ilә razılaşıb cinayәt әlaqәsinә girәrәk qabaqcadan әlbir olan bir qrup şәxs tәşkil etmiş, bu mәqsәdlә aralarında olan cinayәtkar razılaşmaya әsasәn Tәqsirlәndirilәn şәxs 2024-cü ilin mart ayının әvvәllәrindә zәrәrçәkmiş şәxs4 ilә yaşadığı Abşeron rayonu, Xırdalan şәhәri, “AAAF Park” yaşayış kompleksi, 12-ci küçә, ev 4, mәnzil 15 ünvanında olan zaman “Whatsapp” ani mesajlaşma proqramı vasitәsilә әlaqә saxlayıb onu Türkiyә Respublikasının Quşadası şәhәrindә işә düzәldәcәyini vәd edib aldatma yolu ilә tәsir imkanlarından vә zәrәrçәkmiş şәxsin işsiz olduğu üçün maddi vәziyyәtinin ağır olmasına görә zәiflik vәziyyәtindәn suiistifadә etmәklә cinsi istismar edilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirilmәsi üçün cәlb etmiş, zәrәrçәkmiş şәxs4 razılıq verdikdәn sonra bütün yol xәrclәrini ödәyәrәk onu ## #### 2024-cü il tarixdә saat 00:42-dә Azәrbaycan Respublikasının dövlәt sәrhәdini Heydәr Əliyev adına X6 keçirmәklә Türkiyә Respublikasının Quşadası şәhәrinә aparıb orada kirayә tutduğu evә yerlәşdirdikdәn sonra Mehmet adlı şәxslә birlikdә onu әlaqәlәrindәn istifadә edәrәk mәsuliyyәtә cәlb etdirәcәyi, barәsindә rüsvayedici mәlumatları yayacağı ilә hәdә-qorxu gәlmә, mәcburetmә yolu ilә ## #### 2024-cü il tarixdәn ## #### 2024-cü il tarixәdәk olan müddәt әrzindә hәmin evdә kişi müştәrilәri ilә görüşdürüb pul ödәnişlәri müqabilindә cinsi әlaqәdә olmasını tәşkil edәrәk cinsi istismar etmәklә tamah niyyәti ilә tәkrarәn insan alveri cinayәtini törәtmişdir. Bundan başqa, o tәkrarәn tamah mәqsәdilә 2024-cü ilin mart ayının ortalarında ünvan 3 ünvanında yaşayan tanışıX7 ilә “Whatsapp" ani mesajlaşma proqramı vasitәsilә әlaqә saxlayıb onu Türkiyә Respublikasının Quşadası şәhәrindә işә düzәldәcәyini vәd edib aldatma yolu ilә tәsir imkanlarından vә zәrәrçәkmiş şәxsin işsiz olduğu üçün maddi vәziyyәtinin ağır olmasına görә zәiflik vәziyyәtindәn sui-istifadә etmәklә cinsi istismar edilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirilmәsi üçün cәlb etmiş, Xәyalә Şıxәliyevә razılıq verdikdәn sonra bütün yol xәrclәrini ödәyәrәk onu ## #### 2024-cü il tarixdә, saat 00:32-dә Azәrbaycan Respublikasının dövlәt sәrhәdini Heydәr Əliyev adına Bakı hava limanından keçirmәklә Türkiyә Respublikasının Quşadası şәhәrinә aparıb orada kirayә tutduğu evә yerlәşdirdikdәn sonra onu әlaqәlәrindәn istifadә edәrәk mәsuliyyәtә cәlb etdirәcәyi, barәsindә rüsvayedici mәlumatları yayacağı ilә hәdә-qorxu gәlmә, mәcburetmә yolu İlә ## #### 2024-cü il tarixdәn ## ### 2024-cü il tarixәdәk olan müddәt әrzindә hәmin evdә kişi müştәrilәri ilә görüşdürüb pul ödәnişlәri müqabilindә cinsi әlaqәdә olmasını tәşkil edәrәk cinsi istismar etmәklә tamah niyyәti ilә iki vә daha artıq şәxs barәsindә tәkrarәn insan alveri cinayәtini törәtmişdir. Bundan başqa, o tәkrarәn tamah mәqsәdilә 2024-cü ilin mart ayının sonlarında ünvan 4 ünvanında yaşayan tanışı zәrәrçәkmiş şәxs1 ilә “Whatsapp” ani mesajlaşma proqramı vasitәsilә әlaqә saxlayıb onu Türkiyә Respublikasının Quşadası şәhәrindә işә düzәldәcәyini vәd edib aldatma yolu ilә tәsir imkanlarından vә zәrәrçәkmiş şәxsin işsiz olduğu üçün maddi vәziyyәtinin ağır olmasına görә zәiflik vәziyyәtindәn sui-istifadә etmәklә cinsi istismar edilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirilmәsi üçün cәlb etmiş, zәrәrçәkmiş şәxs1 razılıq verdikdәn sonra bütün yol xәrclәrini ödәyәrәk onu ## #### 2024-cü il tarixdә saat 00:31-dә Azәrbaycan Respublikasının dövlәt sәrhәdini Heydәr Əliyev adına Bakı hava limanından keçirmәklә Türkiyә Respublikasının Quşadası şәhәrinә aparıb orada kirayә tutduğu evә yerlәşdirdikdәn sonra onu әlaqәlәrindәn istifadә edәrәk mәsuliyyәtә cәlb etdirәcәyi, barәsindә rüsvayedici mәlumatları yayacağı ilә hәdәqorxu gәlmә, mәcburetmә yolu ilә ## #### 2024-cü il tarixdәn ## ### 2024-cü il tarixәdәk olan müddәt әrzindә hәmin evdә kişi müştәrilәri ilә görüşdürüb pul ödәnişlәri müqabilindә cinsi әlaqәdә olmasını tәşkil edәrәk cinsi istismar etmәklә tamah niyyәti ilә iki vә daha artıq şәxs barәsindә tәkrarәn insan alveri cinayәtini törәtmişdir. Bundan başqa, o tәkrarәn tamah niyyәti ilә aldatma yolu ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirmәklә cinsi istismar etmәk barәdә şәxsiyyәti istintaqla araşdırılan Türkiyә Respublikasının vәtәndaşı Mehmet adlı şәxs ilә razılaşıb cinayәt әlaqәsinә girәrәk qabaqcadan әlbir olan bir qrup şәxs tәşkil etmiş, bu mәqsәdlә aralarında olan cinayәtkar razılaşmaya әsasәn Tәqsirlәndirilәn şәxs 2024-cü ilin iyun ayının әvvәllәrindә zәrәrçәkmiş şәxs3 İlham qızı ilә yaşadığı ünvan 1 ünvanında olan zaman “Whatsapp” ani mesajlaşma proqramı vasitәsilә әlaqә saxlayıb onu Türkiyә Respublikasının Quşadası şәhәrindә işә düzәldәcәyini vәd edib aldatma yolu ilә tәsir imkanlarından vә zәrәrçәkmiş şәxsin işsiz olduğu üçün maddi vәziyyәtinin ağır olmasına görә zәiflik vәziyyәtindәn suiistifadә etmәklә cinsi istismar edilmәsi mәqsәdi ilә Azәrbaycan Respublikasının dövlәt sәrhәdindәn keçirilmәsi üçün cәlb etmiş, zәrәrçәkmiş şәxs3 razılıq verdikdәn sonra bütün yol xәrclәrini ödәyәrәk onu ## #### 2024-cü il tarixdә saat 01:36-da Azәrbaycan Respublikasının dövlәt sәrhәdini Heydәr Əliyev adına X6 keçirmәklә Türkiyә Respublikasının Quşadası şәhәrinә aparıb orada kirayә tutduğu evә yerlәşdirdikdәn sonra Mehmet adlı şәxslә birlikdә onu әlaqәlәrindәn istifadә edәrәk mәsuliyyәtә cәlb etdirәcәyi, barәsindә rüsvayedici mәlumatları yayacağı ilә hәdә-qorxu gәlmә, mәcburetmә yolu ilә ## #### 2024-cü il tarixdәn ## #### 2024-cü il tarixәdәk olan müddәt әrzindә hәmin evdә kişi müştәrilәri ilә görüşdürüb pul ödәnişlәri müqabilindә cinsi әlaqәdә olmasını tәşkil edәrәk cinsi istismar etmәklә tamah niyyәti ilә iki vә daha artıq şәxs barәsindә tәkrarәn insan alveri cinayәtini törәtmişdir. İş üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündәn mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi apellyasiya şikayәti verәrәk hökmün lәğv edilmәsini, şәxs barәsindә bәraәt hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, birinci instansiya mәhkәmәsi hökmündә göstәrir ki, “mәhkәmә, mәhkәmәnin gәldiyi nәticәlәrin yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş mötәbәr sübutlara әsaslandığını qeyd edәrәk belә qәnaәtә gәlir ki, tәqsirlәndirilәn şәxsin onlara qarşı irәli sürülmüş ittiham üzrә cinayәt әmәllәrini törәtmәlәri tam sübuta yetirilmişdir. O, qeyd edilәn cinayәt әmәllәrini törәtmәkdә tәqsirlidir, onun cinayәt mәsuliyyәtindәn vә cәzadan azad olunması üçün әsaslar yoxdur vә onlara qanunla müәyyәn edilmiş qaydada tәqsirlәndirildiklәri maddәlәrin sanksiyası hәddindә azadlıqdan mәhrum etmә növündә cәza tәyin edilmәlidir". Müdafiә tәrәfi olaraq mәhkәmәnin bu mövqeyi ilә qәtiyyәn razılaşmırıq. Belәki, ilk olaraq qeyd edir ki, mәhkәmә iclasında tәqsirlәndirilәn şәxs qismindә dindirilәn Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәri ilә ona qarşı irәli sürülmüş ittiham üzrә özünü tәqsirli bilmәyәrәk ifadәsindә göstәrdi ki, o, heç kimi Türkiyәyә getmәk üçün mәcbur etmәmiş, "Whatsapp" proqramı vasitәsi ilә statusda Quşadasında gәzmәli, istirahәt etmәli yerlәrin şәkil vә videolarını paylaşmış, hәmin xanımlar da paylaşımları gördükdәn sonra müştәrilәrә xidmәt göstәrmәk istәdiklәrini bildirmişlәr. Qeyd edim ki, Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 144-1.2.5-ci maddәlәri ilә ona qarşı irәli sürülmüş ittiham üzrә özünü istintaqa verdiyi ifadәlәrindә dә tәqsirli bilmәmişdir. Azәrbaycan Respublikası Cinayәt Prosessual Qanunvericiliyinin tәlәbinә görә-hökm yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlar әsasında çıxarılmalıdır. Müdafiә tәrәfi qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn istinad olunan maddәnin tәlәblәri kobud şәkildә pozulduğundan hökm mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlar әsasında çıxarılmamışdır. Birinci instansiya mәhkәmәsindә mәhkәmә araşdırması zamanı aşağıdakılar müәyyәn edildi: Mәhkәmә istintaqında zәrәrçәkmiş qismindә zәrәrçәkmiş şәxs4 zәrәrçәkmiş şәxs3 İlham qızı X7 zәrәrçәkmiş şәxs1 ifadәlәri alınmış vә hәr biri әn az 30-40 dәqiqә dindirilmişdir. Zәrәrçәkmişlәr mәhkәmәdә vermiş olduqları ifadәlәrindәn sonra tәrәflәrin vermiş olduğu sualları cavablandırarkәn ifşa olunmuş, yalan danışdıqları vә tәqsirlәndirilәn şәxsә iftira atdıqları tәsdiq olunmuşdur. Belәki, hәm ittiham tәrәfinin, hәm müdafiә tәrәfinin, hәm dә mәhkәmәnin verdiyi "birinci gedişinizdә әgәr Nisә sizi cinsi istismara mәruz qoymuşdusa, bәs onda niyә ikinci dәfә yenә gedirdiniz?" suallarına zәrәrçәkmişlәr cavab verә bilmәmiş, verdiklәri cavablar isә gülmәli vә inandırıcı olmamışdır. Bundan başqa yenә tәrәflәrin zәrәrçәkmişlәrә "әgәr Nisә hәqiqәtәn dә sizi Türkiyәdә zorla cinsi istismara mәruz qoyurdusa, bәs onda niyә türk polisinә vә ya jandarmasına şikayәt etmirdiniz?" kimi suallarına cavab olaraq bildirdilәr ki, şikayәt etmirdik, çünki Nisәdәn qorxurduq. Tәbiiki, bu cavab absurd bir cavabdır vә şikayәt etmәmәlәri üçün heç bir әsaslı sәbәb olmamışdır. Hәmçinin mәhkәmә kollegiyasının nәzәrinә çatdırım ki, müdafiә tәrәfi kimi zәrәrçәkmişlәrә “İnsan Alverinә qarşı Mübarizә İdarәsinә siz özünüz şikayәtçi oldunuz, yoxsa İdarә tәrәfindәn dәvәt olunduqdan sonra şikayәtçi oldunuz?" sualına cavab olaraq bildirdilәr ki, “xeyir biz özümüz şikayәt etmәdik, bizi İdarә dәvәt etdikdәn sonra şikayәt etdik". Mәhkәmә araşdırması zamanı tam şәkildә tәsdiq olundu ki, әgәr İdarәnin әmәkdaşları hәmin zәrәrçәkmişlәri İdarәyә dәvәt etmәsәydi vә onları bir gecә İdarәnin müvәqqәti saxlama yerindә saxlamasaydı, hәmçinin şikayәtçi olmaları üçün onlara işgәncә vermәsәydi onlar könüllü olaraq Nisәdәn şikayәt etmәyәcәklәrdi. Çünki, Nisә onları cinsi istismar olunmaları üçün zorla Türkiyә Respublikasına aparmamış, onlar özlәri könüllü olaraq vә pul qazanmaq mәqsәdilә Türkiyә Respublikasına getmiş, ora nә üçün getdiklәrini әvvәlcәdәn bilmiş, Türkiyә Respublikasında Nisә onları qarşılamış vә birlikdә müştәrilәrlә könüllü şәkildә, istәyәrәk, pul qarşılığında görüşәrәk pul qazanmış vә Bakıya ailәlәrinә pul göndәrmişlәr. Bunun üçün onları heç kim mәcbur etmәmiş, onlar özlәri bunu istәyәrәk etmişlәr. Bu hal onların sistem vasitәsilә ölkәdәn giriş-çixişlarına nәzәr saldıqda daha aydın şәkildә tәsdiqini tapmışdır. Belәki, mәhkәmә araşdırıması zamanı zәrәrçәkmişlәrin ölkәdәn giriş-çıxışlarına nәzәr yetirmәk mәqsәdilә mәhkәmә müvafiq icra hakimiyyәti orqanının sisteminә daxil olmuş vә zәrәrçәkmişlәrin Nisәdәn әvvәl vә sonra da dәflәrlә Türkiyә Respublikasına gedibgәldiklәri tәsdiq olunmuşdur. Bu barәdә dә onlara tәrәflәrin müvafiq sualları olmuş vә onlar yenә dә әvvlki suallarda olduğu kimi yalan vә uydurma cavablar vermişlәr. Bütün bu hallar mәhkәmәnin audio-video yazılışında qeydә qlınmışdır. Hәmin audio-video diskә baxış keçirilmәsi hesab edirәm ki, tәqsirlәndirilәn şәxsә bәraәtin verilmәsi üçün kifayәt edәcәkdir. Çox tәәssüflәr olsun ki, birinci instansiya mәhkәmәsi müşavirә otağında hökm çıxararkәn bu halların heç birini nәzәrә almamış istintaq orqanının tәrtib etmiş olduğu ittiham aktını hökmә köçürmәklә ittihamedici hökm çıxarmışdır. Halbuki, ittiham aktında göstәrilnlәrin heç biri mәhkәmә istintaqında öz tәsdiqini tapmamışdır. Göstәrilәnlәrә әsasәn hesab edirәm ki, hüquqlarını müdafiә etdiyim Tәqsirlәndirilәn şәxs әmәlindә Azәrbaycan Respublikası CMnin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәrindә nәzәrdә tutulmuş cinayәt әmәlinin tәrkib әlamәtlәri olmadığından vәya sübuta yetirilmәdiyindәn apellyasiya qaydasında hökm lәğv edilmәli, hәmin maddә ilә cinayәt işinin icraatına bәraәtverici әsaslarla xitam verilmәlidir. Müdafiә tәrәfi onu da qeyd etmәyi vacib hesab edir ki, Tәqsirlәndirilәn şәxs ailәlidir, himayәsindә bir azyaşlı övladı vardır, daimi yaşayış yeri mәlumdur, әmәli sübuta yetirilmәmişdir. Odur ki, hesab edir ki, bütün bu hallar müşavirә otağında yenidәn qiymәtlәndirilmәli vә nәzәrә alınmalıdır. Hәmçinin, Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmündәn dövlәt ittihamçısı apellyasiya protesti verәrәk hökmdәn Cinayәt Mәcәllәsinin 70-ci maddәlәri ilә olan müddәaların xaric edilmәsini xahiş etmişdir. Apellyasiya protesti onunla әsaslandırılmışdır ki, tәqsirlәndirilәn şәxs ona elan edilmiş ittiham üzrә cinayәtlәri tәkrarәn, çoxsaylı qurbanlar (insan alverindәn әziyyәt çәkәn) barәsindә törәtmişdir. Hәmin hal cinayәt әmәllәrinin tәsadüfi deyil, sistemli vә tәkrar xarakter daşıdığını, bir neçә zәrәrçәkmiş şәxsә qarşı (zәrәrçәkmiş şәxs4, zәrәrçәkmiş şәxs2, zәrәrçәkmiş şәxs1, zәrәrçәkmiş şәxs3) törәdildiyini göstәrir. Tәkrarçılıq vә insan alveri qurbanlarının sayının çoxluğu Tәqsirlәndirilәn şәxs ictimai tәhlükәlilik dәrәcәsini daha da artırır. Tәqsirlәndirilәn şәxsin cinayәt әmәlinin törәdilmә üsulları vә zәrәrçәkmiş şәxslәrin vәziyyәti ilә bağlı xüsusilә vurğulanmalıdır ki, cinayәt insan alverinin qurbanlarının zәifliyindәn zәrәrçәkmiş şәxslәrin işsiz olduğu üçün maddi vәziyyәtinin ağır olmasına görә zәiflik vәziyyәtindәn sui-istifadә etmәklә törәdilmişdir. Hәmin hal Tәqsirlәndirilәn şәxs insan alveri qurbanlarının çarәsizliyindәn mәnfәәt әldә etdiyini göstәrir. Bununla yanaşı, Tәqsirlәndirilәn şәxs tәrәfindәn cinayәt "aldatma yolu ilә", "hәdә-qorxu gәlmә", "mәcburetmә yolu ilә" törәdilmişdir ki, hәmin xüsusatlar zәrәrçәkmiş şәxslәrin ifadәlәrindә psixoloji tәzyiqlәr, sәnәdlәrinin alınması, borc altında saxlanılma vә qorxudulma formasında öz әksini tapır. Psixoloji ekspertizaların nәticәlәri dә zәrәrçәkmiş şәxslәrin psixoloji tәzyiq vә mәcburiyyәt altında olduğunu tәsdiqlәyir. Cinayәt hüququ doktrinasında qәbul edilmiş mövqeyә görә şәrti mәhkum etmә istisna xarakterli humanist institut olub yalnız o hallarda tәtbiq edilir ki, törәdilmiş cinayәtin ictimai tәhlükәlilik sәviyyәsi cәzanın real icrasını zәruri etmәsin. Lakin, mәhkәmә hökmündә törәdilmiş әmәlin ictimai tәhlükәlilik dәrәcәsi, onun cәmiyyәt üçün doğurduğu risklәr, hüquq qaydasının qorunması baxımından nәticәlәri qiymәtlәndirilmәmişdir. Belә şәraitdә şәrti mәhkum etmәnin tәtbiqi cәzanın preventiv vә tәrbiyәvi mәqsәdlәrinә ziddir. Bununla yanaşı qeyd edilmәlidir ki, mәhkәmә tәrәfindәn cәzanın fәrdilәşdirilmәsi prinsipi formal şәkildә tәtbiq edilmişdir. Cinayәt hüququnun fundamental prinsiplәrindәn biri olan cәzanın fәrdilәşdirilmәsi prinsipi tәlәb edir ki, mәhkәmә cinayәtin törәdilmә üsulunu, onun nәticәlәrini, tәqsirlәndirilәn şәxsin davranışını hәrtәrәfli tәhlil etsin. Lakin hökmdә Tәqsirlәndirilәn şәxs şәxsiyyәtinin vә törәtdiyi әmәlin konkret xüsusiyyәtlәrinin dәrin hüquqi tәhlili aparılmamış, şәrti mәhkum etmә faktiki olaraq formal yanaşma ilә tәtbiq edilmişdir. Bu isә cәzanın fәrdilәşdirilmәsi prinsipinin pozulmasına sәbәb olmuşdur. Yuxarıda qeyd edilәnlәrә әsasәn Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәri tәqsirlәndirilmәsinә dair cinayәt işi üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ## ###### 2026cı il tarixli hökmü cinayәt qanununun normaları düzgün tәtbiq edilmәklә Tәqsirlәndirilәn şәxs barәsindә CM-in 70-ci maddәsinin tәtbiq olunmasına dair müddәalar hökmdәn xaric edilmәklә dәyişdirilmәlidir. Azәrbaycan Respublikası CPM-in 399.1.4-cü maddәsinә әsasәn cinayәt qanunu normasının düzgün tәtbiq edilmәmәsi birinci instansiya mәhkәmәsinin hökmünün lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Azәrbaycan Respublikası CPMnin 403.0.2-ci maddәsinә әsasәn tәtbiq edilmәli olmayan cinayәt qanunu normasının tәtbiq edilmәsi birinci instansiya mәhkәmәsinin hökm vә qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Azәrbaycan Respublikası CPM-nin 399.1.4 vә 403.0.2-ci maddәlәrinә әsasәn cinayәt qanunun normasının düzgün tәtbiq olunmaması birinci instansiya mәhkәmәsinin hökm vә qәrarının lәğv edilmәsi vә ya dәyişdirilmәsi üçün әsasdır. Mәhkәmә kollegiyasının iclasında mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs vә onun müdafiәçisi müdafiәçi2 apellyasiya şikayәtindә göstәrilәn әsaslarla Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmünün lәğv edilmәsini, dövlәt ittihamçısının protestinin tәmin edilmәmәsini vә elan olunmuş ittiham üzrә Tәqsirlәndirilәn şәxs bәraәt verilmәsini xahiş etdilәr. Mәhkәmә kollegiyasının iclasında dövlәt ittihamçısı dövlәt ittihamçısı1 İsmayıl oğlu verilmiş apellyasiya şikayәtinin dәlillәrini әsassız hesab edәrәk tәmin edilmәmәsini, apellyasiya protestinin tәmin edilmәsini vә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** nömrәli hökmündәn CM-nin 70-ci maddәsinә aid olan müddәaların xaric edilmәsini xahiş etdi. Mәhkәmә kollegiyası cinayәt işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayәtinin vә apellyasiya protestinin dәlillәrini müzakirә edәrәk, dövlәt ittihamçısının, mәhkum edilmiş şәxsin vә onun müdafiәçisinin fikirlәrini dinlәyәrәk hesab edir ki, verilmiş apellyasiya şikayәti vә apellyasiya protesti әsassız olduğundan tәmin edilmәmәli, iş üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmü dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.2-ci maddәsinin tәlәbinә görә birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş faktiki hallar apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn yalnız apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya mәhkәmәsi tәrәfindәn cinayәt qanununa vә bu Mәcәllәnin normalarına riayәt edilmәsi apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin dәlillәrindәn asılı olmayaraq yoxlanılır. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin mәzmununun tәqsirlәndirilәn şәxsә bәraәt verilmәsi ilә bağlı olduğunu nәzәrә alaraq hesab edir ki, hәmin dәlillәri tәkzib edәcәk birinci instansiya mәhkәmәsinin hökmünün әsaslandırıcı hissәsini tam tәkrarlamamaqla, apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә bәzi mәqamları hazırki qәrarda qeyd etmәyi zәruri vә әsaslı hesab edir. Belә ki, birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı tәqsirlәndirilәn şәxs qismindә dindirilmiş Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası CM-nin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәri ilә ona qarşı irәli sürülmüş ittiham üzrә özünü tәqsirli bilmәyәrәk ifadәsindә göstәrmişdir ki, o heç kimi Türkiyәyә getmәk üçün mәcbur etmәmiş, “Whatsapp” proqramı vasitәsi ilә statusda Quşadasında gәzmәli, istirahәt etmәli yerlәrin şәkil vә videolarını paylaşmış, hәmin xanımlar da paylaşımları gördükdәn sonra müştәrilәrә xidmәt göstәrmәk istәdiklәrini bildirmişlәr. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş şәxs qismindә dindirilmiş zәrәrçәkmiş şәxs4 ifadәsindә göstәrmişdir ki, mәhkәmәdә ona tәqdim olunan tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tanımış, Nisә ilә “Ərzurum” şadlıq evindә keçirilәn ad günü tәdbirindә tanış olmuş, Nisә ilә bir-birilәrinin nömrәsini götürüb, arada “WhatsApp” proqramı vasitәsi ilә danışmış, bir müddәtdәn sonra Nisә ona Türkiyәyә gedibgәldiyini, orada tanışlarının çox olduğunu, orada işlәrin yaxşı olduğunu bildirmiş vә ona Türkiyәdә işlәmәyi tәklif etmiş, o әvvәlcә qızının azyaşlı olduğuna görә getmәk istәmәmiş, lakin sonra uşağa baxmaq çәtin olduğu üçün Nisә ilә razılaşmış, o Nisә ilә birlikdә Türkiyәnin Diyarbәkir şәhәrinә getmiş, orada onları Hüseyn adlı şәxs qarşılamış, hәmin şәxs ona bildirmişdir ki, onun biletini aldığı üçün o hәr gün bura gәlәn insanlarla cinsi әlaqәdә olmalı vә onun pulunu qaytarmalı, ona әvvәlcә etiraz etsә dә sonra düşünmüş ki, onun Azәrbaycana qayıtmağı üçün başqa yolu yoxdur, bu sәbәbdәn razılaşmış, o orada 1- 2 hәftә qalmış, Hüseynin onun üçün xәrclәdiyi pulları qaytarmış, sonra Nisә hәmin evә gәlmiş vә o Nisә ilә birlikdә Bakı şәhәrinә qayıtmış, Bakı şәhәrinә qayıtdıqdan sonra Nisә ilә әlaqәsi kәsilmiş, o başına gәlәn hadisәlәri heç kimә deyә bilmәmiş, 2-3 il sonra yәni, 2024-cü ildә, novruz bayramı әrәfәsindә Nisә Gül adlı ortaq rәfiqәsi ilә birlikdә onlara gәlmiş, Nisә bildirdi ki, o da Hüseyn adlı şәxs tәrәfindәn aldadılmış, hәyatda hamımız sәhv edә bilәrik, o da sәhv etmiş, o da düşünmüş ki, hәyatda sәhvsiz insan yoxdur vә Nisә ilә barışmış, Nisә ilә bir-birilәrinin evinә gәliş-gediş olmuş, sonra Nisә Quşadasının turizm yeri olduğunu, işlәrin daha qazanclı olduğunu bildirmiş vә ona Quşadasına getmәyi tәklif etmiş, o düşünmüş ki, insan bir dәfә sәhv edә bilәr vә Nisә ilә birlikdә Quşadasına getmәyә razılaşmış, Nisә bildirmiş ki, bilet pulu 500-600 manatdır, ora gedәndәn sonra maaşından hissә-hissә verәrsәn, onlar Quşadasına getmiş, orada onları Mehmet adlı kök bir şәxs qarşılamış, qaldıqları mәnzildә başqa qadınlar da olmuş, onun sәnәdlәri Mehmetdә imiş, çünki bilet pulu ödәnilәnә qәdәr onda qalmalı olmuş, axşam saat 9-da kluba getmiş, klubda oturarkәn klubun administratoru ona yaxınlaşmış, borclu olduğunu vә işlәyib hәmin pulu onlara qaytarmalı olduğunu bildirmiş, o orada heç kimi tanımadığı üçün Azәrbaycana geri qayıtmaq üçün heç kimdәn kömәk istәyә bilmәmiş, onların özlәrinin sürücüsü olmuş, onları aparıb-gәtirirmiş, onların icazәsi olmadan bayıra çıxa bilmәmiş, o mәcbur qalıb hәmin hәyatı yenidәn yaşamış, onların mәnim üçün xәrclәdiklәri pulu qaytarmış, sonra o ağlamış ki, Azәrbaycana qayıtmaq istәyirmiş, sonra o Azәrbaycana qayıtmış, qayıtdıqdan sonra heç kimә heç nә demәmiş, nömrәni dәyişmiş, Nisә ilә әlaqәsi kәsilmiş, sonra onu Daxili İşlәr Nazirliyinin İnsan Alverinә qarşı Mübarizә Baş İdarәsinә dәvәt etmişlәr, orada ondan Nisә ilә Türkiyәyә hansı sәbәbdәn getmәyini soruşmuş, o әvvәlcә qorxduğu üçün boynuna almamış, bildirmiş ki, belә bir şey olmamış, o Nisәni tanımırmış, ona bildirmişlәr ki, get düşün vә düzünü danış, çünki yalan danışdığın üçün sәnin barәndә cinayәt işi açıla bilәr. Zәrәrçәkmiş şәxs ona verilmiş suallara cavab olaraq, ona qazanc qalmadığını, ancaq xәrclәri ödәdiyini, Diyarbәkir şәhәrinә getdiyini, sәnәdlәrini Hüseyn adlı şәxsin götürdüyünü, Nisәnin onu Hüseyn adlı şәxsin yanında qoyduğunu, hәmin gün çıxıb getdiyini, Diyarbәkir şәhәrinә gedәndә sәnәdlәrinin Nisәdә olduğunu, gün әrzindә 2-3 nәfәr müştәri ilә görüşdüyünü, müştәrilәrin pulu ona vermәdiyini, Diyarbәkir şәhәrinә getmәyi üçün 600-700 manat xәrc çәkdiklәrini, Diyarbәkir şәhәrindә 15-20 gün qaldığını, müştәri ilә görüşmәyin qiymәtini bilmәdiyini, Nisә bildirmiş ki, Quşadasında otel işlәri çoxdur, xadimә kimi işlәyә bilәcәyini, Quşadasına getdiyi gün yox, sәhәri gün müştәrilәrlә görüşmәyә başladığını, Quşadasında gündә 2 nәfәr müştәri ilә görüşdüklәrini, Quşadasında Nisә ilә eyni evdә qaldığını, sәnәdlәri Mehmetdә olduğunu, Nisә dә müştәrilәrlә görüşdüyünü, Quşadasında 10-15 gün qaldığını, o Quşadasından Azәrbaycana tәk qayıtdığını, sәnәdini Mehmetin qaytardığını, O 2-ci dәfә Türkiyәyә gedәndә müştәrilәrlә görüşәcәyini bilmәdiyini, ikinci dәfә Türkiyәyә gedәndә Nisәnin ona başqa işdә işlәyәcәyini dediyini vә müştәrilәrlә görüşәcәyini demәdiyini bildirmişdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş şәxs qismindә dindirilmiş zәrәrçәkmiş şәxs3 İlham qızı ifadәsindә göstәrmişdir ki, mәhkәmәdә ona tәqdim olunan tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tanımış, o gözәllik salonunda işlәmiş, Nisә ilә gözәllik salonunda tanış olmuş, Nisә ilә bir-birilәrinin nömrәsini götürüb, arada “WhatsApp” proqramı vasitәsi ilә danışmış, bir müddәtdәn sonra Nisә onunla görüşmәk istәdiyini bildirmiş, o Nisә ilә görüşdükdә, Nisә Türkiyәdә gözәllik salonunda işlәdiyini bildirmiş vә ondan orada işlәmәk istәyib-istәmәdiyimi soruşmuş, o da istәmәdiyini bildirmiş, Nisә ilә ayrıldıqdan sonra onun ilә 1-2 dәfә telefon vasitәsi ilә danışmış, sonra yenә onunla görüşmüş, Nisә Türkiyәdә gözәllik salonunda yaxşı iş olduğunu vә Azәrbaycana çoxlu pul ilә qayıdacağını bildirmiş, o da razılaşmış, lakin Türkiyәyә getmәk üçün pulunun olmadığını bildirmiş, Nisә mәni görüntülü zәnglә Mehmet adlı şәxslә danışdırmış, Mehmet bildirdi ki, onun “kuaföründә” yaxşı işlәr var, o da ona bilet almaq üçün pulunun olmadığını bildirmiş, sonra o pasportunun şәklini Mehmetә göndәrmiş, o onun üçün bilet almıış, Nisә ona Türkiyәdә evdә qalacağını bildirmiş, lakin onu otelә aparmış, 1 gün oteldә dincәldikdәn sonra Nisә gözәllik salonunda yaxşı pul qazana bilmәyәcәyini bildirmiş vә ona müştәrilәrlә cinsi әlaqәdә olmağını tәklif etmiş, o Nisәyә etiraz etmiş, Nisә biletin pulunu qaytarmalı olduğunu bildirmiş, sonra o Nisәnin dediklәri ilә razılaşmış vә fahişәliklә mәşğul olmuş, onlar gündә 2-3 müştәri ilә görüşmüş, müştәrilәrdәn pulu Nisә almış, yarısını özünә götürmüş, yarısını isә onlara vermiş, o әvvәllәr dә Türkiyәyә getmiş, Nisәdәn sonra da getmiş, lakin fahişәliklә mәşğul olmamış, o Nisә ilә yola getmәmiş, 1 dәfә Nisә ilә dalaşmış, o Nisәyә getmәk istәdiyini bildirmiş, Nisә isә işlәmiş, çәkilmiş xәrclәri ödәmәli olduğunu bildirmiş, Nisә ilә oteldә dalaşanda sәs-küyә otelin işçilәri gәlmiş, sonra Nisә onu oteldә qoyub getmiş, sonra Nisә telefonda otelin pulunu vermәli olduğunu bildirmiş, o da üzәrindә olan pulları otelә vermiş, pulu qalmamış, o Rasim adlı oğlana zәng etmiş, başına gәlәnlәri ona danışmış, Rasim ona online bilet almış vә Azәrbaycana qayıtmışdır. Mәhkәmә iclasında ona verilmiş suallara cavab olaraq zәrәrçәkmiş şәxs3 İlham qızı, müştәrilәrin onları seçdiyini, onların müştәri seçmәk hüququ olmadığını, onların “Çukur” klubda olduğunu, müştәrilәrin özlәrinin ora gәldiyini, müştәrilәrlә qiymәti Nisәnin danışdığını, müştәrilәrdәn pulu Nisәnin aldığını, yarısını onlara verdiyini, yarısı özünә qaldığını, müştәridәn imtina edә bilmәdiyini, çünki Nisәnin onlara hәdә-qorxu gәldiyini, otelin xәrcini özlәrinin ödәdiyini, Nisәnin onu 12 gün müddәtindә istismar etdiyini, gündә 2-3 müştәri ilә görüşdüyünü, Nisәdәn әvvәl Türkiyәdә olduğunu, onun pasportunun özündә olduğunu, onun sakit tәbiәtli insan olduğu üçün Türkiyәdә hüquq müfahizә orqanlarına şikayәt etmәdiyini, Nisәdәn sonra 2 dәfә Türkiyәyә getmәdiyini, yayda övladıyla Türkiyәyә getdiyini, әvvәllәr Türkiyә vәtәndaşı ilә evli olduğunu, Nisәnin onu Türkiyәyә gözәllik salonunda işlәmәk üçün apardığını, Nisә ona müştәrilәrlә görüşәcәyini deyәndә etiraz etdiyini, bileti Mehmet aldığı üçün qiymәtini bilmәdiyini, o müştәrilәrlә 3-4 min TL-yә görüşdüyünü, müştәrilәrlә gecә görüşdüyünü, gündüzlәr oteldә yatdığını, әylәndiklәrini, gündüzlәr gәzmәyә getdiyini, gәzmәyә Nisә vә onun sevgilisi ilә getdiyini, 12 gündәn sonra Azәrbaycana qayıtmaq üçün bileti Rasimin aldığını, 2-ci dәfә bileti sevgilsinin aldığını, o şәhәrә gәzmәyә çıxanda qorxduğu üçün hüquq-müfahizә orqanlarına şikayәt etmәdiyini, Azәrbaycana qayıdandan bir müddәt sonra onu İnsan Alverinә qarşı Mübarizә Baş İdarәsinә dәvәt etdiklәrini, Azәrbaycana qayıdandan sonra çәkindiyi üçün Nisәdәn şikayәt etmәdiyini, Nisәdәn şikayәtçi olduğunu, otelin gündәlik pulunun 1500-2000 TL olduğunu, müştәrilәrlә görüşmәyә mәcbur olduğunu, Nisәnin biletin pulunu qaytarmalı olduğunu vә biletin qiymәtini bilmәdiyini, onu İnsan Alverinә qarşı Mübarizә Baş İdarәsinә çağırmasaydılar, Nisәdәn şikayәt etmәyәcәyini bildirmişdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş şәxs qismindә dindirilmiş X7 ifadәsindә göstәrmişdir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tanıyırmış, Nisә ilә 2023-cü ildә ad günü tәdbirindә tanış olmuş, Nisә ilә bir-birilәrinin nömrәsini götürmüş, arada telefon vasitәsi ilә danışmış, Nisә 2024-cü ildә statuslar paylaşmış, hәmin vaxt maddi vәziyyәti pis olmuş, bu barәdә Nisәyә danışmış, Nisә ona Türkiyәdә yaşlı insanlara vә ya uşaqlara baxmaq işini tәklif etmiş, o isә razılaşmamış, Nisә ona gün әrzindә 3-4 dәfә zәng etmiş Türkiyәyә gәlmәyә tәkid etmiş, bir müddәtdәn sonra Nisә yenә ona iş tәklifi etmiş, hәmin vaxt maddi vәziyyәti pis olmuş, çoxlu borcu olmuş, o Nisәyә bilet almaq üçün pulunun olmadığını bildirmiş, o Nisәyә pasportunun şәklini göndәrmiş, Nisә ona bilet almış, Nisә ona bildirmiş ki, İzmirә gәlsin onu qarşılayacaq, lakin Nisә onu qarşılamağa gәlmәmiş, o başqa şәxsin telefonundan Nisәyә zәng etmiş, Nisә avtobusa bilet almış, o Quşadasına getmiş, Nisә onu qarşılamış kirayә qaldığı evә aparmış, növbәti gün Nisә ona iş tapmağın çәtin olduğunu, özünün dә işlәmәdiyini bildirmiş, sonra Nisә bir nәfәrin әylәncә mәkanı olduğunu bildirmiş vә ora getmәyi tәklif etmiş, o da razılaşmış, Nisә ilә hәmin әylәncә mәkanına getmiş, orada Nisә pul qarşılığında müxtәlif kişilәrlә cinsi әlaqәdә olacağını bildirmiş, o razılaşmış, Nisә bilet pulunu qaytarmalı olduğunu bildirmiş, Nisә pasportunu ondan almaq istәmiş, lakin o vermәmiş, ilk dәfә Türkiyәyә getmiş, heç bir yeri tanımamış, müştәrilәrlә qiymәti Nisә danışmış, tәxmini 1 ay Türkiyәdә qalmış, hәftәdә 1-2 dәfә müştәrilәrlә görüşmüş, Azәrbaycana qayıtmağına yaxın müştәrilәrdәn biri ilә sevgili olmuş, Azәrbaycana qayıdandan sonra da onunla әlaqә saxlamışdır. Mәhkәmә iclasında verilәn suallara cavab olaraq X7, Nisәni tanımamışdan әvvәl fahişәliklә mәşğul olmadığını, Türkiyәdә pul qazanmadığını, lakin Azәrbaycana qayıdanda Nisәnin ona 1000 manat pul verdiyini, O Nisәdәn aldığı 1000 manat puldan 200 manat kirayә pulu, 2500 TL dә kammunal xәrclәri verdiyini, Nisә ay yarım әrzindә ona cәmi 1000 manat pul verdiyini vә Nisәdәn şikayәtçi olduğunu bildirmişdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı zәrәrçәkmiş şәxs qismindә dindirilmiş zәrәrçәkmiş şәxs1 ifadәsindә göstәrmişdir ki, tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tanıyırmış. Nisә ilә gözәllik salonunda tanış olmuş, Nisә ilә birbirilәrinin nömrәsini götürüb, arada telefon vasitәsi ilә danışmış, bir müddәtdәn sonra Nisә ona Türkiyәdә olduğunu vә orada iflic olan uşağa baxmağa işçi axtardıqlarını bildirmiş vә ona hәmin işi tәklif etmiş, o şәxsiyyәt vәsiqәnin şәklini Nisәyә göndәrmiş, Nisә ona bilet almış, Türkiyәyә getmiş, Türkiyәdә onu Nisә özü qarşılamış, Nisәyә iş üçün bir çox adam zәng etmiş, lakin alınmamış, sonra Nisә ona biletin pulunu vә kirayә pulunu vermәli olduğunu bildirmiş, 4 gündәn sonra Nisә qaldıqları evin sahibinin әylәncә mәkanı olduğunu bildirmiş vә ora getmәyi tәklif etmiş, o da razılaşmış, Nisә ilә hәmin әylәncә mәkanına getmiş, orada Nisә pul qarşılığında müxtәlif kişilәrlә cinsi әlaqәdә olacağını bildirmiş, o razılaşmamış, Nisә gündәlik kirayә, gündәlik yemәk vә bilet pulunu “patrondan” aldığını bildirmiş, onun Nisәyә 800-1000 manata yaxın borcu olmuş, o Nisәnin dediklәri ilә razılaşmış vә Nisәyә olan borcunu qaytarmış, sonra Azәrbaycana gәlmiş, bir müddәt Nisә ilә әlaqәsi olmamış, sonra Nisә ona zәng etmiş, ondan üzr istәmiş vә ona Türkiyәdә iş tәklif etmiş, o 2-ci dәfә yenә Türkiyәyә getmiş, lakin orada heç 3 gün qalmamış, Türkiyәyә getdiyi gün Nisә kirayә yaşadığı evin sahibi ilә dalaşdığı üçün otelә getmiş, sonra o otelin sahibindәn ona bilet almağı xahiş etmiş, o da bilet almış vә Azәrbaycana gәlmişdir. Mәhkәmә iclasında verilәn suallara cavab olaraq zәrәrçәkmiş şәxs1, şirniyyatçı işlәdiyini, Nisә ilә gözәllik salonunda tanış olduğunu, Nisәnin xәstә uşağa baxdığını bildirdiyini, әrinin 2012-ci ildә vәfat etdiyini, ona 1800 manat maaşı olan iş tәklif etdiyini, Nisәnin bileti ev sahibinin alacağını bildirdiyini, Quşadasına mart ayının sonları getdiyini vә 1 ay orada qaldığını, onun müştәri seçmәk imkanı olmadığını, müştәrilәrlә Nisә danışdığını, müştәrilәrdәn pulu Nisәnin aldığını, onları taksi aparıb-gәtirdiyini, Nisә ona “patron” sәnin başını kәsә bilәcәyini, Nisә onun Türkiyәyә getmәyi vә orada qalmağı ilә bağlı xәrclәri “patron”-un verdiyini, gündә 1 müştәri ilә görüşdüyünü, o borcunu bağlayan kimi Azәrbaycana qayıtdığını, Azәrbaycana qayıtmaq üçün bilet pulunu başqa bir şәxs verdiyini, o Türkiyәdә hüquq-müfahizә orqanlarına müraciәt etmәyә qorxduğunu, Türkiyәdәn qayıdanda 200 dollar pulu olduğunu, “Patronu” görmәmiş vә kim olduğunu bilmәdiyini, Nisәnin qazancının nә qәdәr olduğunu bilmәdiyini, müştәri pulunu Nisәyә verdiyini, müştәri onunla görüşdüyünә görә Nisәyә 100 dollar verdiyini bildirdiyini, borcu qurtardığına görә Nisәnin buraxdığını, Nisә and içdiyinә görә o 2-ci dәfә ona inandığını, Nisәdәn müstәqil şәkildә müştәrilәrә xidmәt göstәrmәdiyini, 2-ci dәfә Türkiyәyә gedәndә istismara mәruz qalmadığını, övladının hәrbiçi olmaq istәdiyini, gәlәcәkdә işinә problem olmasın deyә, hüquq müfahizә orqanlarına şikayәt etmәdiyini, sonradan başqa qadınların cinsi istismara mәruz qalmasını istәmәdiyi üçün Nisәdәn şikayәt etdiyini, digәr zәrәrçәkmiş şәxslәri tanımadığını, Nisәnin digәr şәxslәri dә cinsi istismar etmәsindәn mәlumatı olmadığını, gündә 1 müştәri ilә görüşürdüyünü, Azәrbaycana qayıdandan sonra övladlarının başına iş gәlmәsindәn qorxduğu üçün şikayәt etmәdiyini, şikayәt etdikdәn sonra övladlarının başına iş gәlmәdiyini, özü İnsan Alverinә qarşı Mübarizә Baş İdarәsinә yaxınlaşıb şikayәt etdiyini, ona övladlarının başına heç bir iş gәlmәyәcәyinin deyildiyini, Azәrbaycana qayıdanda bileti Nisәnin aldığını vә ona 200 dollar pul verdiyini, Nisә ilә tanış olmamışdan әvvәl fahişәliklә mәşğul olmadığını, Nisәdәn sonra Türkiyәyә getmәdiyini, Nisәdәn әvvәl Türkiyәyә 2 dәfә getdiyini, xalasıqızının orada әrdә olduğunu, Türkiyәyә avtobusla gedәrkәn Gürcüstan әrazisindәn keçdiyini, İranda olduğunu, İrana İran sobası vә İran xalçası almaq üçün getdiyini, 2017-ci ildә İranda olduğunu, Türkiyәyә gedәndә yol pulunu xalasıqızının verdiyini, 2025-ci ilin mart ayında Türkiyәyә oteldә xadimә işlәmәk üçün getdiyini, Nisәdәn şikayәtçi olduğunu, Nisәyә görә allergiya xәstәliyinә tutulduğunu, Nisәnin ona maddi zәrәr vurduğunu, özünü müalicә etdirә bilmәdiyini, hәyat yoldaşının 2017-ci ildә vәfat etdiyini bildirmişdir. Birinci instansiya mәhkәmәsindә mәhkәmә istintaqı zamanı şahid qismindә dindirilmiş Şahid öz ifadәsindә bildirmişdir ki, ## ###### 2025-ci il tarixdә zәrәrçәkmiş şәxs4 vә zәrәrçәkmiş şәxs3 İlham qızı baş idarәyә әrizә ilә müraciәt edәrәk Qarayevә Nisә Mürsәl qızı tәrәfindәn Türkiyә Respublikasının Diyarbәkir vә Quşadası şәhәrlәrinә aparılmış, hәmin şәhәrdә cinsi istismara mәruz qaldıqlarını bildirmiş, zәrәrçәkmiş şәxs4 vә zәrәrçәkmiş şәxs3 izahatlarını almış, sonra toplanmış materialları Baş Mütәşәkkil Cinayәtkarlıqla Mübarizә İdarәsinin İstintaq İdarәsinә göndәrmişdir. Zәrәrçәkmiş şәxslәrә heç bir tәzyiq göstәrilmәdiyini, zәrәrçәkmiş şәxslәrә bәrpa ilә bağlı vaxt verildiyini, 15-20 gün sonra zәrәrçәkmiş şәxslәrin yenidәn müraciәt etdiyini bildirmişdir. İbtidai istintaq zamanı Daxili İşlәr Nazirliyinin İAMAS xidmәtindәn götürülmüş sәrhәd keçidinә dair sәnәdlәrә baxış keçirilәrkәn müәyyәn edilmişdir ki, Qarayevә Nisә Mürsәl qızının C ******** nömrәli ümum vәtәndaş pasportundan istifadә edәrәk ##.##.2022-ci il tarixdә Sәdәrәk sәrhәd buraxılış mәntәqәsindәn çıxaraq AR-sı әrazisini tәrk etmәsi, ##.##.2022-ci il tarixdә Sәdәrәk sәrhәd buraxılış mәntәqәsindәn keçәrәk AR-sı әrazisinә daxil olması, AA******* nömrәli şәxsiyyәt vәsiqәsindәn istifadә edәrәk: ##.##.2024- cü il tarixdә Bakı X6 çıxaraq AR-sı әrazisini tәrk etmәsi, ##.##.2024-cü il tarixdә Bakı X6 keçәrәk AR-sı әrazisinә daxil olması, ##.##.2024-cü il tarixdә Bakı X6 çıxaraq AR-sı әrazisini tәrk etmәsi, ##.##.2024-cü İl tarixdә Bakı X6 keçәrәk AR-sı әrazisinә daxil olması müәyyәn edildi. Bundan әlavә zәrәrçәkmiş şәxs4 AA ******* nömrәli şәxsiyyәt vәsiqәsindәn istifadә edәrәk ##.##.2022-ci il tarixdә Sәdәrәk sәrhәd buraxılış mәntәqәsindәn çıxaraq AR-sı әrazisini tәrk etmәsi, ##.##.2022-ci il tarixdә Sәdәrәk sәrhәd buraxılış mәntәqәsindәn keçәrәk AR-sı әrazisinә daxil olması, ##.##.2024-cü il tarixdә Bakı X6 çıxaraq AR-sı әrazisini tәrk etmәsi, ##.##.2024-cü il tarixdә Bakı X6 keçәrәk AR-sı әrazisinә daxil olması müәyyәn edildi. Bundan әlavә zәrәrçәkmiş şәxs3 İlham qızının AA******* nömrәli şәxsiyyәt vәsiqәsindәn istifadә edәrәk ##.##.2024-cü il tarixdә Bakı X6 çıxaraq AR-sı әrazisini tәrk etmәsi, ##.##.2024-cü il tarixdә Bakı X6 keçәrәk AR-sı әrazisinә daxil olması müәyyәn edildi. Bundan әlavә zәrәrçәkmiş şәxs1 AA******* nömrәli şәxsiyyәt vәsiqәsindәn istifadә edәrәk ##.##.2024-cü il tarixdә Bakı X6 çıxaraq AR-sı әrazisini tәrk etmәsi, C******** nömrәli ümumvәtәndaş pasportundan istifadә etmәklә ##.##.2024-cü il tarixdә Bakı X6 keçәrәk ARsı әrazisinә daxil olması müәyyәn edildi. Bundan әlavә zәrәrçәkmiş şәxs2 C******** nömrәli ümumvәtәndaş pasportundan istifadә edәrәk ##.##.2024-cü il tarixdә Bakı X6 çıxaraq AR-sı әrazisini tәrk etmәsi, ##.##.2024-cü il tarixdә Bakı X6 keçәrәk AR-sı әrazisinә daxil olması müәyyәn edildi. (cild İ: iş vәrәqәsi 294) Azәrbaycan Respublikası Daxili İşlәr Nazirliyinin Baş Əmәliyyat Statistik vә İnformasiya İdarәsi tәrәfindәn verilmiş tәlәbnamәdәn görünür ki, tәqsirlәndirilәn şәxs Qarayevә Nisә Mürsәl qızı әvvәllәr mәhkum olunmamışdır (cild İ: iş vәrәqәsi 210). Zәrәrçәkmiş şәxslәr zәrәrçәkmiş şәxs3 İlham qızı, X7, zәrәrçәkmiş şәxs4 vә zәrәrçәkmiş şәxs1 mәhkәmәyә notariat qaydada tәsdiq olunmuş әrizә ilә müraciәt edәrәk Qarayevә Nisә Mürsәl qızı ilә barışdıqlarını, tәqsirlәndirilәn şәxsә qarşı heç bir şikayәtlәrinin, tәlәblәrinin vә iddialarının olmadığını bildirmişlәr. Mәhkәmә kollegiyası Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 144-cü maddәsini rәhbәr tutaraq qeyd edir ki, Tәqsirlәndirilәn şәxs barәsindә aparılan cinayәt tәqibi üzrә toplanmış sübutlar tam, hәrtәrәfli vә obyektiv yoxlanılmalıdır. Qanunun tәlәbinә әsasәn toplanmış sübutlar tәhlil olunmalı vә bir-biri ilә müqayisә edilmәli, әldә olunmuş sübutların mәnbәyinin mötәbәrliyi müәyyәnlәşdirilmәlidir. Bundan әlavә, Azәrbaycan Respublikasının Cinayәt-Prosessual Mәcәllәsinin 143 vә 145-ci maddәlәrinә әsasәn, sübutların toplanılması ibtidai araşdırma vә mәhkәmә baxışı zamanı dindirmә, üzlәşdirmә, götürmә, axtarış, baxış, ekspertiza, tanınmaya tәqdim etmә vә digәr prosessual hәrәkәtlәrlә hәyata keçirilir. Hәr bir sübut mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliyi üzrә qiymәtlәndirilir. Cinayәt tәqibi üzrә toplanmış bütün sübutların mәcmusuna isә ittihamın hәlli üçün onların kifayәt etmәsinә әsasәn qiymәt verilir. Mәhkәmә kollegiyası ilk olaraq müdafiә tәrәfinin verdiyi apellyasiya şikayәtinә münasibәt bildirәrәk qeyd edir ki, mübahisәlәndirilәn hökmdә iş halları hәrtәrәfli, tam vә obyektiv tәdqiq edilib, sübutlar toplusuna mәcmu halında qiymәt verilәrәk, düzgün olaraq tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 144-1.2.1, 144-1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәrindә nәzәrdә tutulan cinayәti törәtmәsi mötәbәr sübutlarla tәsdiq edilmiş vә әmәl düzgün tövsif edilmiş vә әdalәtli hökm qәbul edilmişdir. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 177.2.3-1-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2015-ci il tarixli qәrarına görә, cinayәt hüququnda cinayәtin tövsifi dedikdә, törәdilmiş ictimai tәhlükәli әmәldә müvafiq cinayәt tәrkibinin müәyyәn edilmәsi başa düşülür. Tövsif törәdilmiş әmәlin faktiki hallarının cinayәt tәrkibinin әlamәtlәrinә dәqiq uyğun gәlmәsinin müәyyәn edilmәsinә yönәlmiş ardıcıl vә mәntiqi prosesdir. Buna görә dә, onun ilkin şәrti törәdilmiş әmәlin hüquqi әhәmiyyәt kәsb edәn faktiki hallarının müәyyәn edilmәsindәn vә qiymәtlәndirilmәsindәn ibarәtdir. Törәdilmiş әmәlin faktiki halları müәyyәn edilәrkәn cinayәtin obyektinә, obyektiv cәhәtinә, subyektinә vә subyektiv cәhәtinә görә istәnilәn cinayәt tәrkibinә xas olan әlamәtlәrin tәsnifatı aparılır. Bu zaman әmәlin xüsusiyyәtlәri, subyekti müәyyәn edilir, onun motiv vә mәqsәdlәri aydınlaşdırılır, nәticәlәrinin xarakteri müәyyәnlәşdirilir. İş üzrә әhәmiyyәtli olan bütün faktiki hallar müәyyәn edildikdәn sonra şәxsin törәtdiyi, qanunla qadağan olunmuş ictimai tәhlükәli әmәlin tövsifi üçün müvafiq cinayәt hüquq norması tәtbiq edilir. Cinayәtin tövsifinin digәr şәrti törәdilmiş ictimai tәhlükәli әmәlin tәrkibinin seçilmiş normada tәsvir edilәn tәrkibә uyğunluğunun müәyyәn edilmәsindәn ibarәtdir. Cinayәt-Prosessual Mәcәllәsinin 139-cu maddәsi bu normada tәsbit olunmuş digәr hallarla yanaşı, cinayәt hadisәsinin baş vermә faktının vә hallarının, cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәldә cinayәtin әlamәtlәrinin vә şәxsin tәqsirliliyinin sübutlara әsasәn müәyyәn edilmәsini tәlәb edir. CPM-in 349.5-ci maddәsinә әsasәn mәhkәmә hökmünün әsaslı olması üçün mәhkәmәnin gәldiyi nәticәlәr yalnız mәhkәmә istintaqında tәdqiq edilmiş sübutlara әsaslanmalı, bu sübutlar ittihamın qiymәtlәndirilmәsi üçün kifayәt etmәli vә mәhkәmәnin müәyyәn etdiyi hallar onun tәdqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayәt mühakimә icraatının prinsiplәrinә, sübutetmәyә dair cinayәt-prosessual normalara, mәhkәmә aktının әsaslılığına dair meyarla birlikdә götürmәklә baxdıqda aydın olur ki, hәmin müddәalar tәlәb edir ki, mәhkәmә cinayәt işlәrinә faktlar әsasında baxsın, faktların müәyyәn edilmiş sayılması üzrә qәnaәtini isә belә nәticәyә gәlmәk üçün kifayәt edәn, hәqiqiliyinә, yaranma mәnbәyinә, әldә edilmәsi hallarına şübhә olmayan (tam, hәrtәrәfli vә obyektiv yoxlanılmış), mәnsubiyyәti, mümkünlüyü, mötәbәrliliyi üzrә lazımınca qiymәtlәndirilmiş işә aid olan vә bir-biri ilә uzlaşan sübutların mәcmusu ilә әsaslandırsın. Yalnız belә olduqda, mәhkәmә cinayәt-prosessual qanunun 28-ci maddәsi ilә ehtiva olunan vәzifәlәrini yerinә yetirmiş ola, onun qәbul etdiyi qәrar isә (o cümlәdәn, şәxsin ona istinad edilәn cinayәtin törәdilmәsindә tәqsirli olması barәdә nәticә) әsaslı sayıla bilәr. Hәmçinin, Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun “Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 244.1-ci maddәsinin şәrh edilmәsinә dair” ## #### 2011-ci il tarixli Qәrarında da qeyd edilmişdir ki, cinayәtin tövsifi törәdilәn konkret cinayәt әmәlinin cәhәtlәri ilә cinayәt-hüquq normasının dispozisiyasında nәzәrdә tutulan tәrkib әlamәtlәri arasında uyğunluğu müәyyәn etmәklә, müvafiq prosessual sәnәddә öz әksini tapan vә cinayәt-hüquqi nәticәlәrә sәbәb olan әmәlә verilәn cinayәt hüquqi qiymәtdir. Cinayәtin tövsifi mühüm sosial vә hüquqi әhәmiyyәtә malikdir. Tövsif Cinayәt Mәcәllәsindә müәyyәn edilmiş vәzifәlәrin yerinә yetirilmәsi baxımından, cinayәt qanununu tәtbiq etmәyә sәlahiyyәti olan vәzifәli şәxslәr tәrәfindәn hәyata keçirilәn mühüm mәntiqi proses olub, onun yekununda konkret sosial hadisәyә, cәmiyyәt üçün tәhlükәli olan insan davranışına hüquqi qiymәt verilir. Bu isә ilk növbәdә işin faktiki hallarının hәrtәrәfli öyrәnilmәsini, cinayәt hüquq normasının düzgün seçilmәsini vә onun mәzmununun izah edilmәsini tәlәb edir. “Tәqsirlәndirilәn şәxsin tәqsirliliyi barәdә mәhkәmәnin nәticәsi hәm yetәrlilik, hәm dә inandırıcılıq tәlәblәrinә uyğun olmalı, onun әsasını yalnız elә sübutlar tәşkil etmәlidir ki, hansı ki, qanuna müvafiq, yәni qanuni yolla әldә olunmalıdır” müddәası Avropa Mәhkәmәsinin “Barbera, Messegue vә Habardo İspaniyaya qarşı” işindә xüsusi vurğulanmışdır. Cinayәt-Prosessual Mәcәllәsinin 21.2-ci maddәsinin tәlәblәrinә görә hәmin Mәcәllәnin müddәalarına uyğun surәtdә müvafiq hüquqi prosedura daxilindә ittihamın sübuta yetirilmәsindә aradan qaldırılması mümkün olmayan şübhәlәr tәqsirlәndirilәn şәxsin (şübhәli şәxsin) xeyrinә hәll edilir. Hәmin Mәcәllәnin 145.3-cü maddәsinin tәlәblәrinә görә isә ittihamın sübut olunmasında yaranan şübhәlәri digәr sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhәli vә ya tәqsirlәndirilәn şәxsin xeyrinә tәfsir edilir. Azәrbaycan Respublikası Konstitusiyasının 63-cü maddәsinin tәlәblәrinә görә şәxsin tәqsirli olduğuna әsaslı şübhәlәr varsa, onun tәqsirli bilinmәsinә yol verilmir. Mәhkәmә kollegiyası qeyd edir ki, cinayәt işinin apellyasiya baxışı zamanı Tәqsirlәndirilәn şәxs bәraәt verilmәsi üçün hallar müәyyәn edilmәdiyindәn, ona bәraәt verilә bilmәz, bu barәdә apellyasiya şikayәtinin dәlillәri subyektiv mülahizәlәr üzәrindә qurulmaqla Tәqsirlәndirilәn şәxs cinayәt mәsuliyyәtindәn yayındırmaq cәhdi daşıyır. Mәhkәmә kollegiyası apellyasiya şikayәtinin dәlillәrinә münasibәtdә hәmçinin qeyd edir ki, heç bir sübut mәhkәmә üçün preyudisial әhәmiyyәtә malik deyil vә alınma mәnbәyindәn, növündәn asılı olmayaraq, hәr bir sübut hәrtәrәfli, tam vә obyektiv yoxlanılmalı, iş üzrә toplanmış digәr sübutlarla müqayisәli şәkildә qiymәtlәndirilmәlidir. Hazırki iş üzrә dә işә baxan birinci instansiya mәhkәmәsinin sübut kimi qәbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur vә inandırıcıdır. Mәhkәmә kollegiyası, hәmçinin qeyd edir ki, hökmdәn ittiham tәrәfi apellyasiya protesti verәrәk hökmdәn Cinayәt Mәcәllәsinin 70-ci maddәsinin tәtbiq edilmәsi ilә bağlı olan müddәaların xaric edilmәsini xahiş etmişdir. Mәhkәmә kollegiyası bu hissәdә dә mübahisәlәndirilәn hökmlә razılaşaraq qeyd edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn CM-nin 70-ci maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs barәsindә şәrti mәhkum etmә tәtbiq edilmәsi qanuni vә әdalәtli olmuşdur. Belә ki, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 59.1.12-ci maddәsinә әsasәn Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxslәrlә barışıq әldә etmәsini vә zәrәrçәkmiş şәxslәrin ona qarşı heç bir şikayәtinin vә tәlәbinin olmamasını, Cinayәt Mәcәllәsinin 59.2-ci maddәsinә әsasәn, ilk dәfә cinayәt törәtmәsini onun cәzasını yüngüllәşdirәn hallar kimi nәzәrә almış, Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 61-ci maddәsindә nәzәrdә tutulmuş cәzanı ağırlaşdıran hallar müәyyәn etmәmişdir. Cinayәt Mәcәllәsinin 70.1-ci maddәsinә әsasәn mәhkәmә tәqsirkar şәxsin hәmin normada nәzәrdә tutulmuş cәzaları (o cümlәdәn müәyyәn müddәtә azadlıqdan mәhrum etmә cәzasını) çәkmәdәn islah edilmәsini mümkün sayarsa, cәzanın şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrar qәbul edә bilәr. CM-in 70.2-ci maddәsi mәhkәmәlәrdәn tәlәb edir ki, şәxsin barәsindә şәrti mәhkum etmәni tәtbiq edәrkәn törәdilmiş cinayәtin xarakterini, ictimai tәhlükәlilik dәrәcәsini, mәhkumun şәxsiyyәtini, habelә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alsın. Hәmin Mәcәllәnin 70.3-cü maddәsinә әsasәn şәrti mәhkum etmә tәyin edilәrkәn mәhkәmә tәrәfindәn sınaq müddәti müәyyәn olunur. Bu müddәt әrzindә mәhkum öz davranışı ilә islah olunmasını sübut etmәlidir. Sınaq müddәti altı aydan beş ilәdәk müddәtә müәyyәn edilir. Hәmin Mәcәllәnin 70.5-ci maddәsinә görә isә mәhkәmә şәrti mәhkum etmә tәyin edәrkәn hәmin şәxsin üzәrinә onun islah olunmasına kömәk edәn bir sıra vәzifәlәr qoya bilәr. Qanunun bu normasının tәlәbindәn vә mәnasından belә nәticә hasil olur ki, azadlıqdan mәhrum etmә cәzasına mәhkum olunmuş tәqsirkar barәsindә şәrti mәhkum etmә o vaxt tәtbiq oluna bilәr ki, cәza tәyin edәn mәhkәmә mәhkumun cәza çәkmәdәn islah olunmasını mümkün saymış olsun. Burada әsas meyarlar kimi isә törәdilmiş cinayәtin xarakterinin vә ictimai tәhlükәlilik dәrәcәsinin vә eyni zamanda cәzanın mәqsәdlәrinә nail olunmasının nәzәrә alınması tәlәb olunur. Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsinin Plenumunun bir sıra Qәrarlarında göstәrilmişdir ki, hәr bir cinayәt ilә onun törәdilmәsinә görә tәtbiq olunduğu cәza arasında mәqsәdyönlü vә әsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddәsinin, CM-in 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsi haqqında Konstitusiya Mәhkәmәsi Plenumunun müvafiq olaraq ## #### 2004-cü il vә ## #### 2011-ci il tarixli Qәrarları). “Azәrbaycan Respublikası CM-in 32-ci maddәsinin Azәrbaycan Respublikası Konstitusiyasının 29-cu maddәsinin İV hissәsinә uyğunluğu haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 1999-cu il tarixli Qәrarında ifadә etdiyi hüquqi mövqeyә görә, cinayәt qanunvericiliyinә görә cәza törәdilmiş cinayәt üçün yalnız sitәm olmayıb, eyni zamanda mәhkumları islah etmәk, tәrbiyәlәndirmәk, habelә yeni cinayәt edilmәsinin qarşısını almaq mәqsәdi daşıyır. Hәmçinin, “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 53.4-cü maddәsinin vә Azәrbaycan Respublikası Cәzaların İcrası Mәcәllәsinin 112.1-ci maddәsinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## #### 2011-ci il tarixli qәrarında cәzanın mahiyyәti vә mәqsәdlәri ilә bağlı qeyd edilmişdir ki, cinayәt qanunvericiliyinin quruluşu vә mәzmunu CM-in vәzifәlәrinin tәminatına xidmәt edir. Cinayәt qanunvericiliyinә әsasәn hәr bir cinayәt xarakterli ictimai tәhlükәli әmәl törәdәn şәxs cәzalandırılmalıdır. Cәza bir tәrәfdәn, törәdilәn cinayәtә görә dövlәtin reaksiyasıdır, digәr tәrәfdәn isә cinayәt әmәlini törәdәn üçün onun törәtdiyi cinayәtin cinayәthüquqi nәticәsidir. “Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 512.2 vә 519.0.4-cü maddәlәrinin şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2012-ci il tarixli Qәrarında vurğulanır ki, CM-in 9-cu maddәsinin mәnasına görә cinayәt hüququ şәxsiyyәti, zәrәrçәkәnin hüquqlarını, cәmiyyәtin mәnafeyini qorumaqla yanaşı, öz әmәli ilә sadalanan dәyәrlәrә qәsd edәn tәqsirkar şәxs barәsindә dә humanist mövqedә durmalıdır. Humanizmin anlamı әmәlin kriminallaşdırılmasında vә mәsuliyyәtin differensiasiyasında әdalәt prinsipinin tәlәblәrinin gözlәnilmәsini, cinayәt tәrkibinin mәsuliyyәtin yeganә hüquqi әsası hesab edilmәsini, mәsuliyyәtin tәqsir dәrәcәsindәn asılı olaraq fәrdilәşdirilmәsini, cinayәt hüquqi tәsir tәdbirlәrinә qәnaәt edilmәsini, böyük ictimai tәhlükә törәtmәyәn әmәllәri edәn şәxslәrin qanunla müәyyәn edilmiş әsaslar olduqda mәsuliyyәtdәn vә cәzadan azad edilmәsini nәzәrdә tutur. Cinayәt hüququnda humanizm - cinayәt törәdәn şәxslәrә cәza tәyini zamanı, elәcә dә müxtәlif növ cәzadan şәrti vә şәrtsiz azad etmә institutlarının tәtbiqindә xeyirxahlıq münasibәtini ifadә edir. Azәrbaycan Respublikasının cinayәt qanununun bir sıra institutları mәhz bu prinsipә әsaslanır. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 71.1-ci maddәsinin şәrh edilmәsi haqqında” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun ## ###### 2010cu il tarixli Qәrarında vurğulanmışdır ki, cәza mәhkәmә hökmü ilә tәyin edilәn cinayәthüquqi xarakterli tәdbirdir. Cәza cinayәt törәtmәkdә tәqsirli hesab edilәn şәxsә tәtbiq olunur vә hәmin şәxs barәsindә bu Mәcәllә ilә müәyyәn edilәn mәhrumiyyәtlәr yaradılmasından vә ya onun hüquq vә azadlıqlarının mәhdudlaşdırılmasından ibarәtdir. Cәza sosial әdalәtin bәrpası, mәhkumun islah edilmәsi vә hәm mәhkumlar, hәm dә başqa şәxslәr tәrәfindәn yeni cinayәtlәrin törәdilmәsinin qarşısını almaq mәqsәdi ilә tәtbiq edilir (Cinayәt Mәcәllәsinin 41.1 vә 41.2-ci maddәlәri). Göstәrilәn normalardan aydın olur ki, cәza törәdilmiş cinayәtin hüquqi nәticәsi olmaqla cinayәt qanunu ilә nәzәrdә tutulan hallarda vә hәdlәrdә tәqsirkara qarşı yönәldilir vә onun hәmin cәzanın icrası ilә әlaqәdar mәhrumiyyәtlәrә mәruz qalması cәzanın mәqsәdlәrinә nail olmasına xidmәt edir. Şәrti mәhkum etmә mәhkumun mәhkәmәnin qәrarı ilә tәyin edilmiş vә müvafiq sınaq müddәti әrzindә icra edilmәyәn cәzadan müәyyәn şәrtlәrlә azad edilmәsidir. Lakin, qeyd etmәk lazımdır ki, şәrti mәhkum etmә törәdilmiş cinayәtә görә tәyin edilmiş cәzadan azad olunma kimi qәbul edilmәmәlidir. Belә ki, mәhkәmәnin qәrarı ilә tәtbiq edilmiş şәrti mәhkum etmә mәhkumun cinayәt mәsuliyyәtindәn vә ya cәzadan azad olunmasını nәzәrdә tutmur, әksinә mәhkum barәsindә cәzanın növü vә müddәti, şәrti mәhkum edilmiş şәxsin davranışına nәzarәtin hәyata keçirilmә müddәti müәyyәn edilir. Cinayәt qanunvericiliyi şәrti mәhkum etmәnin cinayәt-hüquqi tәsir tәdbiri olmasından irәli gәlәrәk, mәhkәmәnin mәhkumun üzәrinә müәyyәn vәzifәlәrin qoyulmasını tәlәb edir vә hәmin vәzifәlәrin icrası onun hüquqlarının mәhdudlaşdırılmasına sәbәb olur. Bunlara onun davranışı üzәrindә nәzarәti hәyata keçirәn orqanlara mәlumat vermәdәn daimi yaşayış yerini, tәhsil yerini, iş yerini dәyişmәmәk, müәyyәn yerlәrә getmәmәk vә s. daxildir (Cinayәt Mәcәllәsinin 70.5-ci maddәsi). Şәrti mәhkum etmә cәza növü olmasa da, cәzanın bir çox xüsusiyyәtlәrini özündә ehtiva edir. “Azәrbaycan Respublikasında hәrbi xidmәtә çağırışın әsasları haqqında” Azәrbaycan Respublikası Qanununun 21-ci maddәsinin vә Azәrbaycan Respublikasının Cәzaların İcrası Mәcәllәsinin 180.3-cü maddәsinin müddәalarının şәrh edilmәsinә dair” Konstitusiya Mәhkәmәsi Plenumunun ## ######## 2008-ci il tarixli Qәrarında qeyd edilir ki, “şәrti mәhkum etmә xüsusi cinayәt hüquqi tәsir tәdbiri olmaqla öz tәbiәti etibarilә cinayәt mәsuliyyәtinin realizә olunmasının bir forması vә cәzanın real çәkilmәsindәn azad edilmә institutu kimi çıxış edir”. “Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 18-ci maddәsinin hәmin Mәcәllәnin 70 vә 79-cu maddәlәri baxımından şәrh edilmәsinә dair” Azәrbaycan Respublikası Konstitusiya Mәhkәmәsi Plenumunun # ###### 2021-ci il tarixli Qәrarında vurğulanmışdır ki, cinayәt qanunvericiliyindә mәhkumun tәyin edilmiş cәzanı çәkmәdәn, xüsusi qaydada islah olunması vasitәlәrindәn biri kimi şәrti mәhkum etmә institutu nәzәrdә tutulmuşdur. Cinayәt Mәcәllәsinin 70-ci maddәsinә әsasәn, islah işlәri, hәrbi xidmәt üzrә mәhdudlaşdırma, intizam xarakterli hәrbi hissәdә saxlama vә ya müәyyәn müddәtәazadlıqdan mәhrum etmә növündә cәza tәyin edәn mәhkәmә, mәhkumun cәzaçәkmәdәn islah olunmasını mümkün sayırsa, hәmin cәzanın şәrti olaraq tәtbiq edilmәsi haqqında qәrar çıxara bilәr. Mәhkәmә şәrti mәhkum etmә tәyin edәrkәn törәdilmiş cinayәtin xarakterini, ictimai tәhlükәlilik dәrәcәsini, mәhkumun şәxsiyyәtini, habelә cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran halları nәzәrә alır. Şәrti mәhkum etmә tәyin edilәrkәn mәhkәmә tәrәfindәn sınaq müddәti müәyyәn olunur. Bu müddәt әrzindә mәhkum öz davranışı ilә islah olunmasını sübut etmәlidir. Sınaq müddәti altı aydan beş ilәdәk müddәtә müәyyәn edilir. Mәhkәmә şәrti mәhkum etmә tәyin edәrkәn mәhkumun üzәrinә onun islah olunmasına kömәk edәn vәzifәlәr qoyur. Şәrti mәhkum etmә institutunun xarakterik cәhәti ondan ibarәtdir ki, şәxs bu zaman cinayәt mәsuliyyәtindәn azad olunmur, mәhkәmә hökmü ilә tәyin olunmuş cәza (islah işlәri, hәrbi xidmәt üzrә mәhdudlaşdırma, intizam xarakterli hәrbi hissәdә saxlama vә ya müәyyәn müddәtә azadlıqdan mәhrum etmә) müәyyәn olunmuş xüsusi formada, şәrti hәyata keçirilir. Yәni bu institut cinayәt mәsuliyyәtinin realizә edilmәsinin güzәştli forması kimi çıxış edir. Cәza tәyini sahәsindә vahid mәhkәmә tәcrübәsinin formalaşdırılması mәqsәdilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Plenumu tәrәfindәn ## #### 2003-cü il tarixdә qәbul edilmiş “Mәhkәmәlәr tәrәfindәn cinayәt cәzalarının tәyin edilmәsi tәcrübәsi haqqında” * saylı qәrarın 1-ci bәndinin 2 vә 3-cü abzasında mәhkәmәlәrә tövsiyyә edilmişdir ki, cinayәt qanununun әdalәt prinsipindәn bәhs edәn CM-in 8-ci maddәsinә görә cinayәt törәtmiş şәxs haqqında tәtbiq edilәn cәza cinayәtin xarakterinә vә ictimai tәhlükәlilik dәrәcәsinә, onun törәdilmә şәraitinә, tәqsirkarın şәxsiyyәtinә uyğun olmalıdır. Habelә cinayәtin ictimai tәhlükәliliyinin xarakteri qәsdin obyektindәn, tәqsirin formasından vә әmәlin Cinayәt Mәcәllәsinin 15-ci maddәsi ilә hansı cinayәtlәr kateqoriyasına aid edilmәsindәn asılıdır. Cinayәtin ictimai tәhlükәlilik dәrәcәsi isә onun törәdilmә hallarına (mәsәlәn, cinayәtkar niyyәtin hәyata keçirilmә dәrәcәsi, üsulu, vurulmuş zәrәrin hәcmi vә baş vermiş nәticәlәrin ağırlığı, iştirakçılıqla törәdilmiş cinayәtlәrdә tәqsirli şәxslәrin rolu vә s.) әsasәn müәyyәn edilir. Qeyd olunan qәrarın 2-ci bәndinin 5-ci abzasında göstәrilmişdir ki, cәzaların tәtbiqi mәsәlәsi müzakirә edilәrkәn cәzanın növü vә miqdarının seçilmәsinin mühüm әhәmiyyәti vardır. Cәza birinci növbәdә tәqsirlәndirilәn şәxsin islah olunmasına xidmәt etmәlidir. Qәrarının 25-ci bәndindә mәhkәmәlәrin nәzәrinә çatdırılmışdır ki, şәrti mәhkum etmәnin tәyin edilmәsi şәrti mәhkum edilәnin islah olunması mәqsәdlәrinә cavab vermәlidir. Mәhkum barәsindә şәrti mәhkum etmәnin tәtbiqi üçün aşağıdakı әsasların olubolmaması ilә bağlı aşağıdakı mәsәlәlәr araşdırılmalıdır: 1.mәhkumun cәza çәkmәdәn islah olunmasının mümkünlüyü; 2.törәdilmiş cinayәtin xarakteri vә ictimai tәhlükәlilik dәrәcәsi; 3.mәhkumun şәxsiyyәti; 4.cәzanı yüngüllәşdirәn vә ağırlaşdıran hallar. Mәhkәmә kollegiyası yuxarıda qeyd olunan qanunvericilik aktı normalarını, Konstitusiya Mәhkәmәsinin vә Ali Mәhkәmәnin Plenum Qәrarlarında göstәrilәn hüquqi mövqelәri әsas götürәrәk hesab edir ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs tәyin olunmuş azadlıqdan mәhrum etmә cәzasına Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 70-ci maddәsi tәtbiq edilәrәk hәmin cәzanın ona şәrti olaraq tәyin edilmәsi qanuni vә әsaslıdır. Belә ki, mәhkәmә tәqsirlәndirilәn şәxs Tәqsirlәndirilәn şәxs barәsindә Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 70-ci maddәsi tәtbiq edәrkәn Tәqsirlәndirilәn şәxs zәrәrçәkmiş şәxslәrlә barışıq әldә etmәsini vә zәrәrçәkmiş şәxslәrin ona qarşı heç bir şikayәtinin vә tәlәbinin olmamasını, ilk dәfә cinayәt törәtmәsini, әvvәllәr mәhkum olunmamasını, yaşayış yeri üzrә müsbәt xarkterizә olunmasını müstәsna hallar kimi nәzәrә almış vә hesab etmişdir ki, tәqsirlәndirilәn şәxs barәsindә tәyin edilәn azadlıqdan mәhrum etmә növündә cәzanın icrası ilk növbәdә onun özünün vә ailәsinin hәyat şәraitini hәdsiz dәrәcәdә ağırlaşdırmış olar. Qeyd olunan halları, qanunun әdalәt vә humanizm prinsiplәrini nәzәrә alaraq mәhkәmә kollegiyası hesab edir ki, tәqsirlәndirilәn şәxsin cәza çәkmәdәn islah olunması mümkündür. Ona görә dә Tәqsirlәndirilәn şәxs barәsindә cәza tәyin edilmәklә, hәmin cәzanın Azәrbaycan Respublikasının Cinayәt Mәllәsinin 70-ci maddәsinin tәlәblәrinә uyğun qaydada şәrti olaraq tәtbiq edilmәsi әdalәtli, qanuni vә әsaslı hesab edilmәlidir. Bundan başqa, birinci instansiya mәhkәmәsinin mәhkәmә istintaqı zamanı cinayәt işi üzrә hәr-hansı bir qanun pozuntusuna yol verilmәsi, mәhkәmәnin gәldiyi nәticәlәrin işin faktiki hallarına uyğun olmaması, iş üçün әhәmiyyәtli olan halların sübuta yetirilmәmәsi, cinayәt qanunu normalarının düzgün tәtbiq edilmәmәsi iş materialları ilә müәyyәn edilmәmişdir. Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 398.1.1-ci maddәsinә әsasәn, apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Qeyd olunanlara әsasәn mәhkәmә kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayәti vә apellyasiya protesti tәmin olunmamalı, iş üzrә Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmü qanuni, әsaslı vә әdalәtli olduğundan dәyişdirilmәdәn saxlanılmalıdır. Göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 397.1, 397.2, 398.1.1 vә 407.2-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALIR: Mәhkum edilmiş şәxs Tәqsirlәndirilәn şәxs müdafiәçisi müdafiәçi2 tәrәfindәn verilmiş apellyasiya şikayәti vә dövlәt ittihamçısı dövlәt ittihamçısı2 tәrәfindәn verilәn apellyasiya protesti tәmin edilmәsin. Tәqsirlәndirilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 144-1.2.1, 144- 1.2.2, 144-1.2.4-1 vә 144-1.2.5-ci maddәlәri ilә mәhkum olunmasına dair Bakı Ağır Cinayәtlәr Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli hökmü verilmiş apellyasiya şikayәtinә vә apellyasiya protestinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan edildiyi andan dәrhal sonra qanuni qüvvәyә minir. Qәrardan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrindә göstәrilәn müddәtlәrdә, Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә kassasiya şikayәti vә ya kassasiya protesti verilә bilәr.
Məhkəmə qərarları › İş №1(3-6)-517/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-517/2026
14.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver