Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-519/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə, həmin Məcəllənin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (sədrlik edən hakim Pərviz Muradov) ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü ilə ## ######## 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FIN:*******, evli, orta təhsilli, məhkumluğu və residivi olan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, ## ###### 2025ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Suraxanı Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Suraxanı Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ## ### 2025- ci il tarixədək uzadılmış, Suraxanı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə həbsdə saxlanılma müddəti məhkəmənin hazırlıq iclasının yekun qərarı qəbul edilənədək dəyişdirilmədən qüvvəsində saxlanılmış, Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə verilmiş ittihamdan rəqəmlə ifadədə CM-nin 177.2.2-ci maddəsi və “təkrar” sözü xaric edilmiş, və bu maddə ilə cinayət təqibinə xitam verilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ona 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, 1(010)- **/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunan 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplansın və ona qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** saylı qərarı üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə məhkum olunmasına dair ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu 11 ay 17 gün müddət və Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan *(***)-***/**** saylı cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək tutulduğu 02 gün müddət və ## ####### 2024-cü il tarixdən ## ####### 2024-cü il tarixədək tutulduğu 02 gün müddət, ümumilikdə 11 ay 21 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanması və üzərində 02 il 06 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəza saxlanılması, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli ## ###### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hazırki hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin qətimkan tədbiri, maddi sübut və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir. Işin halları: Verilmiş ittihama görə, Təqsirləndirilən şəxs ibtidai istintaqda özgənin əmlakını gizli olaraq talayıb yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmə və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəmetamfetamini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı ittiham elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs, Ağır Cinayətlərə Dair Işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin ## ### 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.3.3, 150.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, ## ###### 2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, əməlində cinayətlərin residivi olmaqla, Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin Istintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 2024-cü ilin fevral ayında törətdiyi soyğunçuluq cinayətinə görə Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin ## ### 2024-cü il tarixdə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə ## ###### 2025- ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan kəndi, Məktəbli küçəsində yerləşən *** nömrəli evin yaxınlığına gedib evdə heç kimin olmadığına əmin olduqdan sonra, mişar daşından hörülmüş hasarın üzərindən aşmaqla, əvvəlcə evin həyətinə, daha sonra isə həmin həyətdə yerləşən yaşayış yeri hesab edilən evin yataq otağına açılan plastik materialdan hazırlanmış pəncərəsini açmaqla evə qanunsuz daxil olub otaqda olan güzgülü termonun birinci siyirməsində olan qabdan Zərərçəkmiş şəxs məxsus ümumilikdə, xeyli miqdar təşkil edən 5951 manat dəyərində əmlakı, yəni üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 500, 700 və 850 manat dəyərindəki üç ədəd qızıl kulonu, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 900 manat dəyərindəki bir cüt qızıl sırğanı, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 750 manat dəyərindəki bir ədəd qızıl boyunbağını, üzərində qiymətli qaşı olmayan, 583 əyarlı Rusiya Federasiyası istehsalı olan 600 manat dəyərindəki bir ədəd qızıl sırğa və üzük dəstini, üzərində qiymətli qaşı olmayan, 585 əyarlı Türkiyə Respublikası istehsalı olan 700 manat dəyərindəki bir ədəd qızıl qadın qolbağını, mirvari qaşlardan düzəldilmiş 50 manat dəyərində olan bir ədəd boyunbağını, üzərində qiymətli qaşları olmayan, markası və modeli istintaqa məlum olmayan 150, 60, 40, 45, 50 və 150 manat dəyərində olan 06 ədəd qadın qol saatını, mirvari qaşlardan düzəldilmiş 30 manat dəyərində olan bir ədəd qolbaq, 925 əyarlı gümüş materialdan hazırlanmış 170 manat dəyərində olan 01 ədəd qolbaq, boyunbağı və üzük dəstini, 925 əyarlı gümüş materialdan hazırlanmış 50 manat dəyərində olan bir ədəd qadın qolbağını, 925 əyarlı gümüş materialdan hazırlanmış 50 manat dəyərində olan bir ədəd qadın üzüyünü, qiymətli materialdan hazırlanmamış, qiymətləri 10, 15, 10, 5, 7, 9, 10, 5, 10, 15 manat dəyərində olan 10 cüt sırğanı, qiymətli materialdan hazırlanmamış hər biri 5 manat dəyərində olan iki ədəd qadın üzüyünü qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin Istintaq şöbəsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə 2024- cü ilin avqust ayında törətdiyi qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlamaqla daşıma cinayəti törətdiyinə görə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin ## ###### 2024-cü il tarixdə baxılmasından ötrü Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrarən, satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda, yəni 0,266 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Bakı şəhəri Suraxanı Rayon Polis Idarəsinin 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən ## ###### 2025-ci il tarixdə, saat 10:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bağlar massivində nömrəsiz evin qarşısında saxlanılıb ünvan 1 ünvanında yerləşən Suraxanı RPI-nin 30-cu polis şöbəsinə gətirildikdən sonra, polis şöbəsinin inzibati binasında yerləşən xidməti otaqların birində ## ###### 2025-ci il tarixdə, saat 12:10-12:20 müddətində üzərinə keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı əynində olan tünd göy rəngli cins şalvarın ön sol cibindən bir ədəd sellofan bükümdə 0,266 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan mefamfetamin aşkar olunaraq götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Hökmdən təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs apellyasiya şikayəti verib işinə düzgün baxılmasını xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti əsaslandırılmışdır ki, 2-ci qrup əlildir. Barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək məhkumun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətinin əsassız olduğunu, təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Apellyasiya şikayətində təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olubolmaması məsələsi mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli təqsirləndirilən şəxsin özünün həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə bəraət vermiş, CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş şikayətin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs 2-ci qrup əlil olduğunu bildirirək barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarın 5.1-ci bəndinə əsasən icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1.15-ci bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilir. Həmin qərarın 7-ci bəndinə əsasən bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1ci yarımbəndi Cinayət Məcəlləsinin 177.2-ci maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslərə şamil edilmir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında ## ###### 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin təsir dairəsinə düşmür. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə gənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə, həmin Məcəllənin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə, həmin Məcəllənin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-519/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-519/2026
30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver