Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-523/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi – Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X7 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müafiəçi - “Fides” Vəkil Bürosunun vəkili müdafiəçi1, məhkum - Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatətin təmin edilməməsi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Məhkəmə sənədlərindən və Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsinə əsasən apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu, bu Məcəllənin 384.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Işdə olan məhkəmə sənədlərindən görünür ki, məhkum Təqsirləndirilən şəxs, barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən apellyasiya qaydasında şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsini ##.##.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətindən imtina etdiyi üçün apellyasiya şiakyətinin baxılmasına xitam verilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətin bərpası haqqında ##.##.2026-cı il tarixli vəsatətlə Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakim A.A.Qurbanova) ## ###### 2026-cı il tarixli qərarı ilə, məhkum Təqsirləndirilən şəxs vəsatəti təmin edilməmişdir. Qərardan, məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsini və barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi müdafiəçi1, hüquqlarını müdafiə etdiyi məhkum tərəfindən verilmiş apellyasiya şikayəti üzrə vəsatətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı, məhkumun apellyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini məhkəmə sənədləri və iş materialları ilə əlaqəli şəkildə araşdırıb, proses iştirakçılarının təkliflərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi, məhkum Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddətin bərpası haqqında vəsatətinə münasibətdə qərar qəbul edərkən, daxil olmuş vəsatətin məzmununa uyğun olaraq, qanunun tələblərinə istinad edərək gəldiyi nəticəni əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunun tələbinə və daxil olmuş vəsatətin məzmununa uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, verilmiş apellyasiya şikayəti, həmin nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas vermir. Azərbaycan Respublikası CPM-nin 6.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müddəaları Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.3-cü maddəsinin bəzi müddəalarının, 158.4 və 290.3-cü maddələrinin şərh edilməsinə dair" ## ####### 2011-ci il tarixli qərarında xüsusi olaraq qeyd edilmişdir ki, cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş müddətlər ədalət mühakiməsinin həyata keçirilməsində xüsusi rol oynayır. Cinayət mühakimə icraatı vasitəsi ilə təsbit edilən müddətlərdə proses iştirakçılarının hüquq və vəzifələri yaranır, icra olunur və ya onlara xitam verilir. Müddət, proses iştirakçılarına hökm edib onları özünə tabe edən, inkar edilməsi mümkün olmayan və hamılıqla sözsüz qəbul edilməli olan bir rəhbərdir. Buna əsasən qanunverici cinayət-prosessual fəaliyyətin məqsədlərinə nail olmaq üçün prosessual müddətləri təsbit etmişdir. Bu müddətlər ərzində cinayət prosesinin iştirakçıları müəyyən prosessual hərəkətlər etməli və ya həmin prosessual hərəkətlərin edilməsindən çəkinməlidirlər. CPM-də nəzərdə tutulmuş prosessual müddətlərə riayət edilməməsi həyata keçirilmiş bu və ya digər prosessual hərəkətin əhəmiyyətinin, əldə olunmuş sübutların mötəbərliyinin itirilməsinə və şəxsə dəymiş ziyana görə kompensasiya almaq hüququnun yaranmasına səbəb ola bilər. Buna görə də prosessual müddətlərə riayət etmək ilk növbədə cinayət prosesini həyata keçirən orqanların vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinin tələbinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası CPM-nin 384 və 398.1.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya şikayəti təmin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2023-cü il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpası haqqında vəsatətin təmin edilməməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-523/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-523/2026
29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver