AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ1(3-6)-524/2026 22.04.2026 BAKIǝAPELLYASIYAǝMƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi),ǝƏhmədovǝZəfərǝVahidǝoğluǝvəǝX3ǝibarətǝtərkibdə,ǝ məhkəməǝiclasınınǝkatibiǝZeynalovaǝLaləǝAllahverdiǝqızınınǝkatibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəǝşöbəsininǝprokuroruǝdövlətǝittihamçısı1,ǝ məhkumǝedilmişǝşəxsǝTəqsirləndirilənǝşəxs, müdafiəçiǝ–ǝ“Femida”ǝVəkilǝBürosununǝvəkiliǝmüdafiəçi1ǝiştiraklarıǝilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair həmin Məhkəmənin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətə ilkin məhkəmə baxış iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinəǝazadlığınǝməhdudlaşdırılmasıǝcəzasıǝsaxlanılmışdır.ǝǝ Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd olunan hökmdən ## ###### 2026-cı il tarixdə apellyasiya şikayəti vermiş, hökmün cəza hissəsində ləğv edilərək Təqsirləndirilən şəxs azadlıqdanǝməhrumǝetməǝnövündəǝrealǝcəzǝtəyinǝedilməsiniǝxahişǝetmişdir.ǝ Birinci instansiya məhkəməsi apellyasiya şikayətinə baxılması üçün cinayət işini apellyasiya instansiyası məhkəməsinə göndərmiş, cinayət işi üzrə ilkin baxış iclası ## ###### 2026-cı il tarixə təyin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti hərəkətsiz saxlanılmış, apelyasiya şikayəti ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və apelyasiya şikayətinin verilmə müddətinin bərpası ilə bağlı məsələnin həll edilməsi üçün 15 (on beş) gün müddət müəyyən edilməklə cinayət işi Bakı şəhəriǝXəzərǝRayonǝMəhkəməsinəǝqaytarılmışdır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatətlə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir.ǝ Vəsatətini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin ilkin baxış iclasının nəticəsində şikayətə baxılmasının hərəkətsiz hesab edilməsi haqqında ## ###### 2026-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla ona məlum olmuşdur ki, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Bununla belə o, şikayəti birinci instansiya məhkəməsinə təqdim edərkən şikayət ona qaytarılmamışdır. Lakin nəticə etibarı ilə ona aydın olmuşdur ki, şikayətin son verilmə müddəti əslində ## ###### 2026-cı il tarixə təsadüf edib. O isə yanvar ayını standart olaraq 30 gün hesablamaqla şikayətin verilməsinin son günü kimi ## ###### 2026-cı il tarixi bilmişdir. Eyni zamanda, şikayəti həmin günə qədər verǝ bilməməyinin səbəbi himayəsində olan övladının qayğıları ilə ana kimi tək maraqlanmağı olub. Bundan başqa, çıxarılan hökmün ədalətsizliyi də ona son dərəcə ciddi təsir edib ki, bu da qeyd olunan texniki səhvin, səhv hesablamanın üzə çıxmasında yetərlidir. Hansı ki, bu təsir hələ də davam edir. Belə ki, təqsirləndirlən şəxs bu günə qədər bir manat belə olsun aliment ödənişi etməmişdir. Bu da ədalətsizliyin daha da ciddi həddə qalxması üçün kifayət edir. Arzu edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə gərəksiz yerə humanist yanaşmış olsa da, bu haqsızlıq apellyasiya müstəvisində aradan qalxar. Apellyasiya şikayəti vermək üçün qanunla müəyyənǝedilmişǝprosessualǝmüddətinǝbirǝgünǝötürülməsininǝüzrlüǝhesabǝedilməsiniǝxahişǝedir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarına əsasən, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinəǝdairǝvəsatətiǝməhkəməǝtərəfindənǝəsassızǝhesabǝedilərəkǝtəminǝedilməmişdir. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsiniǝxahişǝetmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin qərar yalnız hüquqi baxımdan əsassız deyil, eyni zamanda ədalət mühakiməsinin mahiyyətinə, məhkəmə hakimiyyətinə olan ictimai etimada və insan hüquqlarının fundamental prinsiplərinə açıq şəkildə ziddir. Məhkəmə qərarında yer alan və diqqətdən kənarda qalması mümkün olmayan bir ziddiyyət xüsusi vurğulanmalıdır. Qərarda göstərilir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026cı il tarixli hökmü guya ## ######## 2025-ci il tarixdə elan edilmişdir. Bu hal açıq-aşkar hüquqi və məntiqi ziddiyyətdir və məhkəmə aktının səthi, diqqətsiz və şablon qaydada tərtib olunduğunu göstərir. Çünki hüquqi baxımdan mövcud olmayan, yəni hələ qəbul edilməmiş bir hökmün ondan aylar əvvəl elan edilməsi mümkün deyil. Belə kobud ziddiyyətin məhkəmə qərarında yer alması işin hallarının məhkəmə tərəfindən real şəkildə araşdırılmadığını, qərarın faktiki materiallara deyil, formal yanaşmaya əsaslandığını açıq şəkildə nümayiş etdirir. Bu cür yanlışlıqlar sıradan texniki səhv kimi qiymətləndirilə bilməz. Çünki məhkəmə qərarı hüquqi sənəddir və onun hər bir cümləsi hüquqi nəticə doğurur. Məhkəmə aktında bu səviyyədə ziddiyyətin mövcudluğu qərarın legitimliyinə və əsaslılığına ciddi şübhə yaradır. Digər tərəfdən, məhkəmə tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilərkən göstərilən əsaslandırma, “üzrlü səbəbin sübut olunmaması” işin real halları ilə uzlaşmır və formal yanaşmanın bariz nümunəsidir. Belə ki, apellyasiya şikayətinin təqdim edilməsində gecikmə cəmi 1 (bir) gün təşkil etmişdir. Cəmi bir günlük gecikməyə görə şəxsin apellyasiya hüququndan məhrum edilməsi proporsionallıq prinsipinin açıq şəkildə pozulmasıdır. Bu gecikmə isə sırf texniki xarakterli olub, yanvar ayının günlərinin səhv hesablanması ilə bağlıdır. Bu cür səhv həyatın adi axarından irəli gələn və hər bir şəxsin buraxa biləcəyi səhvdir.Bundan əlavə, xüsusi olaraq vurğulamaq lazımdır ki, apellyasiya şikayəti ilk təqdim edildiyi zaman birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmamış, əksinə, iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu isə onda inam yaratmışdır ki, şikayət qanunla müəyyən edilmiş müddət çərçivəsində təqdim edilmişdir. Sonradan bu mövqedən geri dönülməsi və müddətin buraxılması kimi qiymətləndirilməsi isə hüquqi müəyyənlik prinsipinin məhz məhkəmənin özü tərəfindən pozulması deməkdir. Belə ki, təqsirləndirilən şəxs uzun müddət ərzində aliment öhdəliyini yerinə yetirməmiş, hətta ittiham aktında göstərilən məbləğdən bir manat belə ödəməmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən ona həddindən artıq yumşaq - azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Praktikada bu cür yanaşma, adətən, borcun heç olmasa, qismən ödənildiyi hallarda tətbiq olunur. Mövcud işdə isə bunun əksi müşahidə olunur ki, bu da istər-istəməz məhkəmənin obyektivliyi və qərəzsizliyi ilə bağlı ciddi suallar doğurur. Məhkəmə icraatının gedişində hakim tərəfindən nümayiş etdirilən yanaşma tərəflər arasında balansın qorunmasına deyil, daha çox formal prosedur qaydalarının arxasında gizlənərək işin mahiyyətindən yayınmağa yönəlmişdir. Bu isə ədalət mühakiməsinin əsas prinsiplərinə tərəflərin bərabərliyi, çəkişmə prinsipi və məhkəmənin qərəzsizliyi kimi fundamental dəyərlərə kölgə salır. Qərarın əsaslandırma hissəsi də göstərir ki, məhkəmə faktiki halları hərtərəfli araşdırmaq əvəzinə əvvəlcədən formalaşmış mövqeni əsaslandırmağa çalışmışdır. Azyaşlı uşağın qayğıları ilə təkbaşına məşğul olan ana kimi həm fiziki, həm də psixoloji baxımdan ağır yük altındadır. Bu hal məhkəməyə məlum olan və sübut tələb etməyən sosial reallıqdır. Məhkəmənin bu faktı “sübut olunmamış hal” kimi qiymətləndirməsi isə hüquqi formalizmin ifrat həddə çatdığını göstərir. Məhkəmə nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinə istinad etmiş, lakin həmin prinsipi yanlış və selektiv şəkildə tətbiq etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedent hüququna əsasən, prosessual qaydaların tətbiqi zamanı ifrat formalizmə yol verilməsi və nəticədə şəxsin məhkəməyə çıxış hüququnun məhdudlaşdırılması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab olunur. Hazırkı işdə də cəmi bir günlük texniki gecikməyə görə apellyasiya hüququnun faktiki olaraq ləğv edilməsi həmin presedentlərə açıq şəkildə ziddir. İşin mahiyyəti isə bu qərarın nə qədər ədalətsiz olduğunu daha da qabarıq göstərir. Belə ki, təqsirləndirilən şəxs uzun müddət ərzində aliment öhdəliyini yerinə yetirməmiş, ittiham aktında göstərilən məbləğdən bir manat belə ödəməmişdir. Buna baxmayaraq, ona azadlığın məhdudlaşdırılması kimi yüngül cəza təyin edilmişdir. Bu isə məhkəmənin təqsirləndirilən şəxsə münasibətdə həddindən artıq loyal, zərərçəkmişə münasibətdə isə formal və sərt yanaşma sərgilədiyini göstərir. Bu cür yanaşma istər-istəməz məhkəmənin obyektivliyi və qərəzsizliyi ilə bağlı ciddi şübhələr yaradır və prosesin gedişində qeyri-prosessualǝmünasibətǝelementlərininǝmövcudluğuǝehtimalınıǝgücləndirir. Məhkəmə iclasında iştirak edən məhkum və müdafiəçisi apellyasiya şikayətinin təmin edilməməsiniǝxahişǝetdilər.ǝ Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı zərərçəkmiş şəxsin apellyasiya şikayətininǝtəminǝedilməsinəǝetirazǝetmədiyiniǝbildirdi.ǝ Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətini cinayət işinin materialları ilə birlikdə araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair həmin Məhkəmənin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarından zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ləğv edilməli, hökmdən şikayət verilə bilməsi üçün qanunvericilikdəǝnəzərdəǝtutulmuşǝprosessualǝmüddətǝbərpaǝedilməlidir.ǝ Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hökmündən görünür ki, hökm ## ###### 2026-cı il tarixdə elan edilmiş, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti ## ###### 2026cı il tarixdə təqdim edilmiş və apellyasiya şikayəti verə bilmək üçün nəzərdə tutulmuş prosessual müddət sadəcə 01 (bir) gün ötürülmüşdür. Bu dərəcədə qısa bir gecikməyə görə şəxsin məhkəməǝmüdafiəsiǝhüququndanǝtamamiləǝməhrumǝedilməsiǝqanunvericiliyinǝruhunaǝziddir. Apellyasiya instansiya məhkəməsi həmin hissədə həm də birinci instansiya məhkəməsinin hökmünün elan edildikdən iki gün sonra iş gününün sonunda imzalandığını da nəzərdə saxlayır. Azyaşlı uşağına təkbaşına özü baxdığı görünən, daha çevik və humanist yanaşma tələb edən həssas kateqoriyaya aid qadının reallıqda uşaqla əlaqədar hərəkət imkanlarının məhdudlaşması mübahisə oluna bilinməyən bir haldır. Müddətin cəmi bir gün ötürülməsi isə ciddi pozuntu hesab edilə bilməz və heç bir halda hüquqdan sui-istifadə mənzərəsi yaratmır. Belə formal səbəblə məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması isə ədalətlililk prinsipinəǝziddir.ǝ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan, həmin Məcəllənin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Həmin Məcəllənin 386.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdəǝözǝqərarınıǝicraǝüçünǝbirinciǝinstansiyaǝməhkəməsinəǝgöndərir. Həmin Məcəllənin 388.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini bu Məcəllənin 383.1 və 383.2-ci maddələrində göstərilən şəxslərə təqdim edir və ya göndərir və onlara bu sənədlərə dair öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanışǝolmaqǝhüququnuǝvəǝmüddətiniǝizahǝedir. Həmin Məcəllənin 388.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair etirazlar işə əlavə olunur, bu etirazlar iş məhkəməyə göndərildikdən sonra daxil olduqdaǝbilavasitəǝapellyasiyaǝinstansiyasıǝməhkəməsinəǝgöndərilir. Həmin Məcəllənin 391.3.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqındaǝqərarǝqəbulǝedir. Həmin Məcəllənin 410.1.1-ci maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti onu vermək hüququna malik olan şəxslər tərəfindən bu Məcəllənin 391.3-cü (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna) maddəsində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından çıxarıldığı, bu Məcəllənin 410.1- 1-ci maddəsində nəzərdə tutulmuş halda isə həmin şəxsə verildiyi gündən 1 (bir) ay müddətindəǝverilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəblərə görə buraxması qənaətinə gəlir və hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı ləğv edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi müddəti zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs münasibətdə bərpa edilməli və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 388-ci maddəsinin tələblərinə riayət edilməsi üçünǝcinayətǝişiǝbirinciǝinstansiyaǝməhkəməsinəǝgöndərilməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 384, 386, 388, 391 və 410-cu maddələrini rəhbər tutaraq qərara aldı: Apellyasiyaǝşikayətiǝtəminǝedilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmündən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməməsinə dair həmin Məhkəmənin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı qərarı ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilə bilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddət bərpa edilsin və cinayət işi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 388-ci maddəsinin tələblərinə riayətǝedilməsiǝüçünǝbirinciǝinstansiyaǝməhkəməsinəǝgöndərilsin.ǝǝ Qərarǝqəbulǝolunduğuǝandanǝqüvvəyəǝminir. Qərardan apellyasiya instansiyası məhkəməsi vasitəsilə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayətiǝvəǝprotestiǝveriləǝbilər.
Məhkəmə qərarları › İş №1(3-6)-524/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-524/2026
22.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver