Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-525/2026 04.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi hakim), X2 və şahid1 Zöhrab oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə (hakim Ibadzadə Anar Qənimət oğlunun sədrliyi ilə) ## ### 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 2 6 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs ## #### 2025-ci il tarixdə, saat 13:00 radələrində ünvan 1 saylı ünvanının qarşısında dayanmış 2018-ci il təvəllüdlü azyaşlı zərərçəkmiş şəxs2 əlində olan zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 20 manat dəyərində ***-***-**-** saylı mobil nömrə altında istifadə olunan 580 rnanat dəyərində «Huawei P Smart» markalı mobil telefonu dartıb götürməklə açıq talayıb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat maddi ziyan vurmaqla azyaşlı zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, işinə yenidən baxılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, zərərçəkmiş şəxs ifadəsində təqsirləndirilən şəxsi görmədiyini qeyd etsə də, birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Habelə təqsirləndirilən şəxs tutulan zaman onunla zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilməmiş, ittiham tərəfinin istinad etdiyi mobil telefonun o, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərindən aşkar edilməsinə dair çəkiliş aparılmamışdır. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, yetkinlik yaşına çatmamış zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxsin atası (hazırkı iş üzrə eyni zamanda zərərçəkmiş şəxs qismində çıxış edir) ilə onun arasında ədavət var. Belə ki, zərərçəkmiş şəxsin atası narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdir. O, narkotik vasitələrin satışı ilə mübarizə apadığına görə zərərçəkmiş şəxsin atasına narkotik vasitələri satmasına mane olmuşdur. Mobil telefon zərərçəkmiş şəxsin atasına məxsus olmuşdur. O, narkotik vasitələrin satışına imkan vermədiyindən zərərçəkmiş şəxsin atası ona böhtan atmışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs çıxışında qeyd edilənləri bildirib məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən təqsirləndirilən şəxsin apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli olması cinayət işinin materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin apellyasiya baxışı zamanı bildirdiyi məlumatlarla bağlı hazıradək heç bir məlumat verməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəza da ədalətlidir. Ona görə də məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlili – barəsində olan cinayət işinə yenidən baxılmasından ibarətdir. Bu hissədə qeyd edilməlidir ki, apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yeni məlumatlar bildirməklə Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ona bəraət verilməsini xahiş etdiyindən, onun apellyasiya şikayəti təqsirli bilindiyi maddə ilə ona bəraət verilməsinə yönələn apellyasiya şikayəti kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin, habelə zərərçəkmiş şəxsin ifadəsinin, ekspertiza rəylərinin, maddi sübutun, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli birinci instansiya məhkəməsi tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinin əsas dəlilləri (apellyasiya icraatında bildirdiklərinə əsasən) onun tərəfindən yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin əlindən telefonun alınmaması, əksinə mobil telefonun zərərçəkmiş şəxsin atasına məxsus olması və məhz sonuncudan alması, zərərçəkmiş şəxsin atasının narkotik vasitələrin satışı ilə məşğul olması, onun narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı mübarizə aparması, bu səbəbdən də onunla zərərçəkmiş şəxsin atası arasında narazılığın yaranması, nəticədə zərərçəkmiş şəxsin atasının ona böhtan atması, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefonun olmaması, mobil telefonun onun üzərindən aşkar edilməsinə dair videoçəkilişin aparılmaması ilə bağlı bildirdiyi yeni məlumatlardan ibarətdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində iştirak edərək öz müdafiəsini qurmuş və buna uyğun olaraq ifadəsində bildirmişdir ki, mobil telefonu yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin əlindən almamış, əksinə cinayət hadisəsinin baş verdiyi ərazidə yerləşən skamyanın üzərindən telefonu tapmış, mobil telefonun enerjisi bitdiyindən telefonu işlədə bilməmiş, ona görə də telefonun sahibinə məlumat verə bilməmiş, sübutlar tədqiq edilərkən isə videogörüntüdə olan və həmin görüntüyə əsasən qaçan ağ köynəkli şəxs özü olmuş, qaçmasının səbəbi isə avtobusa minmək istəməsi və gecikmək istəməməsi olmuşdur. Başqa sözlə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya baxışı zamanı iddia etdiyi hallarla bağlı barəsində olan cinayət işinə birinci instansiya məhkəməsində baxılarkən heç bir məlumat bildirməmiş, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı bildirir ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində özünü qismən təqsirli bilərək ifadə vermiş, lakin ifadəsində bildirdiyi məlumatlar onun apellyasiya baxışı zamanı bildirdiyi məlumatlarla uzlaşmır. Eyni zamanda qeyd edilməlidir ki, cinayət işinin materiallarında olan sübutlara əsasən ona istinad edilən cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məsələ ondan ibarətdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində “Huawei” markalı mobil telefonu tapdığını bildirsə də, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi həm yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2, həm digər zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1, həm yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyədək icraat zamanı və birinci instansiya məhkəməsində verdikləri ifadələr, həm də cinayət işinin materiallarına əlavə edilmiş digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Belə ki, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, * nömrəli məktəbin 2-ci sinifində oxuyur. ## #### 2025-ci il tarixdə günorta saatlarında həyətdə oynamışdır. Anası ona «Huawei P Smart» markalı mobil telefonu vermiş, həmin telefon əlində olmuşdur. Həmin telefonla oyun oynamış, eyni zamanda həyətə düşəndə anası və atası onunla həmin mobil telefon vasitəsi ilə əlaqə saxlamışdır. O, uşaqlarla həyətdə bir az oynayıb blokun qabağına gəlmiş, tək olmuşdur. Blokun qabağında durub mobil telefonla oyun oynamışdır. Bu zaman bir nəfər kişi həmin mobil telefonu onun əlindən alıb qaçmışdır. Tez blokdan evə girib anasına demişdir. Həmin kişi onu vurmamış, ondan heç nə soruşmamış, telefonu alıb yola tərəf çıxaraq qaçmışdır. Ondan mobil telefonu alıb qaçan şəxs hazırda məhkəmə iclasında olan şəxsdir. Bundan başqa, birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs2 onun oğludur, Məhəmmədin 7 yaşı var, Bakı şəhəri, Nəsimi rayonu, * saylı orta məktəbin 2-ci sinifində oxuyur. ## #### 2025-ci il tarixdə, saat 13:00 radələrində Məhəmməd blokun qarşısında oynamışdır. Məhəmməd həyətə düşəndə həmişə ona atasının aldığı “Huawei P Smart” markalı mobil telefonu vermişdir ki, onunla əlaqə yarada bilsin. Belə ki, telefonun üstündə ***-***-**-** saylı nömrə olmuşdur. Eyni zamanda da mobil telefona müxtəlif oyunlar yüklənmişdir. Məhəmməd mobil telefonda həmin oyunları oynamışdır. 2-ci mərtəbədə yaşadığından eyvandan aradabir Məhəmmədə nəzarət etmişdir. Həmin vaxt Məhəmməd evə gəlmiş və ona demişdir ki, bir nəfər kişi onun əlindən mobil telefonu blokun qabağında alıb qaçmışdır. Məhəmməd bərk qorxmuşdur. Bu zaman polisə zəng vurub bu barədə bildirmişdir. Çox keçmədən polislər yaşadıqları evin qarşısına gəlmişlər. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs2 onun oğludur, Məhəmmədin 7 yaşı var, Bakı şəhəri, Nəsimi rayonu, * saylı orta məktəbin 2-ci sinifində oxuyur. ## #### 2025-ci il tarixdə, saat 13:00 radələrində həyat yoldaşı Nərmin ona zəng vurub bildirmişdir ki, Məhəmməd blokun qarşısında oynayarkən bir nəfər şəxs onun əlindən «Huawei P Smart» markalı mobil telefonu alıb qaçmışdır. Nərminə demişdir ki, dərhal polisə zəng vursun. Həyat yoldaşı bu zaman ərazinin polis sahə inspektoru kimi tanıdığı Emin adlı polisə zəng vurub bu barədə bildirmiş və polislər ora gəlmişlər. «Huawei P Smart» markalı telefonun üstündə ***- ***-**-** saylı nömrə olmuşdur. Həmin nömrə ilə onlar Məhəmmədlə əlaqə saxlamışlar. Eyni zamanda da o, mobil telefona müxtəlif oyunlar yükləmişdir. Məhəmməd mobil telefonda həmin oyunlarla oynamışdır. Özü sonradan evə gəlmişdir. Məhəmməd hadisədən sonra bərk qorxmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, .... baş vermiş cinayət hadisəsi ilə bağlı müvafıq əməliyyat-axtarış tədbirləri həyata keçirməklə ətrafda olan müşahidə kameralarını müəyyən etmişlər. Keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində azyaşlıya qarşı soyğunçuluq edən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. ## #### 2025-ci il tarixdə iş yoldaşları Nəsimi RPI-nin 19-cu PŞ-nin əməliyyat müvəkkilləri şahid2 və Murad Rzazadə tərəfindən keçirdikləri əməliyvat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhərində olduğunu müəyyən etmişlər. Həmin tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhərində, yaşadığı ünvanda saxlamışlar. Ona ## #### 2025-ci il tarixdə azyaşlı uşağın əlindən mobil telefonu alıb qaçmaqla cinayət törətdiyini bildirmiş və həmin rnobil telefonu maddi sübut qismində onlara təqdim etməyini təklif etmişlər. Təqsirləndirilən şəxs həmin mobil telefonu göstərərək onda olduğunu demişdir. Bu zaman onu Nəsimi RPI-nin 19-cu Polis Şöbəsinə dəvət etmişlər. Ceyun Hadıyev onlarla heç getməyəcəyini bildirərək qollarına xəsarət yetirməklə səs-küy salmağa çalışmışdır. Buna baxmayaraq onu saxlamaqla 19-cu Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onun üzərindəki maddi sübut olan azyaşlı uşaqdan talama yolu ilə əldə etdiyi həmin mobil telefonu götürmüşlər. Təqsirləndirilən şəxs barəsində polis haqqında qanuna müvafiq olaraq fənd işlədib zərərsizləşdirmişlər, ona heç bir xəsarət yetirilməmişdir. Qarışıqlıq olduğu üçün Təqsirləndirilən şəxs bıçağı hara tulladığını bilməmişlər. Ceyhun bıçaqla özünə xəsarət yetirmiş, bıçaqdan onlara qarşı istifadə etməmişdir. Bununla yanaşı cinayət işinin 1-ci cildinin 67-ci vərəqində olan “Əşyanın təqdim edilməsi və götürülməsi barədə” ##.##.2025-ci il tarixli protokoldan görünür ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 soyğunçuluq yolu ilə əlindən alınmış 1 (bir) ədəd «Huawei P Smart» markalı mobil telefon Təqsirləndirilən şəxs Mircəfər oğlundan maddi sübut kimi götürülmüşdür. Həmçinin cinayət işinin 1-ci cildinin 72-73-cü vərəqlərində olan “DVD-R disk üzərində videoyazı məlumatlarına baxış keçirilməsi barədə” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Nəsimi RPI-nin 19-cu PŞ-dən daxil olmuş, ağ rəngli DVD formatındakı disk məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər ## #### 2025-ci il tarixdə, sasat 13:16 dəqiqədə qeydə alınır. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, M.Cəlal küçəsində bir nəfər ağ köynək geyinmiş şəxsin əlində mobil telefonla qaçdığı müşahidə olunur. Təqsirləndirilən Təqsirləndirilən şəxs ağ köynəkdəki şəxsin özü olduğunu bildirərək əlindəki telefonun «Huawei P Smart» markalı mobil telefon olduğunu qeyd etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mobil telefonu tapması barədə dəlili iş materiallarında olan sübutlarla təkzib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs apellyasiya icraatı zamanı zərərçəkmiş şəxsin atasının (cinayət işi üzrə həmçinin zərərçəkmiş şəxs qismində çıxış edir) narkotik vasitələrin satışı ilə məşğul olması, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin atasına mane olmağa çalışması ilə bağlı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, əvvəla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bu barədə əvvəllər nə ibtidai istintaq zamanı, nə də ki, birinci instansiya məhkəməsində icraat zamanı heç bir məlumat verməmiş, apellyasiya baxışı zamanı iddia etdiyi hallar və mövqeyə uyğun heç bir sübut təqdim etməmiş, habelə apellyasiya baxışı zamanı iddia etdiyi hallarla bağlı birinci instansiya məhkəməsində mövqe bildirməməsi ilə bağlı ağlabatan və inandırıcı arqument irəli sürməmiş, eləcə də apellyasiya baxışı zamanı da heç bir sübut təqdim etməmişdir. Hazırkı halda təqsirləndirilən şəxsin belə bir mövqe tutmasını məhkəmə kollegiyası müdafiə taktikası kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, iş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, o, sonuncu dəfə Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, cinayət işinin 1-ci cildinin 115-126-cı vərəqlərində olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəzanın Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanması və Təqsirləndirilən şəxs qəti olaraq 04 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) günün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş qəti cəzadan çıxılması və üzərində 3 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının əvvəlinin ##.##.2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Beləliklə, müəyyən edildiyi kimi, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin həm 234.1-ci maddəsi, həm də 180.1-ci maddəsi ilə məhkum edilmişdir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bir neçə dəfə məhkum edilmiş Təqsirləndirilən şəxs, yəni narkotik vasitə və sair qadağan edilmiş maddələrdən istifadə edən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı mübarizə aparması və sonuncuların qanunsuz fəaliyyətlərinə mane olması inandırıcı deyil. Eyni zamanda qeyd edilməlidir ki, apellyasiya şikayətinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı polis əməkdaşlarının qanunsuz təsirinə məruz qaldığını iddia etməklə polis əməkdaşlarının dedikləri məzmunda ifadə verərək hadisə baş verən gün Bakı şəhərində fəaliyyət göstərən dövlət orqanına gəlməsi ilə bağlı məlumat verdiyini, lakin həmin ifadənin həqiqət olmadığını bildirmişdir, bunu onunla əsaslandırmışdır ki, Sumqayıt şəhərində yaşadığı halda Sumqayıt şəhərində fəaliyyət göstərən ASAN xidmətə müraciət etməsi daha ağalabatan olardı. Göstərilən dəlil ilə bağlı məhkəmə kollegiyası bildirir ki, təqsirləndirilən şəxs videogörüntüdə ağ köynəkli qaçan şəxsin özü olduğunu bildirməklə, həmin gün Bakı şəhərində cinayət hadisəsinin baş verdiyi yerdə olmasını təsdiq etmişdir. Həmçinin təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Sumqayıt şəhərində yaşadığı halda onun Bakı şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərlə “mübarizə” aparması da inandırıcı deyil. Bundan başqa, birinci instansiya məhkəməsində dindirilmiş yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs, habelə digər zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahidlər ifadələrində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib etmişlər. Habelə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində açıq-aşkar bildirmişdir ki, onun əlindən telefonu alan şəxs məhz məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs olmuşdur. Göstərilənlər ona dəlalət edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həm birinci instansiya məhkəməsində, həm də apellyasiya baxışı zamanı işin həqiqi hallarını təhrif etməklə cinayət məsuliyyətindən azad olunmasını arzulamışdır. Bir məsələ də qeyd edilməlidir ki, apellyasiya şikayətində məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxslə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməməsi və buna görə də irəli sürülmüş ittihamın qanunsuz olması iddia edilsə də, məhkəmə kollegiyası bu dəlil ilə də razılaşmır. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı yetkinlik yaşına çatamayn zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ərizə ilə ibtidai istintaq orqanına müraciət edərək, uşağın mənafeyi baxımından üzləşdirmədə iştirak etməkdən imtina etmişdir. Məhkəmə kollegiyası yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin yaşını və törədilmiş cinayətin ona təsirini məcmu halda nəzərə alaraq hesab edir ki, məhkəməyədək icraat zamanı göstərilən şəxslərin arasında üzləşdirmə istintaq hərəkətinin keçirilməməsi ittihamın qanunsuz və əsasız olmasına əsas ola bilməz. Belə ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində qanuni nümayəndəsi vasitəsi ilə iştirak edərək, onun əlindən mobil telefonu alan şəxsin təqsirləndirilən şəxs olmasını bildirmişdir. Bu isə ona dəlalət edir ki, təqsirləndirilən şəxsin iddia etdiyi hallar işin həqiqi hallarına uyğun deyil. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2005-ci il tarixli, ** saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxsin soyğunçuluq etməsi, məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək onun qeyd edilən maddə ilə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 (üç) meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməllərin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar mövcud deyildir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs bəraət verilməsi üçün əsaslar müəyyən etmir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman Insan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994-cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Məhkəmə kollegiyası, həmçinin Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmiş, törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini özündə ehtiva edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1, 58.3, 59-cu maddələrinin tələbləri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli ** saylı qərarının tövsiyyələri, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını, habelə onun saxlanıldığı istintaq təcrixanasında müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi, Təqsirləndirilən şəxs əməlində sadə residivin yaranmasını, habelə cinayətin azyaşlı olan şəxsə qarşı törədilməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınaraq təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş hədddə cəza təyin edilərkən, qanuni və ədalətli cəza təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cinayətlərin sadə resdivi nəzərə alınmaqla cəza təyin edərkən düzgün olaraq Təqsirləndirilən şəxs həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirilməsi, habelə ona bəraət verilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iş materiallarına əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivi müəyyən edilmişdir, bu da ona dəlalət edir ki, o, cəmiyyət üçün təhlükəlidir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, qərara aldı: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 (yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq, Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-525/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-525/2026
04.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver