Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-530/2026 18.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər – İbrahimli İbrahim Adil oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimova İlahə Arif qızının, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Müdafiəçi müdafiəçi1, Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim G.Məmmədova) ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən ## ###### 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən istintaq müddəti zamanı ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli ##.##.2026-cı il tarixdən hesablanmış, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttiham aktına və hökmə əsasən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmiş, onları daşımış, saxlamış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və şəxsdən satış məqsədi ilə təmiz çəkisi 1,64 qram narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda təmiz çəkisi 0,988 qram olan psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,053 qram narkotik vasitə heroin əldə edib, daşımış, yaşadığı ünvan 2 ünvanında saxlamış, ## ### 2025-ci il tarixdə, saat 21 radələrində adına olan 4098 5844 6009 **** nömrəli bank kart hesabına 10 manat göndərildikdən sonra bunun müqabilində həmin psixotrop maddə metamfetaminin bir qismini, yəni təmiz çəkisi 0,198 qram psixotrop maddə metamfetamini Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqda gizlədib bu barədə şahid1 məlumat verib satışını həyata keçirmiş, ## ### 2025-ci il tarixdə, saat 21:40-da Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi qəbirstanlığın yaxınlığında saxlanılıb üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş boz rəngli qısaqol gödəkçənin sağ yan cibindən 01 ədəd ağ kağıza bükülmüş, təmiz çəkisi 0,198 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilib götürüldükdən və metamfetaminin Təqsirləndirilən şəxs alması ilə bağlı verdiyi məlumat əsasında Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirinin davamı olaraq ## ### 2025-ci il tarixdə saat 23:05-də Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı ünvan 2 ünvanında aparılmış axtarış zamanı, çarpayının üzərində olan yastığın altından 01 ədəd ağız hissəsi bağlanan polietilen paketin içərisində təmiz çəkisi 1,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə təmiz çəkisi 0,790 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,038 qram, ümumi təmiz çəkisi 0,053 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin və səthində psixotrop maddə metamfetaminə məxsus izlər olan 01 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Apellyasiya şikayətinin dəlilləri, proses iştirakçılarının çıxışları və sübutların təsviri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək, yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hökmü işin hallarına, törədilmiş əməlin tövsifinə, müvəkkilim Təqsirləndirilən şəxs şəxsiyyətinə və ən əsası da ailə vəziyyətinə uyğun olmayan qərar olduğuna görə dəyişdirilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi tətbiq edilərək ona daha yüngül cəza verilməli, yaxud ailə vəziyyətinin ağır olması kimi yüngülləşdirici hallar nəzərə alınaraq AR CM 62-ci maddəsi tətbiq edilməklə ona daha yüngül cəza verilməlidir. Müdafiə tərəfi olaraq hesab edirik ki müvəkkilim Təqsirləndirilən şəxs ilkin məhkumluğunun olması, atasının ağır xəstə olmaqla onun qayğısına ehtiyacı olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal da həmçinin olmamışdır. Məhkəmə öz hökmündə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı narkotik istifadəçisi kimi qismən etirafımı iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul etdiyindən, onun etirafını və səmimi peşmançılığını da müvəkkilimin cəzasını yüngülləşdirən hal kimi qəbul edə bilərdi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs dönə-dönə ifadələrində bildirmişdir ki, “o tanışı şahid1 uzun müddətdir ki tanıyır. Narkotik vasitəni ona satmamış, birgə istifadə üçün bu dəfə o almışdır. Əvvəlki dəfələr isə Şakirin atdığı zamanda da birgə istifadə etmişlər. Hətta bir neçə il əvvəl Bakıxanov çörək zavodunda biryerdə də işləmişlər və o vaxt da narkotikdən birgə istifadə etmişlər." Qeyd edilənlər məhkəmə iclasının video görüntülərində vardır. Aydın məsələdir ki burda satış məqsədindən söhbət getmir. Mövzu eyni qəsəbədə yaşayan iki tanışın birgə istifadəsindən gedir ki bu da AR CM-nin 234.2-ci maddəsinin tərkibini yaratmır. Digər bir tərəfdən kollegiyanın diqqətinə bir daha çatdırmaq istəyirəm ki həm əməliyyat çəkilişi zamanı, həm bölmədə olan çəkiliş zamanı təqsirləndirilən şəxs ağ kristal maddə-metafctaminin ona aid olmadığını bildirir. Ancaq polis əməkdaşları buna əhəmiyyət verməyərək ’‘yəqin limon duzudur” deyib üstündən keçirlər. Hesab edirəm ki burada ittiham tərəfi üçün narkotik vasitəni salmaqda təqsirləndirilən Təqsirləndirilən şəxs çıxması ehtimal olunan ağ kristal maddənin, almaqda ləqsirləndirilərək cəzanı çəkmiş - amnistiyaya düşmüş şahid1 çıxan ağ kristal maddə ilə tərkibinin eyni olması vacib idi. Digər tərəfdən məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki müvəkkilimi birbaşa AR Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə gətirib çıxaran təkzib edilməz sayılacaq mobil telefon nömrəsindən çıxarılmış sms-lər və sair yoxdur. Özü də bildirir ki narkotik vasitələrin satışı ilə məşğul deyildir və olmamışdır. Birgə istifadə isə qanunun bu maddəsi ilə təqsir yaratmır. Narkotik vasitələrin istifadəsi sözügedən məcəllənin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmağa əsas ola bilər ki, məhkəmə müvəkkilimin əməlini düzgün tövsif elməmişdir. CM-nin 59.2-ci maddəsinin tələbinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmənin diqqətinə çatdırılır ki, müvəkkilimin ailə vəziyyəti ağırdır. Müvəkkilimin öhdəsində işemik insult, aşağı ətafların hemaplagiyası xəstəliyi (aşağı ətrafların işləməməsi) olan atası Hadıyev Kamil Mirzəhüseyn oğlu vardır ki, məxsusi olaraq ona qulluq oğul övladı kimi Təqsirləndirilən şəxs tərəfindən göstərilmişdir. Aydın məsələdir hərəkət imkanları məhdud olan xəstəni yuyundurmaq, dırnaqlarını tutmaq, həm də böyüklər üçün nəzərdə tutulmuş təmizlik bezlərini dəyişdirmək üçün də kişi cinsinin fiziki gücü lazımdır ki bu da oğlu Təqsirləndirilən şəxs tərəfindən edilirdi. Hesab edirəm ki, sözügedən hal CM-nin 59.2-ci maddəsinin tərkibini yaratmaqla yüngülləşdirici hal kimi qəbul edilməlidir. Göstərilənləri nəzərə alaraq hesab edirik ki, məhkumun törətdiyi əməlin tövsifınə uyğun olmayan ağır cəza aldığından, iş üzrə onun cəzasını yüngülləşdirən hallar məhkəmə tərəfindən düzgün nəzərə alınmadığından birinci intansiya məhkəməsinin hökmü apellyasiya icraatı qaydasında dəyişdirilməli və yüngül cəza verilməlidir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Məhkəmə kollegiyasının iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs oğlu və onun müdafiəçisi müdafiəçi1 apellyasiya şikayətində göstərilən əsaslarla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün dəyişdirilərək, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilərək, yaxud Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunaraq məhkuma azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X2 verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmünün hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə müxtəlif məhkəmə iclaslarında müxtəlif ifadələr vermişdir. Belə ki, birinci instansiya məhkəməsində ## ######## 2025-ci il tarixli məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, lakin metamfetaminin ondan aşkarlanmadığını bildirmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi onun verilmiş ittihamın mahiyyətini anlamadığını bildirmiş və dəqiqləşdirmək üçün təkrarən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında özünü təqsirli bilibbilməməsini soruşmuşdur. Təqsirləndirilən şəxs isə həmin suala aydın şəkildə özünü narkotik vasitələrin satışında təqsirli bildiyini cavab vermişdir. Bundan sonra ona geniş ifadə verməsi üçün şərait yaradılmış, o isə bildirmişdir ki, hər şey dövlət ittihamçısının ittiham aktından elan etdiyi kimi baş vermişdir. Özünü təqsirli bilir, səhv etmişdir və çox peşmandır. ## ### 2025-ci il tarixdə polis əməkdaşları axşam saat 22-23 radələrində onun evinə gəlmişlər və evindən marixuana və kakos aşkarlanmışdır. Həmin maddələri İranlıdan almışdır, İranlının məlumatları telefonunda olmuşdur və həmin məlumatları müstəntiqə təqdim etmişdir. Heçkimə narkotik vasitə satmamışdır. Bəzən elə olurmuş ki, 2 nəfər, 3 nəfər 5-10 manat pul qoyurmuşlar, o isə gedib narkotik vasitəni götürürmüş və biryerdə istifadə edirmişlər. Şakir də tanışıdır və ona bildirmişdir ki, 10 manatı var və yorğundur, alaraq biryerdə çəkməyi təklif etmişdir. O isə psixotrop maddə metamfetamini götürmüş və aralarında bölmüş, Şakir öz payını götürüb getmişdir. Şakir getdikdən sonra o öz payını çəkərək istifadə etmiş və Şakirlə böldüyü psixotrop maddədən evdə qalmamışdır. Bundan sonra polislər Şakiri saxlamışlar və o psixotrop maddəni Pərvizdən aldığını bildirmişdir. 30- 40 dəqiqə sonra polislər onun evinə gəlmişlər. Həmin vaxt evdə metamfetamin olmamışdır. Şakirlə bu cür pul qoyub sonra paylaşmaları 2-3 dəfə olmuşdur. Şakirin narkotik vasitə almaq üçün adamı olmadığından və aralarında münasibət olduğundan ona müraciət etmiş, o isə üzərinə pul qoyaraq almış və bölüb istifadə etmişlər. Təhlükəli olduğunu bilsə də hər dəfə narkotik vasitəni İranlıdan o özü almışdır, çünki Şakirin narkotik vasitə ala biləcəyi adamı olmamışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixdə keçirilən məhkəmə iclasında bildirmişdir ki, Şakir tanışdır və biryerdə narkotik vasitə qəbul etdikləri hallar çox olmuşdur. Həmin gün də Şakir işdə olanda zəng vurub demişdir ki, 10 manatı var metamfetamin təşkil etsin. O da üzərinə pul qoyub almışdır. Daha sonra aldığı metamfetaminin yarısını Şakirlə birgə qəbul etmişlər. Birgə istifadə etdikdən sonra 10 manatlıq 1 büküm metamfetamin qalmışdır. Həmin miqdarı da tən yarıdan bölmüşlər və Şakir yarısını götürüb getmiş, yarısı isə ona qalmışdır. Biryerdə istifadə edərkən narkotik vasitəni bəzən Şakir, bəzən isə o təşkil etmişdir. Belə ki, məsələn o həmişə aldığı adamdan soruşsa həmin adamda olmasa, Şakirə deyirmiş ki, o özü kimdənsə təşkil etsin. Şakirlə birgə narkotik vasitə istifadə halları çox olmuşdur, həmin vaxtlarda narkotik vasitəni ən çox kimin təşkil etdiyini dəqiq deyə bilmir. Onun himayəsində olan 75 yaşlı anası və 80 yaşlı atasının saxlanılması və gündəlik qayğıları ilə şəxsən özü məşğul olur. O, bir müddətdir narkotik vasitə və psixotrop maddələrdən istifadə edir və həmin maddələri sosial şəbəkə vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşından əldə edir; belə ki, narkotik vasitəyə ehtiyacı yarandıqda həmin şəxsə mesaj vasitəsilə müraciət edir, onun tərəfindən təqdim edilən hesab nömrəsinə pul vəsaitini köçürdükdən sonra narkotik vasitənin gizlədildiyi yerin lokasiyası ona göndərilir və bundan sonra o, göstərilən ünvana gedərək narkotik vasitəni götürür. Həmin gün, yəni ## ### 2025ci il tarixdə, saat 22–23 radələrində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları onun yaşadığı ünvan 2 ünvanına gəlmiş, evə daxil olaraq ona fiziki və psixoloji təzyiq göstərmiş, aparılmış əməliyyat-axtarış tədbiri zamanı şahid1 saxlanıldığı və üzərinə baxış zamanı psixotrop maddənin aşkar edildiyini, sorğu zamanı şahid1 həmin maddəni ondan aldığını bildirdiyini qeyd etmişlər. Bundan sonra ondan dövriyyəsi və saxlanılması qadağan olunmuş əşya və predmetlərin olub-olmaması soruşulmuş, o isə evdə saxladığı narkotik vasitələr – marixuana, heroin və elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. O, elektron tərəzini əvvəllər marixuana istifadə zamanı ölçüləri dəqiqləşdirmək məqsədilə almış, son dövrlərdə isə o, həmin tərəzidən ümumiyyətlə istifadə etməmişdir. Həmin vaxt onun evində yalnız Şakirlə böldükləri birdəfəlik istifadə üçün çəkisi təxminən 0,08–0,1 qram metamfetamin olmuşdur. Polis əməkdaşları tərəfindən təqdim etdiyi narkotik vasitələr üzərində videoçəkiliş vasitəsilə baxış keçirilməzdən əvvəl həmin maddələr arasına psixotrop maddə metamfetamin əlavə edilmişdir. O, bildirmişdir ki, qeyd olunan maddə ona aid deyil, onda lap az mtamfetamin olmuşdur, lakin polis əməkdaşları qeyd etmişdir ki, ola bilsin həmin maddə yalnız limon duzudur və bu məsələ ekspertiza zamanı dəqiq müəyyən ediləcəkdir. O, heç vaxt hansısa məbləğ qarşılığında şahid1 psixotrop maddə satmamışdır. Ehtimal edir ki, şahid1 saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiq göstərildiyi üçün həqiqətə uyğun olmayan formada, psixotrop maddəni ondan aldığı barədə ifadə vermişdir. O, hesab edir ki, bu ifadə öz iradəsi ilə deyil, tətbiq edilmiş təzyiq nəticəsində verilmişdir. Heç bir halda şahid1 ona pul göndərməsi, onun isə psixotrop maddəni hər hansı lokalizasiyaya qoyması halı baş verməmişdir. Yəni, onun və şahid1 arasında heç bir məbləğ qarşılığında psixotrop maddənin birbaşa verilməsi faktı mövcud olmamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və birinci instansiya məhkəməsində məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, o, artıq xeyli müddətdir narkotik vasitələrə və psixotrop maddələrə aludədir və həmin maddələri anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən əldə edərək istifadə etmişdir. Təxminən 7–8 ay əvvəl internet üzərindən fəaliyyət göstərən sosial şəbəkələrdən birində özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən, adının Əhməd Qaya olduğunu bildirən bir şəxslə tanış olmuşdur. Həmin şəxslə +************ nömrəli telefonla əlaqə saxlamışdır. Bir neçə dəfə Əhməd Qayanın bildirdiyi kart nömrəsinə pul göndərməklə ondan narkotik vasitə və psixotrop maddə almışdır. Narkotik vasitələri və psixotrop maddələri özü istifadə etmək və bir qədər baha qiymətə satmaq məqsədi ilə alırdı. Belə ki, istifadə etdiyi narkotik vasitənin və psixotrop maddənin pulunu çıxartmaq üçün həmin maddələrdən bir qismini anket məlumatlarını bilmədiyi şəxslərə satmışdır. şahid1 Maştağa qəsəbə sakini kimi tanımış, Şakir bir dəfə ondan özü istifadə etmək məqsədilə narkotik vasitə almışdır. Sonuncu dəfə ## ### 2025-ci il tarixdə İran islam Respublikası vətəndaşı Əhməd Qaya ilə telefon vasitəsi ilə əlaqə saxlayıb ondan narkotik vasitə qurudulmuş marixuana, psixotrop maddə metamfetamin, narkotik vasitə heroin istəmişdir. O razılıq vermiş və həmin şəxsin bildirdiyi, nömrəsini unutduğu bank kart hesabına pul göndərdikdən sonra Əhməd Qaya həmin maddələri ona göndərmiş, ünvanı demiş və o, gedib götürmüşdür. Dəqiq hansı məbləğə aldığını xatırlamır. Ödənişi isə bank kartı ilə etmişdir. ## ### 2025- ci il tarixdə saat 20 radələrində Şakir ona zəng edib psixotrop maddə metamfetamin istəmişdir. Şakirə istifadəsində olan 4098 5844 6009 **** nömrəli bank kartın nömrəsini deyib hesaba 10 manat pul göndərməsini bildirmişdir. Şakir razılaşmış və onun dediyi kart hesabına 10 manat göndərdikdən sonra o Əhməd Qayadan aldığı psixotrop maddə metamfetamindən bir qismini evində olan elektron tərəzidə çəkib bir bükümdə hazırlayıb Sabunçu rayonu Maştağa qəsəbəsində Qəbirstanlığın yanında ağacların birinin altında qoyub bu barədə zəng edib Şakirə demişdir. ## ### 2025-ci il tarixdə saat 23 radələrində yaşadığı ünvan 1 ünvanında olarkən evə bir neçə mülki geyimdə şəxslər gəlib, xidməti vəsiqələrini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, şahid1 saxlanıldığını, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir büküm psixotrop maddə metamfetamin aşkar edildiyini, Şakirin həmin maddəni ondan alması barədə məlumat verdiyini, evdə aşxtarış aparılması zərurəti olduğunu deyib icazə istəmişdirlər. Razılıq verdikdən sonra polis əməkdaşları evdə axtarış aparmışdırlar və ondan evdə qanunla dövriyyəsi qadağan edilən əşya və ya predmetin olub-olmamasını soruşmuşdurlar. O, etiraf edib bildirmişdir ki, otaqda çarpayının üzərində olan yastığın altında qanunla dövriyyəsi qadağan olunan maddələr var. Polis əməkdaşları baxış keçirib oradan narkotik vasitə heroini, psixotrop maddə metamfetamini, narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd elektron tərəzini aşkar edib götürmüşdürlər. Daha sonra polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə Sabunçu RPİ-nin 14-cü PŞ-yə getmişdir. Araşdırmanın aparılması təhqiqatçı Qoşqar Abuzərliyə həvalə edilmişdir. Orada xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarını müdafiə etmək üçün dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakları ilə evindən aşkar edilib götürülmüş maddələrə baxış keçirilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili əməliyyat müvəkkili R şahid3 Mayıs oğlu ifadəsində göstərmişdir ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən şahid1 qanunsuz olaraq psixotrop maddə əldə etməsi, onu saxlama və daşıması barədə qərəzsiz mənbədən daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbiri həyata keçirilmiş, ## ### 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Qəbirstanlıq yaxınlığında keçirilən əməliyyat zamanı şahid1 saxlanılmışdır. Şəxsi axtarış zamanı onun üzərindən 01 (bir) ədəd ağ kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilmiş və götürülmüş, həmin faktla bağlı müvafiq materiallar toplanmış və şahid1 14-cü Polis Şöbəsinə təhvil verilmişdir. Saxlanma zamanı şahid1 bildirmişdir ki, onun üzərindən aşkar edilən metamfetamin tanışı Təqsirləndirilən şəxs əldə edilmişdir. Bundan əlavə, şahid1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göndərilmiş 10 manatlıq ödəniş qəbzi aşkar edilərək götürülmüşdür. Bu məlumat əsasında Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə məlumatın araşdırılması və bu istiqamətdə əməliyyataxtarış tədbirləri həyata keçirilməsi zərurəti 14-cü Polis Şöbəsinin rəhbərliyinə məruzə olunmuşdur. ## ### 2025-ci il tarixdə əməliyyat qrupunun iştirakçıları ilə birlikdə saat 23:05-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına gedilmiş, Təqsirləndirilən şəxs evin qapısını açdıqda ona özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmiş və keçirilmiş əməliyyat-axtarış tədbirləri barədə məlumat verərək şahid1 saxlanıldığını, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyünü, şahid1 həmin metamfetamini ondan 10 manat müqabilində aldığını bildirdiyini və onun qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əldə olunduğunu, buna görə də üzərinə şəxsi və yaşadığı evdə axtarış keçirilməsinin zəruri olduğunu izah etmiş, bununla bağlı ondan razılıq istəmişlər. Təqsirləndirilən şəxs həqiqətən şahid1 psixotrop maddə metamfetaminin onun tərəfindən verildiyini etiraf etmiş, evində axtarış aparılmasına etiraz etməmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmiş, daha sonra isə Təqsirləndirilən şəxs yaşadığı evə daxil olunmuş, ondan evdə qanunla dövriyyəsi qadağan olunan əşya və predmetin olub-olmadığı soruşulmuş və mövcud olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ağ şəffaf bağlamanı çıxarıb təqdim etmiş, bağlamaya baxış keçirdikdə içərisindən 01 ədəd kağıza bükülmüş kristal formada psixotrop maddəyə bənzər maddə, 02 ədəd qara rəngli kağıza bükülmüş toz şəklində qəhvəyi rəngdə narkotik vasitə və qurudulmuş ot şəklində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmiş, həmin otaqda masa üzərində 01 ədəd «Samsung» markalı mobil telefon tapılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, mobil telefon ona məxsusdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bükümlərdəki maddələrin heroin və qurudulmuş marixuana olduğunu, onları İran İslam Respublikası vətəndaşından istifadə məqsədilə aldığını, kristal şəkilli maddənin isə limon duzu olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs 01 (bir) ədəd elektron tərəzi aşkar edilmiş, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tərəzi İran İslam Respublikası vətəndaşından aldığı narkotik vasitəni ölçmək məqsədilə istifadə etmişdir. Bundan sonra evdə aparılmış axtarış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən başqa qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmiş, aşkar edilmiş ağ şəffaf bağlamadakı bütün maddələr və 01 ədəd «Samsung» markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq Sabunçu RPi-nin 14cü PŞ-yə təhvil verilmişdir. Birinci instansiya məhkəməsində məhkəmə iclasında videokonfrans vasitəsi ilə iştirak edən şahid qismində dindirilmiş şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbə sakini kimi tanıyır və aralarında müəyyən müddət yaxın münasibətlər olmuşdur. ## ### 2025-ci il tarixdə işdən çıxdıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumatı olduğundan ona telefon vasitəsilə zəng etmiş və psixotrop maddə metamfetamin təşkil etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bank hesab nömrəsi göndərmiş, o da həmin hesaba pul vəsaiti köçürmüş və ödənişi təsdiq edən qəbzin şəklini mobil telefon vasitəsi ilə Təqsirləndirilən şəxs göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ona yaşadığı ünvana gələrək psixotrop maddəni götürə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs yaşadığı ünvana getmiş və dəqiq xatırlamadığı çəkidə psixotrop maddə metamfetamini şəxsi istifadəsi məqsədilə əldə edərək həmin ünvandan uzaqlaşmışdır. Sonradan polis əməkdaşları tərəfindən saxlanılmış, üzərinə keçirilmiş baxış zamanı üzərindən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı, aşkar edilən psixotrop maddəni Təqsirləndirilən şəxs aldığını bildirmiş və buna dair bank köçürməsini təsdiq edən qəbzi polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun barəsində müvafiq cinayət işi başlanılmış, iş baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə tərəfindən barəsində amnistiya aktı tətbiq olunmuş və o, cəzadan azad edilmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, psixotrop maddəni Təqsirləndirilən şəxs ilk dəfə həmin tarixdə əldə etmişdir. O, həmçinin bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən çörək zavodunda Təqsirləndirilən şəxs ilə birlikdə işlədikləri dövrdə, nə də sonra heç vaxt birlikdə narkotik vasitə qəbul etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində onların birlikdə, hətta onun yaşadığı evin həyətində də narkotik vasitə qəbul etdiklərini bildirməsi ilə razılaşmadığını qeyd etmiş və bildirmişdir ki, o, heç vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvanın həyətində olmamış, hətta psixotrop maddəni almağa getdiyi zaman belə həyətə daxil olmamışdır. Birinci instasiya məhkəməsində ifadəsi elan olunmuş, cinayət işi üzrə şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili R şahid4 İslam oğlu məhkəməyədək icraat dövründə verdiyi ifadəsində bildirmişdir ki, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən ## #### 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Bağ evi *** saylı evdə qeydiyyatda olmaqla həmin ünvanda yaşayan şahid1 qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə qərəzsiz mənbədən əldə olunmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ## ### 2025ci il tarixdə saat 21:40-da Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Qəbirstanlığının yaxınlığında saxlanılmış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd ağ kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, bununla bağlı materiallar toplanıb, şahid1 14-cü PŞ-yə təhvil verilmişdir. şahid1 saxlanılarkən üzərindən aşkar edilib götürülmüş psixotrop maddə metamfetamini tanışı ## ###### 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Təqsirləndirilən şəxsqanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə əldə olunmuş məlumatın yoxlanılması və bu istiqamətdə əməliyyat-axtarış tədbirin keçirilməsi zərurəti olması barədə 14-cü PŞ-nin rəhbərliyinə məruzə olunmuşdur. Rəhbərliyin əmri ilə ondan, 14-cü PŞ-nin əməliyyat müvəkkili, R şahid3 Mayıs oğlu və müvəkkili əməliyyat müvəkkili R şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik şahid2 həvalə edilmişdir. ## ### 2025-ci il tarixdə əməliyyat qrupunun iştirakçıları ilə birlikdə saat 23:05də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına gedilmiş, Təqsirləndirilən şəxs evin qapısını açdıqda ona özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib keçirilmiş əməliyyataxtarış tədbirləri ilə şahid1 saxlanıldığını, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar edilib götürüldüyünü, şahid1 metamfetamini ondan 10 manat müqabilində aldığını bildirdiyini, tərəflərindən onun qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat əldə olunduğunu deyib, bu səbəbdən də üzərinə şəxsi və yaşadığı evdə axtarış keçirilməsi zərurəti olduğunu bildirib, buna dair ondan razılıq istəmişdirlər. Təqsirləndirilən şəxs həqiqətən şahid1 psixotrop maddə metamfetaminin onun tərəfindən satlıdığını etiraf edib, evində axtarış aparılmasına etiraz etməmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və prelmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra o və əməliyyat qrupunda iştirak edən polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmuşdurlar. Təqsirləndirilən şəxs evdə qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmetin olubolmadığı soruşulmuş, müsbət təqdirdə təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs qonaq otağında yerləşən çarpayının üzərində olan yastığın altından ağ şəffaf bağlamanı çıxarıb təqdim etmişdir. Bağlamanın içərisinə tərəflərindən baxış keçirdikdə, oradan 01 ədəd qara rəngli kağıza bükülmüş kristal formada psixotrop maddəyə bənzər maddə, 02 ədəd qara rəngli kağıza bükülmüş toz şəklində qəhvəyi rəngdə narkotik vasitəyə və qurudulmuş ot şəklində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmişdir. Axtarış zamanı həmin otaqda masa üzərində 01 ədəd «Samsung» markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin mobil telefon ona məxsusdur. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq o bildirmişdir ki, bükümlərdə narkotik vasitə heroin, qurudulmuş marixuanadır, həmin maddələri İran İslam Respublikası vətəndaşından özü istifadə etmək üçün almışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, satışı ilə məşğul olmadığını bildirmişdir. Bundan sonra tərəflərindən evdə axtarış keçirilmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən başqa evdən qanunla dövriyyəsi qadağan edilən əşya və predmet aşkar edilməmiş və götürülməmişdir. Aşkar edilmiş ağ şəffaf bağlamanı içərisində olmuş 01 ədəd qara rəngli kağıza bükülmüş kristal formada psixotrop maddəyə bənzər maddə, 02 ədəd qara rəngli kağıza bükülmüş toz şəklində qəhvəyi rəngdə narkotik vasitəyə və qurudulmuş ot şəklində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr, 01 ədəd «Samsung» markalı mobil telefon tərəfimizdən müvafiq qaydada qablaşdırılıb götürülmüş və Təqsirləndirilən şəxs tərəflərindən 14-cü PŞ-yə təhvil verilmişdir. Bununla bağlı toplanmış materiallar üzrə araşdırmanın aparılması 14- cü PŞ-nin təhqiqatçısı R Qoşqar Abuzərliyə həvalə edilmişdir. Təhqiqatçı tərəfindən polis şöbəsinin inzibati binasında xidməti otaqların birində hüquqlarını müdafiə etməsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edildikdən sonra tərəflərindən Təqsirləndirilən şəxs evindən aşkar edilib götürülmüş maddələrə baxış keçirilmişdir. Təqdim olunan maddələrə təhqiqatçı tərəfindən baxış keçirildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürüldü. Bununla bağlı protokollar tərtib olunmuş, doğruluğu onun, vəkil, digər polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və 14-cü PŞ-də olduğu müddət ərzində hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və ya təsirlərə məruz qalmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirəcəyini düşünüb, evdən aşkar edilib götürülmüş və sonradan təhqiqatçı tərəfindən təqdim olunan maddələrə baxış keçirilərkən heroin, qurudulmuş marixuana və elektron tərəzinin ona məxsus olduğunu desə də, metamfetaminin ona məxsus olmadığını, evindən aşkar edilmədiyini, satışı ilə məşğul olmadığını deməklə çox gümanki cəzasını yüngülləşdirməyə çalışmışdır. Həqiqətən metamfetamin də heroin, qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi ilə birlikdə onun yaşadığı evdən aşkar edilib götürülmüşdür. İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, R Qoşqar Abuzərli tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli raportda görünür ki, ##.##.2025- ci il tarixdə, saat 23:05 radələrində Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında qeydiyyatda olan ## ###### 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs üzərinə və mənzilinə baxış və axtarış aparılarkən təmiz çəkisi 0,790 qram psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,053 qram narkotik vasitə heroin, təmiz çəkisi 1,64 qram narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd elektron tərəzi və 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. (i.v. 3). İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, R Rasim Əliyevin əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, etibarlı mənbədən daxil olmuş məlumata əsasən ## ###### 1988ci il təvəllüdlü, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi B.Dadaşov küçəsi ev 49da qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop vasitə əldə etməsi, saxlaması və daşıması ehtimalı nəzərə alınaraq, adi təhqiqat üsulları ilə zəruri məlumatların əldə edilməsinin mümkün olmaması və psixotrop vasitələrin realizə olunması, gizlədilməsi və ya məhv edilməsi riskinin mövcudluğu ilə əlaqədar «Əməliyyataxtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10, 11 və 12-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası CPM-in 86 və 445-ci maddələrinə əsasən onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, əməliyyat qrupunun yaradılması, həmin şəxsin olduğu yerin müəyyən edilməsi, zərurət olduqda saxlanılması, üzərinə, yaşayış yerinə, nəqliyyat vasitəsinə və digər obyektlərə baxış və axtarış aparılması, həmçinin görülmüş tədbirlər barədə qərarın 48 saat müddətində məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilməsi qərara alınmışdır. (i.v. 5-6). İşdə olan Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili, R şahid2 tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli əməliyyataxtarış tədbirinin, şəxsin üzərinə axtarış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Sabunçu RPİnin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili R şahid2, əməliyyat müvəkkili R şahid3 Mayıs oğlu və baş əməliyyat müvəkkili R şahid4 İslam oğlu Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Balaəmi Dadaşov küçəsi ** nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana gələrək özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14cü PŞ əməkdaşları tərəfindən qərəzsiz mənbədən əldə olunmuş məlumat əsasında şahid1 qanunsuz olaraq psixotrop maddə əldə etməsi, üzərində saxlaması və daşıması barədə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ## ### 2025-ci il tarixdə saxlanıldığı, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən 01 ədəd ağ kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürüldüyü və şahid1 saxlanılarkən həmin psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirdiyi izah edilmiş, bununla bağlı əməliyyataxtarış tədbiri keçirildiyi və onun üzərinə şəxsi, eləcə də yaşadığı evdə axtarış aparılmasının zəruri olduğu bildirilib razılığı alınmış, sonuncu, şahid1 psixotrop maddə metamfetamini onun tərəfindən satıldığını etiraf etmiş və evində axtarış aparılmasına etiraz etməmiş, bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmiş, daha sonra polis əməkdaşları onun yaşadığı evə daxil olmuş, Təqsirləndirilən şəxs evdə qanunla dövriyyəsi qadağan olunan əşya və ya predmetin olub-olmaması soruşulmuş və mövcud olduğu təqdirdə təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs qonaq otağında yerləşən çarpayının üzərində olan yastığın altından ağ şəffaf bağlamanı çıxarıb təqdim etmiş, bağlamaya baxış keçirilərkən içərisindən 01 ədəd qara rəngli kağıza bükülmüş kristal formada psixotrop maddəyə bənzər maddə, 02 ədəd qara rəngli kağıza bükülmüş toz şəklində qəhvəyi rəngdə narkotik vasitəyə və qurudulmuş ot şəklində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr aşkar edilmiş, həmçinin həmin otaqda masa üzərində 01 ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin mobil telefonun ona məxsus olduğunu bildirmiş, verilmiş suallara cavab olaraq bükümlərdə narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşından özü istifadə etmək üçün aldığını bildirmiş, aşkar edilmiş psixotrop maddə metamfetaminin isə ona məxsus olmadığını və satışı ilə məşğul olmadığını qeyd etmiş, bundan sonra polis əməkdaşları tərəfindən evdə axtarış aparılmış, Təqsirləndirilən şəxs təqdim etdiyi maddələrdən başqa evdən qanunla dövriyyəsi qadağan edilən hər hansı əşya və predmet aşkar edilməmiş və götürülməmiş, nəticədə aşkar edilmiş ağ şəffaf bağlamanın içərisində olan 01 ədəd qara rəngli kağıza bükülmüş kristal formada psixotrop maddəyə bənzər maddə, 02 ədəd qara rəngli kağıza bükülmüş toz şəklində qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə, qurudulmuş ot şəklində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddələr və 01 ədəd «Samsung» markalı mobil telefon tərəflərindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (i.v. 10-11). İşdə olan "Şübhəli şəxsin tutulması haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə, saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 25). İşdə olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin təhqiqatçısı, R X5 tərəfindən tərtib edilmiş ## ### 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədilə dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, Sabunçu RPİ-nin 14-cü PŞ-nin baş əməliyyat müvəkkili R şahid4 İslam oğlunun və baş əməliyyat müvəkkili polis baş Rı şahid2 iştirakları ilə hüquq və vəzifələri izah olunduqdan sonra, saxlanılaraq polis şöbəsinə gətirilməsinin səbəbləri, hüquq və vəzifələri izah edilmiş, daha sonra onun yaşadığı evdən aşkar edilərək götürülmüş və Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısına təqdim olunmuş maddələrə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin, qurudulmuş marixuananın, 01 ədəd elektron tərəzinin və 01 ədəd «Samsung» markalı mobil telefonun ona məxsus olduğunu, lakin təqdim olunan psixotrop maddə metamfetaminin ona məxsus olmadığını və satışı ilə məşğul olmadığını bildirmiş, bundan sonra təhqiqatçı tərəfindən bükümlər ekspert tədqiqatına təqdim olunması məqsədilə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. (i.v. 35-36). İşdə olan “DVD yaddaş daşıyıcısına baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi» haqqında protokola əlavə edilmiş 01 ədəd DVD yaddaş daşıyıcısına Təqsirləndirilən şəxs və hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakı ilə baxış keçirildikdə, yuxarıda qeyd olunanların yaddaş daşıyıcılarında öz əksini tapdığı müəyyən edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunan şəxsin öz olduğunu təsdiqləyərək, evində axtarış keçirilərkən və təhqiqatçının yanında evindən aşkar edilib götürülmüş maddələrə baxış keçirilərkən məsuliyyətini yüngülləşdirəcəyini düşünərək, metamfetaminin ona aid olmadığını və satışı ilə məşğul olmadığını, həqiqətən evindən aşkar edilən metamfetaminin İran İslam Respublikası vətəndaşı Əhməd Qayadan alındığını, həmin metamfetamindən bir qismini Şakirə satdığını, Şakirdən aşkar edilmiş metamfetaminin onun tərəfindən Şakirə 10 manat müqabilində satıldığını və törətmiş olduğu əməlindən peşman olduğunu bildirmişdir. (i.v. 67-68). İşdə olan “Baxış keçirilməsi haqqında” ## ### 2025-ci il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı zamanı şahid1 saxlanılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olmuş boz rəngli qısaqol gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüş və istintaqa təqdim olunmuş 01 ədəd ödəniş qəbzinə şahid1 və hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili İsmayılov İlqar Vəli oğlunun iştirakı ilə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, ## ### 2025-ci il tarixdə saat 20:29:01-də Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Şəhər şossesində fəaliyyət göstərən «Oba» marketdə quraşdırılmış «Milliön» elektron ödəmə sistemi vasitəsilə Təqsirləndirilən şəxs adına olan kartın son 8 rəqəmi 60098476 olan hesaba 10 manat pul göndərilmişdir; baxışda iştirak edən şahid1 bildirmişdir ki, həmin tarixdə və saatda tanışı Təqsirləndirilən şəxs 10 manat göndərdikdən sonra Təqsirləndirilən şəxs ona 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin satmış və metamfetamini özü istifadə etmək məqsədilə almışdır, bununla bağlı qəbz və metamfetamin polis əməkdaşları tərəfindən saxlanılarkən üzərindən aşkar edilərək götürülmüşdür. (i.v. 94-95). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının */**** nömrəli, ## ### 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Şübhəli şəxs H.Pərviz...» sözləri olan 1 Nsli zərfdəki bir ədəd bükümdə təmiz çəkimi 0,790 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qr., 0,038 qr., ümumi təmiz çəkisi 0,053 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Üzərində «...Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» olan 2 Ns-li zərfdəki bir ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq miqdarı 0,033 qram, metamfetaminin isə 0,690 qram təşkil edir. (i.v. 48-51). Ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 72 (yetmiş iki) manat müəyyən edilmişdir. (i.v. 54). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının */*** nömrəli, ## ### 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd ağız hissəsi bağlanan polietilen paketdə təmiz çəkisi 1,64 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs...» yazılar və imzalar olan zərfdə 1 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Tədqiqata sərf edildikdən sonra narkotik vasitə qurudulmuş marixuananın qalıq miqdarı 1.60 qram təşkil edir. (i.v. 55-56). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7- NarkoloJi Tibbi Yoxlama ekspert komissiyasının **** nömrəli, ## #### 2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS- dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ## ###### 2023-cü il tarixdən Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i.v. 114-115). İşdə olan “Mobil telefon aparatına baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş mobil telefon aparatına baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatlar aşkar edilməmişdir. (i.v. 117). İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ## #### 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 110). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının */**** nömrəli, ## #### 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzi Tədqiqat Obyekti №**-li möhür əksi olan paketlərdəki, vət.şahid1 aşkar edilərək götürülmüş metamfetamin (## ### 2025-ci il tarixli */**** saylı ekspert rəyi) və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin (## ### 2025-ci il tarixli */**** saylı ekspert rəyi) xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata sərf edildikdən sonra metamfetaminin isə 0,670 qram təşkil edir. (i.v. 120-121). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının *-**-**/**/*-*****/**** nömrəli, ##.##.2026 tarixli məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli axtarış qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs ##.##.2026-cı il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən tutularaq ##.##.2026-cı il tarixdə Bakı istintaq təcridxanasına gətirilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin fikirlərini dinləyərək hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X12 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Sözügedən Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırki iş üzrə təqsirləndirilən şəxs ona qarşı fiziki və psixi təzyiq edilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etməmiş, bədənində hər hansı xəsarətin olmadığını bildirmiş və ümumi polis əməkdaşı tərəfindən fiziki və psixi təsirə məruz qaldığını iddia etmişdir ki, məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman özünün göstərdiyi xüsusatları, şahid ifadələrini, nəzərə alaraq təqsirləndirilən şəxsin həmin arqumentinə münasibətdə hesab edir ki, təqsirləndirilən şəxsin təsir-təzyiqə məruz qalmasına dair məhkəmə iclasında irəli sürdüyü dəlil onun sadəcə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cəzaya məruz qalmasından yayınmasına yönəlik dəlil kimi qiymətləndirilməklə məhkəmə iclasında verdiyi ifadəsində səmimi olmaması qənaətinə gəlmək üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin "Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab etmiş və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin ziddiyyətli ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə verdiyi ifadələri müqayisəli şəkildə araşdırarkən təqsirləndirilən şəxsin eyni hadisə ilə bağlı verdiyi ifadələr arasında həm psixotrop maddənin evdə olubolmaması, həm maddənin istifadə və bölüşdürülmə qaydası, həm də onun əldə olunmasının təşkili ilə bağlı məsələlər üzrə əhəmiyyətli ziddiyyətlərin mövcud olduğunu müəyyən etmişdir. Belə ki, təqsirləndirilən şəxs ## ######## 2025-ci il tarixli məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitələrin satışında özünü təqsirli bildiyini, hadisənin ittiham aktında göstərildiyi kimi baş verdiyini etiraf etmişdir. Həmin ifadəsində o, psixotrop maddə metamfetamini əldə etdiyini və həmin maddənin bir hissəsinin şahid1 verdiyini inkar etməmiş, ittiham aktının yalnız psixotrop maddəni hər hansı lokalizasiyaya qoyması və metamfetaminin miqdarı hissəsində qəbul etmədiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxs ## ###### 2026-cı il tarixli məhkəmə iclasında verdiyi ifadəsində əvvəlki ifadəsindən fərqli olaraq psixotrop maddəni şahid1 satmadığını, həmin maddəni birlikdə istifadə etmək məqsədilə aldıqlarını və aralarında hər hansı satış münasibətinin olmadığını bildirmişdir. Bununla yanaşı, o, əvvəlki ifadələrində göstərdiyi bir sıra halları dəyişdirərək psixotrop maddənin ona məxsus olmadığını və hadisənin ittihamda göstərilən kimi baş vermədiyini də qeyd etmişdir. Təqsirləndirilən şəxs əvvəlki ifadələrində polis əməkdaşları onun yaşadığı ünvana gəldikdə evdə hər hansı psixotrop maddənin olmadığını bildirmiş, həmin vaxt evində metamfetamin saxlamadığını göstərmişdir. Lakin, sonradan verdiyi ifadələrində əvvəlki sözlərinə zidd olaraq evdə şahid1 istifadə etdikdən sonra böldükləri metamfetaminin qaldığını bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxs psixotrop maddənin istifadə olunması ilə bağlı da ziddiyyətli ifadələr vermişdir. Belə ki, əvvəlki ifadələrində o, metamfetamini şahid1 ilə birlikdə bölərək ondan sonra ayrıldıqlarını və şahid1 həmin maddə ilə getdiyini bildirmişdir. Lakin, sonrakı ifadələrində əvvəlki sözlərindən fərqli olaraq əvvəlcə birlikdə psixotrop maddə istifadə etdiklərini, yalnız bundan sonra qalan hissəni öz aralarında bölüşdürdüklərini qeyd etmişdir. Eyni zamanda, təqsirləndirilən şəxs psixotrop maddənin əldə olunmasının təşkili ilə bağlı da bir-birinə zidd məlumatlar vermişdir. Belə ki, əvvəlki ifadələrində psixotrop maddənin əldə edilməsini əsasən özünün təşkil etdiyini bildirmiş, şahid1 narkotik vasitə ala biləcək adamının olmadığını göstərmişdir. Lakin, sonradan verdiyi ifadələrində həmin halı dəyişdirərək bəzən psixotrop maddənin əldə edilməsini şahid1 təşkil etdiyini, bəzən isə bunun özü tərəfindən həyata keçirildiyini bildirmişdir. Bundan başqa cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyindən görünür ki, şahid1 aşkar edilərək götürülmüş metamfetamin ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə öz aralarında eynilik təşkil edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında maddi imkanlarının məhdud olduğunu, yaşlı valideynlərinə özünün baxdığını bildirsə də, iş materiallarından görünür ki, onun yaşadığı evdən metamfetamindən başqa marixuana və heroin də aşkar edilmişdir. Bununla yanaşı, o, ifadəsində metamfetamini məhz şahid1 istəyi ilə əldə etdiyini və həmin maddəni birlikdə istifadə etmək məqsədilə aldığını göstərmişdir. Məhkəmə hesab edir ki, maddi imkanlarının məhdud olduğunu bildirən və valideynlərinə baxdığını qeyd edən şəxsin eyni zamanda evində müxtəlif növ narkotik vasitələr olduğu halda onlardan istifadə etməyərək, sırf tanışı metamfetamin istəyir deyə özünü cinayət məsuliyyəti riski altına qoyaraq əlavə olaraq psixotrop maddə əldə etməsi məntiqli və inandırıcı deyildir. Yuxarıda qeyd olunan hallar, eləcə də şahid1 ifadələri, bank köçürməsinə dair ödəniş qəbzi və iş üzrə toplanmış digər sübutlar təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri ilə uzlaşır və onun psixotrop maddəni satış məqsədilə əldə etməsi, saxlaması və satması faktını təsdiq edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarındakı tövsiyyələrinə və birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. Cinayət işinin apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs oğlunun əməlinin tövsifinin dəyişdirilməsi, yəni onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə və hökmdən göründüyü kimi, birinci instansiya məhkəməsi bu məsələnin həlli zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddində ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı nəzərə almaqla əsaslandıraraq, məhkum edilmiş şəxsin şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, onun barəsində təyin edilmiş cəzanın növünün dəyişdirilməsi və ya müddətinin yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. “De Fendo” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15(on beş) saat üçün cəmi 165(yüz altmış beş) manat dövlət büdcəsindən “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Ziya Şirinov Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-530/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-530/2026
18.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver