Məhkəmə qərarları › İş №1(3-6)-531/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-531/2026

30.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərar Bakı şәhәri İş № 1(3-6)-531/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Mehdiyev Emin Əlixan oğlunun sәdrliyi vә mәruzәsilә, X3 vә X4 ibarәt tәrkibdә, Mәhkәmә iclas katibi X5, xüsusi ittiham qaydasında şikayәt verәn şәxs Xüsusi ittihamçı barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxs Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs iştirakları ilә, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsi barәdә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qәrarından xüsusi ittihamçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinә Bakı Apellyasiya Mәhkәmәsinin binasında açıq mәhkәmә iclasında ilkin baxış keçirәrәk mәhkәmә kollegiyası, MÜƏYYƏN ETDİ: Xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәt ilә mәhkәmәyә müraciәt edәrәk, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası CM-nin 148-ci maddәsi ilә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtdiyinә görә cinayәt mәsuliyyәtinә cәlb edilәrәk barәsindә azadlıqdan mәhrum edilmәsi cәzası tәyin edilmәsi barәdә hökm çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayәt onunla әsaslandırılmışdır ki, Bakı şәhәri, Sabunçu rayonu, Lәhiş bağlar massivinin **** nömrәli bağının cәnub-qәrb hissәsindә (35- ci dalanın sonunda) yerlәşәn bağ sahәsi ailәnin tәxminәn 300 ilә yaxın müddәt әrzindә istifadәsindә olmuşdur. Qeyd olunan әrazidә "qәdim qәbirlәr, qәdim yaşayış mәskәnlәri vә kurqan abidәlәri kompleksi" aşkar olunmuş vә bu tarixi-mәdәniyyәt abidәlәri 2008-ci ildәn etibarәn "Yeni aşkar olunmuş tarix vә mәdәniyyәt abidәlәri" kimi dövlәt tәrәfindәn mühafizәyә götürülmüşdür. “Qәsr” Mәdәni İrsi vә X6 İctimai Birliyi olaraq, Azәrbaycan Respublikası әrazisindә yerlәşәn mәdәni irs nümunәlәrinin vә tarixi abidәlәrin müәyyәn edilmәsi, qorunması, tәdqiqi vә ictimaiyyәtә tanıdılması istiqamәtindә fәaliyyәt göstәrilir. Birlik bu fәaliyyәti Azәrbaycan Respublikasının qanunvericiliyinә uyğun olaraq, qeyri-hökumәt tәşkilatı kimi subyektiv hüquqa malik olmaqla hәyata keçirir. ## ####### 2024-cü il tarixdә, tәxminәn saat 15:00 radәlәrindә Sabunçu rayonunun Lәhiş bağlar massivinin 35-ci dalanının sonunda yerlәşәn ailә bağ sahәsinә gәlәrәk, orada dәfn olunmuş vә mühafizә olunan yaxın qohumlarının mәzarlarını ziyarәt edәn zaman mәlum olmuşdur ki, hәmin әraziyә heç bir hüquqi vә ya faktiki aidiyyәti olmayan X1 yaxınlıqda yerlәşәn yarımçıq tikilidә saxladığı itlәri mәzarların yerlәşdiyi әraziyә buraxmış vә onları qәbirlәrin üzәrindә gәzdirmişdir. Bundan әlavә, mәzarların yerlәşdiyi әraziyә yük avtomobilinin daxil edildiyi vә hәmin nәqliyyat vasitәsinin hәrәkәti nәticәsindә torpaq örtüyünün dağıdıldığı, әrazinin bәrbad vәziyyәtә salındığı müşahidә olunmuşdur. Baş vermiş hәrәkәtlәrlә bağlı Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğluna irad bildirildikdә, o, etik davranış qaydalarına zidd olaraq onu “maşeynik”, “paranoy”, “xәstә” kimi ifadәlәrlә tәhqir etmiş, onun şәrәf vә lәyaqәtini alçaldan ifadәlәr işlәtmişdir. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğlu qeyd olunan qanuna zidd hәrәkәtlәri bağ sahәsindә olan vә müraciәt edәn şәxsin tanımadığı tәxminәn 5-6 nәfәrin iştirakı vә eşidә bilәcәyi şәraitdә nümayişkaranә şәkildә hәyata keçirmişdir. Baş vermiş hadisәlәrin hamısı videoçәkiliş vasitәsilә qeydә alınmışdır. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğlu onun şәrәf vә lәyaqәtini alçaldan ifadәlәri qәsdәn işlәtdiyini bildirmiş, eyni zamanda “video çәkilişin onsuz da onların әlindәn alınacağını” qeyd etmişdir. Baş vermiş hadisә zamanı әrazidә olan vә hadisәni birbaşa müşahidә edәn şahid qismindә X7 çıxış edә bilәr. Azәrbaycan Respublikasının CM-nin 148-ci maddәsinә әsasәn, şәrәf vә lәyaqәti alçaltma hәrәkәtlәri müxtәlif formada hәyata keçirilә bilәr; şifahi, yazılı, bәdәn hәrәkәtlәri vә sair. Şifahi formada şәrәf vә lәyaqәti alçaltma söyüşlәrlә, haqqında alçaldıcı ifadәlәr işlәtmәklә vә s. törәdilә bilәr. Kütlәvi çıxış dedikdә, hәr hansı şәxsin şәrәf vә lәyaqәtini alçadan ifadәlәrin әn azı iki nәfәr kәnar şәxsin görә, eşidә vә ya qavraya bilәcәyi formada ifadә etmә başa düşülür. Tәhqir cinayәtini ifadә edәrkәn, tәqsirkar başqa şәxsin şәrәf vә lәyaqәtinin alçaltdığını dәrk edir vә belә hәrәkәtlәri törәtmәyi arzu edir. Cinayәtin motivi müxtәlif ola bilәr: intiqam vә sair. Azәrbaycan Respublikasının Konstitusiyasının 46- cı maddәsinә әsasәn: Hәr kәsin öz şәrәf vә lәyaqәtini müdafiә etmәk hüququ vardır. Şәxsiyyәtin lәyaqәti dövlәt tәrәfindәn qorunur. Heç bir hal şәxsiyyәtin lәyaqәtinin alçaldılmasına әsas verә bilmәz. Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun “Şәrәf vә lәyaqәtin müdafiәsi barәdә qanunvericiliyin mәhkәmәlәr tәrәfindәn tәtbiq edilmәsi tәcrübәsi haqqında ## ### 1999-cu il * saylı qәrarına görә, yayma dedikdә, başqa şәxsi lәkәlәyәn vә ya nüfuzdan salan mәlumatları bir şәxsә, bir neçә şәxsә vә yaxud qeyri-müәyyәn şәxslәr dairәsinә bildirmә başa düşülür. Şәrәf - cәmiyyәtin üzvü kimi insanın әxlaqi, mәnәvi, mәdәni keyfiyyәtlәrinә, başqa şәxslәrә, dövlәtә, cәmiyyәtә münasibәtinә görә ona verilәn ictimai qiymәtdir. Lәyaqәt - şәxsin özünә, özünün davranışına, mәnәvi vә әxlaqi dünya görüşünә, cәmiyyәtdә tutduğu mövqeyinә özünün verdiyi qiymәtdir. Nüfuz - şәxsin cәmiyyәtdә, kollektivdә, dostlarının әhatәsindә, tәşkilatda öz qabiliyyәtinә, mövqeyinә, ictimai әhәmiyyәt kәsb etmәsinә görә başqa şәxslәr tәrәfindәn ona verilәn qiymәtdir. Şәrәf vә lәyaqәti lәkәlәyәn mәlumatlar dedikdә әxlaqi prinsiplәr, xidmәt vә ictimai fәaliyyәtlә әlaqәdar cәmiyyәt, kollektiv vә yaxud aynayrı şәxslәr arasında vәtәndaş barәsindә mәnfi rәy yaradan mәlumatlar başa düşülür. Qeyd olunan hallar vә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs qanunsuz әmәllәri nәzәrә alınaraq, onun Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsi ilә tәqsirli bilinmәsi vә barәsindә azadlıqdan mәhrum etmә cәzası tәtbiq edilmәsinә dair qәrarın qәbul olunması xahiş edilir. Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qәrarı ilә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsi qәrara alınmışdır. Qәrardan narazı qalan xüsusi ittihamçı Xüsusi ittihamçı apellyasiya şikayәti verәrәk, Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)- **/**** saylı qәrarın lәğv edilmәsi vә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair qәrar qәbul edilmәsini xahiş etmişdir. Apellyasiya şikayәti onunla әsaslandırılmışdır ki, mәhkәmәyә hadisәnin törәdilmәsi barәdә video-sübut tәqdim edilmişdir. Xüsusi ittihamçının tәqdim etdiyi video sübutu tәqsirlәndirilәn şәxs vә onun vәkili video montaj adlandırdı. O, şifahi vәsatәt verәrәk, şikayәti icraata qәbul edib, ekspertiza keçirilmәsini tәlәb etdikdә, hakim vәsatәtә heç bir münasibәt bildirmәdi. Mәhkәmәnin birinci hazırlıq iclasında Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğlu özü etiraf etdi ki, hadisә yerindә 4 (dörd) nәfәr adam olmuşdur. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs özü qeyd etdi ki, bu hadisә yerindә 167 yük daşıma şirkәtinin 4 nәfәr әmәkdaşı olmuşdur. X2 hadisәnin şahidi olaraq video çәkiliş aparmışdır. Hakim isә qeyd olunan şahidin әvәzinә әlavә şahidin dәvәt olunmasını tәlәb etmişdir. Azәrbaycan Respublikası CPM-nin 302.1.4-cü maddәsinә әsasәn, cinayәt mәsuliyyәtinә cәlb etmә müddәti keçdikdә, mәhkәmә baxışının keçirilmәsindәn imtina edilir. Hadisә ## ####### 2024-cü il tarixdә, Bakı şәhәri, Sabunçu rayonu, Lәhiş bağlar massivinin 35-ci dalanının sonunda (4483-saylı bağ sahәsinin cәnub-qәrbindә), tәxminәn saat 15:00 radәlәrindә baş vermişdir. Cinayәt әmәlinin tәrәdilmәsi barәdә video-sübutda hәr bir cinayәt әmәlinin törәdilmәsi canlı görünür. Şikayәti vermiş şәxs kimi nә şikayәtindәn imtina etmәmiş, nә dә barәsindә xüsusi ittiham qaydasında şikayәt verilmiş şәxslә barışmamışdır. O ki, qaldı mәhkәmәnin hazırlıq iclasına, ona da vaxtında gәlmişdir. Belәliklә, mәhkәmәyә sәdrlik edәn hakim Günel Mәmmәdova mәhkәmәnin hazırlıq iclasında qeyd olunan Azәrbaycan Respublikası CPM-nin müvafiq maddәlәrini prosessual hüquq normalarını pozmuş vә göstәrilәn maddәlәri düzgün tәtbiq etmәmişdir. Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qәrarında göstәrilәn mәhkәmәyә tәqdim edilmiş videosubutda barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxsin, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğlunun hәr bir hәrәkәtlәri qeydә alınmışdır. Mәhkәmәdә video çәkilişi aparan şәxs X7 şahid olmasının vә tәrәfindәn video çәkiliş aparılmasına mәhkәmә tәrәfindәn heç bir hüquqi qiymәt verilmәmişdir. Mәhkәmә, Xüsusi ittihamçı şikayәtindә digәr şәxslәrin gözü qarşısında Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğlu tәrәfindәn şәrәf vә layaqәtini alçaldan ifadәlәrin işlәtmәsinә hakim tәrәfindәn diqqәt yetirilmәmişdir. Birinci instansiya mәhkәmәsinin gәldiyi nәticәlәr işin faktiki hallarına uyğun gәlmir. Belә ki, mәhkәmәyә tәqdim edilәn video-sübuta heç bir әhәmiyyәt verilmәmişdir. Bundan әlavә hadisәni görәn eşidәn, video çәkilişi aparan şahidi X7 hakim Günel Mәmmәdova müxtәlif bәhanәlәrlә mәhkәmә zalına dәvәt etmәdi. İlkin mәhkәmә iclasında xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs apellyasiya şikayәtinin mәzmununa uyğun izahat verәrәk, onun tәmin edilmәsini xahiş etdi. İlkin mәhkәmә iclasında xüsusi ittiham qaydasında barәsindә şikayәt verilәn şәxs apellyasiya şikayәtinә etiraz edәrәk, onun tәmin edilmәmәsini xahiş etdi. Mәhkәmә kollegiyası, apellyasiya şikayәtinin dәlillәrini xüsusi ittiham qaydasında icraat materialları ilә әlaqәli surәtdә hәrtәrәfli, tam vә obyektiv araşdırıb hesab edir ki, aşağıda göstәrilәn әsaslara görә apellyasiya şikayәti tәmin edilmәmәli, Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmalıdır. Belә ki, «Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında» Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrәli Qәrarın 11-ci bәndindә qeyd edilmişdir ki, mәhkәmәlәrin nәzәrinә çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına sәbәb yalnız zәrәr çәkmiş şәxs tәrәfindәn xüsusi ittiham qaydasında verilmiş şikayәt ola bilәr. Xüsusi ittiham qaydasında şikayәt yazılı şәkildә cinayәtin törәdildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya mәhkәmәsinә verilir. Şikayәtdә aşağıdakılar göstәrilmәlidir: şikayәt vermiş şәxs haqqında mәlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri vә mәşğuliyyәt növü, vәzifәsi), törәdilmiş cinayәt barәsindә mәlumatlar (cinayәt qanunu ilә nәzәrdә tutulmuş mәhz hansı әmәlin törәdilmәsi, onun harada, nә vaxt vә necә törәdilmәsi, bu zaman zәrәr vurulmuşdursa, mәhz hansı zәrәrin vurulduğu, o cümlәdәn maddi ziyanın mәblәği), cinayәt qanunu ilә nәzәrdә tutulmuş әmәlin kim tәrәfindәn törәdilmәsi (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri) vә әmәlin mәhz hәmin şәxs tәrәfindәn törәdilmәsinin nә ilә tәsdiq edildiyi, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi, cinayәti törәtmiş şәxsin cinayәt mәsuliyyәtinә cәlb edilmәsi haqqında xahiş, şikayәtin verildiyi tarix (il, ay vә gün), şikayәti vermiş şәxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddәlәri). Hәmin qәrarda mәhkәmәlәrә tövsiyә edilmişdir ki, xüsusi ittiham qaydasında şikayәtә mәhkәmәnin hazırlıq iclasında baxılması mәrhәlәsindә şikayәtin mәzmununun CPM- nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayәt bu tәlәblәrә cavab vermәdikdә, habelә CPMnin 302.1.2-302.1.4 vә 302.1.6-302.1.8-ci maddәlәrindә nәzәrdә tutulmuş halları müәyyәn etdikdә mәhkәmә hazırlıq iclasında şikayәtin öz icraatına qәbul edilmәsindәn imtina haqqında әsaslandırılmış qәrar qәbul edir. Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qәrarından görünür ki, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qәrarından görünür ki, apellyasiya şikayәti tәmin edilmәmiş, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğlunun Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 148-ci maddәsi ilә mәsuliyyәtә cәlb edilmәsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrәli qәrarı xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmışdır. Birinci instansiya mәhkәmәsi xüsusi ittiham qaydasında verilmiş şikayәti nәzәrdәn keçirәrәk şikayәtin Azәrbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddәlәrinin tәlәblәrinә uyğun tәrtib edilmәmәsi vә şikayәtin forma vә mәzmun baxımından qanunvericliyin tәlәblәrinә uyğun olmaması, şikayәt verәn şәxsin dәlillәrini tәsdiq edәn sübutları әks etdirmәmәsi qәnaәtinә gәlmişdir. Belә ki, verilmiş şikayәtdәn görünür ki, xüsusi ittiham qaydasında şikayәtin verilmәsi yeri qeyd olunmamışdır. Bundan başqa Xüsusi ittihamçı şikayәtdә digәr şәxslәrin gözü qarşısında Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs tәrәfindәn şәrәf vә lәyaqәtini alçaldan ifadәlәr işlәdilmәsini qeyd etsә dә, şikayәtdә şahid qismindә X7 barәdә mәlumatlar qeyd olunmuşdur. Halbuki, X7 Xüsusi ittihamçı tәrәfindәn Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt üzrә *(***)-**/**** saylı işin icraatı zamanı ilk gündәn bütün mәhkәmә iclaslarında iştirakı nәzәrә alınmaqla onun şahid qismindә dindirilmәsi mәqsәdәmüvafiq hesab edilmәmişdir. Bundan başqa, Bakı Apellyasiya Mәhkәmәsinin Cinayәt Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qәrarından görünür ki, apellyasiya şikayәti tәmin edilmәmiş, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Oktay oğlunun Azәrbaycan Respublikasının Cinayәt Mәcәllәsinin 148-ci maddәsi ilә mәsuliyyәtә cәlb edilmәsi haqqında Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsinә dair Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ## ###### 2025-ci il tarixli, 1(008)- **/**** nömrәli qәrarı xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılmışdır. Hәmin qәrardan sonra xüsusi ittiham qaydasında şikayәt üzrә heç bir dәyişiklik baş vermәmiş vә barәsindә artıq yuxarı instansiya mәhkәmәsi tәrәfindәn qәrar qәbul edilmiş şikayәt әrizәsi heç bir әlavә sübut tәqdim edilmәdәn yenidәn mәhkәmәyә tәqdim olunmuşdur. X7 adı şahid qismindә әvvәlki şikayәt әrizәsindә qeyd olunmasa da, o mәhkәmә icraatı dövründә şikayәtçi tәrәfindәn şahid qismindә mәhkәmәyә tәqdim edilmiş vә X7 şahid qismindә iştirakına öncәki hәm birinci insatansiya mәhkәmәsi, hәm dә apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn qiymәt verilmişdir. Xüsusi ittiham qaydasında şikayәt verәn şәxs tәrәfindәn tәqdim olunmuş CD disklә tanış olarkәn Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs olduğu iddia edilәn şәxsin işlәtdiyi ifadәlәrin konkret olaraq kimә ünvanlanması bәlli deyil. Belә ki, “maşennik” ifadәsi işlәdilәrkәn Xüsusi ittihamçı Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs arxasında vә bir qәdәr aralıdadır vә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs hәmin ifadәni üzü video çәkәn şәxsә qarşı dayanaraq ifadә edir. «Xüsusi ittiham qaydasında şikayәtlәrә dair işlәrә baxılması üzrә mәhkәmә tәcrübәsi haqqında» Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun ## ###### 2014-cü il tarixli * nömrәli Qәrarın 5-ci bәndindәn görünür ki, CM-nin 148-ci maddәsinin mәnasına görә, şәxs tәhqirә, yәni şәxsiyyәtin şәrәf vә lәyaqәtini nalayiq formada qәsdәn alçaltmaya görә o halda cinayәt mәsuliyyәtinә cәlb edilә bilәr ki, tәhqir vә böhtan xarakterli mәlumatlar onun tәrәfindәn kütlәvi çıxışlarda, kütlәvi nümayiş etdirilәn әsәrdә, kütlәvi informasiya vasitәsindә vә ya kütlәvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütlәvi çıxış dedikdә, hәr hansı şәxsin şәrәf vә lәyaqәtini alçaldan vә ya onu nüfuzdan salan mәlumatları әn azı iki nәfәr kәnar şәxsin görә, eşidә vә ya qavraya bilәcәyi formada ifadә etmә başa düşülür. “Paranoya” ifadәsi işlәnilәn zaman isә videoda yalnız Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs görünür vә onun hәmin sözü kimә dediyini dәqiq müәyyәnlәşdirmәk mümkün deyildir. Xüsusi ittihamçı Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs “paranoya” ifadәsini işlәtdiyi zaman onunla danışan şәxsin özü olduğunu iddia edәrәk mәhkәmә ekspertizasının tәyin edilmәsini vә hәmin videoda danışan şәxsin sәsindәn kimliyinin müәyyәn olunmasını mәhkәmәdәn şifahi şәkildә xahiş etmişdir. Hәmin videoda “paranoya” ifadәsi işlәdilәn zaman Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs ilә danışan şәxsin xüsusi ittihamçının iddia etdiyi kimi onun özü, yәni Xüsusi ittihamçı olduğu ekspert rәyi ilә müәyyәn olunsa belә tәhqirin kütlә içәrisindә, yәni әn azı 2 nәfәr kәnar şәxsin görә, eşidә vә qavraya bilәcәyi sübut olunmadığı müddәtdә sәsin sahibinin kim olduğunun müәyyәn edilmәsi iş üçün heç bir әhәmiyyәt kәsb etmir vә lüzumsuz araşdırmadan başqa bir şey deyildir. Buna görә dә, xüsusi ittihamçının әtrafda onun tәhqir olunduğunu eşidәn bir neçә şәxsin olduğunu bildirmәsi nәzәrә alınmaqla ona mәhkәmә tәrәfindәn kifayәt qәdәr zaman verilmiş vә iddia edilәn hadisәyә şahidlik etmiş şәxslәrin şahid qismindә mәhkәmәyә cәlb olunması üçün lazımi qaydada şәrait yaradılmışdır. Lakin, mәhkәmәyә heç bir şahid tәqdim olunmamış vә Xüsusi ittihamçı hadisәni görәn şәxslәrin şahid kimi iştirak edәcәklәri halda Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs vә dövlәt rәsmilәri tәrәfindәn onların hәyatı üçün tәhlükә olacağından qorxduqlarından mәhkәmәdә şahid qismindә iştirak etmәkdәn imtina etdiklәrini bildirmişdir. Eyni zamanda oğlunun hadisә zamanı orda olduğunu, elә videoları da onun çәkdiyini vә onun şahid kimi çıxışının yetәrli olduğunu bildirmişdir. Mәhkәmә qeyd etmәyi zәruri hesab edir ki, X7 şahid qismindә dindirilmәsi mәqbul hesab olunmuş olsaydı belә hәmin ifadәlәri eşidәn ikinci şәxs barәsindә mәhkәmәyә heç bir mәlumat tәqdim olunmamışdır. Xüsusi ittihamçı dәfәlәrlә şahidi mәhkәmәyә tәqdim edәcәyi ilә bağlı vәd verәrәk vә müxtәlif bәhanәlәr gәtirәrәk mәhkәmә iclaslarının tәxirә salınmasını istәmәsini vә hәmin şahidin hәyatının rәsmi orqanlar tәrәfindәn çox ciddi şәkildә tәhdid olunduğu vә hәyati tәhlükәsi olduğu üçün mәhkәmәyә tәqdim edә bilmәmәsi ilә әlaqәdar dediklәri ilә bağlı mәhkәmә qeyd edir ki, heç bir dövlәt orqanının rәsmi nümayәndәsinin iki şәxs arasında olan münasibәtlәrә müdaxilә edәrәk şahidi tәhdid etmәsi inandırıcı olmamaqla yanaşı heç bir mәntiqә sığmır. CPM-nin 293.3.4-cü bәndinә әsasәn, şikayәtdә göstәrilәn cinayәtin törәdilmә hallarının hansı şahid ifadәlәri ilә vә konkret olaraq hansı şәxslәrin ifadәlәri ilә (şәxsin soyadı, adı, atasının adı vә yaşayış yeri), hansı sәnәdlәrlә, habelә hansı digәr sübutlarla tәsdiq edildiyi qeyd olunmalı olduğu halda qeyd olunmamış vә yalnız video yazı şikayәtә әlavә olunmuşdur. Lakin, video yazı özlüyündә Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs әmәlindә Cinayәt Mәcәllәsinin 148-ci maddәsinin tәrkibinin olmasının sübuta yetirilmәsindә yetәrli olmamışdır. Hәmçinin, verilmiş şikayәtdәn görünür ki, xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs şikayәt әrizәsindә xüsusi ittiham qaydasında şikayәtin tәrtib edildiyi yeri göstәrmәmişdir. Halbuki, CPM-nin 293.3.6-cı maddәsinә әsasәn böyük ictimai tәhlükә törәtmәyәn aşkar cinayәt üzrә yazılı şikayәtdә vә ya şifahi şikayәtin qәbul edilmәsi barәdә protokolda şikayәtin verildiyi tarix (il, ay vә gün) vә yer göstәrilir. Şәrәf vә lәyaqәti alçaldan hәrәkәtlәr konkret şәxsә vә ya şәxslәrә qarşı yönәlmәlidir. Əgәr tәhqirin konkret ünvanı yoxdursa vә bu hәrәkәtlәr kütlә içәrisindә, yәni әn az 2 nәfәr şәxsin görә, eşidә vә qavraya bilәcәyi yerdә ifadә olunmursa CMnin 148-ci maddәsi üzrә cinayәt mәsuliyyәti istisna olunur. Belә olan halda xüsusi ittiham qaydasında şikayәtin forma vә mәzmun baxımından qanunvericiliyin tәlәblәrinә uyğun olmaması verilmiş şikayәtin icraata qәbul edilәrәk mahiyyәti üzrә baxılmasını istisna edir. Birinci instansiya mәhkәmәsi belә qәnaәtә gәlmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәlidir. Azәrbaycan Respublikası CPM-in 398.1.1-ci maddәsinә әsasәn apellyasiya şikayәtinin vә ya apellyasiya protestinin baxışı nәticәsindә apellyasiya instansiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin hökm vә ya qәrarını dәyişdirmәdәn, apellyasiya şikayәtini vә ya apellyasiya protestini isә tәmin etmәdәn saxlanılması haqqında qәrar qәbul etmәk sәlahiyyәtinә malikdir. Yuxarıda göstәrilәn әsaslara görә mәhkәmә kollegiyası hesab edir ki, apellyasiya şikayәti әsassız olduğundan tәmin edilmәmәli, Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsi barәdә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qәrarı qanuni vә әsaslı olduğundan dәyişdirilmәdәn saxlanılmalıdır. Mәhkәmә kollegiyası, göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Cinayәt- Prosessual Mәcәllәsinin 391, 397, 398-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası, QƏRARA ALDI: Apellyasiya şikayәti tәmin edilmәsin. Barәsindә xüsusi ittiham qaydasında şikayәt verilәn şәxs Azәrbaycan Respublikası Cinayәt Mәcәllәsinin 148-ci maddәsindә nәzәrdә tutulmuş cinayәt әmәlini törәtmәkdә tәqsirli bilinәrәk cinayәt mәsuliyyәtinә cәlb olunmasına dair xüsusi ittiham qaydasında şikayәt vermiş şәxs Xüsusi ittihamçı xüsusi ittiham qaydasında verilmiş şikayәti üzrә mәhkәmә baxışının keçirilmәsindәn vә xüsusi ittiham qaydasında verilmiş şikayәtin icraata qәbul edilmәsindәn imtina edilmәsi barәdә Bakı Şәhәri Sabunçu Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qәrarı verilmiş apellyasiya şikayәtinә münasibәtdә dәyişdirilmәdәn saxlanılsın. Qәrar elan olunduğu andan dәrhal sonra qanuni qüvvәyә minir, ondan Azәrbaycan Respublikası Cinayәt-Prosessual Mәcәllәsinin 408-412-ci maddәlәrinә uyğun olaraq Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin cinayәt kollegiyasına kassasiya şikayәti verilә bilәr.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar