Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-538/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Məhkəmə iclas katibi Zeynalov Samir Elxan oğlunun katibliyi ilə, təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 133.2.6, 144.2.3, 144.2.4 və 144.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə tərkibinə daxil olan hakimlər – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1, X3 və X2 özü-özünə etirazlara baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.2, 133.2.6, 144.2.3, 144.2.4 və 144.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair *(*-*)-***/**** saylı cinayət işi daxil olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 127.2.2, 133.2.6, 144.2.3, 144.2.4 və 144.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair *(*-*)-***/**** saylı cinayət işi üzrə məhkəmə tərkibinə daxil olan hakimlər – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1, X3 və X2 özü-özünə etirazlarının cinayət işi ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası, iş materiallarını nəzərdən keçirib, etirazın əsası qismində göstərilən dəlilləri araşdıraraq qeyd edir ki, etirazın təmin edilməsi üçün Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olduğundan verilmiş etiraz işə baxan məhkəmə tərkibinə münasibətdə təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs2 və Intiqam Cəbrayılovun ittiham olunduqları cinayət epizodlarında onlarla qabaqcadan əlbir olan bir qrup şəxs kimi X5 və X4 da ittiham olunurlar və adı çəkilən şəxslər barəsində olan 1(101)- ***/**** saylı cinayət işi də hazırkı məhkəmə tərkibi tərəfindən baxılır. Qeyd olunan cinayət işi üzrə məhkəmə baxışı çıxışlar mərhələsində olmaqla yekunlaşmaq ərəfəsindədir. Təqsirləndirilən şəxslər Fərid Məhərrəmov və Rəşad Qinyazovun qabaqcadan əlbir olan bir qrup şəxs halında təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 ilə eyni cinayət epizodları üzrə ittiham olunmaları, *(***)-***/**** saylı həmin cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilərkən hazırkı məhkəmə tərkibinin artıq baş vermiş cinayət faktları üzrə öz mövqelərini bildirəcəyi və bunların məhkəmə tərkibinə daxil olan hakimlərin təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 barəsində aparılan cinayət təqibində maraqlı olmasını təsdiq edən hallar olması nəzərə alınmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsində məhkəmə iclasında proses iştirakçıları məhkəmə tərkibinin özü-özünə etdiyi etirazla razı olduqlarını bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsində hakimə etiraz verilməsininin konkret əsasları göstərilmişdir. Həmin məcəllənin 109.1-ci maddəsinə əsasən hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən 109-cu maddədə sadalanan hallardan heç olmasa biri mövcud olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.3.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsində cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala hakim tərəfindən təkbaşına baxıldıqda, hakimin özü-özünə və ya ona edilmiş etirazı - həmin məhkəmənin sədri həll edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Qeyd edilməlidir ki, Cinayət Prosessual Məcəlləsinin 109.1.8-ci maddəsinə əsasən hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda ona etiraz edilə bilər. Hakimlər X1, X3 və X2 tərəfindən cinayət işinin digər epizodları üzrə cinayət işinə baxması, həmin hakimlərin konkret cinayət işi üzrə artıq müvafiq hüquqi mövqeyinin olması kimi dəyərləndirilə bilər. Bunun da hazırda baxılan eyni cinayət hadisəsi ilə bağlı olan istintaq hərəkətlərindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət üzrə qəbul ediləcək yekun qərarına təsir edəcək amil kimi qiymətləndirilməsi mümkündür. Məhz bu baxımdan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1, X3 və X2 özüözünə etirazları təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: təqsirləndirilən şəxs2 və təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 133.2.6, 144.2.3, 144.2.4 və 144.2.5-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə tərkibinə daxil olan hakimlər – Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri X1, X3 və X2 özü-özünə etirazları təmin edilsin. Qərar qətidir, ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №1(3-6)-538/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-538/2026
20.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver