Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-539/2026 22.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əliyev Emin Zöhrab oğlunun sədrliyi və məruzəsilə, X1 və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi – Kamranlı Mahsun Şahin oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X13 müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı apellyasiya məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim F.A.Məmmədov, hakimlər M.N.Kərimova və L.S.Əsgərova-Məmmədovadan ibarət tərkibdə) ## #### 2026-cı il tarixli hökmü ilə, ##.##.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası ev 329 ünvanda yaşamış, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilərək, cəzaçəkmə müddətinin əvvəli ## ######## 2023-cü il tarixdən hesablanmışdır. Işin halları: Istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o, ##.##.2023-cü il tarixdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 23,725 qram olan narkotik vasitə qurudulmuş marixuana və ümumi təmiz çəkisi 58,354 qram olmaqla külli miqdarda psixotrop maddə metamfetamin əldə edib, idarə etmiş olduğu “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd bükümdə olmaqla 0,564 qram hissəsini ##.##.2023-cü il tarixdə, saat 21:45-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında tanışı şahid3 satmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhləli bilinərək ##.##.2023-cü il tarixdə, saat 21:45-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında Nərimanov RPI-nin PPXB-nin əməkdaşları tərəfindən şahid3 ilə birlikdə özünün idarə etmiş olduğu “Toyota Prius” markalı, **- HH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Nərimanov RPI-nin 17-ci PŞ-ə gətirilərək orada şahid3 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,564 qram çəkidə bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, özünün razılığı və iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ## ######## 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsin tərəfindən Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş cinayət əməli həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmiş və “Təqsirləndirilən şəxs, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ## ######## 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzinin və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuğun”, aşkar edilərək götürülməsinə dair epizod təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ilkin araşdırmasını aparan zaman Azərbaycan Repsublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhər Nərimanov RPI-nin 17-ci PŞ-nin təhqiqatçısı, R şahid1 barəsində, ## #### 2026-cı il tarixli xüsusi qərar çıxarılmışdır. Hökmdən, dövlət ittihamçısı apellyasiya protesti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək çıxışı zamanı tələb edilən hədlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Hökmdən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayəti verərək, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini və barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilməsi haqqında ## ######## 2023-cü il tarixli qeyd olunan protokolun sübut kimi mötəbərliyinin şübhə altına alınması və sübutlar siyahısından çıxarılması və nəticədə sonuncunun Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsi barədə nəticəyə gələrkən öz mülahizəsinə əsasən müəyyən edilmiş saydığı avtomobilə baxışın protokolda göstərilən tarixdə və saatda keçirilməməsi kimi hallardan çıxış etmişdir. Birinci instansiya məhkəməsinin işin faktiki halları və Təqsirləndirilən şəxs qəsdi barədə gəldiyi nəticələr sübutların lazımınca, yəni CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə araşdırılmasına əsaslanmır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi, içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq, həmçinin narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, saxlanılması və daşınması ilə bağlı hissənin xaric edilməsini avtomobilə baxışın protokolda göstərilən ## ######## 2023-cü il tarixdə saat 00:25-dən 00:42-dək yox, həmin tarixdə 04-05 radələrində keçirilməsi, bundan başqa, avtomobilin açarının baxış keçirilənədək Təqsirləndirilən şəxsi sərəncamında olmaması, nəticədə məhz buna görə həmin protokolun mötəbərliyinin şübhə altına alınması kimi hallardan çıxış etmişdir. Birinci instansiya məhkəməsi bu fikrini əsaslandırarkən avtomobilə baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən DVD formatlı diskdə olan videogörüntüdə Nərimanov RPI-nin 17-ci PŞ-nin təhqiqatçısı şahid1 sol qolunda olan saat əqrəblərinin saat 04:10-u göstərməsi, həmçinin, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DIN-nin Bakı Şəhər Baş Polis Idarəsi Dövlət Yol Polis Idarəsinin verdiyi ##.##.2024-ü il tarixli, **-*/*-**** saylı məktuba əlavə edilmiş müşahidə kamerasının foto şəkilləri ilə **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2023-cü il tarixdə, sat 03:23:59-da Z.Bünyadov pr.Qızlar YDM-nin yaxınlığı 20 yanvar isti ünvanında hərəkətdə olması ilə əsaslandırmağa çalışmışdır. Təqsirləndirilən şəxs məhz məhkəmənin hökmü ilə təqsirli bilindiyi qanunsuz olaraq əldə etmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın 01 ədəd bükümdə olmaqla 0,564 qram hissəsini ##.##.2023-cü il tarixdə, saat 21:45-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında tanışı şahid3 satması hissəsində məhkəmənin gəldiyi nəticə və ittiham hökmünü əsaslandırdığı sübutlar yuxarıda götərilənlənləri təkzib edir, qeyd olunan sübutun mötəbərliyinə olan şübhələri isə aradan qaldırır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş şahid3 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələrində bildirmişdir ki, saxlanılan gün Təqsirləndirilən şəxs ilə saat 20:45 radələrində görüşmüşlər. Təqsirləndirilən şəxs ona saxlanıldıqları gün narkotik vasitə vermişdir. Pərvin ona narkotik vasitəni görüşdükdən 2-3 dəqiqə sonra vermiş, polis əməkdaşları gələn zaman narkotik vasitə onun cibində olmuşdur. Polis əməkdaşları narkotik vasitəni haradan aldığını soruşduqda o polisə həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını demişdir. Narkotik vasitə büküm formasında onun üzərində olmuşdur. Narkotik vasitə "nəşə” olmuşdur. Avtomobilə baxış keçirilməsi istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən disk məhkəmə istintaqında tədqiq edilərkən bir daha öz təsdiqini tapmışdır ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, idarə etmiş olduğu qeyd olunan avtomobilin qapı kildini açsın. Sonuncu etiraz etməyərək üzərindəki avtomobil açarı ilə avtomobilin qabaq sol qapısını açarla açmışdır. Məhkəmənin bu halı hökmün ittihamedici hissəsində sübut kimi qiymətləndirirərək nəzərə almasına baxmayaraq, nədənsə avtomobilə baxış keçirilməsi haqqında protokolun mötəbərliyini şübhə altına alarkən Təqsirləndirilən şəxs avtomobilinin açarlarının onun sərəncamında olmaması kimi qənaətə gəlmişdir. Iş materiallarında olan sübutların təhlilindən görünür ki, şahid3 və Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Belə olan təqdirdə birinci instansiya məhkəməsi tərəfindən Pərvin Musafayevin avtomobilindən aşkar olunmuş marixuana və metamfetaminin ona aid olmaması və qeyd olunan sübutun mötəbərliyinin şübhə altına alınması əsassızdır. Bundan başqa qeyd edilməlidir ki, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş DIN- nin Bakı Şəhər BPI DYP idarəsinin verdiyi məktuba əlavə edilmiş müşahidə kamerasının foto şəkilləri ilə **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2023-cü il tarixdə, sat 03:23:59-da Z.Bünyadov pr.Qızlar YDM-nin yaxınlığı 20 yanvar isti ünvanında hərəkətdə olması heç bir halda avtomobilə baxış keçirilməsi haqqında ## ######## 2023-cü il tarixli protokolun qeyri-həqiqiliyinə səbəb ola bilməz. Belə ki, həmin avtomobilə baxış keçirildikdən sonra həmin avtomobil polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılmış, qeyd olunan ünvan hadisə yerinin yaxınlığı və Bakı şəhəri Nərimanov rayonunun ərazisi olduğu üçün həmin saat avtomobilin müşahidə kamerası ilə o ünvanda qeydə alınması mümkündür. Birinci instansiya məhkəməsi cinayət-prosessual qanunvericiliyin normalarının tələblərinə riayət etməyib, ibtidai araşdırma zamanı əldə olunmuş işin obyektiv hallarına uyğun olan yuxarıda şərh olunan sübutları düzgün qiymətləndirməmişdir. Sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş işin faktiki hallarına dair nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi, o cümlədən sübutların tədqiqi prosesində həmin əmələ verdiyi hüquqi qiymət əsassız olub, bu sahədə səhv istiqamətdə vahid məhkəmə təcrübəsinin yaranmasına zəmin yaratmaqla Ali Məhkəmənin Plenum qərarının müəyyən etdiyi təcrübə ilə uyğunluq təşkil etmir. Eyni zamanda, məhkəmə hökmündə həmin işlər üzrə məhkəmə təcrübəsinə dair Ali Məhkəməsinin Plenumunun verdiyi izahdakı təsbit olunmuş hüquqi mövqedən fərqli qənaətə gəlməsinin zərurətini kifayət qədər əsaslandırmamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə əsas, şahid şahid3, “Pərviz mənə istifadə etməyim üçün “nəşə” hədiyyə etdi” məzmunda verdiyi ifadə olmuşdur. Istər ilkin istintaq dövründə istərsə də məhkəmə istintaqı dövründə şahid3 bir-birinə zidd ifadələr vermişdir. Q.Heydərov məhkəmədə ifadə verərək bildirmişdir ki, Nərimanov RPInin 17-ci PŞ-də onun üzərinə video çəklişlə baxış keçirilməmişdən öncə təhqiqatçı ona bir büküm verib və bildirib ki, çəkiliş zamanı de ki, “Bunu mənə Pərvin verib”. Bundan başqa, Q.Heydərov məhkəmə istintaqında ifadə verərək, bildirmişdir ki, guya ona verdiyi narkotik vasitəni, idarə etdiyi avtomobildən düşərkən yerə tullamışdır. Məhkəmə iclasında dövlət ittihamçısı, X2, apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, protestin təmin edilməsini, apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında, müdafiəçi müdafiəçi2, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, apellyasiya protestinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, verilmiş apellyasiya protestini və apellyasiya şikayətini cinayət işinin materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəfin çıxışlarını dinləyərək hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hökmün qanuniliyini və əsaslılığını apellyasiya protestinin və apellyasiya şikayətinin hüdudları daxilində yoxlayaraq aşağıdakı xüsusatları qeyd etməyi zəruri hesab edir. Ilk öncə, apellyasiya protestində, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi mübahisələndirildiyi halda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, apellyasiya şikayətində barəsində bəraət hökmünün çıxarılmasını iddia etmişdir. Bu halları nəzərə alan, məhkəmə kollegiyası işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik olan sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlamağı zəruri hesab edir. Məhkəmə kollegiyası, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə müqayisədə iş materiallarını nəzərə alaraq, işin faktiki hallarının müəyyən edilməsində mühüm əhəmiyyətə malik sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsi prosesində birinci instansiya məhkəməsi tərəfindən tətbiq olmuş hüquq normalarının qanuniliyini və əsaslılığını tədqiq edilmiş iş materialları əsasında yoxlayaraq qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifinin və təqsirsizliyinin mübahisəsi ilə bağlı irəli sürülən dəlillər, maddi və prosessual hüquq normaları ilə müəyyən edilmiş qaydada toplanmış sübutlara münasibətdə əsassızdır və hökm qanunvericiliyin aşağıda qeyd olunan müddəaları baxımından qanuni və əsaslı olmaqla, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə tədqiq olunmuş sübutlara və onların məcmusuna uyğundur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri təyin edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə ki, hər bir şəxs barəsində verilən ittihamla bağlı qərəzsiz və ədalətli məhkəmə baxışı qeyd olunan X12 təməl prinsiplərindəndir. Qanunun tələbinə və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, həqiqət prinsipinin adresatı kimi birinci və apellyasiya instansiyası məhkəmələri çıxış edir və işin faktiki hallarını müəyyən edir. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiə hüququnun istintaq orqanı tərəfindən Milli və Beynəlxalq hüquq normaları daxilində təmin olunduğunu və müdafiə hüququnun pozulması ilə bağlı halların aşkar edilmədiyini nəzərə alır. Həmçinin, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərinə münasibətdə, birinci instansiya məhkəməsinin, Təqsirləndirilən şəxs inkriminə olunmuş cinayət əməlinin törədilməsində təqsirliliyi və əməlin hüquqi tövsifinə dair sübutlara, cinayət-prosessual qanunvericiliyin müddəaları (sübutlar və sübutetmə) baxımından düzgün hüquqi qiymət verdiyini, iş üzrə toplanmış və məhkəmədə tədqiq edilmiş mümkün sübutlara, habelə təqsirləndirilən şəxsin və şahidlərin, ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrə, həmçinin istintaq orqanı tərəfindən toplanmış digər sübut əhəmiyyətli sənədlərə, qanunvericiliyin tələbləri ilə müqayisəli şəkildə qiymət verərək, qanuni və əsaslı olaraq düzgün yekun nəticəyə gəldiyini qeyd edir. Belə ki, birinci instansiya məhkəməsinin iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara, cinayət-prosessual qanunvericiliyin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırdığı hüquqi mövqeyi və vahid məhkəmə təcrübəsinin formalaşması sahəsində Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tövsiyyəsi baxımından yanaşması qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə aparılmış ibtidai istintaqın nəticələrinə görə, “Təqsirləndirilən şəxs, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ## ######## 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzinin və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuğun”, aşkar edilərək götürülməsi ilə bağlı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihama münasibətdə, digər sübutların tədqiqi ilə aradan qaldırılması mümkün olmayan kifayət qədər şübhəli, ziddiyətli və mübahisəli məqamlar mövcuddur ki, buna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi son dərəcə yolverilməzdir. Protestdə, mübahisəli epizod üzrə ittihamın əsası kimi qeyd olunan sübutların mötəbərliyi və mümkünlüyü barədə fikir söylənilsə də, həmin sübutların əldə olunma xüsusiyyəti tədqiq və təhlil olunarkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə qanuni və hüquqi əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı, yuxarıda qeyd olunan epizod üzrə irəli sürülmüş mübahisəli ittihamda diqqət çəkən məqam ondan ibarətdir ki, həmin epizod üzrə istintaq hərəkətinin mötəbərliyi ilə bağlı müəyyən olunmuş əsaslı şübhələrlə müqayisədə, həmin ittihamın zəruri elementini təşkil edən hal məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunmamışdır. Həmin epizodla bağlı müəyyən olunmuş şübhəli və aradan qaldırılması mümkün olmayan məqamlarla müqayisədə, protestin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası bu mövqeyini, iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna, onların təhlilinə və müzakirəsinə, habelə apellyasiya protestinin dəlillərində istinad olunan məlumatların təkzibinə əsaslanaraq qeyd edir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə əlaqədar qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi işdə olan müvafiq məlumatlarla sübuta yetirilməmiş və birinci instansiya məhkəməsi qanunla nəzərdə tutulmuş qaydada toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara düzgün hüquqi qiymət vermiş, həmin sübutlar yoxlanılarkan Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə riayət olunmuşdur. Məhkəmənin həmin məsələ üzrə mövqeyinin və gəldiyi nəyicənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur və bu xüsusda protestin dəlilləri də buna əsas vermir. Məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələblərinə əsaslanır. Həmin normada təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların analizi belə qənaətə gəlməyə tam əsas verir və həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Apellyasiya protestində, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinin təsdiq edildiyi iddia olunsa da, elə bir dəlilə istinad edilməmişdir ki, həmin iddianı əsaslandırmış olsun. Sübutları, protestin iddiaları baxımından bir daha təhlil edən məhkəmə kollegiyası qeyd edir ki, bu sübutlarla müqayisədə işin müəyyən olunmuş həqiqi halları Təqsirləndirilən şəxs həmin xüsusda təqsirinin təsdiq edilməsi barədə qəti qənaətə gəlməyə heç bir halda əsas vermir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə əlaqədar, iş üzrə toplanmış sübutlarda (o cümlədən ittiham tərəfin istinad etdiyi sübutlarda) olan məlumatları bir daha təhlil edərək vurğulayır ki, protestin yuxarıda göstərilən iddiaları təsdiq olunmur və bununla əlaqədar qeyd olunan dəlillər əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, habelə iş üzrə toplanmış sənədləri müqayisəli şəkildə bir-biri ilə əlaqəli tədqiq və təhlil edərək, işin faktiki hallarını məhs həmin sübutların məcmusu əsasında müəyyənləşdirmişdir. Məhkəmə kollegiyası, apellyasiya qaydasında araşdırılmış iş materiallarının təhlilinə əsaslanaraq belə qənaətə gəlir. Belə ki, protestin dəlillərinin, məhkəməyədək icraat zamanı toplanmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv araşdırılaraq tədqiq olunmuş, habelə əldə olunma mənbəyi, mənsubiyyəti, mümkünlüyü və mötəbrliyi üzrə qiymətləndirilmiş, biri digərinə kifayət qədər uyğun gələn və işin faktiki halları ilə heç bir ziddiyyət təşkil etməyən sübutlarla əlaqəli şəkildə müqayisəsinə əsasən, birinci instansiya məhkəməsinin mövqeyi işin faktiki hallarına uyğundur və bu xüsusda məhkəmənin gəldiyi yekun nəticənin mübahisəsi ilə bağlı ittiham tərəfin dəlilləri əhəmiyyətsizdir. Ittiham tərəfin protestində, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hökm üzrə törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi, təqsirliliyi və törədilmiş cinayətə münasibətində mübahisəli halların mövcud olduğu iddia olunsa da, iş üzrə sənədlərin, məlumatların və sübutların tədqiqindən belə məlum olur ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş yekun məhkəmə aktının mübahisəsinə ciddi əsas yoxdur. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə münasibətdə, işin həqiqi halları ətraflı araşdırılmış, cinayətin törədilməsində rolu və faktiki iştirakı müəyyənləşdirilmiş, məhkəmə iclasında dindirilmiş şəxslərin ifadələri tədqiq edilmiş, iş materialları ilə müəyyən olunmuş ziddiyyətlərin digər sübutların tədqiqi ilə aradan qaldırılmasının mümkünsüzlüyü nəzərə alınaraq, həmin hal üzrə ittiham xarakterli məlumatların işin müəyyən olunmuş həqiqi hallarına uyğun olmaması ilə bağlı məqamlar müvafiq qaydada qiymətləndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası CPM-nin 145.2-ci (Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər) maddəsinin tələblərini və Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyini nəzərə alır. Qeyd olunan xüsusatları nəzərə alan məhkəmə kollegiyası, ibtidai istintaq və məhkəmə araşdırmasının nəticələrinə əsasən qeyd edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair protestin dəlilərinə münasibətdə, iş üzrə dindirilmiş şəxslərin ibtidai istintaq və məhkəmə baxışı zamanı vermiş olduqları ifadələrin, habelə iş üzrə toplanmış digər sübutların bir-biri ilə əlaqəli təhlili və tədqiqi bir mənalı olaraq göstərir ki, bu xüsusda birinci instansiya məhkəməsinin hüquqi mövqeyi mübahisəsizdir. Məhkəmə kollegiyası bu qənaətini iş üzrə qanuni üsullarla toplanmış və məhkəmə baxışı zamanı tədqiq edilmiş mümkün və mötəbər sübutların məcmusuna rəğmən qətiləşdirir. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi ilə bağlı aparılmış müzakirələrin və istinad olunan dəlillərin mümkünlüyü barədə belə qeyd olunmuşdur: “...Beləliklə məhkəmə istintaqı zamanı tam və obyektiv araşdırma nəticəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi istintaq hərəkəti ##.##.2023-cü il, saat 00:25-də deyil, həmin tarixdə səhərə yaxın, saat 04-05 radələrində keçirilmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi” haqqında protokol və baxış zamanı qeydə alınmış videogörüntü təşkil edir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmiş yuxarıda qeyd olunan hallar, X3 idarə etdiyi avtomobilinə keçirilmiş baxışın və həmin hərəkətin nəticəsinə dair tərtib edilmiş protokolun, habelə həmin protokola əlavə edilmiş diskdəki görüntünün mötəbərliyini, mümkünlüyünü və qanuniliyini şübhə altına alır. Belə ki, ciddi qanun pozuntuları ilə əldə edilmiş və nəticə etibarı ilə qanunsuz olan sübutlar təqsirləndirilən şəxsin təqsirli hesab edilməsinə əsas ola bilməz. Bundan başqa təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında dindirilərkən ## ######## 2023-cü il tarixdə, saat 21:45-də deyil, həmin gün, saat 20:00 radələrində ittihamda qeyd edilən ünvanda saxlanılaraq Nərimanov RPI-nin inzibati binasına aparıldığını, bir neçə saat sonra isə Nərimanov RPI-nin 17-ci PŞ-nə aparıldığını, həmçinin saxlanıldığı zaman idarə etdiyi “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin polis əməkdaşları tərəfindən idarə edilərək Nərimanov RPI-nə, oradan 17-ci PŞ-nə, daha sonra isə saxlanıldığı əraziyə qaytarılıdığını bildirmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi həmin xüsusatlarla bağlı məhkəmə bir neçə halın qeyd edilməsini zəruri hesab edir. Cinayət işinin materiallarında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdə, saat 21:45-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında Nərimanov RPI-nin PPXB-nin əməkdaşları tərəfindən şahid3 ilə birlikdə özünün idarə etmiş olduğu “Toyota Prius” markalı, 77-HH356 dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılaraq Nərimanov RPInin 17-ci PŞ-ə gətirilmiş, lakin “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısı qıfıllanaraq həmin ərazidə qalmış, 17-ci PŞ-də orada şahid3 üzərində şəxsi axtarış aparılarkən sonuncunun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 0,564 qram çəkidə bitki mənşəli kütlə, çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına qayıdaraq ## ######## 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobildən psixotrop maddə və narkotik vasitə, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzi və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuq aşkar edilərək götürülmüşdür. Bu hissədə əvvəla qeyd edilməlidir ki, məhkəmə istintaqı zamanı tam və obyektiv araşdırmanın nəticəsində müəyyən edilmişdir ki, ##.##.2023-cü il tarixli “Toyota Prius” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi istintaq hərəkəti cinayət işinin materiallarında qeyd edilən ##.##.2023-cü il, saat 00:25-də deyil, həmin tarixdə səhərə yaxın, saat 04-05 radələrində keçirilmişdir. Həmçinin, nəzərə alsaq ki, Təqsirləndirilən şəxs saat ##.##.2023-cü il tarixdə, saat 21:45-də Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında saxlanılaraq polis əməkdaşlarının nəzarəti altında Nərimanov RPI-nə aparılan zaman onun idarə etdiyi “Toyota Prius” markalı, **HH*** dövlət qeydiyyat nişanlı avtomobil həmin ərazidə qalmış, daha sonra ##.##.2023-cü il tarixdə saat 04- 05 radələrində həmin avtomobilə baxış keçirilmişdir. Yəni Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius” markalı, **HH*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixdən, saat 21:45-dən ##.##.2023-cü il, saat 04-05 radələrinədək Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında hərəkətsiz qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdə, saat 21:45-dən tam olaraq polisin nəzarəti altında olmuş, “Toyota Prius” markalı, **HH*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək iqtidarında olmamışdır. Maraqlı hal isə ondan ibarətdir ki, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası DIN-nin Bakı Şəhər Baş Polis Idarəsi Dövlət Yol Polis Idarəsinin verdiyi ##.##.2024-ü il tarixli, **-*/*-**** saylı məktuba əlavə edilmiş müşahidə kamerasının foto şəkilindən görünür ki, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixdə, sat 03:23:59-da Z.Bünyadov pr.Qızlar YDM-nin yaxınlığı 20 yanvar ist1 ünvanında hərəkətdə olmuşdur. Belə olan halda, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılaraq Polis Idarəsinə aparılan zaman idarə etdiyi “Toyota Prius” markalı, **HH*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun saxlanıldığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında hərəkətsiz qalması, həmin avtomobilin polis əməkdaşları tərəfindən idarə edilərək Nərimanov RPI-nə, daha sonra 17-ci PŞ-nə aparılmaması ilə bağlı əsaslı şübhələr yaranmışdır...”. Göründüyü kimi, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətinə münasibətdə təqsirsizliyi, habelə apellyasiya protestinə münasibətdə əməlin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticəni, iş üzrə toplanmış mümkün sübutları məcmu halında tədqiq və təhlil edərək, habelə onları mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək, hökmdə ətraflı şərh edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası, apellyasiya protestinin dəlillərinə münasibətdə aşağıdakı xüsusatları qeyd edir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan, “...Təqsirləndirilən şəxs, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti *** saylı ünvanın qarşısında saxlamış olduğu “Toyota Prius” markalı **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə ## ######## 2023-cü il tarixdə, saat 00:25-dən etibarən baxış keçirilən zaman həmin avtomobilin oturacaqları arasındakı saxlanc yerindən 01 ədəd qara rəngli sellofanda təmiz çəkisi 58,354 qram olan ağ rəngli kristalşəkilli maddə şəklində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin, 01 ədəd sellofan bağlamada təmiz çəkisi 1,234 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, həmin avtomobilin qabaq sağ oturacağının qarşısındakı saxlanc yerindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 21,927 qram olan bitki mənşəli kütlə şəklində, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın, üzərində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd elektron tərəzinin və içərisində narkotik vasitə marixuana hissəcikləri olan 01 ədəd içərisi boş kağız borucuğun...”, aşkar edilərək götürülməsinə dair epizodun xaric edilməsi ilə bağlı, apellyasiya protestinin dəlilləri, Azərbaycan Respublikası CPM-nin 143.1, 144, 145.1, 145.2 və 145.3-cü maddələrinin tələbləri baxımından əsaslı hesab edilə bilməz ona görə ki, həmin epizod üzrə istintaq orqanı tərəfindən sübut qismində təqdim olunmuş ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola dair müəyyən olunmuş və digər sübutların tədqiqi ilə aradan qaldırılması mümkün olmayan ziddiyyətli və şübhəli hallar təqsirləndirilən şəxsi ittiham etmək məqsədi ilə onun əleyhinə şərh oluna bilməz. Həmin epizodla bağlı, avtomobilə baxış keçirilməsi haqqında istintaq hərəkətinin görüntülərini özündə əks etdirən DVD formatlı diskdə olan videogörüntü tədqiq edilərkən, videogörüntünün 02 dəqiqə 32-ci saniyəsində təhqiqatçının sol qolunda olan saat əqrəblərinin 04:10 olduğu, həmçinin videonun 09 dəqiqə 38-ci saniyəsində saat əqrəblərinin 04:15 olduğu müəyyən olunmuşdur. Işdə olan ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nərimanov RPI-nin 17-ci PŞ-nin təhqiqatçısı, R şahid1 tərəfindən avtomobilə baxış ##.##.2023-cü il tarixdə, saat 00:25-də başlamış və ##.##.2023-cü il tarixdə, saat 00:42-də başa çatmışdır. Ittiham və müdafiə tərəfin ortaq mübahisəsi olan ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi” haqqında protokolla bağlı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Nərimanov RPI 17-ci PŞ-nin təhqiqatçısı şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomobilinə baxışı səhəri yaxın saat 04-05 radələrində keçirmişlər. Avtomobilə baxış keçirməyə gedən zaman avtomobil yerində olmuşdur. Həmin avtomobil baxış keçirilməzdən əvvəl bölmənin həyətinə gətirilməmişdir. Avtomobilə baxış 30-40 dəqiqə ərzində yekunlaşmışdır. Qolundakı saatı işlək vəziyyətdə olmuşdur. O, avtomobilə baxış protokolunu tərtib edərkən saatı müəyyənləşdirmək üçün telefona baxmışdır. Avtomobilə baxış səhərə yaxın keçirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası DIN-nin Bakı Şəhər Baş Polis Idarəsi Dövlət Yol Polis Idarəsi tərəfindən təqdim edilmiş müşahidə kamerasının foto şəkilindən görünür ki, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2023-cü il tarixdə, saat 03:23:59-da Z.Bünyadov pr. Qızlar YDM-nin yaxınlığı 20 yanvar ist1 ünvanında hərəkətdə olmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda, əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi, açıq-aşkar istintaq orqanının mübahisəli epizoda dair təqdim etdiyi ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola və protokolu tərtib etmiş təhqiqatçı şahid1 ifadəsinə münasibətdə, işin həqiqi halları ilə müqayisədə kəskin ziddiyyət təşkil edən və digər sübutların tədqiqi ilə aradan qaldırılması mümkün olmayan şübhəli hallar müəyyən edilr ki, bu hallara münasibətdə, ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolun sübut növü kimi qəbul edilməsi qanunun tələbi baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 134.5-ci maddəsinə əsasən, istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Bundan əlavə, protestin, “Təqsirləndirilən şəxs, tanışı şahid3 satdığı 01 ədəd bükümdə olan 0,564 qram narkotik vasitə qurudulmuş marixuananın, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilmiş marixuananın tərkibinə görə eyni olması haqqında, kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının ##.##.2023-cü il tarixli, *-**-**/*- */****-*/**** nömrəli rəyi”, haqqında dəlilinə münasibətdə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Işdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli 3-16-16/2-6/4929-7/1313 və kompleks məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının ##.##.2023-cü il tarixli *-**-**/*-*/****-*/**** nömrəli ekspert rəyləri, iş materialları və işin müəyyən olunmuş həqiqi halları ilə müqayisəli şəkildə təhlil olunarkən, Təqsirləndirilən şəxs idarə etdiyi **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi və hüquqi nəticəsinə görə əhəmiyyətsiz olan ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola dair hissədə məlum səbəbdən əsaslı sayıla bilməz. Eyni zamanda, həmin ekspert rəyləri, şahid3 üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə 0,564 qram çəkidə bitki mənşəli kütlə, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya dair hissədə əsaslı sayılır ona görə ki, sözügedən rəylərlə mənşəyi müəyyən olunmuş 01 ədəd bükümdə olan 0,564 qram narkotik vasitə qurudulmuş marixuananın Təqsirləndirilən şəxs tərəfindən tanışı şahid3 verilməsi faktı, işin müəyyən olunmuş həqiqi halları ilə müqayisədə tam təsdiq olunmuşdur. Eyni zamanda, birinci instansiya məhkəməsinin hökmünün, vahid məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumun qərarlarının hüquqi tövsiyyəsi ilə, ziddiyyət təşkil etməsi haqqında, apellyasiya protestinin dəlilləri əsaslı hesab edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin hökmündə, məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarlarının hüquqi tövsiyyəsi, işin müəyyən olunmuş həqiqi hallarına uyğun nəzərə alınmışdır. Məhkəmə kollegiyası, mübahisəli epizod üzrə istintaq orqanı tərəfindən keçirilmiş ## ######## 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokolun işin həqiqi halları ilə müqayisədə ziddiyyətli olmasını, Insan Hüquqları üzrə Avropa Məhkəməsinin müvafiq qərarları ilə əlaqəli şəkildə təhlil edərkən aşağıdakı xüsusatları nəzərə alır. Belə ki, “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarına əsasən, təqsirləndirilən şəxsin təqsirinin sübutu yalnız keçirilmiş bir istintaq və ya əməliyyataxtarış tədbiri üzrə götürülmüş maddi sübutdan və tərtib edilmiş müvafiq protokoldan ibarətdirsə, yəni bu sübut növü olmadığı halda belə nəticəyə gəlmək qeyri-mümkündürsə, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. “Layicov Azərbaycana qarşı” olan iş üzrə Insan Hüquqları üzrə Avropa Məhkəməsinin ## ##### 2014-cü il tarixli Qərarının 63-cü bəndində qeyd olunur ki, ... prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub olmadığıdır (digər qərarlarla yanaşı bax: “X4rşı” (Khan v. the United Kingdom, no. 35394/97, § 34, ECHR 2000-V) və “X5rşı” (Allan v. the United Kingdom,no. 48539/99, § 42, ECHR 2002- IX). Həmin Qərarın 64-cü bəndində göstərilir ki, prosesin bütünlükdə ədalətli olub olmadığını müəyyən edən zaman eyni zamanda müdafiə tərəfinin hüquqlarının təmin olunubolunmadığına fikir verilməlidir. Xüsusilə, ərizəçinin sübutun mötəbərliyinə etiraz etməsi və onu təkzib etməsi üçün imkan yaradılmalıdır. Bundan əlavə, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır (bax: yuxarıda qeyd edilmiş “Xan” işi, 35-ci və 37-ci bəndlər və yuxarıda qeyd edilmiş “Allan” işi, 43-cü bənd). Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur (bax: yuxarıda qeyd edilmiş “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009)). Həmin Qərarın 65-ci bəndində qeyd olunur ki, cinayət işləri ilə bağlı 6-cı maddənin ilkin məqsədi “cinayət məsuliyyəti”ni müəyyən etmək səlahiyyəti olan “məhkəmə” tərəfindən ədalətli araşdırmanın aparılmasının təmin edilməsi olsa da, bu, həmin maddənin məhkəməyə qədərki proseslərə tətbiq edilmədiyi anlamına gəlmir. Belə ki, 6-cı maddənin müddəalarına ilkin olaraq əməl olunmaması məhkəmə baxışının ədalətliliyinə ciddi xələl gətirdikdə, həmin maddə işin məhkəməyə göndərilməsinə qədər olan mərhələyə də tətbiq oluna bilər (bax: “Salduz Türkiyəyə qarşı” (Salduz v. Turkey [GC], no. 36391/02, § 50, 27 November 2008)). Həmin qərarın 69-cu bəndində göstərilir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin Qərarın 70-ci bəndində qeyd olunur ki, hər bir halda hazırkı işdə axtarışın ərizəçinin həbsindən birbaşa sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halın mövcud olmasını güman etməyə əsas verən heç bir dəlil yoxdur. Bundan əlavə, onun hansı səbəbə həbs yerindən təxminən beş-on dəqiqə aralıda yerləşən Balakən Rayon Polis Şöbəsinə deyil, Zaqatala Rayon Polis Şöbəsinə aparıldığı aydın deyil. Həmin Qərarın 73-cü bəndində göstərilir ki, ərizəçi onun üzərində və avtomobilində tapılmış maddi sübutun mötəbərliyi məsələsini istər cinayət prosesinin başlanğıcında, istərsə də bütün məhkəmələrdə keçirilmiş proseslərdə qaldırmışdır. Lakin bu məsələyə ölkə məhkəmələri adekvat şəkildə baxmamışdır. Belə ki, onların qərarlarında bu məsələyə toxunulmamışdır. Həmin Qərarın 74-cü bəndində qeyd olunur ki, ərizəçinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsini son olaraq müəyyən etmiş Apellyasiya Məhkəməsinin 2006-cı il ## ###### tarixli qərarı ərizəçinin əleyhinə N.V və H.M.-nin ifadələri kimi digər sübutların istifadə edilməsini istisna etmiş, lakin 2005-ci il ## #### tarixində həyata keçirilmiş axtarış zamanı əldə edilmiş sübutlardan istifadə məsələsinə toxunmamışdır. Ali Məhkəmənin ərizəçinin üzərində və avtomobilində axtarışın hansı səbəbdən həbs yerində dərhal həyata keçirilmədiyini araşdırmağı apellyasiya məhkəməsindən xahiş etməsinə baxmayaraq Apellyasiya Məhkəməsi 2006-cı il ## ###### tarixli qərarında bu məsələyə toxunmamışdır. Həmin Qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, məhkəmə ərizəçinin üzərində və onun avtomobilində tapılmış maddi sübutun onun barəsində yekun ittiham hökmünün çıxarılması üçün yeganə sübut kimi çıxış etdiyini nəzərə alaraq hesab edir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. ...beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxsi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət-prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə kollegiyası qeyd olunan xüsustlara, protestin və şikayətin dəlillərinə münasibətdə, iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətinin protokollarının, ekspert rəylərinin və işdə olan digər sənədlərin təkrarən elan olunmasına, onların müzakirəsinə və təhlilinə lüzum görmür və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə iş materiallarına, sənədlərə, habelə qanunun tələblərinə və işin müəyyən olunmuş həqiqi hallarına uyğun olduğu üçün razılaşaraq qeyd edir ki, bu xüsusda birinci instansiya məhkəməsinin gəldiyi yekun nəticənin qanuniliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri ilə müqayisədə, işdə olan sübutları bir daha əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, həmin sübutlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirliliyi barədə yekun nəticəyə gəlməyə qəti surətdə imkan verir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi, məhkəmədə tədqiq olunmuş sübutları məcmu halda mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə yoxlamış və həmin sübutların təhlili ilə müəyyən olunmuş məqamları işin faktiki hallarına uyğun olaraq düzgün qiymətləndirmişdir. Belə ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanaraq, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif olunmuş cinayət əməlini müvafiq olaraq həmin Məcəllənin 234.2ci maddəsinə tövsif etməklə, törətdiyi cinayət əməlinin hüquqi tövsifinə münasibətdə təqsirini düzgün qiymətləndirməsi, məhkəmə icraatının həqiqətin müəyyən edilməsinin təmin edilməsi prinsipinə əsaslanmışdır. Birinci instansiya məhkəməsi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə hüquqi tövsifi üzrə gəldiyi nəticəni iş üzrə toplanmış və mötəbərliyi məhkəmədə heç bir şübhə doğurmayan mümkün sübutların məcmusu ilə hökmdə ətraflı şərh etməklə əsaslandırmış və məhkəmə aktı qəbul olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli) Plenum qərarında formalaşdırdığı hüquqi mövqeyi və məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair” ## #### 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” “24” dekabr 2021-ci il tarixli) Plenum qərarlarının hüquqi tövsiyyəsi nəzərə alınmışdır. Hökmdən görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi sərbəst ifadəsi ilə yanaşı, ibtidai istintaq zamanı vermiş olduğu ifadələr, habelə iş üzrə dindirilmiş şahidlərin məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrlə müqayisədə, onların ibtidai istintaq zamanı vermiş olduğu ifadələr, Azərbaycan Respublikası CPM-nin 327-ci maddəsinə əsasən, elan olunaraq tədqiq edilmiş və bu ifadələr arasında müəyyən edilmiş ziddiyətlər bir-biri ilə əlaqəli şəkildə təhlil olunmuş və şübhəli hallar digər sübutların tədqiqi ilə aradan qaldırılmışdır. Odur ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə, iş materiallarına və işin müəyyən olunmuş həqiqi hallarına, habelə qanunvericiliyin tələblərinə uyğun olduğu üçün, hökmün mübahisəsi ilə bağlı protestin və şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir cinayət işi üzrə müəyyən edilməli olan halların araşdırılmasında obyektiv mövqedən çıxış etməkdə təkcə ittihamı sübut edən sübutların toplanması deyil, həmçinin ittihamı təkzib edən məlumatların toplanması vacib və zəruridir. Ibtidai araşdırma orqanı tərəfindən yalnız ittihamedici sübutların toplanması, bəraətverici sübutların toplanmasına səylər göstərilməməsi cinayət işinin birtərəfli, natamam, ittiham istiqamətində aparılmasına və qanunçuluğun, hüquq qaydasının, eləcə də insan hüquq və azadlıqlarının pozulmasına səbəb olması nəticəsinə gəlinməsinə əsas verir. Bununla yanaşı, əldə edilmiş sübutlar təqsirləndirilən şəxsin məhkum olunması ehtimalına bəraət ehtimalından qüvvətli təsir göstərə bilmirsə həmin sübutlara yetərli şübhə kimi yanaşılmalı, konkret ziddiyyət təşkil etməyən məlumatlara, sənədlərə və əşyalara söykənməyən təxminlər, fərziyyələr, ehtimallar sübutun həqiqiliyi kimi qəbul edilməməlidir. Apellyasiya protestində, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi üçün istinad olunan dəlillər, iş materialları və məhkəmə araşdırması ilə müqayisədə təkzib olunmuşdur. Belə ki, apellyasiya protestində istinad olunan məlumatlara münasibətdə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş mümkün sübutların məcmusu ilə istisna edilmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanları və iş üzrə dindirilmiş şəxslərin ifadələrini digər sübutlarla əlaqəli şəkildə təhlil və tədqiq edərək belə qənaətə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsilə irəli sürülmüş ittiham üzrə sübut qismində təqdim edilmiş müvafiq sənəddə müəyyən olunmuş və işin faktiki hallarına uyğun olmayan şübhəli, ziddiyyətli məqam digər sübutların tədqiqi ilə aradan qaldırılmadığına görə qəbul edilə bilməz və bu hal cinayətprosessual qanunvericiliyinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Eyni zamanda, iş üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv araşdırılmış mümkün sübutların təhlilinə əsasən, Təqsirləndirilən şəxs təqsirsizliyi ilə bağlı ona bəraət verilməsi haqqında şikayətin dəlilləri də əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində bəraətin əsaslarını nəzərdə tutan hallar iş üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs münasibətdə müəyyən edilməmişdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2009-cu il tarixli qərarındakı hüquqi mövqeyinə görə, cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (CPM-in 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Hakimlər cinayət məhkəmə icraatında qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Ədalət mühakiməsinin əsas vəzifələrindən biri – təqsiri müəyyən edərkən cinayəti törətmiş şəxsləri cəzalandırmaqdan və təqsirsiz şəxslərə bəraət verməkdən ibarətdir. Odur ki, qeyd olunan xüsusatlara və qanunvericiliyin tələblərinə əsasən, iş üzrə toplanmış sübutların tədqiqi və təhlili göstərir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasında düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası bir daha vurğulayır ki, mülahizə xarakterli apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri, heç bir halda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində qəbul olunmuş məhkəmə hökmünün dəyişdidirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən, qanunvericiliyin tələbləri, cəza təyin etmənin ümumi prinsipləri, habelə «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli qərarının tövsiyyələri, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyaların insan hüquq və azadlıqlarının təmin edilməsi barədə tələbləri və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ üzrə standartları düzgün nəzərə alınmışdır. Hökm üzrə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunmuş cəza həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aydın ədalətsiz cəza hesab edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 399-cu maddəsində nəzərdə tutulan hallar) iş üzrə mövcud deyil və bu xüsusda verilmiş apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Odur ki, birinci instansiya məhkəməsinin hökmü qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya protesti və apellyasiya şikayət isə təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 397.1, 397.2, 398.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARA A L D İ: Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmü, verilmiş apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan, Azərbaycan Respublikası CPM-nin 408-412-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-539/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-539/2026
22.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver