Məhkəmə qərarları › İş №1(3-6)-540/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-540/2026

29.04.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-540/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrliyi və məruzəsi ilə), Əhmədov Zəfər Vahid oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – “Zəfər” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1993-cü il tarixdə Bərdə rayonunun Köbər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonunun Köbər kəndində qeydiyyatda olmaqla faktiki ünvan 1 ünvanında kirayənişin kimi yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 29,120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)- ***/**** saylı hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında ilkin baxışını apararaq, məhkəmə kollegiyası müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.2, 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə 14 (on dörd) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 15 (on beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, təyin olunan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəzaçəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## ###### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və ekspertiza xərci məsələləri də həll edilmişdir. Həmin hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs əməlinin 29, 120.2.2-ci maddəsindən həmin Məcəllənin 126-cı maddəsinə tövsif edilməsini və ona daha yüngül ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya baxışı zamanı məhkum edilmiş şəxs zərərçəkmiş şəxslə barışıq əldə edilmədiyini, yenidən apellyasiya şikayəti vermək hüququnu itirmək istəmədiyini bildirib məhkəmə kollegiyasına ərizə təqdim edərək mübahisələndirilən hökmdən müdafiəçisinin verdiyi apellyasiya şikayətini geri götürdüyünü qeyd edib apellyasiya şikayətinə baxılmasına xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müdafiəçi məhkum edilmiş şəxs tərəfindən təqdim edilmiş ərizəni özü də imzalayaraq apellyasiya şikayətindən imtina etməsinin məhkum edilmiş şəxsin hüququ olduğunu, ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etməsinin hüququ olduğunu və apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə ərizəsinin qanunla nəzərdə tutulmuş qaydada təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyası məhkum edilmiş şəxsin ərizəsini müzakirə edib, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına məhkum edilmiş şəxsin öz müdafiəçisinin apellyasiya şikayətini geri götürməsi əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin Məcəllənin 390.4-cü maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 390.6-cı maddəsinə əsasən, məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 391.3.10-cu maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Həmin Məcəllənin 396-cı maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyindən və həmin hökmdən digər proses iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığından, cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan tələblərinə əsasən, verilmiş apellyasiya şikayətinin baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli Qərarı, həmin Qərara ## ##### 2025ci il tarixli *** saylı dəyişikliklərə əsasən dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 391, 396-cı və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs imtinasına dair ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Vəkil müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə dövlət büdcəsi vəsaitindən “Zəfər” Vəkil Bürosunun hesabına 77 (yetmiş yeddi) manat pul köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar