Məhkəmə qərarları › İş №1(3-6)-541/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-541/2026

14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-541/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri: Məmmədov Əli İrfan oğlu (sədrlik edən və məruzəçi hakim), X5 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil müdafiəçi2, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin ümumi ittihamdan xaric edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər X8 (sədrlik edən), X4 və İmanova Nigar Arzu qızından ibarət tərkibdə) ##.##.2001-ci il tarixdə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəlllər məhkum olunmayan, Cəlilabad rayonu, Cəngan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və həmin maddə ilə ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin ## ### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir. İşin halları: Hökmə əsasən Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri "20 Yanvar" dairəsi adlanan ərazidən Xırdalan şəhərinə getmək üçün taksi kimi fəaliyyət göstərən şahid5 idarə etdiyi “Hyundai Elantra" markalı, **-YR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına sərnişin qismində əyləşərək avtomobilin üzü Xırdalan şəhərinə hərəkətdə olan vaxt onunla birlikdə avtomobilin arxa oturacağında əyləşmiş Zərərçəkmiş şəxs ayağı ilə onun ayaq nahiyəsinə toxunmasını bəhanə edib Zərərçəkmiş şəxs irad bildirərək mübahisə etməyə başlamış və mübahisənin daha da böyüdüyünü görən taksi sürücüsü şahid5 avtomobili Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsində yerləşən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının “N” saylı hərbi hissəsinin qarşısında saxladıqdan sonra avtomobildən özü enərək Zərərçəkmiş şəxs də avtomobildən enməsini tələb edib ətrafda piyada hərəkət edən şəxslərin gözləri önündə özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün sonuncunun sifət nahiyəsindən 1 (bir) sillə zərbəsi vurmuş və daha sonra üzərinə hücum edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı qatlanan soyuq silah hesab edilməyən cib bıçağını silah qismində istifadə edərək Zərərçəkmiş şəxs qarın nahiyəsindən 1 (bir) dəfə zərbə vurub sonuncuya böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sağyan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarəti yetirməklə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Apellyasiya şikayətinin dəlilləri və etirazlar: Həmin hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini, sonuncunun məhkəmə zalından dərhal azad edilməsi və Təqsirləndirilən şəxs İnsan hüquqlarının və X14 haqqında Konvensiyanın 3-cü, 5-ci, 6(1), 6(3), 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınmasınıl və kompensasiya hüququnun izah edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ## #### 2001-ci ildə anadan olmuş, gənc siyasətçi, ictimai-siyasi aktivistdir, Yoldaş Media adlı sosial medianın təsisçisi və idarəedicisidir. Sülh çağırışçısıdır, dəfələrlə müharibə əleyhinə çağırışlar etmişdir. Təqsirləndirilən şəxs 2023-cü ilədək D18 Siyasi Hərəkatının rəhbəri olmuşdur. X6 internet xəbər portalının təsisçisi, rəhbəri və idarəedicisidir. Onun barəsində əvvəllər əsassız cinayət təqibi başlanılmışdır. Həmin cinayət işinə xitam verilsə də, onun ölkədən çıxışına qadağa qoyulmuşdur. Təqsirləndirilən şəxs ölkədən çıxışına qadağa qoyulduğundan o, xaricdə təhsilini davam etdirmək hüququndan məhrum edilmişdir. Apellyasiya şikayətində həmçinin göstərilmişdir ki, işdə olan hadisə yerinə polis tərəfindən qoyulmuş bıçaqda Təqsirləndirilən şəxs əl-barmaq izləri və zərərçəkən şəxs qismində tanınmış şəxsin qanı aşkar edilməmişdir. Bununla da, həmin bıçağın zərərçəkmiş şəxsin əlində olması və bıçağın zərərçəkən şəxsin bədəninə daxil olması barədə heç bir sübut mövcud deyildir. İstintaq zamanı yeganə, guya hadisəni görmüş kimi şahid4 ifadəsi təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid4 istintaqa belə bir ifadə vermədiyini, onun ifadəsinin istintaq tərəfindən saxtalaşdırıldığını bildirmişdir. Məhkəmə şahid4 ifadəsini qismən saxtalaşdırmışdır. Belə ki, onun ifadəsinə “nəsə mübahisə olmuşdur” sözünü əlavə etmişdir. İş materiallarında olan xəstəlik tarixçəsində və ancaq onun əsasında tərtib edilən, əlavə heç bir araşdırma aparılmadan yazılmış məhkəmə tibbi ekspertiza rəyində göstərilmişdir ki, zərərçəkən şəxs qismində tanınmış şəxs Kliniki tibbi mərkəzə daxil olarkən həmin gün saat 21:00 radələrində bıçaqla vurulduğunu demişdir. Lakin ittihamda və hökmdə hadisənin saat 22:00 radələrində baş verdiyi qeyd edilmişdir. Zərərçəkmiş şəxsin tibb müəssisəsinə verdiyi ilkin ifadədən məlum olmuşdur ki, zərərçəkmiş şəxs hadisədən bir saat əvvəl bıçaqlanmışdır. İş materiallarında taksidə guya təsadüfən olduqlarını deyən və bir-birini tanımadığını bildirən şahid3la zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Facebook sosial şəbəkəsində dost olmaları müəyyən edilmişdir. Onlar bir-birini tanımadıqlarını dedikləri halda nə üçün Facebook sosial şəbəkəsində dost olmaları barədə suallara Canpolad Süleynamov aydınlıq gətirməmişdir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxsin 2017-ci ildə dələduzluqla bağlı məhkumluğu olmuş, hazırkı dövrə qədər müxtəlif mülki mübahisə, icra işləri və inzibati xəta işləri olmuşdur. Müdafiə tərəfi hazırda zərərçəkmiş şəxs barəsində cinayət işinin olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu göndərilməsini xahiş etsə də, məhkəmə ancaq məhkumluqla bağlı sorğu göndərmiş, ona görə də hazırkı cinayət işində iştirak edən zərərçəkən şəxsin məcbur edilib-edilməməsi, cinayət işində iştirakdan sonra icra işləri, inzibati işlərin, barəsindəki cinayət işinə xitam verilib-verilməməsinə aydınlıq gətirməmişdir. Təqsirləndirilən şəxs məhkəmədə vəsatət qaldıraraq xəstəlik tarixçəsinin düzgün olub-olmamasını müəyyən etmək üçün zərərçəkmiş şəxsin əməliyyat olunması barədə videoçəkilişin xəstəxanadan alınaraq işə əlavə edilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi onun vəsatətini heç bir əsas gətirmədən təmin etməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin üç nəfər taksinin yanında gözləmiş, özü taksiyə yaxınlaşdıqdan sonra həmin üç nəfər şəxs də taksiyə minmiş və onunla birlikdə getmişlər. Məhkəmə Zərərçəkmiş şəxs telefon danışıqlarının və olduğu yerin ələ keçirilməsi barədə vəsatəti də təmin etməmişdir. Halbuki həmin vəsatət təmin edilsəydi zərərçəkmiş şəxs kimi tanınmış şəxsin polislə əlbirliyi və polisin diqtəsi ilə hərəkət etdiyi tam sübuta yetiriləcəkdi. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs onun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və ona təqsirli bilindiyi maddə ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən müdafiəçi müdafiəçi2 apellyasiya şikayətini müdafiə edərək və şikayətin dəlillərinə uyğun çıxış edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini, məhkəmə zalından dərhal azad edilməsini və Təqsirləndirilən şəxs İnsan hüquqlarının və X14 haqqında Konvensiyanın 3cü, 5-ci, 6(1), 6(3), 10-cu, 11-ci və 18-ci maddələrinin pozuntusunun tanınmasını və kompensasiya hüququnun izah edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirdi ki, apellyasiya şikayətini əsassız hesab edir, birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətlidir. Məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini və Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddələrində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayətprosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı təqsirləndirilən və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə təqsirləndirilən və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını təqsirləndirilən və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddələrinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddələrinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiəçinin apellyasiya şikayətinin əsas dəlili – təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə bəraət verliməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsi toplanmış sübutları məhkəmə istintaqı zamanı tədqiq edib, proses iştirakçılarını dinləyib, sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa insan həyatı üçün təhlükəli olan ağır zərər vurmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, habelə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. İşdə olan bıçaqda təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əl-barmaq izlərinin və zərərçəkmiş şəxs qismində tanınmış şəxsin qanının aşkar edilməməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-tibbi bioloji ekspertizasının ## #### 2025-ci il tarixli, ***/****-TBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu A/il/-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka, kofta, çubuqlu pambıq tampon üzərində olan ləkələrdə insan qanı aşkar edilmişdir. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız "A" antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri A beta (II) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Bıçaqda qana şübhəli ləkələr aşkar olunmamışdır (cild 01, i.v.180-185). Əlavə məhkəmə-tibbi ekspertizasının ## #### 2025-ci il tarixli, **/*** nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının sağ-yan səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin) təsirindən qərarda göstərilən ##.##.2025-ci il tarixə əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarda göstərilən şəraitdə, yəni bıçağın tiyəsinin deşici-kəsici kənarının təsirindən əmələ gələ bilərdi (cild 01, i.v.186-190). Məhkəmə istintaqı zamanı şahid4 istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyi, onun ifadəsinin istintaq tərəfindən saxtalaşdırılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən şahid ifadəsi digər sübutlarla yanaşı qiymətləndirilmiş və həmin ifadəyə müvafiq qiymət verilmişdir. Bundan başqa, qeyd edilməlidir ki, iş üzrə yalnız şahid4 ifadəsi deyil, digər şəxslərin də öz ifadələrində göstərdikləri məlumatlar mühüm əhəmiyyət kəsb edən hallar kimi qiyməltəndirilmişdir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanımamış, taksi fəaliyyəti ilə məşğul olmuş, 20 Yanvar dairəsindən Xırdalan şəhərinə “manatlıq” sərnişindaşıma ilə məşğul olmuş, 2025-ci ilin may ayında 20 Yanvar dairəsindən Xırdalan şəhərinə getmiş, qabaq oturacaqda bir nəfər xanım, arxa oturacaqda üç nəfər kişi oturmuşdur. Sonradan məlum olmuşdur ki, arxa oturacaqda sağ tərəfdə Təqsirləndirilən şəxs, ortada başqa bir şəxs, sol tərəfdə isə Vüqar adlı şəxs oturmuşdur, Əhmədlə Vüqar arasında mübahisə yaranmış, Əhməd ona maşını saxlamağını bildirmiş, o, FHN-nin idarəsinin qabağında maşını saxlamış, Əhməd maşından düşmüş, Vüqara maşından düşməməsini bildirmiş, lakin Vüqar da maşından düşmüş, bundan sonra o, maşını sürüb getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq şahid təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzünü xatırlamadığını, onu Binəqədi RPİnə çağırıb izahat aldıqlarını, Əhməd və Vüqarın adını orada bildiyini, arxa oturacaqda ortada iricüssəli bir nəfərin oturduğunu, həmin şəxslə Əhməd arasında mübahisənin olduğunu, Əhmədin arxa oturacaqda sağ tərəfdə oturduğunu, mübahisəni sağ tərəfdə oturan şəxsin, yəni Əhmədin başlatdığını, yer dar olduğuna görə iricüssəli adamla Əhməd arasında mübahisə olduğunu, maşını saxlamağını Əhmədin tələb etdiyini, sərnişinləri Xırdalan şəhərinə aparmalı olduğunu, FHN-nin idarəsinin qabağında maşını saxladığını, “Sür, problem olmayacaq” sözünü kimin deməsini xatırlamadığını, bıçaqlama hadisəsinin şahidi olmadığını, Təqsirləndirilən şəxs ictimai fəal olmasını bilmədiyini, 1-2 ildir ki, taksi fəaliyyəti ilə məşğul olduğunu, Binəqədi RPİ-də arxada oturan 3-cü şəxsin adını demədiklərini, ancaq Əhməd və Vüqarın adını dediklərini, Binəqədi RPİ-də oturan şəxsin adını demədiklərini, arxa oturacaqda sağ və sol tərəfdə oturan şəxslərin mübahisə etdiklərini, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumadığını, ibtidai istintaq zamanı verdiyi ifadə ilə indiki ifadənin eyni olduğunu, hadisənin səhərisi gün onu Binəqədi RPİnə çağırdıqlarını, ibtidai istintaq zamanı heç bir təzyiqin olmadığını, replika sözünün mənasını bilmədiyini, sərnişinlərin maşına minmə ardıcıllığını xatırlamadığını, polis idarəsində Vüqar və Əhmədin şəkillərinin ona göstərilmədiyini, polis idarəsində ona sağda oturanın Əhməd, ortada oturanın Vüqar olduğunu dediklərini, ibtidai istintaq zamanı sağda oturan şəxslə ortada oturan şəxs arasında mübahisə olduğunu dediyini, həmin şəxslərin adlarını bilmədiyini bildimişdir. İş materiallarında taksidə guya təsadüfən olduqlarını deyən və bir-birini tanımadığını bildirən şahid3la zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Facebook sosial şəbəkəsində dost olmalarının müəyyən edilməsi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bilindiyi üzrə Facebook sosial şəbəkə olduğu üçün hər hansı şəxsin başqa şəxsi izləməsi onların dost olmaları anlamına gəlmir. Zərərçəkmiş şəxs qismində tanınmış şəxsin 2017-ci ildə dələduzluqla bağlı məhkumluğunun olması, hazırkı dövrə qədər müxtəlif mülki mübahisə, icra işləri və inzibati xəta işlərinin olması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, zərərçəkmiş şəxsin şəxsiyyəti ona qarşı hər hansı ictimai təhlükəli əməlin törədilməsinə rəvac vermir. Məhkəmə kollegiyasının gəldiyi qənaətə görə ibtidai istintaq orqanı tərəfindən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş yuxarıda sadalanan sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir və həmin sübutlar əsaslı olaraq birinci instansiya məhkəməsi tərəfindən əməlin baş verməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası digər sübutların sadalanmasına zərurət görmür. Qeyd edilməlidir ki, iş üzrə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs çıxış edir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı cinayət hadisəsinin baş verməsinin səbəbi, hadisənin baş verdiyi yer və vaxt, hadisənin gedişatı, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona qarşı bıçaqla xəsarət yetirməsi, habelə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hərəkətləri və törətmiş olduğu cinayətin üsulu və mexanizmi barədə bir neçə dəfə ətraflı şəkildə ifadə vermişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat zamanı şahid şahid4 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifşa edərək sonuncunun əleyhinə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət əməli barədə məlumat versə də, birinci instansiya məhkəməsində tamamilə fərqli mövqe nümayiş etdirməklə onun xeyrinə uyğun məzmunda ifadə vermişdir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası yuxarıda sadalanan sübutları, eyni zamanda cinayət işi materiallarında öz əksini tapan digər sübutları tədqiq edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və əlavə olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. İbtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Apellyasiya icraatı zamanı məhkəmə kollegiyası hazırkı cinayət işi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspert rəylərinin, cinayət işi materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin protokollarının, iş materiallarında olan digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətində qeyd edilənləri müdafiə taktikası kimi qiymətləndirərək iş materialları ilə təkzib olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İşin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə bəraət verilməsi üçün əsaslar müəyyən etmir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona istinad olunan Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair daxili inamı rəhbər tutaraq, Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətinin dəlillərini təhlil edərək, həmin dəlillərin iş materiallarında olan və yuxarıda sadalanan sübutlarla təkzib olunmasını qeyd etməklə şəxsə bəraət verilməsi hissəsində əsassız hesab edir. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini iş materialları və işin obyektiv halları ilə tam sübut olunmuş hesab etdiyindən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin apellyasiya şikayətində göstərilən dəlillərə ətraflı cavab verməyə lüzum görmür və apellyasiya şikayətinin şəxsə bəraət verilməsi hissəsində təmin olunmaması nəticəsinə gəlməsini qeyd edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və X14 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarinin və əsas azadliqlarin pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı (## ##### 1994cü il) işində (51(b) bəndi) məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlmişdir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş yeganə cəza növü olan azadlıqdan məhrum etmə cəzası edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təyin olunmuş cəza ilə bağlı işin faktiki hallarını yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alaraq, onun məsuliyyətini ağırlaşdıran halların isə müəyyən edilməməsini əsas götürərək, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olmasına və ailəsinin həyat şəraitinə təsiri, habelə sosial ədalətin bərpası kimi halları nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə ən aşağı həddə, yəni 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edərkən qanuni, əsaslı və ədalətli cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə 6 (altı) ildən 11 (on bir) ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə cəza sitəm olmayıb, cinayəthüquqi xarakterli tədbirdir. Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il ## #### tarixli * saylı Qərarının 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda şərh olunan halları, habelə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən halı müəyyən edərək və ağırlaşdıran halların olmamasını nəzərə almaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edərkən düzgün olaraq onun həmin cəza ilə islah olunmasının mümkünlüyü qənaətinə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməli üzrə ədalətli cəza təyin edildiyindən, apellyasiya şikayətində qeyd olunan dəlillər onun cəzasının yüngülləşdirilməsi və ya əməlinin tövsif edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə istintaqı aparmadan, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə istintaqında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikası Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş bütün digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 397, 398.1.1, 407 və 410cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası qərara aldı: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin ümumi ittihamdan xaric edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar