Məhkəmə qərarları › İş №1(3-6)-544/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-544/2026

12.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-544/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; Hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Zəfər Vahid oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlunun və onun müdafiəçisi müdafiəçi1 İlqar oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirlən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünə əsasən ## ###### 1993-cü ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Beyləqan ərazi dairəsi, Dünyamalılar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli ## ##### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs İlqar oğlunun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə maddi sübutların taleyi və məhkəmə məsrəfləri məsələsi də həll edilmişdir. İşin halları: İttihama əsasən Təqsirləndirilən şəxs İlqar oğlu istintaqa məlum olmayan vaxtda, naməlum şəxsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 392,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 25 hissə və ümumi çəkisi 757,6 qram xeyli miqdarda narkotik tərkibli çətənə bitkisinin hissələri, külli miqdarda təmiz çəkisi 51,833 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayaraq daşımış, onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## ##### 2025-ci il tarixdə saat 00:59-da Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində saxlanılıb videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı sol əlində daşıdığı ağ rəngli sellofan torbanın içərisindəki bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 392,4 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə ( kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 25 hissə, ümumi çəkisi 757,6 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 51,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini və əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə təqsirli bilir. Çünki niyyəti narkotik vasitəni satmaq deyil, yalnız ondan istifadə etmək olmuşdur. Artıq neçə ildir ki, narkotik vasitədən istifadə edir və onda əziyyət çəkir. Həmçinin məhkəmə hökm çıxararkən əvvəllər məhkum olunmamasını, gənc və subay olmaqla ailə şəraitini barəsində yüngülləşdirici hallar kimi nəzərə almalı idi. Apellyasiya baxışı zamanı iştirak edən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu və onun müdafiəçisi müdafiəçi1 İlqar oğlu apellyasiya şikayətini müdafiə edərək və onun dəlillərinə uyğun çıxış edərək məhkəmə kollegiyasından şikayətin təmin olunmasını və təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya şikayətini əsassız hesab edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq, verilmiş apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının, məhkum edilmiş şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyərək hesab edir ki, təqsirləndirlən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması iş materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, “Diskə baxış keçirilməsi haqqında” protokol, itbidai isntaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirildiyi protokol, şahid ifadələri, ekspertiza rəyləri iş materiallarında olan digər materiallar ilə tam sübuta yetirilir. Məhkəmənin hökmü ilə razılaşmayan təqsirləndirilən şəxsin apellyasiya şikayətindən göründüyü kimi əsas dəlillər qismində ondan aşkar olunmuş narkotik vasitəni satmaq deyil, yalnız ondan istifadə etmək niyyətinin olduğundan ona qarşı Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla razılaşmadığını, həmçinin ona cəza təyin edilərkən barəsində yüngülləşdirici halların nəzərə alınmaması göstərilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu ## ##### 2025-ci il tarixdə onun üzərində ümumilikdə külli miqdar təşkil edən narkotik vasitə və psixotrop maddənin aşkar olunması faktını təkzib etmədən yalnız həmin narkotik vasitə və psixotrop maddəni əldə etməkdə satış məqsədinin olmadığını göstərməklə əməlinin hüquqi tövsifi məsələsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İlqar oğlunun əməlinin tövsifi məsələsini müzakirə edərək təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-1ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona aşağı həddə cəza təyin edilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “İnsan Hüquqlarının və X15 Haqqında” Avropa Konvensiyasının (bundan sonra Konvensiya) 6-cı maddəsinin tələbinə görə hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası CPM-in 142-ci maddəsində nəzərdə tutulan preyudisiya halları istisna olmaqla məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs İlqar oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməsə də, ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, 7 aydır narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotiki yandırıb tüstüsünü içinə çəkərək qəbul edir. Bir neçə ay əvvəl xatırlamadığı şəxsdən narkotik istifadə etdiyi üçün İran vətəndaşının işlətdiyi xarici mobil operatora məxsus mobil nömrəni öyrənib narkotik vasitə lazım olduqca həmin şəxsdən almağa başlamışdır. ## ##### 2025-ci il tarixdə yaşadığı evdə olarkən iranlı kimi tanıdığı şəxslə “Whatsapp” sosial tətbiqi vasitəsi ilə əlaqə saxlayıb narkotik vasitə və psixotrop maddə istədiyini bildirmişdir. İranlı ilə narkotikin qiymətini 700 manata danışıb, sonradan həmin məbləğdə pulu göndərəcəyi barədə razılaşmışdır. ## ##### 2025-ci il tarixdə saat 00:20 radələrində iranlı “Whatsapp” tətbiqi vasitəsi ilə narkotikin olduğu yerin koordinatını göndərmişdir. Həmin tarixdə dərhal yaşadığı evdən çıxıb təxminən 25 dəqiqəlik məsafədə yerləşən narkotikin gizlədildiyi Bakı şəhəri Xətai rayonu 9-cu Əhmədli küçəsinə piyada getmiş və saat 00:59 radələrində iranlının göndərdiyi fotoşəkil üzrə narkotiki gizlədildiyi yerdən bir ədəd ağ rəngli sellofan torbada olmaqla götürüb yaşadığı ünvana qayıtmaq istədikdə 4 nəfər mülki geyimli şəxs onu saxlayıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını və narkotik daşımaqda, istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Bir nəfər polis əməkdaşı mobil telefonla videoçəkiliş aparmışdır. Həmin vaxt üzərində olan əşyaları təqdim etməsi bildirilmişdir. O, bir qədər əvvəl öz şəxsi istifadəsi üçün əldə etdiyi içərisində narkotik vasitə və psixotrop maddə olan bir ədəd ağ rəngli şəffaf sellofan torbanı polis əməkdaşına təqdim edib, nə üçün, haradan aldğını bildirmişdir. Üzərindən bir ədəd içərisində ***-***-**-** saylı mobil nömrə olan “Samsung A3” markalı mobil telefonu aşkar edilmişdir. Təqdim etdiyi bir ədəd sellofan torbanın içərisindəki adını “nəşə” kimi bildiyi narkotik vasitə, eyni zamanda “patı” kimi bildiyi psixotrop maddə aşkar edilərək tərəzidə çəkilmiş və qablaşdırılmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş İsmayılova Ayşən Mirzə qızı ifadəsində göstərmişdir ki, ***-***-**-** saylı mobil nömrə anası İsmayılova Gülsüm Miribad qızının adına qeydiyyatda olsa da özünün istifadəsindədir. Təqsirləndirilən şəxs İlqar oğlunu uzun müddətdir tanıyır. Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən çay evində ofisiant işlədiyi müddətdə Təqsirləndirilən şəxs həmin dövrdə taksi kimi onu yaşadığı ünvana aparmışdır. Bu yolla aralarında şəxsi münasibət yaranmışdır. Qarakişinin narkotik vasitə istifadə etdiyini bilmişdir. Qarakişi dəfələrlə yanında narkotik istifadə etmiş və bir dəfə 15 manat pul müqabilində ona da narkotik vasitə satmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayən işinin başlanması və icraata qəbul edilməsi haqqında” ## ##### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlu istintaqa məlum olmayan vaxtda, naməlum şəxsdən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 392,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, xeyli miqdarda ümumi sayı 25 hissə və ümumi çəkisi 757,6 qram narkotik tərkibli çətənə bitkisinin hissələri, külli miqdarda təmiz çəkisi 51,833 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib, üzərində saxlayaraq daşımış, onun narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 34-cü PŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ## ##### 2025-ci il tarixdə saat 00:59- da Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində saxlanılıb videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı sol əlində daşıdığı ağ rəngli sellofan torbanın içərisindəki bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 392,4 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi sayı 25 hissə, ümumi çəkisi 757,6 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələri və bir ədəd şəffaf sellofan bükümdə külli miqdarda təmiz çəkisi 51,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsi faktı üzrə Bakı şəhəri Xətai RPİ-nin İŞ-nin müstəntiqi, R Nicat İbrahimov tərəfindən cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanmış, həmin şöbənin ə/m, R Pərviz Cavadov tərəfindən ## ##### 2025-ci il tarixdə tərtib edilmiş raportdan, həmin tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “əməliyyat qrupunun yaradılması haqqında” əmrdən görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs İlqar oğlu qanunsuz olaraq narkotik vasitələri satış məqsədi olmadan əldə edib Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tərbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş aşkar və gizli üsullarla müvafiq əməliyyataxtarış tərbirlərinin həyata keçirilməsi qərara alınmış, qrupun rəhbəri Xətai RPİnin 34-cü PŞnin əməliyyat müvəkkili, R, X3 olmaqla, qrupa üzv kimi həmin şöbənin əməliyyat müvəkkilləri, R şahid3, R şahid2 zami oğlu və R X2 daxil edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, ## ##### 2025-ci il tarixdə Xətai RPİ-nin 34cü PŞ-nin əməliyyat müvəkkilləri, X4, şahid3, şahid2 və X2 daxil olmuş əməliyyat məlumatı üzrə müvafiq tədbir keçirməklə həmin gün saat 00:59-da Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində Təqsirləndirilən şəxs İlqar oğlunu saxlayaraq özlərini təqdim edib videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik daşımaqda şübhəli olmasını bildirməklə üzərindəki əşyaları təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs İlqar oğlu sol əlində daşıdığı ağ rəngli sellofan torbanın içərisindən bir ədəd qara rəngli sellofanda olan bitkiyə bənzər kütlə, eyni zamanda bir ədəd şəffaf sellofan bükümdə içərisində kristalşəkilli kütlə olan büküm aşkar edilir. Bundan başqa Təqsirləndirilən şəxs İlqar oğlundan “Samsung A3” markalı içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirdiyi mobil telefon aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin rəisinə ünvanlanmış, həmin şöbənin ə/m, R Pərviz Cavadov tərəfindən ## ##### 2025-ci il tarixdə tərtib edilmiş raportdan görünür ki, ## ##### 2025-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əmiliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli bilinən Təqsirləndirilən şəxs İlqar oğlunun Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 00:59-də Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində piyada hərəkət edərkən saxlanılıb videoçəkilişdən isdifadə edilməklə şəxsi axtarış və götürmə zamanı sol əlində ağ rəngli sellofan torbada qara rəngli sellofan bükümdə 1237 qram bitki tərkibli narkotik vasitəyə bənzər kütlə və həmin ağ rəngli sellofan torbanın içərisində bir (1) ədəd şəffaf sellofan bükümdə 54 qram kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin 34-cü PŞ-nə Quliyev Qarakişi İlqar oğlu Bakı şəhəri Xətai rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün ## ##### 2025-ci il tarixdə, saat 00:59-da Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində saxlanılaraq üstü yoxlanılması və üzərindən 1 ədəd qara rəngli sellofan torbaya bükülmüş spesifik qoxuya malik olan ot tarkibli maddə, 1 ədəd şəffav sellofan kəsiyinə bakülmüş kristal şəkilli psixitrop maddə və «Samsung A3» modelli mobil telefon götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunnmuşdur. Təqdim olunan zərfdə qablaşdırılmış 1 adəd qara rəngli sellofan torbaya bükülmüş spesifik qoxuya malik olan ot tərkibli maddə, 1 ədəd şəffav sellolan kəsiyinə bükülmüş kristal şəkilli psixitrop maddə aşkar olundu və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ila birlikdə müvafiq olaraq 1237 qram və 54 qram olduğu müəyyən edilmiş, daha sonra 1 ədəd "Iphone" markalı mobil telefonda baxış keçirildi. Mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı videokamera vasitəsi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkil R X2 tərəfindən video çəkiliş aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli */*** saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzəri skoçla bağlanmış ağ rəngli kağız bağlamadakı bir ədəd qara rəngli sellofan torbada üzərində “Levis” yazısı olan göy rəngli paketdə skoçla bağlanmış qara rəngli sellofan bağlamada təmiz çəkisi -392,4 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin bağlamada ümumi sayı 25 hissə, ümumi çəkisi 757,6 qram olan bitki hissələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissələridir. Təqdim edilmiş vasitələr müxtəlif növə aid olduğu üçün müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ##### 2025-ci il tarixli */**** saylı məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN zərflər üçün №*** dairəvi möhür əksi və “ Təqsirləndirilən şəxsİ....imza.... 3 imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd zərfin içərisindəki 01 (bir) ədəd bükümdəki, təmiz çəkisi 51,833 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Diskə baxış keçirilməsi haqqında” ## ##### 2025-ci il tarixli protokoldan görünür ki, üzərində DVD-R sözləri yazılmış 02 ədəd diskə baxış keçiriımiş və müəyyən edilmişdir ki, birinci diskin içərisində 01 ədəd "mp4" formatlı video görüntü mövcuddur. Belə ki, birinci videogörüntünün birinci saniyəsindən etibarən ## ##### 2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 9-cu Əhmədli küçəsində, sutkanın qaranlıq vaxtı bir nəfər şaxs əlində mobil telefonun işığı ilə gələrək yaşıllıq olan yerə doğru əyilib oradan bir ədəd ağ rəngli sellofan torbanı sol alinə götürməklə oradan uzaqlaşımağa çalışır. Həmin vaxt orada əməliyyat mövqeyində olan Xətai RPİ-nin 14-cu PS-nin əməliyyat müvəkkili R X4, əməliyyat müvəkkili, R şahid2 və həmin şöbənin əməliyyat müvəkkili şahid3, əməliyyat müvəkkili X2 fasiləsiz videoçəkiliş aparması ilə həmin şəxsi saat 00:59-da saxlayıb özlərini təqdim edərək narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs İlqar oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmağı ilə bağlı üzərinə şəxsi axtarış keçirdiyini elan edir. Bundan sonra Əliyev Qarakişı İlqar oğluna üzərində har hansı qeyri-qanuni əşya və ya predmet olubolmamasını, əgər varsa təqdim etməsi taklif edilir. Təklifdən sonra Təqsirləndirilən şəxs İlqar oğlu əlində daşıdığı sellofan torbada adını "nəşə" va "patı" kimi bildiyi narkotiklər olmasını etiraf edir. Həmin ağ rəngli sellofan torbanın içərisindən bir ədəd qara rəngli sellofanda olan bitkiyə bənzər kütlə, eyni zamanda bir ədəd şəffav sellofan bükümdə içərisində kristalşəkilli kütlə olan büküm aşkar edilir. Təqsirləndirilən şəxs İlqar oğlu həmin bükümləri tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etməsini bildirir. Bundan sonra Əliyev Qarakışı İlqar oğlundan "Samsung A3" markalı içərisində ***-***-**-** saylı mobil nömrə olmasını bildirdiyi mobil telefon aşkar edilir. Təqdim edilən bükümlər elektron tərəzi vasıtası ilə ölçulərək qara rəngli sellofan bükümün çəkisinin 1237 qram şəffaf rəngli içərisində kristallik hissəciklər olan bükümün çəkisi isə 54 qram olması müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənir. İkinci diskdəki videogörüntünün birinci saniyəsindən etibarən ## ##### 2025-ci il tarixdə Xətai RPİ-nin 34- cü PŞ-nin əməliyyat muvəkkili R X4, əməliyyat müvəkkili, R şahid2 və həmin şöbənin əməliyyat müvəkkili şahid3, əməliyyat müvəkkili X2 bir neçə dəqiqə əvvəl keçirilmiş əməliyyat tədbiri zamanı saat 00:59-da Bakı şəhəri, Xətai rayonu, 9cu Əhmədli küçəsində narkotiklərın qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan şəxs Təqsirləndirilən şəxs İlqar oğlundan aşkar edilərək qablaşdırılmış bükümləri və əməliyyat çəkilişini Xətai RPİ-nin 34-cu PŞ-nin təhqiqatçısı R Anar İbadova təqdim edirlər. Təhiqatçı tərəfindən təqdim edilmiş bükümlərə eyni zamanda əməliyyat çəkilişinə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs İlqar oğlundan aşkar edilmiş bükümün ona məxsus olub-olmadığını eyni zamanda saxlanılan zaman hər hansı fiziki təsirə məruz qalıbqalmamasını soruşduqda Təqsirləndirilən şəxs İlqar oğlu heç bir fiziki təsirə məruiz qalmadığını, bükümün özunə məxsus olmasını bir daha təsdiq edir. Bükümlərdəki kütlələr tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədi ilə ekspetizaya göndərilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nin **-*/*-**** nömrəli ## ### 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlunun narkotik maddəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri müsbət nəticə verməmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs İlqar oğlunun narkotik satışı ilə məşğul olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “cinayət işinin materiallarından ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” ## #### 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlunun külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etdiyi şəxsiyyəti istintaqla müəyyən edilməyən İran İslam Respublikası vətəndaşının müəyyən edilməsi üçün ibtidai istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Bakı İstintaq Təcridxanasından daxil olmuş 3-16-17/40/2- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs İlqar oğlu ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Sorğu zamanı zədə almadığını bildirmişdir. Bədəninə baxış zamanı sol gövdə nahiyyəsində köhnə çapıq toxuma aşkar edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təqsirləndirilən şəxs apellyasiya şikayətində əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş edərək ondan aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni əldə etməkdə satış məqsədinin olmadığını göstərsə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırki iş materiallarına əsasən təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin şəxsi istehlak miqdarından dəfələrlə artıq, külli miqdarda bükümlərdə (25 büküm) olması, xüsusilə də ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Ayşən İsmayılovanın məhkəmə iclasında ifadəsini dəyişməsinə baxmayaraq təqsirləndirilən şəxsin ona 15 manat müqabilində narkotik vasitə verdiyini bildirməsi onun narkotik vasitə və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsinə dəlalət edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, “Diskə baxış keçirilməsi haqqında” protokol, itbidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirildiyi protokol, şahid ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan sübutlarla düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları birbirilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İlqar oğlunun apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsi üçün əsasların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, heç bir sübut məhkəmə üçün preyudisial əhəmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Hazırki iş üzrə də işə baxan birinci instansiya məhkəməsinin sübut kimi qəbul edib istinad etdiyi hallar işin faktiki hallarına uyğundur və inandırıcıdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğlunun barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə məhkəmə kollegiyası aşağıdakıkarı qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 234.4.3-cü maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Mübahisələndirilən hökmdən göründüyü kimi birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.1 və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğluna münasibətdə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası ilə müəyyən olunmuş növdə və həddə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəza təyin etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs İlqar oğluna təyin edilmiş cəza tədbirinin növü və həddi ilə razılaşaraq cəzanın yüngülləşdirilməsi və ya ağırlaşdırılması üçün hər hansı əsas müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 407.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara a l ı r: Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs İlqar oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs İlqar oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrində göstərilən müddətlərdə, Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən Əfqan Ələkbərov Hakimlər: Zəfər Əhmədov Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar