Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-545/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qaraqurbanlı Ramin Afad oğlunun sədrliyi, Əliyeva Aytən Heydər qızı və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Müdafiəçisi Güvən Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, ## ###### 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olan, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxs və qeyrilərinin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı göndərdiyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra ## ######## 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən naməlum vaxtda və şaraitdə sonuncular tərəfindən göndərilmiş külli miqdarda - 13325 (on üç min üç yüz iyirmi beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib ünvan 1 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## ######## 2025-ci il tarixdə, saat 22:15-də qeyd olunan ünvanda saxlanılaraq həmin gün saat 22:26 dəqiqədən etibarən üzəri yoxlanılan zaman əlində saxladığı 01 (bir) ədəd çantanın içərisində olan 13 (on üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1020 (bir min iyirmi) qram, 1015 (bir min on beş) qram, 1010 (bir min on) qram, 1035 (bir min otuz beş) qram, 1025 (bir min iyirmi beş) qram, 1035 (bir min otuz beş) qram, 1025 (bir min iyirmi beş) qram, 1010 (bir min on) qram, 1020 (bir min iyirmi) qram, 1015 (bir min on beş) qram, 1030 (bir min otuz) qram, 1010 (bir min on) qram və 1075 (bir min yetmiş beş) qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 13325 (on üç min üç yüz iyirmi beş) qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanması,. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. Həmin hökmdən narazı qalan məhkum olunmuş şəxs apellyasiya şikayəti verərək Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü ilə ona təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişdir. Apellyasiya icraatı zamanı apellyasiya şikayətini dəqiqləşdirərək barəsində bəraət hökmünün çıxarılmasını , bunun mümkün olmadığı təqdirdə isə ona təyin olunmuş cəzanın azaldılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum olunmuş şəxs və müdafiəçisi apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli surətdə, hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə məhkum olunmuş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Azərbaycan Respublikası CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə kollegiyası məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair apellyasiya şikayətinin dəlillərini, eləcə də apellyasiya icraatı zamanı məhkum və müdafiəçisinin məhkəmə çıxışlarında göstərdikləri dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir. Belə ki, iş materiallarında olan: -##.##.2025-ci il tarixli “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, saxlanılan vaxt Təqsirləndirilən şəxs paltarında, əşyalarında, əlində saxladığı çantada və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün saxlanıldığı yerdən 30 metr kənarda üzəri yoxlanılmağa başlanmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında, əlində saxladığı çantada və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan çantada narkotik vasitə “nəşə” olduğunu bildirərək baxış üçün təqdim etmiş, daha sonra əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunu, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən isə 01 ədəd telefon üçün nəzərdə tutulmuş enerji naqilini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çanta iştirakçıların şahidliyi ilə açılmış və həmin çantanın içərisində 13 ədəd bağlama olduğu müşahidə edilmişdir. 13 ədəd bağlamanın hər biri tək-tək açılan zaman bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edildikdən sonra aşkar olunmuş bağlamalar həmin çantada qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Qablaşdırılmış çanta elektron tərəzidə çəkilən zaman çəkisinin 14 kiloqram olması müəyyən edilmişdir. Baxış prosesi davam etdirilən zaman Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sonuncudan götürülmüş, lakin digər əşyalar onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs içərisində 13 ədəd “nəşə” kimi tanıdığı bağlamaların olduğu çantanı ## ######## 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanıdığı anket məlumatlarını bilmədiyi İran vətəndaşının göndərdiyi xəritə vasitəsi ilə əldə etdiyini, həmin çantanı iranlının deyəcəyi başqa ünvana aparmaq qarşılığında 500 (beş yüz) manat pul əldə edəcəyini, özünün də arabir narkotik vasitə istifadə etdiyini, əlində olan nəşədən heç kimə vermədiyini və heç kimin məlumatı olmadığını bildirmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ## ######## 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazılar olan bir ədəd damalı çantada 13 (on üç) ədəd üzəri skoçlu bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1020 qram, 1015 qram, 1010 qram, 1035 qram, 1025 qram, 1035 qram, 1025 qram, 1010 qram, 1020 qram, 1015 qram, 1030 qram, 1010 qram və 1075 qram olmaqla, ümumi çəkisi 13325 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 13325 qram olmuş, 0,65 qram tədqiqata sərf edildikdən sonra 13324,35 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edi. -“Maddi sübut hesab etmək haqqında” ## ######## 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13325 qram çəkidə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertizadan sonra ümumi qalıq çəkisi 13324,35 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir -## ######## 2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokola əsasən müvafiq istintaq hərəkəti zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mobil telefon qırmızı rəngli olmaqla “Samsung” markalıdır, işlənmiş vəziyyətdədir, plastmasmetal gövdəli, sensor dizaynlı, daxili antennalı, daxili yaddaşı olan və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin, səs tənzimi düymələrinin olması müəyyən edilmişdir. Telefonun ətrafında aşınmış izlərin olması aşkarlanmışdır. Mobil telefon işə salınmış vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman telefonun “Whatsapp” bölməsində ## ######## 2025-ci il tarixdə İran İslam Respublikasına məxsus “+98 914 533 6233” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “077-101-15-38” saylı mobil nömrəyə saat 21:07-də narkotik vasitələrin olduğu yerin məkanının göndərildiyi, həmin gün saat 21:10-da “o uşağın üstündə amanat çoxdu həə başua dönüm dedi çoxdu dördünü qoydu baxa deyim bil qado alm sənin onun ikisin mənə denen hara gedəsən *** yena iki dənə yarım bir dənəsi səndə” deyə yazılı mesajın göndərildiyi, saat 21:23-də “qaça çatdınsa şəkili atım qado alım” deyə səsli mesajın göndərildiyi, Təqsirləndirilən şəxs tərəfindən “+98 914 533 6233” saylı mobil nömrəyə saat 21:24-də “6 dəqiqə qalıb brat altıca dəqiqə qalıb səbrli ol çatım deyəcəm at 2 dəqiqə qalmış deyəcəm at”, saat 21:30-da “hə at girən at”, saat 21:31-də “2 dəqiqə qalıb şəkili at brat” deyə yazılı mesajların göndərildiyi, İran İslam Respublikasına məxsus “+98 914 533 6233” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “077-101-15-38” saylı nömrəyə saat 21:32-də 2 ədəd foto şəklin göndərildiyi müəyyən edilmişdir. Bundan başqa “Whatsapp” mobil tətbiqində ## ######## 2025-ci il tarixdə “+994-70-254-53-53” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “077-101-15-38” saylı mobil nömrəyə saat 19:32-də “Ay fərid gör nə deyirəm qaça eşidirsən məni bir nəfər var o tema istəyir eşidirsən məni o da şəhərdən gəlir yanı yoldadı didiki qoy gəlim çatım deyir oda bizən nə deyir gəl mənədə əlbəl məndə dedimki qaça həmin adama pul lazımdı atıb görsün gəlsində deyir məndə istəyirəm gələm hələ olsun” deyə səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Eləcə də, “Whatsapp” mobil tətbiqində ## ######## 2025- ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən adı Mehman Əkbərov qeyd olunan “+994-50-327-72-37” saylı mobil nömrəyə saat 18:51-də “yerində də prosta gül verə biləcəm də a yeni ot verə biləcəm yerinə sən di ginən olarada” səsli mesajın göndərildiyi, adı Mehman Əkbərov qeyd olunan +994-50-327-72-37” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “077-101-15-38” saylı mobil nömrəyə saat 18:51-də “Daş heç yoxdu qardaşım”, “Amid pul atır sənə” deyə yazılı mesajların göndərildiyi müəyyən edilmişdir -Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1 ## ####### 2025-ci il tarixli, **** nömrəli ekspert rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs ## ####### 2025-ci il tarixdən BNM-da (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü təqsirli bilib göstərmişdir ki, o, 4-5 ildən bəri narkotik vasitə istifadəçisidir. Tutulmazdan təxminən 3-4 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan, anket məlumatlarını bilmədiyi “Əsgər” deyə tanıdığı şəxslə “Instagram” sosial şəbəkəsində tanış olmuş, həmin şəxs ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşduqda, o, sonuncuya narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Saxlanılmazdan təxminən 3-4 gün əvvəl “Əsgər” adlı şəxs ona bundan sonra onu narkotik vasitə ilə təmin edə biləcəyini və “Whatsapp” mobil tətbiqi ilə göndərdiyi konumdan 14 kiloqram nəşəni götürüb başqa ünvana aparacağı təqdirdə 500 manat pul verəcəyini söyləmişdir. Aralarında olan razılaşmaya görə “Əsgər” adlı şəxs İran slam Respublikasının ərazisindən Bakı şəhəri, Binəqədi rayonu ərazisinə 01 ədəd çantada nəşə göndərməyi, daha sonra “Whatsapp” mobil tətbiqi vasitəsi ilə həmin predmetlərin qoyulduğu yerin fotogörüntüsünü atmağı, o da həmin ünvana gedib içərisində “nəşə” olan bağlamanı götürdükdən sonra “Əsgər” adlı şəxsin tapşırıqlarına uyğun şəkildə hərəkət etməyi, növbəti göstəriş əsasında sonuncunun deyəcəyi ünvana aparıb tullamağı və bunun müqabilində “Əsgər” adlı şəxs isə ona 500 manat pul verməyi öhdəsinə götürmüşdür. O, ilk öncə “Əsgər” adlı şəxsin bu təklifi ilə razılaşmamış, çünki tutulmaqdan qorxmuş, lakin maddi sıxıntıları olduğuna görə saxlanılan gün sonuncunun bu təklifini yerinə yetirmək istəmişdir. Hadisə baş verən gün “Əsgər” adlı şəxs tərəfindən ona narkotikin olduğu yerin koordinatları göndərilmiş, ünvan onun saxlanıldığı ünvan 1 ünvanının yaxınlığı olmuşdur. Bundan sonra o, tanımadığı taksi ilə həmin ünvana getmiş, ora çatdıqda künc tərəfdə bir ədəd torba görmüş, həmin torba “Əsgər” adlı şəxsin fotogörüntüsünü göndərdiyi torba olmuş, bundan sonra o, torbanı götürüb hərəkətə başlamışdır. Həmin narkotiklərin çəkisi ağır olmuşdur. ## ######## 2025ci il tarixdə, saat 22:15 radələrində həmin ünvanda olarkən ona bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə şübhəli olduğu deyilmiş və əlində saxladığı torbanın içərisində nə olduğu soruşulmuşdur. O, narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirdikdən sonra videoçəkilişlə üzərinin yoxlanılacağı polis əməkdaşı tərəfindən izah olunmuş, daha sonra videoçəkiliş başlamış, polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımağı barədə məlumatlarının olduqlarını və olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O, bundan sonra 01 ədəd torbanı, 01 ədəd siqaret qutusunu və adapter şnurunu (yəni naqilini) polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, həmin torbanı saxladığı yerdə yoxlamaq mümkün olmadığı üçün polis əməkdaşları təxminən 30 metr aralıda torbanı yoxladıqda, içərisindən 13 ədəd bağlamada narkotik vasitə “nəşə” aşkar edilmişdir. Daha sonra həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılmış və üzəri möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Ardınca onun üstü yoxlanılmış, 01 ədəd “Samsung” markalı mobil telefon aşkarlanmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon götürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının ##.##.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Habelə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Birləşmiş Millətlər Təşkilatının ##.##.1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və ##.##.1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarının 4-cü 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, ... narkotik vasitənin qanunsuz əldə edilməsi dedikdə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” ** saylı, ##.##.2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində iş materialları ilə, eləcə də hazırda məhkəmə kollegiyasının iclasında bəraətin əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən hallar müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilə bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə əməli həmin Məcəllənin 125, 143-146cı maddələrinin tələblərinə uyğun olaraq toplanılmış, yoxlanılmış və qiymətləndirilmiş mötəbər sübutlarla: təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi və müqayisəli şəkildə tədqiq edilmiş ifadələri ilə yanaşı, iş üzrə şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin və eləcə də işdə olan digər sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Bundan başqa, məhkəmə kollegiyası məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın qanuniliyini və əsaslığını müzakirə edərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin ##.##.2025-ci il tarixli tələbnaməsindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinin ##.##.2026-cı il tarixli, *-**-**-*/*-*****/**** nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmü Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə dəyişdirilərək üzərində 02 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, ##.##.2026-cı il tarixdə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məcəlləsinin ## ###### 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən o, cəzadan azad edilmişdir. Odur ki işə baxan birinci instansiya məhkəməsi haqlı olaraq CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, müsbət xarakterizə edilməsini və səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış və ağırlaşdıran hallların olmamasını müəyyən etmişdir. Cinayət qanununun yuxarıda qeyd olunan normalarının tələbləri nəzərə alınaraq birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mübahisələndirilən hökmlə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə cinayət əməlinin tövsifi məsələsi düzgün həll edilməklə, cəza təyin etmənin ümumi prinsiplərinə və Azərbaycan Respublikası CM-in 8, 41.2, 58, 59 və 61-ci maddələrinin tələblərinə düzgün əməl edilməklə ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası hüdudlarında apellyasiya şikayətinə münasibətdə qanuni və əsaslı cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına müdafiə etmiş Güvən Vəkil Bürosunun vəkili müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Güvən Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 397, 398 və 399-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmü məhkum edilmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəmədə göstərilmiş cəmi 20 (iyirmi) iş saat hüquqi xidmətə görə müdafiəçi1 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası dövlət büdcəsi hesabından işlədiyi Güvən Vəkil Bürosunun hesabına ödənilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-410 və 412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-545/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-545/2026
23.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver