Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-547/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarənin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2, zərərçəkmiş şəxs X3 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X3 hüquqi varisinin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, ## ###### 1984-cü ildə Qəbələ rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, «xxxx» Açıq Səhmdar Cəmiyyətində sürücü inkasator işləmiş, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə, zərərçəkmiş şəxs X3 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri seçilməklə dəyişdirilməsi və onun məhkəmə iclas zalından dərhal həbsə alınması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasının əvvəli həbsə alındığı gündən, yəni ## #### 2026-cı il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, iş üzrə mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun alınaraq mülki iddiaçı Hüquqi varis xeyrinə ödənilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinə və zərərçəkmiş şəxsə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar vurulmuş maddi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malik olmalarının izah edilməsi hökm edilmişdir. Hökmlə maddi sübutlar və məhkəmə məsrəfləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərdən birinin sağlamlığına ağır zərər vurulmasına, digərinin isə ölümünə səbəb olan yol nəqliyyat hadisəsini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs ## #### 2025-ci ildə saat 10:30 radələrində Bakı Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindən keçən 44-cü kilometrində «xxxx» Açıq Səhmdar Cəmiyyətinə məxsus olan etibarnamə əsasında idarə etdiyi «Hyundai Accent» markalı **-AU-*** dövlət qeydiyyat nişanlı avtomobillə 3 zolaqlı yolun sağ zolağı ilə Qazax rayonu istiqamətində 86 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə əsasən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətlərini (tormozlama, manevr etmə və sair) vaxtında yetirməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib qeyd edilən tələbləri pozaraq orta zolaqla hərəkətdə olan avtomobilin sol tərəfdən ona yaxınlaşdığını görüb azca sağa manevr etmək istəmiş, manevr etdiyi anda idarə etdiyi avtomobilin qabaq sağ tərəfi yolun sağ tərəfində olan elektrik dirəyinə dəyib avtomobilin hava şarları açılaraq idarəetməni itirib avtomobil bardürün üstünə çıxdıqda yolları ayıran sahədə dayanmış piyadalar 1974-cü il təvəllüdlü X3 və 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyinin travmatik qansızması və əzilməsi (sağ gicgah payının epidural hematoması, sol gicgah payının subdural hematoması) ilə müşayiət olunan sağ təpə-gicgah sümüklərinin kəllə əsası sümüyün böyük qanadına və orbitanın lateral divarına keçən yerdəyişməyən xətti sınığı, sağ maksillar sinusun posterior divarında yerdəyişməyən sınıq və hemorragiyası xəsarətlərini yetirməklə sağlamlığına ağır zərərvurma ilə nəticələnən və Iradə Bədirovaya ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ təpə, sağ gicgah və ənsə sümüklərinin xətti sınıqları, hər iki bazu sümüklərinin qapalı, yerdəyişən sınıqları, sol baldır sümüklərinin açıq, yerdəyişən sınığı, başın sağ gicgah təpə-ənsə və sol qoltuqaltı nahiyələrinin əzilmiş-cırılmış yaraları, hər iki gözətrafı və sağ ayaq nahiyələrinin qançırları, alt dodaq nahiyəsinin qansızması, hər iki bazu, sol said, sol əl, döş qəfəsi, sağ sağrı və hər iki aşağı ətrafların çoxsaylı sıyrıqları xəsarətlərini yetirməklə başın sağ təpə, sağ gicgah və ənsə sümüklərinin sınması nəticəsində baş vermiş baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmadan ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X3 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis və nümayəndəsi birgə apellyasiya şikayəti verərək, hökmün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi hissəsində dəyişdirilərək 05 (beş) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi, həmçinin mülki iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında təqsirləndirilən şəxsin məhz himayəsində bir yetkinlik yaşına çatmayan uşağın olması barədə hər hansı bir sənəd mövcud deyil. Məhkəmə nəzərə almamışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayəti əməli, bu əməl ehtiyatsızlıqdan törədilsə belə bir şəxsin ölümü, digər şəxsin isə ağır xəsarət alması ilə nəticələnmişdir. Yəni faktiki olaraq təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunvericiliyində nəzərdə tutulmuş iki cinayət əməli törədilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsinin baş verməsinin qarşısını almaq, bu hadisə nəticəsində hər bir zərərçəkmiş şəxsə münasibətində tibbi yardım göstərməsinə cəhd etmək, habelə daha sonra zərərçəkmiş şəxslərə dəymiş zərərin (maddi, həmdə mənəvi) qarşılamaq kimi əsaslı hərəkətlərin edilib-edilməməsi məsələsinə qiymət verilməmişdir. Belə ki, iş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə və baxış protokoluna əlavəyə (Sxemə) nəzər yetirdikdə müəyyən etmək olar təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilin (ittihamda göstərildiyi kimi) qabaq sağ tərəfi yolun sağ tərəfində olan elektrik dirəyinə dəyib yolları ayıran sahəyə çıxdıqdan sonra bu sahədə 69 metr məsafə qət etdikdən sonra zərərçəkmiş şəxslər 1974-cü il təvəllüdlü X3 və 2004-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuşdur. Lakin bu qət edilmiş məsafə müddətində təqsirləndirilən şəxs tərəfindən hadisənin qarşısını almaq üçün avtomobilin surətinin azadılması, şəxslərin vurulmaması üçün hər hansı bir manevr etməsi istiqamətində heç bir tədbir görülməmişdir. Hadisədən sonra isə zərərçəkmiş şəxslərə dəymiş zərərin- həm maddi, həm də mənəvi zərərin qarşılanmasında heç bir addım atmamış, əməlindən peşmançılıq hissi keçirməsinə dəlalət edən hərəkətlər etməmişdir. Əksinə qohumları tərəfindən atılmış addımlar onun bu törətdiyi cinayət əməli nəticəsində cəzadan yayınmasına yönəlmiş hərəkətlər olmuşdur. Bu hallar isə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini mənfi xarakterizə edən hallardan ibarətdir. Hazırki iş üzrə məhkəmə tərəfindən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı sosial ədalətin bərpası, onun islah edilməsi və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etməsi, bu yolla cəzanın məqsədinə nail olunması hallarına balansı qiymət verilməmişdir. Bir şəxsin ölümünə, digər şəxsin isə ağır xəsarət almasına səbəb olmuş cinayət əməlini törətmiş və bu əməlinə görə səmimi peşmançılıq hissi keçirməyən şəxsə 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi ədalətli olmamaqla sosial ədalətin bərpası, onun islah edilməsi və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi daşımır. Həmçinin bu hökmə əsasən məhkəmə mülki iddiaya qiymət verərək qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun tutularaq mülki iddiaçı Hüquqi varis xeyrinə ödənilməsi məqsədə müvafiq hesab etmişdir. Bu zaman məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində bir ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin vəfat etməsi, digərinin isə ağır dərəcəli bədən xəsarətləri almaqla, hazırda da çox ciddi şəkildə müayinə və müalicələrə ehtiyacı yaranmasını nəzərə almışdır. Lakin məhkəmə nəzərə almamışdır ki, mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli nəticəsində mülki iddiaçı Hüquqi varis uzun illər ərzində birgə evlilik həyatı olan şəxsi, yəni möhkəm mənəvi bağlılığı olan arvadını itirmiş, ana qayğısına ehtiyacı olan iki azyaşlı uşaqları bu qayğıdan məhrum olunmuşdur. Eyni zamanda bu əməl nəticəsində qızı olan iş üzrə digər zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs həyatı təhlükəli xəsarət almış, hazırda da müalicəsi davam etməkdədir. Qızını itirmək qorxusu onda baş verən mənəvi əzabını daha da ağırlaşdırır. Cinayət əməli nəticəsində uzun illər ərzində hörmət və isti münasibətləri olan şəxsi, yəni həyat yoldaşını itirmiş, eyni zamanda bu əməl nəticəsində həmçinin ağır xəsarət alan və bu xəsarətlərə görə yaşaması üçün gözü qarşısında uzun müddət ərzində mübarizə aparan qızını görən şəxsin, həmçinin bu əmələ görə ana qayğısından məhrum olunmalarına görə əzab çəkən iki azyaşlı uşaqları olan şəxsin ağır iztirab və sarsıntı keçirməsi ağlabatan və qəbul edilən haldır. Mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində vurmuş olduğu mənəvi zərərə görə də mülki məsuliyyət daşımalıdır. Bu zərərə görə isə təzminatın dəyərinin 50.000 (əlli min) manat məbləğində müəyyən edilməsi hələ də davam edən mənəvi iztirabın və sarsıntının dərəcəsinə uyğundur. Lakin məhkəmə bu hala qiymət verməmiş, bu zərərə görə təzminatın məbləğini 10.000 (on min) manat məbləğində müəyyən etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, hökmü dəyişdirərək, təqsirləndirlən Təqsirləndirilən şəxs barəsində cəzanın 5 ildən aşağı həddə endirilməsinə və mülki iddianın qismən 4.000 (dörd min) manat məbləğində müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs iki uşağı olmaqla biri yetkinik yaşına çatmamışdır, əvvələr məhkum olunmamış, ailəli olmaqla ailədə yeganə qazanc gətirən şəxsdir. 16 il dövlət müəssisəsində işləmiş, hadisə ehtiyatzıslıq zəminində baş vermişdir. Himayəsində həmçinin yaşlı valideynləri olmaqla atası ürək xəstəliyindən əziyyət çəkir, anası isə heç bir yerdə işləmir. Lakin bütün bunları məhkəmə nəzərə almamış, Təqsirləndirilən şəxs həbslə əlaqədar cəza təyin etmiş və əlavə olaraq zərərçəkmişə dəyən maddi ziyanla bağlı 10.000 (on min) manat pul ödənilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs həbsdə olduğu halda həmin pulu necə ödəyəcəyini nəzərə almamışdir. Həmçinin həmin rəqəm şişirdilmiş rəqəmdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə dəfələrlə barışmağa cəhdlər etsə də onlar razılaşmamışlar. Ilk dəfədir ki, cinayət hadisəsi törədir. Hadisə ehtiyatsızlıq zəmnində baş vermişdir. Lakin bütün bunları məhkəmə nəzərə almamış, Təqsirləndirilən şəxs ağır cəza təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törətməməsini, məhkumluğu olmamasını nəzərə almamışdır. Göründüyü kimi təqsirləndiirlən şəxsin əməlində olan yüngülləşdirici halların cəza təyininə heç bir əhəmiyyətli təsiri olmamışdır. Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hallar yoxdur, kifayət qədər yüngülləşdirici hallar vardır. Lakin cəza təyin edərkən hakim bunları nəzərə almamış cəza təyin edərkən bu maddənin tələbləri pozulmuş, məhkəmə ona həmin maddənin sanskiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dördə üç hissəsindən yuxarı cəza vermişdir. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol- nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106.6-cı maddəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkum edilmiş şəxsin müdafiəçisi müdafiəçi2 apellyasiya şikayətinə əlavə verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü cəza təyini hissəsində, mülki iddianın təmin edilməsi və cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs Eynula oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, mülki iddianın qismən, yəni 4.000 (dörd min) manat təmin edilməsi, Təqsirləndirilən şəxs Eynula oğlunun cəzasını X5 Müəssisəsində çəkməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə əlavə belə əsaslandırılmışdır ki, məhkəmə kollegiyası hesab edir ki, məhkum edilmiş şəxsin əməlini tam etiraf edərək peşmançılıq çəkməsi məhkum edilmiş şəxsin öz ifadəsi ilə təsdiq olunur ki, bu da, iclas protokolu ilə sübut olunur. Həmçinin cinayət işinin materialarında olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş Əməliyyat və Statistik Informasiya Idarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Eynula oğlunun əvvəllər məhkumluğu olmamışdır. O cümlədən, cinayət işinin materialarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Eynula oğlunun himayəsində yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə hökmü ilə müəyyən olundu ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Eynula oğluna cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün halar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngüləşdirən haların (hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması) olması, ağırlaşdıran haların isə lmaması, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınması qeyd edilsə də, lakin həmin haları məhz hansı formada nəzərə alınmasını müəyyən etmək mümkün deyil. Cinayəti etiraf edərək əməlindən səmimi peşman olması, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd göstərməsi, zərəri qismən ödəməsi, hadisədən dərhal sonra təcili tibbi yardım çağırması nəzərə alınmamışdır, halbuki, bu hallar bəzisi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.1.14-cü maddəsi ilə nzərə alınmalı, bəzisi isə və 59.2-ci maddəsi ilə nəzərə alına bilər. Ilk növbədə qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi hökmünü əsaslandıra bilməmişdir ki, nə üçün Təqsirləndirilən şəxs Eynula oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yalnız ən yüksək həddə cəza təyin edildiyi halda cəzanın məqsədinə nail olmaq mümkündür. Hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Eynula oğluna daha aşağı həddə cəza təyin edilə bilmə imkanına malik olduğu halda, ona daha ağır cəza təyin olunması ilə cəzanın məqsədini təmin etməsini əsaslandırmamış, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin (törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir) tələblərinə əməl etməmiş və məhkuma açıq aydın ağır cəza təyin etmişlər. Birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin imperotiv tələblərini nəzərə almadan, həmin maddəni tətbiq etməmiş, sonuncuya ittiham olunduğu maddənin snaksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın dördə üçündən ağır cəza təyin etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcələsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli ehtiyatsızlıqdan törədilən cinayətlər kateqoriyasına aiddir və qanunvericilik həmin maddə üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasının hansı növ cəzaçəkmə müəssisəsində çəkilməsini avtomatik olaraq zərərçəkmişlə barışığın olub-olmaması ilə şərtləndirmir. Qanunvericilikdə X5 müəssisəsində cəza çəkmənin mütləq surətdə zərərçəkmişlə barışıqdan asılı olmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyil, bu barədə Ali Məhkəmənin hər hansı bir vahid məhkəmə təcrübəsi yoxdur və ola bilməz. Xüsusi olaraq nəzərə almaq lazımdır ki, zərərçəkmiş şəxsin hüquqi varisinin barışıqdan imtina etməsi və sonradan yüksək məbləğdə (50.000 manat) maddi tələb irəli sürməsi, Təqsirləndirilən şəxs maddi imkanları ilə obyektiv surətdə uzlaşmayan şərtlər müəyyən etməsi, barışığın baş tutmamasını Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərlə izah etməyə əsas verir. Belə olan halda, barışığın formal olaraq əldə edilməməsi məhkumun mənfi xarakteristikası kimi qiymətləndirilə bilməz və onun daha ağır rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsinə əsas verə bilməz. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Hökmdən zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətini və əlavəsini müdafiə edərək, apellyasiya şikayətinin və əlavəsinin təmin edilməsini, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün cəza təyini hissəsində, mülki iddianın təmin edilməsi və cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi hissəsində dəyişdirilməsi, Təqsirləndirilən şəxs Eynula oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təyin edilmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, mülki iddianın qismən, yəni 4.000 (dörd min) manat təmin edilməsi, Təqsirləndirilən şəxs Eynula oğlunun cəzasını X5 Müəssisəsində çəkməsi barədə qərarın çıxarılmasını, zərərçəkmiş şəxsin hüquqi varisi və nümayəndəsinin birgə verdiyi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs X3 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X3 hüquqi varisinin nümayəndəsi (vəkili) Nümayəndə verilmiş apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, hökmün təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 05 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi hissəsində dəyişdirilərək 05 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzanın təyin edilməsi, həmçinin mülki iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilərək mülki iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini, müdafiəçinin apellyasiya şikayətinin və əlavəsinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X4 məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinin, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavənin dəlillərini əsassız hesab edərək təmin edilməməsini, zərərçəkmiş şəxs X3 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməsinə etiraz etməməsini bildirmişdir. Işin hüquqi məsələləri: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətlərinin və əlavəsinin dəlillərini müzakirə edərək, cinayət prosesi tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayətləri və əlavəsi təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və əlavəsinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Ittiham və müdafiə tərəfindən verilmiş apellyasiya şikayətlərindən və əlavəsindən göründüyü kimi, törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmiş, yalnız təyin edilən cəzanın həddi və mülki iddia mübahisələndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək törətdiyi cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış və birinci instansiya məhkəməsində məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış mötəbər sübutlara birgə qiymət verən və həmin sübutlara əsaslanan birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkum edilmiş Təqsirləndirilən şəxs təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş tərəf məhkum edilmiş şəxsə təyin olunmuş cəzanın ağırlaşdırılmasını, müdafiə tərəfi isə cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli ** saylı Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən ağırlaşdıran halların olmamasını, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası daxilində 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, əsas cəza kimi 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət qanunvericiliyinə əsasən cəza təyini zamanı əsas götürülən halların məcmusu, yəni təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, eləcə də zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəmə hökmündən cəzanın həddi ilə bağlı narazı olması və qeyd edilən yüngülləşdirən hallar nəzərə alındıqda, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəza məhkum edilmişin şəxsiyyətinə, törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğundur. Məhkəmə sanksiyada nəzərdə tutulan cəzanın yuxarı həddinə yaxın həddə cəza təyin etmişdir. Müdafiə tərəfi apellyasiya müraciətində məhkəmənin cəza təyin edərkən Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə riayət etməməsini qeyd etmişdir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar işin faktiki halları ilə müəyyən edilməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqi üçün əsaslar yaranmamışdır. Məhkəmə hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə aldığından mahiyyətcə eyni olan əvvəl məhkumluğunun olmamasını yüngülləşdirən hal kimi nəzərə ala bilməzdi. Eyni zamanda məhkəmə kollegiyası zərərçəkmiş tərəfin apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, yuxarıda sadalanan cəzanı yüngülləşdirən və cəza təyin zamanı nəzərə alınan digər halların məcmusu və ağırlaşdıran halların olmaması baxımından məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs yuxarı həddə təyin edilmiş cəzanın həddinin daha da artırılması üçün əsaslar yoxdur. Odur ki, təyin edilən cəza ədalətli, qanuni və cinayətin nəticələrinə mütənasibdir. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən hallın mövcudluğunu, cəzanı ağırlaşdıran halların isə olmamasını əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətlərin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Mülki iddiaya gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, zərərçəkmiş tərəf mülki iddianın tam təmin edilməsini, müdafiə tərəfi isə təmin edilmiş mülki iddianın qismən (azaldılmasını) təmin edilməsini xahiş etmişdir. Iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis tərəfindən verilmiş mülki iddiadan aydın olur ki, zərərçəkmiş şəxsin hüquqi varisi Hüquqi varis cinayət hadisəsi nəticəsində ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 50.000 (əlli min) manat məbləğində məhkəməyə mülki iddia vermişdir. Məhkəmə iş üzrə verilmiş mülki iddiaya münasibətdə isə hesab etmişdir ki, mülki iddianın qismən təmin edilərək, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat məbləğində pulun tutularaq mülki iddiaçı Hüquqi varis xeyrinə ödənilməsi daha məqsədə müvafiqdir. Belə ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində bir ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən biri vəfat etmiş, digəri isə ağır dərəcəli bədən xəsarətləri almaqla, hazırda da çox ciddi şəkildə müayinə və müalicələrə ehtiyacı yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin mənəvi zərərlə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, tutulmuş mənəvi zərərin əvəzinin həcminin artırılması və azaldılması üçün əsas görmür. Belə ki, Ali Məhkəmənin Plenumunun ## ###### 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair ## ### 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Apellyasiya şikayətlərinin mənəvi zərərlə bağlı dəlillərini yuxarıda qeyd edilən məhkəmə aktlarının tələbləri baxımından dəyərləndirən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin təmin etdiyi 10.000 (on min) manat mənəvi ziyanın məbləği işin hallarına nəzərən ağlabatan və ədalətlidir, məbləğin dəyişdirilməsi üçün yeni əsaslar görmür. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı pozuntulara yol verilməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri və apellyasiya şikayətinə əlavə əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə və apellyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavə, zərərçəkmiş şəxs X3 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ## #### 2026-ci il tarixli hökmü məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə, məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə, zərərçəkmiş şəxs X3 hüquqi varisi (mülki iddiaçı) Hüquqi varis və nümayəndəsi Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Aqil Musayev
Məhkəmə qərarları › İş №1(3-6)-547/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-547/2026
14.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver