Məhkəmə qərarları › İş №1(3-6)-553/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-553/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanRespublikasıadından Qərar Bakışəhəri İş№1(3-6)-553/2026 15.07.2026 BAKIAPELLYASIYAMƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, ## ###### 1986-cı il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə, ev 25 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəməiclasındabaxaraq,məhkəməkollegiyası müəyyən e t d i: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı İmanov Samir Vaqif oğlunun etibarından sui-istifadə edərək guya sonuncuya Bakı şəhəri, Yasamal rayonu ərazisində inşa edilən sosial evlərdən mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə ## ###### 2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci mkr. 1 ünvanın yaxınlığında Samir İmanovun atası İmanov Vaqif İdris oğlunun vasitəsi ilə 1.400 manat, ## ######## 2023cü il tarixdə ünvan 2 ünvanın yaxınlığında atası Vaqif İmanovun vasitəsi ilə 400 manat, ## ####### 2023-cü il tarixdə Xətai rayonu, Babək prospekti 9 ünvanında Samir İmanovun tanışı şahid2 vasitəsi ilə 300 manat, ## ####### 2023-cü il tarixdə ünvan 3 “A” ünvanın qarşısında 150 manat, ## ###### 2023-cü il tarixdə həmin ünvanda Samir İmanovdan 150 manat, cəmi 2.400 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs İmanov Samir Vaqif oğluna ümumilikdə 2.400 (iki min dörd yüz) manat miqdardamaddiziyanvuraraqdələduzluqetmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı İmanova Nərmin Zəki qızının etibarından sui-istifadə edərək guya sonuncuya Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində inşa edilən sosial evlərdən mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə ## ### 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2930 ünvanın qarşısında Nərmin İmanovadan 2.000 manat, ## ######## 2023-cü il tarixdə Nərİmanov rayonu, Təbriz küçəsi 94 ünvanın qarşısında 6.000 manat, ## ####### 2023-cü il tarixdə Xətai rayonu, Gəncə prospekti 2930 ünvanın yaxınlığında 500 manat, ## ####### 2023-cü il tarixdə həmin ünvanda 700 manat, ## ###### 2023-cü il tarixdə həmin ünvanda 1.347 manat, ## ###### 2023-cü il tarixdə həmin ünvanda 1.500 manat, cəmi 12.047 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs İmanova Nərmin Zəki qızına ümumilikdə 12.047 (on iki min qırx yeddi)manatxeylimiqdardamaddiziyanvuraraqdələduzluqetmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə günəgün hesabı ilə hesablanaraq 02 (iki) gün həbsdə saxlama müddəti təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasıhökmedilmişdir. Hökmdən Azərbaycan Respublikasının Baş prokurorunun müavini Heydər Məmmədov apellyasiya protesti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmününcinayətqanununormasıdüzgüntətbiqedilməklədəyişdirilməsinixahişetmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Qaradağ Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025- ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, məhkəmə tərəfindən hazırkı hökmlə cəza təyin olunarkən Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli hökmü nəzərə alınmamış, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq, yəni cinayətlərin məcmusu qaydasında qəti cəza təyin edilməli halda, cinayət qanunu normasıdüzgüntətbiqedilməmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı apellyasiya protestinin məzmununa uyğun çıxış edərək, həm də təqsirləndirilən şəxsə Milli Məclisin ## ###### 2025-ci il tarixli amnistiya qərarının da tətbiq edilməli olduğunu və həmin qərarın 3.1-ci maddəsi tətbiq edilməklə təyin olunmuş ümumi cəzanın 6 ay azaldılması məsələsinin qüvvədə olduğunu və təyin ediləcək qəti cəzadan həmin 6 ay müddətinin azaldılması məsələsi ilə bağlı da məhkəməyə şəxs barəsində amnistiya qərarının 3.1-ci bəndi də tətbiq edillməsini təklif etdiklərini bildirərək verilmiş apellyasiyaprotestinintəminedilməsinixahişetdi. Məhkəmə iclasında çıxış edən müdafiəçi təyin olunmuş cəzanın və şəxsin vəziyyətinin ağırlaşdırılması ilə bağlı apellyasiya protestində hər hansı müddəa olmadığını bildirərək apellyasiyaprotestinintəminedilməsinəetirazetmədiyinibildirdi. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs anasının yataq xəstəsi olduğunu, bir övladının 9 ildir şəkər xəstəsi olduğunu, təkcə anasının təqaüdü ilə dolandıqlarını bildirərək onaköməkgöstərilməsinixahişetdivəmüdafiəçisininbildirdikləriilərazıolduğunubildirdi. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini müzakirə edərək, cinayət işinin materiallarını araşdırıb proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslaragörəapellyasiyaprotestiqisməntəminedilməli,hökmdəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinindüzgünlüyünüyoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinindəlillərindənasılıolmayaraqyoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsiüçünmühüməhəmiyyətkəsbedənxüsusatlarınməcmusubaşadüşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər birhaldavətamhəcmdəyoxlamalıdır. Apellyasiya protestində məhkum edilmiş şəxsin təqsirli bilindiyi əməlin hüquqi tövsifi, təqsirli olub-olmaması məsələsi mübahisələndirilməmişdir. Baş prokurorun müavini protestdə cinayət qanunu normasının düzgün tətbiq edilməməsinə iddia edərək tələbini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarlaəlaqələndirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 399.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarınındəyişdirilməsiüçünəsasdır. Cinayət işinin materiallarına əsasən, istər ibtidai araşdırma zamanı, istərsə də birinci instansiya məhkəməsinin məhkəmə iclasında məhkum edilmiş şəxs ona elan olunmuş ittiham üzrə cinayətin halları haqda hökmün təsviri hissəsinə uyğun ifadələr vermişdir. Məhkum edilmiş şəxsin ittiham olunduğu cinayət əməli onun qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, protokollar və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Cinayət-Prosessual Məcəllənin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib düzgün nəticəyə gələrək məhkum edilmiş şəxsi Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadanazadedilməsinəəsaslarmüəyyənedilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-birilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən cinayət qanunu normasının düzgüntətbiqolunmamasıbarədəapellyasiyaprotestinindəliliilərazılaşır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinin əsaslı olduğunu qeyd edərək bildirir ki, hazırkı işin hallarından görünür ki, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs İmanov Samir Vaqif oğlunun etibarından sui-istifadə edərək guya sosial evlərdən mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq ## ###### 2023-cü il tarixdə 1.400 manat, ## ######## 2023-cü il tarixdə 400 manat, ## ####### 2023-cü il tarixdə 300 manat, ## ####### 2023-cü il tarixdə 150 manat, ## ###### 2023-cü il tarixdə 150 manat, cəmi 2.400 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə zərərçəkmiş şəxs İmanov Samir Vaqif oğluna ümumilikdə 2.400 (iki min dörd yüz) manat miqdarda, İmanova Nərmin Zəki qızının da etibarından sui-istifadə edərək guya sosial evlərdən mənzil alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq ## ### 2023-cü il tarixdə 2.000 manat, ## ######## 2023-cü il tarixdə 6.000 manat, ## ####### 2023- cü il tarixdə 500 manat, ## ####### 2023-cü il tarixdə 700 manat, ## ###### 2023-cü il tarixdə 1.347 manat, ## ###### 2023-cü il tarixdə 1.500 manat, cəmi 12.047 manat nağd pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zərərçəkmiş şəxs İmanova Nərmin Zəki qızına ümumilikdə 12.047(onikiminqırxyeddi)manatxeylimiqdardamaddiziyanvuraraqdələduzluqetmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin mübahisələndirilən ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə həmin əməlinə görə təqsirli bilinərək məhkum edilmiş və barəsində cəzatəyinedilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli tələbnamədən görünürki,Təqsirləndirilənşəxs:  Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətəislahişləricəzasınaməhkumedilmişdir.  Səbail rayon Polis İdarəsi İstintaq Şöbəsində 210024010 nömrəsi ilə başlayan cinayət işi ## #### 2021-ci ildə Cinayət-Prosessual Məcəllənin 40.2-ci maddəsinə əsasən rədd edilmişdir.  Gəncə Baş Polis İdarəsində 220554028 nömrəsi ilə başlayan cinayət işi ## #### 2022-ci ildəCinayət-ProsessualMəcəllənin40.3-cümaddəsinəəsasənrəddedilmişdir. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həm də Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli ## ###### 2025-ci il tarixdən hesablanmış, başqa yerə getməmək haqqında qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunması və hökm qanuniqüvvəyəminənədəkdəyişdirilmədənsaxlanılmasıhökmedilmişdir. Həmin hökmdən görünür ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Vəliyev İlkin Nazim oğluna sonuncunun bacısı oğlu X3 Sabunçu rayon Polis İdarəsində araşdırılan cinayət işi ilə əlaqədar həbsdən azad etdirə biləcəyini yalan vəd verib aldadaraq, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs göndərdiyi X5 adına olan 4098584464713708 hesab nömrəli kart hesabına Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən “Araz minimarket”in daxilindəki MilliÖn terminalı vasitəsilə göndərilmiş 1000 manat, ## ###### 2025-ci il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi +************ mobil nömrəsinin M10 hesabına 1800 manat, ## ###### 2025-ci il tarixdə həmin mobil nömrənin M10 hesabına 200 manat pulu göndərməklə və kirayə yaşadığı Abşeron rayonu, Digah qəsəbəsi, Yanar dağ adlanan yerə yaxın fərdi evin qarşısında 2000 manat verməklə, ümumilikdə vahidniyyətlə5000(beşmin)manatpulualıbələkeçirərəkdələduzluqetmişdir. Amma Bakı şəhəri Xətai Rayon Məhkəməsi ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmlə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun bundan əvvəl Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə təqsirli bilinərək məhkum edilməsivəonacəzatəyinedilməsifaktınəzərəalınmamışdır. Məhkəmə kollegiyası bu hissədə apellyasiya protestinin dəlilləri ilə razılaşır və qeyd edir ki, Cinayət Məcəlləsinin 66-cı maddələrinin tələbləri cinayət qanunvericiliyin tələblərinə əsasən nəzərəalınmalıidi. Belə ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu haldabirincihökməəsasənçəkiləncəzaqəticəzamüddətinəhesablanır. Müvafiq hüquqi məsələ ilə bağlı “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətintörədilməsihallarınatətbiqedilir. Qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair qəbul edilmiş Qərarında “hökm çıxarılmazdan əvvəl”, “hökm çıxarıldıqdan sonra”, “məhkum” ifadələrinin mənası açıqlanaraq, həmin maddədə qanuni qüvvəyə minmiş hökmün nəzərdə tutulduğu qeyd olunmuşdur. O da nəzərə alınmalıdır ki, yeni cinayət işi üzrə ittihama baxan məhkəmə başqa məhkəmənin hökmünə müdaxilə etmək, o cümlədən həmin şəxsin əvvəlki əməlinə görə cəzanı yenidən müəyyən etmək səlahiyyətinə malik deyil. Əvvəlki hökmü çıxarmış məhkəmə tərəfindən müəyyən edilmiş cəza nəzərə alınmaqla qəti cəza təyin edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımındanşərhedilməsinədair”2021-ciil#######tarixliQərarı). Qeyd olunanların təhlilindən belə qənaətə gəlmək olar ki, qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədildiyi hallarda hökmlərin məcmusu üzrə cəza təyin edilir. Nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı da həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanıntəyinedilməsininmümkünlüyünuistisnaedənəsaskimiqəbulediləbilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanınqəticəzamüddətinəhesablanmasınınəzərdətutmuşdur. Qanunvericinin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusunun mövcud olduğu hər bir halda, o cümlədən birinci hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydadacəzatəyinedilməsimütləqdir. Qərarda qeyd olunur ki, əks yanaşma, yəni şəxsə hökmün qanuni qüvvəyə mindiyi ana qədər törədilmiş cinayətə görə cinayətlərin məcmusu qaydasında deyil, ayrılıqda cəza təyin edilməsi cinayət qanununun cəza təyinetmə ilə bağlı qaydalarına zidd olmaqla yanaşı, həmçinin şəxsədahaağırhəddəcəzatəyinedilməsiilənəticələnəbilər. Göründüyü kimi, müvafiq Plenum Qərarında məhz cəzaların toplanılması və ya birinci hökməəsasənçəkiləncəzanınqəticəzamüddətinəhesablanmasınınəzərdətutmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, bu hissədə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qisməntoplanmaqla,Təqsirləndirilənşəxsqəticəzatəyinedilməlidir. Məhkum edilmiş şəxsə təyin edilmiş cəzanın növü və həddi məsələsinə gəldikdə isə Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindənyenicinayətlərintörədilməsininqarşısınıalmaqməqsədiilətətbiqedilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islaholunmasınavəonunailəsininhəyatşəraitinətəsirinəzərəalınır”(maddə58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanınməqsədlərinitəminedəbilmir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyətkəsbedir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimaitəhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsinivəcəzanındigərməqsədlərinitəminedəbilsin. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə cinayət qanununun 178.2.2 və 178.2.4-cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir vəCinayətMəcəlləsinin15.3-cümaddəsindəazağırcinayətkimitəsnifedilmişdir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında ## ###### 2024-cü il tarixli qərara istinad edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs himayəsində ## ###### 2011-ci il təvəllüdlü X6 və ## ######## 2017-ci il təvəllüdlü X4 olması və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmış və ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində nəzərdə tutulmuş həddə cəzatəyinetmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyatşəraitinətəsirininəzərəalmalıdır(Cinayət Məcəlləsinin 58.3-cümaddəsi). Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində təsbit edilən cinayətin obyektini, ictimai təhlükəlilik dərəcəsini, qəsdən törədilməsi, az ağır cinayət olması kimi hallar Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası müəyyən olunarkən qanunvericinin nəzərəaldığıxüsusiyyətlərdir. Qeyd olunan halların fonunda məhkum edilmiş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitinə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış edir və bu səbəbdən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinin tələbləri ilə uzlaşmayan,açıq-aydınyüngülvəyaağırcəzakimiqiymətləndiriləbilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərinroluvəs.)əsasənmüəyyənedilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğunolmasıizahedilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərintörədilməsininqarşısınınalınmasınaxidmətedir. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Hazırkı iş üzrə isə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddətəyinedilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günəsəkkizsaathesabıiləhesablanır. İş materiallarından görünür ki, hazırkı iş üzrə ## ###### 2024-cü il tarixli axtarışda olan şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonu, Qəçrəş kəndindəsaat23:00radələrindəsaxlanılaraqtutulmuşdur. ## ###### 2024-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanıldığı Xətai rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında ## ### 2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:46 radələrində şübhəli şəxs qismindətutulmuşdur. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında ## ### 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Abşeron rayon Polis İdarəsinin müvəqqəti saxlamayerindənazadedilmişdir. Həmçinin həmin müddət də qəti olaraq təyin edilmiş cəza müddətinə hesablanmaqla qəti cəzadançıxılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2003-cü il tarixli Qərarına əsasən, Cinayət Məcəlləsinin 68-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin və hökmlərin məcmusu üzrə cəzaların tamamilə və ya qismən toplanılması zamanı müddətlər müəyyən edilərkən Cinayət Məcəlləsinin 68.1.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Cinayət-Prosessual Məcəllənin 202.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanıbuMəcəlləiləmüəyyənolunmuşmüddətlərsaatlar,günlər,aylarvəillərləhesablanır. Beləliklə, hazırkı cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və əvvəlki cinayət işi üzrə ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət,cəmi04günmüddətqətiolaraqtəyinedilmişcəzadançıxılmalıdır. Buna baxmayaraq, məhkəmə kollegiyası həm də qeyd edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)- ***/**** saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzadan əvvəlki cinayət işi üzrə ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırkı cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, cəmi 04 gün müddət çıxılmalı, üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanmalı, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin müddəti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarı tətbiq edilməklə06(altı)ayazaldılmalı,hökmqalanhissələrdədəyişdirilmədənsaxlanılmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbuledilir. Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərinməhkumluğugötürüləbilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan məhkumların cəzasının 6ayazaldılmasımüəyyənolunmuşdur. Həmin qərarın 5.2.3-cü maddəsinə əsasən, məhkəmələr bu Qərarın 3-cü hissəsində nəzərdətutulanşəxslərincəzalarınıazaldırlar. Həmin qərarın 5.3-cü maddəsinə əsasən, məhkəmələr icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 5.1-ci və 5.2-ci bəndlərinin müddəalarınamüvafiqolaraqamnistiyatətbiqedirlər. Həmin Qərarın 19.5-ci bəndinə əsasən, amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası Məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələrtərəfindəntətbiqedilir. Həmin Qərarın 26-cı hissəsinə əsasən apellyasiya şikayəti və ya protesti verilmiş qanuni qüvvəyə minməmiş hökmlər üzrə şəxslərə amnistiya həmin şikayətlərə və ya protestlərə apellyasiyainstansiyasıməhkəmələrindəbaxılarkəntətbiqedilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədəqərarqəbuletməksəlahiyyətinəmalikdir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 403-cü maddəsinə əsasən, tətbiq edilməli olan cinayət qanunu normasının məhkəmə tərəfindən tətbiq edilməməsi, tətbiq edilməli olmayan cinayət qanunu normasının tətbiq edilməsi, cinayət qanunu normasının düzgün şərh edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsinə, yaxud dəyişdirilməsinə səbəb olancinayətqanunununnormasınındüzgüntətbiqedilməməsihesabedilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya protesti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmüdəyişdirilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli ** saylı Qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci iltarixli***saylıdəyişikliklərnəzərəalınmaqla)dövlətbüdcəsindənödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin193,397.1,397.2,398.1.4,399.1.4və410-cumaddələrinirəhbərtutaraq, qərara aldı: Apellyasiya protesti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində olan Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı hökmü ilə Cinayət Məcəlləsinin 178.1-ci nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxsqətiolaraq02(iki)il03(üç)aymüddətinəazadlıqdanməhrumetməcəzasıtəyinedilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə ## ### 2025-ci il tarixdən ## ### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və hazırkı cinayət işi üzrə ## ###### 2024-cü il tarixdən ## ###### 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, cəmi 04 gün müddət qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdanməhrumetməcəzasısaxlanılsın. Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 3.1, 5.2.3 və 5.3-cü bəndləri tətbiq edilərək Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 06 (altı) ayazaldılaraq01(bir)08(səkkiz)ay26(iyirmialtı)günmüddətinəendirilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2025-ci il tarixdən hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 165 (bir yüz altmış beş) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasınakassasiyaşikayətivəkassasiyaprotestiveriləbilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar