Məhkəmə qərarları › İş №1(3-6)-556/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-556/2026

19.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-556/2026 19.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hümbətov Fəhmin Zaur oğlunun sədrliyi və məruzəsi ilə, X1 və şahid7 İrfan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Boroyev Əli Əhməd oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Zərərçəkmiş şəxs – İbişov Elxan Murad oğlunun, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – “Qanunçuluq” Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, ## #### 1969-cu il tarixdə Salyan rayonu, Qaracala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, məhkum olunmamış, Abşeron rayonu, Masazır qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMin) 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən zərərçəkmiş şəxs İbişov Elxan Murad oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakimlər Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər X2 və X7 ibarət tərkibdə) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməklə 2 (iki) il sınaq müddəti müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, hökmün icrasının Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməsi, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulması hökm edilmişdir. Hökmlə həmçinin qətimkan tədbiri və maddi sübut məsələləri də həll edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən və zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vuraraq dələduzluq etməklə CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Belə ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işlədiyi dövrdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gələrək tanışı X3 etibarından sui-istifadə edərək sonuncuya kredit müqaviləsi üzrə öhdəlikləri vaxtı-vaxtında yerinə yetirəcəyi barədə yalan vəd verib aldadaraq Xalid Qasımovdan “xxxx” Açıq Səhmdar Cəmiyyətindən kredit götürmək üçün evini kreditin təminatı kimi ipoteka ilə yüklü etməsini xahiş etdikdən sonra özünə məxsus “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış ##.##.2014-cü il tarixli, 124 NH nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun olaraq 48 ay müddətində illik 18 faizlə ayrılmış 150.000 (bir yüz əlli min) manat kreditin təminatı kimi həmin tarixli ipoteka müqaviləsi ilə ünvan 2 ünvanda yerləşən 182 kv/m sahəsi olan iki mərtəbəli, 3 otaqdan ibarət Xalid Qasımova məxsus fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə nail olduqdan sonra banka cəmi 18147 manat ödəniş etməklə kifayətlənərək sonrakı ödənişləri etməmiş, Xalid Qasımov ##.##.2020-ci ildə vəfat etdikdən sonra Bakı şəhəri, Səbail rayon məhkəməsi tərəfindən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin iddiası əsasında borcun ipoteka ilə yüklü edilmiş həmin yaşayış evinə yönləndirilməsi barədə qətnamə çıxarıldığı üçün o, Xalid Qasımovun oğlu zərərçəkmiş şəxs1 həmin yaşayış evini girovdan azad etmək üçün sonuncunun öz vəsaiti hesabına yaranmış borcu qaytarması və sonradan zərərçəkmiş şəxs1 ödəyəcəyi məbləği ona qaytaracağı barədə yalan vəd verib etibarından sui-istifadə edib onu aldadaraq 158.000 manat külli miqdarda pulun onun xeyrinə bankın hesabına ödənilməsinə nail olmaqla zərərçəkmiş şəxs1 158.000 manat külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən “xxxx M” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işlədiyi dövrdə aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz olaraq tanışı zərərçəkmiş şəxs2 əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gələrək zərərçəkmiş şəxs2 70.000 manat pul verəcəyi halda özünə məxsus “xxxx M” Məhdud Məsuliyyətli Cəmiyyətinin guya “Sumqayıt Texnologiyalar Parkı”nın nəzdində fəaliyyət göstərən ’’Metallurgiya” zavodu ilə bağladıqları alğı-satqı müqaviləsi əsasında şərikli qaydada İran İslam Respublikasından kvarsit, odadavamlı beton və digər tikinti materiallarını Azərbaycan Respublikasına idxal edib satmaqla birlikdə gəlir əldə edə biləcəkləri barədə yalan vədlər verib aldadaraq zərərçəkmiş şəxs2 ## ###### 2021-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən notariat kontorunda 70.000 manat, daha sonra kommersiya fəaliyyətini genişləndirmək üçün həmin layihə üzrə 2021-ci ilin may ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısında həmin dövrün məzənnəsi ilə 68.000 Azərbaycan manatı ekvivalentində 40.000 ABŞ dolları, 2021-ci ilin iyun ayında, istintaqa məlum olmayan tarixlərdə və vaxtlarda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “xxxx” şirkətinin qarşısında, həmin dövrün məzənnəsi ilə 42.500 manat Azərbaycan manatı ekvivalentində 44.0 ABŞ dolları, 20.400 manat Azərbaycan manatı ekvivalentində 12.000 ABŞ dolları, 27.200 manat Azərbaycan manatı ekvivalentində 16.000 ABŞ dolları, 2021-ci ilin sentyabr ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının qarşısında həmin dövrün məzənnəsi ilə 74.800 manat Azərbaycan manatı ekvivalentində 44.0 ABŞ dolları, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində 10.000 manat pulu aldıqdan sonra 2021ci ilin sentyabr ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində alaraq əldə etdiyi həmin məbləğlərdən müxtəlif vaxtlarda ona hissə-hissə cəmi 35.500 manat qaytarmaqla zərərçəkmiş şəxs2 etibarını qazanmış və onun etibarından sui-istifadə edərək sonuncuya məxsus cəmi 312.900 manat külli miqdarda pulu qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə ələ keçirib X8 cəmi 312.900 manat külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, “xxxx M” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işlədiyi dövrdə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz olaraq zərərçəkmiş şəxs4 əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gələrək, tanışı İsmayılov Ömər Cuma oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun vasitəsi ilə tanıdığı zərərçəkmiş şəxs4 100.000 manat pulun qarşılığında direktoru olduğu “xxxx M” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsi ilə İran İslam Respublikasından müxtəlif oda davamlı beton və digər tikinti materialları idxal edib satışını təşkil etməklə qazanc əldə edə biləcəkləri barədə qulluq mövqeyindən istifadə edərək yalan məlumat verib, onu aldadaraq ## ###### 2021ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 54 ünvanında yerləşən “Eskobar” kafesində zərərçəkmiş şəxs4 100.000 manat pulu aldıqdan sonra həmin puldan 20.0 manatını ona qaytarmaqla zərərçəkmiş şəxs4 etibarını qazanmış və onun etibarından sui-istifadə edərək sonuncuya məxsus 100.000 manat pulu ələ keçirib zərərçəkmiş şəxs4 100.000 manat külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, “xxxx M” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işlədiyi dövrdə təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz olaraq Məmmədov İlqar Mürşüd oğlunun əmlakını tamah məqsədilə ələ keçirmək qərarına gələrək tanışı İsmayılov Ömər Cuma oğlu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək sonuncunun vasitəsi ilə tanıdığı Məmmədov İlqar Mürşüd oğluna 30.000 ABŞ dolları qarşılığında direktoru olduğu “xxxx M” Məhdud Məsuliyyətli Cəmiyyəti vasitəsilə İran İslam Respublikasından armatur çubuğu idxal edib satışını təşkil etməklə qazanc əldə edə biləcəkləri barədə qulluq mövqeyindən istifadə edərək yalan məlumat verib onu aldadaraq ## ###### 2022-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 54 ünvanında yerləşən “Eskobar” kafesində İlqar Məmmədovdan 51.000 Azərbaycan manatı ekvivalentində 30.000 ABŞ dolları alaraq kommersiya fəaliyyətinə sərf etməyib şəxsi ehtiyaclarına xərcləməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə Məmmədov İlqar Mürşüd oğluna 51000 manat külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə qanunsuz və əvəzsiz olaraq özgə əmlakını tamah məqsədi ilə ələ keçirmək qərarına gəlib, tanışı şahid9 vasitəsi ilə İbişov Elxan Murad oğluna 60.000 manat pulun qarşılığında sonuncunun Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2020- ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş oğlu Elşad Muradlmm həmin cəzasını yüngülləşdirmək imkanının olması barədə yalan vəd verib aldadaraq ## ###### 2022-ci il tarixdə istintaqa məlum olmayan vaxtda ünvan 1 ünvanında yerləşən “Montin” kafesinin qarşısında 60.000 manat pulu şahid9 alaraq aldatma və etibardan sui-istifadə etməklə İbişov Elxan Murad oğluna 60.000 manat külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə əvvəlcədən tanıdığı İbişov Elxan Murad oğlunun 2.000 manat pulunu tamah məqsədilə ələ keçirmək qərarına gəlib, Elxan İbişova İran İslam Respublikasından Azərbaycan Respublikasına idxal etdiyi tikinti materiallarının gömrük rüsumunu ödəmək üçün lazım olduğunu bildirib, qısa müddətdə qaytaracağı barədə yalan vəd verib aldadaraq və etibarından sui-istifadə edərək 2022-ci ilin mart ayının əvvəllərində, istintaqa məlum olmayan tarixdə və vaxtda Beyləqan rayonu, 1-ci Şahsevən kəndində yerləşən “Oskar” X11rşısında Elxan İbişovdan 2000 manat pulu alıb şəxsi ehtiyaclarına xərcləyərək İbişov Elxan Murad oğluna 2000 manat ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Hökmdən zərərçəkmiş şəxs İbişov Elxan Murad oğlu apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün Azərbaycan Respublikası CM-in 70ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilməklə dəyişdirilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hökm çıxararkən həddindən artıq yüngül cəza təyin etmiş, ona ittiham elan edilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəza təyin edilməsi üçün əsaslar olsa da, məhkəmə bunu etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yüngül cəza təyin etmişdir, cinayət işinin materiallarında onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir, o, zərərçəkən şəxslə barışmamış, vurulmuş ziyanı ödəməmişdir. Bu isə onu göstərir ki, Təqsirləndirilən şəxs əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmuş, bu səbəbdən Cinayət Məcəlləsinin 70-ci maddəsi xaric edilməli və o, cəmiyyətdən təcrid edilməklə azadlıqdan məhrum etmə növündə yuxarı həddə cəza təyin edilməlidir. Yalnız bununla cəzanın məqsədinə nail olmaq olar. Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs İbişov Elxan Murad oğlu verilmiş apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd olunan maddələrin mahiyyətinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsini apellyasiya müraciətinin hüdudlarında, cinayət və cinayət prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən apellyasiya şikayəti və ya apellyasiya protestinin dəlillərində bu barədə tələb irəli sürülmədikdə də yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Konstitusiyanın 129cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ### 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə kollegiyası hazırkı cinayət işin materiallarını öyrənib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətinin təmin olunması barədə dövlət ittihamçısının və zərərçəkmiş tərəfin, apellyasiya şikayətinin təmin olunmaması barədə müdafiə tərəfinin çıxışlarını dinləyib, işə baxmış birinci instansiyası məhkəməsi tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, apellyasiya şikayətində müvafiq normalara istinad edilməklə birinci instansiya məhkəməsinin hökmünün əsassız olması mübahisələndirilərək həmin hökmün dəyişdirilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin əsas mahiyyəti məhkum edilmiş şəxsə münasibətdə əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tətbiq edilməklə ona şərti cəza təyin edilməsi olmuşdur. Bununla bağlı zərərçəkən şəxs birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini, hökmdən şərti məhkum etmə ilə bağlı müddəaların xaric edilməsini və məhkum edilmiş şəxsə azadlıqdan məhrum etmə növündə yuxarı həddə cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərini və məhkəmə iclas protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinin onun tərəfindən törədilməsi barədə işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş və onun həmin əməlini Azərbaycan Respublikası Cinayət 178.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Müdafiə tərəfi təqsirlililik və əməlin hüquqi tövsif məsələlərini mübahisələndirmədiyindən, məhkəmə kollegiyası bununla bağlı sübutların birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və hökmdə ətraflı təsvir edilmiş sübutların təkrarən sadalanmasına zərurət görməməklə yanaşı Mübariz Xəlilovun təqsirli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə və sübutlara verdiyi hüquqi qiymətlə tam olaraq razılaşır. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın yüngüllüyü və Cinayət Məcəlləsinin 70-ci maddəsinin düzgün tətbiq edilməməsi ilə bağlı olan hökmün mübahisələndirilməsinə dair zərərçəkmiş şəxs tərəfindən verilən apellyasiya şikayəti ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il ## #### tarixli * nömrəli Qərarının tövsiyəsində qeyd edilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda, həmçinin qeyd edilir ki, məhkəmələr hər bir konkret halda, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmunundan göründüyü kimi, cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: - sosial ədalətin bərpası; - məhkumun islah edilməsi; - yeni cinayətlər törədilməsinin qarşısının alınması. Cinayət qanunu cəza anlayışında cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cəza tətbiq edilməsi yolu ilə sosial ədalətin bərpası aşağıdakıları nəzərdə tutur: - dövlət cinayət törətmiş şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini cinayət cəza növlərini tətbiq etməklə təmin edir; - cəmiyyət dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına inanır. Ədalətli cəza ilk növbədə Cinayət Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədinə nail olmaq üçün mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq həmin cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə uyğun olması başa düşülür. Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında qeyd edilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il və ## #### 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında isə qeyd olunur ki, cəza ilə bağlı nəzərə alınmalıdır ki, bu, məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla, məhz ədalətli cəzanın təyini cinayət işləri üzrə ədalət mühakiməsinin məqsədlərinə nail olunmasına xidmət edir. Cəzanın sosial ədalətin bərpası məqsədi ilə bağlı qeyd edilməlidir ki, cinayət cəmiyyət tərəfindən qəbul edilən dəyərlər sistemini pozan ictimai təhlükəli hərəkət olduğundan bu nəticələri aradan qaldırmaq sosial ədalətin bərpasına xidmət edir. Sosial ədalətin bərpası cəmiyyətin şüurunda hüquq pozuntusunun nəticəsiz qalmayacağına dair inamı formalaşdırmaqla, onun hüquqa olan etimadını gücləndirir, habelə cəmiyyətdə dövlətin cinayət törətmiş şəxsi cəzalandırmağa qadir olmasına dair əminliyi təmin etmiş olur. Törədilmiş əməl ilə onun ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onu törədən şəxsin şəxsiyyəti arasında olan proporsionallıq cinayət cəzasının ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan o halda “sosial” ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza zərər çəkənin mənafeləri də nəzərə alınmaqla cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar olduğuna əminlik yaratsın. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab etmişdir ki, cəzanın birbirilə əlaqəli olan üç məqsədindən biri kimi sosial ədalətin bərpası əsasən cəzanın təyin olunması ilə bağlı olsa da, digər iki məqsədinə – məhkumun islah edilməsinə və yeni cinayətlərin törədilməsinin qarşısını alınmasına bilavasitə təyin edilmiş cəzanın icrası prosesində nail olunmağa çalışılır. Hazırki işdən və apellyasiya şikayətinin mahiyyətindən göründüyü kimi, təyin edilmiş cəza ilə sosial ədalətin bərpası təmin edilməmişdir. Belə ki, məhkum edilmiş şəxs tərəfindən altı epizoddan ibarət, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurulmaqla bağlı olan dələduzluq cinayəti törədilmişdir. Törədilmiş cinayət əməllərinin 2 epizodu apellyasiya şikayətinin müəllifi Elxan İbişova qarşı törədildiyi və bu cinayət əməllərinin 2022-ci ildə törədildiyi halda zərərçəkmiş şəxs Elxan İbişova vurulmuş maddi ziyanının uzun müddət ərzində ödənilməmiş və sonradan cüzi bir hissəsi, yəni 8.000 manat hissəsi ödənilmişdir. Halbuki, ümumilikdə 62.000 manata ziyan vurulmaqla bağlı məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs Elxan İbişova qarşı törədilmiş cinayət əməlləri zərərçəkmiş şəxsi ağır maddi və mənəvi məhrumiyyətlərə düçar etmişdir. Bundan başqa, digər zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanının ödənilməsi ilə bağlı iş materiallarına əlavə edilmiş ərizələrə nəzər saldıqda görünür ki, maddi ziyan real olaraq yalnız zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2 ödənilmiş, İlqar Məmmədova vurulmuş 51.000 manat maddi ziyanla bağlı isə yalnız borcun ödənilməsi razılığına gəlinərək barışıq əldə olunmuşdur. Göründüyü kimi məhkum edilmiş şəxsin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanının tam ödənilməsi, bununla da zərərli nəticələrin aradan tam qaldırılması və cinayət nəticəsində qəsd edilmiş sosial ədalətin bərpa edilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Göründüyü kimi cinayət qanunun sözü gedən norması imperativ xarakter daşımır və bu normanının tətbiqi mümkünlüyünü qanunverici məhkəməninin mülahizəsinə buraxmış, lakin məhkəmə tərəfindən nəzərə alınmalı şərtləri də müəyyən etmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi – cinayət qanunun normasının bu tələbinə nəzər saldıqda, yuxarıda qeyd edildiyi kimi məhkum edilmiş şəxs tərəfindən ağır cinayətlər kateqoriyasına aid olan, zərərçəkmiş şəxslərə külli miqdarda ziyan vurulmaqla, qəsdən və təkrarən törədilən dələduzluq cinayəti 6 epizod üzrə ardıcıl olaraq icra edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, Elxan İbişova qarşı cinayət əməlinin bir epizodu ədalət mühakiməsinini həyata keçirilməsinə, məhkəmə hökmünün çıxarılmasına müdaxilə edilməsi adı ilə törədilmişdir. Bu isə törədilmiş cinayət əməlinin yüksək ictimai təhlükəlik dərəcəsindən dəlalət edir. Məhkumun şəxsiyyəti - cinayət qanunun normasının bu tələbinə nəzər saldıqda müəyyən edilir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin törədilməsində xüsusi təcrübəsi və peşəkarlığı, bununla da cinayətə meyilli olması ilə seçilir. Bunu deməyə törədilmiş cinayətlərinin törədilmə üsulu, ardıcıllığı, xarakteri və ağırlıq dərəcəsi əsas verir. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar - cinayət qanunun normasının bu tələblərinə nəzər saldıqda müəyyən edilir ki, məhkum edilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməsə də, talama cinayətləri üzrə xüsusi əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi ilə məyyən edilmuiş cəzanı yüngülləşdirən hal, yəni “cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması” yalnız üç zərərçəkmiş şəxsə (zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs4 və zərərçəkmiş şəxs2) münasibətdə təmin edilmiş, 51.000 manat məbləğində maddi ziyan vurulmuş zərərçəkmiş şəxs İlqar Məmmədova münasibətdə yalnız barışıq əldə edilmiş, apellyasiya şikayətinin müəllifi zərərçəkmiş şəxs Elxan İbişova münasibətdə isə ümumilikdə vurulmuş 62.000 manat maddi ziyanın cüzi bir hissəsi, yəni 8.000 manat hissəsi ödənilmişdir. Göründüyü kimi, məhkum edilmiş şəxsə münasibətdə şərti məhkum etmənin tətbiq edilməsini şərtləndirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsində göstərilən ayrı-ayrı nəzərə alınmalı hallar hazırki iş üzrə mövcud olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli * saylı Qərarının 25-ci maddəsində məhkəmələrə izah edilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət qanunun 70-ci maddəsinin tələbindən və mənasından, eləcə də Ali Məhkəmənin Plenum qərarında verdiyi izahdan belə nəticə hasil olur ki, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirkar barəsində şərti məhkum etmə o vaxt tətbiq oluna bilər ki, cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış olsun. Burada əsas meyarlar kimi isə törədilmiş cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin və eyni zamanda cəzanın məqsədlərinə nail olunmasının nəzərə alınması tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs şərti məhkum edilmə nəticəsində islah olunmasına şübhə ilə yanaşır və hesab edir ki, bu kimi yüngül cəza cəzasızlıq mühiti yaratmaqla sosial ədlətin bərpa edilməsinə, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını aınmasında mənfi təcrübə rolu oynamış olar. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, məhkum edilmiş şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tətbiqi üçün əsaslar yoxdur, məhkum edilmiş şəxsin islah olunması yalnız cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanunidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cinayət-Prosessual Məcəllənin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Bu mənada məhkəmə kollegiyası məhkum edilmiş şəxsə təyin edilmiş şərti cəzanın açıqaydın ədalətsiz cəza kimi qiymətləndirilə bilməsini qeyd edir. Məhkəmə kollegiyası həmçinin bir daha vurğulayır ki, hazırkı işin faktiki hallarından və məhkum edilmiş şəxsin digər zərərçəkmiş şəxslərlə əldə etdiyi barışıqdan görünür ki, cəzanı yüngülləşdirən kimi nəzərə alınmış hallar təqsirləndirilən şəxs barəsində aşağı həddə cəza təyin olunmasına gətirib çıxarsa da, təkrar nəzərə alınaraq barəsində şərti məhkum etmə institutunun tətbiq edilməsi üçün əsas olmamışdır və vurulmuş ziyanı uzun müddət ödəməkdən boyun qaçıran, hazırki dövrdə də ödəməyən məhkum edilmiş şəxsin ona təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməyə əsas verən heç bir hal müəyyən edilmir. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti hesab olunması cəzanın məqsədlərini təmin etmir, məhkumun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi labüddür və cəzanın məqsədləri ancaq bu halda təmin edilə bilər. Məhkəmənin müəyyən etdiyi yüngülləşdirici hallar isə məhkum edilmiş şəxsə sanksiyada nəzərdə tutulmuş aşağı həddə cəzanın təyin olunması üçün əsas olmuş və mövcud vəziyyətdə təqsirləndirilən şəxsin ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməklə islah olunması mümkündür. Göründüyü kimi, birinci instansiya məhkəməsi cəza təyini zamanı yüngülləşdirən halları yalnız sadalamaqla kifayətlənərək, Ali Məhkəmənin cinayət işləri üzrə yekun qərarlarına əsasən formalaşmış məhkəmə təcrübəsinə uyğun olmayan, məhkəmə təcrübəsindən kənar, eyni maddə ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum edilmiş, işin bənzər faktiki hallarına malik olan və hazırkı iş üzrə müəyyən edilmiş hallardan daha çox cəzanı yüngülləşdirici hallara malik olan digər şəxslərlə müqayisədə açıq-aydın ədalətsiz olan yüngül vəziyyət yaratmış və bu vəziyyətdə təqsirləndirilən şəxs və ya digər şəxslər tərəfindən yenidən cinayət əməllərinin törədilməyəcəyi qənaətinə gəlmək üçün əsaslar müəyyən olunmur. İfrat humanizm xatirinə cəzanın qabaqlayıcı və ədaləti təmin edən funksiyasının zəiflədilməsi, cinayət və cəzanın mütənasibliyinin tarazlığını pozan yanaşma isə yolverilməzdir. İş materiallarından göründüyü kimi, məhkəmə işə baxarkən cəza çəkmədən islah oluna biləcəyini təsdiq edən heç bir sübut əldə etməmiş və ona təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etməkdən imtina edir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə əsasən, hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli Qərar). Beləliklə, apellyasiya kollegiyası törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, onun cinayəti hadisələrin təsadüfi axarı zəminində deyil, qəsdən, əvvəlcədən düşünülmüş şəkildə və təkrar olaraq dəfələrlə törətməsini, iş üzrə cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, təyin edilmiş cəzanın məhkumun islah edilməsinə və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, istər məhkum, istərsə də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq və cəzanın qanunla müəyyən edilmiş məqsədinə çatmaq üçün Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etmir, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hökmlə Təqsirləndirilən şəxs cəzasını çəkmək üçün təyin ediləcək cəzaçəkmə müəssisəsinin növünü də müzakirə edərək hesab edir ki, o, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, ## ##### 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, qətimkan tədbirinin şərtlərini pozduğu üçün ##.##.2023-cü ildə tutulmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli ##.##.2023-cü il tarixdən hesablanmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ##.##.2026-cı il tarixdə isə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbirləri seçilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və ##.##.2023-cü il tarixdən ##.##.2026-cı il tarixədək həbsdə və ev dustaqlığında olduğu müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 il 10 ay 11 gün müddət məhkəmənin hökmü ilə ona təyin edilmiş cəzadan çıxılmalı, cəzasının əvvəli ##.##.2026-cı il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdilərək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 405.1.4-cü maddəsinə əsasən, apellyasiya məhkəməsi hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda birinci instansiya məhkəməsinin hökmünü dəyişdirir. Nəhayət, məhkəmə kollegiyası hesab edir ki, hökmün dəyişdirilməsi maddi sübutun həllinə təsir göstərmədiyi üçün hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ##.##.2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPM-in 193, 397.1, 397.2, 398.1.4, 403.0.3 və 410-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Zərərçəkmiş şəxs İbişov Elxan Murad oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilsin. Hökmdən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunmasına dair göstəriş və müddəalar xaric edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından, ibtidai həbs müddəti kimi onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 02 (iki) il 10 (on) ay 11 (on bir) gün müddət hesablanmaqla çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 il (iki) il 01 (bir) ay 19 (on doqquz) gün müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli ## #### 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin müvafiq İstintaq Təcridxanasına göndərilsin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Qanunçuluq” Vəkil Bürosunun vəkili X6 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat pul dövlət büdcəsindən tutularaq “Qanunçuluq” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar