Məhkəmə qərarları › İş №1(3-6)-557/2026

Bakı Apellyasiya Məhkəməsi Hökm — İş №1(3-6)-557/2026

22.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Hökm Bakı şəhəri İş № 1(3-6)-557/2026 22.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Qarayeva Mehriban Cəfər qızının sədrliyi və məruzəsi ilə, Mehdiyev Emin Əlixan oğlu və X19 ibarət tərkibdə, Məhkəmə iclas katibi Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protestinə (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə (hakimlər X7 (sədrlik edən), hakimlər X1 və X24 ibarət tərkibdə) ## #### 1983-cü il tarixdə Naxçıvan MR, Şərur rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-də bölmə rəhbəri işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 8 ünvanında qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi, onun 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təyin olunmuş cəzanın müddətinin əvvəlinin ##.##.2024-cü il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, iş üzrə mülki iddiaçı zərərçəkmiş şəxs2 tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş 37365 manat məbləğində mülki iddia qismən təmin edilməsi və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 30000 (otuz min) manat, mənəvi zərərin əvəzi olaraq isə 1000 (min) manat, ümumilikdə 31000 (otuz bir min) manat tutularaq mülki iddiaçıya ödənilməsi hökm edilmişdir. Işin halları: Istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə gələcəkdə vahid cinayətkar niyyətini həyata keçirmək üçün qohumu şahid9 Dünyamalı oğlu tərəfindən yaradılan və hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmayan "xxxx" daşınmaz əmlak agentliyi adı altında qanunsuz fəaliyyət göstərən şirkətin rəsmi nümayəndəsi kimi özünü təqdim edib şahid9, şahid1, şahid8, şahid6, şahid7, şahid2, şahid4, şahid5, şahid3 və qeyriləri ilə mütəşəkkil dəstə halında birləşməklə aralarında cinayətkar maraqlarına və vətəndaşları aldatmağa xidmət edən vəzifə bölgüləri apardıqdan sonra guya şirkətin rəsmi nümayəndəsi qismində fəaliyyət göstərdiyini, hissəli ödəniş şərtləri ilə güzəştli kredit və ya ipoteka şərtləri altında əlverişli qiymətə mənzillərin alınması ilə bağlı özündə həqiqəti əks etdirməyən məlumatları sosial şəbəkə səhifələrində paylaşıb çoxlu sayda vətəndaşların inam və etibar qazanmaqla birgə əməkdaşlığa şirnikləndirməyə, meyilləndirməyə və həvəsləndirməyə nail olmuş, bu məqsədlə şirkətə müraciət edən zərərçəkmiş şəxs3 Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil Inşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından güzəştli ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 1 ünvanında 2021 -ci ilin aprel ayının əvvəllərində 2000 manat və ## ##### 2021-ci il tarixdə isə 18000 manat pulu şəxsən özü nağd şəkildə mütəşəkkil dəstə halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs3 ümumilikdə 20000 (iyirmi min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə halında eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq şahid9 rəhbərliyi altında Bakı şəhəri Yasamal rayonu ərazisində Mənzil Inşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş yaşayış binasından ipoteka şərti ilə mənzil alınmasına köməklik göstərəcəyi barədə zərərçəkmiş şəxs2 yalan vəd verilməsini təşkil edib etibardan sui-istifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri Nəsimi rayonu Rəfilbəyli küçəsində bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 30000 (otuz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə mütəşəkkil dəstə halında eyni üsulla törətdiyi cinayət əməllərinin davamı olaraq şahid9 rəhbərliyi altında Abşeron rayonu Masazır qəsəbəsi Ismət Qayıbov küçəsində yerləşən mənzilin ipoteka şərti ilə alınmasına köməklik göstərəcəyi barədə zərərçəkmiş şəxs1 yalan vəd verilməsini təşkil edib etibardan suiistifadə etməklə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin yanvar ayında Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən "Qaranti Əmlak” daşınmaz əmlak agentliyinin ofisində 3000 manat pulu şahid9 vasitəsilə nağd şəkildə, 2022-ci ilin aprel ayında həmin ünvanda 10000 manat pulu şəxsən özü nağd ünvan 9 ünvanında yerləşən Bakı Dövlət Universitetinin qarşısında 4100 manat pulu mütəşəkkil dəstənin üzvü şahid8 vasitəsi ilə nağd şəkildə, həmin tarixdə 900 manat pulu özünün bank hesabına elektron köçürmə üsulu ilə, ## ###### 2022-ci il tarixdə 285 manat, ## ###### 2022-ci il tarixdə 568 manat və ## ######## 2022-ci il tarixdə 1100 manat pulu Bakı şəhəri Nəsimi rayonu ünvan 5 ünvanında yerləşən "xxxx” Açıq Səhmdar Cəmiyyətində şahid8 məxsus mövcud olan bank hesabına elektron köçürmə üsulu ilə alıb ələ keçirərək aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 19953 (on doqquz min doqquz yüz əlli üç) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə xeyli ziyan vurmaqla təkrar dələduzluq etmiş və onun əməli Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. Apellyasiya protestinin və şikayətlərinin dəlilləri: Hökmdən birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla yeni hökm çıxarılmasını xahiş etmişdir. Dövlət ittihamçısı apellyasiya protestini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə təqsirləndirilən şəxs faktiki olaraq qüvvədə olan qanunvericiliyə uyğun şəkildə dövlət orqanları və bankların müəyyən etdiyi qaydalara zidd olaraq guya əvvəlcədən heç bir müsabiqə elan edilmədən onlara müraciət etmiş zərərçəkmiş şəxslərin istəklərinə uyğun sahəyə malik və müəyyən mərtəbələrdə mənzilləri onlara ipoteka şərti ilə satılmasını yalandan vəd verib əvvəlcədən xeyli və külli miqdarda pul vəsaitlərini ələ keçirmək niyyəti ilə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs əksər hallarda pulları nağd şəkildə qəbul edib həmin əmlaklar üzərində sərəncam vermək qabiliyyətini yaratsa da, bəzi hallara pul vəsaitlərini plastik bank kartı hesablarına qəbul etməklə köçürülməsini təmin etməklə həmin əmlaklar üzərində sərəncam vermə qabiliyyəti əldə etmişdir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, dələduzluq əmlakın mülkiyyətçisinə və ya qanuni sahibinə qarşı deyil, həmin əmlakdan müvəqqəti istifadə edən şəxsə qarşı törədildikdə maddi zərər mülkiyyətçiyə vurulur və o da iş üzrə zərərçəkmiş şəxs qismində tanınır. Belə hallarda dələduzluğun törədilməsi nəticəsində zərərin birbaşa əmlakın mülkiyyətçisi (qanuni sahibi) ilə yanaşı, həm də ondan müvəqqəti istifadə edən şəxsə də vurulması müəyyən edildikdə sonuncu da iş üzrə zərərçəkmiş şəxs kimi tanınmalıdır. Dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəlməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə qarşı cinayət əməlləri törədilərkən mütəşəkkil dəstənin başçısı şahid9 başçılığı altında heç bir dövlət qeydiyyatına alınmayan uydurma “xxxx” adlı şirkətini formal olaraq təşkil edilməsində məqsəd həmin dəstədə olan şəxslərin onlara müraciət etmiş mənzil almaq istəyən vətəndaşlara qarşı dələduzluq edib həmin şəxslərin əmlaklarının ələ keçirilməsi olmuşdur və həmin uydurma kommersiya şirkətinin təşkil edilməsi görüntüsünün yaradılması onların mütəşəkkil dəstə halında dələduzluq əməlləri ilə tam əhatə olunmuşdur. Cinayət işi üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulmuş bir sıra cinayət əməlləri törədilərkən zərərçəkmiş şəxslərin aldadılmasında, onlarda yüksək inam yaratmaq, pul vəsaitlərini əldə edilməsini guya qanuni yolla rəsmiləşdirmək, həmçinin zərəçəkmiş şəxslər tərəfindən pul vəsaitləri tələb edilən zaman onların şikayətlərinin və özlərinin cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaq, cinayət əməllərini pərdələmək məqsədi ilə əslində aralarında heç bir mülki hüquqi münasibətləri olmamasına baxmayaraq formal olaraq notarial və ya adi qaydada kredit, borc və öhdəlik müqavilələri bağlamışlar. Buna görə də cinayət işi materiallarında olan təqsirləndirilən şəxslə bir sıra zərərçəkmiş şəxslər arasında bağlanmış formal olaraq notarial və ya adi qaydada kredit, borc və öhdəlik müqavilələri tərəflər arasında mövcud olmayan mülki hüquq münasibətlərini əks etdirməməsi ilə yanaşı zərərçəkmiş şəxslərə məxsus olan pul vəsaitlərinin dələduzluqla ələ keçirilməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməzdən gələcəkdə çoxsaylı vətəndaşları aldatmaq üçün əvvəlcədən sabit cinayətkar qrup kimi birləşib öz aralarında vəzifə bölgüsü edib cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkilatlanmışlar. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törədərkən özgənin əmlakını ələ keçirmək məqsədi ilə səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul almışdır. Məhkəmə, məhkəmə baxış zamanı iş üzrə toplanmış sübutlara obyektiv qiymət verməyərək, müəyyən etdiyi hallar sübutlara deyil, yalnız mülahizələrə əsaslanmaqla işin faktiki hallarına uyğun olmamış, heç bir əsaslandırma aparmadan, hər-hansı sübutlara əsaslanmadan Təqsirləndirilən şəxs əməlini CMnin 178.3.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif etmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutları tam və hərtərəfli araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmiş və iş üzrə artıq formalaşmış təcrübədən fərqli olan nəticəyə gəlmişdir. Hazırkı iş üzrə məhkəmə sübutlara qeyri-obyektiv və birtərəfli qiymət verərək cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının tələblərini pozmuş, nəticədə Təqsirləndirilən şəxs törətdiyi CM-nin 178.3.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətindən kənarda qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.1- ci maddəsində göstərilən cinayət əməlini törətməsi iş materialları ilə tam təsdiq olunsa da, məhkəmə əsassız olaraq sonuncunun əməlini CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif etmiş və beləliklə məhkəmənin gəldiyi nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır. Hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilərək cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri qismində göstərilmişdir ki, ona maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə cəza təyin edilmişdir. Hökmdən zərərçəkmiş şəxslər apellyasiya şikayəti verməmişlər. Apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı dövlət ittihamçısı1 apellyasiya protestini məzmununa uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməməsini, protestin təmin edilməsini, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsindəki ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin olunmaqla yeni hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya protestinə etiraz edərək təmin olunmamasını, apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini, bu mümkün olmadıqda təyin edilmiş cəzanın azaldılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilmiş apellyasiya protestinə etiraz edərək təmin olunmamasını, apellyasiya şikayətinin təmin edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin və protestinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun ## ### 2009-cu il tarixli Qərarına əsasən a) apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsini hər bir halda, o cümlədən müvafiq olaraq apellyasiya şikayətinin və ya protestinin dəlillərində bu barədə tələb irəli sürülməsə də yoxlamalıdır; b) cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarına riayət edilməsinin yoxlanılmasından sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 403-405-ci maddələrində nəzərdə tutulmuş hallar və səbəblər müəyyən edildikdə: - apellyasiya icraatı məhkum edilmiş və ya bəraət almış şəxsin və ya onun müdafiəçisinin verdiyi apellyasiya şikayəti və yaxud mahiyyətcə həmin şəxslərdən hər hansı birinin xeyrinə dövlət ittihamçısının verdiyi apellyasiya protesti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi göstərilən şəxsin vəziyyətini yaxşılaşdırmaqla birinci instansiya məhkəməsinin yekun qərarını dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; - apellyasiya icraatı mahiyyətcə məhkum edilmiş və ya bəraət almış şəxsin ziyanına dövlət ittihamçısının verdiyi apellyasiya protesti və ya xüsusi ittihamçının verdiyi apellyasiya şikayəti üzrə keçirilərsə, apellyasiya instansiyası məhkəməsi apellyasiya müraciətinin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin yekun qərarını məhkum edilmiş və ya bəraət almış şəxsin vəziyyətini ağırlaşdırmaqla da dəyişdirə və ya ləğv edərək yeni qərar qəbul edə bilər; lakin bunun üçün əsas apellyasiya müraciətinin dəlillərində göstərilməmişdirsə, qərar işə baxan apellyasiya instansiyası məhkəməsinin bütün hakimləri tərəfindən yalnız yekdilliklə qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısının apellyasiya protestinin əsas dəlili təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələrindən həmin Məcəllənin 178.3.1-ci maddəsinə tövsif edilərək yeni iittiham hökmünün çıxarılmasından, təqsirləndirilən şəxsin apellyasiya şikayətinin əsas dəlilləri cəzasının yüngülləşdirilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya protestinin və şikayətinin dəlillərini, hökmün dövlət ittihamçısının və müdafiə tərəfinin mübahisələndirdiyi hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya protestinin və şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Belə ki, qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərlə müqavilə bağlayaraq onları aldatmaq niyyəti olmadan onlara güzəştli şərtlərlə ev vermək üçün pul almışdır. Müqavilələri “xxxx”-a adi olan sənədlərlə bağlamışdır. O, 2016-2019cu illərdə “xxxx”-da işləmiş, daha sonra gəliri onu qane etmədiyi üçün oradan çıxmışdır. Oradan çıxmağına baxmayaraq həmin şirkətə məxsus sənədlərdən onda qalmışdır. Onun öz sənədləri hazır olana qədər onlardan istifadə etmişdir. Onun Oqtayla qohumluq əlaqəsi, digər şəxslərlə isə münasibəti salam-sağoldan ibarət olmuşdur. Onun digər şəxslərin pul alıb mənzil verməyərək başqalarını aldatmaqlarından məlumatı olmamışdır. Ümumiyyətlə onun niyyəti kimisə aldatmaq olmamışdır. Əgər niyyəti aldatmaq olsa idi, zərərçəkmiş şəxslər çox olardı. Uzun müddət bu sahədə xidmət göstərmişdir. zərərçəkmiş şəxs2 da öz ifadəsində qeyd etmişdir ki, ikinci dəfə 30000 manat gətirdiyi zaman, o birincini həll etdikdən sonra yeni işə keçmələrini demişdir. Raminlə tanışlıqları olmuşdur. Lakin, gördüyü işlərlə bağlı onunla əlaqəsi olmamışdır. O, Raminlə bank işçisi kimi danışmamış, sadəcə olaraq ona veriləsi 2000 manat pulu öz kartı işləmədiyi üçün Raminin kartına atdırmışdır ki, çıxarıb ona versin. Bundan başqa əlaqələri olmamışdır. Zərərçəkmişlərlə arasında problemlərin həll olunmasında Ramin iştirak etməmişdir. Zərərçəkmiş şəxslərdən bir nəfərə, Ikrama vurulmuş zərəri tam ödəmiş, digər iki şəxsə də dəymiş zərəri ödəmək niyyətindədir, lakin həbsdə olduğu müddətdə bunu etmək mümkün deyil. O, 2019-cu ildə “xxxx”-dan ayrıldıqdan sonra 28 Mayda, Mikayıl Rəfili küçəsində yerləşən ofisdə fəaliyyət göstərmişdir. Ofisin “xxxx”-a və ya digər şəxslərə aidiyyatı olmamışdır. “xxxx”-dan ayrılmağının səbəbi əldə olunan gəlirlə bağlı olmuşdur. “xxxx”-dan ayrıldıqdan sonra 500-600 nəfərə xidmət göstərmiş, onlardan cəmi 3 nəfərində problem yaranmışdır. şahid9 onun qohumudur. Həmin dövrdə Oqtayla əlaqəsi yalnız qohumluq əlaqələri olmuş, onunla aralarında iş münasibətləri olmamışdır. şahid6 və şahid7la da işgüzar münasibətləri olmamışdır. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı şahid7, şahid9 və şahid6 Adil oğlu barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərarı tədqiq edilmiş və həmin qərarla müdafiəçilər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** saylı hökmü şahid9 oğlu və şahid6 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən şahid9 2019-cu ildən 2022ci ilə kimi olan müddət ərzində hüquqi şəxs kimi qeydiyyata alınmayan “xxxx Agentliyi”nin direktoru qismində çıxış edərək tanışları həmin agentliyin satış meneceri vəzifəsində işləyən şahid7, şahid6 və qeyriləri ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan danışıb razılaşaraq öz aralarında vəzifə bölgüsü aparmaqla mütəşəkkil dəstə təşkil edib vətəndaşların etibarını qazanmaq üçün müxtəlif sosial şəbəkələrdə videoçarx, reklamlar hazırlayaraq, müsahibələr verməklə vətəndaşlara güzəştli şərtlərlə ipoteka ilə mənzil təşkil edəcəyinə dair yalan vədlər verməklə inam qazanmış, onların vədinə inanan çoxsaylı vətəndaşlarla agentliyin Bakı şəhəri, Xocalı prospekti 14 ünvanında və Yasamal rayonu, C.Cabbarlı küçəsi 44 ünvanında yerləşən “xxxx” Biznes Mərkəzində yerləşən ofislərində agentliyin möhürü ilə təsdiq edilmiş müqavilə bağlayaraq vətəndaşların xeyli miqdarda pul vəsaitini ələ keçirib öz aralarında bölməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşlar. şahid6 2020-ci ildən 2022-ci ilə kimi olan müddət ərzində hüquqi şəxs kimi qeydiyyata alınmayan “xxxx Agentliyi”nin satış meneceri qismində çıxış edərək tanışları həmin agentliyin direktoru vəzifəsində işləyən şahid9, satış meneceri vəzifəsində işləyən şahid7 və qeyriləri ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan danışıb razılaşaraq öz aralarında vəzifə bölgüsü aparmaqla mütəşəkkil dəstə təşkil edib vətəndaşların etibarını qazanmaq üçün müxtəlif sosial şəbəkələrdə videoçarx, reklamlar hazırlayaraq, müsahibələr verməklə vətəndaşlara güzəştli şərtlərlə ipoteka ilə mənzil təşkil edəcəyinə dair yalan vədlərlə verməklə inam qazanmış, onların vədinə inanan çoxsaylı vətəndaşlarla agentliyin Bakı şəhəri, Xocalı prospekti 14 ünvanında və Yasamal rayonu, C.Cabbarlı küçəsi 44 ünvanında yerləşən “xxxx” Biznes Mərkəzində yerləşən ofislərində agentliyin möhürü ilə təsdiq edilmiş müqavilə bağlayaraq vətəndaşların xeyli miqdarda pul vəsaitini ələ keçirib öz aralarında bölməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşlar. şahid7 2019-cu ildən 2022-ci ilə kimi olan müddət ərzində hüquqi şəxs kimi qeydiyyata alınmayan “xxxx Agentliyi”nin satış meneceri qismində çıxış edərək tanışları həmin agentliyin direktoru vəzifəsində işləyən şahid9, satış meneceri vəzifəsində işləyən şahid6 və qeyriləri ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan danışıb razılaşaraq öz aralarında vəzifə bölgüsü aparmaqla mütəşəkkil dəstə təşkil edib vətəndaşların etibarını qazanmaq üçün müxtəlif sosial şəbəkələrdə videoçarx, reklamlar hazırlayaraq, müsahibələr verməklə vətəndaşlara güzəştli şərtlərlə ipoteka ilə mənzil təşkil edəcəyinə dair yalan vədlərlə verməklə inam qazanmış, onların vədinə inanan çoxsaylı vətəndaşlarla agentliyin Bakı şəhəri, Xocalı prospekti 14 ünvanında və Yasamal rayonu, C.Cabbarlı küçəsi 44 ünvanında yerləşən “xxxx” Biznes Mərkəzində yerləşən ofislərində agentliyin möhürü ilə təsdiq edilmiş müqavilə bağlayaraq vətəndaşların xeyli miqdarda pul vəsaitini ələ keçirib öz aralarında bölməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmuşlar. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini, təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətini cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qismən ləğv edilməli və yeni ittihamedici hökm çıxarılmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olubolmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla təkrarən törədilməsinə görə cinayət məsuliyyətini, həmin Məcəllənin 178.3.1-ci maddəsi isə cinayətin mütəşəkkil dəstə tərəfindən törədildilməsini nəzərdə tutur. Dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq kimi iki növə ayrılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2015-ci il tarixli * nömrəli qərarında göstərilmişdir: “Başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.” Təsvir olunan Qərarın tələbindən görünür ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olduğu halda əməl dələduzluq kimi tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasında dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi qeyd edilmişdir. Etibardan suiistifadə etmə və aldatma özgə əmlakının talanmasının üsulu kimi çıxış edir. Təqsirkar aldadaraq və ya etibardan sui-istifadə edərək zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur. Yuxarıda təsvir edilmiş talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərdən və Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyasından irəli gələn mənaya görə, söhbət özgə əmlakının ələ keçirilməsində ifadə olunmuş dələduzluq cinayəti üzrə ittihamından gedirsə, təqsirkarın zərəçəkmiş şəxsin mövcud olan əmlakını ələ keçirməsi (mövcud əmlak kütləsindən hansısa hissəsini ayırıb özünün və yaxud üçüncü şəxsin nəfinə keçirməsi) tələb olunur. Belə (əmlakın ələ keçirilməsi ilə bağlı) dələduzluqda zərərçəkmiş şəxsin maddi zərər görməsi onun gözlənilən artımı, qazancı almamasında deyil, mövcud olan əmlak kütləsinin ələ keçirilmiş əmlak hesabına azalmasında (malik olduğu əmlakdan məhrum edilməsində) ifadə olunmalıdır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protestində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyətinin olması barədə dəlilləri əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini CM-in 178.3.1-ci maddəsindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edərkən belə qənaətə gəlmişdir ki, ibtidai istintaq orqanı mütəşəkkil dəstənin təşkilatçısı və ya başçısını, Təqsirləndirilən şəxs digər dəstə üzvləri ilə ümumi niyyətdə olmasını, cinayətin törədilməsi planının mövcudluğunu, cinayətin törədilməsində təqsirləndirilən şəxsin digər dəstə üzvləri ilə rollarının bölüşdürülməsi, cinayət yolu ilə ələ keçirilmiş mənfəətin bölüşdürülməsi və s. halları müəyyən edə bilməmiş, həmçinin məhkəmə istintaqı zamanı da bu halların mövcudluğu sübuta yetrilməmişdir. Həmçinin məhkəmə “xxxx“ agentliyinə məxsus müqavilənin istifadəsi ilə bağlı qeyd edir ki, həmin müqavilədən istifadə edilməsi formal xarakter daşıyır və təqsirləndirilən şəxsin niyyəti qanunsuz əməlini rəsmi qaydada pərdələmək olmuş və bu halın mövcudluğu Təqsirləndirilən şəxs mütəşəkkil dəstə tərkibində cinayət törətməsi halını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hökmlə gəlmiş olduğu nəticəsi ilə razılaşmır, istintaq orqanı, birinci instansiya və qismən məhkəmə istintaqı ilə aparılmış apellyasiya məhkəməsi baxışı zamanı tədqiq edilib toplanmış mötəbər sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs ona istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli olmasını kifayət qədər sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 178.3.1-ci maddəsi ilə düzgün tövsif edilməsi barədə dəlillərinə münasibətdə də aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış sübutları Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayaraq hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı dələduzluq cinayət əməllərini törətməməsi, Təqsirləndirilən şəxs digər dəstə üzvləri ilə ümumi niyyətdə olmasını, cinayətin törədilməsi planının mövcudluğunu, cinayətin törədilməsində təqsirləndirilən şəxsin digər dəstə üzvləri ilə rollarının bölüşdürülməsi, cinayət yolu ilə ələ keçirilmiş mənfəətin bölüşdürülməsi və s. halları müəyyən edə bilməməsi, həmçinin məhkəmə istintaqı zamanı da bu halların mövcudluğu sübuta yetrilməməsini göstərsə də, sübutların məcmusu onun mütəşəkkil dəstə tərəfindən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə nəticəyə gəlməyə kifayət qədər əsas verir. Odur ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsindən CM-in 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi üçün hallar müəyyən edilmədiyindən bu barədə birinci instansiya məhkəməsi əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri, maddi sübutları və sair sənədlərlə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən yalnız təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv hallarına uyğun olmayan mövqeyinə əsaslanmış, təqsirləndirilən şəxsin cinayət əməlini sübut edən, işin faktiki halları ilə sıx bağlı olan və biri digərini tamamlayan sübut növlərinə düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyası xatırladır ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham ilə bağlı təqsirli bilərək ifadəsində göstərmişdir ki, o “Qarantiəmlak” ofisinin rəhbəri kimi fəaliyyət göstərmişdir. zərərçəkmiş şəxs3 ev satın almaq üçün ona müraciət etmiş, o da Irinaya kömək göstərəcəyini bildirərək, sonuncunun 20000,00 manat pulunu almış, lakin həmin işi həll edə bilməmişdir. Eyni formada zərərçəkmiş şəxs2 də ev satın almaq üçün ona müraciət etmiş, o da Laçına kömək göstərəcəyini bildirərək, sonuncunun 30000,00 manat pulunu almış, lakin həmin işi də həll edə bilməmişdir. zərərçəkmiş şəxs1 ev satın almaq üçün ona müraciət etmiş, o da Ikrama kömək göstərəcəyini bildirərək, sonuncunun 13000,00 manat pulunu almış, lakin həmin işi də həll edə bilməmişdir. Zərərçəkmiş şəxslərin ödənişlərini də daha sonra onlara geri qaytara bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o kreditlə evlərin satışı ilə məşğul olmuşdur. Lakin 3 nəfər müştərisinə ev ala bilməmişlər. Həmin vaxt satışa ev olmadığı üçün müştərilərə ev satın ala bilməmişdir. “Qarantiəmlak”-ın fəaliyyəti daşınmaz əmlak alqı-satqısından ibarət olub. Təkcə “MIDA” YK deyil, satışda olan bütün evlərin alqı-satqısı ilə məşğul olmuşdur. zərərçəkmiş şəxs3 “MIDA” yaşayış kompleksindən ev almaq niyyətində idi. Bəzən müxtəlif şəxslər kredit və ipoteka borclarını ödəyə bilmədikdə, evlərini satışa çıxarırdılar. Onlar da həmin evləri alıb, başqasına satırdılar. Zərərçəkmiş şəxslərdən aldığı pulları geri qaytara bilməmişdir. Zərərçəkmişlərdən aldığı pulların bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etdiyi üçün, həmin pulları geri qaytara bilməmişdir. şahid9 ilə yeznə-qayın qohumluq münasibəti vardır. 2016-cı ildə qısa bir müddət şahid9 yanında işləmişdir. Həmin dövrdə rəsmi əmək müqaviləsi ilə işləmişdir. şahid9 yanında realtor fəaliyyəti ilə məşğul olmuşdur. şahid9 ilə iş münasibəti nə zaman başa çatdırdığını bilmir. Bir müddət sonra artıq tək işləmək istədiyi üçün onun yanından ayrılmışdır. 2021-2022-ci illərdə Oqtay ilə iş münasibəti olmayıb. 2021-2022-ci illərdə şahid9 öz ofisində fəaliyyət göstərirdi. Zərərçəkmiş şəxslərin şahid9, şahid7, Ramil Nağdəliyev və digərləri ilə əlaqəsi yoxdur. Onların arasında hər hansı tanışlıq da yoxdur. Yalnız zərərçəkmiş şəxs1 şahid8 tanıyır. O zərərçəkmiş şəxs1 ödənişlər qəbul edir və ona ev almağa çalışırdı. Lakin bu məsələdə uğurlu ola bilməmişdi. Daha sonra Ramin ondan Ikramın işinin nə yerdə olduğunu soruşmuşdu. O Ikrama ev almağı bacara bilmədiyini ona demişdir. Ramin bu işi özü həll edəcəyini bildirdi. O da Ikramdan aldığı pulları Raminə verdi, bu işin həllini də ona həvalə etdi. “xxxx” 2016-cı ildə yaradılıb. “xxxx” yaradılarkən o başqa sahədə işləyirdi. “xxxx” adını şirkətə qoymaqlarının səbəbi etibarlı, qarant mənalarını ifadə etməsi idi. “xxxx” adının onun adı ilə hər hansı əlaqəsi yoxdur. “xxxx” Oqtay tək fəaliyyət göstərirdi. “Qarantiəmlak”-ı Zamin özü təsis etmişdir. “Qarantiəmlak” “xxxx”-dan sonra yaradılıb. şahid9 və digərləri Xətai rayonu ərazisindəki ofisdə işləyirdilər. şahid9 və digərləri onun işçisi olmamışdır. Yalnız zərərçəkmiş şəxs1 epizodunda şahid8 alqı məsələsinə aidiyyatı olub. Həmin aidiyyət də yalnız onun kartına Ikram tərəfindən köçürülmüş pulun nağdlaşdırılaraq Təqsirləndirilən şəxs verilməsindən ibarət olub. Onun özünün də ayrı işçiləri olub. Onun işçiləri hər hansı cinayət məsuliyyətinə cəlb olunmayıb. Onun nəyə görə şahid9 və digərləri ilə mütəşəkkil dəstə yaratma cinayəti ilə ittiham olunmağı ona məlum deyil. Cinayət işinin ayrılma səbəbini bilmir. Ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X28 onun qaynıdır. şahid8, X4 və şahid7 isə Oqtay vasitəsi ilə tanımış, onlarla arasında heç bir ədavət və düşmənçilik yoxdur. Oqtay Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 14 ünvanında yerləşən “xxxx” daşınmaz əmlak agentliyini yaradıb işlətmişdir. O, özü 2021 -ci ildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində “xxxx” MMC-ni yaradıb işlətməyə başlamışdır. Onun işi mənzillərin alış və satışı ilə məşğul olmaqdan ibarət olmuşdur. zərərçəkmiş şəxs3 2021-ci il tarixdə Işlədiyi ofisə zəng etmiş və Yasamal rayonu ərazisində yerləşən “Mida" yaşayış kompleksindən ev almaq istədiyini bildirmişdir. O, Irinaya sənədləri toplayıb ofisə gəlməsini demişdir. Irina sənədlərlə birlikdə ofisə gəlmiş və 2021 -ci ilin aprel ayının əvvəllərində Irinadan ilkin olaraq 2000 manat pul almış, daha sonra isə ## ##### 2021-ci il tarixdə Irina ilə danışmış və sonuncu yenidən ofisə gəlmiş, o, orada Irinadan əlavə olaraq 18.000 manat da pul almışdır. O, Irinadan ümumilikdə 20.000 manat pul almış, bu barədə “xxxx” yazısı olan müqavilə vermişdir. Daha sonra Irinanın ev almasına köməklik edə bilməmiş, pulları isə şəxsi işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan başqa, 2021-ci ilin avqust ayında zərərçəkmiş şəxs2 Nizami oğlu Nəsimi rayonu Rəfibəyli küçəsi 39 ünvanında yerləşən ofisinə gəlmiş və ipoteka şərtləri ilə ev almaq istədiyini bildirmişdir. O, Laçına bir neçə mənzil təklif etsə də razılaşmamış, daha sonra o, Laçına Yasamal rayonu ərazisində yerləşən “Mida” yaşayış kompleksindən ev alıb verə biləcəyini demişdir. Bundan sonra Laçından ## ###### 2021-ci il tarixdə 2000 manat və ## ###### 2021-ci il tarixdə 28000 manat olmaqla 30.000 manat pul almışdır. Bu barədə Laçına “xxxx” yazısı olan öhdəlik müqaviləsi yazıb vermişdir. Daha sonra Laçının ev almasına köməklik edə bilməmiş, pulları isə şəxsi işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxs1 2022-ci il yanvar ayında həmin vaxt işlətdiyi Bakı şəhəri Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən “xxxx” daşınmaz əmlak agentliyinin ofisinə gələrək Abşeron rayonu, Masazır qəsəbəsi, Ismət Qayıbov küçəsində yerləşən evi kreditlə almaq istədiyini demişdir. O da Ikrama köməklik edə biləcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayında Nərimanov rayonu Nazim Hacıyev küçəsində yerləşən “xxxx” daşınmaz əmlak agentliyinin ofisində 3000 manat pulu Ikramdan almış, bundan sonra 2022-ci ilin aprel ayında həmin ünvanda 10000 manat pul almışdır. ## #### 2022-ci il tarixdə 900 manat pulu onun kart hesabına köçürmə üsulu ilə göndərmişdir. Daha sonra Ikramın ev almasına köməklik edə bilməmiş, pulları isə şəxsi işlərinə xərclədiyi üçün qaytara bilməmişdir. Bundan sonra o, şəxsi işləri ilə əlaqədar olaraq ## ###### 2023-cü il tarixdə Rusiya Federasiyasına getmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, “xxxx” Oqtay Zərbəliyev tərəfindən yaradılmış və sonuncu tərəfindən fəaliyyət göstərmişdir. şahid6, şahid8, şahid7 və qeyriləri isə orada işçi olmuşlar. Oqtay və işçilərinin ev alqı satqısı ilə əlaqədar problemləri yaranan zaman o, Azərbaycan Respublikasında olmuş və bu barədə məlumatı vardır. Lakin o, onların işlərinə qarışmamışdır. O, özü sərbəst formada fəaliyyət göstərmişdir. Ikram 3000 manat və 10.000 manat olmaqla pulları nağd formada ona özünə vermişdir. 900 manat pulu isə kart hesabına atmışdır. şahid8 verdiyi pullardan onun məlumatı olmamışdır. O, “xxxx” MMC-ni açıb yeni fəaliyyətə başlamış, şirkətin müqavilə blankları hələ hazır deyildir. Buna görə də bəzi müqavilələri “xxxx”ın blanklarında hazırlamışdır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2021-ci ildə o, mənzil satın almaq üçün tap.az internet saytının elanlarına baxırdı. Bu zaman “xxxx” agentliyinin elanlarına rast gəlmişdir. O, saytda qeyd olunmuş mobil nömrə ilə əlaqə saxlamışdır. Daha sonra, ## #### 2021-ci il tarixində Nəsimi rayonu, Nigar Rəfibəyli 39 ünvanında yerləşən “xxxx” agentliyinin ofisinə yaxınlaşmışdır. Qəbulda əyləşən xanım onu Təqsirləndirilən şəxs ilə görüşdürmüşdür. Onlar söhbətdən belə razılığa gəldilər ki, 1 həftə sonra, ## ###### 2021- ci il tarixində yenidən görüşüb, müqavilə bağlasınlar və o da Zamin bəyə beh ödəsin. Həmin tarixdə də beh haqqında razılaşma müqaviləsi bağladılar. Həmin sənəd də iş materiallarında mövcuddur. 3 gün sonra ilkin ödəniş kimi 28000,00 manat ödəniş ödəmişdir. Lakin həmin vaxtlar evlər nağd formada satılır, hissəli ödəniş mümkün deyildi. Evlərin qiyməti isə 60000-70000,00 manatdan başlayırdı, onun isə o qədər pulu yox idi. Bu zaman Təqsirləndirilən şəxs ona “MIDA” yk-də 04 otaqlı, sahəsi 143 kvadrat metr olan bir evi satın almağı təklif etmişdir. O lazım olan bütün sənədləri Zaminə təqdim etmiş, satın alacağı evin də qanunvericiliyin tələbləri çərçivəsində satın alınacağını hesab edirdi. Lakin uzun müddət keçməsinə baxmayaraq, verilən vədlər yerinə yetirilmədi, o da mənzil satın ala bilmədi. Sonuncu dəfə 2023-cü ilin 7-8 yanvar tarixlərində Sumqayıt şəhərində Zamin bəylə, Zaminə məxsus avtomobildə görüşdülər. Bu zaman Zaminə uzun müddətdir kirayədə yaşadığını bildirdi. Zamin telefonla tanımadığı bir şəxsə zəng etdi. Həmin şəxs lazım olarsa ona pulunu geri qaytarmağı bildirərək, dələduz olmadıqlarını bildirdi. O daha sonra atası ilə bu barədə məsləhətləşdi. Atası ona gedib pulunu geri götürməyi tövsiyə etmiş, lakin Zamin telefonlara cavab verməmişdir. Bu zaman onun Nərimanov rayonu ərazisində yerləşən ofisinə yollanmışdır. Həmin ofisdə daha əvvəl 2-3 dəfə Zaminlə görüşmüşdü. Lakin bu dəfə qapını tanımadığı şəxslər açmış və artıq Zaminin burada fəaliyyət göstərmədiyini bildirmişlər. Zamini bir müddət axtarmış, lakin tapa bilməmişdir. 2 ay sonra Təqsirləndirilən şəxs barədə polisə şikayət edən zaman, Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qaçdığını öyrənmişdir. O Zaminin atası ilə əlaqə saxlamış, lakin atası Zamin barədə məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona vurduğu zərər nəticəsində hazırda özünün və ailə üzvlərinin banklara 30000,00 manata yaxın kredit borcu var. Təqsirləndirilən şəxs vurduğu zərər nəticəsində bugünə qədər ciddi maddi sıxıntılar çəkmişdir, hələ də çəkməyə davam edir. O sadəcə Zaminin ondan aldığı pulları tələb edir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Zaminin telefonla zəng etdiyi şəxsin kim olduğunu bilmir. Ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir.Təqsirləndirilən şəxs həqiqəti danışır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, satın almaq üçün ev axtarırdı. Internetdə bu barədə araşdırma apararkən, “Qarantiəmlak”-ın elanlarını görmüşdür. Daha sonra “Qarantiəmlak”-ın Nərimanov rayonu ərazisində yerləşən ofisinə yaxınlaşmışdır. Orada Təqsirləndirilən şəxs ilə görüşmüş, Zaminə əlində az miqdarda pul olduğunu bildirmiş, lakin Təqsirləndirilən şəxs kredit və s. üsulla ona ev tapa biləcəyini bildirmişdir. O ilk dəfə Zaminə 3000,00 manat pul vermiş, daha sonra isə ilkin ödəniş kimi 10000,00 manat pul ödəmişdir. Zamin 1 ay 45 gün ərzində sənədlərin hazır olacağını bildirmişdir. Həmin müddət ərzində onlar ev tapmış, lakin Təqsirləndirilən şəxs ilə əlaqə yarada bilməmişlər. Onun telefonlarına zəng çatmırdı. Daha sonra “Qarantiəmlak”-ın Nərimanov rayonu ərazisində yerləşən ofisinə getmişlər, lakin artıq həmin vaxt ofis bağlanmışdı və işçilər də orada yox idi. Bu zaman onlar “xxxx”-ın ofisinə yaxınlaşmışlar. Orada biz şahid9, şahid8 və digərləri ilə qarşılaşdıq. şahid8 Zamini tanıdığını bildirdi. Ramin ona köməklik göstərə biləcəyini bildirdi. Bundan sonra artıq o ev alqısı ilə əlaqədar şahid8 ilə kontaktda oldu. Zamin ilə əlaqədə olduğu müddətdə ev alqısı ilə əlaqədar Zamin onun yanında, telefon ilə bir nəfərlə danışırdı. O həmin şəxsin əvvəlcə bank işçisi olduğunu düşündü, sonradan isə onda belə bir təəsürat yarandı ki, həmin şəxs bəlkə də bank işçisi deyil, elə şahid8 özüdür. Sonrakı dövrdə ev alqısı ilə əlaqədar şahid8 də ondan 5000,00 manat pul mənimsəmişdir. Həmin 5000.00 manatın bir hissəsini bank köçürməsi üsulu ilə şahid8, bir hissəsini isə nağd formada Təqsirləndirilən şəxs vermişdi. Lakin sonrakı dövrdə eyni Zamində olduğu kimi, Ramin ilə də əlaqə saxlaya bilməmişlər. şahid9 və şahid8 ona işin yaxın müddətdə həll olunacağını bildirsə də, iş həll olunmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şahid8 görmüşdür. şahid8 ilə “xxxx”-da görüşmüşdür. “xxxx”-ın ofisində şahid8 ilə şahid9 otururdu. O “MIDA” YK-dən mənzil almaq niyyətində olmamışdı. Təqsirləndirilən şəxs ona ipoteka krediti ayrılmasında köməklik göstərəcəyini və kredit ayırılması sıralamasında onu qabağa salacağını bildirmişdi. Təqsirləndirilən şəxs ona 8% həcmində ipoteka krediti ayrılmasında köməklik göstərəcəyini bildirmişdi. Zamin ilə əlaqədə olduğu müddətdə ev alqısı ilə əlaqədar Zamin onun yanında, telefon ilə bir nəfərlə danışırdı. O həmin şəxsin əvvəlcə bank işçisi olduğunu düşündü, sonradan isə onda belə bir təəsürat yarandı ki, həmin şəxs bəlkə də bank işçisi deyil, elə şahid8 və ya şahid9 özüdür. şahid8 onun yanında telefon ilə Təqsirləndirilən şəxs ilə danışıb. şahid8 onun işi ilə əlaqədar telefon ilə Təqsirləndirilən şəxs ilə danışıb. O, Təqsirləndirilən şəxs ilə danışmışdır. Təqsirləndirilən şəxs ondan pul alıb. Yəqin ki Təqsirləndirilən şəxs ondan pul alması barədə şahid8 məlumat verib. şahid8 o “xxxx”ın ofisində görmüşdür Internetdə apardığı araşdırma nəticəsində “xxxx” ilə Təqsirləndirilən şəxs arasında hər hansı əlaqə ola biləcəyi qənaətinə gəlmişdir. şahid8 Zamini tanıdığını bildirdi. Ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. şahid8 o ilk dəfə “xxxx”ın ofisində görmüşdür. Təqsirləndirilən şəxs onu şahid8 ilə tanış etməyib. O sadəcə Təqsirləndirilən şəxs şahid8 ilə danışmasını təxmin etdi. Lakin bundan əmin deyildi. O sadəcə müstəntiqin məsləhəti əsasında bu yönümlü ifadə vermişdir. Ibtidai istintaq zamanı yalan ifadə verməmişdir. Elan olunan ifadəni təsdiq edir. Zamin çox vaxt telefona cavab vermədiyi üçün, o artıq bu dövrdə şahid8 ilə əlaqə saxlayırdı. Onun ev alqısı ilə bağlı məsələləri Ramin ilə danışdığını yəqin ki, Zamin də bilirdi. Həqiqətən həmin pulu bank kartı vasitəsilə Zaminə köçürmüşdür. Ona şahid8 bank kartı göndərmişdir. Həmin bank kartı Təqsirləndirilən şəxs məxsus idi. şahid9 və digərləri ilə “xxxx”-da qarşılaşmışdır. şahid9 və digərləri ona narahat olmamağı, işinin həll olunacağını bildirmişdilər. “xxxx”-da Təqsirləndirilən şəxs hər hansı rolu barədə ona heç nə deyilməyib. Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxs 20000,00 manat tələb edir. Daha dəqiq desə, 19953,00 manat tələb edir. Cavabdeh qismində Zamin, Ramin və yaxud digər şəxsin onun üçün fərqi yoxdur. O sadəcə pulunu tələb edir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid9 ifadəsindən görünür ki, zərərçəkmiş şəxs2 tanımır. Təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmir. zərərçəkmiş şəxs2 bank köçürməsi üsulu ilə ona pul verməmişdir. Təqsirləndirilən şəxs ilə qohumluğu vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona heç nə məlum deyil. Bu işə niyə şahid kimi cəlb olunmuşdur, onu da bilmir. O, “xxxx”-da işləmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə “xxxx”-da işləməyib. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid8 ifadəsindən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar dindirilməmiş, şahid kimi ifadə də verməmişdir. Zamin ilə heç bir alış-verişi də olmayıb. zərərçəkmiş şəxs1 tanıyır. O, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 isə tanımır. zərərçəkmiş şəxs1 bir dəfə internetdən mobil nömrəsini əldə edərək, ona zəng etmişdi. Ikram Zamin və işi barədə suallar vermişdi. Daha sonra onunla üzbəüz görüşmüş, Təqsirləndirilən şəxs zəng edərək, Ikramın işinin nə yerdə olduğunu soruşmuşdu. Bu zaman Zamin bütün işlərinin yubandığını bildirmişdi. zərərçəkmiş şəxs1 ilə bir daha görüşməmiş, lakin o daha bir neçə dəfə Raminə zəng etmişdi. Adları çəkilən üç nəfər zərərçəkmiş şəxs ona pul vəsaiti verməyiblər. zərərçəkmiş şəxs1 bir dəfə şahid8 bank kartına xatırlamadığı, lakin az miqdarda pul göndərmişdi. Ikram onun kartına 2000,00 manat pul göndərmişdi. 20 dəqiqə sonra Zamin özü ona zəng edərək, bu barədə məlumat vermişdi. Həmin pulu da o, Zaminə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şahid1 ifadəsindən görünür ki, o, ümumiyyətlə bu vaxta qədər Nəsimi RPI-də olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, cinayət işi ilə əlaqədar hər hansı məlumatı yoxdur. O bu yaşına qədər bir dəfə belə Nəsimi RPI-də olmamışdır. Onun təqsirləndirildiyi cinayət işinə Təqsirləndirilən şəxs hər hansı əlaqəsi yoxdur. Təqsirləndirilən şəxs tanımır, onu ilk dəfədir ki, görür. Əlbirlikdə təqsirləndirildiyi şəxsləri də məhkəmədə tanımışdır. zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs1 tanımır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində tanınan və zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, kirayədə yaşadığına görə 2021-ci ilin aprel-mart aylarında özünə mənzil almaq qərarına gəlmişdir. Buna görə də ipoteka ilə mənzil axtarmışdır. O, sosial şəbəkədə ipoteka ilə satılan mənzillərə baxarkən ipoteka yolu ilə mənzillərin satışı ilə məşğul olan "xxxx" daşınmaz əmlak agentliyi barədə internet resurslarında elan görmüşdür. Elanda "xxxxın" bir neçə ofislərinin ünvanları qeyd edilmişdir. O, elanda olan mobil nömrə ilə əlaqə saxlamışdır. Zənginə bir nəfər kişi cavab verərək özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şirkətdə işlədiyini söyləmişdir. Həmin vaxt Zamin şirkətdə hansı vəzifədə işlədiyini bildirməmişdir. O, həmin şəxsə ipoteka ilə mənzil almaq istədiyini bildirmişdir. Zamin bu məsələ ilə bağlı ondan ünvan 7 ünvanında yerləşən «xxxx»ın ofisinə yaxınlaşmağını istəmiş, çünki o, həmin vaxt kirayədə Nəsimi rayonu Y.Ibrahimli 16 ünvanında yaşadığı üçün ora ona daha yaxın olmuşdur. Zaminə qulaq asıb o, ## #### 2021 -ci il tarixdə N.Rəfibəyli küçəsi ev 39 D ünvanında yerləşən «xxxx»ın ofisinə yaxınlaşmışdır. Orada o, Zamin ilə görüşmüş və otağına keçmişdir. O, yenə də sərfəli qiymətə ipoteka ilə mənzil almaq istədiyini, aylıq ödənişlərinin aşağı olmasını istəmişdir. Həmin vaxt Zamin buna cavab olaraq Yasamal rayonunda Mənzil Inşaat Dövlət Agentliyi tərəfindən inşa edilən sosial evləri ucuz qiymətə əldə edə biləcəyini söyləmişdir. Zamin şirkətinxxxx ilə əlaqəli şəkildə işlədiyini və keçiriləcək mənzil satışında onun mənzil sahibi ola biləcəyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs çox inandırıcı danışmışdır. Təqsirləndirilən şəxs bunun üçün ondan bir çox sənədləri toplamağını istəmişdir. O, Zaminin istəyi ilə dediyi kimi subaylıq haqqında arayış, bank hesabından çıxarış və sair digər sənədləri toplamışdır. Hər dəfəsində hər hansı sənəd götürdükdə o, onları Təqsirləndirilən şəxs ofisində vermişdir. Bütün sənədləri topladıqdan sonra Zamin onunla əlaqə saxlayıb 2.000 manat pul verməli olduğunu söyləmişdir. Zamin həmin pulun yarısının özü üçün çəkdiyi əziyyətinə görə istəmiş, qalan 1000 manatı isəxxxx şirkətinin hansısa əməkdaşına verməli olduğunu bildirmişdir. O da 2021 -ci ilin aprel ayının əvvəllərində, səhv etmirsə ## ##### 2021 -ci il tarixdə N.Rəfibəyli küçəsi ev 39 D ünvanında yerləşən «xxxx»ın ofisinə yaxınlaşıb Təqsirləndirilən şəxs 2.000 manat pul vermişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Pulu verdikdən sonra Zamin bir daha da mənzil məsələsinin tezliklə həll olunacağını bildirmişdir. Pulu verdikdən təxminən 2 gün sonra Təqsirləndirilən şəxs ona zəng edərək əlavə olaraq 18.000 manat pul verməyini istəmişdir. Təqsirləndirilən şəxs guya həmin pulun mənzilə görə ilkin ödəniş şəklində ödənilməli olduğunu söyləmiş, Təqsirləndirilən şəxs 2 ay ərzində mənzilin ona təhvil veriləcəyini bildirmişdir. O da Zaminə inanıb «Beynəlxalq Bank»ın Sahil filialına yaxınlaşıb orada hesabından 13.000 manat pul götürüb üstünə də 5.000 manat pul qoymuş və bu barədə Zaminə bildirmişdir. ## ##### 2021-ci il tarixdə o, 18.000 manat pulu götürüb yenidən N.Rəfibəyli küçəsi ev 39 D ünvanında yerləşən «xxxx»ın ofisinə yaxınlaşmışdır. Bu səfər oraya getdikdə iş yoldaşı Zaur Şəfiyevi özü ilə aparmışdır ki, sonuncu orada Zamin ilə bu barədə özü söhbət aparsın və onun Zaminə pul verməyini təsdiq etsin. Ofisə yaxınlaşdıqdan sonra Zamin hər bir şeyi rəsmiləşdirdiyini, xırda işlərin də tezliklə həll olunacağını onlara söyləmişdir. Orada o, Təqsirləndirilən şəxs 18.000 manat pul vermişdir. Pulu verdikdən sonra Zamin ona üzərində "xxxx" loqotipi olan sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilən bir sənədin üzərində onun Zaminə 2.000 manat pul verməyi barədə yazılar vardır, Zamin sənədi imzalayıb üzərinə masasında olan möhür vasitəsi ilə möhür qoymuşdur. Lakin digər sənəddə Zamin onun daha sonra 18.000 manat pul verdiyini qeyd edərək imza çəksə də sənədi möhürləməmişdir. Bundan sonra onlar sağollaşmış və o, gözləməyə başlamışdır. Lakin uzun müddət keçməsinə yanvar ayınadək davam etmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs onun zənglərinə cavab verməmişdir. Sonradan internet resurslarında o, öyrənmişdir ki "xxxx" şirkətinin rəhbərləri Oqtay Zərbəliyev və şahid8 dələduzluq etdiklərinə görə saxlanılmış, həmin şirkət bir çox vətəndaşları aldadaraq pullarını ələ keçirmişdir. O, özü şahid8 və Oqtay Zərbəliyevi görməmiş, onlarla heç bir danışıq aparmamışdır. Ona 20.000 manat məbləğində maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində şahid qismində tanınan və ifadə verən şahid7 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, ali təhsili müəsisəsini bitirdikdən sonra o, bir il müddətində həqiqi hərbi xidmətdən keçmiş və evə geri dönüş etmişdir. Bir il müddət ərzində o, işsiz qalmış və təxminən 2018-ci il tarixdə “Boss.az” adlı saytda internet səhfəsində “xxxx” agentliyində daşınmaz əmlak üzrə vakansiya görmüşdür. O, həmin işə düzəlmək üçün “CV" göndərmiş və bir müddət sonra ona zəng gəlmişdir. Onu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən “xxxx” agentliyinin ofisinə görüş keçirmək məqsədi ilə dəvət etmişlər. Qeyd olunan ofisə getdiyi zaman orada onu özünü həmin şirkətin direktoru kimi təqdim edən şahid9 qəbul etmişdir. Görəcəyi iş barədə ona məlumat vermişdir. Oqtayın deməsinə görə onun vəzifəsi gələn m'üştərilərilərə baxıb və seçdikləri mənzillərin alınması üçün alqı- satqı şərtlərin izah edilməsi olmuşdur. Ilk vaxt onu işə sınaq müddətində götürmüşdür. O, da özünü doğrultuğu üçün həmin işdə daim işləməyə başlamışdır. O, işdə olduğu zaman çoxlu sayda müştərilər onlara müraciət etmişlər və onlar Yasamal rayonu ərazisində həmin müştərilərə mənzillər təklif etmişlər. Müştərilər mənzillərə adətən şahid2la baxmış və daha sonra onun yanına gəlmişlər. O, müştərilərə mənzilləri güzəştli ipoteka şərtləri ilə almaq üçün nə etmək lazım olduğunu demişdir. Ipoteka şərtləri ilə mənzili almaq üçün müraciət edən müştəriyə hansı məbləğdə Ilkin ödəniş etmək lazım olduğunu ilk öncə şahid9 dəqiləşdirmiş və müştərilərə bildirmişdir. Daha sonra müqavilə tərtib edilmiş və ilkin ödənişi müştəridən alındıqdan sonra aldığı pulu şahid9 vermişdir, Aldığı puldan şahid9 ona beş faiz miqdarında komissiya vermişdir. Həmin müqavilələri (ödəniş qəbzləri) şahid9 şəxsən özü imza etmiş və otağında olan istifadə etdiyi möhürlə təsdiq etmişdir. şahid9 otağına özündən başqa heç kəs keçməmiş və qapıda elektron qıfıl olmuşdur. şahid8 də o, həmin agentlikdə işlədiyi zaman tanımış, sonuncu orada direktor müavini vəzifəsində işləmiş və mütəmadi olaraq şahid9lə birlikdə olmuşdur. Bildiyinə görə Oqtay Ramin ilə əvvəllər “Real Əmlak” agentliyində işləmişlər. şahid8 də özünün ayrıca müştəriləri olmuş və sonuncu həmin müştərilərdən ilkin ödəniş alıb şahid9lə birlikdə güzəştli ipoteka şərtlərinə uyğun mənzil satmışlar. Orada ondan başqa şahid6 da riyeltor vəzifəsində işləmiş və onun gördüyü prosedurları da görmüşdür. Yəni müştərilərlə görüşmüş müqavilər bağlayıb və aldığı ilkin ödənişləri şahid9 vermişdir. Bundan başqa agentliyə adətən qıraqdan müştəriləri komissiya müqabilində Ilqar və Ədib (Adil ləqəbli) maklerlər cəlb edilmişlər. Həmin maklerlər də güzəştli ipoteka şərtləri ilə mənzil almaq üçün müraciət edən müştəriləri sözü gedən agentliyə gətirmişiər. Orada da müştərilərdən ilkin ödəniş alınmış və müqavilə bağlanmışdır. Verilən suallara cavab olaraq şahid7 göstərmişdir ki, mənzil alınması ilə bağlı müraciət edən bir neçə müştəriləri ümumiyyətlə tanımamış, bir neçəsindən mənzil alınmasına görə aldığı pulları tamlıqla şahid9 vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində tanınan və ifadə verən şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, 2020-ci ilin ikinci yarısında özünə iş axtardığı üçün internet vasitəsi ilə elanlara baxmışdır. Bu vaxt qarşısına iş elanı saytlarından birində "xxxx” daşınmaz əmlak şirkətində satış meneceri vəzifəsi vakansiyası çıxmışdır. Ona bu iş maraqlı gəldiyi üçün elanda yerləşdirilmiş mobil telefon nömrəsinə zəng edib həmin şirkətin Xətai rayonu Xocalı prospekti 14 ünvanında yerləşən ofisinə getmişdir. Orada onu “xxxx” adlı şəxs qarşılayaraq şirkətin müdiri kimi təqdim olunan şahid9 ofisinə ötürmüşdür. Oqtay kabinetdə onu qarşılamış və onlar söhbət etməyə başlamışlar. şahid9 bu sahədə yeni olduğunu bildirib onun üçün şirkətdə bir həftə ərzində davam edəcək sınaq müddəti təyin etmişdir. Bundan başqa demişdir ki, onunla rəsmi əmək müqaviləsi bağlanacaq və müqavilədəki maaş qrafasında 250 manat məbləği göstəriləcək, lakin bu formal qeyddir və həqiqətdə ona maaş verilməyəcəkdir. Oqtay demişdir ki, “vergiyə görə belə qeyd olunmalıdır.” Oqtay əlavə etmişdir ki, onun qazancı yalnız daşınmaz əmlak alqı-satqısı həyata keçirilən zaman müştərilərdən alınan pulun faizi olacaqdır. O, da buna etiraz etməyib həmin ofisdə işləməyə başlamışdır. Oqtay ona bildirmişdir ki, ofisin xidmətləri müxtəlif sosial şəbəkə səhifələrində reklam olunur və bunun əsasında ofisə daşınmaz əmlak məsələləri ilə bağlı çoxlu sayda vətəndaşlar gəlir. Həmin vətəndaşları qəbul edib dinləmək, büdcələrinə uyğun mənzillər təklif etmək lazımdır. şahid9 rəhbərlik etdiyi şirkətdə həm nağd, həm də kredit şəklində mənzillərin satışı həyata keçirilmişdir. Oqtayın xüsusi əmlak bazası olmuş və orada satışa çıxarılmış əmlakların yenilənmiş siyahısı daxil edilmişdir. Bundan başqa şirkətdə bütün işçilərinin üzv olduğu xüsusi “xxxx" qrupu olmuşdur. Həmin qrupun vasitəsi ilə şirkətin cari işləri həll olunmuşdur. Şirkətə müraciət edən vətəndaşları o, şirkətin digər əməkdaşları şahid7 və şahid8 qəbul edirdi. Şirkətin digər əməkdaşı olan şahid2 isə vətəndaşlara mənzilləri göstərməklə məşğul olmuşdur. Bir müddət işlədikdən sonra Oqtay onu filial müdiri təyin etmişdir. Lakin bununla bağlı hər hansı bir əmr və ya başqa sənəd imzalanmamışdır. Oqtay ona bununla bağlı xüsusi bir təltifnamə də vermişdir. Şirkətə müraciət edən vətəndaşları qəbul edəndə Oqtayın göstərişi əsasında o, bütün hərəkətlər barədə məruzə edirdi. Belə ki, vətəndaşın üzərində nə qədər pulun olmasını, hansı məbləğdə mənzilin alınmasına razı olduqlarını, nağd və ya kredit şərti ilə mənzil almaq istədiklərini deyirdi. Bu barədə Oqtaya deyəndən sonra sonuncu nə deyirdisə o da o cür edirdi. O, şirkətdə işlədiyi bütün müddət ərzində nağd və ya kredit (ipoteka) şərti ilə mənzil almaq istədiyi bütün vətəndaşlardan nə qədər və hansı şəraitdə pul alıbsa bütün bunları şəxsən Oqtayın özünə öncədən bildirmiş və Oqtayın razılığını aldıqdan sonra pulları alıb şəxsən sonuncuya vermişdir. Oqtay isə verdiyi pulun içərisindən müxtəlif məbləğlərdə faiz qismində ona pul vermişdir. Oqtay vahid bir faiz məbləği ona verməmiş, məbləğdən asılı olaraq ona çatan faizin məbləği dəyişmişdir. Işlədikləri dövr ərzində şahid9 Bakı şəhəri Nərimanov rayonu ərazisində olan Təhsil Nazirliyinin inzibati binası ilə üzbəüzdə yerləşən “Lüksen plaza” biznes mərkəzinin 11-ci mərtəbəsində sahəsi 200 kvadrat metrdən artıq olan qeyri-yaşayış sahəsini icarəyə götürüb orada da şirkətin bir filialını açmışdır. Həmin filialın müdiri vəzifəsinə isə Oqtay öz qaynı Zamini təyin etmişdir. Onda olan məlumata görə Zamin ölkədən qaçıb getmişdir. Bundan başqa şirkətin müdiri şahid9 Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “xxxx” biznes mərkəzinin 2-ci mərtəbəsində yerləşən 2 otaqlı qeyri-yaşayış sahəsini icarəyə götürüb orada da “xxxx” şirkətinin daha bir filialını açmışdır. Həmin filiala şahid7 müdir təyin edilmişdir. Kredit və ya ipoteka şərti ilə mənzil almaq məqsədi ilə şirkətə gələn müştərilərə nəticə etibarı ilə mənzilin hansı yolla, hansı şəraitdə və üsullarla mənzil alınacağını onlar bilməmişlər. Oqtay bu barədə heç vaxt onlara dəqiq məlumat verməmişdir. Oqtay dəmişdir ki: “siz narahat olmayın, müraciət edən vətəndaşlardan pulu, zəruri sənədlərinin surətini alın, qalanını özüm həll edəcəyəm, tanışlarım var onlar yoluna qoyacaqlar.” Ona görə də onların işi rahat olmuş və ancaq vətəndaşları qəbul edib bəyənilən mənzilləri göstərmək, pulu almaq və öhdəlik ərizəsi tərtib edib vətəndaşa verməklə işləri qurtarmışdır. Qalan vacib məsələləri, yəni ipoteka və ya kreditin ayrılması işini Oqtay öz boynuna götürmüşdür. Kredit və ya ipoteka şərti ilə mənzil almaq üçün şirkətə gəlib pul ödəyən adamlarla şirkətin arasında “öhdəlik ərizəsi" adlı götürülə bilməzdir. O, müştərinin pulunu, kreditlə (ipoteka ilə) almaq istədiyi mənzilin sahəsini və yerini Oqtaya deyəndən sonra sonuncu razılıq verdiyi halda şəxsə özü öhdəlik sənədinin birini ona vermiş və o, həmin sənədi vətəndaşın yanında tərtib etmişdir. Bunun ardınca öhdəlik ərizəsini və vətəndaşdan aldığı pulu gətirib Oqtaya vermiş və Oqtay yalnız özündə saxladığı möhürü çıxarıb həmin öhdəlik sənədinə möhür vurmuşdur. Bəzi hallarda şirkətə müraciət edən şəxslər arasında elələri də olmuşdur ki, tərtib olunan öhdəlik ərizəsi əsasında pul verməyə razı olmamışlar və notarial sənədləşmə tələb etmişlər. Bu cür hallarda istər o, istərsə də digər filial müdirləri Orxan və Ramin əvvəlcədən Oqtaya məlumat vermiş və yalnız sonuncunun razılığını aldıqdan sonra müştərilərlə birlikdə notariat ofisinə gedib aldıqları pullarla bağlı borc müqaviləsi bağlanmışdır. Notarial hərəkətlərin əksəriyyəti şirkətin yerləşdiyi ünvanın yaxınlığında, Xocalı prospektində yerləşən adını bilmədiyi notariat ofisində baş tutmuş, həmin kontorda adamların sayı həddən ziyadə çox olduqda isə ya “Asan Xidmətə, ya da metronun “Həzi Aslanov” stansiyasının yaxınlığındakı nömrəsini bilmədiyi notariat ofisinə getmişdir. Getdiyi notariat xidmətləri barədə də şəxsən Oqtaya məlumat vermiş, sonuncunun məlumatı olmadan addım atmamışdır. Şirkətin müdiri şahid9 şirkətə gələn, onlara kredit və ya ipoteka şərti ilə mənzil almaq üçün müraciət edən, bu məqsədlə pulları alınan, əvəzində öhdəlik ərizələri və ya notarial borc müqavilələri alan bütün müştərilərdən xəbəri olmuşdur. Oqtay ümumiyyətlə şirkətin ofisində hər yerə videomüşahidə kamerası qoymuş və ciddi şəkildə hər şeyə nəzarət etmişdir. Videokameraları internetə qoşulduğu üçün özü ofisdən kənarda olduğu vaxtlarda da ofisdə nələrin baş verdiyini, kimlərin gəlib-getdiyini telefonu vasitəsi ilə izləmiş, zərurət olduqda onlara zəng vurub gələn adamlarla bağlı suallar vermişdir. Oqtayın icazəsi olmadan ofisdə başqa bir addım atıla bilməzdir. Şirkətin qanunsuz fəaliyyəti ilə bağlı Bakı şəhəri Xətai Rayon Polis Idarəsinin Istintaq şöbəsində başqa bir cinayət işinin istintaqı aparıldığı vaxt 2022-ci noyabr ayının əvvəllərində o, müstəntiq tərəfindən həbs edilmiş, həmin ayın sonu isə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. Azadlığa çıxdıqdan dərhal sonra o, şirkətin rəhbəri şahid9lə görüşüb başına gələnləri müzakirə etmək istəmişdir. Çünki faktiki olaraq vətəndaşlardan aldığı pulların hamısını Oqtaya vermiş və həmin puldan ona çox az miqdarda pul verilmişdir. O, Oqtayla görüşəndə sonuncu təklif etmişdir ki, ya o, ya şahid8, ya da şahid7 bütün müştərilərdən alınan pulları boynuna götürsün ki, aralarında cəmi bir nəfər həbs edilsin. Çöldə qalanlar isə zərərçəkənlərə vurulmuş maddi ziyanın ödənilməsini təşkil etsinlər ki, həbs edilən adam yekunda azadlığa çıxa bilsin. O, Oqtaya demişdir ki, “bu mümkün deyil. Çünki elə vətəndaşlar var ki, ümumiyyətlə məni tanımıralar və həmin adamlar Orxan və ya Raminlə iş görüb pulu da elə Raminlə Orxana veriblər. Mən necə onların işini də boynuma götürə bilərəm axı. Sabah həmin adamlar gəlib deyəcəklər ki, biz Natiqi ümumiyyətlə tanımırıq və ona pul verməmişik. Buna heç kim inanmaz.” Bu sözündən sonra isə Oqtay demişdir ki, heç olmasa öz aldığı pullarla bağlı hər şeyi bonuna götürsün və guya Oqtaya heç nə vermədiyini bildirsin. Sonradan eşitmişdir ki, Oqtay bu təklifi ayrı-ayrılıqda Ramin və Orxana da etmişdir. Lakin Orxan və Ramindən bir cavab ala bilməmişdir. Oqtay ona bu təklifi edəndə o, demişdir ki: “əgər elədirsə onda özün hər şeyi boynuna götür get içəri, biz üç nəfər isə çöldə qalıb zərərçəkənlərlə danışıqlar apararıq, ziyanı hissə-hissə ödəyərik”. Oqtay isə bu sözünə cavab olaraq bildirmişdir ki: “mənə tutulmaq olmaz, mənim şəhərdə mənzillərim, restoranlarım, Qəbələ rayonunda villam, bahalı maşınlarım var, mən içəridə olsam bu malları heç kim satıb zərərçəkənələrə pul ödəyə bilməz.” O, bu vəziyyəti görüb Oqtaya bildirmişdir ki: “lap 1 il də həbsdə qalmağa hazıram, ancaq xahiş edirəm ki, zərərçəkən adamlara pullar ödənilsin.” Oqtay isə demişdir ki: “bir il nədi dəlisən sən?! mülklər var 3-4 ay ərzində onları satıb səni içəridən çıxaracağam”. Bu razılaşmadan sonra Oqtay ona bildirmişdir ki, Xətai Rayon Polis Idarəsinə gedib müstəntiqin yanında ifadəsini dəyişsin və hər şeyi boynuna götürsün. O, da müdafiəçinin iştirakı ilə müstəntiq Rövşən Xanbabayevin yanına getmişdir. Orada əvvəl verdiyi ifadəsini dəyişərək yalandan qeyd etmişdir ki, guya vətənaşlardan aldığı pulların hamısını cibinə qoymuş və guya Oqtaya bir manat da belə olsun verməmişdir. Ifadəsini verəndən bir neçə həftə sonra isə şahid9 Xətai Rayon Polis Idarəsinə dəvət edib kredit və ipoteka şərtləri ilə mənzil alınmasına görə şirkətə müraciət edən şəxslərdən aldığı pulları tamlıqla direktor şahid9 verdiyini və sonuncu tərəfindən həmin pullardan ona müəyyən məbləğdə pul verildiyini göstərmişdir. Birinci instansiya məhkəməsində şahid qismində tanınan və ifadə verən şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, təxminən 2014-cü ildən etibarən 28 May küçəsi 42-46 ünvanında yerləşən “Stimul” adlı ofisdə digər makler şahid4 ilə birlikdə işləmişdir. Təxminən 4 il bundan əvvəl o, Anar adlı şəxslə tanış olmuşdur. Həmin Anar onun makler fəaliyyəti ilə məşğul olduğunu bilib “xxxx” şirkəti barədə ona məlumat vermişdir. Anarın sözlərinə görə həmin şirkət Mənzil Inşaatı Dövlət Agentliyinin müvəkkilidir, yəni sözlərinə görə həmin şirkətin vasitəsiləxxxx tərəfindən Inşa edilmiş binalardan rahatlıqla mənzil almaq olar və buna görə alıcı olduğu təqdirdə həmin şirkətə yönəltməklərini istəmişdir. Anarın sözü ilə o və şahid4 Xətai rayonu, Xocalı prospektində yerləşən “xxxx” şirkətinin ofisinə getmişlər. Orada onlar ilkin olaraq şahid7 ilə tanış olmuşlar. Orxan Anarın sözlərini onlara təsdiq etmiş və şirkətin lisenziyasını təqdim etmişdiri. Həmçinin onlar şirkətin işçisi şahid8 ilə də tanış olmuşlar. Orada aralarında olan danışıqlara əsasən o və Ilqar müştərilər tapıb şirkətə yönləndirdikdən sonra hər mənzilin satışından mənzilin dəyərinin 2 faizi məbləğində onlara pul verilməli idi. Bu minvalla həmin vaxtdan etibarən o və Ilqar “xxxx” şirkətinə bir neçə müştəri cəlb etmişlər. Belə ki, 2021-ci ilin mart ayında Ağayev Bəhruz adlı şəxs tanışları vasitəsi ilə onun və Ilqarın işlədiyi 28 May küçəsində yerləşən ofisin yerini taparaq Yasamal rayonunda yerləşənxxxx tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdiri. Bəhruz Ağayev hərbçi olmuş və sosial mənzil ala biləcəyini bilmişdir. O və Ilqar Bəhruzu qəbul edib dinləmiş və məsləhət görmüşlər ki, “xxxx” şirkətinə gedib məsələni orada həll etsinlər. Bəhruz ofisə gəldikdən bir neçə gün sonra o və Bəhruzun yoldaşı Pərvanə adlı xanım “xxxx” şirkətinin Xocalı prospektində yerləşən ofisinə getmişlər. Yadında olan qədər Bəhruz işdə olduğu üçün özü oraya gələ bilməmişdir. Orada onları şahid7 qəbul etmiş və onlar otağında söhbət etmişlər. Orada Orxan mənzilin alınması şərtləri barədə məlumat vermişdir. Orxanın sözlərinə görə Bəhruzun yoldaşı Pərvanəyə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində şirkətə xatırladığı qədər ilkin ödəniş kimi 18000 manat verməli olduğunu izah etmişdir. X15 dediyi kimi hamıdan olduğu kimi Bəhruz və Pərvanədən “Asan nömrə” əldə etməyi, əmək haqqından çıxarış, nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyi tələb etmişdir. Pərvanə onun yanında Orxana ofisdə 18000 manat pul vermişdir. 2021 -ci ilin mart ayının sonlarında isə Bəhruz ona zəng edərək Orxanın onunla əlaqə saxlayıb mənzilin sığortasına görə əlavə 5000 manat pul ödəməli olduğu barədə söylədiyini ona demişdir. O, Orxanın sözünə qulaq asıb pulu verməyim məsləhət görmüşdür. Bundan sonra yenə Bəhruzun yoldaşı Pərvanə ofisə yaxınlaşaraq ya Orxan ya da ki Raminə onun iştirakı olmadan 5000 manat pul vermişdir. Daha sonra Orxanın hansı məbləğdə pul almağından məlumatım olmamışdır. Uzun müddət keçdikdən sonra isə Pərvanə onun işlədiyi ofisə gəlib Orxan və şahid8 böyük məbləğlərdə pul verdiyini, hətta Ramin Nağdəiiyevin bank kartına 3130 manat pul göndərdiyini söyləmişdiri. O, nəyə görə bu barədə ona demədiklərini soruşduqda Pərvanə Ramin və Orxana güvəndikləri üçün ondan soruşmadan pul verdiklərini bildirmişdir. O, Ramin ilə danışmış və nəyə görə məsələnin öz həllini tapmadığını soruşmuşdur. Ramin isə guya Bəhruz və Pərvanə üçün mənzilin hazır olduğunu, bəzi məsələlərə görə işin uzandığını söyləmişdir. Lakin Orxan və Raminin dediyi kimi Bəhruz Ağayevə heç bir mənzil ayrılmamışdır. Həmçinin 2021 -ci ilin may ayında Sumara Əliyeva adlı şəxs onun işlədiyi “28 May” küçəsində yerləşən ofisə gələrək Yasamal rayonunda yerləşənxxxx tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. O, Sumaraya “xxxx” şirkətinə gedib məsələni orada həll etməyini təklif etmişdir. Həmin gün o və Ilqar Sumaram “xxxx” şirkətinin Xocalı prospektində yerləşən ofisinə şahid8 yanına aparmışlar. Ramin sosial mənzilin alınması şərtləri barədə Sumaraya məlumat vermiş və dövlət işində sənədləşdirilsin. Həmçinin Surnara nağd şəkildə ipotekasız mənzil almaq istədiyini söyləmiş və Ramin Yasamal rayonu ərazisində yerləşənxxxx tərəfindən inşa edilən mənzillərdən birini 64.000 manat müqabilində ala biləcəyini demişdir. Bundan bir neçə gün sonra Surnara dövlət işində işləyən adı yadında olmayan bacısı qızı ilə birlikdə “28 May” küçəsində olan ofislərinə gəlib 17.000 manat pul gətirdiyini söyləmiş və həmin pulun sayılmasında ona köməklik göstərməklərini istəmişdir. O və Ilqar pulu sayaraq 17.000 manat pulu saymış və bundan sonra pulu Sumaradan götürüb Xocalı prospektində yerləşən “xxxx” şirkətinin ofisinə aparıb orada tamlıqla şahid8 vermişlər. Təxminən 10 gün keçdikdən sonra Surnara qalan pulu onun işlədiyi ofisə gətirib saymaqlarını istəmişdir. Onlar pulu sayaraq Surnara tərəfindən 1800 manat pulun artıq gətirildiyini müəyyən etmişlər və həmin 1800 manat pulu sonuncuya qaytarmışlar. Qalan 47.000 manat pul isə həmin gün “xxxx”ın ofisində tamlıqla Surnaranın özü tərəfindən o və Ilqarın iştirakı ilə şahid8 verilmişdir. Mənzil ilə bağlı yenə də sms bildiriş göndərilsə də Sumaraya heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayında Fuad Osmanov adlı şəxs tanışlarının vasitəsi ilə o və Ilqarın işlədiyi ofisi tapıb oraya gəlmişdir. Fuadxxxx tərəfindən inşa edilən binalardan ipoteka şərtləri ilə mənzil almaq istədiyini söyləmişdir. O və Ilqar Fuadı qəbul edib dinləmiş və məsləhət görmüşlər ki, “xxxx” şirkətinə gedib məsələni orada həll etsinlər. Fuad ofislərinə gəldikdən bir neçə gün sonra o, sonuncu ilə “xxxx” şirkətinin Xocalı prospektində yerləşən ofisə getmişlər. Orada onları şahid8 qəbul etmiş və onlar otağında söhbət etmişlər. Orada Ramin mənzilin alınması şərtləri barədə Fuada məlumat vermişdir. Raminin sözlərinə görə Fuad Osmanov mənzilin əldə edilməsi üçün Ilkin ödəniş şəklində şirkətə 18.000 manat ödəməli olmuş və həmin məbləğə mənzilin ipoteka Ilə bir illik ödənişinin və mənzilin sığortasının da daxil olduğunu söyləmişdir. Raminin sözlərinə görə Fuad aylıq ödəniş şəklində 288 manat ödəməli olmuşdur. X8 dedikləri ilə razılaşmış və həmin gündən bir neçə gün sonra o və Fuad Xocalı prospektində görüşüb yenidən şirkətə getmişlər. Şirkətdə Fuad onun yanında şahid8 razılaşdıqları kimi 18.000 manat məbləğində pul vermişdir. Raminin sözlərinə görə bir neçə gün sonra Fuadın mobil nömrəsinə mənzilin ayrılması ilə bağlı sms bildiriş göndərilməli olmuşdur. Raminin dediyi kimi Fuada bir neçə gün sonraxxxx tərəfindən mənzil növbəsinə qeydiyyata alınmağı ilə bağlı sms bildiriş göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Fuad Osmanova mənzil ayrılmamışdır. Fuad özü bir neçə dəfə onunla əlaqə saxlamış, o isə onun Ramin ilə əlaqə saxlamasını istəmişdir. O və Fuad özləri də bir neçə dəfə Raminin yanına şirkətə gedib məsələ barədə soruşmuşlar, lakin Ramin hər dəfəsində bəhanələr edərək məsələni uzatmışdır. Həmçinin o, Fuad ilə birlikdə şirkətin guya direktoru olan şahid9 yanına getmişlər, Oqtay da ümumi sözlərlə Fuadı aldatmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayında Məmmədqulu Ağamalızadə adlı şəxs tanışları vasitəsi ilə onun və Ilqarın işlədiyi ofisin yerini taparaq oraya gəlibxxxx tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. O və Ilqar Məmmədqulunu qəbul edib dinləmiş və məsləhət görmüşlər ki, “xxxx” şirkətinə gedib məsələni orada həll etsin. Məmmədqulu ofisə gəldikdən bir neçə gün sonra o, Ilqar və Məmmədqulu “xxxx” şirkətinin Xocalı prospektində yerləşən ofisinə getmişlər. Orada onları şahid8 qəbul etmiş və onlar otağında söhbət etmişlər. Orada Ramin mənzilin alınması şərtləri barədə Məmmədquluya məlumat vermişdir. Raminin sözlərinə görə Məmmədqulu mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində şirkətə 20000 manat ödəniş etməli və həmin məbləğə mənzilin ipoteka ilə bir illik ödənişinin və mənzilin sığortasının da daxil olduğunu söyləmişdir. Həmçinin Ramin hamıdan olduğu kimi Məmmədquludan da “Asan nömrə” əldə etməyini, əmək haqqıdan çıxarış, nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini tələb etmişdir. Məmmədqulu Raminin dedikləri ilə razılaşmışdır. Həmin gündən bir neçə gün sonra 2021 - ci ilin dekabr ayında o, Ilqar və Məmmədqulu yenidən şirkətə getmişlər. “xxxx”ın ofisində Məmmədqulu onun yanında şahid8 razılaşdıqları kimi 20000 manat məbləğində pul vermişdir. Raminin sözlərinə görə bir neçə gün sonra Məmmədqulunun mobil nömrəsinə mənzil növbəsində olması ilə bağlı sms bildiriş göndərilməli idi. Raminin dediyi kimi Məmmədquluya bir, neçə gün sonraxxxx tərəfindən mənzil növbəsinə Bundan başqa 2022-ci ilin mart ayında Sənan Ağayev adlı şəxs tanışları vasitəsi ilə onun və Ilqarın işlədiyi “28 May” küçəsində yerləşən ofisi tapıb oraya gələrək Yasamal rayonunda yerləşənxxxx tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. Sənan da bütün müraciət edən şəxslər kimi ofisə gəldikdən bir neçə gün sonra “xxxx” şirkətinə getmişdir. Oraya onunla birlikdə gedərək şahid8 ilə görüşmüşdür. Orada Ramin mənzilin alınması şərtləri barədə Sənana məlumat vermişdir. Raminin sözlərinə görə Sənan mənzil əldə etməsi üçün ilkin ödəniş şəklində şirkətə 20000 manat pul verməlidir. Həmin söhbətdən bir neçə gün sonra Sənan pulu düzəldib onunla birlikdə yenidən şirkətin ofisinə getmişdir. Orada onlar şahid8 ilə görüşmüş və onun yanında Sənan 20000 manat pul vermişdir. Lakin pulu verdikdən uzun müddət keçməsinə baxmayaraq Sənan Ağayevə heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2022-ci ilin mart ayında Şəfiyev Ümid adlı şəxs onun işlədiyi “28 May” küçəsində yerləşən ofisə gələrək Yasamal rayonunda yerləşənxxxx tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. X5 görə ona Səbail Rayon Icra Hakimiyyətində əvvəl işləyən şahid1 zəng etmişdir. Bəxtiyarın sözünə görə Ümid yaxın dostu olan Zahidin bacısı oğludur və buna görə xahiş etmişdir ki, Ümidə mənzil məsələsində köməklik göstərsin. O, da Ümidi qəbul edib dinləmiş və məsləhət görmüşdür ki, “xxxx” şirkətinə gedib məsələni orada həll etsinlər. Ümid də bütün müraciət edən şəxslər kimi ofisə gəldikdən bir neçə gün sonra “xxxx” şirkətinə getmişdir. Ümidlə birlikdə 2022-ci ilin mart ayında ofisə o, Bəxtiyar və Bəxtiyarın dostu Zahid adlı şəxs gəlmişdir. Orada onları şahid8 qəbul etmişdir. Ramin sosial mənzilin alınması şərtləri barədə Ümidə məlumat vermiş, sözlərinə görə Ümid mənzil əldə etməsi üçün ilkin ödəniş şəklində şirkətə 30000 manat pul verməlidir. Həmin söhbətdən bir neçə gün sonra Ümid pulu düzəldib o və Bəxtiyar ilə birlikdə yenidən şirkətin ofisinə gəlmişdir. Orada onlar yenidən şahid8 ilə görüşmüş və onların yanında Ümid sonuncuya 30000 manat pul vermişdir. Bundan sonra Ümid tərəfindən Raminə əlavə olaraq pul verilməsi barədə onun heç bir məlumatı olmamışdır. Ümid tərəfindən pul verildikdən uzun müddət keçməsinə baxmayaraq heç bir mənzil ayrılmamışdır. Həmçinin o, Mehriban HacıMəhərrəmovanı mənzil alınması ilə bağlı “xxxx” şirkətinə yönləndirmiş və onlar birlikdə oraya gedib şahid7 ilə görüşmüşlər. Orxan Mehribana mənzilin alınması ilə bağlı söz vermiş və onun yanında Mehribandan 19000 manat pul almışdır. X20 və Valeh Allahyarov onun yanında Orxan və şahid8 mənzil alınmasına görə pul vermişlər. Vətəndaşlar tərəfindən verilən pullardan ona və Ilqara heç bir məbləğdə pul verilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində tanınan və ifadə verən X9 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, daşınmaz əmlakın satışı üzrə vasitəçi kimi fəaliyyət göstərmişdir. Təxminən 12 il bundan əvvəl ünvan 3 42-46 ünvanında yerləşən “Stimul’’ adlı ofisi icarəyə götürüb işlətmişdir. Təxminən bir il bundan əvvəl həmin ofis sahibi tərəfindən satılmışdır. Həmin ofisdə daşınmaz əmlakın satışı üzrə vasitəçilik xidmətlərini göstərmişdir. Təxminən 2015-ci ildə şahid5 ofisə gələrək onunla birlikdə işləməyə başlamışdır. Təxminən 4 il bundan əvvəl o və Ədib Anar adlı şəxslə tanış olmuşlar. Həmin Anar onun makler fəaliyyəti ilə məşğul olduğunu bilib “xxxx” şirkəti barədə onlara məlumat vermişdir. Anarın sözlərinə görə həmin şirkət Mənzil Inşaatı Dövlət Agentliyinin müvəkkilidir, yəni sözlərinə görə həmin şirkətin vasitəsiləxxxx tərəfindən inşa edilmiş binalardan rahatlıqla mənzil almaq olar və buna görə alıcı olduğu təqdirdə alıcıları həmin şirkətə yönəltməklərini istəmişdir. Anarın sözü ilə o və şahid5 Xətai rayonu, Xocalı prospektində yerləşən “xxxx” şirkətinin ofisinə getmişlər. Orada onlar ilkin olaraq şahid7 ilə tanış olmuşlar. Orxan Anarın sözlərini onlara təsdiq etmiş və şirkətin lisenziyasını təqdim etmişdir. Həmçinin onlar şirkətin işçisi şahid8 ilə də tanış olmuşlar. Orada aralarında olan danışıqlara əsasən o və Ədib müştərilər tapıb şirkətə yönləndirdikdən sonra hər mənzilin satışından mənzilin dəyərinin 2 faizi məbləğində onlara pul verilməli idi. Bu minvalla həmin vaxtdan etibarən o və Ədib “xxxx” şirkətinə bir söyləmişdir. Bəhruz Ağayev hərbçi olmuş və sosial mənzil ala biləcəyini bilmişdir. O və Ədib Bəhruzu qəbul edib məsləhət görmüşlər ki, “xxxx” şirkətinə gedib məsələni orada həll etsinlər. Bəhruz ofisə gəldikdən bir neçə gün sonra o, Ədib və Bəhruzun yoldaşı Pərvanə adlı xanım “xxxx” şirkətinin Xocalı prospektində yerləşən ofisinə getmişlər. Yadında olan qədər Bəhruz işdə olduğu üçün özü oraya gələ bilməmişdir. Orada onları şahid7 qəbul etmiş və onlar sonuncunun otağında söhbət etmişlər. Orada Orxan mənzilin alınması şərtləri barədə. Bəhruza məlumat vermişdir. Orxanın sözlərinə görə Bəhruzun yoldaşı Pərvanəyə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində şirkətə ilkin ödəniş kimi 18000 manat verməli olduğunu izah edilmişdir. X15 dediyi kimi hamıdan olduğu kimi Bəhruz və Pərvanədən “Asan nömrə” əldə etməyini, əmək haqqıdan çıxarış, nikah şəhadətnaməsi və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməyini tələb etmişdir. Pərvanə onların yanında Orxana ofisdə 18000 manat pul vermişdir. 2021 -ci ilin mart ayının sonlarında isə Bəhruz Ədibə zəng edərək Orxanın əlaqə saxlayıb mənzilin sığortasına görə əlavə 5000 manat pul ödəməli olduğu barədə söylədiyini demişdir, Ədib də Orxanın sözünə qulaq asıb pulu verməyini məsləhət görmüşdür. Bundan sonra isə Bəhruzun yoldaşı Pərvanə ofisə yaxınlaşaraq ya Orxan ya da ki Raminə 5000 manat pul vermişdir. Daha sonra Orxanın hansı məbləğdə pul almağından məlumatı olmamışdır. Uzun müddət keçdikdən sonra isə Pərvanə ofisə gəlib Orxan və şahid8 böyük məbləğlərdə pul verdiyini, hətta şahid8 bank kartına 3130 manat pul göndərdiyini söyləmişdir. O və Ədib nəyə görə bu barədə onlara demədiklərini soruşduqda Pərvanə Ramin və Orxana güvəndikləri üçün onlardan soruşmadan pul verdiklərini bildirmişdir. O və Ədib Ramin ilə danışmış və nəyə görə məsələnin öz həllini tapmadığını soruşmuşlar. Ramin isə guya Bəhruz və Pərvanə üçün mənzilin hazır olduğunu, bəzi məsələlərə görə işin uzandığını söyləmişdir. Lakin Orxan və Raminin dediyi kimi Bəhruz Ağayevə heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2021-ci ilin may ayında Sumara Əliyeva adlı şəxs onun işlədiyi “28 May" küçəsində yerləşən ofisə gələrək Yasamal rayonunda yerləşənxxxx tərəfindən inşa edilən mənzil almaq istədiyini söyləmişdir. O və Ədib Sumaraya “xxxx” şirkətinə gedib məsələni orada həll etməyini təklif etmişlər. Həmin gün o və Ədib Sumaram “xxxx" şirkətinin Xocalı prospektində yerləşən ofisinə şahid8 yanına aparmışlar. Ramin sosial mənzilin alınması şərtləri barədə Sumaraya məlumat vermiş və dövlət işində işləyib işləmədiyini soruşmuşdur. Sumara dövlət işində işləmədiyini söyləmiş və adına artıq bir mənzilində də olduğunu bildirmişdir. Ramində buna görə Sumaradan dövlət işində işləyən yaxın bir qohum tapmağını təklif etmişdir ki, mənzil qohumun adına sənədləşdirilsin. Həmçinin Sumara nağd şəkildə ipotekasız mənzil almaq istədiyini söyləmiş və Ramin Yasamal rayonu ərazisində yerləşənxxxx tərəfindən inşa edilən mənzillərdən birini 64.000 manat müqabilində ala biləcəyini demişdir. Bundan bir neçə gün sonra Sumara dövlət işində işləyən adı yadında olmayan bacısı qızı ilə birlikdə “28 May” küçəsində olan ofislərinə gəlib 17.000 manat pul gətirdiyini söyləmiş və həmin pulun sayılmasında köməklik göstərməklərini istəmişdir. O və Ədib 17.000 manat pulu saymış və bundan sonra pulu Sumaradan götürüb Xocalı prospektində yerləşən “xxxx” şirkətinin ofisinə aparıb orada tamlıqla şahid8 vermişlər. Təxminən 10 gün keçdikdən sonra Sumara qalan pulu onun işlədiyi ofisə gətirib saymaqlarını istəmişdir. Onlar pulu sayaraq Sumara tərəfindən 1800 manat pulun artıq gətirildiyini müəyyən etmişlər və həmin 1800 manat pulu qaytarmışlar. Qalan 47.000 manat pul isə həmin gün “xxxx”ın ofisində tamlıqla Sumaranın özü tərəfindən o və Ədibin iştirakı ilə şahid8 verilmişdir. Mənzil ilə bağlı yenə də sms bildiriş göndərilsə də Sumaraya heç bir mənzil ayrılmamışdır. Bundan başqa 2021-ci ilin sentyabr ayında Fuad Osmanov adlı şəxs tanışlarının vasitəsi ilə o və Ədibin işlədiyi ofisi tapıb oraya gəlmişdir. Fuadxxxx tərəfindən inşa edilən binalardan ipoteka şərtləri ilə mənzil almaq istədiyini söyləmişdir. O və Ədib Fuadı qəbul edib məsləhət görmüşlər ki, “xxxx” şirkətinə gedib məsələni orada həll etsinlər. Fuad ofislərinə gəldikdən bir neçə gün sonra Ədiblə birlikdə “xxxx” şirkətinin Xocalı prospektində yerləşən ofisə getmişdir. Orada şahid8 otağında söhbət etmişlər. Orada Ramin mənzilin alınması şərtləri barədə Fuada məlumat vermişdir. Raminin sözlərinə görə Fuad Osmannv neçə gün sonra Ədib və Fuad Xocalı prospektində görüşüb yenidən şirkətə getmişlər. X10 yanında şahid8 razılaşdıqları kimi 18.000 manat məbləğində pul vermişdir. Raminin sözlərinə görə bir neçə gün sonra Fuadın mobil nömrəsinə mənzilin ayrılması ilə bağlı sms bildiriş göndərilməli idi. Raminin dediyi kimi Fuada bir neçə gün sonraxxxx tərəfindən mənzil növbəsinə qeydiyyata alınmağı ilə bağlı sms bildiriş göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq Fuad Osmanova mənzil ayrılmamışdır. Fuad özü bir neçə dəfə onlaral əlaqə saxlamış, o və Ədib isə Ramin ilə əlaqə saxlamasını istəmişlər. Bundan başqa 2021-ci ilin oktyabr ayında Aygün Nəbiyeva onların ofisinə yaxınlaşıb Yasamal rayonuxxxx tərəfindən inşa edilən yaşayış binasından mənzil əldə etmək istədiyini bildirmişdir. O Aygünə “xxxx” şirkətinə müraciət etməsini məsləhət görmüşdür. Ofisdəki görüşlərindən bir neçə gün sonra o, Aygün ilə birlikdə Xocalı prospektində yerləşən “xxxx” şirkətinin ofisinə yaxınlaşmışdır, Orada onları şahid8 qəbul etmişdir. Ramin sosial mənzil əldə olunmağının şərtləri barədə məlumat vermiş, bunun üçün hansı sənədləri təqdim etməli olduğunu izah etmişdir. Raminin sözlərinə görə ipoteka ilə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində xatırladığı qədər 20000 manat pul ödənilməli olmuşdur. Aygün şərtlər ilə razılaşaraq bir neçə gün sonra həmin pulu düzəldib onunla birlikdə ofisə yaxınlaşaraq Raminin dediyi kimi 20000 manat civarında pulu yanında şahid8 vermişdir. Raminin sözlərinə görə tezliklə Aygünə mənzil ayrılmalı idi və bu barədə sms bildiriş göndərilməli idi. X11 pulu ödədikdən və zəruri sənədləri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq Ramindən heç bir xəbər çıxmamışdır. Ramin ilə əlaqə saxladıqda sonuncu bəhanələr edərək vaxtı uzatmışdır. Bundan başqa 2021-ci ilin dekabr ayında Arzu Cəfərova onların ofisinə yaxınlaşıb Suraxanı rayonuxxxx tərəfindən inşa edilən yaşayış binasından mənzil əldə etmək istədiyini bildirmişdir. Arzu Cəfərova onun uzaq qohumu olmuş və o, Arzuya köməkliyin göstərilməsini öz üzərinə götürmüşdür. O, Arzuya "xxxx” şirkətinə müraciət etməsini məsləhət görmüşdür. Ofisdəki görüşlərindən bir neçə gün sonra o, Arzu ilə birlikdə Xocalı prospektində yerləşən “xxxx" şirkətinin ofisinə yaxınlaşmışdır. Orada onları şahid8 qəbul etmişdir. Ramin sosial mənzil əldə olunmağının şərtləri barədə məlumat vermiş, bunun üçün hansı sənədləri təqdim etməli olduğunu izah etmişdir. Raminin sözlərinə görə ipoteka ilə mənzilin əldə edilməsi üçün ilkin ödəniş şəklində xatırladığı qədər 20000-25000 manat civarında pul ödənilməli olmuşdur. Arzu Cəfərova şərtlər ilə razılaşaraq bir neçə gün sonra həmin pulu düzəldib onunla birlikdə ofisə yaxınlaşaraq Raminin dediyi kimi məbləğini dəqiq xatırlamadığı 20000-25000 manat civarında pulu yanında şahid8 vermişdir. Raminin sözlərinə görə tezliklə Arzuya mənzil ayrılmalı idi və bu barədə sms bildiriş göndərilməli idi. X13 pulu ödədikdən və zəruri sənədləri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq Ramindən heç bir xəbər çıxmamışdır. Arzu ona zəng etmiş və narazılığını bildirmişdir, o da Raminin nəyə görə belə etdiyini başa düşmədiyini söyləmişdir. O, Ramin ilə əlaqə saxlamağa çalışmış, lakin sonuncu hər dəfəsində bəhanələr edərək guya tezliklə bütün problemləri həll edəcəyini söyləmişdir. Lakin söz verdiyi kimi indiyədək Arzu Cəfərovaya üçün mənzil ayrılmamışdır. X26 adlı şəxs sosial mənzil əldə etməsi üçün onun və Ədibin yanında şahid8 pul vermişdir. Lakin dediyi kimi həmin puldan nə ona, nə də ki Ədibə heçnə verilməmişdir, Ramin tezliklə Valehin mənzil ilə təmin olunacağına dair söz versə də vədinə ərnəl etməmişdir. “xxxx” şirkəti vasitəsi ilə heç bir mənzil alıcılara satılmadığı üçün o və Ədibə heç bir məbləğdə pul ödənilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində tanınan və ifadə verən şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləməmiş, təxminən 2022-ci il tarixdə qızına ev almaq istəmiş və buna görə də, bacısı Ruqiyyə ilə aralarında olan söhbət zamanı sonuncu onu daşınmaz əmlak üzrə satış mütəxəssisi işləyən Zümrüd adlı qadınla tanış etmişdir. Zümrüd adlı daşınmaz əmlak üzrə satış mütəxəssisinə müraciət etdiyi zaman sonuncu ona demişdir ki, şəhərdə sosial evlərin satışı ilə “xxxx" adlı agentlik məşğul olur və orada şahid8 adlı şəxs var. Zümrüd ona Raminin mobil nömrəsini vermişdir. O, həmin mobil nömrə ilə görüşdüyü zaman o, sonuncuya qızı üçün mənzil almaq istədiyini bildirmişdir. Ramil də ona hazırda Yasamal rayonu, “xxxx” MMC-nə məxsus sosial evlərin güzəştli ipoteka şərtləri ilə satıldığını bildirmiş və bunun üçün ondan 18000 manat pulu ilkin ödəniş kimi istəmişdir. O, razılaşaraq 2021-ci ilin təxminən aprel ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “xxxx" agentliyinin ofisində şahid8 10000 manat pul vermişdir. Daha sonra 2021-ci ilin təxminən iyun ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “xxxx” agentliyin ofisində 4000 manat pulu şahid8 vermişdir. 2021-ci ilin dekabr ayında isə 4000 manat pulu Bakı şəhəri, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “xxxx” agentliyin ofisində Raminə Nağdəliyevə vermişdir. şahid8lə tanış çıxdıqları üçün sonuncuya etibar etmiş və buna görə də, qəbz və digər ödəniş etməyi barədə yazılı sənəd tələb etməmişdir. Həmin zaman uzun müddət ərzində tanıdığı tanışı Varis Hüseynov ona müraciət etmiş və dostu qızının ipoteka şərtlərinə uyğun olaraq mənzil almaq istədiyini bildirmişdir. O, demişdir ki, öz qızı üçün “xxxx” agentliyi vasitəsi ilə mənzil almaq üçün şahid8lə danışmışdır. Həmin vaxt da dostu Varis Hüseynov onu Irşad adlı şəxslə tanış etmişdir. O, Irşadla danışdığı zaman bildirmişdir ki, Ramin Nağdaliyevin vasitəsi ilə qızı üçün güzəştli Ipoteka şərtləri ilə mənzil almışdır. Bunun üçün də şahid8 18000 manat pul ödəmişdir. Irşad da həmin şərtlərlə qızı üçün mənzil almağı ondan istəmişdir. O, Irşada 02 otaqlı mənzilə görə, 18000 manat pulu ilkin ödəniş kimi ödəmək lazım olduğunu demişdir. Təxminən 2022-ci ilin aprel ayın əvvəllərində Baki şəhəri, Nəsimi rayonu, R.Behbudov prospektində Irşadın qızı Aysel Əhmədova ilə görüşmüşdür. Həmin vaxt Aysel Əhmədova ona 18000 manat pul vermişdir. O, həmin pulu götürərək şahid8 verəcəyini demişdir. Daha sonra şahid8 mobil nömrəsini Aysel Əhmədovaya vermişdir. Aldığı pulları isə şahid8 çatdırmış, sonuncu da söz vermişdir ki, Aysel Əhmədovanın adına güzəştli ipoteka şərtlərinə uyğun olaraq mənzil rəsmiləşdiriləcək. Daha sonra eşitdiyinə görə şahid8 Aysel Əhmədova ilə telefonla əlaqə saxlamış və bank kartını sonuncuya göndərərik əlavə olaraq 2000 manat məbləğində pul almışdır. Aysel Əhmədovadan aldığı puldan özünə pul götürməmiş eləcə də, şahid8 ona Ayselin puluna görə pul və digər maddi xeyr verməmişdir. Bundan başqa ona qonşusu X2 yaxınlaşmış və aralarında olan söhbət əsnasında güzəştli ipoteka şərtləri ilə ev almaqda yardım etməyini ondan xahiş etmişdir. O da köməklik edə biləcəyini demiş və onlar Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “xxxx" agentliyinin ofisində görüşmüşlər. Orada o, Uğur Həsənovu orada işləyən və oranın direktoru şahid9 müavini şahid8lə tanış etmişdir. X16 Uğura Yasamal rayonu,xxxx MMC-nə aid binalardan 04 otaqlı mənzili adına güzəştli ipoteka şərtləri ilə adına rəsmiləşdirəcəyinə söz vermiş və ilkin ödəniş kimi təxminən 25000 manat pul istəmişdir. X3 Nağdəliyevin dedikləri ilə razılaşmışdır. Uğur Həsənov ilk olaraq pulu notarius vasitəsi ilə verilməsini istəmiş və şahid8 demişdir ki, pulu onun adına ödəyə bilər. Buna görə də, Uğur Həsənov ## ####### 2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən ** saylı notariat kontorunda 10.000 manatı, ## ####### 2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24 A ünvanında yerləşən * saylı notariat kontorunda 6.000 manatı adına rəsmi qaydada borc müqaviləsi kimi rəsmiləşdirərək vemişdir. Daha sonra o, ## ####### 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza küçəsində yerləşən Qış Parkının yaxınlığında 6.000 manat pul almışdır. O, həmin aldığı, pulları şahid8 vermişdir. Daha sonra bildiyinə görə Uğur Raminə əlavə pul vermişdir. Lakin həmin pullardan onun heç bir məlumatı olmamışdır. O, hazırda Uğur Həsənova ümumilikdə 26000 manat pul ödəmişdir. Bundan başqa Kərim Kərimov ona yaxınlaşaraq güzəştli ipoteka şərtləri ilə mənzil almağa köməklik etməyini xahiş etmişdir. O, məsləhət vermişdir ki, Xətai rayonu, Xocalı 14 prospektində yerləşən “xxxx" agentliyinin ofisinə müraciət etsin. Buna görə də, Kərim Kərimovu 2022-ci ilin təxminən mart ayının əvvəllərində həmin ofisə dəvət etmiş və orada şahid8lə tanış etmişdir. şahid8 orada X17 rayonu,xxxx MMC-dən 03 otaqlı mənzili adına güzəştli ipoteka şərtlən ilə adına rəsmiləşdirəcəyinə söz vermişdir. Daha sonraki proseslərdə o, iştirak etməmiş və Kərim Kərimovun hansı məbləğdə pulun şahid8 verməsi barədə heç bir məlumatı olmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində tanınan və ifadə verən şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən görünür ki, 2017-ci ilin təxminən avqust-sentyabr aylarından etibarən Emil adlı sosial şəbəkədən tanıdığı şəxslə səhhəti ilə bağlı ona uyğun iş tapmaqda köməklik etməsini xahiş etmişdir. Emil də onu Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 ünvanında yerləşən "xxxx” şirkətinin ofisinə dəvət etmişdir. O, həmin ünvana gedib Emil adlı şəxslə görüşmüşdür. Emil ona rieltor kimi şirkətdə işləməyə dəvət etmişdir. Həmin görüş zamanı Emil ona iş şərtləri barədə məlumat vermişdir. Həmçinin qeyd etmişdir ki, qazanc olaraq satılan əmlakın dəyərinin 1 faizi məbləğini komisyon olaraq alıcıdan, 1-2 faizini isə satıcıdan alacaq. O, da etiraz etməyib razılaşmışdır. O, həmin şirkətə ilk dəfə gedəndə həmin şirkətin təxminən 30-dan çox rieltoru olmuşdur. Işə başladıqdan sonra təxminən 2 ay ərzində heç bir satış edə bilməmişdir. Təxminən 2 ay keçdikdən sonra işə öyrənməyə başlamışdır. Artıq xırda-xırda mənzilləri kirayəyə verməyi, eləcə də satışını təşkil etməyi öyrənmişdir. Həmin şirkətdə işlədiyi müddətdə o, şahid9 şirkətin direktoru, şahid8 isə onun müavini kimi tanımışdır. Təxminən bir ay yarım keçdikdən sonra Oqtayla ilk dəfə alqı-satqı etdikdən sonra komisyon olan pulun bölünməsi zamanı Oqtayın otağına girib onunla görüşmüşdür. Ilk alqı-satqı zamanı da ona komisyon haqqı olaraq 1250 manat pul verilmişdir. Mütəmadi olaraq o, özü işi öyrəndiyi üçün bütün işləri də şəxsən təşkil etmişdir. Ilkin vaxtlarda şirkət tərəfindən o, alqı-satqıda iştirak edib komisyon pulunu almışdır. Həmin ərəfələrdə daxili kredit və ipoteka ilə bağlı heç bir iş görməmişdir. Belə ki, alqısatqı Işlərində də heç bir problem yaşanmamışdır. Həmin alqı-satqı məsələlərində sənədləşmə üçün bəzən şahid8lə, bəzən Təqsirləndirilən şəxslə, 1-2 dəfə isə şahid9lə getmişdir. Alqı-satqı etdiyi mənzillər əsasən Xətai, Nizami və Yasamal rayonlarında olmuşdur. Belə ki, Xətai rayonu ərazisində “xxxx”, “xxxx” MTK-dan, Nizami rayonu ərazisin “Pronto”, “xxxx” MTK-dan, Yasamal rayonu ərazisində isə daha çox “xxxx” MTK- ın binalarından mənzillər satmışdır. 2018-ci ildən etibarən o, özü ipotekaya tələbat çox olduğu üçün həmin işi öyrənməyə çalışmışdır. Bir müddət həmin işlə maraqlanıb işi tam öyrənmişdir. Hazır bankda ipoteka yüklü edilmiş mənzilləri satıcıdan alıcıya satılmasını təşkil etmişdir. Alıcı və satıcı öz aralarında qiymət barədə razılaşmış, alqı-satqı olduqdan sonra isə o, hər iki tərəfdən öz komisyon pulunu almışdır. Ipoteka yüklü mənzilləri də Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən “Göyqurşağı” yaşayış kompleksində, “xxxx”, “Akkord”, “xxxx” MTK-da bir neçə dəfə alqı-satqı etmişdir. Bir müddət keçdikdən sonra ipoteka şərtləri ilə bağlı dəyişikliklər olmuşdur. O, da həmin dəyişiklikləri bilməmişdir. Həmin məsələlərdə də ona köməkliyi şahid9 göstərişi ilə şahid8 etmişdir. Ilk vaxtlarda da hər hansı problemlər ortaya çıxmamışdır. Təxminən 2019- cu ilin sonlarından etibarən şirkətin bəzi işçiləri şirkətdən ayrılmış, şirkətin də maliyyə vəziyyəti əvvəlki kimi olmamışdır. Həmçinin əmlak şirkətləri də çoxaldığı üçün avtomatik olaraq “xxxx” şirkətinə olan tələbat da azalmağa başlamışdır. Həmin ərəfələrdə şahid7 və şahid6 şirkətə rieltor kimi qoşulmuşlar. şahid7 daha yaxşı işlədiyinə görə şahid9 tərəfindən şahid7 şirkətin filial müdiri təyin olunmuşdur. şahid6 da yaxşı işlədiyi üçün filial müdiri təyin olunmuşdur. Həmin ərəfədə “xxxx”-da yerləşən şirkətin ofisi açılmışdır. Orxan həmin filialın direktoru olmuşdur. Eləcə də “28 May” metrostansiyasının yaxınlığında “xxxx” şirkəti tərəfindən daha bir ofis açılmışdır. Təqsirləndirilən şəxs isə həmin ofisin filial müdiri olmuşdur. 2020-ci ilin ortalarından etibarən şahid9 ipoteka və daxili kredit şərtləri ilə mənzil satmağa başlamışdır. Həmin vaxt Oqtayın Asif adlı tikinti işləri ilə məşğul olan şəxsə məxsus mənzilləri Oqtay satılmasına köməklik etməyə başlamışdır. O, da Asif adlı şəxsi Oqtayın vasitəsi ilə tanımışdır. Ilkin olaraq bir neçə mənzilin ipoteka şərtləri ilə, eləcə də nağd qiymətlərlə satışını təşkil etmişlər. Hər hansı problem yaşanmamışdır. Oqtayın göstərişi ilə o, Asif adlı şəxsi Bakı şəhərinin müxtəlif yerlərində yerləşən mənzilləri satışını həyata keçirmək üçün “yeni əmlak”, “tap.əz”, “arenda.az”, “xxxx” saytlarında həmin mənzillərin elanlarını yerləşdirib şirkətin adına qeydiyyatda olan ona təqdim edilmiş 055- 222-36-52 mobil nömrəsini yerləşdirmişdir. Mənzillərin fotoşəkillərini ya o, Oqtaydan götürürmüş,-ya da göstərişi ilə o, gedib şəkilləri çəkirmiş. Həmin mənzillərin kimin mülkiyyətində olması barədə ona hər hansı sənəd göstərilməmişdir. O, elanlarla bağlı ona da Orxan qəbul etmişdir. Əksər müştəriləri Oqtay özü şəxsən qəbul etmişdir. Oqtay işlərin gedişatı, sənədləşmə, aylıq ödəniş məsələləri ilə bağlı da hər bir şeyi müştərilərə izah etmişdir. Pandemiya başladıqdan sonra müəyyən qədər problemlər yaranmağa başlamışdır. Oqtay ona bir daha təklif etmişdir ki, Asif müəllimin əlində daxili kredit və ipotekada olan mənzilləri işləyib satışını təşkil etmək lazımdır. Həmin mənzillər də “xxxx", “Badu Kubə”, “xxxx” MTK-da yerləşirdi. Həmin mənzillərin də fotoşəkillərini çəkməyə o, Oqtay və Asif birlikdə getmişlər. Mənzillərin satışını təşkil etmək üçün şərtləri Oqtay ona özü demişdir, Lakin bəzən o, görürdü ki, deyilən şərtlər standarta uyğun olmamışdır. O, bu barədə Asiflə danışanda, məsələn, Asif mənzilin ilkin ödəniş qiymətini 15000 manat deyəndə, Oqtay 10000 manat deyirdi. O, həmin ziddiyyəti aydınlaşdırmaq üçün Oqtayla danışanda sonuncu ona demişdir ki, “sən narahat olma, hər şey mənlikdir. Asif müəllimə özüm deyəcəm". Elan saytlarında yerləşdirilmiş elanlarla bağlı müştərilər çox vaxt Oqtayın özü ilə də görüşmüşlər. Ödənişlər də hamısı Oqtaya çatmışdır, Həmin pullardan sadəcə ona komisyon haqqı çatmışdır. Eləcə də Ramin, Orxan və Natiqin şirkətlə birlikdə gördüyü işlərdə də pulların hamısı Oqtaya verilmişdir. Yalnız bundan sonra Oqtay həmin pulların müvafiq olaraq bölgüsünü aparmışdır. Bir müddət keçdikdən sonra mənzillərin satışı ilə bağlı problemlər ortaya çıxmışdır. Belə ki, onun özünə də bir neçə dəfə mənzillərlə bağlı zənglər gəlmiş, eləcə də müştərilərin şirkətə gəlib narazılıq etmələrini də görmüşdür. Həmin ərəfələrdə o, “xxxx” şirkətinin əməkdaşlarına bu barədə bildirsə də, sözlərinə məhəl qoyulmamışdır. Ona müxtəlif bəhanələr gətirib həmin bəhanələri də müştərilərə deməyini tələb etmişlər. Təxminən 2021-ci ildən etibarən şikayətlərin sayı çox olduğuna görə Bakı şəhəri ərazisində “Xətai” metrostansiyasının arxasında şahid9 təşkilatçılığı ilə “xxxx” adlı şirkət fəaliyyətə başlamışdır. Oqtay həmin işi təşkil etməyi Natiqə tapşırmışdır. Belə ki, “xxxx” adlı şirkətin açılmasına səbəb o olmuşdur ki, Oqtay fikirləşmişdir ki, yeni müştəriləri həmin ünvanda qəbul etsin. Çünki köhnə müştərilər “xxxx” şirkətinin ofisinə mütəmadi gəlib-getdiyi üçün Oqtay istəməmişdir ki, yeni müştərilər bu vəziyyəti görsün. Həmçinin həmin ərəfələrdə artıq şirkətin əməkdaşları olan Ramin, Natiq və Orxan da elan saytlarından gələn zənglərə cavab vermiş, özləri şəxsən vətəndaşlarla danışmışlar. “xxxx" şirkəti də fəaliyyətə başladıqdan sonra şirkətin rəhbəri kimi Natiq olsa da, faktiki olaraq bütün işləri Oqtay etmişdir. Yəni müqavilələrin hazırlanması, müqavilələrə möhürlərin vurulması və digər bütün təşkilati işləri Oqtay özü şəxsən etmişdir. Bundan sonra ilkin olaraq müraciət edən müştərilərin hamısı “xxxx” şirkətinə dəvət olunmuşdur. Pullar da müştərilərdən orada alınmışdır, Belə ki, Fəridə adlı qadından, Fərid adlı bir müştəridən, eləcə də adlarını xatırlamadığı bir neçə müştəridən də orada pul alınmışdır. Müştərilərdən alınan pullar da bir qayda olaraq, şəxsən Oqtaya verilmişdir. Oqtay “xxxx” şirkətini yaradıb fəaliyyətə başladıqdan sonra o, problemi vətəndaşların çox olduğunu görüb daha ora vətəndaş aparmamışdır. Həmçinin bununla bağlı Oqtayla da arasında narazılıq olmuşdur. Həmin vaxtı o, şirkətlə əlaqəsini kəsməməyinə səbəb o olmuşdur ki, müştərilərlə “xxxx” şirkəti arasında razılaşmaların bir neçəsi borc müqaviləsi əsasında onun adına rəsmiləşdirilmişdir. O, da hər dəfə Oqtay və digərlərindən həmin məsələləri həll etmələrini bildirmişdir. Lakin Oqtay hər dəfə onun müştərilər qarşısında olan öhdəliyini həll edəcəyini desə də, heç bir iş görməmişdir. Hətta o, həmin ərəfədə Oqtayın həyat yoldaşının dayısı Yusif Nəcəfov adlı şəxsə məxsus ünvan 2 ünvanında kirayədə yaşamışdır. Oqtay onu inandırmaq üçün onun adına həmin mənzil üçün çıxarış çıxartdırmışdır. Ona demişdir ki, “narahat olma, sənin adına olan çıxarışı müştərilərə göstərib pul alıb, səni bu məsələlərdən çıxaracam”. O, da Oqtayın bu hərəkətini görüb həqiqətən də inanmışdır ki, Oqtay verdiyi vədi yerinə yetirəcək. Lakin yənə də söz verdiyi işləri həll etməmişdir. Iş materiallarında olan elektron məhkəmə sistemində Təqsirləndirilən şəxs gəlir məlumatlarında onun iş yeri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində bölmə rəhbəri, müdiriyyət kimi fəaliyyət göstərir və əmək haqqısı 250 manat təşkil edir. Iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, VOEN-i 1505676091 olan hüquqi şəxs “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin passivdir və riskli vergi ödəyicisi deyildir. Iş materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, VOEN-i 1803004062 olan fiziki şəxs şahid9 aktivdir, borcu 26044.5 manatdır və riskli vergi ödəyicisi deyildir. Həmçinin elektron Məhkəmə sistemindən görünür ki, şahid9 vergi ödəyicisi kimi “xxxx” adı altında fəaliyyət göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyəti yüngülləşdirmək məqsədi ilə özünümüdafiə xarakterli ifadələr verməsinə baxmayaraq, onun CM-in 178.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan müqavilələrin surətləri, istintaq hərəkətləri protokolları və iş üzrə toplanılmış digər materiallarla təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda sadalanan halların məcmusundan göründüyü kimi məhkəmə qeyd edilən epizodların Təqsirləndirilən şəxs elan edilmiş mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluqla bağlı ümumi ittihamdan xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq kimi tövsif edilməsində düzgün qənaətə gəlməmişdir. Dələduzluq cinayətinin əsas tərkibini nəzərdə tutan Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispozisiyasına görə, dələduzluq şəxsin etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi və ya əmlak hüquqlarını əldə etməsidir. Bu müddəaya görə, aldatmadan istifadə edən, etibardan sui-istifadə edən şəxsin qəsdi birbaşa və məhz həmin üsulların köməkliyi ilə əvəzsiz olaraq əmlakın ələ keçirilməsinə, əmlak hüquqlarının əldə edilməsinə yönəlməlidir. Başqa sözlə, dələduzluq cinayətinin subyektiv cəhəti aldatma və etibardan sui-istifadə etməklə özgə əmlakını ələ keçirən şəxsin əmlakı ələ keçirmək niyyətinin həmin əmlakın ona verilməsinədək mövcud olmasını və buna müvafiq olaraq məqsədinin digər talama cinayətlərində olduğu kimi əmlakın əvəzsiz olaraq ələ keçirilməsinə (mülkiyyətçini, sahiblik edəni əmlakdan məhrum etməyə, özünün və yaxud mənafeyi naminə hərəkət etdiyi üçüncü şəxsin əmlak kütləsini talanmış əmlak hesabına qanunsuz olaraq artırmağa) yönəlməsini ehtiva edir. Bu səbəbdən sözügedən cinayətin obyektiv və subyektiv cəhətlərinə aid olan başqa hallarla yanaşı, birbaşa qəsdlə törədilən cinayətin subyektiv cəhəti üçün xarakterik olub bu cinayət tərkibinin mövcudluğunu şərtləndirən həmin zəruri əlamətlər baxılan işin sübutetmə predmetini təşkil edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" anlayışının şərh edilməsi haqqında” ## ##### 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Pespublikası Cinayət Məcəlləsində nəzərdə tutulan "mütəşəkkil dəstə" dedikdə bir və ya bir neçə cinayətin törədilməsi üçün əvvəlcədən birləşmiş iki və yaxud daha çox şəxslərdən ibarət olan möhkəm cinayətkar qrup başa düşülməlidir. Mütəşəkkil dəstənin möhkəmliyini onun tərkibinin və təşkilati qurumlarının sabitliyi, üzvlərinin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi xarakterizə edir. Mütəşəkkil dəstənin başqa cinayətkar qruplardan fərqləndirilməsi ucün istifadə edilə biləcək digər xüsusiyyətlərlə yanaşı, ilk növbədə aşagıdakı əsas xüsusiyyətlər nəzərə alınmalıdır: dəstədə təşkilatçı və ya başçının irəli sürülməsi və ciddi intizamın gözlənilməsi; cinayət niyyətlərinin ümumiliyi; cinayətin törədilmə planının işlənib hazırlanması və bunun üçün mükəmməl hazırlıq görülməsi; cinayət törədilməsində rolların böluşdürülməsi; cinayətin törədilmə üsulunun qabaqcadan müəyyəşdirilməsi; cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunmasının mümkünlüyü; hazırlanmış plana uyğun olaraq cinayətin törədilməsi üçün hərəkətlərin razılaşdırılması; cinayət yolu ilə əldə edilmiş mənfəətlərin qrupun strukturlarında olan mövqelərə uyğun bölüşdürülməsi. Qeyd edilən müddəalarda göstərildiyi kimi cinayət işi üzrə təqsirləndirilən şəxs faktiki olaraq qüvvədə olan qanunvericiliyə uyğun şəkildə dövlət orqanları və bankların müəyyən etdiyi qaydalara zidd olaraq guya əvvəlcədən heç bir müsabiqə elan edilmədən onlara müraciət etmiş zərərçəkmiş şəxslərin istəklərinə uyğun sahəyə malik və müəyyən mərtəbələrdə mənzilləri onlara ipoteka şərti ilə satılmasını yalandan vəd verib əvvəlcədən xeyli və külli miqdarda pul vəsaitlərini ələ keçirmək niyyəti ilə cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs əksər hallarda pulları nağd şəkildə qəbul edib həmin əmlaklar üzərində sərəncam vermək qabiliyyətini yaratsa da, bəzi hallara pul vəsaitlərini plastik bank kartı hesablarına qəbul etməklə köçürülməsini təmin etməklə həmin əmlaklar üzərində sərəncam vermə qabiliyyəti əldə etmişlər. Cinayət işi üzrə zərərçəkmiş şəxslərə qarşı cinayət əməlləri törədilərkən mütəşəkkil dəstənin başçısı şahid9 başçılığı altında heç bir dövlət qeydiyyatına alınmayan uydurma ‘xxxx” adlı şirkətini formal olaraq təşkil edilməsində məqsəd həmin dəstədə olan şəxslərin onlara müraciət etmiş mənzil almaq istəyən vətəndaşlara qarşı dələduzluq edib həmin şəxslərin əmlaklarının ələ keçirilməsi olmuşdur və həmin uydurma kommersiya şirkətinin təşkil edilməsi görüntüsünün yaradılması onların mütəşəkkil dəstə halında dələduzluq əməlləri ilə tam əhatə olunmuşdur. Şəxsin başqasının adına rəsmiləşdirilmiş borc və ya kredit müqaviləsi əsasında alınmış pul vəsaitini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirdiyi hallarda, belə müqavilələrin bağlanmasında qanunsuzluğa yol verilməmişdirsə, cinayət işi üzrə zərər çəkmiş şəxs qismində müqavilə tərəfi olan kreditor (bank, digər kredit təşkilatı və ya borc vermiş fiziki şəxs) yox, adına müqavilə rəsmiləşdirilmiş şəxs tanınır. Bu halda kreditorla adına müqavilə rəsmiləşdirilmiş şəxs arasında yaranmış mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Mübahisə kreditorun xeyrinə həll edildikdə, dələduzluq cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş (adına müqavilə rəsmiləşdirilmiş) şəxs ona vurulmuş zərərin ödənilməsi ilə bağlı həm cinayət, həm də mülki mühakimə icraatı qaydasında təqsirkara qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulmuş bir sıra cinayət əməlləri törədilərkən zərərçəkmiş şəxsləri aldadılmasında, onlarda yüksək inam yaratmaq, pul vəsaitlərini əldə edilməsini guya qanuni yolla rəsmiləşdirmək, həmçinin zərəçəkmiş şəxslər tərəfindən pul vəsaitləri tələb edilən zaman onların şikayətlərinin və özlərinin cinayət məsuliyyətinə cəlb edilməsinin qarşısını almaq, cinayət əməllərini pərdələmək məqsədi ilə əslində aralarında heç bir mülki hüquqi münasibətləri olmamasına baxmayaraq formal olaraq notarial və ya adi qaydada kredit, borc və öhdəlik müqavilələri bağlamışlar. Buna görə də cinayət işi materiallarında olan təqsirləndirilən şəxslə bir sıra zərərçəkmiş şəxslər arasında bağlanmış formal olaraq notarial və ya adi qaydada kredit, borc və öhdəlik müqavilələri tərəflər arasında mövcud olmayan mülki hüquq münasibətlərini əks etdirməməsi ilə yanaşı zərərçəkmiş şəxslərə məxsus olan pul vəsaitlərinin dələduzluqla ələ keçirilməsini təsdiq edən sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası CM-nin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq bir və ya bir neçə dələduzluğun törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən həmin cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq hesab olunur. Həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırılmalı və yekun aktlarda araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən edilməlidir. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməzdən gələcəkdə çoxsaylı vətəndaşları aldatmaq üçün əvvəlcədən sabit cinayətkar qrup kimi birləşib öz aralarında vəzifə bölgüsü edib cinayətkar niyyətlərini həyata keçirmək üçün təşkilatlanmışlar. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törədərkən özgənin əmlakını ələ keçirmək məqsədi ilə səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edərək buna görə pul almışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli * nömrəli Qərarında əks olunmuş tövsiyələrinə və cinayət qanunvericiliyinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq CM-in 178.3.1-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə isə, məhkəmə hökmünün əsasını hansı sübutlar təşkil etdiyini konkret olaraq göstərməmiş, sadəcə olaraq ümumi ifadələrdən istifadə edib, nəticədə həmin ifadələrə və sənədlərə cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun qiymət verilməmişdir. Məhkəmə hökmdə həmin dəlillərin nədə əks olunması, nədən ibarət olması, ümumiyyətlə mövcud olub-olmamasını göstərməmiş, faktiki olaraq yalnız təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verdiyi özünümüdafiə xarakteri daşıyan ifadəsinə və öz subyektiv mülahizələrinə əsaslandırmışdır. Göründüyü kimi, məhkəmə həmin cinayət işi üzrə toplanılmış sübütlara tam, hərtərəfli və obyektiv qiymət verməmiş, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünümüdafiə xarakterli ifadəsinə əsaslanmış, iş üzrə toplanılmış obyektiv sübutlara əsaslanmamış, ittihamın təsdiqi üçün gətirilmiş sübutların rədd olunması səbəblərini qanunvericiliyin tələblərinə istinad edərək göstərməyərək, CPM-in 353.3.3-cü maddəsinin tələblərini pozaraq iş üzrə ibtidai istintaq və məhkəmə baxışı zamanı toplanılmış sübutların hamısı cinayətin baş verməsini təsdiq etdiyi halda, əsassız olaraq təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan mübahisələndirən hissəsini tövsif etmişdir. Halbuki, CPM-in 32.2, 32.2.2 və 32.2.7-ci maddələrinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədilə hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir, məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır. CPM-in 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.2-ci maddəsində göstərilir ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Lakin məhkəmə tərəfindən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi ziddiyyətli sübutlara əsaslanaraq qərar qəbul etmişdir. Göründüyü kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündə gəldiyi nəticələr apellyasiya baxışı zamanı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, həmin hökmdə şərh edilmiş hallarla onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur ki, həmin hallar təqsirləndirilən şəxsin təqsirliliyi məsələsinə təsir göstərməklə işin faktiki hallarına uyğun olmamışdır. Halbuki, iş üzrə müəyyən edilmiş hallar istintaqla toplanmış, o cümlədən məhkəmənin özünün bilavasitə tədqiq etdiyi sübutlardan, o cümlədən zərərçəkmiş şəxslərin ifadələri ilə yanaşı, şahidlərin ifadələri və iş üzrə toplanmış digər sübutlardan irəli gəlir. Belə olan halda, məhkəmənin hökmü ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, iş üzrə toplanmış sübutların (CPM-in 144-146-cı maddələri tələb etdiyi kimi) müqayisəli şəkildə obyektiv qiymətləndirilməsinə əsaslanan, müvafiq olaraq da Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.4 və 349.5-ci maddələrində təsbit edilmiş məhkəmə qərarının qanuniliyi və əsaslılığı meyarlarına cavab verən məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuş və apellyasiya protestinin bu barədə dəlilləri əsaslı olmaqla öz təsdiqini tapır. Beləliklə də məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış və bu da ictimai təhlükəli əmələ hüquqi qiymət verilməsinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir edən hal olmuşdur. Azərbaycan Respublikası CPM-nin 353.2.2-ci maddəsinə görə məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri ittiham hökmünün təsviri əsaslandırıcı hissəsində göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 178.3.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və iş materiallarında mövcud olan digər mötəbər sübutlarla ilə kifayət qədər sübuta yetirilməsinə baxmayaraq, məhkəmə qeyd edilən halları düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməyərək obyektiv nəticəyə gəlməmiş, sübutlara qiymət verərkən təqsirləndirilən şəxsin məhkəmədə özünümüdafiə xarakteri daşıyan ziddiyyətli və hadisənin obyektiv səhnəsinə uyğun olmayan mövqeyinə əsaslanmışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. Cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 01,02) görünür ki, ********* nömrəli cinayət işinin materiallarından təqsirləndirilən şəxslərdən ibarət mütəşəkkil dəstə tərəfindən zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs1, X12, X14 və qeyrilərin pulunun ələ keçirilməsi faktları ilə üzrə ölkə hüdudlarından kənarda istintaqdan gizləndiyindən barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa elan edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və qeyrilərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə ayrılmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. ##.##.2024-cü il tarixli şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan (cild 02, iş vərəqə 157) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə ittiham elan edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının mövqeyi həm də ona görə əsaslıdır ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şahid9, şahid6, şahid7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2025-ci il tarixli 1(101)- **/**** saylı hökmü şahid9 oğlu və şahid6 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilmiş, qalan hissələrdə dəyişdirilmədən saxlanılmış və bununlada hökm qanuni qüvvəyə minmişdir. Qeyd olunan hökmə əsasən şahid9 hüquqi şəxs kimi qeydiyyata alınmayan "xxxx Agentliyi"nin direktoru qismində çıxış edərək tanışları - həmin agentliyin satış meneceri vəzifəsində işləyən şahid7, şahid6 və başqaları ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qabaqcadan danışıb razılaşaraq öz aralarında vəzifə bölgüsü aparmaqla mütəşəkkil dəstə təşkil etməsi, vətəndaşların etibarını qazanmaq üçün müxtəlif sosial şəbəkələrdə videoçarxlar və reklamlar hazırlayaraq, müsahibələr verməklə, vətəndaşlara güzəştli şərtlərlə ipoteka ilə mənzil təşkil edəcəyinə dair yalan vədlər verməklə inam qazanması, ayrı-ayrı məbləğlərdə pul vəsaitlərini mütəşəkkil dəstə halında dələduzluq yolu ilə ələ keçirməsi təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Iddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsində şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Bu əsasla da məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini əsassız olduğu qənaətinə gəlir. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, * saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Verilmiş ittihama görə isə təqsirləndirilən şəxsin iştirak etdiyi epizodlar üzrə dəymiş ziyanın ümumi məbləği 69953 manat təşkil etmişdir. Bundan başqa, məhkəmə həm də qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən daha az sayda və daha az məbləğdə ziyan vurulmuş epizodlarda iştirak etməsi ilə yanaşı, həm də o, onun tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini və bir nəfər zərərçəkmiş şəxslə barışmışdır. Göründüyü kimi, cinayətlərin törədilməsində 3 epizodda Təqsirləndirilən şəxs iştirak etmiş, həmçinin onun tərəfindən vurulmuş ziyanı qismən, yəni bir nəfərə münasibətdə ödəmişdir. Belə ki, Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Bundan başqa, Cinayət Məcəlləsinin 64-cü maddəsində iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır. Həmin Məcəllənin 64.1-ci maddəsində qeyd olunur ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Həmin Məcəllənin 64.2-ci maddəsində isə qeyd olunmuşdur ki, cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs işin faktiki halları, cinayətin törədilməsində faktiki iştirakının xarakteri nəzərə alındıqda nisbətən aşağı həddə cəza müəyyən edilməlidir. Cəza təyin edərkən məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini və bir nəfər zərərçəkmiş şəxslə barışmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsinin sanksiyasından müəyyən edilir ki, bu cinayətin törədilməsinə görə beş ildən on ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı ##.##.2024-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. CPM-in 399.1.1 və 399.1.2-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün əsasdır. CPM-in 401.1.1 və 401.1.2-ci maddələrinə əsasən, məhkumun təqsirliliyi və bəraət almış şəxsin təqsirsizliyi haqqında məsələnin həll edilməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqinin düzgünlüyünə təsir göstərdiyi halda birinci instansiya məhkəməsinin hökmü qismən ləğv edilməlidir. CPM-in 401.2-ci maddəsinə əsasən, məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə, birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda, birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda, birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olması hallarında məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası qismən məhkəmə istintaqı aparmaqla, cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin təmin edilməməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün ləğv edilməsi və apellyasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, apellyasiya protestinin dəlilləri ilə isə razılaşaraq protestin təmin olunması üçün əsasları müəyyən edir və ona görə də hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü qismən ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə təqsirli bilinməklə yeni hökm çıxarılmalı, ona azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilməklə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin başlanğıcı ##.##.2024-cü il tarixdən hesablanmalı, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193, 347, 349-353, 356, 397.1, 397.2, 398.1.2 və 407-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü qismən ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın müddətinin əvvəli ##.##.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar