Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-560/2026 06.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri Əhmədov Zəfər Vahid oğlu (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Apellyasiya instansiyası məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru Yusifov İlkin Fərhad oğlunun, Məhkum olunmuş şəxsin müdafiəçisi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili X3, Məhkum edilmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, ## ###### 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən: hakim Roman Ələkbərli, hakimlər: Elnur Nuriyev və Azər Tağıyevdən ibarət tərkibdə) *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## #### 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, narkomaniyadan məcburi müalicəyə cəlb edilməsi və onun yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,270 qram çəkidə psixotrop maddə metamfetamini və 0,26 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımış, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ##.##.2024-cü il tarixdə, saat 19:55-də Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi *** saylı ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri, Nəsimi rayonu, N.B.Vəzirov küçəsi 52 ünvanında yerləşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 07 (yeddi) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,477 qram, 0,511 qram, 0,384 qram, 0,498 qram, 0,494 qram, 0,540 qram və 0,366 qram olmaqla, ümumi təmiz çəkisi 3,270 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin, 01 (bir) bükümdə təmiz çəkisi 0,26 qram təşkil edən həmin narkotik vasitə qurudulmuş marixuana, narkotik vasitə və psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində psixotrop maddə metamfetamin izləri olan 01 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Hökmdən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Cabir Mehralıyev apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin iş № *(101 )-***/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün əsasız və ədalətsiz olduğundan ləğv edilməsi, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsiri subuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, «cinayət işinin göstərilən faktiki halları ilə, həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünün müdafiəsi ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, cinayət işi üzrə təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Bununla da, təqsirləndirilən şəxsin özünü müdafiə ilə bağlı gətirdiyi dəlillərin məhkəmədə araşdırması nəticəsində onun məhkəməyədək icraat zamanı hər hansı fiziki və ya digər təzyiqlərə məruz qalması öz təsdiqini tapmamış, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən yuxarıda sadalanan mötəbər sübutların qanuniliyini şübhə altına alacaq hər hansı hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri cinayət işi üzrə hər hansı mötəbər sübutlarla təkzib edilmədiyindən və işin faktiki halları ilə təsdiq edildiyindən onun həmin etirafedici ifadələri mötəbər sübut növü kimi qəbul olunur».Aşağıda qeyd edilən sübut və dəlillərə əsasən hesab edirəm ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin iş № *(101 )-***/**** saylı. ##.##.2026-cı il tarixli hökmü əsasız və ədalətsiz olduğundan ləğv edilməli, məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsiri subuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası DIN-in BNMİ-nin rəisi tərəfindən təsdiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ## #### 2024-cii il tarixli qərərın 3-cü bəndində göstərilir ki, “Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilsin, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılsın, tulduqdan sonra zərurət olduğu təqdirdə üstü yoxlanılsın, polis orqanına gətirilsin və üzərinə, ondan aşkar edilmiş əşyalara, nəqliyyat vasitəsinə və yaşayış yerinə baxış keçirilsin”. DİN-nin BNMİ-nin əməkdaşları şübəhli şəxs Təqsirləndirilən şəxs saxlanılmasına, üzərinə və nəqliyyat vasitəsinə baxış keçirləməsinə əsas olmuş həmin qərarı şübhəli şəxsə təqdim etmədən, onu saxlayıb, üzərində axtarış apararaq cibindən nəqliyyat vasitəsinin açarını çıxarıb onun idarə etdiyi nəqliyyat vasitəsində axtarış aparmışlar, guya nəqliyyat vasitəsindən aşkar etdiklərini narkotik vasitənin ana aid olduğunu, sonra bir nəfər Anar adlı şəxsitelefon vasitəsilə görüntülü yığaraq “bax gör həmin adındı” deyərək onun qolunu qandallayıb, ayaqlarına zərbərlər vuraraq, saxlandığı vaxtdan təxminən 3 saat sonra polis şöbəsinə gətirmişlər. Orada ona işgənlər verməklə “etirafedici” ifadələr almışlar. Göründüyü kimi polis əməkdaları şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılmasına əsas olmuş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” ## #### 2024-cü il tarixli qərərın 3-cü bəndinə əməl etməyərək, Təqsirləndirilən şəxs saxladıqları yerdə üzərinə və nəqliyyat vasitəsinə baxış və axtarış keçirsələr də bu hərəkətləri sənədləşdirmədən onu saxladığları vaxtdan üç saaat sonra polis şöbəsinə gətirib ona işgəncələr verməklə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona “etirafedici” ifadələrə imza atdırmışlar. Lakin ## #### 2024-cü il tarixdə Fuad Baramovun barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə verilən suallara cavab olaraq ona elan elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, “## #### 2024-cü il tarixdə təxminən saat 17:30 rarədlərində kirayəyə götürdüyü avtomobilinə yaxınlaşan zaman polis əməkdaşları onu saxlayaraq öz avtomobillərinə əyləşdirmiş, ondan idarə etdiyi maşının açarını almış və avtomobilə baxış keçirmişlər, bir qədər sonra polis əməkdaşları gəlib ona göstərdikləri narkotik vasitənin avtomobildən çıxdığını bildirmişlər. Daha sonra onu Nəsimi RPl-nin 21- ci polis bölməsinə aparmışlar”. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Nəsimi RPİ-si tərəfindən məhkəməyə təqdim edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”nda aparılan qeydiyyatdan müəyyən olur ki, “Təqsirləndirilən şəxs ##.##.2024- cü il tarixdə, saat 00:20 idarənin MSY-nə gətirilmiş, ilkin müayinə zamanı hər iki ayağına şişkinlik aşkar olunmuşdur”. Bundan başqa müdafiəçinin sorğusuna cavab olaraq Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş Tibbi Arayışda göstərilir ki. “Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs ##.##.2024-cü il tarixdə Bakı istintaq təcridxanasma daxil olmuş və təlimata uyğun olaraq təcridxananm Tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilmişdir. Sorğu zamanı o, zədə aldığını bildirmişdir. Müayinə zamanı qarnın ön səthində, sol pəncənin üst səthində, hər iki yuxarı ətraflarda köhnə çapıqlar, sağ pəncənin alt səthində 9-10 sm ölçüdə tünd bənövşəyi qançır, sağ aşıq-baldır oynağı və daban nahiyyəsinin yumşaq toxumalarının əziyi aşkar edilmişdir”. Müdafiə tərəfi, ittihamın mübahisələndirdiyi hissədəki təqsirləndirilən şəxsin ifadəsini, yəni polis əməkdaşları tərəfindən psixi və fiziki təsir və təzyiqlərə məruz qalaraq döyüldüyünü, ona işgəncə verildiyini, ona görə də ibtidai istintaq zamanı etirafedici ifadə verdiyini, ondan təziyq altında mənzilə daxil olmalarına etiraz etmədiyi barədə ərizə yazdırıldığını, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi (satışı) ilə məşğul olmaması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini CPMnin 143-146 maddələrinin tələblərində göstərildiyi kimi sübutların toplanılması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi baxımından düzgün qiymətləndirilməmiş və ədalərli hüquqi qiymət verilməmişdir. Müdafiə tərəfi apellyasiya məhkəməsinin diqqətinə çatdırır ki, ümumiyyətlə ibtidai istintaq olduqca səthi araşdırılmış ifadələr arasında olan ziddiyətlər aradan qaldırılmamış, təqsirləndirilən şəxslə şahid polis əməkadları arasında üzləşmə istintaq hərəkətləri aparılmamışdır. Ona görə də müdafiə tərəfi hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələr və üzərində axtarış vəgötürmə aparılmasında dair protokollar hüquqi qüvvəsi olmayan hesab edilməli və subutlar siyahısından çıxarılmalıdır. Əks halda həmin ifadələr ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Birinci instansiya məhkəməsi isə müdafiə tərəfin bu arqumentlərinə hüquqi qymət verməmişdir. Birinci instansiya məhkəməsi özünün qanunsuz və ədalətsiz hökmünü əsaslandırakən təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələri özünün mdafıə xarakterli kimi qiymətləndirmiş, ibtidai istintaq zamanı polis idartəsində təziyq, zorakılıq və işgəncə altında verdikləri etirafedici ifadələri mötəbər subut kimi qiymətləndirmişdir. Müdafiə tərəfi olaraq hesab edir ki, hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülmüş bu əsassız ittiham öz təsdiqin tapmamış, onun özünü müdafiə üçün gətirdiyi dəlilərin, ittiham tərəfin əsas şahidlərinin (bir başa sübut) onun lehinə ifadələri, habelə müdafiə tərəfin digər əsaslı eyni zamanda mötəbər hesab olunan dəlillərinə hüquqi müəyyənlik prinsipindən ədalətli hüquqi qiyimət verilməsi məsələsi apellyasiya instansiyasında müzakirə olunmalı və nəticədə yeni ədalətli hökmün çıxarılması təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən şəxs və müdafiəçisi verilmiş apellyasiya şikayətini müdafiə edərək, hökmün ləğv edilməsini Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, dövlət ittihamçısı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hazırki iş üzrə hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını xahiş etsə də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, CPM-in 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Təqsirləndirilən şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə əməllərini tam etiraf edərək, hadisələrin baş vermə ardıcıllığı, mexanizmi və yerinə uyğun verdiyi səmimi ifadələrində də eyni faktları təsdiq etsə də, daha sonra, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində vermiş olduğu ifadələrində törətdiyi cinayət əməlini xırda detalları ilə, ardıcıllıqla elə təsvir etmişdir ki, onun bu ifadələrinin mötəbərliyi heç cür şübhə doğurmamaqla yanaşı, təqsirləndirilən şəxsin ibtidai araşdırma mərhələsində verdiyi ifadələr cinayət işinin materiallarında olan sübutlarla (şahidlərin ifadələri ilə, ekspert rəyləri ilə və iş üzrə toplanmış digər sübutlarla) da üst-üstə düşməklə təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin birinci instansiya məhkəməsində verdiyi ifadəsini işdə toplanmış digər sübutlarla - ekspert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin dövründə verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Polis əməkdaşlarının fiziki və psixi zor tətbiq edilməsi nəticəsində ibtidai istintaqın ilkin mərhələsində həqiqətə uyğun olmayan halların bildirməsinə dair təqsirləndirilən şəxsin vurğuladığı xüsusata dair məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. ## #### 2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında protokol”dan və ## ######## 2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar varsa verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şortun sol yan cibindən 7 (yeddi) ədəd sellofanda ağ kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütləni, 1 (bir) ədəd sellofanda açıq yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni və 1 (bir) ədəd elektron tərəzini həmin şortun sağ yan cibindən 1 (bir) ədəd üzərində 050-449-44-24 nömrəsi olan “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Qurudulmuş marixuanaya bənzər kütlə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 0,65 qram, metamfetaminə bənzər kütlələrin çəkisi 3,88 qram olmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütlələri İran İslam Respublikasının vətəndaşı “Zeynəb" adlı şəxsin vasitəsi ilə 1 gün qabaq Səbail rayonu ərazisində gizlədilmiş yerdən sonuncunun kartına 160 (yüz altmış) manat pul ödəməklə istifadə etmək üçün əldə etdiyini, narkotik vasitəni tanışları üçün alıb onlara da verdiyini qeyd etmişdir. Üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (iş vərəqə: cild İ, səh.30-32). Həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını qeyd etsə də, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli ## #### 2024cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir, həmin qərardan həmçinin görünür ki, həbslə bağlı təqdimata baxılarkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmədə ondan aşkar edilmiş maddələrin ona məxsus olmadığını göstərsə də, o, polis əməkdaşları tərəfindən döyülmədiyini, heç bir təzyiqə məruz qalmadığını bildirmişdir (iş vərəqə: cild İ, səh.80-84). Həmçinin cinayət işinin yuxarıda təsvir edilmiş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəlcə polis əməkdaşları tərəfindən saxlanılaraq üzərində videoçəkilişlə şəxsi axtarış zamanı ona polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirmiş, bundan sonra təhqiqatçıya izahat verərkən yenə də ona qarşı polis əməkdaşları tərəfidnən hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini təsdiq etmiş, daha sonra müstəntiqə şübhəli və təqsirləndirilən şəxs kimi ifadələr verərkən də bir daha ona qarşı hər hansı fiziki və psixoloji təzyiqlər göstərilmədiyini bildirmiş, sonra X7 qəbul edilərkən onun dabanında aşkar edilmiş xəsarətin yıxılması nəticəsində aldığını bildirmiş və polis əməkdaşları tərəfindən heç bir şikayətinin olmadığını göstərmiş, daha sonra barəsində həbslə bağlı təqdimata baxılarkən məhkəmədə həmin aşkar edilmiş maddələrin ona məxsus olmadığını bildirsə də, yenə də polis əməkdaşları tərəfindən döyülmədiyini, heç bir təzyiqə məruz qalmadığını göstərmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı xəsarət almamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları iş üzrə tədqiq edilmiş digər sübutlarla qarşılıqlı şəkildə tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına dair dəlilləri həqiqəti əks etdirməməklə özünümüdafiə xarakteri daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin ibtidai istintaq ilkin dövründə verdiyi, eləcə də şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, maddi sübutlar, müvafiq ekspert rəyləri və toplanmış digər sübutlara öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb bu sübutlar əsasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş, təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Apellyasiya şikayətində göstərilən təqsirləndirilən şəxsin barəsində bəraət hökmü çıxarılması ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-nin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 42.1-ci maddəsində isə qeyd edilir ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Lakin yuxarıda qeyd edilən heç bir halın hazırki cinayət işində mövcud olmaması və apellyasiya şikayətinin formal mülahizələrə əsaslanması, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını istisna edir. Təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin hökmündən göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların müəyyən edilməməsini, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının hüdudları daxilində orta həddə cəza təyin etmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin ## ###### 2024-cü il tarixli tələbnaməsindən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin ## ###### 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsili bilinərək qəti olaraq 01 il 08 ay 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli qərarı ilə həmin azadlığın məhdudlaşdırılması cəzası 08 ay 08 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, daha sonra o, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 01 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş və ## ### 2024-cü il tarixdə cəzası bitdiyindən qeydiyyatdan çıxarılmışdır (iş vərəqə: cild İ, səh.103- 105, 133-138). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həmin cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edildiyi ## ###### 2024-cü il tarixdən iki il müddət keçmədən hazırki cinayət əməlini törətdiyindən onun həmin məhkumluğu Cinayət Məcəlləsinin 83.3.2 və 83.3.3-cü maddələrinə əsasən ödənilməmişdir. Həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residin müəyyən edilməsi zamanı nəzərə alınmır. Odur ki, qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi onun əməlində cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən hallar dedikdə, CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, əvvəla bu məsələlər üzrə məhkəmə qənaəti CM-nin 59 və 61-ci maddələrinin müddəaları ilə uzlaşsın, ikincisi də CM-nin 58.3-cü maddəsində göstərilən digər məsələlər nəzərdən qaçırılmasın, yəni təyin olunan cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Sadalanmış hallar eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## #### 2011-ci il tarixli qərarın 25-ci bəndində öz əksini tapmışdır. Belə ki, müvafiq Plenum qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-nin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, həmçinin Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunmuş onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halların olmasını əsas götürərək Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin azaldılması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və CPM-in 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Təqsirləndirilən şəxsin müdafiəçisi X3 apellyasiya şikayəti təmin edilməsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi X3 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan CPM-nin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Hakimlər Zəfər Əhmədov (sədrlik edən), Faiq Qəniyev və Əfqan Ələkbərov.
Məhkəmə qərarları › İş №1(3-6)-560/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-560/2026
06.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver