Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-562/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Imanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, məhkum edilmiş Təqsirləndirilən şəxs, müdafiəçilər Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 və Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- **/**** saylı, ## #### 2026-cı il tarixli hökmündən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü ilə xx.xx.1953-cü ildə Füzuli rayonu, Qacar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il sınaq müddəti ilə 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətinə şərti məhkum edilməsinin ləğv edilməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş və çəkilməmiş 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək 02 (iki) gün, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək ev dustaqlığında olduğu 03 (üç) ay 16 (on altı) gün olmaqla, cəmi 03 (üç) ay 18 (on səkkiz) gün müddət ona təyin olunmuş cəzaya hesablanması və üzərində 02 (iki) il 05 (beş) ay 12 (on iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbs edilməsi, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin məhkəmə məsrəfləri həll edilmişdir. Işin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivi, 11-ci dalanda yerləşən şahid2 mülkiyyətində olan altı sot torpaq sahəsində dörd otaqdan ibarət təmirsiz bağ evini Zərərçəkmiş şəxs göstərib sənədsiz 35.000 manata sataraq, gələcəkdə evi onun adına sənədləşdirəcəyinə vəd verməklə həqiqətə uyğun olmayan yalan məlumat verərək inandırıb aldadaraq razılaşdıqdan sonra vahid niyyətlə əhatə olunmaqla ## ###### 2023-cü il tarixdə təxminən saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivi, 11-ci dalanda yerləşən nömrəsiz fərdi evin qarşısında 30.000 manat pulun əvəzi olaraq Zərərçəkmiş şəxs “Mercedes Benz S350” minik markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini alıb aparmaqla, həmin gün saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yeni sahədə yerləşən "Dacha" restoranının qarşısında isə Zərərçəkmiş şəxs 5.000 manat məbləğində pul almaqla verdiyi vədlərə əməl etməyərək, Zərərçəkmiş şəxs aldığı avtomobili digər şəxsə sataraq və aldığı pulları şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs ümumilikdə 35.000 manat məbləğində xeyli miqdar dəyərində əmlakını və pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə alıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 35.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə təqsirli hesab edilməsinə dair hissədə ləğv edilməsi, cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi kimi qeyd edilmiş kimi məhkəmə tərəfindən ho kmə salınmışdır ki, sonradan maşına ko məklik etmək məqsədilə ona verdi ki, maşını satmag a ko məklik etsin. O da maşını go tu rmu şdu r. Sonradan bilmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs ifadəsində qeyd etmişdir ki, “mənim pula ehtiyacım vardır mən maşını neynirdim? Həmin avtomabildən mənim həyətimdə iki ədədi mövcuddur.” Hökmdə göstərilmişdir ki, şahid şahid3 ifadəsinə əsaslansaq bildirmişdir ki, Əli bag evinin açarlarını Cəmiyyətə verdikdən sonra nəvəsini təcili buraxdırmaq u çu n 40.000 manat lazım oldug unu deyib, Cəmiyyətə avtomobilini ona verməsini bildirmiş, Cəmiyyət də etiraz etməmiş və Əlidən avtomobili sənədsiz necə satacag ını soruşmuşdur. Əli tanışının oldug unu və avtomobili həmin tanışlarına girov qoyub pul go tu rəcəyini deyib, sonra avtomobili onun adına sənədləşdirməsini bildirmişdir. Bundan sonra Cəmiyyət onun yanında o zu nə məxsus Mercedes Benz S350 markalı, **-CF-*** do vlət qeydiyyat nişanlı avtomobilinin açarlarını və qeydiyyat şəhadətnaməsini Əliyə vermişdir. Bundan sonra Cəmiyyət, Əli və o, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Şam Bag ı” restaranına yaxın adını bilmədiyi kafeyə getmişlər, orada yemək yedikdən sonra Cəmiyyət Əlidən aldıg ı bag evinə go rə verəcəyi pulun qalan hissəsini, yəni 5.000 manatı onun yanında Əliyə vermiş, Əlidən ona satdıg ı bag evini nə vaxt onun adına keçirdəcəyini soruşmuş, Əli də 20 gu n ərzində evi Cəmiyyətin adına keçirəcəyini deyib, sənədləri ona verəcəyinə so z vermişdir. Sonradan eşitmişdir ki, Cəmiyyət Əlidən aldıg ı bag evində təmir işlərinə başlamış, lakin sonradan məlum olmuşdur ki, Əli başqasının mu lkiyyətində olan bağ evini sənədsiz Cəmiyyətə satmışdır. Qeyd edilən ifadə onu go stərir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs pul lazım idi avtomobil deyil. Ən əsas məsələlərdən biri isə həmin avtomobilə dair heç bir sənədin verilməməsini də şahid o z ifadəsində qeyd edir. Əslində isə belə bir hal olmamışdır. Çu nki avtomobil Təqsirləndirilən şəxs verilmiş hər hansı sənəd və ya müqavilə olmamışdır. Hökmün 4-cü səhifə 1-ci abzasında qeyd edilmişdir ki, məhkəmə ho kmu ndə olan şahid şahid2 ifadəsində bildirmişdir ki, sonra Əli bag evinə mu ştəri qismində gələn kişini, sonradan adı ona məlum olan Cəmiyyət adlı şəxsi onunla tanış etmiş və bildirmişdir ki, “bag evini bu şəxsə satıram, etirazın yoxdursa satım”. O da Əliyə bildirmişdir ki, “evi satmaq u çu n sənə vermişəm, satan kimi pulunu mənə verərsən mən də evi satdıg ın şəxsin adına keçirdərəm” deyib çıxıb getmişdir. şahid2 bu ifadəsindən go ru nu r ki, təqsirləndirilən şəxsin dəfələrlə qeyd etdiyi kimi həqiqətən də onlar arasında mu əyyən razılıq olmuşdur və həmin razılıg a əsasən Təqsirləndirilən şəxs şahid2 həmin evin əvəzində torpaq sahəsi vermiş həmin razılıg a əsasən Təqsirləndirilən şəxs şahid2 həmin evin əvəzində torpaq sahəsi verib həmin evi sata bilərdi. Lakin sata bilməmişdir və sonradan şahid2 həmin evi zərərçəkən şəxsə satmışdır və həmin evi hazırda onların sahibliyindədir. Heç də məhkəmə şəxsin əməlində cinayət olub olmamasını və ittihamda göstərilən xüsusatların reallıqda baş verməsini sübuta yetirməmişdir. Dəfələrlə yazılı və şifahi verilmiş vəsatətlərdə avtomobilin nə zaman kimə və hansı sənədlərlə satılmasına dair sənəd do vriyyəsinin alınması tələb olunsa da məhkəmə həmin vəsatəti təmin etmiş, lakin sənədlərin alınmasına dair heç bir hərəkətlər etməmişdir. Ho rmətli məhkəmədən istintaq gedişində predment olan do vlət no mrəsi **-CF-*** olan Mercedes Benz S350 markalı avtomobilini ## ###### 2023-cu ildə mu lkiyyətinə keçirmiş şahid1 og lu şahidlər siyahısına əlavə edilməklə məhkəməyə dəvət olunması barədə vəsatət versə də həmin şəxsin gəlişi təmin edilməmişdir. Iş materiallarına baxdıqda iş u zrə təqsirləndirilən şəxsin ifadəsinə və qoluna rast gəlmək olmur. Işdə yalnız zərərçəkmiş şəxs və şahidlərin ifadələrini görməklə cinayət işinin yalnız sözlərə əsaslanmasını görmək olur. Iş materiallarına baxdıqda Zərərçəkmiş şəxs məxsus Mercedes Benz S350 minik markalı **-CF- *** do vlət qeydiyyat nişanlı avtomobilin 30.000 dəyərində olmasını sübut edə biləcək əsasları görmək olmur. Yəni işdə hər hansı ekspert rəyinə, mütəxəssis arayışına rəst gəlinmir. Həmçinin Zərərçəkmiş şəxs məxsus Mercedes Benz S350 minik markalı **-CF-*** do vlət qeydiyyat nişanlı avtomobil ## ###### 2023-cu ildə tarixdə təqsirləndirilən şəxsə vermişdir ki, ## ###### 2023cü il tarixdə həmin avtomobil şahid1 mülkiyyətində olmuşdur. Əgər belə hal vardırsa, şahid1 zərərçəkmiş qismində tanınmalı və yaxud da Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs kimi tanınması u çu n şahid1 zərərçəkmiş şəxsin istifadəsi və sahibliyi üçün həmin tarixlərə uyğun etibarnaməsi olmalı idi. Cinayət işinin materiallarında mu stəntiqin guya şahid1 ilə telefon danışıg ına əsaslanmış tərtib edilmiş protokolu vardır və şahid bildirir ki, nəqliyyat vasitəsi zərərçəkmiş şəxsə məxsusdur. Burdan belə çıxır ki, zərərçəkmiş şəxs heç də avtomobili Təqsirləndirilən şəxs verməmişdir. Mu stətiqin tərtib etdiyi protokol şübhəlidir və qeyd edilənlər təqsirləndirilən şəxsin xeyrinə olan hissədə qəbul edilməlidir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün dövlət nömrəsi **-CF-*** olan Mercedes Benz S350 markalı avtomobilini ## ###### 2023-cü ildə mülkiyyətinə keçirmiş şahid1 og lu şahidlər siyahısına əlavə edilməklə məhkəməyə dəvət olunması barədə verdiyi vəsatət təmin olunsa da məhkəmə həmin şəxsin məhkəməyə gəlməsini təmin edə bilməmişdir. Bu qeyd edilənləri ortadan qaldırmaq u çu n zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsla şahid1 arasında olan nəqliyyat vasitəsinin alqı satqısına dair mu qavilələrin məhkəmə tərəfindən alınaraq iş materialına əlavə edilməsi barədə vəsatət verilmişdir. Lakin məhkəmə həmin alqısatqı müqaviləsinin məhkəməyə təqdim etdirə bilməmişdir. Iş materialında mu stəntiq tərəfindən tərtib edilmiş protokol vardır. Həmin protokolda şahid1 ilə go ru ntu lu əlaqə zamanı bildirir ki, no mrəsi **-CF-*** olan Mercedes Benz S350 markalı avtomobil zərərçəkən şəxsə məxsusdur. Hökmdən məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi müdafiəçi2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalından həbsdən azad edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, hesab edir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində çıxarılmış həmin hökm tamamilə əsassızdır və qanunsuzdur, ciddi maddi və prosessual qanun pozuntuları ilə çıxarılmış və Təqsirləndirilən şəxs münasibətdə təqsirə görə məsuliyyət prinsipi kobud şəkildə pozulmuşdur. Belə ki, şikayət olunan hökmün 2-ci səhifəsinin 1-ci abzasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadəsi kimi məhkəmə tərəfindən yazılmışdır ki, “sonradan maşına köməklik etmək məqsədilə ona verdi ki, maşını satmağa köməklik etsin. O da maşını götürmüşdür. Sonradan bilmişdir ki, Cəmiyyət maşını girova qoyub 15.000 manat pul götürüb. Ona heç bir sənəd verilməyib. Cəmiyyət Nicatla birlikdə evin döşəmə və tavanını vururdu”. Halbuki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs belə ifadə işlətməmiş, əksinə, dəfələrlə qeyd etmişdir ki, “mənim pula ehtiyacım var idi, mən maşını neynirdim? Həmin avtomobildən mənim həyətimdə iki ədədi mövcuddur”. Hökmün 3-cü səhifəsinin 1-ci abzasında qeyd edilmişdir ki, “şahid şahid3 ifadəsinə əsaslansaq bildirmişdir ki, Əli bağ evinin açarlarını Cəmiyyətə verdikdən sonra nəvəsini təcili buraxdırmaq üçün 40.000 manat lazım olduğunu deyib, Cəmiyyətə avtomobilini ona verməsini bildirmiş, Cəmiyyət də etiraz etməmiş və Əlidən avtomobili sənədsiz necə satacağını soruşmuşdur. Əli tanışının olduğunu və avtomobili həmin tanışlarına girov qoyub pul götürəcəyini deyib, sonra avtomobili onun adına” sənədləşdirməsini bildirmişdir. Bundan sonra Cəmiyyət onun yanında özünə məxsus “Mercedes-Benz S350” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarını və qeydiyyat şəhadətnaməsini Əliyə vermişdir. Bundan sonra Cəmiyyət, Əli və o, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Şam Bağı” restoranına yaxın adını bilmədiyi kafeyə getmişlər, orada yemək yedikdən sonra Cəmiyyət Əlidən aldığı bağ evinə görə verəcəyi pulun qalan hissəsini, yəni 5.000 manatı onun yanında Əliyə vermiş, Əlidən ona satdığı bağ evini nə vaxt onun adına keçirdəcəyini soruşmuş, Əli də 20 gün ərzində evi Cəmiyyətin adına keçirəcəyini deyib, sənədləri ona verəcəyinə söz vermişdir. Sonradan eşitmişdir ki, Cəmiyyət Əlidən aldığı bağ evində təmir işlərinə başlamış, lakin sonradan məlum olmuşdur ki, Əli başqasının mülkiyyətində olan bağ evini sənədsiz Cəmiyyətə satmışdır”. Qeyd edilən ifadə bir daha onu göstərir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs avtomobil yox, pul lazım olmuşdur. Ən əsas məsələlərdin biri isə həmin avtomobilə dair heç bir sənədin verilməməsini şahid şahid3 da öz ifadəsində qeyd edir. Əslində isə belə bir hal olmamışdır. Çünki avtomobil Təqsirləndirilən şəxs verilmiş, lakin aralarında hər hansı sənəd və ya müqavilə olmamışdır. Hökmün 4-cü səhifəsinin 1 -ci abzasında qeyd edilmişdir ki, “şahid şahid2 ifadəsində bildirmişdir ki, sonra Əli bağ evinə müştəri qismində gələn kişini, sonradan adı ona məlum olan Cəmiyyət adlı şəxsi onunla tanış etmiş və bildirmişdir ki, “bağ evini bu şəxsə satıram, etirazın yoxdursa, satım”. O, da Əliyə bildirmişdir ki, “evi satmaq üçün sənə vermişəm, satan kimi pulunu mənə verərsən, mən də evi satdığın şəxsin adına keçirdərəm” deyib çıxıb getmişdir. şahid2 bu ifadəsindən görünür ki, təqsirləndirilən şəxsin dəfələrlə qeyd etdiyi kimi, həqiqətən də onlar arasında müəyyən razılıq olmuşdur və həmin razılığa əsasən Təqsirləndirilən şəxs şahid2 sözügedən evin əvəzində torpaq sahəsi vermişdir və o, həmin evi sata bilərdi. Lakin sata bilməmişdir və sonradan şahid2 həmin evi zərərçəkən şəxsə satmışdır və həmin evi hazırda onların sahibliyindədir. Məhkəmə bir məsələni diqqətdən kənarda saxlamışdır ki, necə olur bir şəxs mənzilə iki dəfə pul ödəyərək həmin mənzilə sahiblənir. Bu hal uzun müddət ibtidai və məhkəmə istintaqından zərərçəkən şəxs və hüquqi varis tərəfindən gizlədilmişdir. Məhkəmə hökmünün 6-cı səhifəsinin 6-cı abzasında qeyd edilmişdir ki, “Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir”. Əslində isə məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində cinayət olub-olmamasını və ittihamda göstərilən xüsusatların reallıqda baş verməsini sübuta yetirməmişdir! Çünki, iş materiallarından göründüyü kimi, məhkəmə istintaqı zamanı dəfələrlə yazılı və şifahi verilmiş vəsatətlərdə avtomobilin nə zaman, kimə və hansı sənədlərlə satılmasına dair sənəd dövriyyəsinin alınması tələb olunsa da, məhkəmə həmin vəsatəti təmin etmiş, lakin sənədlərin alınmasına dair müvafiq hərəkətlər etməmişdir. Müdafiə tərəfi olaraq hörmətli məhkəmədən istintaq gedişində dövlət qeydiyyat nömrəsi **-CF-*** olan “Mercedes-Benz S350” markalı avtomobilin ## ###### 2023cü il tarixdə mülkiyyətinə keçirmiş şahid1 şahidlər siyahısına əlavə edilməklə məhkəməyə dəvət olunması barədə vəsatət verilsə də, həmin şəxsin gəlişi təmin edilməmişdir. Işin maddi və prosessual pozuntularına dair qeyd edilən əsaslardan ilk olaraq iş üzrə zərərçəkmiş şəxsin nə üçün şikayəti məhz Sabunçu RPI-nin 12-PB-nə etməsi əsas şübhəli məqamlardandır. Nə hadisə yeri, nə də ki, tərəflərin yaşayış yeri Sabunçu rayonunun inzibati ərazisinə düşmür. Iş materiallarına baxdıqda iş üzrə təqsirləndirilən şəxsin ifadəsinə və imzasına rast gəlmək olmur, çünki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı qeyri- qanuni olaraq Sabunçu RPIdə cinayət işinin başlanmasına etiraz əlaməti olaraq, sonradan həmin qeyri-qanuni cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü Xəzər RPI-yə göndəriləndən sonra da ifadə verməkdən və sənədləri imzalamaqdan imtina etmiş, yalnız açıq məhkəmə iclasında ifadə verəcəyini bildirmişdir. Işdə yalnız zərərçəkmiş şəxs və şahidlərin ifadələrini görməklə cinayət işinin yalnız onların əsassız ifadələri ilə “əsaslanmasını” görmək olur. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı hüquqlarını müdafiə etdiyim Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə tamah niyyətilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını mənimsəmə niyyətinin olması sübuta yetirilməmişdir. Iş materiallarına baxdıqda Zərərçəkmiş şəxs məxsus “Mercedes-Benz S350” minik markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30.000 dəyərində olmasını sübut edə biləcək əsasları görmək olmur. Yəni işdə 2000-ci illərin əvvəllərində istehsal edilmiş sözügedən avtomobilin doğrudan da 30.000 dəyərində olmasını sübut edə biləcək hər hansı ekspert rəyinə, yaxud da mütəxəssis arayışına rəst gəlinmir. Belə olduğu halda, sözügedən avtomobilin 30.000 dəyərində olmasını necə iddia etmək olar? Həmçinin, məhkəmə istintaqı zamanı dəfələrlə vəsatət qaldırılmasına baxmayaraq, belə bir mühüm məsələyə aydınlıq gətirilmədi ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes-Benz S350” minik markalı **-CF-***” dövlət qeydiyyat nişanlı avtomobil ## ###### 2023-cü il tarixdə həmin avtomobil artıq şahid1 mülkiyyətində olduğu halda, həmin avtomobil ## ###### 2023-cü il tarixində təqsirləndirilən şəxsə kim tərəfindən və necə verilmişdir? Əgər belə hal vardırsa, şahid1 zərərçəkmiş qismində tanınmalı və yaxud da Zərərçəkmiş şəxs zərərçəkmiş şəxs kimi tanınması üçün şahid1 zərərçəkmiş şəxsin istifadəsi və sahibliyi üçün həmin tarixlərə uyğun etibarnaməsi olmalı idi. Cinayət işinin materiallarında müstəntiqin guya ki, şahid1 ilə telefon danışığına əsaslanaraq tərtib edilmiş protokolu vardır və həmin protokolda yazıldığı kimi, şahid bildirir ki, nəqliyyat vasitəsi zərərçəkmiş şəxsə məxsusdur. Burdan belə çıxır ki, zərərçəkmiş şəxs heç də avtomobili Təqsirləndirilən şəxs verməmişdir. Müstətiqin tərtib etdiyi həmin protokol şübhəlidir və qeyd edilənlər təqsirləndirilən şəxsin xeyrinə olan hissədə qəbul edilməlidir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün “Mercedes-Benz S350” minik markalı **-CF-***” dövlət qeydiyyat nişanlı avtomobili ## ###### 2023-cü il tarixdə mülkiyyətinə keçirmiş şahid1 şahidlər siyahısına əlavə edilməklə məhkəməyə dəvət olunması barədə verilmiş vəsatət təmin olunsa da, məhkəmə həmin şəxsin məhkəməyə gəlməsini təmin edə bilməmişdir. Bu qeyd edilənləri ortadan qaldırmaq üçün zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsla şahid1 arasında olan nəqliyyat vasitəsinin alqı-satqısına dair müqavilələrin məhkəmə tərəfindən alınaraq iş materiallarına əlavə edilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə həmin alqı-satqı müqaviləsinin məhkəməyə təqdim etdirə bilməmişdir. Iş materiallında müstəntiq tərəfindən tərtib edilmiş protokol vardır. Həmin protokolda şahid1 ilə görüntülü əlaqə zamanı bildirir ki, “Mercedes-Benz S350” minik markalı **-CF-***” dövlət qeydiyyat nişanlı avtomobil zərərçəkmiş şəxsə məxsusdur. Belə olan halda ittihamın əsaslılığı şübhə altına düşmürmü? Bu qeyd edilən iş üçün vacib əhəmiyyətli halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfi sübut etdi ki, sözügedən avtomobil iki gün əvvəl özgəninkiləşdirilir və şəxsə iki gün sonraya ittiham verilir. Sonradan ittiham tərəfi güya hazırkı mülkiyyətçini telefon vasitəsilə dindirir, cavabında onun adına olan “Mercedes-Benz S350” minik markalı **-CF-***” dövlət qeydiyyat nişanlı avtomobilin zərərçəkmiş şəxsə məxsus olmasını bildirir. Hökmdən zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Proses iştirakçılarının çıxışları: Məhkəmə kollegiyasının iclasında çıxış edən məhkum edilmiş Təqsirləndirilən şəxs, onun müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini müdafiə edərək, məhkəmə kollegiyasından apellyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal məhkəmə iclası zalından həbsdən azad edilməsi barədə yeni hökm çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, məhkəmədən apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmünün qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, təqsirləndirilən şəxsə bəraət verilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən aşağıdakı sübutları tədqiq etmişdir. Birinci instansiya məhkməsində təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək bildirmişdir ki, həmin evi 4-5 il bundan əvvəl almışdır. Nicatın anası və qardaşı onun qonşusudur. Nicat ona demişdir ki, onun əlində torpağı var, satmaq istəyir. Ona 6 sot torpaq və 10.000 manat da pul versin, o, ordan çıxar. O, da gedib evə baxıb görmüşdür ki, ev tikilib, lakin pol və tavan vurulmayıb. O, da baxdıqdan sonra fikirləşmişdir ki, həmin evi 100.000-120.000 manat satmaq olar. O, da özündə olan 10 sot topragı ona vermiş və halallaşmışdır. Sonradan üzərindən bir müddət keçdikdən sonra Zahid zərərçəkmiş şəxs Cəmiyyəti onun yanına gətirmişdir. Zahid də faizə pul qoyan adamdır. “Mercedes Benz S350” markalə maşınını Zahiddə faizdə idi. Sonradan Zahidin gətirdiyi adamla danışmışdır. Həmin evi 65.000 manata razılaşmışlar. Ondan sonra Cəmiyyət ona evə usta gətirəcəyini bildirmişdir. Nicatı çağırmış və demişdir ki, 65.000 manata danışmışdır. Cəmiyyətin bir maşını var, onun da qiymətini evin dəyərinə hesablatmaq istəyir. Sonradan maşına köməklik etmək məqsədilə ona verdi ki, maşını satmağa köməklik etsin. O da maşını götürmüşdür. Sonradan bilmişdir ki, Cəmiyyət maşını girova qoyub 15.000 manat pul götürüb. Ona heç bir sənəd verilməyib. Cəmiyyət Nicatla birlikdə evin döşəmə və tavanını vururdu. Bundan Nicatın da xəbəri var idi. Çünki Cəmiyyət təmir işləri aparanda Nicata məlumat verilmişdir. Sonradan Cəmiyyət alınan maşını satmaq istədiyi bazardan qayıdanda polis maşını saxlamış və maşını cərimə meydançasına aparmışdır. Polis onu saxlayan zaman bildirdi ki, maşının üzərində həbs var. Maşını cərimə meydançasına aparandan sonra zəng edib məlumat vermişdir. Bildirmişdir ki, maşın cərimə meydançasındadır. Həmin hadisədən 2-3 ay sonra Cəmiyyət ondan polisə şikayət etmişdir. Sonradan elə oldu ki, Nicat da ona bildirdi ki, onun verdiyi torpaq sahəsi ona lazım deyil. O, torpağını geri istəyir. Əlavə olaraq bildirmişdir ki, ona heç bir məbləğdə pul verilməyib. Bu səbəbdən də mülki iddianı qəbul etmir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi və mülki iddiaçı Hüquqi varis bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əri idi. Əlini Zahid gətirmişdir. Əli Cəmiyyətdən nəvəsinin işi ilə bağlı pul istəyib. Cəmiyyət də deyib ki, onun pulu yoxdur. Amma pulun yerinə ona maşın verə bilər. Istəyirsə versin, satıb, pul edə bilər. Sonra 5.000 manat pul da verilmişdir. Əli maşının qiymətinin 35.000 manat dəyəri olması ilə razılaşıb. Ümumilikdə 5.000 manat pul və 30.000 manat dəyərində dəyərləndirilən maşın verilmişdir. Ev məsələsinə gəldikdə isə Əli Cəmiyyətə açarı verib ki, getdilər. Ondan sonra yoldaşı həmin evdə təmir işləri etməyə başlamışdır. Daha sonra Nicat gəlib çıxıb və yoldaşına deyib ki, “kimsiz”, yoldaşıda bu evi aldığını bildirmişdir. Daha sonra Nicat evin yiyəsi olduğunu demiş və evin açarını dəyişmişdir. Sonradan isə evin təmiri bu səbəbdən də dayandırılmışdır. Bütün bu olanları Cəmiyyət sağ olan zaman ona demişdir. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Mülki iddinın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 15 ilə yaxındır ki, tanıyr, aralarında dostluq münasibəti var. Təqsirləndirilən şəxs isə təxminən hadisədən bir il qabaq tanımışdır. 2023-cü ilin iyun-iyul aylarında Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefonla onun istifadəsində olan 050-355- **-** saylı mobil telefonuna zəng edərək, nəvəsinin polislər tərəfindən tutulduğunu və buraxılması üçün 40.000 manat lazım olduğunu, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0.06 ha (altı sot) torpaq sahəsində 4 otaqdan ibarət təmirsiz bağ evini təcili satmaq istədiyini deyib, evin satılmasında ona köməklik göstərməsini xahiş etmişdir. O, Əlidən satmaq istədiyi bağ evinin qiymətini soruşduqda, Əli əvvəlcə evi 80.000 manata satmaq istədiyini bildirsə də, sonradan təcili ona pul lazım olduğu üçün 40.000 manata satmaq istədiyini bildirmişdir. Həmin ərəfələrdə o, Əlinin satmaq istədiyi bağ evinə baxmış, düzdür evi bəyənmiş, lakin maddi vəziyəti çətin olduğu üçün evi almağa pulu olmamışdır, həmin ərəfələrdə dostu Zərərçəkmiş şəxs özünə məxsus Mercedes Benz S350 markalı, ** CF *** dövlət qeydiyyat nişanlı avtomobilini satmaq istəyirmiş, fikirləşmişdir ki, bağ evini Cəmiyyətə almasını təklif etsin. Bundan sonra Əliyə bildirmişdir ki, “dostum var, özünə məxsus avtomobilini satır, əgər razı olsan Cəmiyyətlə görüşək, avtomobildən xoşun gələrsə, üzərində pulda verər bağ evini Cəmiyyətə satarsan”, Əli də etiraz etməmişdir. Dəqiq tarixini bilmir 2023-cü ilin iyun-iyul aylarında Əli ilə birlikdə ünvan 3 ünvanında yerləşən dostu Cəmiyyətin yaşadığı evə getmişlər, Cəmiyyətlə Əlini tanış etmiş, bir qədər söhbət etdikdən sonra Cəmiyyətə təklif etmişdir ki, “tanışım Əli özünə məxsus bağ evini satır, təcili pul lazımdı, bağ evinə baxarsan, xoşun gəlsə pulun varsa bağ evini al, pulun yoxdursa onsuzda avtomobilini satırsan, öz aranızda danışın razlığa gəlsəniz alarsan”. Bundan sonra Əli özü Cəmiyyətlə danışmış və razlığa gəlmişlər, aralarında olan razlaşmaya əsasən Əli, Cəmiyyətin avtomobilinə baxmış, xoşuna gəldiyini deyib avtomobili 30.000 manata qiymətləndirmiş, Cəmiyyətə əlavə olaraq avtomobilin üstündə 5.000 manatda verəcəyini bildirmişdir. Bundan sonra Əli, Cəmiyyət və o, Əlinin satmaq istədiyi Xəzər rayonu, Şüvvəlan qəsəbəsində yerləşən bağ evinə getmişlər. Cəmiyyət Əlinin satmaq istədiyi bağ evinə baxmış, Cəmiyyət evi bəyəndiyi üçün evi almaq qərarına gəlmişdir. Təxminən 2023-cü ilin iyul ayının axırları, avqus ayının əvvəllərində yenidən Əli, Cəmiyyət və o, Əlinin satmaq istədiyi Xəzər rayonu, Şüvvəlan qəsəbəsində yerləşən bağ evinə getmişlər, orada Əli bağ evinin açarlarım Cəmiyyətə vermiş, allah xeyrini versin deyib, təmir işlərinə başlamasını bildirmişdir. Əli bağ evinin açarlarını Cəmiyyətə verdikdən sonra nəvəsini təcili buraxdırmaq üçün 40.000 manat lazım olduğunu deyib, Cəmiyyətə avtomobilini ona verməsini bildirmiş, Cəmiyyət də etiraz etməmiş və Əlidən avtomobili sənədsiz necə satacağmı soruşmuşdur. Əli tanışının olduğunu və avtomobili həmin tanışlarına girov qoyub pul götürəcəyini deyib, sonra avtomobili onun adma sənədləşdirməsini bildirmişdir. Bundan sonra Cəmiyyət onun yanında özünə məxsus Mercedes Benz S350 markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarlarını və qeydiyyat şəhadətnaməsini Əliyə vermişdir. Bundan sonra Cəmiyyət, Əli və o, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Şam Bağı” restaranma yaxın adını bilmədiyi kafeyə getmişlər, orada yemək yedikdən sonra Cəmiyyət Əlidən aldığı bağ evinə görə verəcəyi pulun qalan hissəsini, yəni 5000 manatı onun yanında Əliyə vermiş, Əlidən ona satdığı bağ evini nə vaxt onun adma keçirdəcəyini soruşmuş, Əli də 20 gün ərzində evi Cəmiyyətin adma keçirəcəyini deyib, sənədləri ona verəcəyinə söz vermişdir. Sonradan eşitmişdir ki, Cəmiyyət Əlidən aldığı bağ evində təmir işlərinə başlamış, lakin sonradan məlum olmuşdur ki, Əli başqasının mülkiyyətində olan bağ evini sənədsiz Cəmiyyətə satmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid2 ifadəsində göstərmişdir ki, 2015-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivi ərazisində yerləşən 0,06 ha (altı sot) torpaq sahəsini özəlləşdirilmiş, Bələdiyyə sənədi ilə almışdır. 2018-ci ildə sözü gedən torpaq sahəsində dörd otaqdan və sanitar qovşaqdan ibarət kürsülü bağ evi tikdirmiş, lakin maddi vəziyyəti çətin olduğu üçün evi təmir edə bilməmiş, sonradan qərara gəlmişdir ki, evi satım. Beləliklə, təxminən 2023- cü ilin aprel ayında Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində ev alqı-satqısı ilə məşğul olan Təqsirləndirilən şəxsla görüşmüş, Əliyə sözü gedən bağ evimi satmaq istədiyini bildirmişdir. Əli evi neçəyə satmaq fikirinin olduğunu soruşmuş, o, Əliyə evi 40.000 manata satıram demişdir. Əli isə evi 40.000 manatdan artıq satacağmı deyib, yerdə qalan pulu özü götürəcəyini bildirmiş, o, da Əlinin təklifi ilə razlaşmışdır. Beləliklə də, o, sözü gedən bağ evini makler Təqsirləndirilən şəxs göstərmiş və evin açarlarını ona vermişdir ki, evi satmaq istədiyi müştərilərə göstərsin. 2023-cü ilin avqust ayının dəqiq tarixini bilmir axırlarında Əli istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, bağ evini bir nəfərə satmaq istədiyini deyib, onu satmaq istədiyi sözü gedən bağ evinə dəvət etmişdir. Bundan sonra o, bağ evinə getmiş, orada Əlini və yanında adını bilmədiyi yaşlı bir kişi görmüşdür. Həmin vaxt X1 S350 markalı avtomobilə gəlmişdir, Əlidən soruşmuşdur ki, deyəsən avtomobilini dəyişmisən. Əli də gülə-gülə özünə məxsus avtomobilini usta yanma qoyduğunu və Mercedes Benz S350 markalı avtomobili isə dostlarından müvəqqəti götürdüyünü bildirmişdir. Bundan sonra Əli bağ evinə müştəri qismində gələn kişini, sonradan adı ona məlum olan Cəmiyyət adlı şəxsi onunla tanış etmiş və bildirmişdir ki, “bağ evini bu şəxsə satıram, etirazın yoxdursa satım”. O, da Əliyə bildirmişdir ki, “evi satmaq üçün sənə vermişəm, satan kimi pulunu mənə verərsən mən də evi satdığın şəxsin adma keçirdərəm” deyib çıxıb getmişdir. Sonradan Əli ilə Cəmiyyət adlı şəxsin arasında nə söhbətlər olmasını bilməmişdir. Həmin gündən təxminən 10-15 gün sonra Əli istifadəsində olan mobil nömrə ilə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək demişdir ki, “Cəmiyyət adlı şəxs sənin evini bəyənib almaq istəyir, onunla danışmışam və razlaşmışam evi alacaq”. O, da Əliyə bildirmişdir ki, “alır allah xeyrini versin, bəs mənim pulumu nə vaxt verəcəksən”. Əlidə ona Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində özünə məxsus torpaq sahəsinin olduğunu deyib, təklif etmişdir ki, “istəyirsənsə həmin torpaq sahəsini sənin bağ evinlə dəyişək, üstündədə 10.000 manat verim”, o, isə Əlinin təklifi ilə razlaşmamış və bildirmişdir ki, “mənə 40.000 manat ver, mən evimi satdığın şəxsin adma keçirdim”, Əli onun təklifi ilə razlaşmadığım görüb təxminən 20 gün ərzində pulu ona veəcəyinə söz vermişdir. Təxminən 20 gün keçdikdən sonra o, Əli ilə yenidən əlaqə saxlayaraq bağ evini satdığı şəxsdən pulu-alıb almamasını soruşmuş, Əli isə pul düzəldə bilmədiyini, yaxın vaxtlarda ona 40.000 manat verəcəyini deyib, pulu verdikdən sonra evi satdığı şəxsin adma keçirməsini xahiş etmiş, o, isə Əliyə demişdir ki, “iki-üç günə pulu verməsən evin açarlarını mənə qaytar”, Əli də onunla razlaşmışdır. 2023-cü ilin sentyabr ayının axırlarında sözü gedən bağ evinə nəzarət etməyə gedən zaman, evdə təmir işlərinin aparıldığını və ustaların işlədiyini görmüş, həmin vaxt Əlinin yanında ilk dəfə gördüyü Cəmiyyət alı şəxsdə orada imiş, Cəmiyyətdən soruşmuşdur ki, “ağsaqqal allah xeyrini versin bu nə məsələdir, mənim xəbərim olmadan evimi təmir etdirirsən”, həmin vaxt Cəmiyyət ona evi Əlidən aldığını bildirmişdir. O, isə Cəmiyyət adlı şəxsə bildirmişdir ki, “Əli evi sənə mənim iştirakım olmadan sata bilməz, çünki evin sənədləri mənim adımdadır”. Həmin vaxt Cəmiyyət Əliyə özünə məxsus Mercedes Benz S350 markalı avtomobilini və üstündə pul verdiyini, ona məxsus olan bağ evini ondan aldığını deyib, buna görə də evi təmir etdiyini bildirmişdir. O, da Cəmiyyət adlı şəxsə Əlinin ona pul vermədiyini deyib, evin təmirini dayandırmasını və evdən çıxmasını tələb etmişdir. Cəmiyyət adlı şəxsdə ona bildirmişdir ki, “Əli mənə deyib ki, mən Nicatla danışmışam, ona torpaq sahəsi verəcəm, sən rahat işini gör, mən də Əlinin sözü ilə evi təmir etdirirəm”. O, da Cəmiyyət adlı şəxsə Əli ilə aralarında belə bir söhbət olduğunu demiş, lakin Əlinin təklifi ilə razlaşmadığım bildirmişdir. O, görmüşdür ki, bu söhbət uzun çəkəcək, ona görə də Cəmiyyət adlı şəxsə evdə gedən təmir işlərini dayandırmasını xahiş edərək evdən çıxmasını tələb etmiş, elə həmin gün Cəmiyyət adlı şəxs evdən çıxıb getmiş, o, da bağ evinin açarlarını dəyişdirmişdir. Sonradan ona məlum olmuşdur ki, ev alqı-satqısı ilə məşğul olan Əli adlı şəxs onun icazəsi olmadan sözü gedən bağ evini sənədsiz Cəmiyyət adlı şəxsə sataraq ondan pul qarşılığında avtomobilini və üstündə də pul almışdır. Əli və Cəmiyyət adlı şəxslərin arasında olan pul söhbətində onların yanında olmamış, onların arasında nə razlaşma olmasını da bilməmişdir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında ## ##### 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; - ## ###### 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında baxış keçirilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında ## ###### 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - ## ### 2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur; - ## ### 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin baş müstəntiqi, R Canpolad Nağıyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ##.##.2024-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DIN BƏSII tərəfindən verilmiş ##.##.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin ## #### 1971-ci il tarixli hökmü ilə Azərbaycan Sovet Sosialist Respublikasının 207-ci maddəsinin 2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, ##.##.1971-ci il tarixdə Şuşa Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 50-ci maddəsinə əsasən 10 (on) ay 23 (iyirmi üç) gün müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. ## #### 1984-cü il tarixli Azərbaycan Sovet Sosialist Respublikasının hökmü ilə Cinayət Məcəlləsinin 88-1 və 169-cu maddələri ilə təqsirli bilinərək 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39-cu maddəsinə əsasən əməli ## ##### 1983-cü il tarixli hökmlə birləşərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 154cü maddəsinin 1-ci hissəsinə əsasən 01 (bir) il islah işləri cəzası ilə birləşdirərərk 10 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 05 (beş) il məsul vəzifə tutma hüququndan məhrum edilmək cəzası təyin edilmişdir. ## ###### 1990-cı il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 50-2 maddəsinə əsasən 03 (üç) il 04 (dörd) ay 23 (iyirmi üç) gün şərti olaraq azad edilmişdir. ## ###### 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 1991-ci il tarixli amnistiya qərarı ilə 1-ci maddənin V bəndinə əsasən azad edilmişdir. ## ###### 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis Idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən 40.2.2-ci maddəsi ilə xitam verilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 69.4-cü maddəsinə əsasən 4.000 manat cərimə cəzasına məhkum edilmişdir. ## #### 2016-cı il tarixli Azərbaycan Respublikası Milli Məcəlləsinin ## ### 2016-cı il tarixli Amnistiya haqqında qərarına əsasən cəzadan azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ######## 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3, 69.3 və 70-ci maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 (iki) il sınaq müddəti ilə cəzası şərti hesab edilmişdir. ## ####### 2023-cü il tarixdə cəza müddəti başa çatmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında ## #### 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə mülki iddiaçı qismində tanınmışdır; - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti ## ###### 2024-cü il tarixədək uzadılmışdır; - Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti ## ######## 2024-cü il tarixədək uzadılmışdır. - Ifadənin yerində yoxlanılması barəsində ## ######## 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mayak yaşayış massivi, 11-ci dalanda yerləşən nömrəsiz evin qarşısını göstərdi və bildirdi ki, ## ###### 2023-cü il tarixdə təxminən saat 14 radələrində özünə məxsus Mercedes Benz S350 minik markalı **-CF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili 30.000 manat pulun əvəzi olaraq Təqsirləndirilən şəxs həmin yerdə vermişdir. Bundan sonra o, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yeni Sahədə yerləşən “Dacha” restoranının qarşısını göstərdi və bildirdi ki, ## ###### 2023-cü il tarixdə təxminın saat 15 radələrində Təqsirləndirilən şəxs 5.000 manat nəğd pulu həmin yerdə vermişdir; - ## ######## 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddə ilə ona yenidən ittiham elan edilmişdir; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab etmişdir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarının 33-cü bəndinə əsasən, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli Qərarının 1, 2, 3, 4 və 5-ci bəndlərində qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verilən ittihamla bağlı məhkəmənin gəldiyi nəticəni əsaslı və qanuni hesab edir. Müdafiə tərəfinin apellyasiya şikayətlərinin dəlillərində təqsirləndirilən Təqsirləndirilən şəxs bəraət verilməsi xahiş edilsə də, məhkəmə kollegiyası təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsinə dair ifadəsini özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirərək qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, istintaq hərəkəti protokolları, təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil nömrənin telefon danışıqları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair 17 mart 2011-ci il tarixli qərarında qeyd olunmuşdur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.1 və 25.2-ci maddələrinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit edilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi də bu maddədə təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Işdən görünür ki, məhkəmə təqsirləndirilən şəxsin ifadələrində qeyd etdiyi xüsusatları araşdıraraq düzgün hüquqi qiymət vermişdir. Aparılan araşdırma zamanı məhkum edilmiş şəxsin məhkəmədə irəli sürdüyü dəlillər öz əksini tapmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Kollegiya məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını tamah niyyətilə ələ keçirmək məqsədilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi kifayət qədər sübuta yetirilir, o təqsirlidir. Cinayət işi üzrə ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan və təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilə biləcək şübhələr müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət hadisəsinin baş verməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyəti sübuta yetirildiyindən məhkəmə hökmü əsaslı və qanuni hesab edilir. Kollegiya müdafiə tərəfinin şikayətinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı dələduzluq edərək əmlakını ələ keçirməsi niyyəti olmadığı göstərilsə də, lakin qeyd edilməlidir ki, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrinə iş üzrə digər sübutlarla birlikdə qiymət verilmiş və həmin ifadələr işin faktiki halları ilə öz təsdiqini tapmışdır ki, onların mötəbərliyini şübhə altına alacaq faktlar olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum edilmiş şəxs və müdafiəçiləri şikayətlərin dəlillərində və apellyasiya baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə yanlış olaraq ittiham hökmünün verilməsini iddia etsələr də, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124,143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək onun həmin əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif etmiş, həmçinin əməlin törədilməsinin tam sübuta yetirilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya sübutların mötəbərliyi barədə şikayətlərin dəlilləri ilə bağlı qeyd edir ki, ittiham hökmü yalnız şifahi sözlərə deyil, iş üzrə toplanmış və bir-birini tamamlayan mötəbər sübutlar məcmusuna əsaslanır. Zərərçəkmiş şəxsin və şahidlərin (mülkiyyətçi şahid2 və hadisəni bilavasitə müşahidə edən şahid3) ifadələri işin faktiki halları, istintaq hərəkətlərinin protokolları və mobil telefon danışıqları ilə tam təsdiq olunmuş, şahidlərin ifadələrinin mötəbərliyini şübhə altına alacaq heç bir fakt müəyyən edilməmişdir. Həmçinin, müdafiə tərəfinin "Mercedes-Benz S350" markalı avtomobilin faktiki olaraq başqa şəxsə (şahid1) məxsus olması və dəyərinin ekspertiza tərəfindən yoxlanılmaması barədə arqumentləri əsassızdır. Istintaq zamanı həm videoəlaqə protokolu, həm də digər sübutlarla nəqliyyat vasitəsinin zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs faktiki sahibliyində və istifadəsində olması, onun tərəfindən Təqsirləndirilən şəxs verilməsi tam təsdiqini tapmışdır. Bundan başqa, qeyd edilir ki, Cinayət işinin Bakı şəhəri Sabunçu Rayon Polis Idarəsində başlanması və sonradan aidiyyəti üzrə Bakı şəhəri Xəzər Rayon Polis Idarəsinə göndərilməsi qanunvericiliyin tələblərinə uyğundur. Təqsirləndirilən şəxsin ifadə verməkdən və sənədləri imzalamaqdan imtina etməsi isə onun prosessual hüququdur və bu hal toplanmış digər sübutların qanuniliyini və obyektivliyini sarsıtmır. Beləliklə, apellyasiya şikayətlərinin dəlilərinə münasibət bildirərək məhkəmə kollegiyası yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsirinin tam sübuta yetirildiyi nəticəsinə gələrək, Təqsirləndirilən şəxs bəraət verilməsi barədə şikayətlərin dəlillərini əsassız hesab edir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlar nəzərə almaqla, təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşlı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaasən cəzasını yüngülləşdirən hal kimi və əməlində cinayətin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq sanksiyada azadlıqdan məhrum etmə cəzasını minimum həddə yaxın, yəni 2 (iki) il 6 (altı) ay müddətinə təyin etmişdir. Məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halın olması və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi məhkuma cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkum edilmiş şəxsin şəxsiyyətini səciyyələndirən halları əsas götürərək, Təqsirləndirilən şəxs həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə iclasında məhkum edilmiş Təqsirləndirilən şəxs cəzasının dəyişdirilib, ona daha yüngül cəza növünün təyin olunması üçün əlavə əsaslar müəyyən edilməmişdir. Eyni zamanda, qeyd olunmalıdır ki, məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin maddi və prosessual qanunvericiliyin normalarının tətbiqi ilə bağlı digər pozuntulara yol verməsi halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətlərini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## #### 2026-cı il tarixli hökmü qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.4, 399.1.4, 399.1.5, 405.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Məhkum edilmiş Təqsirləndirilən şəxs müdafiəçiləri müdafiəçi1 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)- **/**** saylı, ## #### 2026-cı il tarixli hökmü müdafiəçilər müdafiəçi1 və müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Habil Məmmədov Hakimlər: Cavid Hüseyn Azad Imanov
Məhkəmə qərarları › İş №1(3-6)-562/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-562/2026
27.08.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver