Məhkəmə qərarları › İş №1(3-6)-563/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-563/2026

15.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-563/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Əhmədov Zəfər Vahid oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Zeynalova Lalə Allahverdi qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi – “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 iştirakları ilə, ## ###### 1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 2-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, ## ###### 1987-ci il tarixdə Cəbrayıl rayonunun Sarıcallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işləməyən, Cəbrayıl rayonunun Sarıcalı kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunmalarına dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmündən məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Hökmə əsasən, təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlamış, daşımış və qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi xeyli miqdarda – 0,386 qram olan narkotik vasitə heroin əldə edərək üzərində saxlayıb daşımış, ## #### 2025-ci il tarixdə saat 18:30 radələrində Nərimanov rayon Polis İdarəsinin Post Patrul Xidməti bölüyünün əməkdaşları inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, * saylı ünvanın qarşısında narkotik vasitələrin aludəçisi olmaqda şübhəli bilindiyi üçün saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə aparılaraq orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının arxa sağ cibindən bir ədəd 1 ml-lik şprisin içərisinə doldurulmuş qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,386 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə ## #### 2025-ci il tarixdə saat 04 radələrində dostu təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 4 ünvanında yerləşən “xxxx” QSC-nin binasının həyətindəki X2 icarə əsasında işlətdiyi paslanmayan su çənlərinin istehsal olunduğu sexə damı ilə divarı arasındakı boşluq olan yerdən qanunsuz daxil olaraq, oradan Qüdsi Salmanova məxsus iki ədəd qaynaq avadanlığının 262,52 manat dəyərində ölçüləri - 132,5 x 9 x 1,2 sm olan 01 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 25,25 manat dəyərində 1,7 metr uzunluğunda, enihündürlüyü 0,5-3 sm olan sinklənmiş toxuma setka mis naqili, 24 manat dəyərində 1,6 metr uzunluğunda NYY 1x70 mm yumşaq kabeli, 9 manat dəyərində 6 ədəd 35 mm-lik papuc ucluğu, 2 manat dəyərində 05 ədəd M10 bolt qaykanı, 32 manat dəyərində 3 metrlik 02 ədəd məsafədən idarəetmə pedalını, 846,45 manat dəyərində, ölçüləri - 202 x 14 x 1,6 sm olan 01 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 461,89 manat dəyərində, ölçüləri - 110 x 14 x 1,6 sm olan 01 ədəd üst qolun qaynaq cərəyanı ötürücü güc şinini, 65 manat dəyərində ölçüləri 50 x 10 x 0,12 sm olan 65 ədəd mis təbəqəli qaynaq cərəyan ötürücü güc şinini, 70 manat dəyərində ölçüləri diametr - hündürlük 9,55 x 25 sm olan qaynaq ucluğu saxlayan bürünc başlığı, 140 manat dəyərində ölçüləri diametr-hündürlük 1,5 x 1 sm olan mis disk ucluğu, 45 manat dəyərində ölçüləri diametr-hündürlük 3 x 10 sm olan bürünc disk ucluq tutucusunu, 54 manat dəyərində 30 metr uzunluğunda TTR 3 x 2,5 mm-lik yumşaq kabeli və 270 manat dəyərində 30 metr uzunluğunda 1 x 35 mm-lik qaynaq kabelini gizli olaraq talayıb zərərçəkmiş şəxs Qüdsi Salmanova ümumilikdə 2307,11 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Hökmə əsasən, təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bu hərəkətləri ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Belə ki, təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədilə ## #### 2025-ci il tarixdə saat 04 radələrində dostu təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ünvan 6 ünvanında yerləşən “xxxx” QSC-nin binasının həyətindəki X2 icarə əsasında işlətdiyi paslanmayan su çənlərinin istehsal olunduğu sexə damı ilə divarı arasındakı boşluq olan yerdən qanunsuz daxil olaraq oradan Qüdsi Salmanova məxsus iki ədəd qaynaq avadanlığının 262,52 manat dəyərində ölçüləri - 132,5 x 9 x 1,2 sm olan 01 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 25,25 manat dəyərində 1,7 metr uzunluğunda, enihündürlüyü 0,5-3 sm olan sinklənmiş toxuma setka mis naqili, 24 manat dəyərində 1,6 metr uzunluğunda NYY 1x70 mm yumşaq kabeli, 9 manat dəyərində 6 ədəd 35 mm-lik papuc ucluğu, 2 manat dəyərində 05 ədəd M10 bolt qaykanı, 32 manat dəyərində 3 metrlik 02 ədəd məsafədən idarəetmə pedalını, 3,45 manat dəyərində, ölçüləri - 202 x 14 x 1,6 sm olan 01 ədəd alt qolun qaynaq cərəyanı ötürücü güc şinini, 461,89 manat dəyərində, ölçüləri - 110 x 14 x 1,6 sm olan 01 ədəd üst qolun qaynaq cərəyanı ötürücü güc şinini, 65 manat dəyərində ölçüləri 50 x 10 x 0,12 sm olan 65 ədəd mis təbəqəli qaynaq cərəyan ötürücü güc şinini, 70 manat dəyərində ölçüləri diametr - hündürlük 9,55 x 25 sm olan qaynaq ucluğu saxlayan bürünc başlığı, 140 manat dəyərində ölçüləri diametr-hündürlük 1,5 x 1 sm olan mis disk ucluğu, 45 manat dəyərində ölçüləri diametr-hündürlük 3 x 10 sm olan bürünc disk ucluq tutucusunu, 54 manat dəyərində 30 metr uzunluğunda TTR 3 x 2,5 mm-lik yumşaq kabeli və 270 manat dəyərində 30 metr uzunluğunda 1 x 35 mm-lik qaynaq kabelini gizli olaraq talayıb zərərçəkmiş şəxs Qüdsi Salmanova ümumilikdə 2307,11 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü ilə təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının ## ######## 2025ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş həmin cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə təyin olunmuş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsini Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası edilmiş, ## #### 2025-ci il tarixdən ## #### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunaraq onun ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin maddi sübutların taleyi, məhkəmə məsrəflərinə dair məsələ də həll edilmişdir. Hökmdən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, ona azadlıqdan məhrum etmə cəzasından daha yüngül cəza növünün təyin edilməsini xahiş etmişdir. təqsirləndirilən şəxs1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istintaq zamanı zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəyib barışıq əldə etmək istədiyini bildirmişdir. Lakin istintaq zamanı bu hal nəzərə alınmayıb, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Qanunvericilikdə göstərilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilib və barışıq əldə edilibsə, təqsirləndirilən şəxs barəsində aparılan istintaqa xitam verilir və ya azadlığın məhdudlaşdırılması cəzası təyin edilir. Aparılmış istintaq zamanı onun bu hüquqdan istifadə etməsi üçün heç bir şərait yaradılmamış və dəfələrlə bu barədə müstəntiqə və hakimə zərəri tam ödəmək istədiyini bildirməsi nəzərə alınmamışdır. Məhz buna görə müraciət edir və zərəri tam ödəyib barışıq əldə etməsi üçün şərait yaradılaraq onun azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsini xahiş edir. Hökmdən həm də məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək hökmün cinayət və cinayət-prosessual qanunvericiliyə uyğun olub-olmadığının araşdırılmasını, barəsində ədalətli, qərəzsiz hökm və ya qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən təqsirləndirilən şəxs2 və müdafiəçisi onun özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmədiyini bildirərək hökmdən Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin xaric edilməsini və nəticədə cəzasının mütənasib surətdə yüngülləşdirilməsini xahiş etdi. təqsirləndirilən şəxs2 apellyasiya şikayəti cinayət və cinayət-prosessual qanunvericiliyə istinad edilərək əsaslandırılmış və göstərilmişdir ki, ittiham aktında göstərilən halların məhkəmə qaydasında araşdırılmaması ilə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının kobud pozuntusuna yol verilmiş və qanunsuz cəzalandırmaya dair hökm qəbul edilmişdir. Bundan başqa, ittiham aktında göstərilən halların araşdırılmaması ibtidai araşdırma aparan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədiyinə görə barələrində xüsusi qərar çıxarılmasına səbəb olmuşdur. Barəsində tərtib edilmiş ittiham aktı və hökmdən belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi ittihama hüquqi yanaşmamışdır. Birinci instansiya məhkəməsinin diskresion səlahiyyəti təzyiq və təsirə məruz qalmışdır. Birinci instansiya məhkəməsinin onun barəsində qanunsuz cəzalandırmaya dair qəbul edilmiş hökmü araşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 və müdafiəçisi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək residivi olmadığını, astma, hepatit, böyrək xəstəliklərindən əziyyət çəkdiyini, ayağında tromblaşmaya qarşı aparat qoyulduğunu, ailə üzvləri olan anası və bacısı vasitəsilə müxtəlif şəxslərdən borc alaraq zərərçəkmiş şəxsə dəymiş ziyanın məhz onun tərəfindən tamamilə ödənilməsinin onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı olduğunu bildirərək, xəstəliyi və ailə vəziyyətinin nəzərə alınmasını, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması növündə cəza ilə əvəz edilməsini xahiş etdilər, təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin təmin edilməsinə dair məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Məhkəmə iclasında iştirak edən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 və müdafiəçisi məhkumun yaxınlarından bir ildir ki yanına heç kimin gəlmədiyini, bu səbəbdən dəymiş ziyandan da heç bir ödəniş edə bilməyəcəyini, ailəsinin maddi imkanının yaxşı olmadığını, 3-cü məhkumluğu olduğunu, narkomaniyadan əziyyət çəkdiyini, lakin həmin vaxt üstündə narkotik vasitə olmadığını, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz ittiham verildiyini, özünü həmin maddə ilə təqsirli hesab etmədiyini bildirərək hökmün Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə aid hissədə ləğv edilməsini və ona həmin maddə ilə bəraət verilməsini, narkotik ittihamı üzərindən götürüldükdən sonra təyin edilmiş cəzanın mütənasib olaraq azaldılmasını xahiş etdilər, təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təmin edilməsinə dair məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı ibtidai istintaq mərhələsində və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 özünü təqsirli bilib işin faktiki hallarına uyğun ifadə verdiyini, hazırda təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bağlı qeyd etdiklərinin iş materialları ilə təsdiqini tapmadığını, ona həmin maddə ilə bəraət verilməsi və ya cəzasının yüngülləşdirilməsi üçün əsasların müəyyən edilmədiyini, cinayətlərin residivinin cəzasını ağırlaşdıran hal kimi nəzərə alındığını, hökmün təqsirləndirilən şəxs2 münasibətdə ədalətli olduğunu, təqsirləndirilən şəxs1 ailə üzvləri tərəfindən apellyasiya baxışının gedişində zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənildiyini, ziyanın ödənilməsinin yüngülləşdirici hal kimi nəzərə alınması ilə təqsirləndirilən şəxs1 münasibətdə cəzanın yüngülləşdirilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxs1 şikayəti olmadığını, sonuncunun ailə üzvləri tərəfindən apellyasiya baxışı zamanı ona dəymiş ziyanın məhkəmə iclasında real şəkildə tam olaraq ödənildiyini bildirdi və bununla bağlı onun tərəfindən yazılıb imzalanmış ərizəni məhkəmə kollegiyasına təqdim etdi. Həmin ərizədən müəyyən olunur ki, zərərçəkmiş şəxs X3 təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyan təqsirləndirilən şəxs1 tərəfindən tam ödənilmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır, təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsini xahiş edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İlk növbədə qeyd olunmalıdır ki, apellyasiya şikayətlərindən aydın olur ki, məhkum edilmiş şəxslər təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 özlərini Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bildiklərini göstərmişlər və apellyasiya şikayətlərində həmin halı mübahisələndirməmişlər. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 apellyasiya şikayətində əsas xahişi barəsində təyin edilmiş cəzanın yüngülləşdirilməsi – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz olunmasından, təqsirləndirilən şəxs2 apellyasiya şikayətində tələbi isə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməsi, beləliklə təyin edilmiş cəzanın azaldılmasından ibarət olmuşdur. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, proses iştirakçılarının fikirlərini dinləyərək hesab edir ki, məhkum edilmiş təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü məhkum edilmiş təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya dair hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə verilmiş ittiham üzrə sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və dolğun şəkildə və bir-birilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hazırda hökmün məzmununda göstərilən bütün sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından verilmiş apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olmaları düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə iclasında da Cinayət-Prosessual Məcəllənin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapdı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6cı maddəsinin tələbinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna və natamamlığa, qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi və Avropa Konvensiyasının müddəalarının pozulması iş materialları ilə müəyyən edilməmişdir. Məhkum edilmiş şəxslərin prosessual hüquqları, o cümlədən müdafiə hüququ vaxtında və səmərəli şəkildə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası ilə təminat verilən işinin ədalətli və açıq məhkəmə araşdırılması və digər hüquqları hüququ təmin olunmaqla təqsirləndirilən şəxs1 və təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinə “ağlabatan” müddətlərdə baxılmışdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2005-ci il Qərarının 2-ci bəndinə görə, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 11-ci bəndinə görə, Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün Cinayət Məcəlləsinin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Beləliklə, cinayət işi üzrə toplanmış və birinci instansiya məhkəməsində tədqiq edilmiş obyektiv sübutların məcmusu, keçirilmiş ekspertiza rəyləri, təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər mötəbər sübutlarla məhkum edilmiş şəxslərin ittihamda göstərilən cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi məhkum edilmiş şəxslərin əməllərini düzgün olaraq tövsif etmişdir. Əvvəla, təqsirləndirilən şəxs2 apellyasiya şikayətinin tələbi ona Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə bəraət verilməsindən ibarət olmuşdur və məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayətləri törətdiyinə görə iki dəfə məhkum olunmuş, sonuncu dəfə 2024-cü ilin dekabr ayında azadlığa çıxmışdır. təqsirləndirilən şəxs1 20 ildən çox müddətdir ki, eyni məhəllə sakini kimi tanıyır və Samir də əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur. ## #### 2025-ci il tarixdə saat 02 radələrində Samirlə birlikdə olarkən pula ehtiyac olduğundan oğurluq edib pul qazanmaq qərarına gəlmiş və bu məqsədlə küçəyə çıxıb gəzməyə başlamışlar. Təxminən saat 04 radələrində ünvan 6 ünvanında olan zaman qarşılarına sex çıxmışdır. Həmin ərazi hansısa bir işləməyən zavodun həyəti olmuş, lakin ətrafa baxıb heç kimi görməmiş, yəni gözətçi və ya başqa bir şəxs olmamışdır. Oğurluq məqsədilə Samirlə birlikdə həmin sexin arxa hissəsində olan hasarın üzərinə çıxıb ordan da sexin damına çıxmışlar. Damın üstündə hərəkət edərək divarla dam arasında olan açıq yerdən sexin birbaşa içərisinə daxil olmuşlar. Sexin içərisində ətrafa nəzər yetirdikdə yaşıl rəngli iki ədəd iri aparat və bir qədər də iri mis kabellər görmüşlər. Samirlə o, birlikdə bir aparatın üzərində olan təxminən 25-30 kq ağırlığındakı mis lövhəni sexdən götürdükləri alətlə açaraq yerindən çıxartmışlar. Həmçinin həm həmin aparatın, həm də digər aparatın üzərində olan bütün mis və latun detalları açıb götürmüşlər. Götürdükləri mis detalların arasında ən böyüyü 25-30 kq çəkidə olan mis lövhə olmuş, digərləri kiçik ölçülü detallar olmuşdur. Sonra sexdə olan bütün mis naqilləri kəsib götürmüşlər. Naqilləri və kiçik mis detalları sexdən tapdıqları ağ rəngli torbaya yığmış, torbanı Samir götürmüş, iri lövhəni də o götürmüşdür. Sexdə təxminən bir saat yarım işləmişlər. Onlar həmin əşyaları kəsib götürdükdən sonra artıq təxminən saat 05:45 radələrində yenidən hasar vasitəsilə sexin damına qalxmış, damın üstündə hərəkət edərək dəmir yolu relsləri olan tərəfə düşmüşlər. Dəmir yolu relslərinin yanı ilə hərəkət edib Nərimanov rayonu, Montin qəsəbəsinə getmişlər. Oğurladıqları əşyaları satmaq qərarına gəldiklərindən həmin tarixdə saat 09 radələrində Montin qəsəbəsində yaşadığı ünvanın yaxınlığında yerləşən, evində əlvan metallar qəbul edən Oktay kişinin yanına yaxınlaşmışlar. Ona həmin əşyaları söküntü aparılan ərazidən götürdüklərini bildirib satmaq istədiklərini demiş və Oktay onlara inanmışdır. Oktay kişi onların əlində olan misə baxış keçirərək çəkisini ölçüb 50 kq olduğunu bildirmişdir. Həmin 50 kq misi onlar 530 manata Oktaya satmışlar. Oktay onlardan şəxsiyyət vəsiqələrinin surətini istəsə də, o, yaxınlıqda yaşadığını, narahat olmamasını və yolu düşəndə ona təqdim edəcəyini demişdir. Bundan sonra, Oktaydan aldıqları pulu Samirlə birlikdə yarı bölmüş və bir-birlərindən ayrılmışlar, o, yaşadığı ünvana getmişdir. Əldə etdiyi həmin pulu öz şəxsi ehtiyacları üçün istifadə etmişdir. ## #### 2025-ci il tarixdə polis əməkdaşları onu saxlayıb 23-cü Polis Bölməsinə gətirmişlər və o da qeyd olunan oğurluq cinayətini Samirlə birlikdə törətdiyini etiraf etmişdir. Həmin sexdən oğurluq etmələri ilə bağlı onlara heç kim istiqamət verməmiş, onlar oğurluq məqsədilə ərazidə gəzəndə həmin sexdə qiymətli metal olacağını düşünüb ora daxil olmuşlar. Bundan başqa, o, həbs olunmamışdan əvvəl narkotik vasitə istifadə etməklə məşğul olmuşdur. ## #### 2025-ci il tarixdə, saat 18:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, * saylı ünvanın qarşısında piyada hərəkətdə olduğu zaman iki nəfər polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və onu Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə aparmışlar. Orada xidməti otaqda videokamera çəkilişinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd 1 ml-lik şprisin işərisinə doldurulmuş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin şalvarının arxa sağ cibindən aşkar olunan 1 ml-lik şprisin işərisinə doldurulmuş narkotik vasitə heroin onundur və özünə məxsusdur, onu özü qəbul etmək üçün ## #### 2025-ci il tarixdə Nərimanov rayonu, Daş Karxanası, Dəmir yolu yaxınlığında adını ona Şaiq kimi təqdim edən şəxsdən 15 manata özü istifadə etmək üçün almışdır. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təstiq olunmuşdur. O, heç kimə narkotik vasitə verməmiş və yalnız özü istifadə etmək üçün almış, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə olan heroini istifadə edəndə 1 ml-lik şpris vasitəsi ilə damarına ineksiya üsulu ilə vurmaqla qəbul etmişdir. O, polis əməkdaşları tərəfindən 17-ci Polis Şöbəsinə aparılan zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi, yaxud da digər bir üsulla təsir göstərən olmamış, Polis Şöbəsinə aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. Əməllərindən səmimi peşman olduğunu, maddi imkanı olmadığına görə zərərçəkmişə dəyən ziyanı ödəyə bilmədiyini göstərmiş, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, təxminən 15 il olar ki, ünvan 6 ünvanında yerləşən Mexaniki-təmir zavodunun həyətindəki sexlərdən birini icarəyə götürərək paslanmayan su çənlərinin istehsalı ilə məşğul olur. Həmin sexdə oğlu ilə birlikdə işləyir, işləri çox olanda isə gündəlik əlavə işçilər dəvət edir. Həmin sexdə onun iki ədəd stasionar tipli, böyük ölçülü, diyircəkli qaynaq aparatı var. O, həmin aparatları 2008-ci ildə Çindən alıb gətirmiş, onların alışı və gətirilməsinə həmin dövrdə 30000 ABŞ dolları pul xərcləmişdir. Bazar günləri sexdə iş olmadığı üçün ## #### 2025-ci il tarixdə saat 18:00 radələrində o, sexi bağlayıb evinə getmişdir. Sexin giriş qapısı bir yerdəndir və girişdə darvaza vardır. Sexdə müşahidə kamerası və siqnalizasiya yoxdur. Lakin sexdə hava işləməsi üçün sexin damı ilə divarları arasında açıq yerlər var. ## #### 2025-ci il tarixdə saat təxminən 09:00 radələrində o, sexə getmiş və darvazanı açıb içəri daxil olduqda görmüşdür ki, sexdə olmadığı müddət ərzində naməlum şəxs və ya şəxslər sexə daxil olub iki ədəd qaynaq aparatının misdən və latundan olan detallarını söküb oğurlamışlar. Həmçinin oğrular sexdə olan bütün naqilləri də kəsib aparmışlar. O, dərhal 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş və az sonra hadisə yerinə polis əməkdaşları gəlib baxış keçirmişlər. Araşdırma zamanı ətrafda olan kamera görüntülərindən məlum olmuşdur ki, onun sexinə damla divar arasında olan açıq yerdən iki nəfər daxil olub oğurluq etmişlər. Oğrular sexdə olan böyük ölçülü qaynaq aparatının uzunluğu 2 metr, eni 12 santimetr və qalınlığı 12 mm olan mis detalını, həmin qaynaq aparatında olan nisbətən kiçik mis detalı, digər qaynaq aparatının uzunluğu 1,5 metr olan mis detalını, həmin aparatda olan latun detalı, mis diskləri açarla açaraq və alətlə kəsərək oğurlamışlar. Oğrular sexdə olan hissə-hissə ümumilikdə 60 metr uzunluğunda mis naqilləri də kəsib aparmışlar. Oğurluq nəticəsində onun 50000 manat dəyərində iki ədəd qaynaq aparatı sıradan çıxmışdır. Sırf oğurlanan detalların dəyəri 2307,11 manat məbləğində qiymətləndirilmişdir, lakin əslində real zərər daha çoxdur. İbtidai istintaq zamanı şahid İsmayılov Asif Rafiq oğlu məhkəməyə ərizə ilə müraciət edərək təsdiq etdiyi və birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Nərimanov rayon Polis İdarəsinin post patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində işləyir, vəzifəsi ictimai asayişi qorumaq, baş verə biləcək cinayət hadisələrinin qarşısını almaq və cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir. Belə ki, ## #### 2025-ci il tarixdə, saat 18:30 radələrində Nərimanov rayon Polis İdarəsinin PPXB-nün polis nəfəri post yoldaşı şahid1 ilə Nərimanov rayon polis idarəsinin inzibati ərazisində xidmət aparan zaman ünvan 3 ünvanının qarşısında olarkən bir nəfər adını sonradan bildiyi “Pərviz” adlı şəxs onları görüb özünü şübhəli apardığına görə tərəflərindən saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, xidməti otaqda saxlanılan şəxsin şəxsiyyəti tam dəqiqliyi ilə müəyyən edilmişdir ki, həmin şəxs təqsirləndirilən şəxs2dur. Polis Şöbəsində olan zaman və saxlanılan vaxtı təqsirləndirilən şəxs2 hərəkətləri və davranışı ilə özünü şübhəli apardığına görə Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisinə məruzə olunmuş və tərəflərindən raport tərtib olunaraq təqsirləndirilən şəxs2 barəsində qanuni tədbir görülməsini xahiş etmişlər. Bundan sonra, xidməti otaqların birində videokamera çəkilişi ilə onun üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olunmuşdur. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd 1 mllik şprisin (bir dəfəlik tibbi iynənin) içərisinə doldurulmuş qəhvəyi rəngli narkotik vasitəyə bənzər mayeni könüllü olaraq təqdim etmişdir. Sorğu zamanı təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan maddənin narkotik vasitə olan heroin olduğunu və həmin heroini ## #### 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Daş Karxanası, Dəmir yolu yaxınlığında adını ona Şaiq kimi təqdim edən şəxsdən 15 manata alaraq özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. təqsirləndirilən şəxs2 təqdim etdiyi içərisində narkotik vasitə heroin olan 1 ml-lik şpris təhqiqatçı tərəfindən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılan zaman onun və ya başqa bir şəxs tərəfindən ona qarşı heç bir fiziki, yaxud da psixi təsir göstərən olmamış, şübhəli şəxs qismində saxlanılan zaman tərəflərindən təqsirləndirilən şəxs2 üzərinə baxış, yaxud da şəxsi axtarış keçirən olmamışdır. İbtidai istintaq zamanı şahid Nərimanov rayon Polis İdarəsinin post patrul xidməti bölüyündə polis nəfəri vəzifəsində işləyən şahid1 iştirakının təmin edilməsi mümkün olmadığından ifadəsi birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş, şahid İsmayılov Asif Rafiq oğlu ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid şahid3 iştirakının təmin edilməsi mümkün olmadığından birinci instansiya məhkəməsində elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 1 ünvanında yerləşən evinin həyətində metal qəbulu ilə məşğul olur. ## #### 2025-ci il tarixdə saat 09 radələrində üzdən tanıdığı, “Montin” qəsəbəsində yaşayan, adlarını sonradan bildiyi Pərviz və Samir adlı şəxslə birlikdə iş yerinə yaxınlaşıb hər ikisi satmaları üçün mislərinin olduğunu bildirmişlər. O həmin şəxslərin əlində olan misə baxış keçirmişdir. Onların əlində 24 kq-lıq əyilmiş formada mis lövhə, təxminən 7-8 kq-lıq isə latun və kəsik vəziyyətdə olan mis kabellər olmuşdur. O, həmin şəxslərə bu əşyaları 515 manata ala biləcəyini demişdir. Həmin şəxslər onunla razılaşmışlar və gətirdikləri 24 kq mis, bir qədər latun və bir qədər kəsik vəziyyətdə olan mis kabelləri ona təhvil vermişlər. O isə 515 manat pulu, səhv etmirsə, Pərvizə vermişdir. Həmçinin o, Pərvizdən özünə məxsus şəxsiyyət vəsiqəsini tələb etdikdə Pərviz qonşuluqda yaşadığını, qısa vaxt ərzində şəxsiyyət vəsiqəsini gətirib verəcəyini bildirmişdir. Lakin o, sonrakı günlərdə vəsiqəsini gətirib verməmişdir. Bundan sonra, o, Pərviz və Samirdən aldığı həmin malları iki gün ərzində tanımadığı dəmir yığanlara satmış və onun təxminən 40-50 manat qazancı olmuşdur. Pərviz və Samirdən birinci dəfə idi ki, onlardan metal qəbul edirdi. Onlardan satmaq istədikləri metalı haradan əldə etdiklərini soruşmuş, hər ikisi demişlər ki, satmaq istədikləri metalı söküntü gedən binalardan icazəli şəkildə götürüblər. Ona satdıqları metalı oğurladıqlarını bilməmişdir. Onlar bu barədə ona heç bir məlumat verməmişlər, o, metalın oğurluq olmasını bilsəydi və ya bundan şübhələnsəydi, heç vaxt onu almazdı. Pərviz və Samirdən aldığı metalları satanda satdığı şəxslər barədə qeydiyyat aparmamışdır. İş materiallarında olan ## #### 2025-ci il və ## #### 2025-ci il tarixli protokollardan görünür ki, ## #### 2025-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq 17-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş təqsirləndirilən şəxs2 üzərində müdafiəçinin iştirakı və videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra təqsirləndirilən şəxs2 əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd bir dəfəlik tibbi iynənin içərisinə doldurulmuş qəhvəyi rəngli mayeni çıxarıb təqdim etmiş və həmin şprisin içərisində “rastvol” adlanan maddə olduğunu, onu Nərimanov rayonu, Daş Karxanası, Dəmiryolunun yaxınlığında adını Şaiq kimi təqdim edən şəxsdən 15 manata alaraq özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırılmışdır. Axtarış davam etdirilərkən şəxsin üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmiş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış görüntülərin olduğu bir ədəd diskə ## #### 2025-ci il tarixdə müstəntiq tərəfindən baxış keçirilərkən yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının ## #### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, “...təqsirləndirilən şəxs2...” və s. qeydi zərfdəki 1 ml-lik şprisə doldurulmuş qəhvəyi rəngli məhlulun tərkibində quru maddəsinin təmiz çəkisi 0,386 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının ## #### 2025-ci il tarixli **** nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloj tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli tələbnamədən, hökmün və qərarın surətlərindən görünür ki, təqsirləndirilən şəxs2 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 221.3, 177.3.2, 326.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən azadlıqdan məhrum etmə cəzasının qəti müddəti 11 il 03 ay həddində müəyyən edilmiş, Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının qəti müddəti 10 il həddində müəyyən edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə onun barəsində təyin edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2016-cı il tarixli hökmü ilə təyin olunmuş, cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən üzərində saxlanılmış azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 08 ay 09 gün hissəsinin Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan cəzaya müvafiq qaydada birləşdirilməsi üçün əsaslar yaranmışdır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halar müəyyən edilməmiş, cinayətlərin residivi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs1 sonuncu dəfə Ağsu Rayon Məhkəməsinin ## #### 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1 və 185.2.1-ci maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin ## ###### 2021-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Cinayət Məcəlləsinin 177.2.1 və 185.1-ci maddələri ilə, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2021-ci il tarixli Amnistiya Qərarının 4, 9.2.3 və 9.3-cü bəndlərinə əsasən cəzası 6 ay azaldılaraq 02 il həddində saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 05 gün hissəsindən ## ###### 2022-ci il tarixdə azad edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilmiş ittihama aid hissədə birinci instansiya məhkəməsində və ibtidadi istinaq mərhələsində verdiyi ifadələrində özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmiş, 1 ml-lik şprisdə olan narkotik vasitə heroini şəxsi istifadəsi məqsədilə saxladığını bildirmişdir. Apellyasiya baxışı zamanı isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs2 müdafiə strategiyasını dəyişərək təqsirini etiraf etməməsinə və narkotik vasitənin ona aid olmaması barədə ifadəsinə tənqidi yanaşaraq ifadəsinin özünümüdafiə xarakteri daşıdığını hesab edir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs2 ifadəsində bildirmişdir ki, “şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd 1 ml-lik şprisin işərisinə doldurulmuş narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. O, bildirmişdir ki, həmin şalvarının arxa sağ cibindən aşkar olunan 1 ml-lik şprisin işərisinə doldurulmuş narkotik vasitə heroin onundur və özünə məxsusdur, onu özü qəbul etmək üçün ## #### 2025-ci il tarixdə Nərimanov rayonu, Daş Karxanası, Dəmir yolu yaxınlığında adını ona Şaiq kimi təqdim edən şəxsdən 15 manata özü istifadə etmək üçün almışdır. O, heç kimə narkotik vasitə verməmiş və yalnız özü istifadə etmək üçün almış, narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitə olan heroini istifadə edəndə 1 ml-lik şpris vasitəsi ilə damarına ineksiya üsulu ilə vurmaqla qəbul etmişdir. O, polis əməkdaşları tərəfindən 17-ci Polis Şöbəsinə aparılan zaman hər hansı bir şəxs tərəfindən ona qarşı fiziki, psixi, yaxud da digər bir üsulla təsir göstərən olmamış, Polis Şöbəsinə aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır”. Apellyasiya baxışı zamanı məhkəmə iclasında isə təqsirləndirilən şəxs2 narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş, lakin həmin məqamda üstündə narkotik vasitə olmadığını göstərmiş, həmçinin miqdarı mübahisələndirmişdir. Bu hissədə apellyasiya instansiya məhkəməsi xatırladır ki, ittiham şprisdə olan məhlulun ml ölçüsü ilə deyil, həmin məhlulun tərkibində olan quru maddəsinin təmiz çəkisi nəzərə alınmaqla verilmişdir ki, bu miqdar da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının ## #### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyi ilə təsdiqini tapmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilən siyahılara görə, heroinin şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarının aşağı həddi 0,15 qramdır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək məhkum edilmiş şəxsin verdiyi ifadələrini inandırıcı hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə hazırda məhkəmə kollegiyasının iclasında da Cinayət-Prosessual Məcəllənin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Cinayət işinin apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs2 əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Bundan başqa, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, cinayət qanunu normalarının düzgün tətbiq edilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, təqsirləndirilən şəxs2 apellyasiya şikayətində əsaslı dəlillər təqdim edilməmişdir. Bundan əlavə, müdafiə tərəfi təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olmadığını iddia etsə də, bu hal da iş materialları ilə təkzib edilməkdədir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətlərinin aşkar olunmasını da nəzərdə saxlayır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsində məhkum edilmiş şəxsin ifadələrində göstərdiyi dəlilləri ətraflı araşdırılmaqla, toplanmış sübutları tam, hərtərəfli və obyektiv tədqiq edilmiş və həmin sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxsin ittiham olunan əməli törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif etmişdir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinin məzmununa görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 1999-cu il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 8 və 58-ci maddələrinin nəzərdə tutduğu müəyyən (məsələn, cəzanı yüngülləşdirən) hallara həddindən artıq önəm verilib, digər (məsələn, cinayətin xarakteri, törədilmə halları, meydana gətirdiyi nəticələr kimi) halların isə lazımınca dəyərləndirilməməsi təqsirkara təyin edilmiş cəzanın ədalət prinsipinə cavab verən cinayət-hüquqi xarakterli tədbir kimi qəbul edilməsinə yol vermir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2003-cü il tarixli * saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. Həmçinin həmin Qərarda məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, o, əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə, alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növünü seçməyə, hətta Cinayət Məcəlləsinin 62, 70-ci maddələrinin tətbiqinə və digər hallara imkan verir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Cinayət Məcəlləsinin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (Cinayət Məcəlləsi, maddə 59.2). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunan cinayət-hüquqi normaları işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda aşağıdakılar müəyyən olunur: Təqsirləndirilən şəxslərin törətdiyi həmin əmələ görə cinayət qanununun 177.2.1, 177.2.3cü maddələrinin müəyyən etdiyi məhrumiyyət bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmədən, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət isə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə və həmin əməllər cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayət kimi təsnif edilmişdir. Apellyasiya instansiya məhkəməsi əvvəla təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya aid hissədə qeyd edir ki, təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsində ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 5 ildir ki, “asma” və “hepatit B” xəstəliyindən əziyyət çəkir, həmçinin ayağında tromblaşmaya qarşı aparat qoyulmuşdur. Böyrəyinin biri tam fəaliyyətsiz olduğundan təxminən iki il əvvəl əməliyyat olunmuşdur. Əvvəllər talama cinayətləri törətdiyinə görə ümumilikdə 4 dəfə məhkum olunmuş, təxminən 15 ilə yaxın azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Lakin sonuncu dəfə 4 il əvvəl cəzasını çəkib azadlığa çıxmış, ondan sonra cinayət törətməmişdir. təqsirləndirilən şəxs2 onunla eyni məhəllədə qalmış, uzun illər əvvəlldən dostluq etmişlər. Pərviz də əvvəllər məhkumluq həyatı yaşamışdır. ## #### 2025-ci il tarixdə, gecə saat 02 radələrində Pərvizlə birlikdə məhəllədə olarkən pula ehtiyacları olduğundan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə küçəyə çıxıb gəzməyə başlamışlar. Təxminən saat 04 radələri olmuş, onlar birlikdə gəzərkən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Abdulla Mirzəyev küçəsində qarşılarına sex çıxmış, həmin yer hansısa işləməyən zavodun həyəti olmuş, onlar ətrafa baxıb heç kimi, o cümlədən hansısa gözətçi və ya nəzarətçini görməmişlər. Oğurluq məqsədilə Pərvizlə birlikdə sexin arxa tərəfindən hasarın üstünə və oradan da sexin damına çıxmış, damın üstünə baxdıqda damla divar arasında boşluq yer görmüş və oradan da sexə daxil olmuşlar. Sexin içərisində yaşıl rəngli iki böyük aparat və çoxlu naqillər olmuşdur. Pərvizlə birlikdə köməkləşib sexdən tapdıqları alətlərlə aparatların üzərində olan bütün mis hissələri söküb ayırmış, həmçinin sexdə olan mis naqilləri toplamışlar. Aparatın birinin üzərində uzun mis lövhə də olmuş, onu da açıb götürmüşlər. Sonra sexdən ağ rəngli torba tapmış və naqilləri ona yığmışlar. Sonra Pərvizlə birlikdə köməkləşib oğurladıqları mis hissələri və naqilləri sexin damına çıxartmış və sexin arxa tərəfində dəmir yolu relsləri olan hissəyə düşmüşlər. Torbanı o, götürmüş, mis lövhəni isə Pərviz götürmüşdür. Sonra onlar piyada hərəkət edib Montin qəsəbəsinə getmişlər. Montin qəsəbəsində metal qəbulu ilə məşğul olan Oktay adlı şəxsə yaxınlaşmış və oğurladıqları bütün mis detalları ona 530 manata satmışlar. O, həmin puldan 200 manatı götürmüş, qalanını Pərviz götürmüşdür. Sonra da Pərvizdən ayrılıb evinə getmişdir. 200 manatı şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra iş axtarmaq məqsədilə Qazax rayonuna getmiş və orada bir restoranın həyətində fəhlə işi tapıb işləməyə başlamışdır. Qazaxın özündə 80 manata kirayə ev tutmuşdur. Təxminən 10 gün sonra eşitmişdir ki, Pərvizi polislər tutmuşdur. ## ######## 2025-ci il tarixdə polis əməkdaşları ailə üzvləri ilə əlaqə saxlamış və o, özü polis bölməsinə gəlmişdir. Həmin sexdən oğurluq etmələri ilə bağlı onlara istiqamət verən olmamış, Pərvizlə birlikdə özləri oğurluq məqsədilə gəzəndə həmin sex qarşılarına çıxmış və ətrafda heç kimin olmadığını görüb münasib şərait yarandığından sexə daxil olmuşlar. Göründüyü kimi, o, birinci instansiya məhkəməsində həmin maddələrlə təqsirini etiraf etmiş, cinayətin törədilməsi üsulunu izah etmişdir. İfadəsində qeyd edir ki, ## ######## 2025-ci il tarixdə polis əməkdaşları ailə üzvləri ilə əlaqə saxlamış və o, özü Polis Bölməsinə gəlmişdir. Məhkəmə kollegiyası bu hissədə qeyd edir ki, təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədilə dostu təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxs Qüdsi Salmanova ümumilikdə 2307,11 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Verilmiş ittihamda görünür ki, Qüdsi Salmanova hər iki təqsirləndirilən şəxs tərəfindən əlbir olan bir qrup şəxs halında vurulmuş ziyanın həcmi cəmi 2307,11 manatdır. Apellyasiya baxışı zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs X3 dəymiş 2307,11 manat ziyan məhz təqsirləndirilən şəxs1 ailə üzvləri tərəfindən bilavasitə məhkəmədə ödənilmiş, təqsirləndirilən şəxs1lə zərərçəkmiş şəxs Qüdsi Salamov arasında barışıq əldə edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında təqsirləndirilən şəxs2 isə dəymiş ziyana aid hissədə zərərçəkmiş şəxsə ödəniş edə bilməyəcəyini bildirmişdir. Belə ki, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs X3 tərəfindən məhkəmə kollegiyasına bu barədə yazılı ərizə də təqdim edilmişdir. Zərərçəkmiş şəxs ərizəsində təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş zərərin tam ödənildiyini, ona qarşı şikayət və tələbi olmadığını, onunla barışdığını bildirmiş və təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza ilə əvəz edilməsini xahiş etmişdir. Həmçinin X3 apellyasiya instansiya məhkəməsində məhkəmə iclasında da çıxışında təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, ondan şikayəti olmadığını bildirmişdir. Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə görə, cəzanı yüngülləşdirən hallardan biri zərərçəkmiş şəxslə barışıq əldə edilməsidir. Bununla da, məhkəmə kollegiyası zərərçəkmiş şəxslə - X3 ilə barışıq əldə edilməsi halını da Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəza siyasətinin humanistləşdirilməsinə yönələn yeniliklərdən biri olan Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsində isə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardan biri kimi təsbit edilmişdir. Göründüyü kimi, cəza təyin edərkən cəzanı yüngülləşdirən digər hal - Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsi də (cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) nəzərə alınmalıdır. Həmin normaya görə, dəymiş ziyan maddi və ya qeyri-maddi (mənəvi) formada ola bilər. Həmçinin bu norma iki halı - ziyanın tamamilə ödənilməsi və ya ziyanın tamamilə aradan qaldırılmasını nəzərdə tutur. Dəymiş ziyanın tamamilə ödənilməsi talanmış əmlakın qaytrılmasında, əvəzinin pulla ödənilməsində, eyni qiymətli başqa əmlakla dəyişdirilməsində və sair formada kompensasiya edilməsində ifadə oluna bilər. Dəymiş ziyanın tamamilə aradan qaldırılması isə zədələnmiş əmlakı əvvəlki vəziyyətinə gətirən şəkildə təmir edilməsində, bərpasında və sair bu kimi hallarda mövcud ola bilər. Ödənilən və ya aradan qaldırılan ziyan cinayətin əsas tərkibində və ya ağırlaşdırıcı halı olan tərkibdə nəzərdə tutuıa bilər. Dəymiş ziyanın tamamilə ödənilməsi və ya aradan qaldırılması əməlin tövsifinə təsir etmir, cəza təyini zamanı cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışması, dəymiş ziyanı tam ödəməsi onun həqiqətən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, cinayətin ictimai-təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və digər cəzanı yüngülləşdirən, məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cəzanı ağırlaşdıran halların olmaması ilə birlikdə götürülməklə məhkəmə kollegiyasında onun azadlıqdan məhrum etmə növündə cəza təyin edilmədən də islah oluna biləcəyinə inam yaradır. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırda zərərçəkmiş şəxs X3 dəymiş ziyan tam ödənildiyindən və onunla barışıq əldə edildiyindən təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır. Eyni zamanda, apellyasiya baxışı zamanı vurğulandığı kimi, məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 müxtəlif xəstəliklərinin (astma, hepatit, böyrək xəstəlikləri və ayağında tromblaşma) olmasını bildirərək, həmin halların, həm də cəza təyini zamanı həmin cəzanın onun ailəsinin həyat şəraitinə təsirinin də nəzərə alınmasını xahiş etmişdir. İş materiallarına görə, yuxarıda qeyd olunan yüngülləşdirici hallar nəzərə alınmaqla, təqsirləndirilən şəxs1 barəsində daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi üçün əsaslar müəyyən olunmur. Belə ki, daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən təyin edilmiş cəzanın növünü yüngülləşdirməklə, həmçinin məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 ailəsinin həyat şəraitinə təsiri baxımından da məqsədəuyğun olacağını hesab edir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də müttəhimin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirkarın həyat yolu, ictimai vəzifəsi, əməyə münasibəti, ailədə, məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlaşdırılmalıdır. İş materialları ilə müəyyən edilir ki, təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir və Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya baxışı zamanı təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxs1 əvvəlki məhkumluqlarının məhkum edilmiş şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasını bildirsə də, məhkəmə kollegiyası bu hissədə də qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli Qərarının 50-ci bəndindən göründüyü kimi, Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni onun şəxsiyyətini, o cümlədən, barəsində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxs1 təyin edilən cəzanın diferensiallaşdırılmasını kifayət qədər nəzərə almaq lazımdır. Cəzanın məqsədi şəxsə təqsirli bilindiyi cinayət əməlinə münasibətdə daha ağır cəza təyin etmək deyil, əksinə, Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən sosial ədaləti bərpa etmək, məhkumu islah etmək və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdır ki, məhkəmə kollegiyası məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının növünü yüngülləşdirməklə də həmin cəzanı məqsədlərinə nail olunmasını mümkün hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2017-ci il tarixli Sərəncamının 13-cü bəndinə əsasən, məhkəmələrə cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmaq, cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirmək tövsiyə edilmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalananları, həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında göstərilmiş hüquqi mövqeyi hazırkı iş üzrə müəyyən edilmiş hallara tətbiq edərək məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsirini, həmçinin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini, o cümlədən Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir və təqsirləndirilən şəxs1 cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsinə görə, azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər. Ədalət prinsipinin tələbləri baxımından yuxarıda qeyd olunan hallar nəzərə alınmalı, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirilməli və ədalətsiz cəza təyininə gətirib çıxarmadan təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin cəza müddətlərinin hesablanması və cəzanın hesaba alınması barədə 69-cu maddəsinin tələblərindən görünür ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmənin, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmənin, hərbi xidmət üzrə məhdudlaşdırmanın, islah işlərinin, azadlığın məhdudlaşdırılmasının, intizam xarakterli hərbi hissədə saxlamanın, azadlıqdan məhrum etmənin müddətləri aylarla və illərlə, ictimai işlərin müddəti isə saatlarla hesablanır. Cinayət Məcəlləsinin 69.2-ci maddəsinə görə, bu Məcəllənin 69.1-ci maddəsində nəzərdə tutulmuş cəza növlərinin dəyişdirilməsi və ya toplanması, habelə cəzanın hesaba alınması zamanı müddətlər günlərlə hesablana bilər. Həmin Məcəllənin 69.3-cü maddəsində isə göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bundan başqa, ## ######## 2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs1 həmin tarixdə tutulmuş, ## ######## 2025-ci il tarixli qərarla təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli ## ######## 2025-ci il tarixdən hesablanmışdır və apellyasiya baxışında hazırkı qərar elan edilənədək şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilməmiş, o, həbsdə saxlanılmışdır. Hal-hazırda barəsində həbs qətimkan tədbiri qüvvədə olmaqla Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı cəza təyini zamanı onun şübhəli şəxs qismində tutulduğu və apellyasiya instansiya məhkəməsinin yekun qərarı elan edilənə qədərki həbsdə saxlanıldığı müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudaşdırılması növündə cəzanın iki gününə bərabər tutulmaqla təyin olunacaq qəti cəzadan çıxılmalıdır. təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaya aid hissədə məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edilərkən yuxarıda qeyd edilən hallar nəzərə alınmış, cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirilmiş və ədalətsiz cəza təyininə gətirib çıxarmamış, təyin olunan cəza Cinayət Məcəlləsinin 8-ci maddəsinin və Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs barəsində iş üzrə mühüm əhəmiyyət kəsb edən digər halları da cəza təyini zamanı kifayət qədər nəzərə almaqla əsaslandıraraq, təqsirləndirilən şəxs2 şəxsiyyətinə və cinayətin ağırlığına uyğun, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növdə və həddə cəza təyin etmişdir, onun barəsində təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün zəruri əsaslar mövcud olmamışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, təqsirləndirilən şəxs2 aid hissədə cinayət işi üzrə əməlin tövsifi və cəza hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşır və bu səbəbdən hesab edir ki, onun apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalı və ona aid hissədə birinci instansiya məhkəməsinin hökmü qanuni, əsaslı və ədalətli olduğundan dəyişdirilmədən saxlanılmalıdır, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş və qanunvericiliyə görə cinayətlərin residivinin olması nəzərə alınmaqla mümkün aşağı həddə azadlıqdan məhrum etmə cəzasının təyin olunması ədalət prinsipinə uyğundur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Həmin Məcəllənin 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə, cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, məhkum edilmiş təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya dair hissədə dəyişdirilməlidir. Məhkəmə kollegiyası, həmçinin hesab edir ki, məhkum edilmiş şəxsin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin Qərara ## ##### 2025-ci il tarixli *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193, 397.1, 397.2, 398.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** saylı hökmü məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya aid hissədə dəyişdirilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 ## ######## 2025-ci il tarixdən ## #### 2026-cı il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 09 (doqquz) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 01 (bir) il 07 (yeddi) ay 24 (iyirmi dörd) gün ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 10 (on) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Qərarın icrasına nəzarət təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi2 tərəfindən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 330 (üç yüz otuz) manat dövlət büdcəsindən Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 88 (səksən səkkiz) manat dövlət büdcəsindən “Yusifbəyli və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar