Məhkəmə qərarları › İş №1(3-6)-564/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-564/2026

07.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-564/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs təqsirləndirilən şəxs1 və onun müdafiəçisi müdafiəçi3 iştirakları ilə, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü və 177.2.3cü maddələri ilə məhkum olunmasına dair ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (sədrlik edən hakim Nəriman Mehdiyev) *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü ilə ## ##### 1993-cü il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 187.1-ci maddələri ilə təqsirli bilinib, CMnin 66.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2025-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı iş üzrə ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## ###### 2025-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## ###### 2025-ci il tarixdən hesablanması; ## ###### 2000-ci il tarixdə Ağsu rayonunun Kəndoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Ağsu şəhəri 3-cü məhəllədə qeydiyyatda olan, Ağsu şəhəri S.Abbasov küçəsi, ev 2-də yaşayan, ## ###### 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ## ###### 2025-ci il tarixdə tutmadan azad olunaraq barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, təqsirləndirilən şəxs1 ## ###### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı ## #### 2026-cı il tarixdən hesablanması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs2 elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, ## #### 2025-ci il tarixdə saat 13:30 radələrində tanışı zərərçəkmiş şəxs2 məxsus “xxxx” ASC-yə aid 4169 7388 6899 **** nömrəli kartı bloka düşdüyü üçün birlikdə ünvan 2 nömrəli ünvanda yerləşən “xxxx” ASC-nin Neftçilər filialına gedib təhlükəsizlik kodunu dəyişdirdikdən sonra kartın kodunu yoxlamaq üçün zərərçəkmiş şəxs2 kartı alıb Neftçilər filialında bankomata daxil edərkən sonuncu kartın kodunu qeyd edən zaman görüb yaddasında saxlamaqla həmin kartın hesabında olan pul vəsaitini gizli olaraq talamaq məqsədilə özündə olan digər “xxxx” ASC-yə aid kartla zərərçəkmiş şəxs2 məxsus kartı gizli şəkildə dəyişdirərək ## #### 2025-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, ** nömrəli ünvanda yerləşən “Tam store” marketin qarşısında olan bankomata zərərçəkmiş şəxs2 məxsus həmin kartı daxil edərək hesabda olan 200 manat, 250 manat və 15 manat pul vəsaitini nağdlaşdıraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş şəxs zərərçəkmiş şəxs2 ümumilikdə 465 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ## #### 2025-ci il tarixdə saat 23:38 radələrində ünvan 1 nömrəli ünvanda yerləşən zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi köşkün bağlı olmasından istifadə edib aralarında olan vəzifə bölgüsünə əsasən kənar şəxsin gəlməsi barədə məlumat vermək üçün qrup üzvü təqsirləndirilən şəxs1 köşkdən kənarda dayanmış, o isə üzərində olan metal linglə köşkün giriş qapısının üzərində olan xarici qıfılı sındırdıqdan sonra həmin vaxt təqsirləndirilən şəxs1 kənar şəxsin gəldiyini bildirdiyi üçün oradan uzaqlaşmış, niyyətlərinə nail olmaq üçün ## ###### 2025-ci il tarixə kecən gecə saat 00:16 radələrində yenidən həmin yerə qayıdaraq eyni qaydada təqsirləndirilən şəxs1 köşkdən kənarda dayanmış, o isə həmin köşkün plastikdən olan giriş qapısını ayaq zərbəsi ilə vurub açaraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olmaqla orada olan masanın siyirməsindən 900 manat nağd pulu, həmin masanın altından 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X8” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X5” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X3” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “Sobranie Black” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X9” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Amber” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X10” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent 1” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 41 manat təşkil edən 10 ədəd “Kent 4 Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent Feel” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 50 qəpik olmaqla ümumilikdə 105 manat təşkil edən 30 ədəd “West Red” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 73 qəpik olmaqla ümumilikdə 81 manat 90 qəpik təşkil edən 30 ədəd “West Silver” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X ES Silver” markalı siqaret qutusunu, 1 ədədi 4 manat olmaqla ümumilikdə 80 manat təşkil edən 20 ədəd “X6” markalı siqaret qutusunu, 1 ədədi 3 manat olmaqla ümumilikdə 30 manat təşkil edən 10 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd nazik “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Keno Orangel” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd qalın “X1” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X2” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X4” markalı siqaret qutusunu, 1 ədədi 5 manat olmaqla ümumilikdə 50 manat təşkil edən 10 ədəd qalın “Marlboro” markalı siqaret qutusunu gizli olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 2550 manat 30 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ## #### 2025-ci il tarixdə saat 23:38 radələrində ünvan 1 nömrəli ünvanda yerləşən zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi köşkün bağlı olmasından istifadə edib aralarında olan vəzifə bölgüsünə əsasən kənar şəxsin gəlməsi barədə məlumat vermək üçün o, köşkdən kənarda dayanmış, qrup üzvü təqsirləndirilən şəxs2 isə üzərində olan metal linglə köşkün giriş qapısının üzərində olan xarici qıfılı sındırdıqdan sonra həmin vaxt o, kənar şəxsin gəldiyini bildirdiyi üçün təqsirləndirilən şəxs2 oradan uzaqlaşmış, niyyətlərinə nail olmaq üçün ## ###### 2025-ci il tarixə kecən gecə saat 00:16 radələrində yenidən həmin yerə qayıdaraq eyni qaydada o, köşkdən kənarda dayanmış, təqsirləndirilən şəxs2 isə həmin köşkün plastikdən olan giriş qapısını ayaq zərbəsi ilə vurub açaraq saxlanc yeri hesab olunan köşkə qanunsuz daxil olmaqla orada olan masanın siyirməsindən 900 manat nağd pulu, həmin masanın altından 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X8” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X5” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “X3” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 40 qəpik olmaqla ümumilikdə 88 manat təşkil edən 20 ədəd “Sobranie Black” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X9” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Amber” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “X10” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd “Winchester Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent 1” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 41 manat təşkil edən 10 ədəd “Kent 4 Blue” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd “Kent Feel” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 50 qəpik olmaqla ümumilikdə 105 manat təşkil edən 30 ədəd “West Red” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 73 qəpik olmaqla ümumilikdə 81 manat 90 qəpik təşkil edən 30 ədəd “West Silver” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 3 manat 95 qəpik olmaqla ümumilikdə 79 manat təşkil edən 20 ədəd “Winston X ES Silver” markalı siqaret qutusunu, 1 ədədi 4 manat olmaqla ümumilikdə 80 manat təşkil edən 20 ədəd “X6” markalı siqaret qutusunu, 1 ədədi 3 manat olmaqla ümumilikdə 30 manat təşkil edən 10 ədəd “Winston X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd nazik “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Vant X Steyle” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat təşkil edən 20 ədəd qalın “Keno Orangel” markalı siqaret qutusunu, 1 ədədi 4 manat 10 qəpik olmaqla ümumilikdə 82 manat təşkil edən 20 ədəd qalın “X1” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X2” markalı siqaret qutusunu, 1 ədədi 2 manat 92 qəpik olmaqla ümumilikdə 58 manat 40 qəpik təşkil edən 20 ədəd qalın “X4” markalı siqaret qutusunu, 1 ədədi 5 manat olmaqla ümumilikdə 50 manat təşkil edən 10 ədəd qalın “Marlboro” markalı siqaret qutusunu gizli olaraq talayıb zərərçəkmiş şəxs zərərçəkmiş şəxs1 ümumilikdə 2550 manat 30 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 apellyasiya şikayəti verib Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmünün dəyişdirilməsini, təqsirləndirilən şəxs1 daha yüngül (alternativ) cəza təyin edilməsini xahiş etmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apelyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Iş üzrə təqsirləndirilən hər iki şəxs etdiyi cinayət əməlini etiraf edir. Həmçinin təqsirləndirilən şəxs1 ilk dəfədir ki, az ağır cinayət törədib. Murad cinayəti ağır həyat şəraiti nəticəsində, yəni - ailəsinin və özünün maddi durumunun pis vəziyyətdə olduğundan etdiyini bildirib. Belə ki, bacısı xərçəng xəstəsidir. Özünün də başında şiş var, həm də epilepsiya xəstəliyindən əziyyət çəkir. Cinayət nəticəsində dəymiş maddi ziyan da Muradın ailəsi tərəfindən iş üzrə zərərçəkmış şəxs olan zərərçəkmiş şəxs1 tam şəkildə ödənilib. Iş üzrə zərərçəkmiş şəxs olan zərərçəkmiş şəxs1 fiziki qüsurludur. O anadan gəlmə lal və kardır. Bu səbəbdən onun ərizəsi özünün iştirakı ilə mütəxəssis X7 tərəfindən yazılmışdır. zərərçəkmiş şəxs1 ona dəymiş maddi ziyanı aldıqdan sonra mütəxəssiz tərəfindən yazılmış ərizəni özü imza etmişdir. Ərizədə ona vurulmuş maddi ziyanın tam şəkildə ödənildiyini, barışdığını və şikayəti olmadığını bildirmişdir. Göründüyü kimi Murad ilk dəfədir ki, cinayət edib, etdiyi əməli də maddi imkansızlıqdan törədib. O, istər istintaqda, istərsə də məhkəmədə səmimi olub. Etdiyi əməli etiraf edib və əməlindən çox peşman olduğunu bildirib. Murad gəncdir. Ilk dəfə az ağır cinayət törətmiş şəxsin azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi həm Muradın özü, ən əsas da yaşlı valideynləri üçün çox ağırdır. Onsuz da maddi cəhətdən çətinlik içində yaşayan ailənin, Ağsu rayonundan Bakıya Muradı ziyarət etməyə gəlmələri qeyri-mümkündür. Murad tutulana kimi Bakıda “8-ci kilometr” adlanan bazarda arabaçı kimi işləyəndə ailə üzvləri sevinirdi ki, Murad Bakıda işləməklə həm özünü dolandıracaq, həm də onlara maddi cəhətdən dəstək olacaqdır. Muradın oğurluq etməsi ailənin sevincini gözündə qoydu. Muradın azadlıqdan məhrum edilmə cəzasına məhkum edilməsi nəinki Muradın özünə, nə əsas da onun ailəsinin onsuz da çətin olan maddi vəziyyətini daha da çətinləşdirmişdir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs1 və müdafiəçisi müdafiəçi3 verilmiş apellyasiya şikayətini müdafiə edərək məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini, hökmün dəyişdirilərək təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(*-**)-**/**** saylı, ##.##.2026-cı il tarixli hökmü təqsirləndirilən şəxs1 təyin edilmiş cəzaya münasibətdə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, təqsirləndirilən şəxs1 ittiham CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə verilmişdir. Birinci instansiya məhkəməsinin hökmündə nəticəvi hissəsində texniki yanlışlığa yol verərək “təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi” göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hökmündə nəticəvi hissəsində “təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair müddəalar hökmdən xaric edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətindən göründüyü kimi apellyasiya şikayətində məhkum edilmiş şəxs tərəfindən cinayət əməlinin hüquqi tövsifi, onun cinayət əməlində təqsirlilik məsələsi mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 124, 143 və 145-ci maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş və təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı düzgün nəticəyə gələrək təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilmişdir. Məhkum edilmiş şəxsin əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını tam və hərtərəfli araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış və bu sübutlar əsasında məhkəmə məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1un ittiham olunduğu cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 təyin edilən cəza məsələsinə gəldikdə isə məhkəmənin hökmündən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə növündə cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyini zamanı cəzanın fərdiləşdirilməsi prinsipini, yəni onun şəxsiyyətini, o cümlədən, barəsində cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxs1 təyin edilən cəzanın diferensiallaşdırılmasını kifayət qədər nəzərə almamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» ## #### 2003-cü il tarixli * saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göründüyü kimi, şəxsin təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğu halda məhz nəyə görə azadlıqdan məhrum etmə cəzasının, o cümlədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsinin zəruriliyini əsaslandırmağı, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməyi qanunvericilik tələb edir. CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” ## #### 2003-cü il tarixli qərarının 4-cü bəndinə əsasən CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməklə əvvəllər məhkum olunmamış, əməlini səmimi etiraf edərək peşiman olmasını bildirmiş, zərərçəkmiş şəxslə barışıq əldə edilmişdir. Zərərçəkmiş şəxs ərizə təqdim edərək təqsirləndirilən şəxs1 ilə barışdığını, onu dəyən maddi zərərin təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini bildərərək ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” ## ###### 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası nəzərə alır ki, məhkum edilmiş şəxs tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan qanunverici maddənin sanksiyasında alternativ cəza nəzərdə tutaraq məhkumun həmin cəza ilə də islah edilməsini mümkün hesab etmişdir. Şəxsin cinayət törətdiyi üçün peşman olmasını bildirməsi onun əvvəlki kriminal davranışına tənqidi münasibətini əks etdirən mühüm əlamətlərdən biridir, onun ilk dəfə məhkum olunması, cinayət törətdiyinə görə peşman olduğunu bildirməsi də onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə təqsirləndirilən şəxs1un törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, məhkumun şəxsiyyətini səciyyələndirən halı (müsbət xarakterizə olunmasını), təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, o cümlədən, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir və təqsirləndirilən şəxs1un cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Həmçinin, CM-nin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi əsaslarından biridir. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən isə məhkəmə cinayət qanunun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. Qeyd olunan Məcəllənin 405.1.1-ci maddəsinə görə cəzanın öz sərtliyinə görə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığını hesab edərək təyin edilmiş cəzanı yüngülləşdirdikdə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü və 177.2.3-cü maddələri ilə məhkum olunmasına dair ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı hökmü dəyişdirilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 193, 397.1, 397.2, 398.1.4 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara alır: Təqsirləndirilən şəxsin müdafiəçisi müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.3-1-ci maddələri ilə, təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-cü və 177.2.3cü maddələri ilə məhkum olunmasına dair ##.##.2026-cı il tarixli, *(*-**)-**/**** saylı hökmü dəyişdirilsin. Hökmün nəticəvi hissəsindən “təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair” müddəalar xaric edilsin. təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs1 istintaq zamanı şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, o cümlədən ## #### 2026-ci il tarixdən ## ### 2026-cı il tarixədək həbsdə saxlanıldığı 1 ay 24 gün, cəmi 1 ay 26 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 3 (üç) ay 22 (iyirmi iki) gün ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində 02 (iki) il 08 (səkkiz) ay 8 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Bu hissədə qərarın icrası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Konvoy Taboruna və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı Istintaq Təcridxanasına həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Ağsu rayon Icra və Probasiya Şöbəsinə həvalə edilsin. Bakı şəhər ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 Əslaslan oğlu tərəfindən məhkum edilmiş şəxs təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 6 (altı) saat üçün cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri ** saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar