Məhkəmə qərarları › İş №1(3-6)-565/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-565/2026

17.06.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-565/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Hakimlər – Rəhimov Elmar Eldar oğlunun sədrliyi və məruzəsilə, Mehdiyev Emin Əlixan oğlu və Qarayeva Mehriban Cəfər qızından ibarət tərkibdə Məhkəmə iclas katibi Nəcəfova Lamiə Amil qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri ** saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1993-cü ildə Beyləqan rayonu, Əhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, Beyləqan rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirlndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(007)-581/2025 saylı hökmündən təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətinə əlavəyə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İ. İşin halları:

1. Hökmə əsasən, Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq odlu silah əldə etmiş, saxlamış və daşımışdır.

2. Belə ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Füzuli Rayon Məhkəməsinin ##.##.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, daha sonra Suraxanı Rayon Məhkəməsinin ## ## 2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş həmin cəzanın çəkilməmiş qalan 03 (üç) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 01 ədəd X-9598 №-lı, ilkin variantda zavod üsulu ilə “SSRİ” dövlətində, Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa tüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 520 mm olmaqla, hal-hazırda lüləsinin uzunluğu 286 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yıvsiz, atəş üçün yararlı və texniki cəhətdən saz ov tüfənginin kəsiyini qanunsuz olaraq əldə edib idarə etdiyi “Mersedes” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla, ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ## ### 2025-ci il tarixdə, saat 17:50də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobilin yanında olduğu zaman saxlanılaraq BMCMİ-ə dəvət edilmiş və orada həmin tarixdə, saat 19 :46-dan etibarən üzərində videoçəkılişdən istifadə edilməklə şəxsi axtarış və götürmə keçirilən zaman üzərindən şübhəli əşya və ya predmet aşkar edilməsə də, tədbirin davamı olaraq həmin tarixdə, saat 20:32-dən etibarən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilinə özünün icazəsi ilə və etirazı olmadan BMCMİnin inzibati binasının daxilində baxış keçirilən zaman avtomobilin yük hissəsindən sonuncunun qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd X-**** №-li, ilkin variantda zavod üsulu ilə “SSRİ” dövlətində, Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmaqlı, hamar qoşa lüləli, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmiş və ümumi uzunluğu 520 mm olmaqla, hal hazırda lüləsinin uzunluğu 286 mm olan, öz ilkin təyinatını itirmiş, odlu yivsiz, atəş üçün yararlı və texniki cəhətdən saz ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür.

3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(007)-581/2025 saylı hökmü ilə (hakim E.T.Axundov) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 07 ay (bir il yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni ## ### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmdə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri də öz əksini tapmışdır.

4. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayəti verərək işinə yenidən baxılmasını, müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinə əlavə verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişlər.

II. Apelyasiya şikayətinin dəlilləri və etirazlar:

5. Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci istansiya məhkəməsi tərəfindən barəsində düzgün qərar çıxarılmamışdır.

6. Müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, məhkəmənin təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamlar üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. İstintaq aparılarkən qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verilmiş, qanunvericiliyin tələbləri pozulmuş, lakin məhkəmə tərəfindən bu hallara düzgün qiymət verilməmişdir. Məhkəmənin gəldiyi nəticə üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə qəbul edilmiş, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə ittiham hökmü çıxarmış, həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetmədiyindən ona elan olunmuş ittiham üzrə bəraət verilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq silahın ona məxsus olduğu və həmin silahı ##.##.2025-ci il tarixdə Masazır gölü ətrafından tapdığı qənaətinə gəlmişdir. Lakin bu, yalandır. Həmin tarixdə o, Bəhrəm adlı tanışı ilə Gəncə-Bakı yolunda olmuşdur. Həmin silah ona məxsus olmamışdır, onun maşınına qoyulmuşdur. “Cinayət işinin” əsl faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs ##.##.2025ci il tarixdə saat təxminən 17:46 radələrində ünvan 2 ünvanının yaxınlığında idarə etdiyi Mersedes markalı **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobilində DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, sonra İdarəyə aparılmış, 19:50-də üzərinə baxış keçirilmiş, daha sonra 20:30-da baxış keçirilərək guya onun avtomobilinin yük yerindən silah aşkarlanmışdır. Göründüyü kimi şəxs 2 saatdan çox qanunsuz saxlanıldıqdan sonra üzərinə və avtomobilinə baxış keçirilmişdir. İş üzrə dindirilmiş əməliyyatçışahidlər də öz qanunsuz əməllərinə don geyindirmək üçün verdikləri ifadələrində bir-birilərinin sözlərini təkzib etmiş, şəxsin avtomobilini hansı şəraitdə, necə saxlamaları, açarı götürərkən prosessual hərəkətlər aparılmamışdır. İşin obyektiv və ədalətli araşdırılması naminə ünvan 2 ünvanının yaxınlığında yerləşən TŞ kameraların ##.##.2025-ci il tarixə olan görüntülərinin təqdim edilməsi üçün DİN-ə müvafiq sorğu verilməsi barədə vəsatətləri məhkəmə tərəfindən təmin edilməmişdir. Eyni zamanda silahın haradan və necə tapılması məsələsi araşdırılmamışdır. Avtomobilin baqajından silahın çıxması onun hələ təqsirləndirilən şəxsə məxsus olması demək deyil. Silahın üzərində də təqsirləndirilən şəxsin al-barmaq izi aşkar edilməmişdir. Təqsirləndirilən şəxs istintaq dövründə işgəncə və təzyiqlərə məruz qalmış, ifadələri təhrif olunmuş, özlərinə sərf edilən formada istintaq materillarına əlavə olunmuşdir. İstintaq dövründəki işgəncələrlə bağlı prokurorluq və digər orqanlara müvafiq müraciətlər olunsada heç bir nəticəsi olmamışdır. Məhkəmə hökmünə hüquqi qiymət verildikdə, onun qanuni, əsaslı və ədalətli qərar prinsiplərinə zidd olduğu açıq-aşkar görünməkdədir. Belə ki, hökm təqsirləndirilən şəxsin təqsirini sübut edən hər hansı bir mötəbər sübut və ya faktiki hallara deyil, əsasən ümumi ehtimallara, subyektiv mülahizələrə və birtərəfli dəyərləndirmələrə əsaslanmışdır. Belə ki,məhkəmə iclasında dindirilmiş şahidlərin heç biri Təqsirləndirilən şəxs təqsirini təsdiq edən hər hansı bir ifadə verməmişdir. Şahid ifadələrinin neytral və ya təqsirləndirilən şəxsin xeyrinə olduğu halda, məhkəmənin onun təqsirli bilinməsi barədə nəticəyə gəlməsi hüquqi cəhətdən əsasız və qanunsuzdur. Nəticə etibarilə, təqdim edilən sübutlar zəncirvari və məntiqi əlaqədən uzaq, bir-birini tamamlamayan xarakter daşıyır və təqsirləndirilən şəxsin təqsirinin istisnasız olaraq sübuta yetirilməsi üçün yetərli hüquqi əsas vermir. Məhkəmənin bu halda Təqsirləndirilən şəxs təqsirli bilməsi, həm maddi, həm də prosessual hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunmuş, nəticə etibarilə hökmün qanunsuz və əsassız olması ilə nəticələnmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallarla bağlı bildirmişdir ki, o, Azərbaycan Respublikası vətəndaşı, ailəli, sağlamhəyat tərzi keçirən, orta təhsilli və ən nəhayət cəmiyyətə daimfaydalı olmağa çalışan bir insandır. Onun hər hansı bir cinayət törətməsi, cinayətin törədilməsi ilə əlaqəsi və ya cinayət törədilməsi ilə bağlı hər hansı bir şəxslərlə razılaşma və sövdələşməsi olmamişdır. Nə istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı əksinə buna dəlalət edən hər hansı bir sübut mövcud olmamışdır. Hesab edirəm ki, müdafiəçisi olduğum şəxsə şübhə, ehtimal və mülahizələrə əsasən ittiham verilmişdir.

7. Apelyasiya şikayətinə və apelyasiya şikayətinə əlavəyə qarşı yazılı etiraz verilməmişdir.

III.Proses iştirakçılarının çıxışları:

8. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin ##.##.2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ləğv edilmiş və materiallar yenidən araşdırılması üçün istintaq orqanına göndərilmişdir. Həmin qərardan görünür ki, bu məsələ ilə bağlı Təqsirləndirilən şəxs başqa heç kimin izahatı alınmamışdır. Həmin qərarda göstərilmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin ##.##.2026-cı il tarixli **-M nömrəli ekspert rəyindən görünür ki, məhkum Təqsirləndirilən şəxs adına tərtib edilmiş məhkumun tibbi kartasında qeyd olunan xəsarətlər- kürəyin sol yan səthində və belin sol yan səthində irihəcmli bənövşəyi qançır. Alt çənənin sol VII dişin sınığı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Müxtəlif şəraitlərdə o cümlədən qərarda qeyd olunan şəraitdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs əməliyyat tapşırığı əsasında saxlanılmışdır, əməliyyat tapşırığından qeyd edilmişdir ki, şəxsin üzərində silah ola bilər, üzərinə baxış keçirilsin, həmçinin nəqliyyat vasitəsi varsa nəqliyyat vasitəsinə baxış keçirilsin. Şəxsin üzərinə niyə baxış keçirilmədiyi sualına əməliyatçılar həyatlarının təhlükədə olması kimi cavab vermişlər, lakin həmin təhlükənin nədən ibarət olması məlum olmamışdır. Şahid kimi ifadə verən əməliyyatçı maşının açarını götürdüyünü bildirsə də, bunun hansı formada rəsmiləşdirməsi ilə bağlı məlumat verməmişdir. Əməliyyatçılardan biri Təqsirləndirilən şəxs maşınını idarə etmiş, digər iki əməliyyatçı və Təqsirləndirilən şəxs arxada əyləşərək BMCMİ-nə getmişlər, oraya çatanda Təqsirləndirilən şəxs dərhal yuxarı qaldırmışlar, üzərində silah olması ehtimalına baxmayaraq onun üzərinə dərhal baxış keçirməmişlər. Silaha dair heç bir ekspertiza aparılmamış və şəxsə aid əl-barmaq izi olması müəyyən edilməmişdir. Məhkəmədən apelyasiya şikayətinin və apelyasiya şikayətinə əlavənin təmin edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir.

9. Apelyasiya icraatında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisinin dedikləri ilə razı olduğunu bildirmişdir.

10. Apelyasiya icraatında dövlət ittihamçısı dövlət ittihamçısı1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli olması iş materialları ilə tam şəkildə sübuta yetirilmişdir, ona bəraət verilməsi üçün heç bir əsas yoxdur, məhkəmədən apelyasiya şikayətinin və apelyasiya şikayətinə əlavənin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir

III.Hüquqi məsələlər:

11. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb, apelyasiya şikayətinin dəlillərini və Azərbaycan Respublikası CPM-nin 397.2-ci maddəsinin tələblərinə əsasən bu dəlillərdən asılı olmayaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunvericiliyi normalarının tələblərinə əməl edilməsini müzakirə edərək, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, hökm qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir.

12. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş ## ### 2025-ci il tarixli, **/*** nömrəli məhkəməballistik ekspertizasının rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd X-**** №-li silah, ilkin variantda zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1959-cu ildə istehsal olunmuş 16 kalibrli TOZB modelli, çaxmaqlı, hamar qoşa lüləli ov tüfəngi olub. Lakin sonradan həmin ov tüfənginin lüləsi və qundağı lustar üsulu ilə kəsilmiş, hal-hazırda lüləsinin uzunluğu 286 mm, ümumi uzunluğu 520 mm olan silah öz ilkin təyinatını itirmiş 16 kalibrli çaxmaqlı, hamar qoşa lüləli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır

13. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 daxil olmuş ## #### 2025-ci il tarixli məhkəmə-tibbi ekspertizasının ***/MEŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində 15-##.##.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilmədi. Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş döş qəfəsinin ön səthinin, sağ saidin, sağ əlin İ və sol əlin II barmaqlarının çapıqları müayinədən təxminən 1-1,5 ildən artıq müddətcə əmələ gəlmişdirlər, atrofiyaya uğramış və ilkin xüsusiyyətlərini itirmiş yara izi olduqlan üçün onların əmələ gəlmə mexanizmi, şəraiti, xarakteri haqqında dəqiq fikir söyləmək mümkün deyildir.

14. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış ## ### 2025-ci il tarixli tələbnamədən görünür ki, Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ##.##.2024-cü il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə ona təyin edilmiş həmin cəzanın çəkilməmiş qalan 03 (üç) ay hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

15. İş materiallarında olan xxxx" MMC-nin ##.##.2025-ci il tarixli, ***** nömrəli məktubundan görünür ki, ki, "xxxx" MMC-yə ##.##.2025-ci il tarixdə daxil olmuş ##.##.2025-ci il tarixli, İş No *(***)-***/**** nömrəli məktubla əlaqədar, təqdim edilən məhkəmə qərarında qeyd edilən "xxxx" MMC-yə aid ********** mobil telefon nömrəsinin ##.##.2025-ci il tarixdə mövcud istifadəsinin əhatə dairəsinə və ünvan 1 ünvana xidmət vermə ehtimalı olan stansiyalara dair məlumat təqdim edilir. GəncəBakı yoluna dair məlumatın təqdim edilməsi üçün isə yolun hansı ərazidən başlayaraq nəzərə alınmasını dəqiqləşdirmək xahiş edilir. Eyni zamanda bildirilir ki, hər hansı inzibati ərazi vahidi və ya onun bir hissəsində mövcud olan şanların əhatə dairəsi müvafiq inzibati ərazi vahidinin sərhədləri ilə üst-üstə düşməyə bilər, o cümlədən müxtəlif şanların əhatə dairəsi kəsişə də bilər. Bundan başqa telekommunikasiya xidmətlərindən istifadə zamanı, cihazın yeni nəsil texnologiyaları dəstəkləməyindən və eyni zamanda konkret əhatə dairəsində həmin an üçün mövcud olan istifadəçilərin sayından, həmçinin cihazda paralel aparılan istifadə\yükləmələrin sayından, cihazın keyfiyyət göstəricilərindən və sair hallardan, xüsusən də kənar mane mənbələrinin təsirinə məruz qalmasından asılı olaraq, cihazdan istifadə zamanı hansı şanın ərazisində olma dəyişə bilər.

16. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətinin ##.##.2025- ci il tarixli, */******/** nömrəli məktubundan görünür ki, Daxili İşlər Nazirliyinə ünvanlanmış sorğuya baxılmış və arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün olmamışdır.

17. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır.

18. Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır.

19. Birinci instansiya məhkəməsi toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir

20. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının və cəzanın digər məqsədlərinə nail olunmasının mümkün olmamasını nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı ## ### 2025ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin Maddi sübutları saxlama yerində saxlanılan 01 ədəd X-**** №-li, keçmiş “SSRİ" dövlətində istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, yivsiz odlu silah olan ov tüfənginin kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməli, iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalıdır.

21. Qeyd etmək zəruridir ki, cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən fərqləndirilməsinə xidmət edir. Cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur və cinayət tərkibinin əlamətləri CM-nin Xüsusi hissəsində formalaşdırılmışdır. Cinayətin tövsifi dedikdə isə törədilən cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.Törədilən cinayət əməlinə gəldikdə isə ona münasibətdə cəza təyin edilərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutulmaqla cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla ədalətli cəza təyin edilir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il ## ######## tarixli, ***-IIQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. 23 “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ### 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfatməişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd).

24. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinə vermiş olduğu əlavənin dəlillərində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir.

25. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-***/**** saylı hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs bəraət verilməsini barədə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apelyasiya şikayətinə əlavədə istinad etdiklərini məhkəmə kollegiyası əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi qiymətləndirərək onun törətdiyi cinayət əməlinin ağırlığına və ictimai təhlükəlilik dərəcəsinə uyğun təqsirli bilindiyi maddələrin sanksiyası daxilində cəza təyin etmişdir.

26. Müdafiə tərəfi şəxsin saxlanılması ilə nəqliyyat vasitəsinə baxış keçirilməsi arasında 2 saatdan çox vaxt keçdiyini, əməliyyat aparılarkən qanunvericiliyin tələblərinin pozulduğunu və hərəkətlərin vaxtında rəsmiləşdirilmədiyini iddia edir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs daxil olmuş etibarlı məlumat əsasında Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, onun idarə etdiyi "Mercedes" markalı avtomobilə baxış prosesi qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində, kənar müdaxilə olmadan, videoçəkilişdən istifadə edilməklə və şəxsin özünün icazəsi ilə, hər hansı etirazı qeyd edilmədən həyata keçirilmişdir.

27. Şikayətdə odlu silahın haradan əldə edilməsinin araşdırılmadığı və üzərində təqsirləndirilən şəxsə məxsus barmaq izinin tapılmadığı əsas gətirilir. Qeyd edirik ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün silahın mütləq şəxsin mülkiyyəti olması və ya üzərində papilyar izlərin qalması şərt deyil. Silahın qanunsuz olaraq saxlanılması və daşınması faktının özü formal tərkibli cinayət yaradır. Maddi sübut kimi götürülmüş TOZ-B modelli tüfəng kəsiyinin (lülə kəsiyinin) atəş üçün tam yararlı olması ballistik ekspertizanın rəyi ilə tam təsdiq edilmişdir. 28.Müdafiəçi şahidlərin ifadələrinin ziddiyyətli olduğunu və birinci instansiya məhkəməsinin hökmünün əsassız fərziyyələrə söykəndiyini idarə edir. Lakin iş üzrə dindirilmiş şahidlərin ifadələri hadisənin real xronologiyasını tam əks etdirir, bir-biri ilə və işdəki digər maddi sübutlarla tam uzlaşır. Məhkəmə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq sübutları məcmu şəkilində qiymətləndirmişdir.

29. Müdafiəçinin apelyasiya şikayətində və çıxışında təqsirləndirilən şəxsin saxlanılarkən və istintaq dövründə işgəncələrə məruz qalması, ifadələrinin təzyiq altında alınması barədə irəli sürdüyü iddialara gəldikdə isə qeyd edilməlidir ki, bu iddiaların xronologiyasında ciddi ziddiyyətlər mövcuddur. Belə ki, şəxsin may ayında tutulması zamanı üzərində işgəncə xəsarətlərinin olması iddia edilsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi X1 daxil olmuş ## #### 2025-ci il tarixli məhkəmətibbi ekspertizasının ***/MEŞ nömrəli rəyi ilə istisna edilmiş və Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində 15-##.##.2025-ci il tarixlərdə yetirilməyə uyğun gələn xəsarət aşkar edilməməsi faktı müəyyənləşmiş, habelə müdafiə tərəfinin özünün rəsmi bəyanatına və şikayətlərinə görə həmin bildirdikləri işgəncə faktı may ayında olan tutulma anından 3(üç) ay sonra — yəni avqust ayında baş vermişdir. Ötən dövr ərzində cinayət təqibi orqanında müdafiə tərəfinin iştirakı ilə bir çox istintaq hərəkətləri icra edilmiş, bunun nəticəsində sübutlar toplanılaraq, prosessual qaydada mübahisə doğurmayan rəsmiləşdirmə aparılmış, həmin xronoloji ardıcılığın avqust ayınadək yaranması və ehtimal olunan nəticənin təsdiqi ilə cinayət hadisəsinə təsiri, bununla müdafiə tərəfinin hazırda irəli sürdüyü iddialarının ziddiyyətli olması bir daha müəyyənləşmişdir.

30. Xüsusilə vurğulamaq lazımdır ki, təqsirləndirilən şəxsin işgəncəyə məruz qalması barədə iddiaları ibtidai istintaq və birinci instansiya məhkəməsi dövründə iş üzrə toplanmış və təqsirliliyi birbaşa sübut edən digər obyektiv sübutların mötəbərliyinə heç bir təsir göstərmir. Həmçinin, cinayət icraatında, daha dəqiq olsaq ibtidai istintaqın sonrakı mərhələrində qeyriinsani rəftar iddialarının mövcudluğu özlüyündə əvvəlki dövr üzrə toplanmış sübutların mümkünlüyünü şübhə altına alınmasını istisna edir, habelə şəxsə törətdiyi konkret cinayət əməlinə görə bəraət verilməsi üçün hüquqi əsas formalaşdıra bilməz, lakin iddia olunan hal təsdiq edilərsə ifşa edilən şəxsin(lərin) məsuliyyətə alınmasına əsas ola bilər. Mübahisəsizdir ki, cinayət hadisəsindən təqribi 3 ay keçdikdən sonra müəyyənləşmiş yeni hadisəyə münasibətdə müdafiə tərəfinin iddiaları ilə bağlı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə hüquqi qiymət verilmiş və material Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Hesab olunur ki, həmin halların müəyyənləşməsi ilə nəticəyə qiymət verilməsi, hazırki cinayət iş üzrə toplanmış obyektiv sübutların mötəbərliyinə şübhə salmamalıdır.

31. Məhkəmə kollegiyası nəzərə alır ki, cəzanın məqsədi Azərbaycan Respublikası CMnin 41.2-ci maddəsinə müvafiq olaraq, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cəza törədilmiş cinayətə görə yalnız tənbeh deyildir, o, məhkumu qanunlara dəqiq riayət, ümumyaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlıdır, əməli törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir.

33. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir və ədalətli cəzanın təyin edilməsi ilk əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edir.

34. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edib, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alaraq onun şəxsiyyətinə və cinayətin ağırlığına uyğun olan ədalətli cəza təyin etmişdir.

35. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apelyasiya şikayətini və ya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.

36. Qeyd olunanlara istinadən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin dəlilləri əsassız olduğundan apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(007)-581/2025 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır.

37. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsini rəhbər tutaraq

QƏRARA ALDI: Apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavə təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli 1(007)-581/2025 saylı hökmü təqsirləndirilən şəxsin apelyasiya şikayəti və apelyasiya şikayətinə əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apelyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən Elmar Rəhimov Hakimlər Mehriban Qarayeva Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar