Məhkəmə qərarları › İş №1(3-6)-568/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-568/2026

29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-568/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Bakı şəhəri * saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi (bundan sonra – müdafiəçi) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X15), ## ####### 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, barəsində həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq olunmaqla, 2 il müddətə dövlət orqanlarında, dövlətin adından yaradılan publik hüquqi şəxslərdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və yerli özünüidarəetmə orqanlarında rəhbər, təşkilatisərəncamverici və maddi məsul vəzifə tutmaq, turizm fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, bununla bağlı onun üzərinə müəyyən vəzifələr qoyulmuş, zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 münasibətdə törədilmiş dələduzluq əməlinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Təqsirləndirilən şəxs qarşı verilmiş ittihamın bu hissəsi üzrə cinayət təqibinə xitam verilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxs2 verdiyi mülki iddianın qismən təmin edilməsi, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu zərərə görə 5423 manat və ödənilmiş dövlət rüsumuna görə 74,23 manat olmaqla, cəmi 5497,23 manat məbləğində pulun tutulub mülki iddiaçı zərərçəkmiş şəxs2 verilməsi qərara alınmışdır. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, turizm şirkəti olan “xxxx” MMCdə tur operatoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edib, etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə: - zərərçəkmiş şəxs10 Misir Respublikasında yerləşən “X1 X2” otelinə istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadaraq, guya həmin tura görə ödəniş kimi qəbul edəcəyini zərərçəkmiş şəxs10 bildirsə də, əslində isə “xxxx” MMC-nin rəhbəri şahid3 olan borcunu qaytarmaqla maliyyə öhdəliyindən azad olunmaq məqsədilə, sonuncunun bank kartı hesabına pul ödənilməsinə dair verdiyi tapşırığına əsasən zərərçəkmiş şəxs10 arvadı X6 tərəfindən ## ###### 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən evdən cinayətdən xəbərsiz olan şahid3 adına olan “xxxx” ASC-yə məxsus 5239 ****-****-**** nömrəli kart hesabına göndərilmiş 1000 manat, ## ###### 2024-cü il tarixdə Nigar Məmmədova tərəfindən qeyd olunan ünvandan onun adına olan “xxxx” ASC-yə məxsus ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 800 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs10 cəmi 1800,00 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmiş, - zərərçəkmiş şəxs9 övladları Məmmədov Ziya İsmət oğlu və Məmmədova Xəyalə İsmət qızı, nəvələri X7 və X16 üçün Türkiyə Respublikasında yerləşən “Baia Bodrum” otelinə istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadıb, ## ###### 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi 89A ünvanında yerləşən “Hat Medicine” klinikasının qarşısında zərərçəkmiş şəxs9 tərəfindən gəlini X11 vasitəsi ilə göndərilmiş 3300 manat, ## ##### 2024-cü il tarixdə zərərçəkmiş şəxs9 ünvan 8 ünvanda yerləşən “xxxx” MMC-nin ofisində aldığı 3300 manat məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə, zərərçəkmiş şəxs9 cəmi 6600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla, - zərərçəkmiş şəxs7 İsveç Respublikasına viza dəstəyi və aviabilet alınmasına köməklik edəcəyi barədə yalan vəd verməklə aldadıb, Fransa Respublikası səfirliyində görüş təşkil edəcəyi adı ilə zərərçəkmiş şəxs7 tərəfindən ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 58 ünvanında yerləşən “Təhsil” Respublika İdman Mərkəzindən onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 54 manat, ## #### 2024-cü il tarixdə qeyd olunan ünvandan sığorta pulu və viza dəstəyi adı ilə onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 99 manat, ## ##### 2024-cü il tarixdə aviabilet alınması məqsədi ilə qeyd olunan ünvandan onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 841 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs7 ümumilikdə 994,00 manat məbləğində maddi ziyan vurmaqla, - Hacıyevə Yazgülü İlham qızını Türkiyə Respublikasında yerləşən “X10” otelinə istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadıb, zərərçəkmiş şəxs8 2024-cü ilin fevral ayının əvvəllərində ünvan 8 ünvanında yerləşən “xxxx" MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 1846,2 manat təşkil edən 1086 ABŞ dolları pulu, ## ### 2024-cü il tarixdə qeyd olunan ofisdə həmin dövrün məzənnəsi ilə 4307,8 manat təşkil edən 2534 ABŞ dolları pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz şəxsi ehtiyaclarına sərf etməklə, zərərçəkmiş şəxs8 cəmi 6154,00 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla, - zərərçəkmiş şəxs6 Misir Respublikasının Şərm əş-Şeyx şəhərində yerləşən “X17 Agua Park” adlı otelə və Şri-Lanka Respublikasına istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadıb, zərərçəkmiş şəxs6 tərəfindən ## ##### 2024-cü il tarixdə ünvan 5 ünvanında "Elmart" mağazasında yerləşən "Milliön" ödəniş terminalından onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 1700 manat, ## ##### 2024-cü il tarixdə qeyd olunan mağazada yerləşən "Milliön" ödəniş terminalından onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 1000 manat, ## ### 2024-cü il tarixdə qeyd olunan mağazada yerləşən "Milliön" ödəniş terminalından onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 1000 manat, ## ### 2024-cü il tarixdə ünvan 4 ünvanından onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 483 manat, 2024-cü ilin may ayının ortalarında ünvan 5 ünvanında "Elmart" mağazasında yerləşən "Milliön" ödəniş terminalından onun ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 900 manat, ## ### 2024-cü il tarixdə qeyd olunan mağazada yerləşən "Emanat" ödəniş terminalı vasitəsilə cinayətdən xəbərsiz olan Nuridə Əliyevanın adına olan ****-****-****-**** nömrəli bank kartına göndərilmiş həmin dövrün məzənnəsi ilə 510 manat təşkil edən 300 ABŞ dolları və ## ### 2024-cü il tarixdə qeyd olunan mağazada "Milliön" ödəniş terminalı vasitəsilə onun 416974********** nömrəli kart hesabına göndərilmiş həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs6 cəmi 5933,00 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla, - Vəliyev İlqar Vəli oğlunu övladı Rəşad Vəlizadə üçün Avstriya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən şengen vizası alacağı barədə yalan vəd verməklə aldadıb, İlqar Vəliyev tərəfindən ## #### 2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15A/4 ünvanında yerləşən “28 Mall” Ticarət Mərkəzindən X27 adına olan 416973******** nömrəli kart hesabına göndərilmiş 1500 manat məbləğində pulu ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə İlqar Vəliyevə qarşı, - zərərçəkmiş şəxs3 Türkiyə Respublikasının Marmaris şəhərində yerləşən “Caprise Beach 5” otelinə istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan ## #### 2024-cü ildə ünvan 8 ünvanında yerləşən “xxxx” MMC-nin ofisində 3150 manat məbləğində pulunu ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs3 qarşı, - zərərçəkmiş şəxs2 Türkiyə Respublikasının Antalya şəhərinin Belek bölgəsində yerləşən “Bellis Deluxe” otelinə istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan ## #### 2024-cü il tarix, saat 12 radələrində ünvan 8 ünvanında yerləşən “xxxx” MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 5423 manat təşkil edən 3190 ABŞ dolları pulu ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla, - zərərçəkmiş şəxs5 Misir Respublikasında yerləşən “X12” otelinə istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan ## ### 2024-cü il tarixdə ünvan 8 ünvanında yerləşən “xxxx” MMC-nin ofisində 2400 manat pulu, ## #### 2024-cü il tarixdə oteli dəyişmək adı ilə zərərçəkmiş şəxs5 tərəfindən ünvan 7 ünvanından ****-****-****-**** nömrəli kart hesabına göndərilmiş 1190 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs5 cəmi 3590,00 manat məbləğində maddi ziyan vurmaqla və - zərərçəkmiş şəxs1 Türkiyə Respublikasının Antalya şəhərində yerləşən “X5” otelinə istirahət turu təşkil edəcəyi barədə yalan vəd verməklə aldadıb, sonuncudan ## #### 2024-cü il tarixdə ünvan 8 ünvanında yerləşən “xxxx” MMC-nin ofisində həmin dövrün məzənnəsi ilə 1530 manat təşkil edən 900 ABŞ dolları pulu, ## #### 2024-cü il tarixdə zərərçəkmiş şəxs1 tərəfindən ünvan 6 ünvanında yerləşən evdən onun ****-****-****-**** saylı kart hesabına göndərilmiş 3615 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, öz şəxsi ehtiyaclarına sərf etməklə zərərçəkmiş şəxs1 5145,00 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Müdafiəçi verdiyi apellyasiya şikayətində həmin məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərilməsini, ona etdiyi dəyişiklikdə isə təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini və ya sonuncuya təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Müdafiəçi ilkin apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs “xxxx” MMC-nin rəhbəri şahid3dır. Buna görə də iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi hökm qanunsuz və əsassızdır. Müdafiəçi apellyasiya şikayətinə etdiyi dəyişikliyi isə onunla əsaslandırmışdır ki, cinayət işi üzrə əməllərin “xxxx” MMC-nin rəhbəri şahid3 tərəfindən törədilməsinə baxmayaraq, təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs cəlb edilmiş, nəticədə sonuncu əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində ağır cəza təyin edilmişdir. Apellyasiya məhkəməsi iclasındakı izahat və çıxışlarında təqsirləndirilən şəxs və onun müdafiəçisi apellyasiya şikayətinin ona edilmiş dəyişiklik həcmində təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayətinin (edilmiş dəyişiklik nəzərə alınmaqla) təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası iş üzrə verilmiş apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini verən şəxs onu dəyişdirmək hüququna malik olduğuna, iş üzrə müdafiəçi verdiyi apellyasiya şikayətində həmin məhkəmə hökmünün ləğv edilməsini və cinayət işinin birinci instansiya məhkəməsinin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərilməsini xahiş etsə də, ona etdiyi dəyişiklikdə təqsirləndirilən şəxs barəsində bəraət hökmünün qəbul edilməsini və ya sonuncuya təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etməklə, faktiki olaraq Azərbaycan Respublikası CPM-in 390.1-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edib, təqsirləndirilən şəxsin razılığı ilə apellyasiya şikayətinə dəyişiklik etdiyinə görə apellyasiya baxışının hüdudları müdafiəçinin verdiyi ilkin apellyasiya şikayətinin deyil, ona etdiyi dəyişiklik əsasında müəyyən edilməli, bu səbəbdən həmin apellyasiya şikayətinə edilmiş dəyişikliyin (bundan sonra – apellyasiya şikayəti) dəlilləri həddində hüquqi qiymət verilməlidir. Beləliklə, müdafiəçinin verdiyi apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin sübutları, işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə təqsirini sübuta yetirməməsi, həmçinin, sonuncuya təyin etdiyi cəzanın ədalət və humanizm prinsiplərinə uyğun olmaması, beləliklə də, Azərbaycan Respublikası CPM-in müvafiq olaraq 399.1.2 və 399.1.5-ci maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına, təyin etdiyi cəzanın cinayətin ağırlığına uyğun olmaması təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilməsi ilə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsin təqsirli bilindiyi əməllər üzrə Azərbaycan Respublikası CM-in 178.2.2. 178.2.3 və 178.2.4-cü maddələrində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmənin təkrar, şəxsin öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törətməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələriində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi özünün etiraf etməməsinə baxmayaraq, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutub, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanıb, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334-cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq edərək sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən: - özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olmayan hissələri ilə yanaşı, - zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs8 İlham qızı, zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxs5, X13, Vəliyev İlqar Vəli oğlu, zərərçəkmiş şəxs7, zərərçəkmiş şəxs10, zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxs3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri, zərərçəkmiş şəxs1 ibtidai istintaq verdiyi, məhkəmə istintaqı zamanı elan edilmiş, birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin faktiki halları ilə üst-üstə düşən ifadələri, - şahidlər şahid2 və şahid3 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələri, həmçinin, ibtidai istintaq zamanı sonuncunun təqsirləndirilən şəxslə üzləşdirilməsi zamanı verdiyi ifadəsi (V cild, səh. 13-19), - zərərçəkmiş şəxs zərərçəkmiş şəxs10 bir ədəd diskdə təqdim etdiyi, sonuncu ilə təqsirləndirilən şəxs arasında “WhatsApp” proqramı vasitəsilə səsli və yazılı göndərilmiş mesajlarda və onlara baxış keçirilməsi barədə olan ## ###### 2024-cü il, ## ###### 2025-ci il və ## #### 2025-ci il protokollarda əks olunmuş məlumatlar (II cild, səh. 182-184, IV cild, səh. 303-305, V cild, səh. 7-9), - “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **/** nömrəli məktubu (III cild, səh. 187), - “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **** nömrəli məktubu ilə göndərilmiş bir ədəd diskdə olan məlumatlara baxış keçirilməsi barədə olan ## ###### 2025-ci il tarixli protokolda əks olunmuş məlumatlar (IV cild, səh. 234, 235), - “xxxx” MMC-nin ## #### 2025-ci il tarixli, **** nömrəli məktubu ilə göndərilmiş bir ədəd diskdə olan məlumatlara baxış keçirilməsi barədə olan ## #### 2025-ci il tarixli protokolda əks olunmuş məlumatlar (V cild, səh. 24, 25), - “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli, **** nömrəli məktubu ilə göndərilmiş bir ədəd diskdə olan məlumatlara baxış keçirilməsi barədə olan ## ### 2025-ci il tarixli protokolda əks olunmuş məlumatlar (V cild, səh. 44-47), - “xxxx” ASC-nin ## ### 2025-ci il tarixli, ****/***/***** nömrəli məktubu ilə göndərilmiş bir ədəd diskdə olan məlumatlara baxış keçirilməsi barədə olan ## #### 2025-ci il tarixli protokolda əks olunmuş məlumatlar (V cild, səh. 41-43), - “xxxx” ASC-nin ## ###### 2025-ci il tarixli, *-****-****/BO nömrəli məktubu ilə göndərilmiş bir ədəd diskdə olan məlumatlara baxış keçirilməsi barədə olan ## ###### 2025-ci il tarixli protokolda əks olunmuş məlumatlar (IV cild, səh. 218), - “xxxx” ASC-nin ## ### 2025-ci il tarixli, ***** nömrəli məktubu ilə göndərilmiş bir ədəd diskdə olan məlumatlara baxış keçirilməsi barədə olan ## ### 2025-ci il tarixli protokolda əks olunmuş məlumatlar (V cild, səh. 56) (məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən sübut növlərinin məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur), - eləcə də, təqsirləndirilən şəxsin iş üzrə vurulmuş maddi ziyanı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs6 qismən, zərərçəkmiş şəxs1 isə tam ödəməsi ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayətinin dəlilləri işin müəyyən edilmiş faktiki halları və onlara dair verilmiş hüquqi qiymətləndirmə ilə tam təkzib edilir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş cinayət əməllərini, nəticədə Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, bu nəticə işin faktiki hallarına uyğundur. Birinci instansiya məhkəməsi, həmçinin maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı hər hansı pozuntuya yol verməmişdir. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinin sanksiyasına əsasən dispozisiyasında nəzərdə tutulmuş əməl dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmaması, cinayət əməllərini hamilə vəziyyətində törətməsi, himayəsində iki nəfər azyaşlı uşaqlarının olması, iş üzrə vurduğu maddi ziyanı zərərçəkmiş şəxslər zərərçəkmiş şəxs6 qismən, zərərçəkmiş şəxs1 isə tam ödəməsindən ibarət cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, həmçinin təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinə olan psixi münasibətini, həmin əməlləri nəticəsində digər zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsini nəzərə alıb, həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə azadlığın məhdudlaşdırılması cəzasını sanksiyada nəzərdə tutulmuş həddə, yəni 3 il müddətə və həmin Məcəllənin 46.2-ci maddəsini tətbiq etməklə, dövlət orqanlarında, dövlətin adından yaradılan publik hüquqi şəxslərdə, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və yerli özünüidarəetmə orqanlarında, rəhbər, təşkilati-sərəncamverici və maddi məsul vəzifə tutmaq, turizm fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmədən ibarət əlavə cəzanı 2 il müddətə təyin edərkən haqlı olmuşdur. Həm qeyd edilənlərə əsasən, həm də təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın ağırlaşdırılması və ya yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Beləliklə, müdafiəçinin verdiyi apellyasiya şikayətinin dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, müdafiəçinin verdiyi apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 408-412-ci maddələrində nəzərdə tutulmuş qaydada və müddətlərdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar