Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-578/2026 29.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Musayev Aqil Əlisa oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1 (bundan sonra – dövlət ittihamçısı), təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi – Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 (bundan sonra – müdafiəçi) iştirakları ilə, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavəyə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə (hakim X7) ## ##### 1995-ci il tarixdə Lerik rayonu, Hamarmeşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməmiş, məhkumluğu olan, Lerik rayonu, Hamarmeşə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçildiyinə görə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-in) 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən ona hazırki hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə təyin edilmiş cəzanın Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 1 il 9 ay 12 gün çəkilməmiş hissəsinin qismən birləşdirilməsi yolu ilə qəti olaraq 2 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin halları: Həmin məhkəmə hökmü ilə Təqsirləndirilən şəxs (bundan sonra – təqsirləndirilən şəxs) Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ona görə təqsirli bilinmişdir ki, o, öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə, ## ###### 2010-cu il təvəllüdlü olduğuna görə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmamış bacısı övladı Zərərçəkmiş şəxs (bundan sonra – zərərçəkmiş şəxs) qarşı: - 2025-ci ilin fevral ayının sonlarında sonuncunun Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən, yaşadığı nömrəsiz fərdi yaşayış evinin (bundan sonra – həmin ev) qonaq otağındakı divanın üzərində ağız vasitəsilə oral formada və arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq, - 2025-ci ilin aprel ayının sonlarında həmin evin yataq otağındakı çarpayının üzərində arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaq, - 2025-ci ilin iyun ayının sonlarında Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozu ərazisində yerləşən, özünün yaşadığı nömrəsiz fərdi yaşayış evində arxa keçəcək vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olmaqla, cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində barəsində ədalətli qərar qəbul edilməsini, ona etdiyi əlavədə isə apellyasiya şikayəti ilə əlaqədar Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmündən barəsində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, Azərbaycan Respublikası CM-in 67.1ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi 1 il 9 ay 12 gün çəkilməmiş hissəsinin qismən birləşdirilməsinə dair müddəaların çıxarılmasını, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli hökmünün qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayəti və ona edilmiş əlavənin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilmir. Şahid qismində dindirilmiş sabiq arvadı Nurizadə Şəlalə İbrahim qızı ibtidai istintaq orqanı və məhkəməyə ona qarşı qərəzli ifadələr vermişdir. Ona görə ki, Şəlalə Nurizadə daha əvvəllər onu həbs etdirəcəyi və övladını əlindən alacağı ilə hədələmiş, aralarındakı nikahın pozulması barədə məhkəməyə iddia ərizəsi vermişdir. O və zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdikləri ifadələrində ibtidai istintaq zamanı ifadələrini polis əməkdaşları tərəfindən onlara zor tətbiq edilməsinin təsiri altında verdiklərini bildirmiş, əlavə olaraq, o, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişdir. İbtidai istintaq orqanı zərərçəkmiş şəxsi azyaşlı olmasına baxmayaraq, psixoloqun iştirakı ilə dindirməmişdir. Birinci instansiya məhkəməsi yekun qərar qəbul edərkən bu halları nəzərə almamışdır. O, həmçinin, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayətinə əlavəni yalnız onunla əsaslandırmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl azad edildiyi hissəsindən amnistiya aktı tətbiq edilməklə azad edilməli olduğunu hesab edir. Apellyasiya məhkəməsi iclasında müdafiəçi izahat və çıxışında təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavənin təmin edilməsini, dövlət ittihamçısı isə apellyasiya şikayəti və ona edilmiş əlavənin təmin edilməməsi və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavədə apellyasiya məhkəməsi iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini göstərməsini, onun müdafiəçisinin də müvafiq mövqeyini nəzərə alaraq, apellyasiya şikayəti və ona edilmiş əlavəyə təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CPM-in): - 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. - 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətinin dəlilini birinci instansiya məhkəməsinin sübutları tam və hərtərəfli araşdırmaması, onlara düzgün hüquqi qiymət verməməsi, təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə təqsirini sübuta yetirməməsi, beləliklə də, Azərbaycan Respublikası CPM-in 399.1.2 və 399.1.3-cü maddələrində nəzərdə tutulmuş birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və müəyyən etdiyi iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi, ona etdiyi əlavənin dəlilini isə barəsində hazırki məhkəmə hökmü ilə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu ilə təyin edilmiş qəti cəza müddətinə daxil edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə vaxtından əvvəl azad edildiyi hissəsinə amnistiya aktının tətbiq edilməli olması təşkil edir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavənin dəlillərinə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyası ilk olaraq, təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi izahat və ifadələrinin sübut kimi qəbul edilib-edilməməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” ## ###### 2021-ci il tarixli Qərarında göstərilmişdir ki,: - təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. - Azərbaycan Respublikası CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. - Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № *****/**, ## #### 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № *****/**, ## ###### 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun göstərilən hüquqi mövqeyinə əsaslanıb, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü irəli sürülmüş ittham üzrə təqsirli bilib, tam etirafedici məzmunda ifadə verdiyi halda, məhkəmə istintaqı zamanı özünü irəli sürülmüş ittham üzrə qismən təqsirli bilib, verdiyi ifadəsində əslində, zərərçəkmiş şəxsə qarşı Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş əməli yalnız bir dəfə törətməsi, növbəti iki dəfə də törətməsi barədə ibtidai istintaq zamanı həqiqətə uyğun olmayan məzmunda ifadə verməsinin polis əməkdaşları tərəfindən ona fiziki formada zor tətbiq edilməsi ilə bağlı olmasını bildirməsinin, beləliklə də, məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini dəyişdirməsinin səbəblərini, eləcə də, apellyasiya şikayətinin buna əsaslanan dəlilini cinayət işi materialları əsasında araşdıraraq qeyd edir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ## #### 2025 və ## ######## 2025-ci il tarixlərdə verdiyi ifadələrində, habelə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata ## #### 2025-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi iclasında baxılarkən verdiyi izahatında polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi formada zor tətbiq edilməsi barədə bildirməmişdir. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsinin qəbul etdiyi “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarla (II cild, səh. 94-96) təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə müraciəti üzrə aparılmış araşdırma zamanı verilmiş məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli, ** nömrəli rəyində təqsirləndirilən şəxsin adına tərtib edilmiş “xxxx” və aktda hər iki müəssisəyə daxil olarkən bədəni üzərində təzə xəsarət(lər)in müəyyən edilməməsinin göstərilməsi və polis əməkdaşı Muradlı Etibar İxtiyar oğlunun verdiyi izahat əsasında təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilməməsinin müəyyən edilməsinə görə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki,: - təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində və apellyasiya şikayətində irəli sürdüyü, hər hansı sübutla möhkəmləndirilməyən, ibtidai araşdırmanın ilkin mərhələsində polis əməkdaşları tərəfindən ona qarşı fiziki formada zor tətbiq edilməsinə görə məcburiyyət qarşısında qalıb tam etirafedici məzmunda ifadələr verməsinə dair irəli sürdüyü dəlilləri özü-özlüyündə həmin zorakılığın tətbiq olunmasına dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz və yuxarıda göstərilən qaydada iş materialları ilə tam təkzib edildiyinə görə əsassızdır. - Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrini sübut kimi qiymətləndirməkdə, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərlə bağlı olan, işin aşağıda göstərilən sübut növləri əsasında müəyyən edilmiş faktiki hallarına zidd olan hissələrini isə müvafiq cinayət məsuliyyətindən yayınmaq xarakterli kimi qiymətləndirib, sübut kimi nəzərə almamaqda haqlı olmuşdur. Cinayət işinin materiallarında zərərçəkmiş şəxsin dindirilməsi barədə olan ## #### 2025-ci il tarixli protokol (İ cild, səh. 60, 61) əsasında ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin həmin protokolu imzaları ilə təsdiq etmiş qanuni nümayəndəsi Qanuni nümayəndə və mütəxəssis Nəsirova Gülşən İsgəndər qızının iştirakları ilə dindirilməsi müəyyən edildiyinə görə apellyasiya şikayətinin bunun əksini təşkil edən dəlili əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutub, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanıb, həmin Məcəllənin 124-cü maddəsində sübut növü kimi nəzərdə tutulduğuna görə 143-146, 329 və 334cü maddələrinə uyğun şəkildə elan etdiyi, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil və tədqiq edərək sübut kimi qiymətləndirdiyi, işə aid biri digərinə kifayət qədər uyğun gələn, mümkün və mötəbər sübutların məcmusunu təşkil edən – özünün ibtidai istintaq zamanı ## #### 2025 və ## ######## 2025-ci il tarixlərdə dindirilərkən verdiyi tam etirafedici ifadələri, habelə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata ## #### 2025-ci il tarixdə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi iclasında baxılarkən verdiyi tam etirafedici izahatı və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin sabiq arvadı Nurizadə Şəlalə İbrahim qızının şahid qismində və zərərçəkmiş şəxsin verdikləri ifadələri, X6 RPİ-nin 30-cu Polis Şöbəsinə yazdığı ## #### 2025-ci il tarixli ərizəsi, istintaq orqanına bir ədəd diskin yaddaşında təqdim etdiyi, iş üzrə maddi sübut qismində tanınmış videogörüntü və ona baxış keçirilməsi barədə 16 və ## #### 2026-cı il tarixli protokollar, “Hadis yerinə baxış keçirilməsi haqqında” ## #### 2025-ci il tarixli protokol, məhkəmə-tibbi ekspertizasının ## #### 2025-ci il tarixli, *** nömrəli rəyi (məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən sübutların məzmununun birinci instansiya məhkəməsinin hökmündə tam və ətraflı şəkildə göstərilib tədqiq edilməsinə görə hazırkı qərarda təkrarlanmasına lüzum yoxdur) və bu sübutlar əsasında müəyyən edilmiş işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası göstərilənlərə uyğun olaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri cinayət işi materiallarında olan, yuxarıda göstərilən sübut növləri, onlar əsasında müəyyən edilmiş işin faktiki halları və onlara dair verilmiş hüquqi qiymətləndirmə ilə tam təkzib edilir. Birinci instansiya məhkəməsi maddi və prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı hər hansı pozuntuya yol verməmiş, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş, məhkəmə hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi barədə düzgün nəticəyə gəlmiş, bu nəticə işin faktiki hallarına uyğundur. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. - 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. - 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. - 152.1-ci maddəsinin sanksiyasında müvafiq cinayət əməlinə görə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinə əsaslanaraq qeyd edir ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün həmin Məcəllənin 58-ci maddəsində nəzərdə tutulmuş, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. Təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbirlə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Yalnız belə olduqda, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ədalətli hesab edilə, sosial ədalətin bərpasını təmin edə, təqsirkara münasibətdə islahedici, digər şəxslərə münasibətdə isə xəbərdaredici rolunu oynaya bilər. İş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi hökmlə təqsirləndirilən şəxsin hazırki iş üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- ****/**** nömrəli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinə münasibətdə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 9 ay 12 gün hissəsindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edildiyi müddət bitməmiş törətdiyinə görə Azərbaycan Respublikası CM-in 76.6.3-cü maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edib, ona həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edərkən haqlı olmuş, onun məhkumluğunun ödənilmədiyi və ya götürülmədiyi cinayət əməlinin xarakteri, ağırlığı və nəticələrini, həmin əmələ görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının islah təsirinin yetərli olmamasına səbəb olan halları, hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halı, ağırlığı və nəticələrini, təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, hazırki iş üzrə əməlində cinayətlərin residivindən ibarət cəzasını ağırlaşdıran halın olmasını, himayəsində bir nəfər azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə barışıq əldə etməsindən ibarət cəzasını yüngülləşdirən halların olmasını nəzərə alaraq, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün təqsirli bilindiyi həmin Məcəllənin 152.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasını 1 il 6 ay müddətə, yəni qanunun yol verdiyi ən aşağı həddə yaxın təyin etməklə həmin Məcəllənin 8.1, 9, 41.2, 58.3 və 65.2-ci maddələrinin tələblərinə əməl etmişdir. Həm buna, həm də təqsirləndirilən şəxsə şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas mövcud olmadığına görə məhkəmə hökmünün təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi ilə bağlı dəyişdirilməsinə əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, həm yuxarıdakı sonuncu abzasda qeyd edilənlərə, həm də təqsirləndirilən şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin ## ###### 2019-cu il tarixli, *(***)- ****/**** nömrəli hökmü ilə təqsirli bilindiyi, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinə görə barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” ## ###### 2025ci il tarixli Qərarının 2.4, 2.12 və 3.1-ci bəndlərinə əsasən tətbiq edilməsi mümkün olmadığına görə təqsirləndirilən şəxsin apellyasiya şikayətinə etdiyi əlavənin də dəlilləri əsassızdır. Azərbaycan Respublikası CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavə təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in: - 92.9.24-cü maddəsinə əsasən müdafiəçi cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərdikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərdikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq hüququna malikdir. - 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** nömrəli qərarının 1-ci bəndinə əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** nömrəli dəyişikliklər nəzərə alınmaqla) Azərbaycan Respublikası CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası işin müvafiq hallarına əsaslanaraq hesab edir ki, müdafiəçiyə təqsirləndirilən şəxsə hüquqi yardım göstərməsinə sərf etdiyi cəmi 20 saat iş vaxtına görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına 220 manat məbləğində pul ödənilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 193.5, 397.1, 397.2, 398.1.1 və 410-412-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayəti və ona etdiyi əlavə təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli hökmü verilmiş apellyasiya şikayəti və ona edilmiş əlavəyə münasibətdə dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili müdafiəçi1 təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının dövlət vəsaiti hesabına ödənilsin. Qərarın icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə olunsun. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(3-6)-578/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-578/2026
29.07.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver