Məhkəmə qərarları › İş №1(3-6)-581/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-581/2026

15.09.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-581/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Qarayeva Mehriban Cəfər qızı (sədrlik edən, məruzəçi hakim), Hakimlər Mehdiyev Emin Əlixan oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclası katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü ilə (hakimlər X2 (sədrlik edən), Ismayılov Eldar Herov oğlundan və X3 ibarət tərkibdə) ## ###### 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsi, Məhəmməd ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin * saylı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs qismində tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar məsələsi də həll edilmişdir. Işin halları: Ittiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb külli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2025-ci ilin may ayının əvvəllərindən 2025-ci cilin iyun ayının əvvəllərinə kimi olan müddət ərzində tanışı Zərərçəkmiş şəxs razılığı ilə sonuncu ilə birlikdə yaşadığı ünvan 1 ünvanında yataq otağındakı dolabın içərisində olan çantadan və mənzildə olan seyfdən Zərərçəkmiş şəxs xəbəri olmadan həmin müddətdə vahid niyyətlə əhatə olunan qəsdlə, qanunsuz olaraq sonuncuya məxsus 2 ədəd sırğa və 1 ədəd üzükdən ibarət 7000 manat dəyərində yaşıl rəngli qaşı olan qızıl dəsti, 2 ədəd sırğa 1 ədəd boyunbağı 1 ədəd aralıq və 1 ədəd üzükdən ibarət 6000 manat dəyərində qızıl “Pələng’’ dəstini, üzərində 5 ədəd brilliant qaşı olan 10000 manat dəyərində qızıl üzüyü, hər biri 1500 manata olmaqla ümumilikdə 4500 manat dəyərində üzərində brilliant qaşları olan 3 ədəd qızıl üzüyü, 1 ədəd boyunbağı 2 ədəd sırğa 1 ədəd aralıq və 1 ədəd qolbaqdan ibarət 3000 manat dəyərində qırmızı rəngli qaşları olan qızıl dəsti, 1500 manat dəyərində 1 ədəd üzəri naxışlı olan qızıl üzüyü, 2 ədəd sırğa 1 ədəd aralıq və 1 ədəd üzükdən ibarət 5000 manat dəyərində top formalı qızıl dəsti, 1 ədəd boyunbağı 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd qolbaq və 1 ədəd üzükdən ibarət 40000 manat dəyərində üzərində brilliant qaşlar olan ağ qızıldan dəsti, 1 ədəd boyunbağı 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd qolbaq və 1 ədəd üzükdən ibarət 40000 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl dəsti, 8000 manat dəyərində ağ qızıldan qolbağı, ümumilikdə 1500 manat dəyərində üzərində uşaq adları yazılan 4 ədəd qızıl boyunbağılarım, 4500 manat dəyərində üzərində brilliant qaşlar olan ağ qızıldan 2 ədəd sırğanı, 5000 manat dəyərində üzərində qırmızı rəngli brilliant qaşları olan 2 ədəd qızıl sırğanı, 500 manat dəyərində üzərində brilliant qaşları olan 1 ədəd ağ qızıldan üzüyü, 500 manat dəyərində 2 ədəd sallanan qızıl sırğanı, 600 manat dəyərində üzərində bəyquş şəkli olan 1 ədəd qızıl qəpiyi, 2 ədəd sırğa 1 ədəd aralıq və 1 ədəd boyunbağından ibarət 3000 manat dəyərində qızıl uşaq dəstini, 800 manat dəyərində sarı-ağ qızıllı 1 ədəd qolbağı, 4500 manat dəyərində ağ qızıldan olan kəpənək formalı 2 ədəd sırğanı, 500 manat dəyərində 1 ədəd qızıl qolbağı, 400 manat dəyərində üzərində ərəb dilində Allah sözü yazılmış 1 ədəd qızıl aralığı, 10000 manat dəyərində 2 ədəd "Van Cleef’ markalı sallanan qızıl sırğanı, 1500 manat dəyərində üzərində brilliant qaşları olan 1 ədəd qızıl kişi üzüyünü, 800 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, 800 manat dəyərində ağ qızıldan olan 1 ədəd kişi boyunbağını, 1000 manat dəyərində üzərində ürək formalı qızıllar olan 1 ədəd qızıl üzüyü, 1000 manat dəyərində “A” hərfi formasında üzərində brillinat qaşlar olan qızılı, 1500 manat dəyərində birləşmiş formada ikili ağ-sarı qızıllı 1 ədəd boyunbağını, 600 manat dəyərində 1 ədəd yumru formada qızıl boyunbağını, müxtəlif rəngli qaşları olan 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd boyunbağı 1 ədəd üzükdən ibarət 2500 manat dəyərində qızıl dəsti, 800 manat dəyərində 1 ədəd qızıl uşaq qolbağını, 800 manat dəyərində 1 ədəd yumru formada ağ-sarı rəngli qızıl boyunbağını və 600 manat dəyərində 2 ədəd qızıl uşaq sırğasını, ümumilikdə 168700 (bir yüz altımış səkkiz min yeddi yüz) manat dəyərində qızıl-zinət əşyalarını gizli talamaqla zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Apellyasiya şikayətinin dəlilləri: Həmin hökmdən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, hazırlıq iclası zamanı cinayət işinin materialları ile tanış olarkən ibtidai istintaq zamanı hər hansı bir araşdırmanın aparılmadığını, işin saxta sübutlarla başlandığını görüb ##.##.2025 və ##.##.2026-cı il tarixlərdə elektron məhkəmə sistemi vasitəsi ilə vəsatətlər və digər sübutlar təqdim etmiş və məhkəmə prosesində bunu bildirmişdir. Lakin hakimlər tərəfindən vəsatətlərinə nəinki baxılmamış, heç münsibət belə bildirməmişdirlər. Həmin vasətətlər ilə məhkəmədən xahiş etmişdir ki,Zərərçəkmiş şəxs (Vəliyeva) tərəfindən ##.##.2025-ci il tarixdə DIN-nin 102 xidmətinə daxil olmuş məlumat, səs yazısı, yaxud hadisə barədə məlumatın qeydiyyatı götürülsün. Belə ki, DIN-nin 102 xidmətinə Fidan tərəfindən daxil olmuş məlumatda göstərilmişdir ki, "Azad adlı sevgilisi tərəfindən onun 15.000 manat dəyərində qızılları oğurlanmışdır.” Lakin işdə olan raportda düzəliş olunmuş, əlavə "0" artırılmaqla məbləğ 10 dəfə şişirdilərək 150.000 manat kimi göstərilmişdir. Təkcə bu fakt cinayət işinin başlanmasının və Təqsirləndirilən şəxs həbsinin qərəzli olduğunu sübut etmişdir. Zərərçəkmiş şəxs məxsus "xxxx"a aid, 4169 7388 9412 8283 hesab nömrəsinə dair bank məlumatları götürülməsini xahiş etmişdir ki, həmin fakt Fidanın qızıllarının satılmasından məlumatının olmasını və pulun bilavasitə ona çatmasını sübut etmişdir. Zərərçəkmiş şəxs və Azad Məmmədxalıya məxsus olan mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, habelə anten məlumatları mobil telefon operatorlarından götürülməsini xahiş etmişdir ki, "ittiham"da qızılların Azad tərəfindən Ibrahimə 4 dəfəyə satıldığı göstərilmişdir. Ibrahim qızıları Azaddan alan zaman hər dəfə qızıllar ilə bir yerdə Azadın şəxsiyyət vəsiqəsinin fotosunu çəkmişdir. Cinayət işinin materiallarında həmin fotolardakı tarixlərdən görmək olar ki, Azad tərəfindən Ibrahimə 9 dəfə qızıl satılmışdır. Həmin fotoların çəkildiyi tarixlər və telefon danışıqları, anten məlumatları ilə müqayisə edildikdə hadisənin Azadın göstərdiyi kimi olduğunu sübut edəcəkdir. Zərəçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə bildirmişdir ki, Azad ilə tanış olmasına səbəb guya Azadın onu şantaj etməsi olmuşdur. Halbuki, cinayət işinin materiallarında "şantaj" barədə bir kəlmə belə yoxdur və məhkəmə prosesində bu barədə zərçəkmişə sual verən zaman o "şantaj" barədə hər hansı bir sübut təqdim edə bilməmişdir. Fidan özü avtomobili ilə Azadın Xızı rayonundakı iş yerinə getmiş, onunla ər-arvad münasibətində yaşamağı təklif etmişdir. Zərəçəkmiş Zərərçəkmiş şəxs məhkəmədə müxtəlif uydurmalar söyləmişdir ki, guya Azad özünü DTX əməkdaşı kimi təqdim etmiş və sonradan başqa DTX əməkdaşları da onun yaşadığı mənzilə gəlib qızıllarını oğurlamışdırlar. Zərərçəkmişin bu uydurmalarına məhkəmədə hakimlər tərəfindən heç bir münasibət bildirilməmişdir. Ibtidai istintaqın gedişində "oğurlanmış" qızıl-zinət əşyalarının Zərərçəkmiş şəxs (Vəliyeva) tərəfindən gah 15.000 (həmin rəqəm düzəliş olunduqdan sonra 150.000), gah 87 000, yaxud da 168 700 manat kimi qiymətləndirməsinin səbəbi müstəntiq tərəfindən araşdırmamışdır. Həmin qızılları Fidanın haradan əldə etməsi, yaxud kim tərəfindən ona verilməsi, məhkəmədə onun deməsinə görə keçmiş həyat yoldaşı tərəfindən verildiyi halda sonuncu şahid1 şahid qismində çağırılıb dindirilməmişdir. Bu hallara məhkəmədə hakimlər tərəfindən heç bir münasibət bildirilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəmədə ifadəsində bildirmişdir ki, Azad tərəfindən "oğurlanmış" bütün qızıllarının hər birinin fotoşəkili ibtidai istintaq zamanı ona təqdim olunmuşdur. Lakin Azaddan qızıları alan Ibrahim bildirmişdir ki, həmin qızıları kifayət qədər baha qiymətə almışdır və onların ümumi dəyəri 26 000 manatdan artıq olmamışdır. Göründüyü kimi Zərərçəkmiş şəxs tərəfindən qızıllar dəfələrlə baha, hətta həmin əşyalardan iki dəstin qiyməti fantastik olaraq hər biri 40 000 manat olmaqla dəyərləndirilmişdir. Bu hallara məhkəmədə hakimlər tərəfindən heç bir münasibət bildirilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ər-arvad münasibətində yaşadığı Zərərçəkmiş şəxs məxsus qızılları sonuncunun tapşırığı ilə öz şəxsiyyət vəsiqəsi ilə satdıqdan sonra həmin pulları Fidan ilə bir yerdə xərclədiyini bildirmişdir. Lakin ibtidai istintaq zamanı və məhkəmədə hakimlər tərəfindən istər Zərərçəkmiş şəxs, istərsə də Təqsirləndirilən şəxs həmin pulları nə vaxt və harada xərcləmələri soruşulmamışdır. Azad Fidanın qızıllarını satan zaman telefon vasitəsilə qiymət barədə Fidanla məsləhətləşmişdir. ##.##.2025-ci il tarixdə Ibrahim ona Azad tərəfindən təqdim edilmiş qızılları 3000 manat qiymətində dəyərləndirdikdən sonra nağd pulu kifayət qədər olmamışdır, bu səbəbdən pulun bir hissəsini nəğd, qalanını isə karta ödəyəcəyini demişdir. Azad həmin vaxt Fidanın "xxxx"a aid, 4169 7388 9412 8283 kartının hesab nömrəsini Ibrahimə vermişdir və pulun qalan hissəsi həmin gün Fidanın kartına köçürülmüşdür. Həmin vaxt Ibrahim bu halları təsdiqləmiş, lakin hakim Səbuhi Hüseynov əsassız olaraq sualların "mahiyyətdən kənar" olduğunu bildirərək protokola əlavə edilməyəcəyini demişdir. Halbuki, həmin suallar iş üzrə çox əhəmiyyətli olmuşdur. ##.##.2026-cı il tarixdə növbəti məhkəmə prosesində o, məhkəmə tərkibinə etirazın bir surətini də məhkəməyə fiziki olaraq təqdim etmiş, etirazı Bakı Ağır Cinayətlər Məhkəməsinin sədrinə ünvanlansa da, hakimlər Səbuhi Hüseynov (sədrlik edən), Eldar Ismayılov və Səbunə Məmmədzadə onlar barəsində olan etirazları təmin etməmiş və həmin gün də Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmışdır. Baxmayaraq ki, həmin prosesdə yeni ittihamçı təyin edilmiş və onun işlə tanış olmasına vaxt tələb olunmalı idi. Hökmdən dövlət ittihamçısı apellyasiya protesti, zərərçəkmiş şəxs apellyasiya şikayəti verməmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Işdə iştirak edən şəxslərin çıxışları: Apellyasiya baxışı zamanı çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi verilmiş apellyasiya şikayətini müdafiə edərək, məhkəmədən apellyasiya şikayətinin təmin edilməsini və təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etdilər. Apellyasiya baxışı zamanı çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının Müdafiəsi üzrə Idarəsinin prokuroru Dövlət ittihamçısı verilmiş аpеllyаsiyа şikayətinin dəlillərinin əsassız olduğunu, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunduğunu, məhkum edilmiş şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, şəxsiyyəti, törətdiyi cinayətin ictimai təhlükəliliyi və xarakteri, təyin edilmiş cəzanın ailəsinə təsiri nəzərə alınmaqla ona ədalətli cəza təyin olunduğunu, məhkəmənin hökmünün apellyasiya şikayətinə əsasən ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya baxışı məhkəmənin əvvəlki iclasında çıxış edən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilmədən, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Işin hüquqi məsələləri: Apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar оlaraq məhkəmə kоllegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin nоrmalarının tətbiq edilməsinin düzgünlüyünü yохlayır. Həmin Məcəllənin 397.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin hüdudlarında yохlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin nоrmalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya prоtestinin dəlillərindən asılı оlmayaraq yохlanılır. Qeyd edilən prosessual normaların mənasına görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-nin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilibgöstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib edilməməsini yoxlamalıdır. Başqa sözlə apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Birinci instansiya məhkəməsinin hökmü ilə razılaşmayan müdafiəçinin apellyasiya şikayətinin əsas dəlili təqsirləndirilən şəxsə bəraət verilməsindən ibarətdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, hökmün təqsirləndirilən şəxsin müdafiəçisinin mübahisələndirdiyi hissəsində yoxlanılmasını, eyni zamanda hökmün qanuni və əsaslı olmasını apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılmasını məqsədəuyğun hesab edərək, apellyasiya icraatını qismən məhkəmə istintaqı keçirməklə aparmışdır. Belə ki, qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanıyır. Onunla hər hansı ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs sosial şəbəkə üzərindən dəfələrlə ona yazaraq, onu tanıdığını və yaşadığı yeri bildiyini demişdir. O, Azadı bloka atsa da, yenə də, Azad yazmağa davam etmişdir. O, Azaddan onu haradan tanıdığını soruşduqda, görüşmələrini bildirmiş və görüşəndə haradan tanıdığını deyəcəyini bildirmişdir. O, görüşməyə ehtiyac olmadığını bildirsə də, Azad ona görüşməsə özünü öldürəcəyini və onun üzərinə atacağını bildirmişdir. Atasının olmadığını, həyatdan bezdiyini bildirmişdir. Onun tanıdığı şəxsləri tanıdığı üçün onunla görüşməyə razı olmuşdur. Müdafiə tərəfi hər tərəfdə onunla təqsirləndirilən şəxs arasında ər-arvad münasibətlərinin olmasını bildirsə də, onların arasında elə münasibət olmamışdır. Təqsirləndirilən şəxs ona silahla hədə qorxu gələrək bildirmişdir ki, əgər ona evdə yer verməsə, onu da, övladlarını da öldürəcək. Silahın şəklini ona “Whatsapp” vasitəsi ilə göndərmişdir. O, qızılları oğurlandıqdan sonra rola girmişdir ki, guya onu sevir. Azad ona əgər onu sevsə qızıllarını geri qaytaracağını demişdir. Təqsirləndirilən şəxs özü də onun Azadı sevmədiyini bilmişdir. Təqsirləndirilən şəxs ona qızılların yerini bildiyini, DTX işçisi olduğunu, qızılların digər əməkdaşlar tərəfindən götürülməsini bildirmişdir. Sona qədər də bu yalanı davam etdirmişdir. O, polisə şikayət etdikdən sonra, polislər onu gətirmiş, Azad əməlini boynuna almamışdır. Polisdə araşdırma zamanı zərgər ortaya çıxdıqdan sonra etiraf etmişdir ki, qızılları oğurlamış və satmışdır. Bundan sonra o, zərgərlə görüşəndə Azadın yalan danışdığını demişdir. O, təqsirləndirilən şəxslə söhbəti bitirmək üçün barışmağa razıdır. Verdiyi ərizəni təsdiqləyir. Qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya baxışı zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsdə evin açarı olmuşdur. Qızılların 90 faizini sumkanın içində yataq otağında saxlamışdır. 2-3 komplekti kassada olmuşdur. Bir dəfə kassa xarab olan zaman, təqsirləndirilən şəxsə kassanı aça bilmədiyini demiş, Azad kassanın batareyasını çıxarmış, kassanın şifrəsini həmin zaman ona bir dəfə demişdir. Azad şifrənin səhv olduğunu demiş, batareyanı çıxarıb taxdıqdan sonra kassanı açmışdır. Sumkasının içində olan qızıllar ortalıqda olmuş, otağının kənarında olmuşdur. Qızılların yerini təqsirləndirilən şəxs bilmişdirdir. Qızılların hamısının dəqiq qiymətini bilmir. Qızıllar ona toyda, nişanda taxılan və əlavə hədiyyə verilən qızıllar olmuşdur. Polis Idarəsində də, qızılların dəqiq qiymətini bilmədiyini bildirmişdir. Özünün aldığı qızıllar olmamışdır. Qızılların ona alınmasına dair şəkilləri göstərmişdir. Qızılların oğurlanmasından 31 mayda məktəbdə qızının şənliyi olan zaman xəbəri olmuşdur. Həmin vaxt çantadan qızıl götürmək istədikdə, qızılların olmadığını görmüşdür. Həmin zaman təqsirləndirilən şəxs 3-4 günlük Qubaya getmiş, Azadın qızılları nə vaxt götürməsindən məlumatı olmamışdır. Qızılların olmadığını gördükdən sonra dərhal 102 zəng mərkəzinə məlumat verməmişdir. Azada yığaraq soruşanda o, götürmədiyini bildirmişdir. Qubadan qayıtdıqdan sonra Azadın telefonunda onun yoldaşının şəklini görmüşdür. Həmin zaman Azad ona DTX-da işlədiyini, vəzifəli ailələrin qızlarını şantaj edərək onlardan pul aldığını, həmin qadının da onlardan biri olduğunu demişdir. Bundan sonra qızılları götürdüyünü etiraf etmişdir. Onun verdiyi məlumatlarda olan qiymətlərin fərqləri qızılların qiymətlərini dəqiq bilmədiyindəndir. Bəzilərinin qiymətini dəqiq bildiyi üçün demişdir. Təqsirləndirilən şəxs onun kartına bir dəfə 300 manat pul atmışdır. Onu da həbsdə olduğu zaman atmışdır. Restoranda olan xərcləri təqsirləndirilən şəxs ödəmişdir. Qiymətli hədiyyə nə o, nə də Azad almamışdır. Vurulmuş ziyanın tam məbləğini bilmir. Ona dəymiş zərərdən heç nə ödənilməmişdir. O, 102 zəng mərkəzinə qızıl oğurlandığını dedikdə ondan məbləğ soruşulmamışdır. Evə gəlib araşdırma aparılmışdır. Onun təqsirləndirilən şəxsi Xızıdan götürməsinin səbəbi Azadın oradan konum atması olmamışdır. Qızılları toyunda, xınada, uşaqlığından verilmiş hədiyyələrdir. Qızılların bəzilərini keçmiş həyat yoldaşı da təsdiqləyə bilər. Azad DTX-da işlədiyini bildirdiyi zaman o, şəxsiyyət vəsiqəsini göstərməsini bildirmiş, Azad da, onların 3-4 vəsiqəsinin olduğunu və adını, soyadını düz dediyini bildirmişdir. Onun yanında bir oğlana yığaraq, qızılları gətirməsini demişdir. Həmin oğlanda da, gətirəcəyini bildirirmişdir. Polis Idarəsində ifadə verən zaman həmin oğlan Azadın belə deməsini istədiyini bildirmişdir. Restoranlarda olan hesabları Azad vermişdir. Onun ad günü keçirilən yaxtanın pulunu bölüşüb vermişdirlər. Istintaq materiallarında olan şəkillərdə görünən qızılların hamısı zərgərə satılmışdır. Ittihamda irəli sürülmüş qızılların məbləğini təqribi demiş, onların neçəyə alınmasına dair çeklər mövcud deyil. Qızılların şəkilləri onda mövcuddur. Qram və əyyarlarını bilmir. Həmin qızılların qram və əyyarını zərgər təsdiq edə bilər. Qismən məhkəmə istintaqı ilə aparılan apellyasiya baxışı zamanı şahid şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qızıl gətirəndə qızıl sahibinin sevgilisi, yaxını olduğunu demişdir. Ona qızıl satanda telefonda kiminləsə məsləhətləşmişdir. Bəzən dəqiqələrlə məsləhətləşdiyi olmuşdur. Kiminlə məsləhət etdiyini dəqiq bilmir, bildiyinə görə sevgilisi ilə məsləhət etmişdir. Azad özü belə demişdir. Hətta elə olmuşdur ki, məsləhət edəndən sonra məhsulu ona satmamış, sonradan gətirib satmışdır. Amma xüsusilə zərərçəkmiş şəxslə məsləhət etdiyini bilmir. Təqsirləndirilən şəxs bir dəfə ona qızıl satanda pulun bir hissəsini karta atmışdır. Səhv etmirsə 1000 manat idi və həmin məbləği təqsirləndirilən şəxsin verdiyi kart hesabına göndərmişdir. Təqsirləndirilən şəxsi əvvəllər tanımamış, ancaq müştəri kimi gələndən sonra tanımışdır. Ümumilikdə onun yanına gəlməsi ay yarım çəkmişdir. Ümumilikdə 24 min neçə manatlıqsa qızıl satmışdır. Qızılları alarkən həmin günün bazar qiyməti ilə dəyərləndirmişdir. Təqsirləndirilən şəxs qızılları ona çox yüksək qiymətə satmışdır. Qızılları satan zaman təqsirləndirilən şəxs istirahətlə bağlı satıldığını demişdir. Bir dəfə nə üçün satdığını soruşmuş, Azad da istirahətə getdikləri üçün satdığını demişdir. Qızılların sevgilisinə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxsin həqiqətən də telefonla danışıb-danışmadığını bilmir, amma kənardan elə görünmuşürdür ki, danışır. Zərərçəkmiş şəxsi tanımır, əvvəl də görməmişdir. Birinci instansiya məhkəməsində görmüşdür. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə onun mağazasına yaxınlaşmamışdır. Istintaq dövründə qızıllarla bağlı şəkillər təqdim etmişdir. Qızılı alan zaman satan şəxsin şəxsiyyət vəsiqəsi ilə təsdiq edirlər və satan şəxs özü də bəyan edir ki, qızıllar onun özünə məxsusdur. Qızılı alan zaman şəxsiyyət vəsiqəsi ilə birlikdə şəklini çəkirlər. Təqsirləndirilən şəxsin qızılları alınan zaman çəkisi, əyyarı barədə qeydiyyat aparılmamışdır. Onun həmin vaxt işçisi olmuş, yeni gəlmişdir. Məhsulların böyük bir hissəsini o, şəxsən almamışdır. Onun məlumatı olmuş, lakin işçisi qəbul etmişdir. Işçi həmin prosesi apara bilmədiyi üçün şəklini çəkməsini demişdir. Həmin şəkilləri istintaqa təqdim etmişdir. Onda alınan bütün məhsulların şəkilləri var. Alınan məhsullara görə pulların əksəriyyətini nəğd şəkildə vermişdir. Bir dəfə pulu karta göndərmişdir. Karta göndərilən qalıq məbləğ, 1000 manat olmuşdur. Qızılları qəbul edən zaman alqı-satqı müqaviləsi bağlamamışdır. O, müstəntiqə ifadə verən zaman ifadəsində məhsullarla bağlı qeydlər etmişdir. Aldığı malı əyyarı ilə qiymətləndirmişdir. Alınan malları jurnala və başqa yerə qeyd etməmiş, şəkillərini çəkmişdir. Satış edərkən çek vurulmuş və satış edilmişdir. Əvvəlki çekləri çıxarmaq mümkündür. Təqsirləndirilən şəxsdən aldığı malların çoxunu lom şəklində satmışdır. 25 minlik mal almış, hardasa 5 minlik malı müştəriyə satmışdır. Qalan məhsulları zərgərlər əritmişdirlər. Rəsmi mühasibatlıq sənədi olaraq təqsirləndirilən şəxsdən alınan bir qisim məhsulun satış çeklərini məhkəməyə təqdim edə bilər. Qızılların oğurluq olması ilə bağlı onda heç bir şübhə yaranmamışdır. Çünki təqsirləndirilən şəxs qızılları çox baha satmışdır. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən şahid qismində məhkəməyə çağırılmış şahid1 məhkəməyə teleqram ünvanlayaraq ifadəsində göstərmişdir ki, ailə həyatı qurarkən Zərərçəkmiş şəxs aldığı və hədiyyə verilmiş qızılların ümumi dəyəri təxminən 200000-250000 manat olmuşdur. Həmin ifadə proses iştirakçılarının razılığı ilə şahid1 ifadəsi kimi qəbul edilmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən Zərərçəkmiş şəxs məxsus “xxxx” tərəfindən verilmiş 4169 7388 9412 **** nömrəli bank kartından 2025-ci ilin aprel-iyul ayları üzrə mədaxil və məxaric əməliyyatlarının çıxarışlarına dair məlumatlar “xxxx” Açıq Səhmdar Cəmiyyətindən götürülməsi qərara alınmışdır. Qərar icra edilmiş və “xxxx” ASC-nin ## #### 2026-cı il tarixli, ****/***/***** nömrəli məktubu ilə Zərərçəkmiş şəxs məxsus “xxxx” tərəfindən verilmiş 4169 7388 9412 **** nömrəli bank kartından 2025-ci ilin aprel-iyul ayları üzrə mədaxil və məxaric əməliyyatlarının çıxarışlarına dair məlumatlar əldə edilmiş, lakin müdafiəçinin göstərdiyi xüsusatlar həmin məlumatlarda aşkar edilməmişdir. Qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən Zərərçəkmiş şəxs ##.##.2025-ci il tarixində, saat 14:06 radələrində 050- 224-24-32 telefon nömrəsi ilə edilmiş müraciətinin səs yazısı və ya məlumatın məzmunun məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq sorğu verilmiş və Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Növbətçi Hissələri Idarəetmə Xidmətinin ##.##.2026-cı il tarixli, 3/2.*****/**** nömrəli məktubunda qeyd edilmişdir ki, arxivlərin saxlanma müddəti bitdiyindən sorğunun icrası mümkün deyildir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətini cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı, həmçinin qismən məhkəmə istintaqı ilə keçirilən apellyasiya icraatı zamanı əldə edilmiş sübutlarla əlaqəli şəkildə təhlil edib, qiymətləndirərək təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, onların əsasları və dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Apellyasiya şikayətində və birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməsə də, işin halları ilə apellyasiya şikayətində qeyd edilənlər öz təsdiqini tapmır, əksinə təkzib edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2011ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən zərərçəkmiş şəxs, şahid ifadələri və iş üzrə toplanmış digər təkzib olunmaz sübutlarla təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə yaşamışdır. 3 ay ərzində Zərərçəkmiş şəxs ilə keçirdikləri vaxtı ancaq əyləncəyə sərf etmişlər. Sonradan Zərərçəkmiş şəxs onun ailəli olduğunu öyrənmiş və aralarında olan münasibətlər pozulmuşdur. Cinayət işi materiallarında qeyd olunan qızılları o, Zərərçəkmiş şəxs razılığı olmaqla “28 Mall” ticarət mərkəzinin yaxınlığında qızıl alqı-satqısı ilə məşğul olan şəxslərə satmışdır. Əqdəm adlı şəxs qızıl alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs razılığı ilə satdığı qızıllardan təxminən 18000 AZN məbləğində pul vəsaiti əldə etmişlər. Zərərçəkmiş şəxs ilə yaşadığına görə sonuncu mütəmadi olaraq ondan evində olan qızıllarını satmağını xahiş etmişdir. Zərərçəkmiş şəxs ilə yaşadığı müddətdə usta kimi fəaliyyət göstərməmiş, həmin müddət ərzində həftə içi Zərərçəkmiş şəxs ilə birlikdə yaşamış, həftə sonlarında isə öz evinə qayıtmışdır. Bütün qızılları “28 Mall” ticarət mərkəzinin yaxınlığında olan Əqdəm adlı şəxsə satmışdır. Qızılların satışı zamanı Zərərçəkmiş şəxs zəng edərək onunla məsləhətləşmiş və hətta mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs satıcı ilə qızılların qiymətini dəqiqləşdirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq göstərmişdir ki, Zərərçəkmiş şəxs sosial şəbəkə üzərindən ona yazmış və bu şəkildə tanış olmuşlar. Bloqer fəaliyyəti ilə məşğul olmamışdır. Sosial şəbəkədə səhifəsi açıq olmuşdur. Ilk başda bir neçə gün sosial şəbəkə üzərindən yazışmışlar, sonra bir-birinə telefon nömrələrini vermiş və “WhatsApp” sosial şəbəkəsi ilə əlaqə saxlamağa başlamışlar. Bir müddət sonra onunla mübahisə etmiş və o, onu sosial şəbəkə üzərindən bloka atmışdır. Sonra Fidan onun telefon nömrəsinə zəng edərək ondan konum atmağını istəmişdir. O da həmin vaxtı DTX silah anbarının tikintisində usta işləmişdir. Konum atdıqdan sonra Zərərçəkmiş şəxs onun yanına gəlmişdir. Bakı şəhəri, Qaradağ rayonunda yaşamışdır. Xızı rayonu ərazisində işləmişdir. Zərərçəkmiş şəxs özünü fəhlə kimi təqdim etmişdir. Zərərçəkmiş şəxs yaşadığı evin açarı onda olmamışdır. Sonuncu evdə olmadıqda həmin evə daxil ola bilməzdi. Zərərçəkmiş şəxs evindən çıxdıqdan sonra ancaq yaşadığı evə getmişdir. Fidan onu evə çağırmadığı təqdirdə həmin əraziyə getməmiş və ya həmin ərazinin yaxınlığından keçməmişdir. Hadisə baş verən müddət ərzində 070-744- 42-46 nömrəsindən istifadə etmişdir. Zərərçəkmiş şəxs bəzən uşaqlarını baxçaya aparanda o, onun evində tək oturmuşdur. Zərərçəkmiş şəxs evində seyfin batareyasını o, dəyişmişdir. Seyfi Zərərçəkmiş şəxs özü açmış və seyfin içində ancaq onun keçmiş ərinə məxsus qol saatı olmuşdur. Satılan qızıllar Zərərçəkmiş şəxs evində kiçik şkafın üstündə olmuşdur. Seyfin içində qızıllar olmamışdır. Ümumilikdə 18000 AZN dəyərində qızıllar satılmışdır. Qızılları satan zaman satıcıya şəxsiyyət vəsiqəsini vermişdir. Axırıncı dəfə onlar Zərərçəkmiş şəxs ilə spirtli içki içərək vaxt keçirmişlər. O, Fidana ailəli olduğunu açıqlamaq qərarına gəlmişdir. Ona ailəli olduğunu dedikdən sonra Zərərçəkmiş şəxs əsəbləşmiş və onlar mübahisə etməyə başlamışlar. Sonra o, evdən çıxıb getmişdir. Növbəti günün səhəri Zərərçəkmiş şəxs telefonla əlaqə saxlayaraq onu polis orqanlarına şikayət edəcəyini bildirmişdir. Təxminən saat 18:00 radələrində Nərimanov RPI-nin 18-ci PŞ-dən zəng edib şöbəyə yaxınlaşmasını bildirmişlər. O, həmin vaxtı Qaradağ rayonunda olduğundan şöbəyə gələ bilməyəcəyini demişdir. Sonra polis əməkdaşları özləri yaxınlaşaraq onu Nərimanov RPI-nin 18-ci PŞ-yə aparmışlar. Polis Şöbəsindən ona zəng gələn zaman hansı səbəbdən şöbəyə yaxınlaşmalı olduğunu soruşduqda, polis əməkdaşı Zərərçəkmiş şəxs evindən ona məxsus olan qızılların oğurluğu ilə bağlı olduğunu ona bildirmişdir. Zərərçəkmiş şəxs ona hər hansı maddi təminat göstərməmişdir. O, inşaat şirkətində işləmişdir. Aylıq əmək haqqı hər ay fərqli olduğundan dəqiq olaraq məbləği deyə bilməmişdir, ancaq təxminən 1000 AZN məbləğində əmək haqqı almışdır. Xızı rayonunda inşaatçı kimi işləmişdir. Həmin işə görə aylıq 1800 AZN əmək haqqı almışdır. Zərərçəkmiş şəxs ilə tanış olduqdan təxminən 10 gün sonra onu işdən çıxarmışlar. Zərərçəkmiş şəxs ilə münasibətdə olduğu 3 ay ərzində öz ailəsinin evində ümumilikdə 10 gün qalmışdır. Zərərçəkmiş şəxs evinin açarı onda olmamışdır. Qayınatasıgildə qalmışdır. Bir həyətdə olan iki evdə yaşamışlar. Zərərçəkmiş şəxs ilə münasibətdə olduğu müddətdə ailəsinə pul vəsaiti göndərmişdir. O, Fidana bağlanmışdır, sonuncu onun ailəli olduğunu öyrəndikdən sonra bütün bu hadisələr baş vermişdir. Zərərçəkmiş şəxs heç bir yerdə işləməmişdir. Satdığı bütün qızıllardan əldə edilən pul vəsaitlərini Zərərçəkmiş şəxs təhvil vermişdir. Həyat yoldaşı onun 3 ay ərzində Zərərçəkmiş şəxs ilə münasibətdə olduğundan xəbərdar olmamışdır. Əqdəm adlı satıcı ondan satmaq istədiyi qızılların kimə məxsus olduğunu soruşmuş və o da onların yaşadığı xanıma məxsus olduğunu bildirmişdir. Ancaq Əqdəm ondan evlilik haqqında şəhadətnamə və ya həmin xanımın əlaqə nömrəsini tələb etməmişdir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə yalan ifadə verir Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2025-ci ilin aprel ayında Tiktok sosial şəbəkəsində Azad ona dayanmadan xatırlamadığı profildən mesajlar göndərmişdir. O, Azadın mesajlarından narahat olduğu üçün öz profilini bağlamışdır. Lakin bir müddət sonra yenidən profilini açmışdır. Bundan sonra Azad yenidən başqa profillərdən onun və ailəsi ilə bağlı bəzi məlumatlar yazmışdır. Artıq o, Azadın onun barəsində çox şey bildiyini görmüş və bu onun diqqətini cəlb etmişdir. Bundan sonra Azadla mütəmadi danışmağa başlamışdır. Azad öz şəklini ona atmış, özünün subay olduğunu, anasının ginekoloq olduğunu, atasının isə olmadığını demişdir. Azad əvvəllər onu tanımadığını bildirsə də, sonradan onu tanıdığını və barəsində çox şey bildiyini demişdir. Azad özünü ona DTX əməkdaşı kimi təqdim etmişdir. Danışıq zamanı Azad onu atası ilə təhdid etmişdir. Bu hərəkətlərindən sonra onunla danışmamış, Azad isə ona yazaraq dediyi yerə gəlmədiyi təqdirdə başına oyun açacağını bildirmişdir. O isə uşaqları ilə tək yaşadığı üçün qorxmuş, onun dediyini etmiş və onun bildirdiyi yerə öz maşını ilə getmişdir. Həmin yer tikinti olan bir yer olmuşdur, Azad özünün şirkətlərinin olduğunu və tikinti ilə məşğul olduğunu bildirmişdir. Həmin yerə gəldiyi vaxt Azad onun maşınına minmiş, o, Azadın maşınının harada olduğunu soruşanda isə Azad maşınını işçilərinə verdiyini bildirmişdir. Bundan sonra o, Azaddan maşınından düşməsini istəsə də, sonuncu düşməmişdir. O, maşını atasıgilə sürəcəyini bildirsə də, Azad yenə də maşından düşməmişdir. O, həmin gün Azadla birlikdə evə qədər gəlmişdir. Həmin vaxtdan sonra Azad daima onun yaxınında olacağını bildirmiş və onun evində qalmağa başlamışdır. Bu vaxt qızılların bir qismi dolabda olan çantanın içində, digər qismi isə seyfdə olmuşdur. Azad qızıl əşyalarını saxladığı dolabda olan çantanın və seyfin yerini öyrənmişdir. Təxminən 2025-ci ilin may ayının əvvəllərində seyfin batareyasını da Azad yenisi ilə dəyişmiş və həmin vaxt o, seyfin kodunu Azada demişdir. Həmin müddət ərzində mənzildə olmadığı vaxtlar Azad orada tək qalmış, evə və evin otaqlarına sərbəst giribçıxmışdır. ## ### 2025-ci il tarixdə, saat 11 radələrində evdə olan zaman o, mənzilinin yataq otağındakı əl çantasını açaraq içərisinə baxanda qızıllarının yerində olmadığını görmüş, dərhal seyfə baxmış və orada da qızılların yerində olmadığını görmüşdür. Həmin vaxt Azad işi ilə bağlı Qubaya getmişdir. Azaddan şübhələndiyindən həmin gün ondan bu barədə soruşanda əvvəlcə etiraf etməmiş, qızılların onda olmadığını bildirmişdir. Bir müddət sonra o, DTX işçisi kimi videoçəkilişi aparmaq üçün göndərildiyini, ancaq onun elə qadın olmadığı üçün bunu etmədiyini bildirərək digər DTX əməkdaşlarının buna görə onunla prinsip apardığını və qızılları onların apardığını bildirmişdir. Azad həmin qızılları geri qaytaracağını bildirmişdir. O, güya DTX əməkdaşı olan, sonradan Azadın tanışı olduğunu bildiyi şəxsə teztez zəng edərək qızılları gətirməsini bildirmişdir. O isə qızılları geri qaytarmaq üçün güya Azadı sevdiyini göstərmişdir. Ancaq vaxt keçdikcə qızılların geri qayıtmayacağını görmüşdür. Bir gün Azad xəstəxanada olduğunu və ürək əməliyyatı olacağını bildirərək xəstəxanadan şəkil göndərmişdir. Həmin şəklin internet şəkili olduğunu bildikdən sonra artıq qızıllarla bağlı polisə şikayət etmişdir. Azada polisə şikayət etdiyini bildirəndə o, polisləri təhqir edərək onun vəzifəli şəxs olduğunu, əmisinin vəzifədə olduğunu və heç kəsin ona heç nə edə bilməyəcəyini bildirmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, o, iki uşağı ilə birlikdə yaşamışdır. Azad 2025-ci ilin aprel ayından onun evində yaşamağa başlamışdır. Azad o və uşaqlar evdə olan zaman evə gəlmişdir. O, işi olanda getmiş, Azad isə evdə tək qalmışdır. Qardaşı Türkiyədə oxuyur. Azad ona şirkətlərinin olduğunu bildirmişdir. Azad əməkhaqqı ilə bağlı ona heç nə deməmişdir. Münasibətdə olduqları müddətdə Azadla restorana getdikləri vaxt pulu Azad verirdi. Onun tanışının yoldaşı DTX-da işləyirdi, ondan Azadı soruşan vaxt sonuncu DTX-da belə bir şəxsin işləmədiyini bildirmişdir. Azad həmin ərəfələrdə daima onun evində qalmışdır. Azad əvvəllər qızılları onun götürmədiyini, sonradan isə həmin qızılları DTX əməkdaşlarının götürdüyünü bildirmişdir. Qızıllar yataq otağında çantada və seyfdə olmuşdur. Azad seyfin harada olduğunu bilirdi. Seyfi düzəldən zaman onun kodunu Azada demişdir. Qızılların çoxunu toyda ona hədiyyə etmişdilər. Qızılların qiymətini təxminən bilirdi. Qızılların bir qismini istifadə edirdi. O, qızılların oğurlanması ilə bağlı 102 xidmətinə zəng etmişdir. Azadın evli olduğunu müstəntiq demişdir. Qızılların siyahısını polisə ifadə verən zaman bildirmişdir. Azad ilə aralarındakı münasibət sevgi münasibəti deyildi. Azad onu döyürdü. 102 xidmətinə zəng edərək qızıllarının Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bildirən zaman oğurlanan qızılların hansı məbləğdə olduğunu dediyini xatırlamır. Təqsirləndirilən şəxs onu həm aralarında sosial şəbəkədə olan yazışmalarında, həm də üzüzə görüşlərində şantajla hədə-qorxu gəlmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə yaşamamışdır. Sadəcə olaraq o, evinə zorla daxil olmuş, DTX-nin əməkdaşı olduğunu bildirmiş və evi tərk etməyəcəyini demişdir. Təqsirləndirilən şəxs yalan ifadə vermişdir. Onların onunla ər-arvad münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs qızılları satmaq üçün verməmişdir. Təqsirləndirilən şəxs bank kartına pul vəsaiti göndərməmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə bir neçə dəfə kafeyə getmişlər. Təqsirləndirilən şəxs hər hansı hədiyyə almamışdır. Saatı 800 AZN məbləğində pul müqabilində “Yaxta” götürmüşlər. Ancaq ödənişi o, etmişdir. Azad ümumiyyətlə onunla olan zaman pul xərcləməmişdir. Təqsirləndirilən şəxs qızıllarını oğurladığını “Yaxta” sifariş verməzdən qabaq bilmişdir. Təqsirləndirilən şəxs onun qızıllarını oğurladığını etiraf etməsi üçün sonuncuya sevgi və qayğı göstərmişdir. Təqsirləndirilən şəxs qızılları seyfdən götürdüyünü ona etiraf etmişdir. Ancaq onun qızılları qaytarmaq məqsədi olmadığı üçün nəticədə polis orqanlarına müraciət etmişdir. Təqsirləndirilən şəxs ilə birlikdə əylənmək məqsədi ilə “Rentacar”a müraciət etməmişdir. Övladları ilə birlikdə Qəbələ rayonuna getmişdir. Təqsirləndirilən şəxs zorla onlara qatılmış və onlarla birlikdə Qəbələ rayonuna getmişdir. Lombard işçisi tərəfindən onun bank kartına pul vəsaiti köçürülməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü görməmişdir. Idarədə aşkar olunan qızılların içərisindən ona məxsus olan qızıl komplektlər də olmuşdur. Həmin qızıllar ona toyunda hədiyyə olunmuşdur. Ibtidai istintaq zamanı qızılların ona məxsus olması barədə, həmin qızılların ona toyunda hədiyyə olunması barədə şəkilləri təqdim etmişdir. Artıq polis əməkdaşları Təqsirləndirilən şəxs saxladıqdan sonra səhv etmirsə, onun yeznəsi onunla əlaqə saxlayaraq dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təxminən 5000 AZN məbləğində pul vəsaiti təklif etmişdir. Təqsirləndirilən şəxs ilk dəfə onun maşınına əyləşəndə ona odlu silahla hədə-qorxu gəlmişdir. Onun iki övladının olduğunu bildiyini və ona mane olacağı təqdirdə övladlarının və onun aqibətinin yaxşı olmayacağını demişdir. Həmçinin Azad ona bıçaqla hədə-qorxu gəlmişdir. Bundan başqa Azad ona xəsarət də yetirmişdir. Hadisəyə qədər polisə müraciət etmədiyi üçün adının polis orqanlarında hallanmaması məqsədi ilə, həmçinin qorxduğu üçün polis orqanlarına müraciət etməmişdir. Hadisə baş verən ərəfədə o, artıq keçmiş əri ilə boşanmışdır. Ailə üzvlərindən atası olmuşdur. Atasının baş verən hadisə ilə bağlı məlumatı olmamışdır. Polis Idarəsində o, özü polis əməkdaşlarından atasını bu hadisə ilə bağlı narahat etməmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona hədə-qorxu gəldiyindən sonuncuya mane ola bilməmiş və yaşadığı evə daxil olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında intim münasibət olmuşdur. Aralarında baş verən intim münasibət nə hədə-qorxu əsasında, nə də könüllü razılıq əsasında baş verməmişdir. Təqsirləndirilən şəxs onu bir neçə dəfə döymüşdür. Təqsirləndirilən şəxs qohumlarından heç kəsi tanımır. Keçmiş həyat yoldaşı bankda işləmişdir. Boşandıqdan sonra evə baxmağa atası köməklik göstərmişdir. Iki övladı üçün 500 AZN məbləğində aliment almışdır. Keçmiş həyat yoldaşı hərdən bir evə gəlmişdir. Ancaq Təqsirləndirilən şəxs ilə baş verən hadisələrin ərəfəsində o, evə gəlməmişdir. Sonuncu qızılları oğurladıqdan sonra münasibətləri təxminən 15 gün davam etmişdir. Həmin ərəfədə qızılları qaytarmasa onu polisə şikayət edəcəyini Azada bildirmişdir. Azad narahat olmamağını, polisə müraciət etməməsini demiş və qızılları qaytaracağını bildirmişdir. Hətta ona bir nəfər tez-tez “bir neçə günə qızıllar səndə olacaq” məzmunlu səslər atmışdır. Ancaq həmin şəxs polisə çağırılan zaman sözügedən səsləri atmağa onu Təqsirləndirilən şəxs məcbur etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qohumlarının əksəriyyətinin yüksək vəzifələrdə olduğunu, əmisinin DTXnin rəisi olduğunu, ailədə iki qardaş və bir bacı olduqlarını ona bildirmişdir. Təqsirləndirilən şəxs əmisi onun bank kartına 300 AZN məbləğində pul vəsaiti göndərmişdir. Bununla bağlı o, polis Idarəsində ərizə yazmışdır. Təqsirləndirilən şəxs ödəniş edilməsi üçün onun əmisinə bank kartının nömrəsini atmasını ondan xahiş etmişdir. Ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ünvan 1 ünvanda yaşayır. Təqsirləndirilən şəxs təxminən 2025ci ilin aprel ayından etibarən tanımış, sonuncu ilə sevgili kimi münasibətləri olmuş, ədavət və ya düşmənçiliyi olmamışdır. Belə ki, təxminən 2025-ci ilin aprel ayında Tik-tok sosial şəbəkəsində Azad ona dayanmadan xatırlamadığı profilindən mesajlar göndərmişdir. O, Azadın mesajlarından narahat olduğu üçün öz profilini bağlamışdır. Lakin, bir müddət sonra yenidən profilini açmışdır. Bundan sonra Azad yenidən başqa profillərdən onun və ailəsilə bağlı bəzi məlumatlar yazmışdır. Artıq Azadın onun barəsində çox şey bildiyini görmüş və diqqətini cəlb etmişdir. Bundan sonra Azadla mütəmadi danışmağa başlamışdır. Azadla münasibət saxladıqca sevgili olmuşlar və tez-tez görüşməyə başlamışlar. Azad özünün ona DTX əməkdaşı kimi təqdim etmişdir. Sonra isə Azad təxminən 2025-ci ilin aprel ayının ortalarından 2025-ci ilin iyun ayının əvvəllərinə kimi olan müddət ərzində yaşadığı evdə onunla birlikdə yaşamağa başlamışdır. Azad evində qaldığı müddətdə mənzilin açarının bir nüsxəsini də sonuncuya vermiş, həmçinin Azad qızıl əyşalarını saxladığı dolabda olan çantasının və seyfin yerini öyrənmişdir. Təxminən 2025-ci ilin may ayının əvvəllərində seyfin batareyasını da Azad yenisi ilə dəyişmiş və həmin vaxt o, seyfin kodunu Azada demişdir. Həmin müddət ərzində o, mənzildə olmayan vaxtlar Azad orada tək qalmış, evə və evin otaqlarına sərbəst girib-çıxmışdır. ##.##.2025-ci il tarixdə, saat 11 radələrində evdə olan zaman mənzilinin yataq otağındakı əl çantasını açaraq isərisinə baxanda qızıllarının yerində olmadığını görüb dərhal seyfə baxmış və orada da qızılların yerində olmadığını görmüşdür. Azaddan şübhələndiyindən həmin gün sonuncudan bu barədə soruşanda əvvəlcə etiraf etməmiş, sonra isə qızılları götürdüyünü, sataraq pulunu xərclədiyini və qızılların pulunu qaytaracağını demişdir. Azadla sevgili olduqlarından sonuncuya inanıb qaytaracağım düşünmüş və şikayət etməmişdir. Sonradan isə Azadın qızıllarımı qaytarmadığını və bəhanələr gətirdiyini görüb ##.##.2025-ci il tarixdə sonuncunun barəsində Azərbaycan Respublikası DIN-in 102 zəng xidmət mərkəzinə şikayət etmişdir. Azad ona məxsus 2 ədəd sırğa 1 ədəd üzükdən ibarət 7000 manat dəyərində yaşıl rəngli qaşı olan qızıl dəsti, 2 ədəd sırğa 1 ədəd boyunbağı 1 ədəd aralıq (klon) 1 ədəd üzükdən ibarət 6000 manat dəyərində qızıl “Pələng” dəstini, üzərində 5 ədəd brilliant qaşı olan 10000 manat dəyərində qızıl üzüyü, hər biri 1500 manata olmaqla ümumilikdə 4500 manat dəyərində üzərində brilliant qaşları olan 3 ədəd qızıl üzüyü, 1 ədəd boyunbağı 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd qolbaqdan ibarət 3000 manat dəyərində qırmızı rəngli qaşları olan qızıl dəsti, 1500 manat dəyərində 1 ədəd üzəri naxışlı olan qızıl üzüyü, 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd üzükdən ibarət 5000 manat dəyərində top formalı qızıl dəsti, 1 ədəd boyunbağı 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd qolbaq 1 ədəd üzükdən ibarət 40000 manat dəyərində üzərində brilliant qaşlar olan ağ qızıldan dəsti, 1 ədəd boyunbağı 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd qolbaq 1 ədəd üzükdən ibarət 40000 manat dəyərində üzərində brilliant qaşlar olan qızıl dəsti, 8000 manat dəyərində ağ qızıldan qolbağı, ümumilikdə 1500 manat dəyərində üzərində uşaq adları yazılan 4 ədəd qızıl boyunbağılarını 4500 manat dəyərində üzərində brilliant qaşlar olan ağ qızıldan 2 ədəd sırğanı. 5000 manat dəyərində üzərində qırmızı rəngli brilliant qaşları olan 2 ədəd qızıl sırğanı, 500 manat dəyərində üzərində brilliant qaşları olan 1 ədəd ağ qızıldan üzüyü, 500 manat dəyərində 2 ədəd sallanan qızıl sırğanı, 600 manat dəyərində üzərində bəyquş şəkli olan 1 ədəd qızıl qəpiyi, 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd boyunbağından ibarət 3000 manat dəyərində qızıl uşaq dəstini, 800 manat dəyərində sarı-ağ qızıllı 1 ədəd qolbağı, 4500 manat dəyərində ağ qızıldan olan kəpənək formalı 2 ədəd sırğanı, 500 manat dəyərində 1 ədəd qızıl qolbağı, 400 manat dəyərində üzərində ərəb dilində Allah sözü yazılmış 1 ədəd qızıl aralığı, 10000 manat dəyərində 2 ədəd “Van Cleef’ markalı sallanan qızıl sırğanı, 1500 manat dəyərində üzərində brilliant qaşları olan 1 ədəd qızıl kişi üzüyünü, 800 manat dəyərində 1 ədəd qızıl kişi üzüyünü, 800 manat dəyərində ağ qızıldan olan 1 ədəd kişi boyunbağını, 1000 manat dəyərində üzərində ürək formalı qızıllar olan 1 ədəd qızıl üzüyü, 1000 manat dəyərində “A” hərfi formasında üzərində brillinat qaşlar olan qızılı, 1500 manat dəyərində birləşmiş formada ikili ağ-sarı qızıllı 1 ədəd boyunbağını, 600 manat dəyərində 1 ədəd yumru formada qızıl boyunbağını, müxtəlif rəngli qaşları olan 2 ədəd sırğa 1 ədəd aralıq 1 ədəd boyunbağı 1 ədəd üzükdən ibarət 2500 manat dəyərində qızıl dəsti, 800 manat dəyərində 1 ədəd qızıl uşaq qolbağım, 800 manat dəyərində 1 ədəd yumru formada ağ-sarı rəngli qızıl boyunbağını və 600 manat dəyərində 2 ədəd qızıl uşaq sırğasını oğurlamaqla ona ümumilikdə 168700 manat məbləğində maddi ziyan vurmuşdur. Qızılların çəkisi və əyarını dəqiq xatırlamamış, xatırladığı qədəri ilə qızılların hamısı 750 əyarlı, Italiya istehsallı olmuşdur. Azərbaycan Respublikası DIN-in 102 zəng xidmət mərkəzinə müraciət edərkən, həmçinin ərizə verən zaman oğurlanan qızılların sayı və məbləğini dəqiqləşdirməmiş, ona görə də 102-yə məlumat verən zaman 150000 manat, ərizə verən zaman isə 87000 manat maddi ziyan dəyməsini göstərmişdir. Hazırda isə Azad tərəfindən oğurlanmış qızılların sayı və qiymətini dəqiqləşdirdiyindən ona ümumilikdə 168700 manat məbləğində maddi ziyan dəyməsini bildirmişdir. Azad ona məxsus çantadan və seyfdən qızıllar oğurlamışdır. Azada çantasından və ya seyfdən qızıl götürüb satmasını, ümumiyyətlə götürməsini heç vaxt deməmiş, Azada satması və ya istifadə etməsi üçün qızıl verməmiş, Azad onun məlumatı və icazəsi olmadan seyfdən və çantasından qızıl əşyalarını oğurlayıb satmış, əldə etdiyi pulları da hara istifadə etməsindən məlumatı olmamışdır. O, Azada üzərində bayquş şəkli olan qəpik formalı qızılı çantasından götürüb satmasını deməmiş, Azad hər hansı qızıl alqı-satqısı ilə məşğul olan şəxslə onu öz telefonu ilə danışdırmamış, Ibrahim adlı şəxsi ümumiyyətlə tanımamışdır (cild 1, iş vərəqi 100-103). Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş şahid3 ifadəsində göstərdi ki, Nəsimi rayonu, Füzuli küçəsində mağazası var, orada fərdi sahibkarlıqla, yəni qızıl alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs mağazaya yaxınlaşaraq gətirdiyi qızılları pul vəsaiti ilə əvəz etmək istəmişdir. Ibtidai istintaq zamanı ifadəsində qızılların miqdarını qeyd etmiş, ancaq hal-hazırda miqdarı dəqiq xatırlamır. Gətirilən qızılların qarşılığında ümumilikdə Təqsirləndirilən şəxs 25000-26000 manat pul verilmişdir. Təqsirləndirilən şəxs qızılları pul vəsaitinə dəyişdirmək üçün bir neçə dəfə mağazaya yaxınlaşmışdır. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı şahid şahid3 məhkəmədə ona verilən sualları cavablandıraraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qızılların onun sevgilisinə məxsus olduğunu bildirmişdir, ancaq həmin xanımın həqiqətən də onun sevgilisi olduğu barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs qızılları pul vəsaitinə dəyişdirmək üçün təxminən 5 dəfə mağazaya yaxınlaşmışdır. Onlara gətirilən qızılların həqiqətən kimə məxsus olmasını müəyyənləşdirmək üçün qızılları gətirən şəxslərdən bu barədə sual soruşmuşdur. Təqsirləndirilən şəxs mağazada olan zaman bir neçə dəfə telefonla əlaqə saxlayaraq kiməsə qızılların hansı qiymətə satılacağı barədə məlumat verdiyinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs qızılları pul vəsaitinə dəyişdirmək üçün özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Təqsirləndirilən şəxs onun gətirdiyi qızılları aşağı qiymətə almamışdır. Polis orqanları qızılların mənbəyini araşdırmaq kimi məsuliyyəti onlara həvalə etməmişdir. Qızılları gətirən şəxs özünə məxsus şəxsiyyət vəsiqəsini təqdim etmədiyi təqdirdə onlar həmin qızılları qəbul etməmiş və həmin şəxslə qızıl alqı-satqısı etməmişlər. Mağazası Nəsimi rayonu, Füzuli küçəsində yerləşmişdir. Təqsirləndirilən şəxs gətirdiyi qızılları qəbul etdiyi hər dəfəsində ona müvafiq sənədə imza çəkdirmişdir. Təqsirləndirilən şəxs qızılları ağlabatan qiymətə almışdır. Təqsirləndirilən şəxs ona dəst qızıllar verməmişdir. Bir dəfəsində Təqsirləndirilən şəxs qızılları alan zaman pul vəsaitinin bir hissəsini nağd şəkildə, digər hissəsini isə onun ona göndərdiyi bank kartı hesabına köçürmüşdür. Ancaq həmin haldan başqa Təqsirləndirilən şəxs pul vəsaitini nağd şəkildə vermişdir. Qızıl alqısatqısı ilə təxminən 2021-ci ildən bəri məşğul olmuşdur. Təcrübəsində ona gətirilən qızılların polis orqanlarının araşdırması nəticəsində oğurlanmış qızılların olduğu hallarını müşahidə etmişdir. Təqsirləndirilən şəxs dediyinə görə onun sevgilisinin şəxsən mağazaya gələrək qızılların alqı-satqısını həyata keçirməsini Azada təklif etməmişdir. Təqsirləndirilən şəxs ona, dediyinə görə sevgilisinin adını və soyadını deməmişdir. Təqsirləndirilən şəxs mağazada özünü sərbəst apardığından onda həmin qızılların ona məxsus olmayacağı barədə şübhə yaranmamışdır. Polis orqanları onlardan ancaq alqı-satqı zamanı şəxslərdən onların şəxsiyyət vəsiqələrini təqdim etmələrini və həmin sənədlərin nüsxələrini çıxartmaqlarını tələb etmişdir. Təqsirləndirilən şəxs aldığı qızılları təxminən 1 ay ərzində 3 şəxsə satmışdır, ancaq həmin şəxsləri xatırlamamışdır. Ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı tədqiq edilərək sübut kimi qəbul edilmiş şahid şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, sonradan adını bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamışm, onunla heç bir münasibəti olmamışdır. Təxminən 2 ildir qohumu şahid3lə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsində yerləşən mağazada qızıl və gümüş əşyalarının alqı-satqısı ilə məşğul olurlar. Ibrahimlə birlikdə işlədiklərindən mağazada bəzən o, bəzən isə Ibrahim tək olmuşdur. ##.##.2025-ci il tarixdə Azad mağazaya gəlib 2 ədəd qızıl üzük, 1 ədəd ağ qızıldan qızıl boyunbağı, 2 ədəd top formalı qızıl sırğanı ona göstərmiş və satmaq istədiyini demişdir. O, qızıllara baxıb qaşlarını çıxmaq şərti ilə tərəzidə çəkmiş və ümumilikdə çəkisinin 20 qram olmasını müəyyən etmişdir. Sonra isə Azada həmin qızıllara görə cəmi 2400 manat pul verəcəyini demiş, sonuncu da onunla razılaşıb pulu alaraq çıxıb getmişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə Azad yenə də mağazaya gəlib ona 2 ədəd top formalı qızıl sırğanı göstərib satmaq istədiyini demişdir. O, həmin qızıllara baxıb çəkmiş və Azada həmin qızıllar üçün 1800 manat pul vermişdir. Bundan sonra ##.##.2025-ci il tarixdə Azad yenə də mağazaya gəlib ona 1 ədəd qızıl dəsti, 2 ədəd qızıl sırğanı, 1 ədəd qızıl boyunbağı və 1 ədəd qızıl qolbağı göstərib satmaq istədiyini demiş, o, həmin qızıllara baxıb çəkərək ümumi çəkisinin 28 qram olmasını müəyyən etmiş və sonuncuya həmin qızıllar üçün ümumilikdə 3000 manat pul vermişdir. ##.##.2025-ci il tarixdə Azad yenə də mağazaya gəlib ona üzərində 3 ədəd qaşları olan ağ qızıldan 1 ədəd üzüyü və 2 ədəd qızıl sırğanı göstərib satmaq istədiyini demişdir. O, həmin qızıllara baxıb çəkmiş və Azada həmin qızıllar üçün ümumilikdə 8000 manat pul vermişdir. ##.##.2025-ci il tarixdə Azad mağazaya gəlib ona üzərində ürək formalı qızıllar olan 1 ədəd qızıl üzüyü, 1 ədəd ağ qızıldan sırğanı və 1 ədəd ağ qızıldan ulduz formalı qızılı göstərib satmaq istədiyini demişdir. O, qızıllara baxıb çəkmiş və Azada həmin qızıllar üçün cəmi 800 manat ödəniş etmişdir. Bundan əlavə Azad yadımda qalmayan tarixlərdə ona qızıl-ziynət əşyaları gətirib satmışdır. Azad qızıl-ziynət əşyalarını “lom” qiyamətinə almışdır. Azaddan qızılları alan qızıllarla birlikdə sonuncunun şəxsiyyət vəsiqəsinin də şəklini mobil telefonu vasitəsilə çəkmiş, lakin sonradan mobil telefonunda nasazlıq yarandığından fotoşəkillərin bir qismi silinmiş, qalan şəkilləri isə ifadəsinə əlavə etməklə təqdim etmişdir. Təqsirləndirilən şəxs aldığı qızıl-zinət əşyalarını hamısını tanımadığı şəxslərə satdığından təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs hər dəfə gələndə yanında heç kim olmamışdır. Azad həmin qızılların birlikdə yaşadığı qadına məxsus olduğunu, həmin qadının da satması üçün ona verdiyini bildirmiş, oğurladığını deməmişdir (cild 1, iş vərəqi 116-118). Cinayət işinin materiallarında olan protokoldan görünür ki, zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onların aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs bir daha istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 156-159). Cinayət işinin materiallarında olan şahid şahid3lə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onların aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı şahid3 bir daha istintaqa verdiyi ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı bildirmişdir (cild 1, iş vərəqi 160-162). Cinayət işinin materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” ##.##.2025- ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisəsi baş vermiş yer Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanıdır. Baxış zamanı Zərərçəkmiş şəxs mənzilin yataq otağında yerləşən dolabdakı qadın çantasını və boz rəngli seyfi göstərərək Təqsirləndirilən şəxs tərəfindən həmin çantadan və seyfdən ona məxsus qızılzinət əşyalarının oğurlandığını bildirmişdir (cild 1, iş vərəqi 8-11). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” ##.##.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şahid3 təqdim etdiyi 5 vərəqədə fotoşəkillərdə Təqsirləndirilən şəxs məxsus “AA1242811” seriya və nömrəli “Təqsirləndirilən şəxs” FIN kodlu şəxsiyyət vəsiqəsinin, 1 ədəd üzərində bayquş şəkli olan qızıl qəpiyin, üzərində ağ qaşlar olan ağ qızıldan 1 ədəd qolbağın, üzərində ağ qaşlar olan ağ qızıldan 2 ədəd sırğanın, üzərində qaşları olan ağ qızıldan 1 ədəd üzüyün, ağ qızıldan 1 ədəd boyunbağının, ağ qızıldan 1 ədəd klonun, 1 ədəd ağ qızıldan üzüyün, 1 ədəd ağ qızıldan üzüyün, 1 ədəd şir formalı klonun, 2 ədəd boyunbağının, üzərində qaşlar olan ağ qızıldan 2 ədəd sırğanın, 1 ədəd üzərində qaşlar olan ağ qızıldan üzüyün, 2 ədəd üzərində qaşlar olan sırğaların, 1 ədəd şir formalı üzüyün, 2 ədəd sırğanın, 1 ədəd üzərinə ərəb dilində Allah sözü yazılmış klonun, 1 ədəd üzüyün, 1 əd “Gucci” nişanlı klonun və 2 ədəd boyunbağının əks olunması müəyyən olunmuşdur. Həmin 05 vərəqədə fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 110- 115). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi və götürmə haqqında” ##.##.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şahid2 təqdim etdiyi 5 vərəqdə fotoşəkillərdə Təqsirləndirilən şəxs məxsus “AA1242811” seriya və nömrəli, “Təqsirləndirilən şəxs” FIN kodlu şəxsiyyət vəsiqəsinin, 2 ədəd qızıl üzüyün, 1 ədəd ağ qızıldan qızıl boyunbağının, 2 ədəd top formalı qızıl sırğanın, 2 ədəd top formalı qızıl sırğanın, 1 ədəd qızıl dəstin, 2 ədəd qızıl sırğanının, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağın, üzərində 3 ədəd qaşları olan ağ qızıldan 1 ədəd üzüyün, 2 ədəd qızıl sırğanın, üzərində ürək formalı qızıllar olan 1 ədəd qızıl üzüyün, 1 ədəd ağ qızıldan sırğanın və 1 ədəd ağ qızıldan ulduz formalı qızılın əks olunması müəyyən olunmuşdur. Həmin 5 vərəqdə fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyindən götürülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 120-125). Birinci instansiya məhkəməsi ittiham hökmü çıxararkən yuxarıda sadalanan sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, ittiham tərəfindən oğurluq əməlinə dair təqdim edilən sübutların yolverilməzliyini mübahisələndirən müdafiə tərəfi yalnız ehtimallara söykənmişdir və şikayətin aidiyyəti dəlilləri sübutun yolverilməzliyinin əsası qismində çıxış edə bilməz. Belə ki, birinci instansiya məhkəməsi şəxsin əməlində oğurluğa dair cinayət tərkibinin əlamətlərinin olmasının sübuta yetirilməsi barədə düzgün nəticəyə gəlmişdir. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətləri haqqında protokollar və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ibtidai istintaq zamanı, birinci instansiya məhkəməsində işə baxılarkən tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən göründüyü kimi məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi barədə nəticəyə gələrək onu həmin maddələrlə məhkum edərkən konkret sübutlara və işin faktiki hallarına əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai istintaq orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Ibtidai istintaq orqanı tərəfindən toplanmış, birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş, həmçinin apellyasiya baxışı zamanı aparılan məhkəmə icraatında əldə edilmiş sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud deyildir. Bu barədə məhkəmənin hökmündə təqdim olunan sübutlar tədqiq edilmiş, sübutlara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər … cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Apellyasiya instansiya məhkəməsində məhkəmə baxışı zamanı məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxmış birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edərək məhkum edilmiş şəxsin ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamış və bu sübutların hər birinin mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi qiymətləndirilərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası həmçinin təyin olunmuş cəza ilə bağlı hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə cəza təyin edilərkən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi və ağırlaşdıran halların olmamasını müəyyən edərək, ona Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir ki, məhkəmə kollegiyası təyin edilmiş həmin cəzanı ədalətli və qanuni hesab edir. Azərbaycan Respublikası CPM-nin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməsinə dair təqsirləndirilən şəxsin və müdafiəçisinin çıxışını, məhkəmə hökmünün dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılması barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin çıxışını dinləyib apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq şikayətin təmin olunması üçün əsaslar müəyyən etmir və ona görə də hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, ibtidai araşdırma zamanı, həmçinin açıq, qərəzsiz, obyektiv və ədalət mühakiməsinin başqa prinsiplərinə əməl edilməklə keçirilmiş məhkəmə baxışında məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququ, həm də Azərbaycan Respublikasının Konstitusiyasında, beynəlxalq müqavilələrdə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Qanunvericiliyində, o cümlədən CPM-nin 91-ci maddəsində nəzərdə tutulmuş digər hüquqları tam həcmdə təmin edilmiş və məhkəmə baxışı zamanı hər hansı kobud prosessual qanun pozuntusuna yol verilməmişdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398.1.1, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kоllegiyası, QƏRARA ALDI: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar