Məhkəmə qərarları › İş №1(3-6)-582/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №1(3-6)-582/2026

21.05.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 1(3-6)-582/2026 21.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Murad Akif oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimov Zamin Vəliyəddin oğlu və Babayev Qədim Xalid oğlundan ibarət tərkibdə, Nağıyeva Milana Varis qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə Idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1- ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin ## #### 2026-cı il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim X1 (sədrlik edən), X4 və X2 ibarət tərkibdə,) ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı hökmü ilə ## ###### 1987-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində biri azyaşlı olmaqla 2 (iki) yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2014-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263- 1.3-cü maddəsi ilə təqsirli bilinib həmin məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ## ###### 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, lakin məhkum olunduğu əlavə cəzasını çəkməmiş və qanunla müəyyən edilmiş qaydada həmin cəzadan azad edilməmiş, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, Masallı rayonu Şərəfə kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Xidmətin Bakı Istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2014-cü il tarixli, *(***)- ***/**** nömrəli hökmü ilə təyin edilmiş 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu ## #### 2025-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması hökm edilmişdir. Hökmlə, həmçinin, qətimkan, maddi sübut və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir. Işin halları: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs, qanunsuz olaraq külli miqdarda 2,626 qram çəkidə psixotrop maddə olan metamfetamini məlum olmayan tarixdə və vaxtda, məlum olmayan mənbədən satış məqsədi olmadan əldə edib özündə saxlamaqla daşımış, Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və Cinayət-Axtarış Şöbəsinin (bundan sonra mətndə - Nəsimi RPI-nin NMB və CAŞ) əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ## #### 2025-ci il tarixdə, saat 12:28-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynindəki şalvarın cibindən 1(bir) bükümdə təmiz çəkisi 2,626 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür Hökmdən dövlət ittihamçısı dövlət ittihamçısı2 apellyasiya protesti verib Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmünün cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasına görə, cəzanı ağırlaşdıran hal kimi cinayətin residivi müəyyən olunaraq, residivə görə və hökmlərin məcmusu üzrə təklif etdiyim hədlərdə qəti cəza təyin edilərək, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilərək dəyişdirilməsini xahiş etmişdir. Hökmdən apellyasiya şikayəti verilməmişdir. Apelyasiya protestinin dəlilləri, etirazlar və tərəflərin çıxışları: Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # #### 2013-cü il tarixli hökmü ilə CM-in 234.1 -ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin # ###### 2013-cü il tarixli qərarı ilə cəzası 1 il 6 aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarı ilə çəkilməmiş cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2014-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 76.6.2-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin # ###### 2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarı ilə çəkilməmiş 2 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM- in 67.1 -ci maddəsinə əsasən yeni təyin edilmiş əsas cəzaya Bakı Apellyasiya Məhkəməsinin # ###### 2013-cü il tarixli qərarı ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 2 ay 24 günü qismən birləşdirilərək ona qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2014-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış və ## ###### 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild 1, i.v. 98-100; 102- 118) Habelə məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilmiş cinayət əməlinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas cəzaya CM-in 76.6.2 və 67.1 -ci maddələrinə əsasən əvvəllər qəsdən törətdiyi cinayət əməlinə görə başqa hökmlə məhkum edildiyi, lakin çəkilməmiş qalmış azadlıqdan məhrum etmə növündə əsas cəza birləşdirilməklə o, qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Təqsirləndirilən şəxs qeyd edilən hökmlə məhkum edildiyi əsas cəzası ## ###### 2019-cu il tarixdə tam icra edildiyinə görə azad edilmiş, lakin onun məhkum edildiyi 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza isə sürücülük vəsiqəsinin müvafiq icra hakimiyyəti orqanına təhvil verilməməsi səbəbindən hazırkı dövrədək icra edilrməmişdir.(Cild 2) Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır və ehtiyatsızlıqdan ağır cinayət əməllərinə görə hökmlərin məcmusu qaydasında məhkum edildiyi azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkib qurtarsa da, ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası çəkilməmiş qalmış və yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Apellyasiya protestinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı verilmiş apellyasiya protestinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün cinayət qanunu normasının düzgün tətbiq etməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi müdafiəçi1 verilmiş apellyasiya protesitinin təmin edilməməsini xahiş etmişdilər. Hüquqi məsələlər: Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edir ki, apellyasiya protesti təmin edilməli, Bakı Ağır Cinayətlər Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələbinə görə isə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Verilmiş apellyasiya protestindən göründüyü kimi təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin sübuta yetirilib-yetirilməməsi və cinayətin hüquqi tövsifi mübahisələndirilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli şahidlərin ifadələri, şəxsi axtarış və baxış protokolu, ekspertiza rəyi və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in 143-145-ci maddələrinin tələblərinə uyğun olaraq hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmiş, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq və məhkəmə hərəkəti protokollarını və digər sənədləri sübut növləri kimi qəbul etmiş, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, düzgün nəticəyə gələrək Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, habelə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası göstərilən qənaətə gələrkən, sübutların artıq birinci instansiya məhkəməsi tərəfindən məhkəmə istintaqı zamanı tam, hərtərəfli və dolğun şəkildə və bir-biri ilə qarşılıqlı əlaqədə tədqiq edilməklə, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən araşdırılmaqla yekun nəticəyə gəlindiyini qeyd edir və bu səbəbdən hesab edir ki, hazırda hökmün məzmununda göstərilən sübutların təkrarən geniş şəkildə sadalanmasına lüzum olmadığından yalnız verilmiş protestin dəlilərinə münasibətdə qiymətləndirilməlidir. Apellyasiya protestinin dəlili Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasına rəğmən qeyd edilən halın birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmaması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlilləri ilə razılaşır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # #### 2013-cü il tarixli hökmü ilə CM-in 234.1 ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin # ###### 2013-cü il tarixli qərarı ilə cəzası 1 il 6 aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarı ilə çəkilməmiş cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2014-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə CM-in 263-1.3-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 76.6.2-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin # ###### 2013-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarı ilə çəkilməmiş 2 ay 24 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş, CM- in 67.1 -ci maddəsinə əsasən yeni təyin edilmiş əsas cəzaya Bakı Apellyasiya Məhkəməsinin # ###### 2013-cü il tarixli qərarı ilə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 2 ay 24 günü qismən birləşdirilərək ona qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2014-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü dəyişdirilmədən saxlanılmış və ## ###### 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan törədilmiş cinayət əməlinə görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas cəzaya CM-in 76.6.2 və 67.1 -ci maddələrinə əsasən əvvəllər qəsdən törətdiyi cinayət əməlinə görə başqa hökmlə məhkum edildiyi, lakin çəkilməmiş qalmış azadlıqdan məhrum etmə növündə əsas cəza birləşdirilməklə o, qəti olaraq 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Təqsirləndirilən şəxs qeyd edilən hökmlə məhkum edildiyi əsas cəzası ## ###### 2019-cu il tarixdə tam icra edildiyinə görə azad edilmiş, lakin onun məhkum edildiyi 4 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza isə sürücülük vəsiqəsinin müvafiq icra hakimiyyəti orqanına təhvil verilməməsi səbəbindən hazırkı dövrədək icra edilrməmişdir.(Cild 2) Göründüyü kimi, Təqsirləndirilən şəxs qəsdən törətdiyi az ağır və ehtiyatsızlıqdan ağır cinayət əməllərinə görə hökmlərin məcmusu qaydasında məhkum edildiyi azadlıqdan məhrum etmə növündə əsas cəzasını çəkib qurtarsa da, ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzası çəkilməmiş qalmış və yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini ## #### 2025-ci il tarixdə tarixdə törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməlini məhkumluğunun ödənilmədiyi və götürülmədiyi müddətdə törətmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, təqsirləndirilən şəxs hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzaya məhkum olunduğundan və bu vahid məhkumluğu yaratdığından həmin cinayətlərdən birinə görə məhkumluğun götürülməsi, digərinə münasibətdə isə saxlanılması qanunvericiliyin tələbləri ilə də uzlaşmır. Çünki, qanunvericilik məhkumluğun parçalanmasını nəzərdə tutmamışdır. Şəxsə münasibətdə məhkumluq götürüldüyü halda bu ümumilikdə baş verməli, hökmlərin məcmusuna daxil olan ayrı-ayrı cinayətlərlə şərtləndirilməməlidir. Bu yanaşma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ######## 2022-ci il tarixli qərarından da irəli gəlir. Həmin Qərarda göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəza vahid məhkumluğun yaranması ilə nəticələndiyindən, məhkumluğun ödənilməsi müddətinin axımının başlanğıcı da bir anla əlaqələndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd etmişdir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu qənaətlə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət-hüquqi münasibətlərə şamil edilir. Cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Qanunun tələbləri məhkəmə qərarından üstün qüvvəyə malik olmaqla qüvvəyə minmiş məhkəmə qərarı ilə qanunun tələbləri arasında kolliziya yarandıqda qanunun müddəaları tətbiq edilməlidir. CM-nin 18.1-ci maddəsinə əsasən cəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan CM-nin 61.1.1-ci maddəsinə əsasən həmin hal cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı, sonuncu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli olmuşdur. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan CM-nin 61.1.1-ci maddəsinə əsasən həmin hal cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı, CM-nin 65.2-ci maddəsinə əsasən ona daha ciddi cəzanın yarısından az ola bilməz əsası ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 398.1.4-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.4-cü maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə gənaətə gəlir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, hökm dəyişdirilməli, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan ona daha ciddi cəzanın yarısından az ola bilməz əsası ilə cəza təyin edilməli, cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməli, hökm qalan hissədə hökm apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası CPMin 193, 397.1, 397.2, 398.1.1 və 410-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Apellyasiya protesti təmin edilsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilsin. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınsın. Hökmlə CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ağırlaşdırılaraq 4 (dörd) il həddində müəyyən olunsun. Həmin cəza Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin # ###### 2014-cü il tarixli, *(***)-***/**** nömrəli hökmü ilə təyin edilmiş 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalmış 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tamamilə birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4(dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejmli cəzaçəkmə müəssisəsində çəksin. Hökm verilmiş apellyasiya protestinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili müdafiəçi1 tərəfindən məhkum Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 15 (on beş) saat üçün cəmi 165 manat dövlət büdcəsindən tutularaq “Mirzəyev və Partnyorları” vəkil bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, ondan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar